«Sosiologiya» Fənni Üzrə Kollokvium Suallarının Cavabları Sıra №



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix29.12.2021
ölçüsü0,6 Mb.
#48757
1   2   3   4   5   6   7   8   9   ...   26
sosiologiya-az-cavablari

Sosioloji tədqiqatların proqramı 

Sosioloji  tədqiqatların    hazırlanması    bəzilərinin  düşündükləri  kimi 

anketin  tərtibindən    deyil,  proqramın  tərtibindən  başlanır.  Tədqiqat 

proqramının  elmi  surətdə  tərtibi  böyük  əhəmiyyət  kəsb  edir.  Çünki 

tədqiqatın  nəticələri  xeyli  dərəcədə    bu  sənədin    səviyyəsindən  asılıdır. 

Proqram  sosioloqun  həyata  keçirdiyi  prosedurların  (informasiyanın 

toplanması,  işlənməsi  və  təhlili)    nəzəri-metodoloji    əsasını    təşkil  edir. 

Sosioloji  tədqiqat proqramı özündə aşağıdakı cəhətləri birləşdirir: 

1.  Problemin,  tədqiqat  obyektinin  və  predmetinin  müəyyən 

edilməsi. 

2.  Tədqiqatın  xarakterinin,  məqsəd  və  vəzifələrinin  müəyyən 

edilməsi. 

3.  Əsas anlayışların  irəli sürülərək izahının verilməsi. 

4.  Əməli  fərziyyələrin irəli sürülməsi. 

5.  Tədqiqatın strateji planının hazırlanması. 

6.  Respondentlərin seçilməsi planının tərtibi.  

7.  Məlumatların toplanması metodlarının təsviri. 

8.  Məlumatların təhlili sxeminin təsviri. 

Proqramda  nəzəri  (metodoloji)  və  metodiki  (prosedur)  bölmələri 

fərqləndirmək  olar.  Bunlardan  birincisinə  problemin  qoyuluşundan  tutmuş  

respondentlərin  seçilməsinə  qədər    olan  cəhətlər,  ikincisinə  isə 

məlumatların  toplanması,  işlənməsi  və  təhlili  aiddir.  Birinci    bölmə  

sosioloqdan  əsaslı  nəzəri  hazırlıq  tələb  edir.  O,  tədqiqat  obyektini  məntiqi 



təhlilə məruz qoymağı bacarmalıdır.  

Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın toplanması 

metodlarının səciyyəsini müəyyən edir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin