«Sosiologiya» Fənni Üzrə Kollokvium Suallarının Cavabları Sıra №



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix29.12.2021
ölçüsü0,6 Mb.
#48757
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
sosiologiya-az-cavablari

Sosiologiyanın funksiyaları 

Başqa  elm  sahələrində  olduğu  kimi,  sosiologiya  elmi  də  bir  sıra 

funksiyaları  yerinə  yetirir.  Hər  şeydən  əvvəl  o  sosial  inkişafın  obyektiv 

qanunauyğunluqları  barədə  dəqiq  bilik  verir.  Bu  sosiologiyanın  idrakı 

funksiyasıdır.  İkincisi,  sosiologiya  ictimai  həyatın  müxtəlif  sahələrinin 

inkişafı prosesinin idarə olunmasına kömək üçün təkliflər irəli sürür ki, bu 

da onun praktiki funksiyasıdır. Üçüncüsü, o kütlələrin ideya tərbiyəsi işinə 

xidmət edir ki, bu da onun ideoloji funksiyasıdır. 



İdrakı funksiya. Bu funksiya bir neçə aspektdə həyata keçir. 

Birincisi,  sosiologiya  tədqiqatçını  cəmiyyətin  inkişafı  və  bu  inkişafın 




                                                           

1

 «Социологические исследования» журналы. 1974, №2, с.180. 



2

 Рабочая книга социолога. М., 1977, с. 39. 

qanunauyğunluqları  haqqında  biliklərlə  silahlandırır,  bu  inkişafın 

mənbələrini və proseslər mexanizmini aşkara çıxarır. 

İkincisi, 

sosial 


hadisələrin 

və 


proseslərin 

obyektiv 

qanunauyğunluqlarını  açıb  göstərməklə  sosiologiya  istər  bütövlükdə 

cəmiyyətin,  isətərsə  də  onun  ayrı-ayrı  tərəflərinin  və  sahələrinin  gələcək 

inkişafı perspektivlərini başa düşməyə imkan verir. 

Üçünçüsü,  sosial  qanunlar  qanun-meyl  kimi  həyata  keçirilir.  Konkret 

sosioloji  tədqiqatların  vəzifəsi  adamların  ictimai  fəaliyyətində  sosial 

qrupların,  şəxsiyyətin,  peşə  qrupunun  və  cəmiyyətin  mənafelərinin 

maksimum uzlaşmasına imkan verən konkret formanı müəyyən etməkdir. 

Dördüncüsü,  sosiologiya  sosioloji  və  digər  sosial  tədqiqatlarda  idrakı 

fəaliyyətin  nəzəri  təhlilini  verməli,  sosial  idrakın  nəzəriyyəsini  və 

metodologiyasını  işləyib  hazırlamalıdır.  Sosiologiya  elminin  idrakı 

funksiyası  imkan  verir  ki,  sosial  proseslərin  təhlili  əsasında  cəmiyyətin 

maddi,  mənəvi  yaxud  siyasi  həyat  sferalarının  inkişafına  xidmət  edən 

proqnozlar irəli sürmək mümkün olsun. 

Praktiki  funksiya.  Sosiologiya  elminin  bu  funksiyası  onun  idrakı 

funksiyası  ilə  sıx  əlaqədardır.  O,  qabaqcadan  görmə  momentini  özündə 

birləşdirən  elmi  idrakın  təbiətindən  doğur.  Cəmiyyətin  və  onun  ayrı-ayrı 

tərəflərinin    hazırkı  vəziyyətinin  təhlilinə  əsaslanaraq  sosiologiya 

cəmiyyətin  yaxın  və  uzaq  gələcək  inkişaf  perspektivlərini  aşkara 

çıxarmalıdır. 

İctimai  münasibətlərin  hazırkı  vəziyyətini  tədqiq  etməklə  sosiologiya 

buna  nail  olur  ki,  insanlar  öz  ictimai  münasibətlərini  nəzarət  altına  ala  və 

ictimai  tərəqqinin  obyektiv  tələbatına  müvafiq  olaraq  onları  tənzimləyə 

bilsinlər. 

İctimai  inkişafın  qanunauyğunluqları  və  meyllərinin  dərindən  dərk 

edilməsinə  əsaslanan  proqnozlaşdırma  cəmiyyətin  elmi  idarə  olunmasının 

başlıca şərtini təşkil edir. Proqnozlaşdırmanı praktika ilə uzlaşdırdıqda uzun 

müddətli  sosial  proqnozlaşdırma  proqram,  qısamüddətli    isə    plan  kimi 

təfsir  edilə  bilər.  Cari  sosial  proqnozlaşdırma  isə  plana  düzəlişlər 

verilməsini, yəni onda vaxtında dəyişikliklər aparılmasını nəzərdə tutur. 



İdeoloji funksiya.  Elmi-idrakı və praktiki funksiyalarla yanaşı sosiologiya 

elmi eyni zamanda mühüm ideoloji funksiyanı da yerinə yetirir. 1974 – cü 

ildə Toronto şəhərində  keçirilən VIII Ümumdünya Sosiologiya 

konqresində məşhur Qərbi Almaniya sosioloqu  Renata Maynts 

«Sosiologiya: mənəvi  sərvətlərdən azadlıq və siyasi təkliflər problemi» adlı 

məruzəsində  qeyd edirdi ki, «sosiologiyanın ən aktual vəzifələrindən biri 

siyasətə öz münasibətini müəyyən etməkdir. Axı sosiologiya çox vaxt siyasi 

qərarlar qəbul edilməsi üçün baza rolunu oynayır və buna görə də o da bu 

mənada siyasətdir»

1

. Məşhur amerikan alimi Rayt Millz isə «Sosioloji 



təxəyyül» adlı kitabında ürək ağrısı ilə yazır ki, ABŞ-da sosiologiya 

generalların, həbsxana rəislərinin, biznesmenlərin xidmətçisinə 

çevrilmişdir.

2

 Sosiologiya zəhmətkeşlərin siyasi şüur səviyyəsinin 



yüksəldilməsində, onlarda fəal həyat mövqeyi tərbiyə edilməsində, onların 


sosial fəallıqlarının gücləndirilməsində  mühüm rol oynayır. Sadəcə olaraq 

sosioloji sorğuda iştirakın özü belə  adamlarda ictimai məsələlərə marağın 

yüksəlməsinə, onların sosial fəallıqlarının artmasına səbəb olur. İdeoloji 

funksiya, hər şeydən əvvəl təbii-tarixi prosesin dərk olunmasına və 

cəmiyytəin inkişafının məqsədlərinin müəyyən edilməisnə xidmət göstərir, 

ikincisi, digər konsepsiyalara qarşı elmi və ideoloji mübarizəni nəzərdə 

tutur; üçüncüsü əhali arasında düzgün elmi ideologiyanın yayılması işinə 

xidmət edir; nəhayət, dördüncüsü yüksək səviyyəli mütəxəssislərin 

hazırlanması və onların elmi ideologiyanı mənimsəməsi işini həyata keçirir. 

13 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin