Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə5/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   2   3   4   5   6   7   8   9   ...   196
Milli Kitabxana

10

"Bir  eşqin  nəticəsi"  komediyasının konfliktini  də yeniliklə köhnəliyin



mübarizəsi  təşkil  edir.  Dramaturq,  azyaşlı  qıza  evlənmək  istəyən  qoca  Kərbəlayı

Nəbi kimi tüfeyliləri gülüş hədəfi edir. Dramaturqun yeniliyi ondadır ki, o, feodal

əxlaqının  gülünclüyünü,  ölümə məhkumluğunu  komik  vəziyyətlərdə göstərməklə

yanaşı, yeni insanın qələbəsini də əks etdirir.

Ailə və məişətdə yeniliklə köhnəliyin  mübarizəsini  təbii  situasiyalarda,  bitkin

süjet  xəttində göstərən  məzhəkələrindən  biri  də "Yeni  həyat"dır.  Bu əsərdə

qaldırılan  məsələlər  də çox  aktual,  ictimai-siyasi əhəmiyyətə malikdir.  Dramaturq

burada  usta  imanların  dindarlığını  tənqidə tutur,  yeniliyi  qəbul  etməyənləri  acı

yumorla tənqid edir.

Süleyman  Sani  həm  də orijinal  nasirdir.  Bizə məlum  olan  ilk  hekayələri

bunlardır:  "Qonaqlıq"  (1905),  "Kövkəbi-hürriyyət"  (1905),  "Yuxu"  (1905).

Azərbaycan ədəbiyyatında  məzmun,  forma,  üslub  etibarı ilə yeni  olan  bu  klassik

əsərləri ədib,  1905-ci  il  inqilabının  təsiri  ilə yazmışdır.  Professor  Mir  Cəlal

Paşayevin  dediyi  kimi,  bu  hekayələrdə inqilabi  nəğmə ruhu,  tərənnüm  üsulu

əsasdır.  Bunlarda  qanadlı bir  qəlb  çırpınır...  Burada  bir  xatirə,  bir  işarə və bəzən

ildırım kimi yanıb-sönən bir işıq verilmişdir. Lakin yeni işıqda biz bir aləmi, böyük

gələcəyi  görürük.  Süleyman  Sani  "Tutu  quşu"  (1909)  hekayəsində də aktual

məsələyə toxunmuşdur. Ədib  təxminən  bir  səhifə həcmində olan  bu  hekayəsində

təqlidçiləri, ana dilinə xor baxanları Tutu quşunun simasında ifşa etmişdir.

XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman

Saninin böyük xidməti vardır. Ədib, "Qorxulu nağıllar" (1912-1914) başlığı altında

yazdığı  "Əhməd  və Məleykə",  "Abbas  və Zeynəb",  "Nurəddin",  "Qaraca  qız"

əsərləri  ilə Azərbaycan  uşaq ədəbiyyatına  forma,  məzmun,  üslub  yenilikləri

gətirmişdir.

"Qaraca  qız"  (1913) ədibin nəsr  yaradıcılığının şah əsəridir.  Yazıçı  Qaraca

qızın simasında ədəbiyyatımızda ilk dəfə olaraq zəhmətkeş ailəsindən olan uşağın

bitkin, çox təsirli, parlaq, eyni zamanda tragik, unudulmaz surətini yaratmış, onda

nəcib  arzular  təcəssüm  etdirmişdir.  Bu əsərin  meydana  çıxmasına  qədərki

Azərbaycan uşaq ədəbiyyatında belə bir keyfiyyət müşahidə etmirik. "Qaraca qız"

klassik  Avropa və rus  uşaq ədəbiyyatı  nümunələri  arasında  belə özünəməxsus

bədii, ictimai-əxlaqi, estetik dəyəri ilə seçilən, fərqlənən sənət əsəridir.

"Qorxulu  nağıllar"  başlığı  altında  yazdığı  hekayələrindən  biri  də "Əşrəf"dir

(1914).  Bu  hekayəni ədib, Əşrəf  adlı şagirdinə ithaf  etmişdir.  Hekayənin  süjet

xəttində balaca Əşrəfin ata-anasından didərgin düşdük-




Milli Kitabxana

11

dən  sonra  Nikolay  İvanoviç  adlı  bir rus  müəlliminin himayəsinə alınmasını



göstərən  canlı,  maraqlı bədii  lövhələr,  müəllifin,  uşaq  psixologiyasına  dərindən

vaqif olmasım əks etdirən epizodlar oxucunun yaddaşında uzun zaman qalır.

Süleyman Saninin yazmış olduğu "Qan bulağı" (1923), "Ümid Çirağı" (1923),

"Cəhalət qurbanı" (1923), "Nə üçün?" (1925), "Təbrik" (1925), "Sona xala" (1926),

"Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki

düşmən" (1927), "Gənc maşinistka və qoca  yazıçı" (1935) hekayələri sovet dövrü

Azərbaycan nəsrinin ilk nümunələrindəndir.

Sağlam  qayəli,  eyni zamanda  aydın,  sadə üslubda əlvan  boyalarla  yazılan  bu

hekayələrdə ədib, gənc sovet nəsrinin ideya-estetik tələblərinə cavab verən bir sıra

aktual  məsələlərə toxunmuş və onların  bədii  həllini verməyə çalışmışdır.  Zərərli

adət-ənənələrin  ifşası,  dini  xurafatın  qalıqlarına  qarşı  mübarizə,  azəri  qadınlarının

ictimai həyata  atılması,  yeniliyin  köhnəlik  üzərində qələbəsi - bu  hekayələrdə

qabarıq şəkildə əks etdirilmişdir.

Ədibin  hekayələrini  mövzuca  iki qismə ayırmaq  olar:  bunlardan  bir  hissəsi

keçmiş, ikinci qismi isə müasir həyatdan alınmış əsərlərdir. İstər keçmişdən, istərsə

də müasir həyatdan aldığı mövzuları işlərkən o, həmişə xəlqiliyə sadiq idi. Keçmiş

dövrdən  yazdığı  hekayələrində oxucunu  düşündürən,  mühakimə yürütməyə sövq

edən həzin lirika qabarıq şəkildə nəzərə çarpır.

S.S.Axundov  nəsrindəki  lirizm  surətin  hisslərini,  fikirlərini, vəziyyətini,  təsvir

etdiyi  həyatın  konkret  nöqtələrini,  çox  yığcamlıqla əks  etdirməyə yönəldilmişdir.

"Cəhalət  qurbanı",  "Ümid  çırağı"  hekayələrində hadisələr  lirik  tərzdə hissiyyatla

əks  etdirilir.  Bu əsərlərdəki  lirizmdə ictimai  fikirlə hissin  ahəngdarlığı  bir

məziyyətdir. Lirizm S. Sanidə eyni zamanda estetik, tərbiyəvi qayə daşıyır. Yazıçı

lirikanın  həm  məhəbbət, həm  də siyasi  formasına  müraciət  etmişdir.  Qan

intiqamının,  nəsil ədavətinin  ifşasına,  saf  məhəbbətin  tərənnümünə həsr  edilən

"Qan bulağı"nda  məhəbbət,  zəhmetkeşlərin  dözülməz  həyatını əks  etdirən  "Nə

üçün?" hekayəsində siyasi lirizmin ünsürləri qabarıq şəkildə görünür. Bu əsərlərdə

ədibin təsvir üsulu lirika ilə bağlıdır.

Süleyman  Saninin  keçmiş  həyatdan  aldığı  mövzular əsasında  yazdığı

hekayələrinin  bədii  metodunun  spesifikasının mühüm  bir  cəhəti  vardır. Ədib

"Qaraca qız", "Cəhalət qurbanı", "Ümid çırağı" hekayələrində ağıllı,



Milli Kitabxana

12

nəcib,  gözəl  arzularla  yaşayan  Qaraca  qız,  Tamam,  məktəbli  surətlərinin



faciələrində belə bir fikri də açır ki, adlarını çəkdiyimiz gözəl insanlar ölsələr də,

öz  zəngin  mənəviyyatı,  insani  keyfiyyətləri,  xoş  niyyət  və arzuları ilə onları

müsibətlərə düçar  edən ədalətsiz  quruluşdan,  bu  mühitin  çirkin  niyyətli

adamlarından yüksəkdə dururlar.

Obraz və hadisələrin təsvirindəki yığcamlıq, bitkin xarakterlər, hadisələrin təbii

inkişafını ustalıqla əks  etdirmək,  oxucunu  düşündürüb  müəyyən əxlaqi-tərbiyəvi

nəticəyə gətirmək,  kompozisiyada  xalq ədəbiyyatı  nümunələrindən  məharətlə

istifadə etmək,  lirik-publisist  ricətlərə müəyyən  yer vermək, əhvalatçılıqdan

qaçmaq, sadə, aydın, lakonik dil - S.S.Axundov nəsrinin əsas məziyyətlərindəndir.

"İctimai  rəyin  klassik  saydığı"  qüdrətli  sənətkarlardan  olan  Süleyman  Saninin

ədəbiyyatımızın  inkişafı  tarixində böyük  xidməti  vardır.  Onun əsərləri  bütün

oxucular kimi, məktəblilər tərəfindən də sevilə-sevilə mütaliə edilir. Ədəbi irsinin

təravəti,  ictimai-tərbiyəvi,  bədii,  estetik  məzmunu  solmayan  bu  sevimli  yazıçının

parlaq xatirəsi xalqın qəlbində yaşayır.




Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin