X MÜHAZİRƏ: HÜJEYRƏNİN DAYAQ HƏRƏKƏTİ
Hüjeyrə mərkəzi 1875-ji ildə R.Hertviq tərəfindən dəniz kirpisinin rüşeyiminin bölünməsi öyrənilərkən kəşf edilmişdir. Hüjeyrə mərkəzi çoxhüjeyrəli heyvanların bütün hüjeyrələrində, ibtidai orqanizmlərdə və bəzi bitki hüjeyrələrində müşahidə olunur. O, işıq mikroskopunda yaxşı görünür. Hüjeyrə mərkəzinin tərkibinə bir-birinə sentrodesmos adlanan protoplazmatik saplar vasitəsilə birləşmiş iki sentriol daxildir. Sentriollar ya bilavasitə sitoplazmada ya da sentrosam adlanan kürəşəkilli törəmənin mərkəzində yerləşir. Hüjeyrə mərkəzinin bu şəkilli quruluşu əsasən bölünməyən hüjeyrələr üçün xarakterikdir. Hüjeyrə bölünməsi zamanı sentrosomun ətrafında əmələ gələn xüsusi şüalardan ibarət sahə-astrosfer onun quruluşunu bir qədər mürəkkəbləşdirə bilər.Bu şüalar fibrilyar saplardan ibarət olub qidalı sahəni əmələ gətirir.
Sentriolların injə quruluşunu işıq mikroskopu vasitəsilə öyrənmək mümkün deyil. Elektron mikroskopu ilə aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, interfaza zamanı hüjeyrə mərkəzi iki boş slindr formalı jisimjikdən ibarətdir (diametri-0,2 mkm-ə qədər, uzunluğu isə 0,5 mkm-ə qədər). Bu jisimjiklər sentriollar adlanır. Onlar diplosom əmələ gətirirlər . Diplosomlarda qız sentriollar bir-birinə nisbətən perpendikulyar yerləşirlər. Hər sentriol dairəvi yerləşən 9 triplet mikroborujuklardan ibarətdir Sentriolların tərkibinə mikroborujuqdan əlavə tərkibi dienin zülallardan ibarət «qulp» adlanan və qonşu tripletləri körpü şəkilli bir-birinə birləşdirən srukturlar var. Mərkəzi mikroborujuqlar yoxdur. Sentriolların quruluşunu bu düsturla-(9+3)+0 göstərmək olar. Eyni zamanda hər mikroborujuqlar tripletisferik formalı strukturla-satellitlərlə bağlıdır. Satellitlərdən hər tərəfə mikroborujuqlar ayrılır, nətijədə sentrosfer əmələ gəlir. Hüjeyrə mərkəzi yerləşən bütün hüjeyrələr üçün borujuqlar qrupunun sayı sabitdir. Hüjeyrə mərkəzinin kimyəvi tərkibi haqqında məlumat azdır. Əsasən məlumdur ki, sentriollarda karbohidratlar, zülallar, az miqdarda lipidlər və çox az miqdarda RNT və DNT var.
Hüjeyrə mərkəzi hüjeyrənin bölünməsində böyük rol oynayır. İnterfaza mərhələsində ikiləşmiş sentriollar, profaza mərhələsində hüjeyrənin qütblərinə çəkilirlər. Qütblərə çəkiləndə sentriolları birləşdirən sentrodesmozalardan iy telləri və ya bölünmə vətərləri formalaşır. Sonra isə iy telləri xromosomların sentromer nahiyyələri ilə birləşərək onların qütblərə çəkilməsi prosesində iştirak edirlər. Bunlarla bərabər bir çox tədqiqatlarda göstərilmişdir ki, ibtidai orqanizmlərdə kirpik və qamçıların formalaşması da sentriollarla bağlıdır. Qeyd edilən stukturlar bazal jisimjikdən və ya kinetosomdan inkişaf edirlər. Bütün bu müşahidələrə əsasən hələ keçən əsrin sonunda belə bir hipotez irəli sürülmüşdür ki, sentriollar və bazal jisimjik ya iy tellərinin əmələ gəlməsində,ya kirpik və qamçıların formalaşmasında iştirak edirlər, ya da hər iki funksiyanı eyni vaxtda yerinə yetirirlər. Elektron mikroskopik tədqiqatlar göstərdi ki, sentriolların quruluşu, kirpik və qamçıların əsasında duran bazal jisimjiyin quruluşuna oxşardır. Sentriolların və bazal dənəjiyin funksiyası hərəkətlə bağlıdır, yəni onlar hüjeyrə bölünən zaman xromosomların qütblərə çəkilməsində və hüjeyrələrin özlərinin hərəkətində kirpikli və qamçılı hərəkət) iştirak edirlər.
Dostları ilə paylaş: |