Şiəliyin gizli tərəfləri Ön söz


Şiələrin imamlar haqqındakı həddi aşmaları



Yüklə 1,08 Mb.
səhifə30/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   26   27   28   29   30   31   32   33   ...   70
16. Şiələrin imamlar haqqındakı həddi aşmaları


  1. On iki imamın peyğəmbərlərdən üstün hesab edilməsi.

Aydındır ki,onlar Əhli beytə Əhli Sünnətin baxdığı kimi baxmırlar.İtaətə çağırdıqları Əhli beyt on iki imamdır.Bu on iki imamı da peyğəmbərlərdən üstün hesab edirlər.

Alimləri seyyid Əmir Muhəmməd əl Kazimi əl Qəzvini “Şiə fi aqaidihim və ahkamihim” kitabında (səh 73) yazır: “Əhli beytdən olan imamlar peyğəmbərlərdən üstündürlər.”


Seyid Şübbar kitabında yazır: “Məsum imamlar İslam peyğəmbərindən başqa bütün peyğəmbərlərdən üstündür.” (“Şərhul ziyarətul camiə” səh 39)

Həmçinin, yazır: “İmamlar Allah qatında elə böyük məqama sahibdirlər ki,o məqama İslam Peyğəmbərindən başqa nə bir yaxın mələk,nədə Peyğəmbər çata bilməz.” (“Şərhul ziyarətul camiə” səh 88)


Xomeyninin yardımçılarından olan Ayətullah seyyid Əbdulhüseyn Dəstaqeyb kitabında yazır: “Bizim 12 imamımız,sonuncu peyğəmbərdən başqa bütün peyğəmbərlərdən üstündürlər.”

(“əl Yəqin”,səh 46, “Darut taruf” Beyrut 1989)


Həmin kitabın “Kəbədə doğum,məsciddə isə şəhidlik” fəslində isə yazır: “Əli ən pak və ən müqəddəs məxluqdur.”
Xomeyni “Hukumətul İslamiyyə” adlı məşhur kitabında yazır: ”İmam üçün tərifəlayiq elə bir məqam vardır ki,aləmin hökmranlığı,kainatın bütün zərrələri ilə imamların vilayətinə və hökmünə boyun əyir.Məzhəbimizin əqidə əsaslarından biri də budur ki,imamlarımız bir məqama sahibdir ki,o məqama nə yaxınlaşdırılmış mələklər,nə rəsullar,nə də peyğəmbərlər sahib olmamışdır.Əlimizdəki rəvayyət və hədislərdən çıxan nəticəyə görə ən böyük Peyğəmbər (s.a.s) və imamlar bu aləmin yaradılmasından öncə xəlq olunmuş bir nurdular və Allah onları özündən başqa heç kimin bilmədiyi bir məqama ucaltdı.İmamlarımızdan rəvayyət olunur ki, ”Bizim Allah ilə aramızda bəzi xüsusi hallarımız vardır.Ona nə yaxınlaşdırılmış mələklər,nə rəsullar,nə də peyğəmbərlər sahib olmamışdır.Həmçinin,Fatimə Zəhra (r.a)-da belə bir məqama sahibdir... ” (“Hukumətul İslamiyyə” səh 52)
Bu ifadələri onun sələfləri olan Şeyx Səduq,Hurr Amili kitablarında öz zamanlarında qeyd etmişdilər. Həmçinin,Seyyid Şübbar yazır: “İmamlar Allah qatında elə böyük məqama sahibdirlər ki,o məqama İslam Peyğəmbərindən başqa nə bir yaxın mələk,nədə Peyğəmbər çata bilməz.” (“Şərhul ziyarətul camiə” səh 88)

Daha sonra Xomeyni yazır: “Biz inanırıq ki,imamların əmr və işləri digərlərindən fərqlənir.Biz məzhəbimizə görə inanırıq ki,imamlarımızdan gələn hər bir əmr və işə vəfatlarından sonra belə tabe olunması vacibdir.” (“Hukumətul İslamiyyə” səh 90)

Digər səhifədə yazır: “Daha öncə də bildirdiyimiz kimi imamların təlimi Quranın təlimi kimidir və bu təlimlər hər kəs üçün hər əsrdə və zamanda keçərli olub,ona tabe olmaq və tətbiq etmək vacibdir.” (“Hukumətul İslamiyyə” səh 112)

Seyyid Nemətullah Cəzairi öz kitabında bunları qeyd edir: "Bil ki, mütəvatir xəbərlərə əsasən əshabələrimiz arasında Peyğəmbərimizin səma xəbərlərini ardıcıl olaraq yerə çatdırmış sair peyğəmbərlərdən daha şərəfli olması məsələsində ixtilaflar yoxdur. Onların arasındakı ixtilaf Əmirəlmömininin (Əlinin) və pak imamların öz babalarından başqa bütün peyğəmbərlərdən üstün olub-olmaması məsələsindədir.Onlardan bir dəstə adam bu fikirdədir ki, imamlar ululəzm (böyük peyğəmbərlər: Nuh, Ibrahim, Musa, Isa və Məhəmməd əleyhissəlamlar ) peyğəmbərlərdən başqa, qalan peyğəmbərlərdən üstündürlər, bu peyğəmbərlər isə imamlardan üstündürlər. Bəziləri onların bir-birinə bərabər olduğunu deyirlər. Qalan əksəriyyət isə imamların ululəzm və digər peyğəmbərlərin hamısından üstün olduğu fikrini irəli sürürlər ki, doğrusu da budur" (“Ənvar ən-Numaniyyə", c.1,səh 20-21)


Muhəmməd Baqir Məclisi “Miratul uqul” əsərində “Elçi,peyğəmbər və mühəddis arasında fərq” fəslində yazır: “İmamlar bizim Peyğəmbərdən başqa bütün peyğəmbərlərdən üstündürlər.” (“Miratul uqul” 2/290)
Şiələrin dəyərli şeyxi,alimi Zeynuddin Əbu Muhəmməd Əli ibn Yunis əl Amili ən Nəbatinin qələmə aldığı “Sıratul mustəqim” kitabı haqqında məlumat vermək istərdik.Muhəmməd Baqir Behbudi bu kitaba şərh yazmışdır.Müasir təqlid mərciilərindən olan Ayətullah Əbul Məali Şihabuddin əl Hüseyni əl Məraşi “Riyadul əfahi” adlı kitabının müqəddiməsində Nəbati haqqında yazır:

İlk dərəcəli və öndə gələcək kitablardan biri də tədqiqatçı alim şeyx Zeynuddin Əbu Muhəmməd ən Nəbatinin qələmə aldığı “Sıratul mustəqim” kitabıdır.And olsun ki,bu kitab mövzusu baxımından çox dəyərli bir kitabdır.”ər Rəvdat” müəllifi əllamə seyyid Murtəza Aləmulhudanın “Safi” kitabından sonra buna bənzər bir kitab görməmişəm....”


Həmin bu Yunus əl Amili ən Nəbati “Siratul mustəqim” (səh 1/20)-də deyir: “İmam Malik ibn Ənəs Əlinin fəziləti baradə çoxlu hədislər nəql etmişdir və o imamı ulul-əzm peyğəmbərlərdən üstün hesab edirdi.”

Lənətullahi aləl kəzibin! Allaha həmd olsun ki,imam Malikin sözləri bizə əsrlərdən bəri gəlib çıxmışdır və orada belə bir küfr yoxdur! İbn Qeyyim yazır: “Rafizilər Allahın ən yalançı məxluqlarıdır.” (“əl mənarul munif fis səhih və zəif” səh 171-172)

Bu sözləri yazan şeyx necə də haqqlıdır! Onların imamları peyğəmbərlərdən üstün tutmaları azmış kimi bu küfrü bizim alimlərə də isnad etmişlər.
Daha sonra öz alimlərinin çoxunun Əli (r.a)-ni ulul-əzm peyğəmbərlərdən üstün görməsini deyərək,yazır: “Alimlərimizin çoxu ümumi rəhbərliyindən və dünya əhalisinin hamısının onun xəlifəliyindən istifadə etməsi səbəbi ilə onu ulul-əzm peyğəmbərlərdən üstün hesab edirlər.”
Dünya əhalisinin hamısı Əlinin xəlifəliyindən faydalanmışdırmı?! Şiə alimləri onun ulul-əzm peyğəmbərlər xaricində bütün peyğəmbərlərdən üstün olması məsələsində həmfikirdilər.Bəzisi ulul-əzm peyğəmbərləri üstün hesab edir,bəzisi də imamları onlardan üstün hesab edirlər.Nəbatinin zamanında şiə alimlərinin çoxu imamları ulul-əzm peyğəmbərlərdən üstün hesab edirdilər.Bu gün də imamların Muhəmməd (s.a.s) xaricində bütün peyğəmbərlərdən üstün olduğunu açıq şəkildə deyirlər.Bunu təqiyyə ilə inkar edənlərə isə etibar edilməz.
əl Amili Nəbati həmin kitabda (1/101) “Əmirəlmöminin bir qrup peyğəmbərlərlə bərabər səviyyədə olması” başlığı altında yazır: “Allah Musanın duası ilə bir camaatı diriltmişdi.Əlinin duası ilə də Əshabi kəhfi diriltmişdi.Sam ibn Nuhu və Həbəşilərin kralını dilitməsi rəvayyət edilmişdir.”

Daha sonra (1/102) yazır: “Əlini balıqlar belə salamlamışlar.Allah onu insanların və cinlərin imamı etmişdir.”

Nəbati yazır: “Əshabı ona (Əliyə) deyirdi: “Musa və İsa möcüzələr göstərirdi.Səndə bizə bir möcüzə göstər ki,qəlbimiz aram olsun.” İmam onlara bir tərəfdən cənnəti,bir tərəfdən də cəhənnəmi göstərirdi.Onların çoxu dedilər ki,bu bir sehrdir.Yalnız iki nəfər sabit qaldı.Onlara da Kufə məscidinin daşlarını yaqut olaraq göstərdi.Onlardan biri də sonra küfr etdi,yalnız biri qaldı.” (“Sıratul mustəqim” 1/105)

Həmin səhifədə yazır: “Bir xarici ilə bir qadın dava etdilər.Əli kişiyə qışqıraraq “hoşt” dedi və adamın başı köpək başına çevrildi.”


105-ci səhifədə yazır: “Məhzum oğullarından birinin yoldaşını diriltmiş,adam da “buyur,buyur ağamız!” deyərək qalxmışdı.İmam ona “sən ərəb deyilsənmi” dedikdə,adam ona “əlbəttə ki,ərəb idim” dedi.Lakin,filan və filankəsin vilayəti üzərində ölmüşdüm.Beləcə,dilim də cəhənnəm xalqının dilinə çevrildi.”
107-ci səhifədə yazır: “Siffindən qayıtdıqda Fırat çayı ilə danışdı.Çay dalğalananda insanlar Fıratın şəhadət kəlməsini gətirərək,xəlifəliyin onun olduğunu iqrar etməsini eşitdilər. İmam Sadiq babalarından rəvayyət edir ki,imam Əli Fırat çayına qamışla vurduqda,çay dalğalandı və orada olan balıqlar ona salam verərək,hüccət olduğunu təsdiq etdilər.”
Bu kitabı həmçinin, böyük müctəhidləri Muhsin əl Əmin müqəddimədə tərifləyir və müəllifin fəzilətinə dair bir dəlil hesab edir.Halbuki,həmin bu Muhsin əl Əmin “əş Şia beynə həqaiq vəl əhvam” adlı kitabında şiələrin xürafatlardan və onlara nisbət edilənlərdən uzaq olduğunu iddia edir.

ən Nəbati Bəyadi kitabın (3/5)-da yazır: “Əbu Zərrin rəvayyətində deyilir ki,imam Quranı cəm etdikdən sonra onu Əbu Bəkrin yanına gətirdi.Əbu Bəkr orada özlərinin pisliklərini gördü və onu rədd etdi.Ömər Zeyd ibn Sabitə başqa bir Quran cəm etməyi tapşırdı.Quranı təhrif etmək üçün imamın əlində olan nüsxəni gətirməsini istədilər ki,onu yox etsinlər.Əmirəlmöminin bunu rədd etdi.Sonra Xalid ibn Vəlidin əli ilə onu öldürməyə çalışdılar.Bu hadisə məşhurdur.”


Bu şiələrin müsəlmanların əlində olan Quranın sabit olmamasına inandıqlarını isbat edən rəvayyətlərdən biridir. Bu haqqda inşəallah gələcək bölümlərdə bəhs edəcəyik.
ən Nəbati Bəyadi (1/105)-də yazır: “İmam Əli ənik daşı olan bir adama “Bir İsraili dayışır” dedi. Həmin şəxs dedi: “Ənik nə vaxtdan İsrail oldu?” Əleyhissalam “bu adam beşinci gün öləcək” dedi.Həmin adam beşinci gün öldü və dəfn edildi.İmam gəlib ayağı ilə qəbri ehmalca vurdu.Qəbrdə olan ayağa qalxıb,dedi: “Əliyə cavab qaytaran Allah və Rəsuluna cavab qaytarmış kimidir.” İmam ona dedi: “Qəbrinə geri qayıt!” O,qəbrinə girdi və qəbir bağlandı.”
Zeynuddin əl Amili Nəbatinin yazdığı və Ayətullah Məraşinin də təhqiq edib, rədd etmədiyi bu kitab onlara görə dəyərli bir kitabdır.


b) Şiəliyə görə imamların məsumiyyəti.
Onlara görə vilayət təkcə Əhli beyti sevmək deyil,təyin olunmuş 12 imama,onların məsum olduqlarına və sözlərinin Peyğəmbər (s.a.s) sözü kimi olduqlarına imandır.
Şeyx Muhəmməd Rza Müzəffər yazır: “Biz imamların da peyğəmbərlər kimi gizli vəya açıq,bilərək vəya bilməyərək əxlaqsızlıq kimi bütün günahlardan uşaqlıq dövründən ölənə qədər məsum olduğuna inanırıq.Həmçinin,onlar səhv,xəta və unutqanlıqdan da uzaqdırlar.” (“Əqaidulil imamiyyə” səh 91,Beyrut)
Eyni yerdə yazır: “Onların əmr və qadağalarının Allahın əmr və qadağaları olmasına,onlara itaət və asiliyin Allaha edilmiş itaət və asilik olduğuna,onların dost və düşməninin Allahın dostu və düşməni olduğuna etiqad edirik.Onlara edilən etiraz Rəsullullah (s.a.s)-a edilmiş etiraz kimidir.Peyğəmbər (s.a.s)-ə edilən etiraz da Allaha edilmiş etiraz kimidir.”
Xomeyni kitabında yazır: “Biz inanırıq ki,imamların fəqihlərə bəxş etdikləri məqam hələ də davam etməkdədir.Çünki,haqqlarında səhv və qəflət olduğunu təsəvvür etmədiymiz imamlarımız müsəlmanların mənfəəti naminə hər şeyi əhatə edirlər.İmamlar özləri də onlardan sonra bunun fəqihlər tərəfindən idarə olunacağını bilirdilər.” (“Hukumətul İslamiyyə” səh 91)
Ayətullah Seyyid İbrahim əz Zincani şeyx Səduqa istinadən yazır: “Peyğəmbərlər,rəsullar və imamlar haqqında etiqadımız budur ki,onlar hər cür pislikdən və günahdan məsumdurlar.Nə kiçik,nə də böyük günah etməzlər. Əmr olunduğu məsələlərdə Allaha asi olmazlar,onları tanımayan kafirdir.” (“Əqaidul isna əşariyyə” 2/157,Beyrut)
Rza Müzəffər yazır:

60-cı səhifədə: “Ona görə biz etiqad edirik ki,imam gərək Allah tərəfindən Peyğəmbərin dili ilə vəya digər İmamın dili ilə təyin edilsin.”



61-ci səhifədə: ”İmam uşaq yaşından ölənə qədər məsum olmalıdır.Onun üçün səhv etmə və yaddan çıxma halı caiz deyildir.”
O,deyir ki,imamlar səhv və unutqanlıqdan uzaqdırlar.Biz isə öz növbəmizdə yalnız imamların bu məsələ barasində elə şiə mənbələrində nə dedikləri haqqında sitatlar təqdim etmək istərdik.
İmam Əli deyib: “İnsanların çoxları bir işdə çalışıb səy göstərdikdən sonra mədh və tərifi şirin hesab edirlər. Amma, hələ qalmış və yerinə yetirmədiyim haqlar və icrasında naçar olduğum vacibi əməllərin müqabilində Allaha itaətimə və sizinlə xoş rəftarıma görə mənə gözəl təriflər deməyin. Mənə zülmkarlara (xoş gəlmək üçün) deyilən sözləri deməyin. Qəzəbli insanlardan (qəzəblənmələrinə görə) çəkinərək gizlədilən şeyləri məndən gizlətməyin. Zahirdə dostluq göstərmək, yaltaqlıq və (dil ilə) rüşvət verməklə mənimlə ünsiyyətdə olmayın. Mənim barəmdə belə güman etməyin ki, əgər haqq deyilsə, o mənə ağır gələcək və mən özümü böyük tutmaq istəyirəm. (Mənimlə haqq söz deyilməyən itaətsiz hakimlər kimi davranmağınızı istəmirəm.) Çünki mən, Allahın mənim nəfsimə daha malik və güclü olduğu yerlərdə kifayət etməsi istisna olmaqla, nə səhv etməkdən yüksəkdəyəm, nə də öz işimdə ondan amandayam. (Buna görə də buyurur:) Həm mən, həm də siz Ondan başqa tərbiyə edən və yetişdirən olmayan Rəbbin ixtiyarındakı bəndə və quluq. O, bizim özümüzün ixtiyarımız olmayan şeylərimizin maliki və ixtiyar sahibidir. (Buna görə də böyüklük Ona layiqdir və Ondan başqalarının vəzifəsi bəndəlik və itaətkarlıq etməkdir.) O bizi (içində) olduğumuz nadanlıqdan çıxardaraq xeyrimizə olan elmə sövq etdi; bizim azğınlığımızı hidayət və doğru yola çevirdi və bizə korluqdan sonra görmə bəxş etdi.” (“Nəhcul bəlağa” xütbə 207)
İmam Cəfər dedi: “Mənim ən yaxşı dostum mənə qəbahətlərimi bildirəndir.” (Muhsin Hərrati “Yaxşılığa dəvət,pis işlərdən çəkindirmək” səh 15,”Əhli beyt evi” 2005 il)
Əli (r.a) deyir: “Allahım, məni (günahımı) bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm (ikinci dəfə onu törətsəm) sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi (əməl etməyi öhdəmə götürdüyüm itaət və bəndəliyi) bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını (işin əvvəlində Sənə yaxınlaşmaq üçün ibadət və bəndəlik etsəm də, ondan sonra beynimə riya və özünü göstərmək kimi fikirlər gəldiyinə görə) bağışla. Allahım, gözümün ucunun işarələrini (gözünün ucu ilə işarə edib möminə əziyyət verməyi və ya onun qeybətini edib arxasınca pis danışmağı), boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.” (“Nəhcul bəlağa” xütbə 77)
İmam Əli oğlu Həsənə Siffeyn döyüşündən sonra məktub yazaraq vəsiyyət edir.Bu məktub,vəsiyyət uzundur.Oradan ixtisarlarla bəzi hissələr belədir.Bu Nəhcul Bəlağada 31-ci məktubdur:

...Bilmədiyin şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə. Azğınlıq olmasından qorxduğun yoldan çəkin...”



...Sonra xalqın nəfsi istəklər və rəylərə uymaları səbəbindən şübhələrə düşüb ixtilafa düçar olduqları şey barəsində sənin şübhəyə düşəcəyindən qorxdum. Onu sənin yadına salmağa meylim olmasa da, mənim üçün onu möhkəmləndirmək, səni həlak və məhvediciliyindən əmin olmadığım işdə təkbaşına buraxmaqdan daha xoşdur. Allahın, onda sənə qurtuluş və nicat müvəffəqiyyəti əta etməsini və səni düz yola hidayət etməsini diləyirəm. Beləliklə, bunları vəsiyyət edirəm sənə....


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin