157) Normada hansı nahiyənin epitelisi buynuzlaşır?
A) Dodağın selikli qişasının
B) Papilyar diş ətinin
C) Diş əti yarığının
D) Yanağın selikli qişasının
E) Keçid pərdənin
158) İntakt parodontda diş əti şırımı necə müəyyən olunur?
A) İmmunoloji
B) Histoloji
C) Mikrobioloji
D) Klinik
E) Rentgenoloji
159) İntakt parodont toxumasında parodontal yarıqda nə olur?
A) Seroz ekssudat
B) Diş əti mayesi
C) İrinli ekssudat
D) Mikrob assosiasiyası
E) Qranulyasion toxuma
160) Gingivit hansı tip xəstəlik hesab olunur?
A) Şişəbənzər
B) Distrofik
C) Atrofik
D) İltihabi-distrofik
E) İltihabi
161) PMA indeks nəyin ağırlıq dərəcəsini göstərir?
A) Parodontozun
B) Gingivitin
C) Kariesin
D) Flüorozun
E) Parodontitin
162) Yüngül dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?
A) Marginal və alveolyar
B) Papilyar
C) Papilyar və marginal
D) Alveolyar, marginal və papilyar
E) Alveolyar
163) Orta dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?
1. Papilyar
2. Marginal
3. Alveolyar
A) Yalnız 2
B) 1, 2
C) Yalnız 1
D) Yalnız 3
E) 2 , 3
164) Kataral gingivitin ağırlıq dərəcəsi hansı indeks vasitəsi ilə təyin olunur?
A) CPİTN
B) Gigiyenik
C) Qrin-vermilyon
D) PMA
E) Parodontal
165) Diş ətinin resessiyası zamanı diş əti mayesinin miqdarı necə dəyişir?
A) Diş əti mayesi olmur
B) Azalır
C) Əvvəl azalır, sonrakı mərhələlərdə artır
D) Artır
E) Dəyişmir
166) Kataral gingivit sadalananlardan hansı ilə diferensiasiya edilir?
A) Parodontitlə
B) Herpetik gingivostomatitlə
C) Fibromatozla
D) Deskvamativ gingivitlə
E) Parodontozla
|