Sitologiya fəNNİ ÜZRƏ MÜhaziRƏLƏr giRİŞ I mühaziRƏ: Sİtologiya elmiNİN İNKİŞaf tariHİ


IIIMÜHAZİRƏ HÜJEYRƏ NƏZƏRİYYƏSİNİN YARANMASI VƏ ƏHƏMİYYƏTİ



Yüklə 366,73 Kb.
səhifə8/55
tarix02.01.2022
ölçüsü366,73 Kb.
#36158
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
Sitologiya muhazire

IIIMÜHAZİRƏ
HÜJEYRƏ NƏZƏRİYYƏSİNİN YARANMASI VƏ ƏHƏMİYYƏTİ
Hüjeyrə nəzəriyyəsinin yaranması biologiya elminin ən vajib kəşflərindən biri olaraq həmin dövrdə janlı materiya haqqında mövjud olan idealist fikirləri alt-üst etmiş və sitologiya, histologiya və embriologiyanın əsasını təşkil edərək, bu elmlərin inkişafına güjlü təkan vermişdir. 1838-ji ildə A.Şleyden sitoqenez adlandırılan nəzəriyyə yaradır və ilk dəfə hüjeyrənin bölünməsini, hüjeyrənin daxili tərkibi ilə, əsasən onun nüvəsi ilə bağlı olduğunu əsaslandırır. Bundan sonra Şvann sitoqenez prosesində bütün orqanizmlərin mikroskopik strukturlarının ümumi inkişaf qanunauyğunluqlarına malik olduğunu göstərmiş və bu da bütün toxuma və orqanların hüjeyrələrində ümumi oxşarlığın olması fikrini irəli sürməyə imkan vermişdir. Beləliklə T.Şvann qenetik prinsiplərə əsaslanaraq, hüjeyrə nəzəriyyəsini əsaslandırdı. T.Şvanna görə bütün bitki və heyvan orqanizmləri oxşar quruluşlu hüjeyrələrdən təşkil olunmuşlar. R.Virxov 1858-ji ildə hüjeyrə haqqındakı bilikləri təbabətə tətbiq etdi. Bundan sonra alimləri hüjeyrələrin mənşəyi məsələləri maraqlandırır. Bir sıra alimlər, eləjədə Şveyden və Şvann hüjeyrələrin Janlı maddədən təşəkkül etməsi haqqında fikri irəli sürdülər. Nəhayət, R.Virxov 1859-ju ildə hüjeyrə nəzəriyyəsini yenidən işləyib genişləndirdi və sitoqenez anlayışı əvəzinə "omnis jellula e jellula" yəni "hər bir hüjeyrə hüjeyrədən" müddəasını irəli sürdü və bu da hüjeyrə nədən əmələ gəlir sualına düzgün javab oldu.

Lakin hüjeyrə nəzəriyyəsinin yaranmasından əvvəl bir çox alimlərin nailiyyətləri olmuşdur. 1824-27-ji illərdə fransız alimləri A.Dyutroşe, F.Raspayl, P.Tyurpen belə bir fikir irəli sürdülər ki, topajıq və qovuqjuqlar (hüjeyrələr) bütün bitki və heyvan toxumalarının elementar struktur vahidləridir. Bu jəhətdən çex alimi Y.Purkinyemin işlərini qeyd etmək lazımdır. O, 1837-ji ildə "nüvəli dənəjiklər" nəzəriyyəsini irəli sürmüşdür. 1834-47-ji illərdə rus histoloqu P.F.Qoryaninov hüjeyrəni janlı orqanizmin-quruluş modeli olması haqqında fikri formalaşdırdı. Hüjeyrə nəzəriyyəsinin müddəaları müasir dövrdə hüjeyrələrin quruluşu, çoxalması, bir-biri ilə əlaqəsi, qojalması, ölməsi və yerinə yetirdiyi funksiyalar haqqında məlumatlarla zənginləşib. Müasir hüjeyrə nəzəriyyəsinin aşağıdakı müddəaları var:

1. Hüjeyrə janlı orqanizmlərin ən kiçik quruluş və funksiya vahididir.

2. Müxtəlif orqanizmlərin hüjeyrələri quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinə görə oxşardır.

3. Hüjeyrələrin çoxalması ana hüjeyrənin bölünməsi yolu ilə baş verir (omnis jellula jellula-hər hüjeyrə hüjeyrədən).

4. Mürəkkəb çoxhüjeyrəli orqanizmlərdə hüjeyrələr mənşəyinə, formasına, yerinə yetirdikləri funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər.

5. Orqanlar toxumalardan ibarətdir, onlar öz aralarında sıx əlaqədə olub, hüjeyrə arası maddə sinir və humoral sistemlərin fəaliyyəti ilə tənzimlənir.


Yüklə 366,73 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin