Sual 10. Avropada xalq təhsilinin təşəkkülü



Yüklə 15,3 Kb.
səhifə2/3
tarix17.01.2022
ölçüsü15,3 Kb.
#51352
1   2   3
Sual 10. Avropada xalq təhsilinin təşəkkülü

Birinci mərhələ (1944-1949) – təhsil sisteminin demokratikləşməsi mərhələsidir. Bu mərhələyə aşağıdakılar daxildir. Məktəbin dövlət, vahid, hamı üçün mümkün olan quruma çevrilməsi; təhsil imtiyazlarının ləğvi; sosial mənşəyindən, valideynlərinin maddi vəziyyətindən, milliyyətindən və dinindən asılı olmayaraq bütün uşaqlar üçün istənilən təhsil müəssisəsində, o cümlədən universitetlərdə təhsil almaq imkanının təmin edilməsi; şəhərdə və kənddə məktəb təhsili arasında fərqlərin aradan qaldırılması üçün ilkin şərtlərin formalaşdırılması; xalq kütlələrinin ümumi savad səviyyəsinin yüksəldilməsi; təlim və tərbiyənin faşist və digər irticaçı təsirlərdən azad edilməsi; şagirdlərin xalqlar arasında sülh və qarşılıqlı anlaşma, zəhmətkeş adamlara hörmət ruuhunda tərbiyəsi; zəhmətkeşlərin və demokratik ziyalıların məktəb işinə cəlb olunması; işləyən gənclərin təhsil almaları üçün müvafiq tədris müəssisələrinin (fəhlə-kəndli fakultələri, axşam məktəbləri, kurslar və i.a.) yaradılması.

Bu vəzifələrin həlli prosesində hamı üçün təhsil hüququnun əməli şəkildə həyata keçirilməsi sahəsində zəruri olan maddi şərait yaradılırdı: icbari və orta məktəblər şəbəkəsi genişləndirilir, kənd yerlərində mərkəzi məktəblər və internatlar yaradılır, təqaüdlər üçün vəsait ayrılır, şagirdlər dərsliklər və dərs vəsaitlərilə pulsuz təmin edilir, müəllimlər hazırlayan təhsil şəbəkəsi genişləndirilir, milli azlıqlar üçün doğma dildə təhsil verən məktəblər açılır və i.a. Bu dövrdə orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanların sayı xüsusilə artmışdı.




Yüklə 15,3 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin