Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi


TƏDQĠQATIN OBYEKTĠ VƏ METODLARI



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə74/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   ...   70   71   72   73   74   75   76   77   ...   118
TƏDQĠQATIN OBYEKTĠ VƏ METODLARI 
 
Tədqiqatın  obyekti  Mərkəzi  Nəbatat  Bağında  introduksiya  edilmiş  12  palıd  növüdür.  Bu 
növlərin əksəriyyəti Üzeyir Ağamirov tərəfdən müxtəlif vaxtlarda introduksiya edilmişdir. 
Palıd növlərinin çiçəkləmə və meyvəvermə xüsusiyyətləri P.I.Lapinin və     N.I.Beydemanın  
təklif etdikləri metodlara əsasən aparılmışdır [1, 3]. 
 
TƏHLĠL VƏ MÜZAKĠRƏ 
 
Mərkəzi  Nəbatat  Bağında  introduksiya  edilmiş  12  palıd  növünün  üzərində  tədqiqatlar 
aparılarkən (2008-2010-cu illər) 7 növün – Quercus castaneifolia C.A. Mey.(şabalıdyarpaq palıd), 
Q.  monqolica  Fich.ex  ledeb.(monqol  palıdı),  Q.  pubescens  (tüklü  palıd),  Q.  robur  L.  (saplaqlı 
palıd),  Q.  serrata  Thunb.  (mişardişli  palıd),  Q.  ilex  L.  (daş  palıd)  və  Q.  pedunculiflora  C.Koch 
(uzunsaplaq palıdın çiçəklədiyi, uzunsaplaq palıd, daş palıd və şabalıdyarpaq palıdın hər il meyvə 
verdiyi  müşahidə  edilmişdir.  Q.  suber  L.-  Mantar  palıdının  çiçəkləyib  meyvə  verməsi  müşahidə 
edilməmişdir. Q. iberica Stev. (gürcü palıdı), Q. alba L. (ağ palıd), Q. rubra L. (qırmızı palıd) və Q. 


 
 
 
variabilis  Blume  (dəyişkənyarpaq  palıd)  növlərinin  də  çiçəkləməsi  (bu  növlər  çiçəkləmə  yaşına 
çatmamışdılar) və meyvə verməsi müşahidə edilməmişdir. 
Qeyd  edək  ki,  1997-ci  ilin  payızında  bağda  olan  mantar  palıdı  meyvə  vermişdir.  1999-cu 
ildə isə mişardişli palıdın üzərində 2 ədəd meyvə olduğu məlum olmuşdur. 
Palıd  birevli  bitkidir.  Çiçəkləri  bircinslidir.  Öyrənilən  palıd  növləri  üzərində  3  qrup 
tumurcuğa  rast  gəlinir.  Birinci  qrup  tumurcuqlardan  ancaq  erkək  çiçəklər,  ikinci  tumurcuqlardan 
zoğ, yarpaqlar, bunlarla bərabər bəzilərində erkək çiçəklər, bəzilərinin isə yarpaq qoltuqlarinda dişi 
çiçəklər,üçüncü qrup tumurcuqlardan isə yalnız dişi çiçəklər inkişaf edir. 
Birinci qrup tumurcuqlar, hansı ki, onlardan ancaq erkək çiçəklər əmələ gəlir, saplaqlı palıd, 
tüklü  palıd,  mişardişli  palıd,  şabalıdyarpaq  palıd,  uzunsaplaq  palıdda  aprelin  I  ongünlüyündən 
(temperatur  12,4°),  Monqol  palıdında  aprelin  II  ongünlüyünün  əvvəllərindən  (temperatur  14,2°), 
Daş palıdda isə temperaturun 16,8° olduğu aprelin III ongünlüyünün axırlarından etibarən açılmağa 
başlayır. Ikinci qrup tumurcuqlar birinci qrup tumurcuqlardan 2-4 gün sonra, yalnız dişi çiçəklərin 
əmələ  gəldiyi  üçüncü  qrup  tumurcuqlar  isə  I  qrup  tumurcuqlardan  13-14  gün  sonra  açılmağa 
başlayır. (cədvəl 1) 
Dişi  çiçəklər  erkək  çiçəklərdən  10-16  gün  sonra  əmələ  gəlir.  Eyni  bir  zoğda  olan  dişi 
çiçəklər  bir qayda olaraq erkək çiçəklərdən  yuxarida  yerləşirlər. Bu da küləklə çarpaz tozlanmanı 
təmin etmək üçün təkamül prosesində əmələ gələn təbii uyğunlaşmadır. 
Öyrənilən palıd növlərinin erkək çiçəklərinin yerləşdiyi salxım çiçək qrupunun uzunluğu 4-
13sm olur. Salxım çiçək qrupları özləridə topa-topa yerləşirlər. Erkək çiçək qrupunun üzərində 20-
65 erkək çiçək olur. Erkək çiçəklərin 4-11 erkəkciyi, o qədərdə zəif  inkişaf etmiş kasa  yarpaqları 
vardır. 
Dişi  çiçəklər  əsasən  tək-tək,  bəzən  isə  topa  halında  yerləşir.  Dişiciyin  ağzı  qırmızı  rəngli 
olub 3-5 meyvə yarpağından əmələ gəlmişdir. 
Palıd  növləri  külək  vasitəsilə  çarpaz  tozlanırlar.  Aprelin  II  və  III  ongünlüyündən  etibarən 
tüklü  palıd,  saplaqlı  palıd,  şabalıdyarpaq  palıd,  uzunsaplaq  palıd,  və  mişardişli  palıdın,  mayın  I 
ongünlüyündən  monqol  palıdının  III  onqünlüyündən  etibarən  isə  daş  palıdın  erkək  çiçəkləri 
açılmağa başlayır. Tozlanma 4-7 gün davam edir.
 
Tozucuq  kisələri açıldıqdan 6-10 gün sonra çiçək 
qrupunun saplağı qurumağa başlayır və sonra tökülürlər. 
            Mayalanma qurtardıqdan  sonra  meyvələr  əmələ gəlir  və  böyümə  başlayır. Palıdın  meyvəsi 
fındıqdan  və  onu  aşağı  tərəfdən  əhatə  edən  kasa  formalı  çanaqcıqdan  ibarət  qozadır.  Yetişməmiş 
qpzalar yaşıl rəngdə, yetişdikdən sonra isə tünd qəhvəyi rəngdə olurlar. Monqol palıdı, tüklü palıd, 
saplaqlı  palıd  və  mişardişli  palıdın  meyvələri  inkişaf  etməyərək  tökülürlər.  Sentyabrın  III 
ongünlüyünün  axırlarından  uzunsaplaq  palıd,  oktyabrın  III  ongünlüyündən  etibarən  isə 
şabalıdyarpaq palıd və daş palıdın meyvələri yetişməyə başlayır. Yetişmiş meyvələr yerə tökülürlər. 
Əvvəlcə  zədələnmiş  və  qurdlanmış  qozalar  tökülür.  Odur  ki,  əkin  üçün  ilk  tökülən  qozalardan 
istifadə məsləhət deyil [4]. 
Meyvələrin əmələ gəlməsindən, tam yetişənə qədər olan müddət şabalıdyarpaq palıdda 195, 
uzunsaplaq palıdda 162, daş palıdda isə 160 gündür. 
Şabalıdyarpaq  palıdın  meyvələri  oturaq,  çanaqcığı  yapımşarformalıdır.  Qozaları 
ellepsvaridir. Uzunluğu 3,2-4sm, diametri 1,5-2sm-dir. 100 ədədinin çəkisi 763 qramdır. 
Uzunsaplaq  palıdın  qozaları  3-8sm  uzunluqda  yoğun  saplaq  üzərindədir.  Qozaları 
silindirşəkilli olub, uzunluğu 3-3,7sm, diametri 1,2-1,8sm-dir. 100 ədədinin çəkisi 453 qramdır. 
Daş  palıdın  meyvələri  1-2sm  uzunluqda  saplaq  üzərində  olur.  Qozaların  uzunluğu  2,6-
3,4sm, diametri 1-1,6sm-dir. 100 ədədinin çəkisi 353 qramdır. 
Öyrənilən palıd növlərinin Abşeron şəraitində meyvəvermə xüsusiyyətləri keçmiş SSRİ Baş 
Botanika bağının təklif etdiyi üsula əsasən 5 ballıq şkala üzrə qiymətləndirilmişdir. Budaqların 1m-
nə dışən qozaların orta say göstəricilərinə əsasən şabalıdyarpaq (27 ədəd) və uzunsaplaq palıdın (28 
ədəd) meyvə verməsi 5 balla qiymətləndirilərək I qrupa (lap yaxşı), daş palıdın isə (19 ədəd) 4 balla 
II qrupa (yaxşı) aid edilmişdir. 


 
 
 
 
Cədvəl 1. 
Abşeron şəraitində palıd növlərinin çiçəkləmə və meyvə vermə dövrlərinin davametmə müddəti  
(2008-2010-cu illər üzrə orta göstəricilər) 
Növlər 

qr
up
 tum
ur
cuqlar
ın 

ıl
mas
ı 
II
 q
rup 
tum
ur
cuqlar
ın 

ıl
mas
ı 
II

qr
up 
tum
ur
cuqlar
ın
 

il
mas
ı 
Çiçəkləmə 
Tozlanma 
E
rkə

çiçə
klər
in
 tökül
məyə
 
ba
şlama

 
M
eyvə
lər
in 
əmələ
 gə
lm
əyə
 
ba
şlama

 
Meyvələrin rənginin 
dəyişməsi 
Meyvələrin 
yetişməsi 
E
rkə

çiçə
klər
in
 ə
mələ
 

lm
əs

Diş
i ç
içə
klər
in 
əmələ
 

lm
əyə
 ba
şlama

 
E
rkə

çiçə
klər
in
 

ıl
mas
ı 
ba
şlanma

 
Kütləvi
 
qur
tar
mas
ı 
ba
şlanma

 
kütl
əvi
 
qur
tar
mas
ı 
ba
şlanma

 
kütl
əvi
 
qur
tar
mas
ı 
Şabalıdyarpaq p.  2.IV  6.IV 
 
7.IV  19.IV  22.IV  24.IV  28.IV  30.IV  2.V 
7.V 
13.X 
16.X  20.X  22.X  13.X  18.XI 
Monqol p. 
13.IV  15.IV  26.IV  18.IV  30.IV  2.V 
2.V 
5.V 
7.V 
8.V 
 
 
 
 
 
 
 
Tüklü p. 
1.IV 
5.IV 
 
6.IV  18.IV  19.IV  21.IV  24.IV  26.IV  28.IV 
 
 
 
 
 
 
 
Saplaqlı pş 
1.IV 
4.IV 
 
7.IV  17.IV  21.IV  23.IV  27.IV  29.IV  30.IV 
 
 
 
 
 
 
 
Mişardişli p.. 
6.IV 
9.IV  20.IV  7.IV  23.IV  26.IV  28.IV  30.IV  2.V 
3.V 
7.V 
3.X 
5.X 
6.X 
10.X  25.X  2.XI 
Daş p. 
28.IV  2.V 
 
6.V 
22.V  27.V  29.V  2.VI  5.VI  7.VI  12.VI  14.X 
18.X  21.X  27.X  16.XI  22.XI 
Uzunsaplaq p. 
7.IV  11.IV 
 
13.IV  16.IV  29.IV  2.V 
7.V 
9.V 
10.V  19.V  20.IX  23.IX  26.IX  29.IX  19.X  28.X 
 
 
 
 


 
 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin