Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə33/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   29   30   31   32   33   34   35   36   ...   152
23

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




lazımlılığı mübahisə doğur mur, lakin o insan‐

lara, müəyyən mənada, kömək etməlidir və

düşünürük ki, o bunu digər dəyərləri, digər

mühiti, digərini anlamaq müdrikliyi ilə edə

bilər.

Müxtəlif fəlsəfələr vardır, onları nələr isə



birləşdirir, lakin bir çox şeylər də ayırır. Biz

Qərb fəlsəfəsi haqqında danışırıq, Şərq, müsəl ‐

man fəlsəfəsi anlayışlarından da istifadə edirik.

Qərb fəsəfəsi haqqında yazanda bə ziləri onu

fransız, alman, ingilis‐amerikan, analitik fəlsə ‐

fələrə bölürlər və bu sıranı davam etdirmək

olar. Lakin məsələ onların arasında olan

fərqliliklərdə deyil, mühüm olan onları nələrin

birləşdirdiyini müəyyənləşdirməkdir. Bu birləş ‐

dirici  başlanğıc dövrə görə dəyişir, lakin bütün

zamanlarda mövcud olmuşdur. İnstitutu‐

muzda, Bakıda keçirilən konfranslardan birinin

iştirakçısı olan fransız filosofu ilə söhbətdə

onun işlətdiyi bir fikir bu birləşdirici məqamın

nədən ibarət olduğunu aşkar etmək üçün mənə

açar oldu. Fikir təqribən belə səs ləndi: alman

fəlsəfəsini mən fransız fəlsəfə sindən yüksəkdə

görürəm. Bu qəbildən olan ifadələri hər birimiz

dəfələrlə eşitmişik. Bəzi ləri Şərq fəlsəfəsinin,

bəziləri müsəlman fəlsə fə sinin baş tutmadığını

iddia edirlər, Qərb filosofları isə artıq tükən ‐

diyinə baxmayaraq, əksər hallarda əsl fəlsəfənin

yalnız Qərb fəlsə fəsi olduğunu təkid edirlər.

Buradaca kimsə elmin fəlsəfəsinin (R.Rorti)

həqiqi fəlsəfə olduğunu qeyd edəcək, kimsə

yalnız Hegeli filosof hesab edəcək, kimsə də

fəlsəfənin sübut və həqiqətlə ümumi heç bir

şeyinin olmadığını sübut etməyə çalışacaq. Bu

söhbətlərin, eləcə də bu qəbildən olan mətn lə ‐

rin, çox zaman dərin və maraqlı oduğunu inkar

etməyəcəyik. Lakin başqa bir tərəf də mövcud‐

dur.


İlk növbədə, elə bu başqa tərəfi axtarmaq

lazımdır. Müasir dövr mürəkkəb və birmənalı

deyil, onu proqnozlaşdırmaq, risklərini dərk

etmək çətindir, bununla belə, bu gün filosof

fəlsəfədə işlənmiş bütün ideyalardan istifadə

edərək insanlarla, dəyərlərlə nələrin baş verdi ‐

yini anlamağa çalışmalı, onların zamanın sına ‐

ğına davam gətirə bilməmələrinin səbəblərini

araşdırmalıdır. Bu tezisi inkişaf etdirsək, məlum

olur ki, məsələn, materialist filosof idealist

fəlsəfə ilə ümumi olanları, bu fəlsəfədə olan

dəyərləri müəyyənləşdirməli və təhlil etmə ‐

lidir; din alimi isə əksinə,  materialist fəlsəfədə

mühüm olanları görməli; elmin fəlsəfəsi ilə

məşğul olan filosof bütün müxtəlifliklərə bax‐

mayaraq, onu fəlsəfə tarixi ilə nələrin bir 

ləşdirdiyini öyrənməyə cəhd etməlidir və s.



Bəlkə, filosofun bu təcrübəsinin insanlara bir

faydası toxuna bilər.

Xatırladaq ki, qeyd edilən tezis konteks ‐

tində, bir zamanlar Hegel fəlsəfi sistemi «eyni‐

lik və fərqliliyin vəhdəti»nin reallaş dı rıl ma sında

görürdü. Әlbə ə, ola bilsin ki, adi obıvatel

üçün eyni zamanda həm eyniliyi, həm də

fərqliliyi əhatə etmək çətin olsun, onun üçün

ideologiyanın yerinə dini və ya dinin yerinə

ideologiyanı seçmək daha asandır. Lakin bu

məntiqsiz fəlsəfəni dərk etmək mümkün deyil.

Bundan başqa, müasir dövrün məğzi və məhz

bu məğzdən irəli gələn, onu açan fəlsəfə

aktualdır. Hegelin vəhdət fəlsəfəsini dərk

etmək üçün fəlsəfənin rasional olduğuna

diqqət yetirmək lazımdır, çünki məhz bununla

o ağlı inama tabe edən xristian və müsəlman

dini Mütləqdən və mistik fəlsəfədən fərqlənir.

Buradan belə bir sual meydana çıxır: inam,

yoxsa ağıl və görünür, yenə də onlar arasında

mövcud olan eynilik və fərqliliyi görmək

lazım dır. Lakin burada müxtəlifliklərdən biri

ondan ibarətdir ki, ağıl (spekulyativ fəlsəfə)

inamı anlaya və ya bu haqda düşünə bilər,

inam isə Mütləqdə əriyir, bəlkə də, yox? Hegel

əmin idi ki, mistisizm tam şəkildə «daxildə baş

verəni  düşünə» bilmək imkanına malik deyil ‐

dir, yüksək rasionalizmin təcəs sümü kimi təfək ‐

kürdə və ya Hegelin təbirincə desək, «təsəvvürdə»

yalnız fəlsəfə buna qadir dir. İstərdik ki, biz

fəlsəfənin hər şeyi, həm də Mütləqi anlamağa

səy göstərən rasionallıq olması fikrindən yan

keçməyək, lakin müasirlik və mənəviyyat

yalnız rasional cəhdlərin nəticəsi ola bilməz,

amma tək inam da burada kifayətli deyil. Ra‐

sional şübhələr inama xələl gətirməz, əksinə,

yenidən öz daxilinə baxmaq, inamının,

əxlaqının dərinliyini anlamaq imkanı yarada

bilər.

Sonda  filosofu müasir edə biləcək bir məsə ‐



lənin  xüsusiyyətinə də diqqət yetirmək istər ‐


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin