Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1.1 Mb.
Pdf просмотр
səhifə9/9
tarix10.06.2017
ölçüsü1.1 Mb.
1   2   3   4   5   6   7   8   9

DĠGƏR XÖRƏKLƏR 
 
LƏVƏNGĠ. Ləvəngini hazırlamaq üçün qabaqca bir qədər qoz və ondan 4 
-5  dəfə  çox  soğan  təmizləyirlər.  Ayrılıqda  əvvəl  ət  maĢınında  (qədimdə  tabaqda 
daĢla  döyərdilər)  qozu  çəkib  bir  tərəfə  qoyurlar.  Sonra  soğanı  da  ət  maĢınında 
çəkib suyunu sıxandan sonra alça turĢusu ilə birlikdə (yaxud lavaĢada və ya hazır 
turĢuda  isladıb)  əllə  vəzləyərək  qarıĢdıra-qarıĢdıra  duz,  istiot,  ətrindən  ötəri 
döyülmüĢ bir az darçın əlavə edirlər (bəzən az da olsa kiĢmiĢ qarıĢdırırlar). Sonra 
alınan  qarıĢığı  qabaqcadan  təmizlənib,  duzlanıb,  turĢulanmıĢ  toyuğun,  ördəyin  və 
ya qazın içərisinə doldurub, ayaqlarını qarnına tərəf əyib qarnını və boğaz tərəfdən 
kəsilən yerlərini tikib biĢirirlər. 
Ləvəngini od üzərində də biĢirmək olar. 
BALIQ  LƏVƏNGĠSĠ.  Balıqlardan  əsasən  ziyad  (azatmayı)  balığını 
ləvəngi  edirlər.  (Düzdür,  çəki,  xəĢəm,  çapaq  və  külmə  balıqlarından  da  edirlər. 
Ancaq  ziyad  kimi  dadlı  olmur).  KeçmiĢdə  bunları  da  çölməkdə,  sacayaqda  od 
üzərində  biĢirirdilər.  Bu  ləvəngi  də  toyuq  ləvəngisi  kimi  hazırlanır.  Kürülü  ba-
lıqların  kürüsündən  də  ləvəngi  ilə  qarıĢdırıb  balığın  qarnına  və  qulaqlarına 
doldurub biĢirirlər. 
 
 
AġLAR 
 
BORANI  AġI.  Boranını  fal-fal  edib  qazana  su  tökərək  noxudla  birlikdə 
ocağa  qoyurlar.  Boranı  biĢərkən  çıxarıb  qazanda  qalan  noxudun  üzərinə  düyü 
töküb  qaynadırlar.  Boranını  əzib  horra  halında  duzla  birlikdə  qazana  -  noxudla 
düyü üzərinə töküb qarıĢdırırlar. QarıĢıq biĢib hazır olana yaxın, soğan dağı töküb 
qarıĢdırırlar, sonra ocaqdan götürurlər. Bəzən boranı aĢına süd də tökürlər. 
AĞ Aġ. Düyü yuyulub üzərinə su və duz tökülüb qaynadılır. Düyü biĢib 
horra  halına  gələndə  ocaqdan  götürüb,  quru  alçadan  hazırlanmıĢ  turĢuya  Ģirni 
vurur, nimçələrdə aĢın üzərinə töküb yeyirlər. Ağ aĢ ən çox qıĢda yeyilir (turpla). 
AYRAN  AġI  (DOVĞA).  Əvvəl  noxudu  ayrıca  qaynamağa  qoyurlar. 
Sonra biĢirilən qazana qatıq, düyü, 1-2 yumurta, bir qaĢıq un töküb və lazımi su ilə 
ocağa qoyub, qaynara düĢənə qədər qarıĢdırırlar. Qaynardan sonra dadına görə duz 
atılır  və  qaynar  ayran  aĢının  içərisinə  doğranıb  hazırlanmıĢ  keĢniĢ,  Ģüyüd,  nanə, 
kəvər,  sarımsaq,  ispanaq  biĢmiĢ  noxud  töküb  qarıĢdıraraq,  bir  müddət  xırda  odda 
qaynadırlar. Bəzən ayran aĢına balaca küftələr atır və kələm də doğrayırlar. 

100 
 
TURġULU  Aġ.  Paxla,  buğda,  lobya,  noxud  və  düyünü  isladırlar. 
Hamısını bir qazana töküb, üzərinə su əlavə edib qaynadırlar. YarımbiĢmiĢ olanda 
bunların  üzərinə  quru  alça,  qara  turĢu,  boranı  və  kiĢniĢ  doğrayıb  tökürlər.  Bir  az 
qaynadıb dadına görə Ģirni töküb birlikdə qaynadandan sonra duz atırlar. 
HƏDĠK. Noxudu, lobyanı, düyünü isladıb, birlikdə qazana tökub üzərinə 
su əlavə edir, ocağa qoyaraq o qədər qaynadılır ki, tamamilə açılıb həll olur. Sonra 
duzunu  töküb  içərisinə  biĢirilib  hazırlanmıĢ  baĢ-ayaq  və  ya  soğandan  töküb 
ocaqdan götürürlər. 
SÜDLÜ  Aġ.  Düyü  yuyulduqdan  sonra  biĢirilən  qabda  südün  içərisinə 
tökülür, ocağa  qoyulub qaynadılaraq arabir qarıĢdırılır. Sonra  lazımi duz, sarıkök 
atıb,  biĢənə  qədər  qarıĢdırırlar.  Südlü  aĢı  yeyərkən  üzərinə  yağ,  darçın,  Ģirni 
tökürlər. 
ƏRĠġTƏ. Lazımi  miqdarda  un,  yumurta, duz  və  su ilə  bərk xəmir edilib 
yuxa açılır, əriĢtə kəsilir. Sonra biĢirilən qazana su töküb qaynadırlar, qaynar suya 
duz töküb, hazırlanmıĢ  əriĢtəni qazanın içərisinə  səpə-səpə tökürlər. BiĢənə  yaxın 
üzərinə hazırlanmıĢ soğandağı töküb qarıĢdıraraq götürürlər. 
Vaxtilə  kəsilib  qurudulmuĢ  əriĢtədən  də  biĢirilə  bilər.  Sirkə,  sirkə-
badımcan və nanə ilə yeyilir.  
OMAC. Omac üçün unu,  yumurtanı,  suyu  və  duzu qarıĢdırır,  əlin içində 
ova-ova   xırda yumrular   əmələ gətirirlər. Sonra ələkdən keçirib unu yumrulardan 
ayırırlar. Qazana su töküb qaynayan zaman omacı qazana töküb qarıĢdırırlar. Omac 
biĢən dövrdə içərisinə əvvəlcədən hazırlanmıĢ soğandağı tökürlər. Yeyiləndə quru 
nanə və sirkə tökülür. 
 
 
KÜKÜLƏR 
 
SƏBZĠ  KÜKÜ.  Səbzi  kükünü  biĢirməkdən  ötrü,  kiĢniĢi,  Ģüyüdü,  göy 
soğanı,  sarımsaqla  birlikdə  döyüb,  üzərinə  yumurta,  duz  istiot  bir  az  un  töküb 
qarıĢdırırlar.  BiĢirilən  qaba  yağ  atıb  qaynara  düĢərkən  bu  qarıĢığı  yağın  üzərinə 
töküb qarıĢdırırlar, sonra xırda odda ocağa qoyub üstünü qabla örtüb biĢilir. Səbzi 
kükü plov və çörəklə yeyilir. 
KARTOF KÜKÜSÜ. Əvvəl   kartofu  biĢirib əzir  və üzərinə duz, istiot, 
yumurta  və  Ģəkər  tozu  töküb    qarıĢdırırlar.  Sonra  ocaqda  qaynamaqda  olan  yağın 
üzərinə töküb, xırda odda qızarmağa qoyurlar. Hər iki üzü qızarıb biĢəndən sonra 
fal-fal doğranır, plov və çörəklə yeyilir. 
BADIMCAN KÜKÜSÜ. Badımcanın qabığı soyulub, duzlanır, qara suyu 
çıxarılır. Sonra soğanla birlikdə döyülüb və üzərinə duz, istiot, yumurta, un töküb 
qarıĢdırılır, tavada  qaynamaqda  olan yağın içərisində  hər iki üzü qızardılır. Qıza-
randan sonra fal-fal doğranaraq plov və çörəklə yeyilir. 

101 
 
QOZ KÜKÜSÜ. Qoz təmizlənib, soğanla birlikdə döyülür. Sonra üzərinə 
duz,  istiot,  yumurta  və  un  tökülüb  qarıĢdırılaraq,  tavada  qaynar  yağın  içərisinə 
tökülür, hər iki üzünü lap zəif odda qızardırlar. (Çünki qoz tez yanır). Qızarandan 
sonra fal-fal doğranıb plov və çörəklə yeyirlər. 
ƏT  KÜKÜSÜ.  Ət  soğanla  birlikdə  narın  döyülür.  Buna  duz,  istiot  və 
yumurta  qatıb  tavada  qaynamaqda  olan  yağın  içərisinə  hər  iki  üzünü  qızardaraq 
götürürlər. Sonra fal-fal doğranır, plovla yeyilir. 
 
 
PƏTƏLƏR 
 
MƏRCĠ-PƏTƏ.  Mərci  yuyulub  boranı  ilə  birlikdə  qaynadılandan  sonra, 
qara sularını süzüb birlikdə əzərək, üzərinə duz, istiot, dadına görə Ģirni və soğan 
töküb, balaca odda   qaynadılır. Mərci-pətə çörəklə yeyilir. 
BORANI-PƏTƏ.  Boranı  doğranılıb,  az  suda  vam  ilə  qaynadılır.  Hazır 
olduqda biĢirilən qabda əzərək, üzərinə duz, istiot, soğandağ töküb ocağa qoyurlar. 
Bəzən  pətənin  içinə  ayrıca  qaynadılmıĢ  ağ  lobya  (maĢ)  tökülür.  Bunu  da  çörəklə 
yeyirlər. 
POMĠDOR  PƏTƏSĠ.  Pomidoru  doğrayıb  qazana  tökərək  bir  az 
qaynatdıqdan  sonra  üzərinə  duz,  istiot,  yumurta,  sarımsaq  və  soğandağ  töküb 
qarıĢdıraraq bir az qaynadandan sonra götürülür. 
BADIMCAN PƏTƏSĠ. Eyni ilə pomidor pətəsi kimi hazırlanır. 
TƏRƏ.  Ġspanaq  tərəsi,  çeĢtərə,  əvəlik  tərəsi  və  hori  tərənin  hər  birindən 
ayrıldıqda tərə biĢirilir. Qabaqca ispanağı tərə biĢirilən qaba doğrayıb üzərinə duz, 
su  və  düyü  töküb  ocağa  qoyurlar.  Qaynayan  zaman  içinə  quru  alça  atıb 
qarıĢdırırlar.  Tərə  biĢəndən  sonra  üzərinə  yağ,  yumurta  və  döyülmüĢ  sarımsaq 
tökür,  bir  az  qaynadıb  odun  üzərindən  götürür.  Tərə  quru  balıq,  soyuq  plov  və 
çörəklə də yeyilir. 
Eyni ilə çeĢtərə, əvəlik tərəsi və həri tərə də ispanaq tərəsi kimi biĢirilir. 
 
 
MEYVƏLƏR   VƏ ONLARDAN HAZIRLANAN 
ƏRZAQLAR 
 
HEYVA  1.  Yay  heyvası,  2.  PeĢməyi  heyva,  3.  Payız  heyvası,  4.  QıĢ 
heyvası. Bu heyvalardan rub, mürəbbə, riçal (çem) hazırlanır və onlar biĢməmiĢ də 
yeyilir. 
RUB. Rubu biĢirməkdən ötru dərilmiĢ heyvanı yuyandan sonra (növündən 
asılı  olmayaraq)  dilim-dilim  doğrayır,  tumundan  (lüğəbindən)  ayırırlar.  Lüğəbi 

102 
 
qurudulub  bir  qabda  saxlanılır,  soyuq  dəymiĢ  Ģəxsin  sinəsinin  bəlğəmini 
təmizləməkdən ötrü suda isladılıb həlimi içilir. 
DoğranmıĢ heyvanın miqdarına  görə götürülən qaba (qalaylı,  mis, çuğun 
və  ya  bürünc  qab  olmalıdır)  su  töküb  qaynadırlar.  BiĢəndən  sonra  teĢtin  üzərinə 
sıra  ilə  ensiz  taxtalar  düzüb  üzərinə  təmiz  bir  kisə  qoyub  bütün  qaynanmıĢ 
heyvaları hissə-hissə  kisə tutana qədər içərisinə töküb süzəndən sonra heyvanı da 
sıxıb suyunu çıxardıb puĢu (cecəsi) atırlar. 
Alınan  heyva  suyunu  bürünc  teĢtə  töküb  ocağa  qoyurlar,  su  qaynayıb 
quruduqca  qalan  heyva  suyundan  ona  əlavə  edilir,  sonra  o  vaxta  qədər  qaynadılır 
ki,  su  mətə  çevrilir,  yəni  qatılaĢır.  TeĢt  yerə  qoyulub  soyuyandan  sonra  qablara 
tökülür.  Rubu  bütün  xörəklərlə  yeyirlər.  Bu  iĢtah  açan  məzə  ancaq  Lənkəran 
zonasında  hazırlanır.  Onu  uzun  illər  saxlamaq  olar,  ancaq  həmiĢə  sərib  yerdə 
saxlanmalıdır. Vaxtilə 200 -250 kq heyva biĢirib 20 -25 kq rub əldə edərdilər. 
ARMUD.  Lətənz  armud,  səmənd  armud,  gülabi  armud,  nar  armud,  hülə 
armud, kök armud, panagün armud, Ģəlim armud. 
Bu  armudların  bəzilərindən  rub,  doĢab,  mürəbbə  hazırlanır  və  bəziləri 
duza qoyulur. BiĢməmiĢ də yeyilir. 
DOġAB.  DoĢabı  biĢirməkdən  ötrü  armudu  yuyub  (növündən  asılı 
olmayaraq)  iki-üç  yerə  bölüb  qazanda  qaynadırlar.  Dənəsini  (tumunu)  ayırmırlar. 
Qaynayandan sonra qalan bütün hazırlanma gediĢi rubunku kimidir. Ancaq doĢab 
rubdan bir az duru olur. Onun dadı armudun növündən asılıdır.  
ALMA. Yay alması, payız alması. 
Bu  almalar  ancaq  yeyilir,  bunlardan  bəzən  mürəbbə  biĢirilir.  Lənkəranın 
özündə alma çox az olur. 
ƏZGĠL.  Dombul  əzgil,  balaca  Ģirin  əzgil,  balaca  turĢ  əzgil.  Bunların  
bəziləri  qurudulur  və duza  qoyulur.  YetiĢəndə yeyilir. 
HINDAMIRA    (XURMA).    Hındamıra  əsasən  meĢədə  bitir.  Kalı  ağız 
büzür. YetiĢmiĢi həm qurudulur, həm  də ondan  gözəl hındırma   doĢabı  biĢirilir, 
(Ən  böyüyü  iri  fındığ   boyda olur). 
ALBALI. Albalı qurudulur,  ondan  mürəbbə   biĢirilir   və yeyilir. 
ALÇA. Dombul alça, lal alça, qəzvini   alça,  fındığı  alça, göyçəsultan, 
gilası alça, turĢ alça. Alçaların bəzisi qurudulur. Ondan turĢu, mürəbbə biĢirilir və 
yeyilir. 
GĠLAS.  Ağ  gilas,  qara  gilas,  sarı  gilas.  Ağ  və  qara  gilasdan  mürəbbə 
biĢirilir, sarı   kilas  isə yeyilir. 
ÜZÜM. KiĢmiĢi, Ģixvəli, xınbı, talıĢ üzümü, çaxır üzümü,  keçiəmcəyi. 
Bu üzümlərin bəzisindən yeyilməkdən baĢqa həm də sirkə, abqora, Ģərab 
hazırlanır, duza qoyulur və mürəbbə biĢirilir. 
TUT.  Ağ  tut,  qara  tut,  Ģah  tut,  kababı  tut.  Bunlar  təzə  halda  yeyilməklə 
yanaĢı, həm də qurudulur, onlardan doĢab biĢirilir, spirt çəkilir. 

103 
 
ƏNCĠR.  Ağ  əncir,  qara  əncir,  iki  bəhrəli  əncir.  Təzə  yetiĢmiĢ  halda 
yeyilməklə yanaĢı, mürəbbə,  riçal  biĢirilir, qurudulur. 
ĠYDƏ. Ġydə qurudulub yeyilir. 
LĠMON. Limon həm qurudulur, həm  də qurudulmamıĢ çayla içilir.  
PORTAĞAL. YetiĢmiĢi yeyilir. 
SUMAQ. Lənkəranın ―Ġsti su‖ meĢəsində bitir. Bir sıra xörəklərdə istifadə 
olunur. (Yuxarıda göstərilmiĢdir.)  
ġAFTALI.  Tüksüz  Ģaftalı,  tüklü  Ģaftalı.  Bunlardan  mürəbbə  biĢir  və 
yeyilir.  
FINDIQ.   Fındıq   çox   biĢmiĢlərdə   istifadə   olunur   və yeyilir. 
              QOZ. Qoz yeyilməkdən əlavə, ondan quĢ əti, balıq və çörəklərdə istifadə 
edirlər. 
ZOĞAL.   Zoğalı   qurudurlar,   mürəbbə    biĢirir   və çiy   də yeyirlər. 
NAR. ġirin nar, turĢ nar, gülöyĢə nar. ġirin nar yeyilir və ondan nar-Ģərab 
hazırlanır. TurĢ narı Lənkəranda xörəklərdə və balıq yeməklərində istifədə edirlər 
(sirkə əvəzində iĢlənir.) 
ĠNNAB. Ġnnab qurudulur və qurumamıĢ da yeyilir.  
GAVALI. Bir neçə  cür olur,  bunlardan  mürəbbə  biĢir  və yeyilir. 
GÖYƏM. Göyəmdən mürəbbə biĢirilir və yeyilir.  
QARAGĠLƏ. Qaragilə əsasən meĢələrdə bitir. Onu qurudur və qurumamıĢ 
da yeyirlər. 
ƏRĠK.  Ərik  əsasən  Lənkəranın  Zuvand  zonasında  çox  olur,  bundan 
mürəbbə biĢirilir və yeyilir. 
ġƏKƏR QAMIġI. Ən qədimdən TalıĢ mahalında Ģəkər qamıĢını hər yerdə 
əkib  istifadə  edirdilər.  ġəkər  qamıĢı  qarğıdalı  kimi  həyətdə  becərilirdi.  Sonralar 
Ģəkər qamıĢı  əkini nədənsə  unudulmuĢdur. 1930-cu illərdə  Ģəkər qamıĢına  çox az 
yerdə  rast  gəlmək  olardı.  Bu  illərdən  sonra  mən  Lənkəran  zonasında  daha  rast 
gəlməmiĢəm.  Ġndi  isə  orada  Ģəkər  qamıĢı  haqqında  təsəvvürü  olan  yoxdur.  ġəkər 
qamıĢının toxumu açıq qəhvəyi rəngdə və mərcidən iki dəfə kiçik olur. 
ġəkər qamıĢını  Ģuma  seyrək səpirdilər, o bir metr  yarıma  qədər boy atır, 
qarğıdalı kimi  gül  açırdı.  Gövdəsini bərkiməmiĢ,  sütul (yumĢaq) halda  biçib 2  -3 
sm  böyüklükdə  doğrayıb suda qaynadırdılar,  (Rub və doĢab   biĢirməkdən   ötrü 
heyva    və  armudu  doğrayıb  qaynadan  kimi).  Tamam  qaynayıb  həll  olunandan 
sonra  suyunu  süzüb  dənini  torbaya  tökürdülər.  Suyunu      qaynamağa  qoyurlar. 
Qazandakı  su  qaynayıb  quruduqca  götürülən  sudan  az-az  əlavə  edilr.  Su  tamam  
töküləndən  sonra  o  qədər    qaynadılır  ki,  rəngi  qəhvəyi  olur,  həm  də  qatılaĢıb  
bərkiyir,  bəzən  rub  kimi  hazırlanır,  bəzən  də  doĢab  tək  duru  götürürlər.  Daha 
doğrusu, kim nə təhər istəyir, o cür də götürür. 
Qədimdə Ģəkər qamıĢı Ģirni yerinə iĢlədilirdi. 
 
 

104 
 
BOSTAN VƏ TƏRƏVƏZ BĠTKĠLƏRĠ 
 
Qarpız                       YemiĢ                 Gərmək                Boranı 
Yelpənək                   Pomidor             Badımcan             Ġstiot 
Kələm                        Noxud                Paxla                    Lobya 
Mərci                         Turp                   Lərgə                    Soğan 
Sarımsaq                    Darı                   Çuğundur              Kartof 
ġüyüd                        Kök                    Çiyələk                 KeĢniĢ 
Cəfəri                        Ġspanaq               TurĢəng                Vəzəri 
Nanə                         Yarpız                 Tərə                      Reyhan 
ġalğam 
 
 
LƏNKƏRAN GÜLLƏRĠ 
 
AtəĢi gül                    Qızıl gül                      HəmiĢəbahar 
Mumi gül                   Saatı gül                      Nərgizi gül 
Sırğayı gül                 Ağ zanbaq                    Sarı zanbaq 
Göy zanbaq                ġəbgül                         Mixəyi gül 
Pəlliyi gül                  Ətri gül                        Xoruzpipiyi 
Maldili gül                 BənövĢə                       ġinəf 
Naznaz gülü              Oturun qızlar                Noruzgülü 
Ġtağzı gülü                 Maqnoli                        Zənciri gül 
GümüĢü gül               Pambuğu gül                SarmaĢıq və.s. 
 
  
Yuxarıda qeyd etdiyimiz bostan və tərəvəz  bitkilərinin  hamısı Lənkəran 
xörəklərində iĢlədilir. Qarpız, yemiĢ, gərmək, turp və Ģalğam isə xörək yanında 
yeyilir. 
ġalğam. ġalxam  əsasən Lənkəran zonasında əkilir. Qıtığotu (xren) kimi 
bir  qədər  tünd  tamına  və  azacıq  sarıya  çalmasına  baxmayaraq,  ağ  turpa  o  qədər 
oxĢayır ki, çoxları onu ağ turpun əvəzinə alıb evə  gətirir, yalnız  yeyəndə  bilir ki,  
baĢqa tərəvəz bitkisiymiĢ. 
ġalğamı  hazırlamaq üçün yuyur, qartımıĢ yarpaqlarını atır, tər yarpaqları 
ilə    kökünü  kəsib    ayrıca    yığırlar.    Qalan  gövdəsini  iriliyindən  asılı  olaraq,  4,6 
yaxud  8  hissəyə  doğrayırlar.  BiĢirilən  qaba  su  və  duz  töküb  qaynadırlar, 
hazırlanmıĢ Ģalğamı qaynar suda  daha  15-20 dəqiqə  qaynadırlar, sonra  aĢsüzəndə 
süzürlər.  TəmizlənmiĢ  kökləri  ət  taxtasında  əzib  üstünə  Ģalğam,  qaynar  su  töküb 
ocaq yanında qoyurlar ki, qıcqırsın. QaynadılmıĢ Ģalğamı - miqdarına görə balona, 
bəstiyə   və   ya 10 -12  kiloluq qaba  tökürlər.  Həmin   qaba   Ģalğamın    üzərinə 
qalxana  qədər  dağ  su  əlavə  edirlər.  Onun  üstündən  isə  Ģalğamın  döyülüb 

105 
 
qıcqırdılmıĢ  köklərini  töküb  qarıĢdırırlar.  Bütün  bunların  da  üzərinə  sirkə-Ģirə 
qarıĢığı  tökürlər.  (sirkə-Ģirə  sirkəyə  Ģirni  və  ya  doĢab  qatmaqla  hazırlanır).  Bu 
minvalla  hazırlanmıĢ  Ģalğam  10  -12  gündən  sonra  istifadə  üçün  tam  yetiĢir.  Onu 
xörək yanında, iĢtahaçan və həzmə kömək edən qida kimi qəbul edirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

106 
 
SON  SÖZ YERĠNƏ 
 
Bu kitabı özüm və ailəm haqqında bir neçə sözlə bitirmək istəyirəm. 
Azərbaycanın görkəmli Ģairi, babam Mirzə Ġsmayıl Qasir haqqında kitabın 
―Maarif  və  mədəniyyət‖  bölməsində  az-çox  məlumat  vermiĢdim.  Daha  nə  deyə 
bilərəm... 
Ana  babam  —  Kəlbə  Manaf  Qasımov  Lənkərana  ġamaxı  rayonunun 
Lahıc qəsəbəsindən gəlmiĢdir. 
Atam  Mirzə  Səbi  1870-ci  ildə  Lənkəranda  anadan  olmuĢdur.  O,  1898-
1902-ci  illərdə  Krasnovodskda,  dəniz  limanında  Ġmamverdi  adlı  bir  sahibkarın 
gəmisi üçün mal qəbul edən vəzifəsində iĢləmiĢdir. 
Mirzə Səbi 1902-ci ildən Lənkərana qayıdıb su idarəsində iĢə düzəlir. Bu 
vəzifədə 1926-cı ilin iyun ayına kimi iĢləyir. 
Atam 1905-ci ildə evlənmiĢ, onun üç oğlu və üç qızı olmuĢdur. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  bir  qədər  sonra,  hər  yerdə 
olduğu  kimi,  Lənkəranda  da  vəziyyət  hələ  yaxĢı  deyildi.  Ölkədə  qarmaqarıĢıqlıq 
hökm  sürürdü.  Bizim  tənəbidə  (zalda)  yaĢayan  Lənkəran  dairə  daxili  iĢlər 
idarəsinin (gepo) rəisi Parsayev 1926-cı il  iyun ayının 15-də atamı  yanına çağırıb 
deyir:  ―YoldaĢ  Axundov,  sən  çox  sadə,  təmiz,  gözəl  bir  insansan.  Sənin  bu 
keyfiyyətlərini bilib, sənə bir məsləhət etmək istəyirəm. Gəlsənə, Bakıya köçəsən? 
Çünki səndən çoxlu yalan məlumatlar, danoslar verirlər, bu məlumat və danosları, 
sənin  xəbərin  olmadan  mən  yoxlamıĢam  və  öyrənmiĢəm  ki,  bunların  hamısı 
böhtandır.‖ 
Atam  da  Parsayevin  bu  məsləhətini  eĢidib,  1926-cı  ilin  iyun  ayında 
ailəsiylə birlikdə Bakıya köçür. 
Mirzə  Səbi  1926-cı  ildə  Zığ  kəndi  ilə  Əhmədli  arasında  yeni  açılmıĢ 
keçəllər xəstəxanasına müdir təyin olunur. Həmin ildən Bakıda müxtəlif idarələrdə 
çalıĢmıĢdır. O, 14 noyabr 1937-ci ildə həbsə alınmıĢ, 1 mart 1943-cü ildə DaĢkənd 
yaxınlığında olan həbs düĢərgəsində ölmüĢdür. 1956-cı ildə bəraət almıĢdır. 
Mən  7  yaĢından  oxumağa  baĢlamıĢam.  Ġlk  müəllimim  (mollam)  anam 
olmuĢdur. O mənə və bir neçə qonĢu uĢaqlarına çərəkdən (ərəb əlifbasından) dərs 
demiĢdir.  Çərəkəni  qurtarmıĢdıq  ki,  1917-ci  il  fevral  —  burjua  inqilabının  sədası 
Lənkərana  gəlib  çıxdı.  QarmaqarıĢıq  hadisələr  baĢ  verdiyindən  oxumağı  davam 
etdirə bilmədim. 
UĢaqlıq  illərimdə  çoxlu  xəstəliklərə  məruz  qalmıĢam.  Qızılcadan  sonra 
məndə  sinəgirlik  qaldığından,  bacı  və  qardaĢım  mənə  ―Xırxır‖  ləqəbini 
vermiĢdilər. Həkimlərin müalicə etmələrinə baxmayaraq, bu xəstəlik məndən uzun 
müddət əl çəkmədi. Ancaq xalq təbabətini yaxĢı bilənlərin məsləhətinə qulaq asıb 
iki  kirpi  ətinin  kababını  yedikdən  və  üç  çöl  dovĢanının  qanını  isti-isti  içdikdən 
sonra həmin xəstəlik tamamilə yox olub getdi. 

107 
 
UĢaqlıq  çağlarımda  çox  nadinc  olduğumdan  anam  məni  tez-tez  nazik 
çubuqla  döyərdi.  Bir  gün  yenə  də  məni  döyərkən,  çəpər  qonĢusu  olan  dayımgilə 
qaçdım.  Dayılarım  öz  ata-baba  sənətlərini  davam  etdirirdilər.  Böyük  dayım 
Ələsgər misgər, kiçik dayım Əliheydər dəmirçi idi. Ġkisi bir dükanda iĢləyirdi. 
Onlar mənim nadincliyimin ―dərmanını‖ tapmıĢlar kimi, anama dedilər ki, 
qoy  Ġshaq  gündüzlər  dükana,  bizim  yanımıza  gəlib,  sənət  öyrənsin,  axĢamlar  isə 
yenə  mal-qaranın  qabağına  çıxar.  Bu  iĢ  anamın  ürəyindən  olduğu  üçün  razılıq 
verdi. 1918-ci ilin iyun ayı idi... 
Bir  müddət  sonra  Musavat  hökuməti  Astara  tərəfdən  qoĢun  çıxarıb, 
Sütəmurdova  qədər  gəldi.  Ancaq  Muğan  polku  Musavat  qoĢununu  Lənkərana 
buraxmadı.  AxĢamlar bərk atıĢma gedirdi.  Çay uzunu qayaların dalında səngərlər 
qazılmıĢdı.  Muğan  polkunun  qərargahı  Kəlbə  Tağının  evində  idi  (hazırda  bura 
ölkəĢünaslıq muzeyidir). Bizim dükan oraya çox yaxın idi.  
Musavat  hökuməti  qurulan  il  mən  məktəbə  gedirdim,  eyni  zamanda 
dükanı  unutmamıĢdım.  Dükan  o  zaman  Qapandibində  idi.  O  zaman  mənimlə 
doktor  Ġsabəy  Əlibəyovun  uĢaqları  da  oxuyardılar  (Əsgərxanın  qız  nəvələri 
Balabəy və Rauf).  
Biz oxuyan məkəb xəstəxananın yanında idi. Sonralar onu söküb, yerində 
indiki dördmərtəbəli orta məktəbin binasını tikdilər. 
Atam 1924-cü ilin avqustunda məni iki yoldaĢımla - Lətif Salayev və Həzi 
Aslanovla  birlikdə  Bakıya  hərbi  məktəbdə  oxumağa  göndərdi.  Üçümüz  də 
mövsümə görə yüngülcə geyinmiĢ, saçımızı dibindən qırxdırmıĢdıq. 
Bələdçimiz  Bakı  darülməülliminin  tələbələri  -  mənim  böyük  bacım 
Bacıxanım  və  Aliyə  idi.  Gəmi  ilə  gecə  gedirdik.  Sevincimiz  yerə-göyə  sığmır, 
gözümüzə yuxu getmirdi. 
Bakıya çatdığımız günün axĢamını Həzi ilə mən ĠçəriĢəhərdə, bibimgildə 
qaldıq. Ertəsi günü isə  böyük təəssüf içində  dostlarımdan ayrılmalı oldum:  onları 
hərbi məktəbə götürdülər, mənim isə uĢaqlıqda sol qolum sınıb və əyri bitdiyi üçün 
qəbul etmədilər. Lənkərana qayıtmalı oldum... 
Burada  sənaye  texnikumuna  girdim.  1926-cı  ildə  yay  tətilinə  çıxmıĢdım. 
Texnikumun yaxınlığında elektrik stansiyası tikilirdi. Tikinti baĢa çatmaq üzrə idi. 
Orada  iĢləyən  bənnalardan  biri  bizim  qonĢumuz  Qulamhüseyn  idi.  O  öz  sənətini 
öyrənməyi mənə məsləhət elədi. RazılaĢıb tikintidə iĢə baĢladım. ĠĢ səhər saat 6-da 
baĢlayıb, axĢam 5-də qurtarırdı, 12-dən 15-dək fasilə olardı. 
Biz  tikintini  apardığımız  dövrdə  Ģəhərin  küçə  və  evlərinə,  idarə  və 
müəssisələrinə iĢıq xətləri çəkilib hazırlanmıĢdı. Elə  həmin  il (1926) divar hörmə 
iĢi  qurtardı. Stansiyanın tikintisi 1926-cı il sentyabrın 1-də tamamilə baĢa çatdırıl-
dı,  sentyabrın  15-də  qeyri-rəsmi  surətdə  Ģəhərə  ilk iĢıq  verildi.  AçılıĢ isə  1927-ci 
ildə oldu. AçılıĢ mərasimi S. Ağamalıoğlunun baĢçılığı ilə keçdi. 
Bizim  dükandan  xeyli  aralı  MəĢədi  Mikayılın  (Bağırovun)  dükanı 
yerləĢirdi.  Onun  nə  satdığını  bilməzdim,  ancaq  həmiĢə  stul  qoyub,  dükan 

108 
 
qabağında  əyləĢərdi.  1919-cu  ildə  onun  dükanına  çoxlu  adam  gəlib-gedərdi. 
MəĢədi  Mikayıl  məni  bir  yerə  göndərəndə  ya  əli  ilə,  ya  da  gözləri  ilə  çağırardı, 
dayım da deyərdi: ―Get, dostun çağırır‖. O, xeyli zarafat edəndən sonra mənə kağız 
və ya dillə tapĢırıq verib, ya Qvanın dükanına, ya Ağaməmmədəligilə, ya da baĢqa 
bir  yerə  göndərərdi.  Mənə  nə  Ģey  versəydilər,  mən  onu  ―Mars‖  adlı  itimin 
xaltasının alt üzündə olan meĢin cibinə qoyardım. 
Çox  -vaxt  Ağaməmmədəli  məni  Gərmətükə  -  Ağamirgilə  göndərərdi. 
Havzavuya bircə dəfə - Mirzə ġirəligilə getmiĢəm. Qalan vaxtlar onun indiki Həzi 
Aslanov  küçəsindəki  evinə  gedirdim.  Kəndlərə  göndərəndə  dayımgilin  itini  də 
götürürdüm.  Çünki  kəndlərdə  o  zaman  çoxlu  it  olurdu,  öz  itimin  xaltasına  bağ-
ladığım ipi  həmiĢə  əlimdə  tuturdum. Çox vaxt  yoldaĢlarımdan da  götürürdüm  ki, 
yolda oynaya-oynaya gedib-gələk, həmiĢə də mənə tapĢıraradılar ki, kimin yanına 
getməyim barədə heç kimə-bir söz deməyim. 
Bununla demək istəyirəm  ki, özüm də bilmədən  Lənkəran inqilabçılarına 
xidmət edirəmmiĢ. 
Verilən 
tapĢırığı 
yerinə 
yetirib, 
qayıdandan 
sonra 
məni 
mükafatlandırırdılar. Hətta çəkməçi Abdulla bir cüt dübəndi də tikib vermiĢdi. 
 
 
TƏQAÜD DÖVRÜNDƏ FƏALĠYYƏTĠM 
 
1981-ci  ildən  təqaüdə  çıxmıĢam.  ĠĢsiz  dura  bilməyərək,  babamın  44  il 
əvvəl  respublika  əlyazmalar  fonduna  verdiyim  Ģerlərini  üzə  çıxarmaqla  məĢğul 
olmağa baĢladım. 
Ən  əvvəl babam M. Ġ. Qasirin Lənkəranda  olan qəbri üzərində  büstünün 
qoyulmasına təĢəbbüs göstərdim. 1983-cü il iyun ayının 6-da, kitab bayramı günü 
abidənin açılıĢı oldu. 
Bu  iĢə  nail  olandan  sonra,  həm  özümün,  həm  də  Lənkəran  ziyalılarının   
arzusunu  yerinə  yetirərək,  babam  M.  Qasirin  əlyazmalar  fondunda  yatan   
külliyyatını   toz basmıĢ   qovluqların içərisindən çıxartmağa giriĢdim. 
Bu arada- 1984-cü ilin may ayında məni güclü ürək iflici vurdu. Ayın 24-
də  beĢ  saat  yarım  ölü  qaldım.  BaĢda  dayım  oğlu,  dosent  Məhəmməd  Tağıyev 
olmaqla, Bakı Ģəhər 4 №-li xəstəxanasının həkimləri mənə bihuĢdar verib qanımı 
dəqiqədə 4000 dəfə tərsinə hərəkət etdirərək... o dünyadan qaytardılar! 
Ġndi, allaha Ģükür eləyirəm ki, ikinci ömür hesabına yaĢayıram. 
Hərdən  düĢünürəm  ki,  mənə  ikinci  ömür  verilməsinin  səbəbi  o  imiĢ  ki, 
ilahinin  bədbəxt  babam  M.  Ġ.  Qasirə  rəhmi  gəlib.  Məni  ona  bağıĢlayıb  ki,  onun 
külliyyatını çapa hazırlayım. Mən hərgah dirilməsəydim, onun yazıları hələ bundan 
sonra da toz altında qalacaqdı. Bəlkə də vərəqlərini güvə yeyəcəkdi. 

109 
 
Böyük çətinliklərdən sonra iĢ tapĢırıldı Sultanov Məmmədağaya, yəni iĢin 
savadlı sahibinə. Çoxlu düzəliĢlərdən sonra əlyazmanı 2 dəfə makinada yazdırdım. 
Nəhayət, əsər 1985-ci ildə ―Yazıçı‖ nəĢriyyatına təhvil verildi və çıxdı. 
Yenə  bu  dövrdə  babamın  adını  Lənkəranda  əbədiləĢdirməkdən  ötrü 
Azərbaycan KP MK-ya ərizə verdim. M. Ġ. Qasirin adı məktəbə, küçəyə verildi və 
Lənkəranda ev-muzeyi açıldı. 
Ömür-gün  yoldaĢım  ixtisasca  müəllimdir.  Altı  övlad  anasıdır.  Hamısına 
lazımi səviyyədə tərbiyə verib, hamısına, yəni üç oğlan və üç qızı ali savadlı etdi. 
Heybət  iqtisadçı,  Tufan  arxeoloq  oldu,  Qasir  isə  ticarət  sahəsində  iĢləyir. 
Qızlarımızın  ikisi  -  Südabə  ilə  Məsudə  mənim  yolumla  getdilər  -  geoloqdurlar, 
Mənusə isə rus dili müəlliməsidir. 
1971-ci  ildə,  yəni  54  yaĢında  ikən  arvadımı  bir  toy  evinə  müdir  təyin 
etdilər.  O,  15  il  də  bu  vəzifədə  iĢləyəndən  sonra,  öz  xahiĢi  ilə  1986-cı  ildən 
pensiyaya çıxdı. Ġndi zəhmətimizin təqaüdünü alaraq yaĢayırıq... 
 
                                        Günlərim ötüĢür, illərə dönür, 
    Ömrümün Ģamdanı günbəgün sönür, 
Cahan gözlərimə rəngsiz görünür, 
 Səksənə çatmıĢam, bu an, qocalıq. 
 
Gənclik həsrətiylə çırpınır ürək, 
 Çətindir bu dərdi sadə söyləmək. 
      Arzum budur, yüz yaĢı da biz görək, 
 Aman ver Ġshaqa, dayan, qocalıq. 
 
Sağ olun, istəkli oxucularım, sağlıqla qalın. Ġsindiyiniz od-ocağı sevə-sevə 
yaĢayın.  Boya-baĢa  çatdığınız  torpağa  baĢ  əyə-əyə  ucalın.  El-obanızı,  yurdunuzu 
sevin. Artığını demirəm - mən Lənkəranı sevdiyim qədər sevin. Mənimçün dünya 
Lənkərandan baĢlamıĢdır. Lənkəranın hər çimdik torpağı tutiyadır mənimçün. Mən 
ondan əbədi ayrılmazam. 
 
 
 
 
 
 
 
 
 
 
 

110 
 
MÜNDƏRĠCAT 
 
GiriĢ 
Tarixdən səhifələr 
Lənkəran – TalıĢ mahalı 
ġıvkunovun törətdiyi bir faciə 
Bala Məmməd 
Ġlk pioner evi 
Görkəmli Ģəxsiyyətlər 
TalıĢinskilərdən bir nəsil 
Mehmandarovlar 
Həzi Aslanov 
Ġnqilabdan əvvəl və sonrakı illərdə Lənkəranda görüb – tanıdığım xanəndə 
və çalğıçılar 
Maarif və mədəniyyət 
Lənkəranın məktəb tarixindən 
M.Ġ.Qasir və onun ədəbi irsi 
Bakıya oxumağa göndərilən ilk qızlar 
Memarlıq – abadlıq 
Böyük bazarın Qapandibi ətrafında olan tikililər 
Körpülər, yollar, əkinlər 
Bəlləbur qalası və Xanbulançay gölü 
Lənkəranda olan isti su bulaqları 
Lənkəran adətlərindən 
Toy 
Novruz bayramı 
ƏĢya ilə yazıĢma 
Lənkəranda ləqəblər 
Lənkəranda iĢlənən zərb – məsəllərdən 
Lənkəranda kənd adları 
Əlavə: Lənkəran mətbəxi 
Son söz yerinə 
 
 
 
 
 
 
 
 
 

111 
 
 
 
 
 
 
 
Ġshaq Səbi oğlu Axundov 
XATĠRƏLƏRĠMDƏ YAġAYAN LƏNKƏRAN 
(Xatirələr) 
 
 
Исак Саби оглы Ахундов 
ЛЕНКОРАНЬ – ГОРОД МОИХ ГРЕЗ 
(воспоминания) 
(на азербайджанском языке) 
 
 
 
 
Rəssamı A.Jabin. Bədii redaktoru Ġ.KaraĢ. 
Texniki redaktoru S.Mehrəliyeva. Korrektoru X.ġahbazova 
Yığılmağa verilmiĢ 28.04.89. Çapa imzalanmıĢ 12.07.89. FQ 13072. 
Kağız formatı 60x84
1
/
16. 
Ofset kağızı. Ədəbi dəst. ġərti ç.v. 7.21. 
Uçot nəĢr. Vərəqi 7,7. ġərti rəng б/в 7,44. Tirajı 5.000. SifariĢ 190. 
Qiyməti 3 man. 
Azərbaycan SSR Dövlət NəĢriyyat, Poliqrafiya və Kitab Ticarəti ĠĢləri Komitəsi. 
―ĠĢıq‖ nəĢriyyatı. Bakı – 370601, Qoqol küçəsi, 6.  
(Direktor Qılman Ġsmayılov) 
26 Bakı komissarı adına mətbəə. 370005, Bakı, Əli Bayramov küçəsi, 3. 
 (Direktor Aslan Quliyev) 
 
 
 



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə