“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 42,94 Mb.
Pdf görüntüsü
səhifə4/125
tarix02.01.2022
ölçüsü42,94 Mb.
#1003
1   2   3   4   5   6   7   8   9   ...   125
Prezident İlham Əliyevin çıxışı:

– Bu gün çox əlamətdar bir gündür. Biz

Bakı şəhərində Azərbaycan Tibb Univer 

-

sitetinin Tədris-Cərrahiyyə Klinikasının açılı -



şına toplaşmışıq. Bu gözəl hadisə münasi bətilə

sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb

Universitetinin bütün professor-müəllim

heyətini, bütün tələbələri təbrik edirəm.

Gözəl mərkəzdir, gözəl tibb ocağıdır. İndi

mərkəzin müxtəlif bölmələri ilə tanış oldum.

Bir daha görürəm ki, Azərbaycanda artıq

səhiyyə sahəsində işlər ən yüksək səviyyədə

görülür.

Xatırlayıram ki, üç il bundan əvvəl bu

klinikanın təməl daşını qoyduq. O vaxt – üç

il bundan əvvəl Tədris-Terapevtik Klinikanın

açılışını da qeyd etdik. O vaxt rektor və

professor-müəllim heyətinin nümayəndələri

müraciət etmişdilər ki, Cərrahiyyə Klini 

-

kasının tikintisinə də ehtiyac vardır. İlkin



olaraq Prezidentin ehtiyat fondundan vəsait

ayrıl 


mışdı. Ondan sonra dövlət büdcəsi

hesabına bir neçə il ərzində bu gözəl tibb

mərkəzi yaradılmışdır.

Deyə bilərəm ki, Azərbaycanda son illər

ərzində yaradılmış tibbi mərkəzlər arasında

bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz

gözəlliyi, memarlığı və funksional cəhətləri

ilə seçilən bir klinikadır.

O vaxt belə bir klinikanın yaradılması iki

məqsədi güdürdü. İlk növbədə, qarşıda

Azərbaycan Tibb Universitetində tədris pro -

sesini daha da yüksək səviyyəyə qaldırmaq

məsələsi dayanmışdı. Eyni zamanda bütün

cərrahiyyə yönümlü kafedraları bir yerə

yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz

buna nail olduq. Eyni zamanda Azərbay 

-

canda yeni, müasir tibb mərkəzinin yaradıl -



ması da təmin edilmişdir. Yəni burada həm

təhsil, həm səhiyyə – ölkəmiz üçün vacib

olan iki sahə birləşir. Burada bütün işlər ən

yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir

avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır,

çox gözəl binadır. Həkimlər, tələbələr üçün

burada ən gözəl şərait yaradılmışdır. Belə də

olmalıdır. Çünki Azərbaycan uğurla və

sürətlə inkişaf edir. Ölkə qarşısında duran

bütün vəzifələr icra edilir. O cümlədən səhiyyə,

təhsil sahələrində qarşıda duran vəzifələr icra

edilir. Son illər ərzində Azərbaycanda 500-ə

yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər

ölkəmizin bütün bölgələrini əhatə edir. On

beş şəhərdə diaqnostika mərkəzi yaradıl 

-


Yüklə 42,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin