186
MƏN ÖZÜM-ÖZÜMƏ SÖZ VERDİM
Türkiyənin Adana şəhərindən mənim elektron ünvanıma bir məktub
gəlmişdi. Məktubda şair-araşdırmaçı Münəvvər Düvər bir dəstə Türkiyənin
yaradıcı insanları ilə Azərbaycana gəlmələri barədə məni məlumatlandırırdı.
O, hətta bizim ölkəmizə gəlməmişdən öncə Gürcüstanda olacaqları, sonra
Gəncəyə və Bakıya gələcəkləri barədə mənə yazdığı məktubunda açıqlama
verirdi. Bakıda olarkən Yazıçılar Birliyində görüş keçiriləcəyi və mənimlə
görüşməyi can-dildən arzuladığını yazırdı. Münəvvər Düvərlə biz inter-
net portallarından tanış olmuşuq. O mənim “Həqiqət nə qədər acı olsa
da” məqaləmi Yalquzaq.com saytından götürüb yayımlamışdı. Beləliklə,
adanalı şair Münəvvər xanım-əfəndi ilə yaradıcılıq əlaqələrimiz başladı. O
mənim şeirlərimi, publisist yazılarımı öz saytında yayımlayır. Bu üzdən in-
terneti dünyanın ixtiyarına verən ABŞ hökuməti minnətdarlığa layiqdir. Nə
yaxşı ki, internet öz qapısını insanların üzünə açdı, mənəvi sərhədlər götürül-
dü, adamlar bir-birini tanıdı. Hər sahədə öz istedadlarını üzə çıxarmağa nail
oldular. Nə qədər internetin ziyanlı tərəflərindən danışsalar da, bu heç də insan
yaradıcılığının üzə çıxması ilə müqayisəyə gələ bilməz. O üzdən dünyanın
hegemon dövləti olan ABŞ-a vallah, billah, çox sağ ol düşür.
Əlqərəz, qardaş ölkənin yaradıcı insanları böyük bir heyətlə ölkəmizə
təşrif gətirdilər. Mən Münəvvər xanımla telefon əlaqəsi yaratdım. Səhəri
biz Qafqaz otelinin qarşısında görüşüb onlarla birlikdə şəhəri gəzməyə
çıxmalı idik. Yolum uzaq olduğu üçün onların görüşünə Şirvanşahlar
sarayını ziyarət etdikləri vaxt yetişdim. Yolüstü yaradıcı həmkarıma
hədiyyə olaraq çiçəklər aldım. Onlar çiçəkləri görəndə o qədər sevindilər
ki… Bu insanların çoxusu birinci dəfə idi Azərbaycana qədəm basırdılar,
əllərində kiçik kisələr var idi. Onlar bu kisələrdə bir ovuc torpaq apara-
caqlarını deyirdilər. Bu illərlə həsrətində olduqları Azərbaycan sevgisi idi.
Yolboyu mən onlarda bir-birinə hədsiz ülfət, hörmət hissi gördüm, tutduğu
vəzifədən asılı olmayaraq, onlar bir-birlərinə abi, abla, xocam deyə müraciət
edirdilər. Biz Şirvanşahlar sarayından çıxıb, onları gəzdirən mehmanxana-
ya məxsus, avtobusla Nizami muzeyinə üz qoyduq, lakin muzeyə daxil
olma qiyməti xaricilər üçün 7 manat, yerli vətəndaşlar üçün isə 5 manat
dəyərindədir dedilər. Türkiyəli qardaş-bacılarımız bu ayrı-seçkilikdən
bir qədər inciyən kimi də oldular. Muzeyə giriş qiymətinin baha olması
onları çox təəccübləndirdi. Deyirdilər, əfəndim, bu qiymətlə muzeylərə
187
kim gələr? Əvvəlcədən müəyyənləşdirildiyi kimi Yazıçılar Birliyinə yola
düşdük. Yazıçılar Birliyinin rəhbəri Anar müəllim gələn qonaqları, öncə öz
iş otağında, sonra Natəvan klubunda isti ürəklə qəbul etdi. Onun masasında
baş-başa vermiş Türkiyə-Azərbaycan bayraqları türk müsafirlərini əməlli-
başlı həyəcanlandırdı və qürurlandırdı. Əsl hadisələr isə görüşün Natəvan
klubunda davamı ilə başladı. Görüşə aparıcılıq edən AYB-nin gənclər üzrə
katibi Rəşad Məcid idi. O bir-bir həm gələn qonaqlara, həm də əvvəlcədən
dəvət edilən adamlara söz verməyə başladı. Mən də bir neçə ay öncə
Münəvvər Düvərə yazdığım “Münəvvər” adlı şeri deməyi qərara aldım.
Şeir heç də tək bir insanın tərifindən yox, türklüyümüzlə bağlı ağrı-acılardan
bəhs edirdi. Münəvvər xanım təkidlə bu şeri deməyi məndən rica edirdi,
görüşə rəhbərlik edən Rəşad Məcid mən oturduğum sıradan keçəndə ey-
hamla soruşdu: “Siz də söz istəyirsiz?” Mən başımla “hə” işarəsi verdim,
ancaq məclisin gedişində əvvəldən axıra qədər heç cürə mənə söz vermək
istəmirdi, gələn müsafirlərin gözü məndə qalmışdı, çıxılmaz vəziyyətə
düşmüşdüm, ya gərək zalı tərk edib gedəydim, ya da gələn qonaqların
xatirinə birtəhər axıra qədər dözüb oturmalıydım, çünki Rəşad Məcid
məni tanımaq istəmirdi ki, istəmirdi. Məclisin axırına yaxın qəribə bir hal
alındı, Münəvvər Düverə söz verildi, o kürsüyə qalxdı və başının işarəsi
ilə məni öz yanına çağırdı. Mən ona gətirdiyim çiçək səbətini əlimə alıb
mənə söz verilməmiş Münəvvər xanımın yanına irəlilədim. Ona yazdığım
şeri dedim, salonda alqış sədaları qopdu, beləliklə, əziz və möhtərəm ox-
ucular, mən gələn qonaqların xatirinə özüm-özümə söz verdim. Bu əslində
mənim tərəfimdən etikadan kənara çıxmaq, toplantını aparanın tərəfindən
mənə qarşı insafsızlıq, aşağılama idi, çünki mən icazəsiz çıxış etdim.
Rəşad Məcid isə Şirinxanım Kərimbəyli Şadimanı, 1991-ci ildə “Ürək,
niyə ağrıyırsan?” kitabı ilə yaradıcılıq aləminə qədəm basmış bir insanı
Azərbaycan Yazıçılar Birliyinin üzvü ola-ola tanımaq istəmədi. Görəsən,
niyə??? Fikrimcə, yaradıcı insana dəyər tutduğu vəzifəyə görə yox,
yaradıcılığa görə qiymət verilməlidir. Vəzifə bu gün var, sabah yoxdur,
yaradıcı adamdan vəzifə yox, onun yaratdığı qalır.
Onu da qeyd etmək istəyirəm ki, mən Yazıçılar Birliyinə üzvlük haqqı
ödəyəndən-ödəyənə gedirəm, çalışıram ki, təqdimat mərasimlərindən də
uzaqda durum, bu mənə əsəb sakitliyi, ürək rahatlığı üçün lazımdır. O gün
isə görüşə getməyə məcbur idim, çünki türkiyəli həmkarım Münəvvər
Düvər mənimlə üz-üzə, dil-dilə görüşmək istəyirdi…
188
Görüş bitdikdən sonra Yazıçılar Birliyinin qabağında toplaşan qonaq-
lar bir xeyli dayandılar və təəccüb dolu nəzərlərlə mənə baxırdılar. Onlar
deyirdilər, xanım əfəndi, biz sizin yaradıcılığınızla “Erbil” qəzetindən,
“Töredergisi”ndən, “Münevver.com”dan, “Türkmenhaqq”dan, bir çox
başqa saytlardan, www.shirinxanim-shadiman.net şəxsi bloqunuzdan
tanışıq. Bu qədər başınız müsibətlər çəkib, sizlər bir-birinizə niyə soyuq-
suz? Mən onların sorğuları qarşısında susdum. Daxildən bir qədər əhvalım
pozulsa da üzümə xoş bir təbəssüm verib, qonaqlarla vidalaşıb ayrıldım.
Yolboyu böyük şair Vətən uğrunda oğlunu, həm də canını (mən onu da
şəhid sayıram) qurban vermiş Xəlil Rza Ulutürkün:
“Davam edir otuz yeddi, Daha qəti, daha ciddi…” misraları qulaqla-
rımdan getmirdi.
Bu davam, əlində imkan olan bəzi şəxslərin, törətdikləri fiziki ölümlə
yox, ruhun sındırılması, qəlbin ağrıdılması ilə özünü büruzə verməkdədir.
Yaradıcı insanları birləşdirən bu yaradıcı məbədgahda belə halların baş
verməsi təəssüf hissi doğurur. Onda, əziz həmkarlar, adamda belə təsəvvür
yaranır ki, bu Azərbaycan Yazıçılar Birliyi yox, Azərbaycan Acıçılar bir-
liyidir, hərgah, elə olmasaydı, ovqatım təlx evə dönməzdim. Gümanım
gözəgörünməzə gəldiyi üçün üzümü ona tuturam, İlahi, biz nə vaxt
düzələcəyik?..
27.09.2012
Dostları ilə paylaş: |