Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1.1 Mb.
Pdf просмотр
səhifə7/9
tarix10.06.2017
ölçüsü1.1 Mb.
1   2   3   4   5   6   7   8   9

 
 
  
 
 

75 
 
LƏNKƏRANDA ĠġLƏNƏN ZƏRB-MƏSƏLLƏRDƏN 
 
Ağlamaqla yerin Ģirin olmaz. 
Ağlamaqla görülən iĢ hünər deyil. 
Ağlını eĢĢəyə versən, çəkər arpalığa aparar. 
Ağacı acı, dombili Ģirin. 
Ağa bir nökər tutdu, nökər də bir nökər. 
Ağıllı qardaĢ fikirləĢincə, dəlinin beĢ uĢağı olar. 
Ağıllı bizdən qaçır, dəli bizə yanaĢır. 
Ağıllı dostunu unutmaz, dəlinin iĢi düĢəndə. 
Ağanı nökər ilə, çobanı  köpək ilə, kiĢini   arvad ilə tanıyırlar. 
Adamların qorxusundan doğru demək olmur. 
Adamın təknədə də çörəyi tək olmasıp. 
Adam hər gördüyündən ağıl öyrənər.  
Ay iĢığına qoz yığmazlar.  
Ay doğur, gün dincəlir. 
Ayranı yox içməyə, kürknən gedir gəzməyə.  
Ayıq köpəyin çobanı rahat yatar.  
Acın qurĢağında çörək qalmaz. 
Acıdır-ucudur, dərdimi çəkən bacıdır.  
Ac eĢĢək, ölçülməmiĢ arpa. 
Azan  Ģıxın  evinə,  dozan  Ģıxın  evinə,  dana  göbələk  çıxartdı,  o  da  Ģıxın 
evinə. 
Ananın aĢı, təndirin baĢı. 
Aləmə it hürər, mənə mazandaran çaqqalı ular.  
Aləm aləmlə, keçəl xalamla. 
Allahın arvadı olsaydı, o da arvaddan qorxardı.  
At izi it izinə qarıĢmaz. 
At minəndə vərəm olmaz.  
At olmayan yerdə eĢĢək də atdır.  
Atdan qalanı eĢĢəklə verərlər.  
Ata dost kimi bax, düĢmən kimi çap.  
Atla eĢĢəyə güc, insana ağıl lazımdır.  
AĢ yeyən qalıb, qaĢıq yalayan iĢə düĢüb.  
Arvad almamıĢ uĢaq arzulama.  
Arpa yeməyən at qamçı ilə gedər.  
 
BaĢqasının ürəyinə dəydin, özünü incimiĢ bil.  
BaĢını keçəl etmə, hər keçəlin bəxti olmaz.  
Bağanı ya öldür, ya dal üstə qoy. 
Bahar yağıĢı isladar, üĢütməz.  

76 
 
Belə kəndirbaza zurna çalan tapılar.  
Bələdçiyə yol göstərmək lazım deyil.  
Bədbəxtlik olmasa, xoĢbəxtliyin qədri bilinməz.  
Bərk qaçan tez yorular. 
―Bilmirəm‖ deyənin baĢı ağrımaz. 
Biliyi nadandan da öyrənmək olar. 
Bilmədiyini biləndən soruĢ.  
Bildirçinin yeri Mahmudavar - dəni yanında, suyu yanında. 
Biliyini həyatla müqayisə et, sonra fərəhlən.  
Bir tikəni bilməyən, min tikəni də bilməz.  
Bir torba dəni beĢ dəyirmanda üyütməzlər. 
Bir adamı həmiĢə aldada bilməzsən. 
Bir ağaca öyrənməyən quĢ, yuvasız qalar. 
Bir parça əti olmayan piĢik, indi qanardan asılıdır. 
Boynun sınmasındansa belin bükülməsi yaxĢıdır. 
Boranı deyib: mən balla Ģirin olaram, yemiĢ deyib: mən balsız da Ģirinəm.     
Bulaq suyu ilə döĢəməni ölü diliylə yuyarlar. 
 
Var adama oynamağı öyrədər. 
Varını itirən az, arını itirən çox Ģey itirər. 
Varlı dağda, yoxsul düzdə büdrəyər. 
Varlı yoxsulu döyər, yoxsul dizini. 
Varlanmağa tələsən yoxsulluğa tez düĢər. 
Varlının eĢĢəyi də bərk qaçar. 
Varlının xoruzu da yumurtlayar.  
Vay o gündən ki, öz itin özünə hürə.  
Vaxt atlı, biz piyada. 
Vaxtında görülməyən iĢ sonra ləzzət verməz.   
Vəzifə etibarsız arvad kimidir.  
Vəziri qarğa olan ağanın ağzı zibillikdə olar. 
Vəfalı dost yad olmaz, görməsə yüz il səni. 
Verdiyi anda bax, gördüyü iĢə.  
Verən vara baxmaz. 
Vicdanla iĢləyənin gözü qorxulu olmaz.  
Vur dedim, öldür demədim.  
Vurmaq istəməyən daĢın böyüyündən yapıĢar.  
Vuruçu quĢ dimdiyindən iliĢər. 
 
Qaçanı qovmazlar. 
Qara ağdan tez seçilər. 
Qara ilan çalmaz, qorxudar. 

77 
 
Qara ləkə götürməz.  
Qadın əsl kiĢi görəndə qadın olur.  
QardaĢ gəlini baldızdan qəddardır.  
Qarnı tox olanın çox Ģey yadına düĢər.  
Qatıq dağılanda yeri qalar, ayran dağılanda nəyi qalar? 
Qarın baĢa bəladır. 
Qarın doyuranı göz tanıyar. 
Qarnı toxun qəmi olmaz. 
Qarnı tox, gözü acdır. 
Qocanın biliyi, cavanın yumruğu. 
Sınıq qolun əziyyətin boyun çəkər. 
Qəssabın qədrini kəlləpaz bilər. 
Qurban olum o iĢə, üstündən bir gün aĢa. 
Qız qızıl alma, almasan da, gözdən salma. 
Qızı qəssaba verdim, dedim bud əti yeyərəm. 
Qiblə düz göstərər. 
Qibləni tanıyan düz olmalıdır. 
Qibləni tanıyan yalan danıĢmamalıdır. 
Qibləyə yatan yüngül yatar. 
Qibləni danmayan çox yaĢayar.  
Qurd qocalanda balaları onun quyruğu ilə oynar.  
Qiblə Ģəfa mənbəyidir. 
Qorxaq baĢçının arxasınca getməzlər. 
 
Dağ dağa yerləĢər, ev evə yox. 
Dağ səbəbsiz uçmaz. 
Dağı uçurmağa hacə gərəkdir. 
Darıxanın yaxasını açarlar. 
Dağ baĢı küləkli olar. 
Dəli papağı ağıllı baĢında qalmaz. 
Dəli dəlini sevər, molla halvanı. 
Dəni ellərdən, suyu sellərdən. 
Dəmir islanmaz, dəli utanmaz. 
Dərə küləyi sərin olar. 
Dərə içi xeyirsiz olar. 
Dərə suyu iyli olar. 
Dərəcəsini bilməyən arada qalar.  
Dərdi bilinməyəni axmaq hesab edərlər.  
Dili uzun olanın əməli düz olmalıdır. 
Dil kəsəni tikmək olmaz. 
Dil dodağın dostu olmalıdır. 

78 
 
Dil ürəyə bağlıdır. 
Dil fikirlər açarıdır. 
Dili bal Ģirin etməz. 
Dil gördüyün danıĢmalıdır. 
Dilənçi torbasından çörək yeməzlər. 
Dilənçiyə torbası ağırlıq  etməz. 
Dilənçidən qabaq əl ağacı gedər. 
Dilənçini it qaytara bilməz.  
Dili bal iĢi bəla.  
DiĢsiz ağız, daĢsız dəyirman.  
Dünya zülmətə qərq olanda sərdarın da gözü kor olar. 
DüĢmənin qarıĢqa olsa, sən onu fil bil.  
Doğru ol,  Ģir yolu ilə get.  
Doğrunun köməkçisi əməlidir.  
Döymə taxta qapımı, döyməyim dəmir qapını. 
Döyülən uĢaq sırtıq olar. 
Döyülməklə öyrənən tez unudur. 
 
Evində yoxdu darı, oturur hamıdan yuxarı. 
Evsizə qız verməzlər. 
El Ģamı həmiĢə yanar.  
Evini səliqəyə salmamıĢ, qonaq çağırma. 
El atan daĢ həmiĢə uzaq gedər.  
El arasında qulaq kəsməzlər.  
El sevəni hamı sevər. 
El gözü aydın görər. 
Elçün ağlamayan gözsüz qalar.  
EĢĢək olsa da, özümüzünküdür. 
EĢĢəyə  minib, eĢĢəyi axtarır. 
EĢĢəyə dayı deyərəm, məni sudan keçirə.  
EĢĢək tapılarsa, yükü çox olar. 
EĢĢəyi yüklədikcə tez gedər. 
EĢĢəyin yükü az olanda oynamağa baĢlar. 
 
Əl uzadılan yerə ayaq uzatmazlar. 
Əqilli uĢaq beĢikdə bilinər. 
Ər qocalar, könül qocalmaz. 
Əyri qayçı düz kəsməz. 
Əyrini düzəltmək baĢ ağrısı deməkdir. 
Əti biĢirən yağ olar, gəlinin üzü ağ olar. 
Əti yeyilməyən heyvanın dərisi möhkəm olar. 

79 
 
 
Zalımın zülmü yadında qalmaz. 
Zəhmət torpaqda, nemət süfrədə. 
Zəhmət çəkməyən rahatlığın qədrini bilməz. 
Zirəng qarıĢqa tez boğular. 
Zurna çalan özü bilir nə çalır. 
Zurnanın səsi uzaqdan yaxĢı gələr. 
Zuvandlı ilə qohum olsan, qapın gen olmalıdır. 
 
Ġki at dalaĢanda araya girən eĢĢək ölər. 
Ġki adam bir adama qoĢun görünər. 
Ġki dəvə dalaĢanda otlaq xaraba qalar. 
Ġki diĢi var qabaqda, çörək qoymur tabaqda. 
Ġki fındıq bir qozu sındırar. 
Ġnsan dilləĢməklə, heyvan iyləĢməklə yaĢayır. 
Ġçməyib piyan olan içəndən pisdir. 
ĠylənmiĢ ətə milçək qonar. 
Ġtin alası çaqqalın dayısıdır. 
 
Yağlı əlin varsa, çək öz bığıva. 
Yağ yağa qarıĢar, yarmalar yavan qalar. 
Yazanın qələmi həmiĢə iti olmalıdır. 
Yalanın qırx gün ömrü olar. 
Yalançı həmiĢə tələsər. 
Yalançı arvadın əri olmaz. 
Yalan dil doğruya çevrilməz. 
Yalançının ömrü az olar. 
Yalançıya doğruçu tez inanar. 
Yağlı kökə özü gəlib ağzıma girir. 
Yəhər üstə diz çökmək olar. 
YemiĢin yaxĢısını bostanda çaqqal yeyər. 
Yel gətirəni sel aparar. 
Yer əkənindir, biçin biçənin. 
 
Kabab qanlı, igid canlı. 
Keçən iĢi düzəltmək çətindir. 
Kəssəyi götürüb, daĢ üçün ağlayır. 
KiĢi öz tayı ilə gəzməlidir. 
KiĢinin hörməti əlindədir. 
Köç elədim, puç elədim. 
Körpünü sökəndə bilməlisən hansı sahildə qalacaqsan. 

80 
 
Köçün yaraĢığı dananın Ģıllaq atmasındadır. 
Kora gözlük nə kərək! 
Keçinin qoturu bulaq baĢından su içər. 
 
Getdiyin yola fikir ver, bəlkə qayıtdın. 
Gəzən ayağa daĢ dəyər. 
Gülə iyinə görə hörmət edirlər. 
Gül gül əlində olar. 
Gülün iyi olar, etibarı yox. 
Gözəl çox olar, ağıllı az. 
Gözəlin üzünə, ağıllının sözünə baxarlar. 
Gözəllik ötəri, ağıl həmiĢəlikdir. 
Gözəl yüngül, ağıllı ağır olar. 
Gözəlin tanıĢı çox, dostu az olar. 
Gözəlin xoĢbəxtliyi müvəqqətidir. 
Gözəlin ömrü uzun olmaz. 
Gizli kef uzun sürməz. 
 
LeĢ görəndə qarğa qartala dönür. 
Leyli bağına Məcnun həmiĢə can atır. 
 
Malını vaxtında ye. 
Mal yığınca ağıl yığ. 
Malını yaxĢı saxla, qonĢunu oğru tutma. 
Mən elə keçəl deyiləm, qartmağım yerə tökülə. 
Mən ölməmiĢ evimdə hörümçək yuva bağlar. 
Mənimlik Ģeytanın iĢidir. 
Mənzili uzaq, eĢĢəyi çolaq. 
Minnət qədər ağır yük yoxdur. 
Meyvənin kalı boğazda qalar. 
Musiqi ürək dostudur. 
MüĢtərinin gözü satıcının əlinə baxar. 
 
Namə yazmaq asandır, yerinə yetirmək çətin.  
Nə istərsən bacından, bacın ölür acından.  
Nəzir seyidə düĢür, fitrə yoxsula. 
 
Od qalar köz olar, qız qalar, söz olar. 
Od düĢdüyü yeri yandırar. 
Odla oynayan odda yanar. 
Oğlanı kamal ilə, qızı camal ilə tanıyırlar. 

81 
 
Oğlandır oxdur, hər evdə yoxdur. 
On iki yaĢında oğlan at üstə olar. 
Ocağın yeri külündən bilinər. 
Ocaqla qarĢıla, ocaqla da yola sal. 
Oğrunu oğru ilə tutarlar. 
 
Papaq elə, iĢimizi bilək. 
Paxıla allah verməz, versə də gözü doymaz. 
PiĢik olmayanda siçanlar ova çıxar. 
PiĢiyin dərdi iti öldürür. 
PiĢiyin iĢəməyinin dənizə mənfəəti var. 
Puldan qonĢu payı olmaz. 
Pul insanı ağıldan edər. 
Pulda vəfa olsaydı, əldən-ələ keçməzdi. 
 
Saqqala dən düĢdü, ürəyə qəm düĢür. 
Sağ əli haraydadır, sol əli məni çağırır. 
Salamat baĢuva saqqız yaxma. 
Səbir qurtaranda dözüm baĢlar, dözüm qurtaranda ölüm. 
Səbrin axırı xeyirdədir. 
Sənə hörmət edənə aldatdım demə. 
Sənin atın mənim arpamın hesabına yorğa gedir. 
Sərçə nədir ki, Ģorbası nə ola. 
SərxoĢ palçığa batmaz, it də onu tutmaz. 
SərxoĢun kağızını meyxanədə oxurlar. 
Siçanın ömrü piĢik tutana qədərdir. 
Sürüyə qurd girəndə köpəyi qarın ağrısı tutar. 
Sözü oynadanın fikri dilində olmalıdır. 
 
TalıĢ, nə bilirsən onu danıĢ. 
Tənbəl arvad suyu dağıdar, deyər aydınlıqdır. 
Tənbəl dağda qar görsə, yorğanı baĢına çəkər. 
Tək qoyundan sürü olmaz. 
Tərə yeyən də yaza çıxar, kərə yeyən də. 
Təqsir kor oldu, lələ, saqqalı verdi ələ. 
Toydan sonra beĢ manat verən çox olar. 
Toyuqla arvad dağıdan evi top da dağıtmaz. 
Tox eĢĢək yiyəsinə Ģıllaq atar. 
Tüpürməyə geciksən də, yalamağa tələsmə. 
 
Üz döndü, göz döndü. 

82 
 
Ürək qulaq deyil ki, barmaqla qurdalayasan. 
 
UĢaq yıxıldığı yerə baxar.  
UĢağa yüz öyrət, gördüyün danıĢar.  
UĢaq arasına girməzlər.  
UĢağı yemək yox, sevinc böyüdər. 
Uca ağacın kölgəsi az olar.  
Ucuz alan aldanır. 
Uma- uma döndüm muma.  
Uzaq yerin arpasından yaxın yerin samanı yaxĢıdır.  
Uzun kösöv əl yandırmaz.  
Utancağın eĢĢəyini qurd aparar. 
 
Fağır düĢgünü bez geyinər qıĢ günü. 
Fikir nə isə, zikir də odur. 
Fələk aslanı ac, tülkünü tox gəzdirər. 
Fələyin qaydasıdır dağın üstünə dağ çəkər. 
Fikir gələr də, gedər də, təki baĢ yerində qalsın. 
Fərli cücə yumurtada cikkildər. 
Fürsət də qənimətdir. 
Fürsət əldə ikən yaxĢılıq elə. 
 
Xanım sındıranın səsi çıxmaz.  
Xalça salan özü oturar.  
Xalının tozu, qarının gözü.  
Xan vurar, xaniman sovrular.  
Xana nökər olanın börkü haça olar.  
Xeyir istə qonĢuna, xeyir gələr baĢına.  
Xeyir iĢi saxlamazlar.  
Xeyirə yaxınlaĢ, Ģərdən uzaqlaĢ.  
Xeyrat pulu ilə alınan eĢĢək suda boğular.  
Xəstəyə naz etmək həkimə yaraĢmaz.  
Xəstəlik atla gəlir, piyada gedir.  
Xəstənin iĢtahası çox olar.  
Xəmir bir yerdə yoğrular.  
Xörəyin dadı ağızdadır.  
Xoruzun altında yumurta axtarır.  
Xırmanın tozu bərəkətdədir.  
Xırman döymək kiĢi iĢidir. 
 
Haqq haqqı kəsər, Murtuzaəli hər ikisin.  

83 
 
Halvaçı qızı daha Ģirin. 
Həqq iĢ günəĢdən aydındır.  
Həqqə ləkə düĢməz.  
Həqq qüvvət, qüvvət həqqdir.  
Həkimi həkim edən xəstədir.  
Həkimsiz və hakimsiz Ģəhərdə qalma. 
Həyatda yorulmayan dayanmaz.  
Hər adamın öz yeri var, hər yerin öz adamı.  
Hər arı bal verməz. 
Hər atılan qoz bitsə, meymun qoz satan olar.  
Hər nə olsa bitər, ancaq kosanın saqqalı yox.  
Heç Ģeydən qorxmayana axmaq deyərlər.  
Heç kəs qurdnan qiyamətə qalmır.  
Heç kəsin Ģamı səhərəcən yanmasın. 
Həqq söz axar, suyu saxlar.  
Hörməti hörmətlə qazanarlar.  
 
Cavanlıqda odun daĢı, qocalanda üĢüməzsən.  
Cavanlıqda həlimlik, qocalıqda səlimlik.  
Cahil dirilərin ölüsüdür. 
Cahil ilə bal yemə, aqil ilə daĢ daĢı. 
Cahildən qorx, ağılla yoldaĢ ol. 
Cahilin sözü, eĢĢəyin anqırması.  
Can bazarda satılmaz. 
Can verirsən sərçəyə ver, qaranquĢ gəldi gedərdi. 
Can baĢqa, Ģeytan baĢqa. 
 
ÇalıĢan əli bıçaq kəsməz. 
Çoban çox olanda qoyunu qurd aparar.  
Çox söz hamamda düĢər.  
Çoxarvadlı kiĢi zirək olmalıdır.  
Çobansız sürü yolu azar.  
 
Öküz öldü, Ģəriki ayrıldı.  
Özgə evində borc istəmə.  
Özünü istəyən baĢqasını qiymətləndirər.  
ÖlmüĢ aslana dovĢanlar da hücum edər.  
Ömrün bərəkəti yaxĢı əməl ilədir. 
Ördək qaz yeriĢi yerisə cərcəri ayrılar.  
Öz fərasətini özgə ilə müqayisə et.    
 

84 
 
ġam yanmasa, baĢına pərvanə dolanmaz.  
ġahin ilə dəvə ovlamazlar.  
ġeytan getdi, meydan getdi.  
ġeytan yuvası boĢ qalmaz.  
ġeytanın dostluğu dar ağacına qədərdir.  
ġeytanla taxıl əkən saman biçər.  
ġəkəri suya düĢüb. 
ġələni elə bağla ki, gücün çata.  
ġələni qoy, gəl dalaĢaq.  
ġir Ģirə pəncə vurar.  
ġir diĢin göstərməsi gülmək əlaməti deyil.  
ġirni olmayan yerdə iydəyə qaqa deyərlər.  
 
 
 
LƏNKƏRANDA KƏND ADLARI 
 
ĠĢlənir                           TalıĢca                   Ġzahı 
 
AĢağı Nüvədi                         Jinə Nüvədi                       AĢağı təzə kənd 
Burcəli                                 Burcəli                       Əli Burcə qalası 
Bəlləbur                               Bəlləbur                     Palıdlı tikanlıq 
Biləsər                                  Biləsə                        ġəlalədən yaranan göl 
Bəleton                                Bəleton                      Küçə qapısı tərəfə 
Boladi                                  Boladi                       Su daĢqını olan kənd 
Vələdi                                      Belədi                          Vəli olan kənd; ―vel‖ bitkidir. 
Viyən                                   Viyən                        Viyəyi - söyüdlük 
Vel                                       Vel                            Vel bitkisi adı ilə bağlıdır. 
Veravul                                Vıyəbil                      DaĢqın yeri 
Vilvan                                  Vılvan                       Su daĢqını olan kənd 
Qurunbə                              Qurumbə                   Yozumu mənə bəlli deyil 
DaĢtəlığjar                           DaĢtəlığjor                 Lığlı çöllük 
DaĢtətük                              DaĢdatuk                   Bicarlı çöllük 
Digah                                   Diqo                          Div kənd – Böyük kənd 
Darğubo                               Darğəbo                    Darğa obası 
ƏĢlə                                      ƏĢlə                          ƏĢi kiĢinin adı ilə 
Diryon                                  Dıryon                      Ġki cığır arası 
Zövlə                                    Zövilə                       Kömürçülər kəndi 
Yuxarı Nüvədi                     Peynə Nüvədi          Yuxarı təzəkənd 
Kərmətük                            Qamatuk                    Ġsti bicar 

85 
 
Kosalar                               Kusə                          Kuysə - dağətəyi 
KamuĢavan                        QomuĢavan                QamıĢlı oba 
Kərgəlan                             Kağəlona                   Toyuq yuvası 
Kirdəni                              Qırdani                      Qırd honi – Ətrafı bulaqlı 
KənarmeĢə                         KənoəviĢə                 MeĢədən kənar 
Gəgiran                             Qəqıdon                     MeĢənin sıx yeri 
Gunəhir                             Qınəhır                       Çənli yer və  ya sahə 
Luvəsər                             Luəsə                          Çaydan ayrılmıĢ arx üstü 
Mamusta                           Mamusta                     Mamu sutə - Əmi yanan yer 
Moğanjubə                        Mağanıjoba                 Ġlk sakinləri muğanlı olduğuna  
                                                                              görə Moğanıjoba deyilir. 
Mollakənd                        Məlodi                         Mollakənd  
Nar bağı                           Ənar bağ                      Nar bağı 
Mololon                              Mololon                         Molol adlı meyvəsiz ağac olan 
yer 
Ocoküçə                          Osokujə                        Dəyirman məhəlləsi 
Parakən                            Pərəkon                      MiĢarlanmamıĢ daĢdan xaraba evlər 
Rvo                                  Rovo (Ruvo)              Çay ətrafında kənd 
Rudəkənar                       Rudəkəno                   Çay qırağı 
Sutəmurdov                     Sutəmırdov                 Murdov - bataqlıq 
Səpnəkəran                      Səpinəkon                   Üst evlər 
Siyobli                             Siyobil    
Səbir                                Sıbır                            Qırmızı tikanlıq 
Siyavar                            Siyovo                          Buğda və arpa əkini içərisində  
                                                                             bitən qara yabanı bitkisi olan oba                                     
Separadi                         Sepoədi                         Üç para kənd 
Turkəkəran                    Tirkəkon                        Türk evləri. Yaxın keçmiĢə - lap  
                                                                             XX əsrin 30-40-cı illərinə qədər           
                                                                             hər yerdə olduğu kimi, talıĢlar da  
                                                                             azərbaycanca danıĢanlara ―türk‖  
                                                                             deyirdilər. 
TutəpeĢtə                     TuəpeĢtə                          Tut ağaclarının arxası 
Təngivan                      Təngvon                          Darısqal oba 
Tukəvilə                       Tukəvilə                          Bicarın su daĢqını olan yeri 
Turkəncil                      Tırkıncon                        Turkun qırdığı meĢə 
Tuado                           Tuado                              Tut ağacı 
Xolmili                         Xonbili                            EĢĢək batan yer 
Xarxatan                       Xəxərton                        Yeddi budaqlı kənd 
Haftoni                         Haftəni                           YaĢıl oba 
Havzova                       Havzova                         Heyvandan çul düĢən yer 
Cil                                Cil                                   Çaqqal məhəlləsi 

86 
 
ġağlakuçə                    ġağlakujə                        ġiyə oba – ġiyələr obası 
ġilavar                         ġilovo                          Səqlə sel – yüz ədəd istil – su anbarı 
ġağlaser                       ġağoləsə    
ġuvu                            ġuyvi                           Söyüdün cavan düz budağı 
ġiyxəkəran                  ġixakon                        ġıxa kaon – ġeyx evləri. Burada ġeyx    
                                                                         Zahid adlanan böyük bir Ģəxsiyyət  
                                                                         yaĢamıĢdır, qəbri də oradadır. Ġndi  
                                                                         əhalinin müqəddəs ziyarətgahların-  
                                                                         dan  biridir. ġah Ġsmayıl Xətainin ana  
                                                                         babası 
ġuruk                           ġuruk                           Yozumu mənə bəlli deyil. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

87 
 
 
 
 
 
 
 
 
 
 
 
Lənkəran 
mətbəxi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

88 
 
Lənkəran  mətbəxi  öz  zənginliyi  ilə  digər  regionların  mətbəxlərindən 
fərqlənir. Bu tərəflərdə düyüdən hazırlanan xörəklərin özgə ləzzəti var. 
Lənkəranda  düyü  əkilən  dövrdə  onun  35  -40  növü  məlum  idi.  AĢağıda 
adlarını qeyd edirəm: 
Akulə,  Ənbərbu,  Ağ  ənbərbu,  Qırmızı  ənbərbu,  Payızı  ənbərbu.  Beybu, 
Ağ beybu, Qırmızı beybu, Vilkicri,  Rəsmi  yetimi, Mazandaranı,  Ağ cilə, Qırmızı 
cilə, Zərdəqıtgəl, Çıx ənbəri, ġestras, Reyhani, Çamio (Çamiu), ġaĢa livə, Qırmızı 
sədri,  ġahpəsəndə,  Məmmədəli,  KuĢa,  UĢa-hüĢa,  Çitim,  Qırmızı  çitim,  Ağ  çitim, 
Əliməmməd, ġabunatun, Əsgəri, Qasımxani, Küsə-küsə, Çiləyi, Qırmızı çiləyi, Ağ 
toxum, sarı qılçıq. 
 
 
 
DÜYÜDƏN  HAZIRLANAN XÖRƏKLƏR 
 
DAġMA-PLOV. Düyü yuyulub mis və ya aliminium qaba tökülür. Sonra 
üzərinə  duz  və  düyüdən  1  —  2  sm  hündürlüyündə  su  töküb  (düyünün  növündən 
asılı olaraq) ocağa qoyurlar. BiĢəndən sonra 15 - 20 dəqiqə yer dəmində gözlənilir 
ki, dibi yapıĢmasın. DaĢma-plovu ət və balıqla yeyirlər.  
SÜZMƏ-PLOV.  Düyünü  yuyub  bir  qabda  üzərinə  su  və  duz  töküb,  bir 
müddət saxlayırlar. Bu müddətdə iri qabda su qaynadaraq içinə duz atıb, isladılmıĢ 
düyünü  də  qaynar  suya  tökürlər.  YarımbiĢmiĢ  halda  ocaqdan  götürüb  süzür, 
üzərinə su töküb həlimini təmizləyirlər. 
Dəmə qoyulası qazanın dibinə əvvəlcə 1 - 2 yumurta, yarım stəkan qatıq, 
100 - 150 qram yağ, 2 - 3 kəfkir süzülmüĢ düyü və bir qədər sarıkök töküb birlikdə 
qarıĢdırır və qazanın dibinə yayırlar. Sonra qalan süzülən düyünü qarıĢığın üstünə 
töküb, dəmə qoyurlar. 
Plovu ocaqdan götürüb yerə  qoyanda 15 - 20 dəqiqə  yer dəmi almalıdır. 
Bunu ət, balıq, cücə, həm də göyərti ilə yeyirlər. 
DÖġƏMƏ  VƏ  YA  ÇĠY  DÖġƏMƏ-PLOV.  Düyü  yuyulur,  bir  qaba  duz 
və su töküb, bir müddət orada isladılır. Bu müddətdə iri qabda su qaynadaraq içinə 
duz atıb islanmıĢ düyünü qaynar suya tökür, yarımbiĢmiĢ olanda ocaqdan götürüb 
süzür,  üzərinə  su  töküb  həlimini  yuyurlar.  Dəmə  qoyulası  qabın  dibinə  1  –  2 
yumurta, yarım stəkan qatıq, yağ və üzərinə 2 - 3 kəfkir süzülmüĢ düyü ilə sarıkök 
töküb  qarıĢdıraraq  qazanın  dibinə  yayırlar.  Bunun  üzərinə  əvvəlcədən  hazırlanan 
qoyun  ətinin  döĢ  hissəsini,  quĢ  və  ya  toyuq  əti  qoyurlar.  Sonra  üzərinə  kiĢmiĢ 
qaysı,  Ģabalıd döĢəyir, plovsüzəndəki düyüyə  sarıkök qatır, qarıĢığın  üzərinə  təpə 
Ģəklində töküb ocaqda dəmə qoyurlar. Qazanı ocaqdan yerə qoyanda 15 - 20 dəq. 
yer  dəmində  saxlayırlar.  Buna  deyirlər  ―çiy  döĢəmə‖.  DöĢəmə-plov  hazırlanarkən 
qoyun, quĢ və toyuq əti yarımbiĢmiĢ olandan sonra qazanın dibinə qoyurlar. Bunu 
rub, sirkə-badımcan, sirkə-sarımsaq, göyərti ilə yeyirlər. 

89 
 
BORANI-PLOV. Düyü yuyulur, boranı da təmizlənib 1 -2 sm böyüklükdə 
doğranır. BiĢirilən qaba bir qədər düyünü və bir qədər boranını bir-birinin üzərinə 
lay-lay tökür, üstündən də duz, sarıkök və su tökərək zəif od üzərində biĢirirlər. 
Boranı-plovu Ģor və quru balıqla, həm də turpla yeyirlər. Belə plovun yağı 
çox olmalıdır. 
ġÜYÜD-PLOV.  Düyünü  yuyur,  qaba  su  və  duz  töküb  bir  müddət 
isladırlar.  Bu  müddətdə  qazanda  qaynamağa  su  qoyub,  Ģüyüdü  ayrılıqda 
doğrayırlar. Eyni zamanda qatıq, yağ və yumurta qarıĢığı hazırlanır. Sonra qaynar 
suya duz atıb, islanmıĢ düyünü tökür, yarımbiĢmiĢ halda götürüb süzür, üstünə su 
töküb  həlimini  təmizləyirlər.  DoğranmıĢ  Ģüyüdü  süzülmüĢ  düyü  üzərinə  töküb 
qarıĢdırırlar.  Sonra  qazanın  dibinə  qatıq,  yağ  və  yumurta  qarıĢığını  tökür  (bəzən 
yağlı  qoyun  əti,  toyuq  və  quĢ  əti  qoyulur),  süzülmüĢ  düyünü  təpəcik  Ģəklində 
qarıĢığın üzərinə töküb zəif odda dəmə qoyurlar. Ocaqdan yerə qoyandan sonra 15 
-20  dəq.  yer  dəmində  saxlanılır.  Bunu  rub,  sirkə-badımcan,  sarımsaq  və  turpla 
yeyirlər. 
PAXLA-PLOV. Düyü yuyulduqdan sonra bir qaba su və duz töküb həmin  
düyünü   islanmağa   qoyurlar. Bu müddət ərzində bir qazanda su qaynadılır, paxla 
təmizlənib, ayrı bir qabda saxlanılır. Sonra qaynar suya duz atıb tasdakı düyünü ora 
tökür,  10-  15  dəq.  qaynadandan  sonra  paxlanı  da  düyü  üzərinə  töküb  birlikdə 
qaynadırlar, 10- 15 dəqiqə sonra  götürüb  süzərək  üzərinə doğranmıĢ Ģüyüd töküb 
qarıĢdırırlar. BiĢirilən   qazanı ocağa qoyub,  dibinə  yağ atıb  dağ olanda   yağın 
üzərinə 2 -3   kəfkir qarıĢıq düyüdən   tökərək   qazanın   dibinə   yayırlar. Bəzən  
yağ üzərinə biĢmiĢ ət, toyuq qoyulur. AĢsüzəndəki düyüyə   sarıkök vurub qarıĢığın 
üzərinə  töküb zəif odda  dəmə  qoyurlar. Bunu quru balıq,  Ģor balıq və  göyərti ilə 
yeyirlər. 
LƏRGƏ-PLOV.  Düyü  yuyulduqdan  sonra  bir  qaba  su    və  duz  töküb, 
düyünü  bir  müddət  isladırlar.  Bu  müddətdə  düyü  qədər  lərgə  götürülür, 
yarımbiĢmiĢ  halda  olanadək  qaynadıb  süzürlər.  Sonra  üzərinə  tasdakı  düyünü 
töküb qarıĢdırırlar. Bu qarıĢığı qazana tökərək üzərinə 1 sm-dək yuxarı olunca su 
tökür  və  vamla  yanan  ocaqda  dəmə  qoyurlar.  Ocaqdan  yerə  qoyandan  sonra  yer 
dəmin  gözləmək  lazımdır.  Bunu  Ģor  və  quru  balıqla,  həm  də  Ģor  badımcan  və 
qatıqla yeyirlər. 
MƏRCĠ-PLOV.  Mərci-plov  da  eyni  ilə  lərkə-plov  kimi  hazırlanır.  Bunu 
da Ģor və quru balıqla, həm də Ģor badımcan və qatıqla yeyirlər. 
QARA-PLOV.  Düyü  yuyulur,  su  və  duz  tökülmüĢ  tasda  bir  qədər 
islanmağa qoyulur. Eyni zamanda qazana toyuq və ya quĢ əti, turĢ nar, qara turĢu 
və  duz  atıb  ocağa  qoyaraq  bunların  üzərinə  dəmir  parçası  və  ya  at  nalını  qızdırıb 
qoyur, ağzını tez örtüb, oyuq və ya quĢ biĢənə qədər qaynadılır, sonra qazanı yerə 
qoyub əti və dəmiri çıxarır, qalan qarıĢığı ələkdən keçirir, suyunu süzüb, islanmıĢ 
düyünün üzərinə töküb vamda dəmə qoyurlar. 
Qara plov quĢ əti, kiĢmiĢ qovurması, rub, Ģor balıq və göyərti ilə yeyilir. 

90 
 
SÜDLÜ-PLOV.  Düyünü  yuyub,  bir  qədər  saxlayırlar.  Sonra  düyünün 
üzərinə  2  -3  sm  yuxarı  olmaqla  süd  və  sarıkök  töküb  ocağa  qoyurlar.  Əkər  süd 
düyüyə  tamamilə  hopubsa,  onda  ocaq  üstə  yastı  dəmir  qoyub  qazanı  zəif  odun 
üstündə  saxlayırlar.  (Dəmir  ona  görə  qoyulur  ki,  süd  yanmasın.)  Bü  müddətdə 
yağda kiĢmiĢ və qaysı qovururlar. 
Südlü plovu qovrulmuĢ kiĢmiĢlə, quru balıq və qayqanaqla yeyirlər. 
ƏRĠġTƏ-PLOV.  Əvvəl  əriĢtəni  qovurub,  qızardırlar      (yağsız,  quru), 
sonra əriĢtə miqdarında düyünü yuyub qaynamaqda olan qazandakı suya duz atıb, 
düyünü   töküb   10-12 dəq. qaynadandan sonra onun üzərinə qovrulmuĢ əriĢtəni 
tökür,  10-15 dəq. qaynadıb qazanı yerə qoyub süzürlər. Qazanın dibinə əvvəl yağ, 
yumurta, qatıq və sonra süzülmüĢ əriĢtəli  düyüdən   2  - 3 kəfkir tökür qarıĢdırıb, 
qazanın  dibinə  yayırlar  və  bunların  üzərinə  süzülmüĢ  əriĢtəli  düyünü    təpə   
Ģəklində   töküb od  üzərinə qoyurlar. ƏriĢtə-plov hər cür xuruĢla yeyilir. 
KARTOF-PLOV.  Düyü  yuyulur  və  kartof  təmizlənib,  fındıq  böyüklükdə 
doğranaraq  üzərinə  duz  atılıb  düyü  ilə  qarıĢdırılır.  Sonra  qazana  düyüdən  2  sm 
yuxarıya qədər su tökərək lazımi gücdə ocağa qoyulur. Plov 40 -50 dəqiqəyə biĢib 
hazır olur. Kartof-plov ət, quĢ, balıq və göyərti ilə yeyilir. 
YARMA-PLOV.  Götürülən      yarma      və    düyü  ayrılıqda      yuyulub, 
birlikdədə 30 -40 dəq. isladılır, sonra bu qarıĢığın   üzərinə lazımi qədər su və duz 
töküb zəif od üzərində dəmə qoyulub vamla biĢirilir. Bütün xuruĢlarla yemək olar. 
LOBYA-PLOV.  Lobya  yuyulub  suda  bir  az  isladılır,  sonra  yarımbiĢmiĢ 
edilir. Bu müddətdə yuyulmuĢ düyünü də böyük qazanda qaynar suda  yarımbiĢmiĢ   
edərək,   lobyanı   onun üzərinə töküb, 10-15 dəq. qaynadandan sonra qazanı yerə 
qoyub  süzurlər.  BiĢirilən  qazanın  dibinə  ərinmiĢ  yağ  atıb  sonra  lobya  ilə  düyü 
qarıĢığını  qazanda  yağın  üzərinə  tökərək  ocaqda  dəmə  qoyurlar.  Lobya-plov  ət, 
balığ, göyərti ilə yeyilir. 
DÜYÜ TƏRƏYĠ. GötürülmüĢ düyünü yuyub isladılmağa qoyurlar. Sonra 
tavada yağı qaynadaraq islanmıĢ düyünü qaynar yağda yarımqızarmıĢ olana qədər 
qovuraraq,  içərisinə  sarıkök,  zəfəran,  bir  az  duz  və  isti  su  töküb  ocağa  qoyurlar, 
düyü  biĢənə  yaxın  üzərinə  bal  və  ya  qənd  Ģərbəti  tökərək,  yenidən  xırda  alovda 
ocağa  qoyurlar.  Arabir  ağzını  açaraq,  tərəyin  üstünü  alta,  altını  üstə  çevirirlər  ki, 
hər iki üzü qızarsın. Buna  xuruĢ lazım deyil. Tərək - bozbaĢ  yanında ikinci xörək 
kimi yeyilir. 
DÜYÜ  FĠRNĠSĠ.  Düyü  yuyulub  açıq  havada  qurudulur.  Sonra  həmin 
düyü  əl  daĢında  un  halına  salınır.  ġirinləĢdirilmiĢ  südü  ocaq  üstündə  qarıĢdıra-
qarıĢdıra düyü ununu tədricən onun içərisinə tökür, üzərinə bir az duz əlavə edib, 
od üzərində 30 - 40 dəq. qaynadandan sonra horra halına gətirilir ki, buna da firni 
deyilir. Firni yeyilərkən üzərinə darçın səpilir. Firni soyuq halda yeyilir. 
DÜYÜ  LÖKÜSÜ.  Düyünü  yuyub  açıq  havada  qurudaraq  əl  daĢında  un 
halına salırlar. Sonra üzərinə yağ, Ģirni, sarıkök və süd töküb qarıĢdıraraq 1 -2 saat 
islanmağa  qoyurlar.  Tavanı  ocağa  qoyaraq  içərisinə  yağ  sürtüb,  qarıĢığı  tavaya 

91 
 
tökür, ocaqda dəmə qoyurlar. 25 -30 dəqiqədən sonra süd quruyur. Onda lökünün 
üstünü altına çevirib, hər iki üzünü qızardırlar. Lökü Ģirin çayla yeyilir. 
DÜYÜ ÇƏNKÜRÜSÜ. Düyünü yuyub açıq havada qurudaraq əl daĢında 
üyüdürlər. Sonra üzərinə yağ, Ģirni, sarıkök və süd töküb qarıĢdıraraq bir saatadək 
islanmasını  gözləyirlər.  Tavaya  yağ  sürtərək  horra  halına  gətirilmiĢ  qarıĢıqdan 
qaĢıqla  yağ  tavasına  töküb,  dairəvi  alınan  çənkürlərin  hər  iki  üzünü  qızardırlar. 
Çönkürü Ģirin çayla yeyirlər. 
DÜYÜ  HALVASI.  Düyünü  yuyub  açıq  havada  qurudaraq  əl  daĢında 
üyüdürlər. BiĢirilən qaba  yağ tökub, qaynar yağı qarıĢdıra-qarıĢdıra üzərinə az-az 
düyü  unu  əlavə  edir,  rənki  qızarana  qədər  o  üz  -  bu  üzə  çevirirlər.  Sonra  üstünə 
sarıkök  töküb  ocaqdan  yerə  qoyurlar,  isti-isti  içərisinə  bal  və  ya  Ģərbət  töküb 
qarıĢdırırlar.  Alınan  halvanı  yastı  bir  qabda  yastılayıb,  üzərinə  darçın  və  xaĢxaĢ 
tökür, paxlava Ģəklində doğrayırlar, halva soyuq yeyilir. 
SÜDLÜ  DÜYÜ SIYIĞI  -    Aġ.  Düyü    yuyulduqdan   sonra    bir  qabda   
üzərinə    düyüdən      3  -4      sm  yuxarı    olmaqla      süd  tökürlər.  Onun  da  üzərinə 
sarıkök  və    zəfəran  əlavə    edir,  ocağa    qoyaraq  arabir      qarıĢdırılır      ki,      dibinə  
yapıĢmasın.  Əkər      düyü  biĢibsə,  südü  ezünə  çəkibsə,  onda  südlü  aĢ  biĢibdir. 
Ocaqdan götürüb üzərinə yağ, darçın və Ģirni töküb yeyirlər.  
AĞ  Aġ.  Düyünü  yuyur,  qazanda  su  və  duzla  birlikdə  qaynadırlar.  Suyu 
çox tökürlər ki, daĢma-plov olmasın. Hərdən qarıĢdırırlar ki, dibi yapıĢmasın. Düyü 
sıyıq halda biĢəndən sonra qablara tökürlər. Sonra quru alçadan horra düzəldib ona 
Ģirni qataraq aĢın üzərinə töküb yeyirlər. 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə