Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 105,17 Kb.
səhifə2/2
tarix25.12.2016
ölçüsü105,17 Kb.
#2961
1   2
Sadə daldalanacaqlar adamların işıq şüalanmasından mühafizəsini təmin edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir.Bunlar yarğanlardan, səngərlərdən, habelə zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər teztikilən müvəqqəti daldalanma yerlərindən ibarətdir.Bunlar nüvə partlayışı və adi silahların təsirindən bir qədər qorunmaq üçün əhəmiyyətlidir.Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir.Üstü örtülmüş və damının torpaq qatı 60-70 sm-ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya və radioaktiv şüalanmanı 200-300 dəfə zəiflədə bilər.

Yadda saxlamaq vacibdir ki, hətta örtülü səngərlərdə belə,kimyəvi və bakterioloji vasitələrin təsirindən fərdi mühafizə vasitələri olmadan qorunmaq mümkün deyil.

Sadə daldalanacaqlar əsas mühafizə vasitələri deyil, yardımçı vasitələrdir və bunlar ekstremal şəraitdə, əsas mühafizə qurğuları çatışmadıqda qısa müddət üçün adamların çox cəmləşdikləri yerlərdə düzəldilir (köçürmə üzrə toplanış məntəqələri və stansiyalarında,müəssisələrin,məktəblərin həyətində və yaşayış məhəllələrində).

Sadə daldalanacaqların tikintisinə əhalinin özü cəlb edilir.Belə daldalanacaqlar, adətən, 10-15 nəfərlik olur (ən çoxu 50 nəfərlik). Sadə daldalanacaqların hündürlüyü 1,8 metr, eni aşağıdan 0,8 metr, yuxarıdan 1,1-1,2metr olmalıdır və oturmaq üçün hər adama 0,6 metr enində sahə düzəldilməlidir.

Sadə daldalanacağa bir və ya iki tərəfdən qapı qoyulur.Sadə daldalanacaqlar üçün elə yer seçilməlidir ki, subasma təhlükəsi olmasın.Sadə daldalanacaqlar bir-birindən ən azı 10 metr aralı olmalıdır.

Xəndəyin divarlarının birinin dibində hündürlüyü təxminən 50 sm, eni 35 sm olan oturacaq yeri düzəldilir.Səngər xəndəyinin üstünü qalınlığı 10-15 sm olan taxta, tir, dəmir-beton tikinti hissələri, yaxud kənd təsərrüfatı bitkilərinin (günəbaxan, qarğıdalı, pambıq) kollarından, ağacların budaqlarından bağlanmış şax-şəvəllə örtərək torpaqlamaq mümkündür.Burada müəyyən müddət qalmaq üçün lazımi şərait də yaradıla bilər.



Zəruri hallarda belə sadə daldalanacaqlar hər bir həyətdə, həmçinin çoxlu adam toplanan yerlərin – məktəblərin, mədəniyyət evlərinin, bazarların, avtobus dayanacaqlarının və s. yaxınlığında düzəldilməlidir.
Yüklə 105,17 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin