Sosialogiyanın predmeti və vəzıfələri


Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir



Yüklə 131,59 Kb.
səhifə17/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
Sosialogiyadan imtahan sualları

Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən formalaşdırır. Yeri gəlmişkən qeyd edək ki, tədqiqatçılann xeyli hissəsi uşaq yaşlannda sosiallaşmaya daha çox diqqət yetirir. Bu halda diqqət ən əvvəl ailəyə yönəlir, çünki ailə insanın həyatında ilk sosiallaşdmeı özəkdir. Bundan başqa, ailə emosional əlaqələrin çox böyük intensivliyi ilə xarakterizə olunur. İlkin sosiallaşma fərdin həyatında həllediei məqam olub, onun şəxsiyyətini, sosial həyatda sonrakı inkişalinı bir çox eəhətdən müəyyən edir. Şəxsiyyətin sosiallaşmasmda iki mərhələni ayırd etmək olar:

1) sosial adaptasiya; 2) interiorizasiya.

Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması kimi izah edilə bilər.Mövcudluq uğrunda mübarizənin və təbii seçmənin nətieəsi kimi adaptasiyanın rasional şərhi Darvinin təkamül təlimində öz əksini tapmışdır. Kibernetikanın meydana gəlməsi adaptasiya anlayışında spesifik çalarlar formalaşdırmışdır. İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Xariei mühitin sosial normalarının, sərvətlərinin və digər komponentlərinin daxili «Mən»ə keçməsinin xarakteri hər bir konkret şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial mühitdə, necə deyərlər, əriyib yoxa çıxmır, həmin mühitlə az - çox müstəqil vahid kimi müəyyən münasibətdə olur


  1. Hüquq sosialogiyasının predmeti.

Hüquq sosiologiyası hüquq elmləri ilə sosiologiyanın qovuşuğunda yerləşən bilik sahəsidir. O, ümumi sosiologiyanın tərkib hissəsi kimi onun mövcud vasitələrindən faydalanır (anket sorğusu, müşahidə, müqayisə, testlər, eksperiment və s.); fəlsəfə, sosial psixologiya, statistika, riyaziyyat kimi bilik sahələrindəki nailiyyətlərə arxalanaraq, hüquqi münasibətlərin öyrənilməsinə fənlərarası mövqedən yanaşır. Sosioloji yanaşma hüququn və hüquqi hadisələrin tədqiq edilməsində ehkamçı və sırf normativ baxışları aradan qaldırır. O, sistemli və funksional üsullara əsaslanaraq normayaratma, qanunvericiliyin səmərəliliyi, ədalət mühakiməsinin qeyri-formal mexanizmi, hüquq və qanunvericilik barədə əhalinin rəyi, hüquqi düşüncənin (şüurun) təşəkkül tapması, hüquqi sosiallaşma və s. kimi məsələləri geniş şəkildə öyrənir.

Sözün geniş mənasında götürdükdə hüquq sosiologiyası hüquqi aktların və ayn-ayn normalarm real fəaliyyətini, adətlər, əxlaq, qrup dəyərləri və yönümlər, ictimai rəy və s. daxil olmaqla, bütövlükdə sosial tənzimləmə fonunda və onunla birgə təhlil edir. O, hüquqi məna kəsb edən sosial-hüquqi hadisələri və hüquqi xarakterli müxtəlif amilləri (ailə, mülkiyyət məsələləri, təsərrüfat müqavilələri, dövlətin planlı-tənzimləyici fəaliyyəti və i.a.) kompleks şəkildə götürür. Hüquq sosiologiyasmda qanunların və ayn-ayn normalann səmərəliliyinin, hüququn əsas sosial funksiyalanmn - tənzimləyici, tərbiyəvi, plan - proqnostik flınksiyalannm, hüquq və ədalət məhkəməsi barəsində ictimai rəyin öyrənilməsinə, hüquqi peşələrin nüfuzuna və s. xüsusi diqqət yetirilir. Hüquq sosiologiyasının müsbət məqamını hüquqi tənzimləmədə baş verən real proseslərin nəzərə alınmasına istiqamətlənmə, onlann konkret - sosioloji üsullar əsasında öyrənilməsi təşkil edir.

Hazırda Azərbaycanın hüquq doktrinası özünün nəzəri tədqiqatlardakı bəzi fərqlərinə baxmayaraq, normativ yanaşmadan hüquq sisteminin sosioloji dərketmə üsullanna keçidlə səciyyələnir. Hüquq sosiologiyasının müxtəlif aspektləri [263 - 264] Azərbaycan alimlərinin bir çox tədqiqatlannm mövzusu olmuşdur.

Hüquq sosiologiyası hüququn sosial funksiyalarını hüquqi aktlann qəbul olunması və ictimai həyatda tətbiq edilməsi ilə bağlı məsələlərin öyrənilməsinə istiqamətləndirir. Huqüqi tənzimləmənin sosial nəticələri və sosial səmərəliliyinin aşkara çıxarılması ən ciddi və mürəkkəb problemlərdən biridir. Çünki qanunvericilik aktlarının və digər normativ aktlann hazırlanması ilə yanaşı həm də müvafiq qanunverici və hüquqyaratma orqanlarının fəaliyyətinin öyrənilməsini nəzərdə tutur. O, həm də müxtəlif ölkələrdə və müxtəlif tarixi dövrlərdə bu proseslərin təbiətini, istiqamətini və fərqini göstərir.



  1. Sosial institutların mahiyyəti.

Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur. İnstitut termini (latınca - institutum) təşkilat, bərqəraretmə mənasını verir. Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslanm müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onlann köməyi ilə cəmiyyətin sosial strukturu - sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoru5mb saxlayır.' Məsələn, ailə institutu ərlə arvadın nəslin arünlması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydalan, tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqlan, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər simvollar sistemi daxildir. Sosioloqlar göstərirlər ki, hər bir cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər:

1. Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar.

2. Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar.

3. Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutlan. Bunlar həyata [170 - 1711 yeni gələn nəsillərin sosiallaşması, sosial dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi üçün cavabdehdirlər.

4.Qohumlar, ər-arvad, valideynlərlə uşaqlar arasındakı münasibətləri tənzim edən və əhalinin təkrar istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar.

Sosial institutun fəaliyyəti və inkişafı onun xarakteri və məzmunundan irəli gələn spesifik xüsusiyyətlərə, məsələn, utilitar mədəniyyət cizgilərinə malik olmalıdır. Bəzi institutlar inkişaf etmiş institutlardan fərqli olaraq ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir.

Bütün sosial institutlar onlar haqqında təsəvvür yaradan mədəni simvolik əlamətlərə malikdir. Məsələn, ailə institutu üçün nişan üzü5di, nigah mərasimi, dövlət üçün bayraq, gerb, milli himn belə əlamətlərdir. Sənaye müəssisəsinin təsvirini yığeam şəkildə onun adından və ya tiearət markasından əldə etmək olar. Musiqi də simvolik ola bilər. Məsələn, milli musiqi, dövlət himni, tələbə mahnılan, toy marşı müvafiq institutun təsvirinin formalaşması üçün tətbiq olunur. Binalar da institutun simvolu ola bilər.


  1. Kənara çıxan davranışın əsas səbəbləri və təzahür formaları.

  2. Sərxoşluq və narkomaniya deviant davranışın

  3. Sosial strukturun anlayışı.

Sosial struktur hər şeydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. tənzimedici təsir göstərmək qeyri-mümkündür.

Struktur (latınca structura - quruluş, yerləşmə, qayda) tamı təşkil edən hissələrin həmin tamın daxilində yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir.

Sosial struktur cəmiyyətdə müvafiq sosial mövqe (status) tutan və mövcud sosial sistemdə qəbul olunmuş normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elementlərin əlaqəsi və qarşılıqlı təsirinin müəyyən üsuludur'. Sosial struktur cəmiyyətin obyektiv surətdə birliklərə, siniflərə və s. aynimasmı ifadə edir və bununla insanlarm bir-birinə münasibətində bir çox meyarlara görə müxtəlif vəziyyətdə olduqlanm göstərir

«Sosial struktuD) anlayışı məhdud və geniş mənada işlənilir. Birinci halda sosial struktur dedikdə konkret sistem, onun struktur elementləri (siniflər, sosial qruplar və təbəqələr, digər birlik formalan) arasındakı münasibətlər başa düşülür. Geniş mənada götürülən sosial struktur isə sosial-sinfi, sosial-demoqrafik, sosial-ərazi, sosial-etnik, sosial-peşə strukturlannm məcmusunu əhatə edir.Sosial strukturun əsas xassələrini aşağıdakı göstəricilərdən çıxış etməklə nəzərdən keçirmək olar:

1) strukturluluq yaradan əsas elementlərin təbiəti və mahiyyəti;

2) onların ümumi, qarşılıqlı münasibətləri və asılılığı;

3) strukturun ünsürlərinin nizamhlığı, daxili rəngarəngliyi və dayanıqlığı;

4) ünsürlərin fundamentallıq səviyyəsi, mühümlülük dərəcəsi;

5) sözügedən ünsürlərin empirik müşahidə olunan hadisələrə münasibətdə göstərdiyi şərtləndirici, məhdudlaşdırıcı və nəzarətedici təsiri.

Sosial strukturun öyrənilməsində ən azı aşağıdakı iki paradiqma geniş yayılmışdır:



  1. Sosial institutlar nəzəriyyəsi (institutsional paradiqma). Bu paradiqmaya görə, sosial institutlar yalnız bütövlükdə götürdükdə cəmiyyəti müəyyən edir, onlar öz-özlüyündə personifıkasiyasız, şəxssiz təbiətə malikdir.

b) Sosial bərabərsizlik nəzəriyyəsi (funksional və konfliktoloji paradiqma). Bu qəbildən olan paradiqmalara görə, sosial bərabərsizlik sosial qruplann və fərdlərin funksional ölçülən göstəricilərindən daha çox onlann bir-birinə nəzərən tutduqları vəziyyətlərini səciyyələndirir. Belə yanaşma subyektlərin müqayisə edilməsini, qiymətləndirilməsini, konkretləşdirilməsini və personlaşdırılmasmı nəzərdə tutur. Sözügedən paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud diferensiasiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir. Müasir sosiologiyada cəmiyyətin sosial strukturu problemi üzrə ən nüfuzlu, evristik əhəmiyyət kəsb edən və daha geniş yayılmış aşağıdakı dörd klassik nəzəri-metodoloji yanaşma möveuddur:


  1. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin