8
kondisiyalaşdırılma sistemləri üçün;
- B parametrləri – ilin qış dövründə isitmə, ventilyasiya, hava duşlanması və
kondisiyalaşdırılma sistemləri və ilin yay dövründə birinci sinif kondisiyalaşdırılma sistemləri üçün.
İkinci sinif kondisiyalaşdırılma sistemləri üçün ilin yay dövründə B parametrləri üçün təyin
edilənlərdən xarici havanın temperaturu 2ºC və xüsusi entalpiyası 2 kC/kq az qəbul edilməlidir.
5.15. Kənd təssərüfatı təyinatlı binaları üçün xarici havanın parametrləri digər tikinti və
texnoloji normalarla təyin edilmədikdə aşağıdakı kimi qəbul edilməlidir:
- A parametrləri – ilin yay və qış dövründə ventilyasiya sistemləri üçün; əsaslandırıldığı halda
ilin qış dövründə A parametrləri üçün təyin edilənlərdən havanın temperaturunun 2ºC və xüsusi
entalpiyasının 2 kC/kq artıq qəbul edilməsinə yol verilir;
- B parametrləri – ilin qış dövründə isitmə sistemləri üçün.
5.16. Saat 13-dən 16-ya qədər istifadə edilməyən ventilyasiya və kondisiyalaşdırılma sistemləri
üçün ilin yay dövründə xarici havanın parametrlərinin bənd 5.14 və 5.15-də göstəriləndən az qəbul
edilməsinə yol verilir.
5.17. İlin keçid dövrü üçün xarici havanın parametrləri aşağıdakı kimi qəbul edilməlidir:
a) isitmə və ventilyasiya sistemləri üçün – temperatur 8ºC və xüsusi entalpiya 22,5 kC/kq;
ventilyasiya sistemlərində vurulmaq üçün qızdırılmamış xarici havanın istifadəsi şərtinə uyğun
parametrlərin qəbul edilməsinə yol verilir;
b) havanın kondisiyalaşdırılması sistemləri üçün – elə parametrlər qəbul edilməlidir ki,
kondisioner nə istilik, nə də soyuqluq sərf etməsin.
5.18. Otaq və sahələrdəki havada maddələrin partlayış və yanğın təhlükəsizliyi qatılığı xarici
havanın ventilyasiya və kondisiyalaşdırılma sistemlərinin hesablanması üçün təyin edilmiş
parametrlərinə uyğun qəbul edilməlidir.
Dostları ilə paylaş: