Statistik müşahidə haqqında anlayış və onun vəzifələri


STATİSTİK MÜŞAHİDƏNİN TƏŞKİLİNİN ƏSAS FORMALARI



Yüklə 43,9 Kb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü43,9 Kb.
#42402
1   2   3   4   5   6   7   8
Movzu 2-yeni

STATİSTİK MÜŞAHİDƏNİN TƏŞKİLİNİN ƏSAS FORMALARI

  1. İlk uçot və hesabat

  2. Statistik hesabat

  3. Xüsusi təşkil edilmiş statistika müşahidəsi

  4. Xüsusi təşkil edilmiş statistika müşahidəsinin müsbət və mənfi cəhətləri

  5. Registr

Müəssisələrdə baş verən hadisə və proseslərin xüsusi sənədlərdə qeyd olunmasına ilk uçot deyilir. Belə sənədlər ilk uçot sənədləri adlanır.

İlk uçot məlumatı müəssisələrin fəaliyyətinə gündəlik rəhbərliyi həyata keçirmək üçün lazımdır. İlk uçot müəssisə, idarə təşkilatların cari illik hesabatlarını tərtib etmək üçün əsasdır. Ümumiyyətlə, müəssisələrdə statistika və mühasibat uçotu ilk uçot əsasında aparılır.

Hesabatlar dövrün əhatə olunması və məlumatın verilmə müddətinə görə cari və illik hesabata bölünürlər. Gündəlik, həftəlik, aylıq, rüblük hesabatlara cari hesabatlar deyilir. İl üçün verilən hesabata illik hesabat deyilir. Ən dolğun, geniş məlumat illik hesabatda verilir.

Hesabatın qoyuluşuna bilavasitə rəhbərliyi DSK və onun yerli orqanları həyata keçirir

Bazar iqtisadiyyatı şəraitində statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilatı formalarından istifadə edilir:

1. Statistik hesabat,

2. Xüsusi təşkil edilmiş statistika müşahidəsi,

3. Registr.

Mühüm məlumat mənbəyinin biri də xüsusi təşkil edilmiş statistik müşahidədir. Xüsusi statistika müşahidəsi özünün təşkili xarakterinə görə hesabatlardan əhəmiyyətli dərəcədə fərqlənir.

Əhalinin siyahıya alınması xüsusi statistik müşahidənin ən qədim növüdür. SSRİ-də əhalinin siyahıyaalınması 1920, 1926, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə aparılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə 1999-cu və 2009-cu illərdə siyahıyaalma həyata keçirilmişdir. Əhalinin siyahıya alınması əhalini sayı, onun yerləşməsi, cinsi, yaşı, milli tərkibi, təhsil dərəcəsi, ailə tərkibi, məşğuliyyəti, ictimai qrupları və digər əlamətləri haqqında dolğun, dəqiq məlumat əldə etməyə imkan verir.

Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. Hesabat, statistika müşahidəsinin elə təşkili for­ma­sıdır ki, burada müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında statistika orqanlarına verilən məlu­matın etibarlılığına, tam olmasına cavabdeh şəxslərin imzası ilə təsdiq edilmiş xüsusi formada, müəyyən sənədlər müvafiq göstəricilər üzrə müəyyən dövrdə məlumat təqdim edirlər. Deməli, hesabat rəsmi sənəd olub, müəssisə, idarə, təşkilatlar və ia. işləri haqqında statistika məlumatlarını əhatə edir. Hesabat təsdiq edilmiş formada və müəyyən formada məcburi şəkildə statistika orqanlarına təqdim edilməlidir.

Statistika müşahidəsinin əsas forması kimi hesabat ilk uçot məlumatına əsaslanır. Müxtəlif hadisələr, faktlar baş verdikcə ilk uçot sənədlərində qeydə alınırlar. İlk uçot səınədlərində qeydə alınmış məlumat statistika hesabatlarını tərtib etmək üçün əsasdır.

Təsdiq edilməmiş forma üzrə məlumat verilməməsi hesabat intizamını pozmaq deməkdir.

Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisaslaşdırılmış hesabatlara ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir. İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyyatın ayrı-ayrı sahələrinin xüsusiyyətindən asılı olaraq dəyişir.

Hesabatlar verilmə müddətindən asılı olaraq cari və illik hesabatlara ayrılır. Cari hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş məlumat illik hesabatda verilir. Müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında çox ətraflı məlumatı illik hesabatda verirlər. İllik hesabatda verilən məlumat ölkənin sosial-iqtisadi məsələlərini proqnozlaşdırmaq, onların təhlili əsasında istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün mühüm məlumat mənbəyidir. Hesabat məlumatı sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək üçün xüsusi əhəmiyyət malikdir. Məlumatın verilmə üsuluna görə hesabatlar teleqraf, teletayp və poçt ilə göndərilən hesabatlara ayrılır. Ölkənin iqtisadiyyatında çox mühüm rola malik olan hadisələr haqqında məlumat teleqraf və teletayp vasitəsilə verilir. İllik hesabatlar əsasən poçt vasitəsilə təqdim olunur.

Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statistika müşahidəsi formasından daha çox istifadə edilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistika müşahidələri əsasında əldə edilir. Bir çox sosial-iqtisadi hadisələr haqqında tam, dolğun və dəqiq məlumatı xüsusi təşkil edilmiş siyahıyaalmalar vasitəsilə toplamaq mümkündür. Xüsusi təşkil edilmiş statistika müşahidələri, bir qayda olaraq, müəyyən dövrə aparılır. Xüsusi təşkil edilmiş statistika müşahidəsinə misal əhalinin siyahıyaalınmasını göstərmək olar. Əhalinin siyahıyaalınması xüsusi təşkil edilmiş statistika müşahidəsində ən böyük statistika işi hesab olunur. Müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999-cu ildə 27 yanvardan 28 yanvara keçən gecə saat 24-ü vəziyyətinə keçirilmişdir.

Xüsusi təşkil edilmiş statistika müşahidəsinə aparılan bütün növ sosioloji tədqiqatlar, sənaye ava­dan­lıqlarının siyahıya alınması, materialların qalıqlarının siyahıya alınması, sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələrdə aparılan siyahıyaalmalar və s. daxildir. Əhalinin büdcə tədqiqatı çox mühüm xüsusi təşkil edilmiş və müntəzəm aparılan statistika işi müasir dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Belə bir müşahidə əsasında əhalinin gəlir və xərclərinin quruluşu haqqında çox qiymətli məlumat əldə edilir.

Statistika müşahidəsinin təşkili formalarından bir də registrdir. Bu müşahidə formasında qeydə alınmış və əvvəli olan uzunmüddətli proseslərin fasiləsiz statistika müşahidəsidir. Registr müşahidə formasında müşahidə vahidinin vəziyyətini daima izləyən bir sistem olub, öyrənilən göstəricilərə müxtəlif amillərin təsirini qiymətləndirir. Registrdə hər bir müşahidə vahidi göstəricilər məcmu ilə xarakterizə olunur. Bu göstəricilərdən biri bütün müşahidə dövrü ərzində sabit qalır və bir dəfə qeydə alınır, digər göstəricilər dövrü dəyişilməsi məlum olmayanlar isə dəyişildikcə təzələnirlər, üçüncüsü, əvvəlcədən təzələnməsi dövrü məlum olan göstəricilərin dinamika sırası şəklində verilir. Bütün göstəricilər tədqiq olunan məcmu vahidlərinin müşahidəsi tam başa çatana qədər mühafizə olunur.

Aşağıdakı məsələləri həll etmədən registr təşkil etmək və aparmaq mümkün deyildir: məcmu vahidini nə vaxt registrdə qeydə almaq və nə vaxt məcmu vahidindən çıxarmaq; hansı informasiya mühafizə olunmalıdır; məlumatı hansı mənbələrdən almaq lazımdır; informasiyanın təzələnməsi və əlavə edilməsi necə həyata keçirilməlidir.

Statistikanın təcrübəsində əhalinin və müəssisələrin registrləri fərqləndirilir. Əhalinin registrində ölkənin adbaad müntəzəm yeniləşdirilən siyahısı verilir. Burada müşahidənin proqramı ümumi əlamətlər üzrə məhdudlaşır. Belə əlamətlərdən şəxsin cinsi, doğulduğu tarix və yer, evləndiyi tarixi sadalamaq olar. Bu əlamətlər bütün müşahidə dövründə dəyişməz qalır, kəbinin vəziyyəti isə dəyişən əlamətdir. Registrdə, bir qayda olaraq, ancaq o dəyişən əlamətlər mühafizə olunur ki, onların dəyişilməsi sənədləşdirilmiş olsun.

Hər bir anadan olmuş və xaricdən gəlmişlər haqqında məlumat registrdə qeydə alınır. Ölənlər yaxud daimi yaşayış yerindən xaricə getmiş şəxslər registrdən çıxarılır. Əhalinin registri ölkənin ayrı-ayrı bölgələri üzrə aparılır. Yaşayış yeri dəyişəndə müşahidə vahidi üzrə məlumat müvafiq ərazinin registrinə verilir. Qeyd etmək lazımdır ki, əhalinin registrində, digər registrlər məcmu vahidinin əhəmiyyətli hissəsini müşahidə ilə əhatə olunmasına baxmayaraq, əlamətlərin məhdud sayı üzrə məlumat toplanır. Ona görə registr aparılmasına baxmayaraq xüsusi təşkil edilmiş statistika müşahidəsinin aparılmasının o cümlədən əhalinin siyahıya alınmasını tələb edir.

Müəssisələrin registri iqtisadi fəaliyyətin bütün növlərini özündə əhatə edir və müəyyən dövr ərzində yaxud vaxt anında müşahidə obyektinin hər bir vahidi üzrə əsas əlamətlərin qiymətləri ifadə olunur. Müəssisələrin registrində müəssisənin təşkil olunduğu vaxt, onun adı və ünvanı, telefonu, təşkilati-hüquqi forması haqqında, quruluşu, iqtisadi fəaliyyət növü, məşğul olanların sayı və s. haqqında məlumat verilir.

Sənaye müəssisələrinin registrinin statistika təcrübəsinə tətbiqi statistika informasiyasının səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə və bir sıra iqtisadi və statistik vəzifələrinin həyata keçirilməsini təmin edə bilər. Statistika təcrübəsində milli hesablar sisteminin tətbiqində registrə mühüm əhəmiyyət verilir.

Bütün mülkiyyət formalarında müəssisə və təşkilatların vahid dövlət registri müəssisələrin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsinin aparılmasına nail olmaq mümkündür. Belə bir registr ərazinin, sahənin və digər məcmu quruluşunun dəyişilməsi haqqında fasiləsiz göstəricilər sırasını almağa imkan verir.

Registrin informasiya fondunda: birinci, subyektin registr kodu; ikincisi, subyektin sahə, ərazi mənsubiyyəti, onu mülkiyyət şəklində təşkilati formada tabeliyi haqqında məlumat; üçüncüsü, arayış məlumatı (rəhbərin soyadı, ünvan, telefonların nömrəsi və i.a.); dördüncüsü, iqtisadi göstəricilər haqqında məlumat verilir.

Azərbaycan Respublikasında bütün təsərrüfat vahidləri üçün vahid registr yaradılması üzrə işlər başa çatdırılmışdır. Bütün mülkiyyət formalarında müəssisə və təşkilatların vahid dövlət registri müəssisələrin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsini təşkil etməyə imkan verir. Bu, ərazilərin, sahələrin və digər məcmu quruluşunun dəyişilməsi hallarında fasiləsiz göstəricilər sırasını almağa imkan verir.

Registrdə işləyənlərin orta siyahı sayı, əsas vəsaitlərin qalıq dəyəri, balans mənfəəti (zərər), nizamnamə fondu göstəriciləri haqqında məlumat verilir. Registr bir və yaxud bir neçə əlamətlər üzrə istənilən məcmu vahidini seçməyə və qruplaşdırma aparmağa imkan verir.

Beləliklə, bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasında artıq həyata keçirilən müşahidənin üç təşkilatı forması əsasında sosial iqtisadi hadisələr haqqında lazımi məlumatlar toplamağa imkan verir.

Müəssisə bağlanılanda ləğvetmə komissiyası on gün müddətində registri aparan xidmətə bunun barəsində məlumat verir.



  1. Yüklə 43,9 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin