Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1.1 Mb.
Pdf просмотр
səhifə5/9
tarix10.06.2017
ölçüsü1.1 Mb.
1   2   3   4   5   6   7   8   9

Böyük Bazarda: Hacı Mirzəli hamamı (Zeynalovlar) – iĢləyir. 
Hacı Ağabala hamamı (Babayevlər) – iĢləyir. 
Hacı Ağabala hamamı (Fətəliyevlər) – sökülüb. 
Hacı Qurban hamamı (Qurbanovlar) – iĢləyir. 
Əsgərxan hamamı (TalıĢinski) – sökülüb 
Kiçik Bazarda:   MəĢədi Abbas hamamı – iĢləyir. 
 Hacı Qurban hamamı – sökülüb. 

41 
 
Usta Qafar hamamı – sökülüb. 
MəĢədi Səlim hamamı – keçmiĢdə burada ancaq qızlar                 
çimərmiĢ, indi isə ancaq sahibi istifadə edir. 
 
 
 
Ġnqilabdan qabaq tikilmiĢ binalar

 
 
Həzi  Aslanov  küçəsi  №  3-də  Hacı  Əmənullanın  ikimərtəbəli  evi,  1911-ci 
ildə tikilib. 
№ 11-də TalıĢinski Ağaxanın (Taci xanım) evi, 1919-cu ildə tikilib. 
№ 13-də Hacı Cabbarın evi, 1910-cu ildə tikilib. 
№ 38-də Quliyeva Murtuzanın (Qızıllı yeznə) evi, 1908-ci ildə tikilib. 
Otriyadnev küçəsi,  №  27 və  37-də  Jijin Lazer Nikonoviçin evləri,  1912-ci 
ildə tikilib. 
№  44  –də  TalıĢxanov  Həmid  bəyin  (Davudxanın  atası)  evi,  1910  –cu  ildə 
tikilib. 
№ 62-də Əhəd Abdulla oğlunun evi, 1914-cü ildə tikilib. 
ġ. Axundov küç.: № 49-da Hacı Əbilin evi, 1908-ci ildə tikilib.  
1870-1875-ci illərdə tikilən kazarma. 
Dimitrov  küçəsi  №  12-də  Səmədzadə  Kəlbə  Səmədin  evi,  1896-cı  ildə 
tikilib. 
№ 39-da Nəsibbəyov Hacı Ġbrahimin evi, 1906-ci ildə tikilib. 
Dalan  5,  ev  №  2,  Axundov  Səbi  M.  Ġ.  Qasir  oğlunun  evi,  1905-ci  ildə 
tikilib. 
Pioner  küçəsi,  №  10-da  Qəmbərov  MəĢədi  Hüseynin  evi,  1900-cü  ildə 
tikilib. 
№ 3-də Axundov MəĢədi Həmidin evi, 1901-ci ildə tikilib. 
№ 6-da TalıĢinski Mirbağırın evi, 1900-cü ildə tikilib. 
№ 2-də və Otryadnev küç. № 63-də Əlibəyov Ġsabəyin (təbib) ikimərtəbəli 
daĢ evi,1908-ci ildə tikilib.  
Lenin  küçəsində  (çar  dövründə  Vorontsov  –  DaĢkov  küç.)  №  43-də 
Axundov MəĢədi Əlinin ikimərtəbəli evi. 1892-ci ildə tikilib. 
№ 37-də Qasımov Perti Ağabala oğlunun evi, 1892-ci ildə tikilib. 
№ 35-də TalıĢinski Miribəyin evi, 1903-cü ildə tikilib. 
№ 46-da TalıĢinski Əsəd bəyin evi, 1898-ci ildə tikilib.  
№ 29-da Zülfüqar Ġsabəyin evi, 1901-ci ildə tikilib. 
№ 38-də Axundov Bağırın (Cin Bağırın) evi, 1893-cü ildə tikilib. 
                                                           

 
Qeyd: ġəkli verilmiĢ qədim binalar bu siyahıya daxil edilməmiĢdir. 

42 
 
№  45  və  №  18  ―Taxta  evlər‖  Karapkov  Vasili  Ġvanoviçin  evləri,  1888-ci 
ildə tikilib. 
№ 24-də ―Taxta ev‖ Karapkov Pyotr Filipoviçin evi, 1882-ci ildə tikilib. 
№ 2-də Hacı Ağabala Babayevin hamamı, 1848-ci ildə tikilib. 
Maksim  Qorki  küçəsi,  №  30-da  faytonçu  Əsəd  Ġbad  oğlunun  evi,  1897-ci 
ildə tikilib. 
Baloğlan Abbasov küçəsi, № 30-da TalıĢinski Mir Əzizbəyovun evi, 1911-
ci ildə tikilib. 
ġah Abbasın dövründə tikilən türmə. 
Qaqarin küçəsində № 52-də TalıĢinski Fəttah bəyin evi, 1895-ci ildə tikilib. 
№ 28-də Mirzə Ələkbərin (Əzim Axundovun) evi. 
Nizami  küçəsində  №  9-da  Məmmədağa  Hacı  Səfərəli  oğlu  Abdullayevin 
evi, 1895-ci ildə tikilib. 
№ 7-də Hacı Nəcəfqulu Əbdüləziz oğlunun evi, 1902-ci ildə tikilib. 
№ 15-də Hacı Ġbad Ələkbər oğlu Ələkbərovun evi, 1912-ci ildə tikilib. 
Əzizbəyov  küçəsində  №  6-da  Hacı  Həbibin  (ġorsatan)  evi,  1902-ci  ildə 
tikilib.  Nəvəsi  Həbib  Abdulla  oğlu  Həbibov  Moskvada  professordur,  beyin 
xərçənginin cərrahıdır. 
N.  Nərimanov  küçəsində  №  33-də  Məmmədov  (Papaqçı)  Səttar  Musa 
oğlunun evi, 1909-cu ildə tikilib. 
Klara  Setkin  küçəsində  №  30-da  Əhədov  Həsənin  (oğlu  həkim  Əhədov 
Cəbrayıl) evi, 1913-cü ildə tikilib. 
№ 2-də ev (çar dövründə KeĢiĢlər evi), 1895-ci ildə tikilib. 
№ 37-də Hacıbaba Hacı Ələkbər oğlu Ələkbərovun evi, 1914-cü ildə tikilib. 
Kurpskaya küçəsində № 42-də Hacı Mirnağının evi, 1903-cü ildə tikilib. 
№ 2-də Əyyub Bağırovun evi, 1905-ci ildə tikilib. 
№ 26-da Ələkbər Zeynalovun evi, 1908-ci ildə tikilib. 
Kirov küçəsi, № 53. 1920-1928-ci ilədək Ġran konsulunun binası idi, 1902-
ci ildə tikilib. 
Kirov küçəsində № 92-də Kəlbə Əhmədov və MəĢədi Əlinin evidir. 1909-
cu ildə tikilib (keçəllər xəstəxanası). 
№ 9-da təbib Mahmud Cavadovun evi (Sona xanım) 1912-ci ildə tikilib. 
Ordubadi  küçəsində  №  38-də  Hacı  Ağabala  Babayevin  evi,  1894-cü  ildə 
tikilib. 
Kommunist  küçəsində  №  1-də  Hacı  Ağabala  Babayevin  1860-cı  ildə 
tikdirdiyi ―Qələnfur‖ adlı mehmanxanası. Sovet dövründə Partiya məktəbi idi. 
№ 5-də PriĢibli dəyirmançı Qulunun evi, 1890-cı ildə tikilib. 
Lənkəran mayakı, 1868-ci ildə tikilib. 
№  17-də  MəĢədi  Mirzəli  Hacı  Tağı  oğlunun  evləridir.  1912-ci  və  1915-ci 
ildə tikilib. 
№ 53-də Hacı Hacıağa Ələkbər oğlu Ələkbərovun evi, 1861-ci ildə tikilib. 

43 
 
Mayakovski  küçəsində  №  3-də  Lənkəran  inqilabçılarının  rəhbəri 
Ağaməmmədəlinin evi, 1901-ci ildə tikilib. 
№ 5-də Sadıq və Kazımın evidir, 1905-ci ildə tikilib. 
C. Cabbarlı küçəsi,  №  12. Binanı 1892-ci  ildə  Zülfüqarov  Qulam tikdirib, 
ölümündən sonra Bayraməlibəyov Ġshaq satın alıb. 
№ 1-də Bayraməlibəyov Yusubbəyin evi, 1896-cı ildə tikilib.  
26  Bakı  komissarı  küçəsi,  №  15  və  №  17.  Erməni  Nozarbəy  1885-ci  ildə 
tikib. Ġndi biri teatrdır, biri uĢaq poliklinikası. 
PuĢkin küçəsi, № 19. Erməni Yakov 1890-cı ildə tikib, üst mərtəbə yaĢayıĢ 
evi, alt mərtəbə təsərrüfat  mağazasıymıĢ. 
№ 5-də ġilavarli Əhədbəyin (mirab) evi, 1904-cü ildə tikilib. 
 
 
KÖRPÜLƏR, YOLLAR, ƏKĠNLƏR. 
 
Lənkəran  rayonunda  inqilabdan  qabaq  demək  olar  ki,  heç  bir  əsaslı  körpü 
yox idi. Ancaq bəzi yerlərdə xırda – xırda meĢə ağacından tikilmiĢ körpülər vardı, 
onlar da tez – tez uçulub, gediĢ – gəliĢə çətinlik yaradırdı. Onlardan bir neçəsi: 
1.ġəhərin  Əli  Bayramov  küçəsində  olan,  daĢdan  hörmə  körpüdür  ki,  buna 
indi də ―DaĢ körpü‖ deyilir. 
2.Kommunist küçəsinin qurtaracağındakı Hacı Əhməd körpüsü. Bunu 1910-
cu illərdə Hacı Əhməd adlı bir kiĢi tikdirib. Bu körpü taxtadan tikildiyindən tez – 
tez dağılardı və aylarla təmir olunmurdu. Sonralar həmin körpü sökülərək, yerində 
indiki nəqliyyata uyğun körpü tikilmiĢdir. 
3.N. Nərimanov və Kommunist küçələrinin kəsiĢdiyi  yerdəki körpü. Bütün 
yağıĢ suları N. Nərimanov küçəsində qazılan ana arx vasitəsi ilə dənizə tökülür. Bu 
körpü də daĢdan hörülmüĢdür. 
4.  Lerikə  gedən  yolun  üstündə,  qəbiristandan  yuxarı,  kərpic  zavodundan 
aĢağıdakı  körpü.  Bunu  da  daĢdan  hörmüĢdülər.  Sovet  dövründə  bunu  dəyiĢib, 
yerində yenisini qurmuĢlar. 
5.  Ləkər  körpüsü.  Bu  körpü  Lənkəranla  Girdəni  kəndi  arasındadır.  Bu 
körpü, ilə bütün Lej müĢəsinin sularını və yuxarıdan bicar çəltik əkilən yer sularını 
Murdova  (Marsəyə)  axıdırdılar.  Burada  ancaq  on  –  on  beĢ  metr  uzunluğunda  iki 
taxta  enində  piyadalar  yolu  düzəltmiĢdilər,  arabalar  müəyyən  yerlərdən  çox 
çətinliklə keçirdilər. 
6.  Girdəni,  Vıravul,  Vilvan,  ġağlasər  və  Saparadidə  kiçik  çaylar  üzərindən 
keçən taxta körpülər. Bunlar da meĢə ağaclarından olurdu, çox zaman qıĢ – payız 
aylarında  tez  –  tez  uçulurdu.  Bu  çayların  hamısının  suyu  Murdova  tökülürdü. 
Burada yeni nəqliyyat körpüsü tikilib. 
7.  Lənkəranda  ən  böyük  körpü  QumbaĢı  körpüsü  idi  ki,  bu  da  taxtadan 
tikilmiĢdi.  Bu  körpünün  sağ  tərəfində  böyük  kilsə  vardı  ki,  bunlardan  baĢqa  bu 

44 
 
ətrafda  heç  bir  tikinti  yox  idi.  Körpü  Lənkəranla  Masallı  rayonlarının  sərhədidir. 
Ġndi bu körpünün yerində hazırkı nəqliyyata uyğun körpü tikilmiĢdir. 
8.  Xanbulan  çayı,  Avrora  kəndinin  içərisindən  keçərək  Lənkəran  –  Astara 
yolunu  kəsir,  çayın  üzərində  o  zaman  meĢə  ağacından  taxta  körpü  tikilmiĢdir  ki, 
buradan ancaq piyada və faytonla keçməyə icazə verirdilər. Arabalar isə körpüdən 
aĢağı, çaydan keçirdilər. Ġndi bu körpü də təmir edilərək hazırkı nəqliyyata uyğun 
edilmiĢdir.  
9. AĢağı Nüvədi ilə KənarmeĢə arasındakı körpü. Bütün yuxarıda suvarılan 
bicarların ana suvarma arxı buradan dənizə tökülürdü. 
10. Bir taxta körpü də Siyavarla Xalac arasındadır. Xanbulançayın suyunun 
və  xırda  suvarma  arxlarının  dənizə  tökülməkdən  ötrü  buradan  keçir.  Bu  da 
Lənkəran – Astara rayonunun sərhədidir. Bu körpü də yenidən qurulub. 
Yuxarıda göstərilən körpülərdən baĢqa, Lənkəranın ətrafında çəltik əkildiyi 
və  bunları  suvarmaqdan  ötrü  xırda  arxlar  çəkildiyi  üçün  yüzlərlə  xırda  ağac 
körpülər vardı ki, bunlardan da ancaq piyadalar keçirdilər. 
1932-ci  ilə  qədər  Lənkəran  çayı  üzərində  körpü  yox  idi.  Ancaq  çayı 
keçməkdən ötrü iki yerdə kolaz (qayıq) var idi. Biri Sutəmurdov qabağından (onu 
sutəmurdovlu 
Rəzzaq 
kiĢi  iĢlədirdi,  indi  nəvəsi  Vahab  Sutəmurdov 
qəbiristanlığında xadimdir). Velədi. Kərmətuk və yuxarı kəndlərə getmək üçün də 
baĢqa bir kolaz vardı. Çaya sel gələndə iki – üç günlərlə gediĢ – gəliĢ kəsilərdi. 
1927-ci  ildə  həbsxana  bərabərliyində  və  qədim  uçulmuĢ  pivə  zavodunun 
yanında  körpüdən  ötrü  kəĢfiyyat  iĢləri  baĢladılar.  Mən  də  iyirmi  gün  orada  fəhlə 
iĢləmiĢəm. Bu əlahiyəyə əsasən 1931 – 1932-ci illərdə Lənkəran çayı üzərində ilk 
dəmir körpü quruldu.  
1940-cı ildə təcili olaraq layihə ilə yanaĢı, Osmanlı – Astara dəmiryolunun 
çəkilməsinə baĢlandı. Lənkəran zonasında altı yeni körpü tikdilər: 
            1.QumbaĢı arxı üzərində
 2.Hacı Əhməd körpüsündən aĢağı, Azərbalığın yanında; 
 3.ġəhərin N. Nərimanov küçəsindən axan ana arx üzərində; 
 4.Lənkəran çayı üzərində; 
 5. AĢağı Nüvədidən axan arx üzərindən
 6.Siyavar  körpüsündən  aĢağı,  təzəsini  tikdilər.  Bundan  əlavə  bəzi  xırda 
arxlara beton boru qoyuldu. 
Yeni  dəmiryolunun  birinci  mərhələsi  1941-ci  ildə  qurtardı,  ilk  qatarla 
cəbhəyə əsgər apardılar. 1932-ci ilə kimi Lənkərandan Astaraya getməkdən ötrü iki 
yol  vardı:  birincisi  –  Sutəmurdovu  keçib  ordan  dəniz  kənarı  ilə;  ikincisi  – 
Qaraçiylər qabağı çayı baĢ yuxarı çıxıb Kərmutukə, oradan da əsas yola çıxıb içəri 
yolla gedirdilər. 
1932-ci  ildə  Lənkəranla  Sutəmurdovun  arasında  tikilən  körpüdən  sonra, 
yolu  Sutəmurdovdan  ġurukə  birbaĢa  bicarların  içərisi  ilə  birləĢdirdilər  ki,  indi 
gördüyümüz asfalt yoldur. 

45 
 
1941-ci  ilə  kimi  bütün  ana  yollar  qrunt  yollar  idi.  1941-ci  ildə  müharibə 
baĢlanandan iki ay sonra fəhlə batalyonu Bakı – Astara yoluna təcili olaraq asfalt 
döĢədilər.  Bütün  ağır  maĢınlara  davam  gətirə  bilməyən  körpüləri  dəyiĢib,  beton 
körpülərlə əvəz etdilər.  
1961-ci  ildə  Lənkəranda  sahəsi  iyirmi  dörd  min  hektar  olan  Murdovun 
(bataqlığın) qurudulması iĢinə baĢlandı. Bu iĢə məni də cəlb etdilər. Mən ən əvvəl 
Girdəni,  Vıravul,  Vilvan,  ġağlasər  və  Separadi  çayları  üzərində  kiçik  körpülərin 
mühəndis  –  geoloji  iĢini  qurtarıb  təhvil  verdim.  Elə  həmin  il  Girdəni  və  Vıravul 
çaylarının  birbaĢa  dənizə,  ġığlasərin  isə  Qızılağac  qoruğuna  tökülməsindən  ötrü 
asfalt və dəmir yollarını bu bu çayların kəsib keçdiyi yerlərdə altı körpü tikməkdən 
ötrü mühəndis – geoloji iĢini apardım. Onlardan ikisi Lənkəran – GömĢəban, ikisi 
GömĢəban-  Port  –  Ġliç  dəmiryol  stansiyası  arasında  və  ikisi  də  Port  –  Ġliçlə 
ġirinqum arasında tikilmiĢdir. 
Nəqliyyat  çoxaldığına  və  1932-ci  ildə  tikilmiĢ  körpü  bu  nəqliyyatın 
öhdəsindən  gələ  bilmədiyinə  görə,  Lənkərandan  Ģəhər  kənarı  ilə  dolama  yeni  bir 
yol çəkildi. Lənkəran çayı üzərindən Lənkəran – Velədi arasında yeni, 3-cü körpü 
tikərək, həmin asfalt yolunu Sutəmurdov – ġuruk asfalt yoluna (Velədi qabağında) 
birləĢdirdilər. 
1932-ci ildə tikilən birinci körpüdən keçən yüngül maĢınlar çoxaldığı üçün 
təhlükəsizlik  və  piyadaların  keçməsi  məqsədilə  birinci  körpüdən  25  m  aralı  ona 
paralel Lənkəran çayından dördüncü körpünü tikdilər. 
1945-ci  illərdən  Lənkəran  ətrafında  çəltik  əkilirdi.  Tərəvəzçilik  o  qədər  də 
inkiĢaf etməmiĢdi, çünki bütün iĢlər əllə görülürdü, suvarma sistemi zəif idi. Sonra 
bu rayondan çəltik əkinini götürüb onu tərəvəzçilik rayonu etdilər. Ġndi Lənkəran 
tərəvəzi Moskvayadək gedib çıxır. 
KeçmiĢdə Lənkəranda çay kolu əkilməzdi. Bütün çəltik əkinləri istillərlə (su 
anbarları) suvarılırdı. Az bir sahədə isə taxıl əkilirdi. 
1936-cı ildə Lənkəranın üç küçəsindən baĢqa (26 Bakı komissarı, Lenin və 
Kommunist küçələri) bütün küçələri torpaq idi. 1936-cı ildən bütün küçələri təmir 
etməyə  baĢladılar.  O  zaman  o  qədər  palçıqdan  keçilməsi  mümkün  olmayan 
küçələrə  daĢ  düzülürdü.  Xəndəklər  də  yeni  tipdə  düzəlirdi.  Lənkəranın  küçə  və 
səkilərinə 1945-ci ildən asfalt döĢənməyə baĢlandı. 
Elektrik  stansiyasının  tikintisi  1926-cı  ilin  avqust  ayının  axırında  baĢa 
çatdırıldı. 1927-ci ilin əvvəlində təntənəli surətdə istifadəyə verildi.  
1930  –  1931-ci  illərdə  Lənkəranda  çay  əkməyin  əhəmiyyəti  elmi  cəhətdən 
təsdiq olunandan sonra çay plantasiyaları geniĢləndirilməyə baĢladı. Taxıl və çəltik 
sahələri azaldı. Sonra çəltik sahəsi tamamilə ləğv edildi. (Yeri gəlmiĢkən xatırladaq 
ki,  XIX  əsrdə  Lənkəran  qəzası  düyü  istehsalına  görə  Qafqazda  birinci  yeri 
tutmuĢdur.  Sədri,  əkulə,  ənbərbu,  yetim  vilgicri  və  s.  kimi  düyü  sortları  məĢhur 
olmuĢdur.) 

46 
 
Əvvəllər  limon,  portağal,  narıngi  ancaq  ev  Ģəraitində    -  dibçəklərdə 
yetiĢdirilirdi.  Çünki bu bitkilər soyuğa  davamlı olmadığından qıĢ aylarında  məhv 
olurdu.  Lakin  sovet  hakimiyyəti  qurulandan  sonra  bu  bitkiləri  soyuqdan  qorumaq 
üçün geniĢ imkanlar yaradıldı, nəticədə nəinki Ģəxsi yardımçı təsərrüfatlarda, hətta 
kolxoz sahələrində limon, portağal, naringi yetiĢdirilməyə baĢlandı. Ġndi Lənkəran 
öz ətirli çayı ilə yanaĢı, bu nemətləri ilə də  öyünə bilər. 
Lənkəranın  ərazisində  yerləĢən,  adı  dillər  əzbəri  Qızılağac  qoruğu  SSRĠ 
Xalq  Komissarları  Sovetinin  qərarı  ilə  1929-cü  ildə  yaradılmıĢdır.  Təbiətin  bu 
gözəl  güĢəsi  indi  ölkədə  su  quĢlarının  qıĢladığı  əsas  yerlərdən  biridir. 
Mütəxəssislərin müĢahidəsinə görə, qıĢda su hövzələrində çoxlu qaĢqaldaq , ördək, 
qaz, qu quĢu və s. olur. Qoruğun qıĢlaqlarında sultan toyuğu, sığırçın, kolluqlarında 
turac, qırqovul  və  s.  yaĢayır. Yay aylarında  Qızılağacda  böyük dəstələrlə  ağ  vağ, 
varıldağ, qarabattaq və s. kimi quĢlar yuva salır. 
 
 
 
BƏLLƏBUR QALASI VƏ XANBULANÇAY GÖLÜ 
 
Lənkəran  Ģəhərindən  20  kilometr  cənub  –  qərbə  Qurumba  kəndi 
yaxınlığında Bəlləbur dağı uzanır. Bu dağa talıĢca ―Boza qala‖, yəni Qartal qalası 
deyirlər.  Bəlləbur  dağı  Lənkəran  çayına  bir  burun  kimi  uzanıbdır.  Onun 
qurtaracağında, yəni Lənkəran çayının sahilində 45 – 50 metr hündürlüyündə tarixi 
məlum  olmayan,  qırmızı  rəngdə  dördkünc,  kərpicdən  bir  qala  tikilib  ki,  buna  da 
Bəlləbur qalası deyilir. 
Bəzi  mülahizələrə  görə,  Bəlləbur  qalasını  830  –  850-ci  illərdə  zalq 
qəhrəmanı Babək özünə sığınacaq edibmiĢ. 1970-ci ildə Lənkəran çayının üzərində 
Bəlləbur qalası ilə üzbəüz su anbarı üçün 10 metr hündürlükdə bənd tikilib, ondan 
beton ana arx çəkilərək, Bəlləbur qalasını dövrə vurub Qurumba kəndindən keçib, 
Masallı rayonu tərəfə uzadılır. Sonra 1973-cü ildə Lənkərandan 20 kilometr cənub 
–  qərbə  Xanbulançay  dəryaçasının  tikiliĢi  baĢlanıb,  1978  –ci  ildə  tamamlandı. 
Bəndin  hündürlüyü  76  metr,  uzunluğu  800  metrdir.  Bu  dəryaçanın  50  milyon 
kubmetr su tutumu vardır. 
Xanbulançay  dəryaçasından  ayrılan  iki  beton  arxın  biri  cənub  tərəfə 
uzanaraq, Lənkəranın bütün cənubunda olan kəndlərin əkinlərini suvarır. 
ġimali  –  qərbə  uzanan  ikinci  arx  isə  Yuxarı  Nüvədi  kəndi  yanından 
Lənkəran çayını duker vasitəsi ilə keçir, Lənkəran çayından götürülən arx Bəlləbur 
qalası  altında  birləĢərək  Lənkəranın  Ģimal  –  qərbində  olan  bütün  kəndlərin 
tarlalarını  suvarır.  Bir  də  Xanbulan  dəryaçasının  sol  sahilində  dillər  əzbəri  olan 
gözəl bir qonaq evi tikilib ki, bütün gələn qonaq və turistləri heyran edir. 
Bir neçə il bundan əvvəl Finlandiyanın keçmiĢ prezindenti Urxo Kekkonen 
bir  ay  öz  istirahətini  bu  qonaq  evində  dincəlmiĢdi.  Bu  qonaq  evi  onun  o  qədər 

47 
 
xoĢuna  gəlmiĢdi  ki,  deyilənlərə  görə,  gedəndən  sonra  qonaq  evinin  lahiyə 
mühəndisi üçün bir vaqon bəxĢiĢ göndərmiĢdi. 
 
 
 
LƏNKƏRANDA OLAN ĠSTĠ SU BULAQLARI 
 
Lənkəran  rayonunda  müalicə  ocağı  kimi  üç  istisu  bulağından  istifadə 
edirlər. 
Bunlardan  biri  Lənkəranın  qərbində,  Ģəhərin  12  kilometrliyində  olan  Ġbadi 
istisu  bulağıdır.  Lənkəran  əhalisi  ən  qədimdən  buraya  gəlib  ətrafda  olan  gözəl 
meĢəliyin içərisində alaçıq və meĢə ağacından tərəcələr qurub yaĢayırdılar. Burada 
içməli  su  yox  dərəcəsində  idi.  Ancaq  kiçik  bir  bulaq  vardı  ki,  buna  da  ―Damcı 
bulaq‖ deyirdilər. Çox vaxt suyu at və eĢĢəklə bir neçə kilometrdən gətirirdilər. 
Ġbadi  istisuyunda  Sovet  hakimiyyəti  qurulandan  sonra,  yəni  1924-cü  ildə, 
xüsusi  dükanlardan  sökülən  taxtadan  mehmanxana  tikilmiĢdi.  Burada  olan  Ġstisu 
bulaqları  üzərində      bir      neçə    gözdən  ibarət  nömrələr  (müalicə  ocağı) 
yaradılmıĢdı, tikilən nömrələr pulla idi. 
Ġstisu    bulaqlarından      camaat      gölməçələr    düzəldib,  orada  pulsuz 
çimərdi.  1926-cı  ildə  bu  mehmanxana,  ehtiyatsızlıq  nəticəsində  mətbəxdən  od 
tutaraq 45 dəqiqəyə yanıb külə döndü. 
1927-ci  ilin  yay  mövsümundə  müalicəyə  gələnlər,  daha  Ġbadi  istisuyuna 
yox,  Lənkəranın  qərbində,  8  kilometrliyində  (Ġbadidən  4  km  aralı)  olan  və  MeĢə 
istisuyu adlanan, Ləj meĢəsi yaxın istisuya köçərdilər. Buranın içməli suyu kifayət 
qədər idi. MeĢə istisuyu get-gedə böyüyürdü. 
Burada hökumət tərəfindən yaxĢı çayxana və yeməkxana tikilmiĢdi. 
Bir  neçə  il  bu  minvalla  gələnlər  orada  dincəldilər.  Sonra  yavaĢ-yavaĢ 
burada xırda sıra ilə taxtadan evlər tikilməsi baĢlandı. Ġstusu bulaqlarında iki 10—
12  nəfərlik  çimmək  üçün  hovuz  düzəldildi.  Eyni  zamanda  taxtadan  ona  qədər 
nömrə də tikilib camaatın istifadəsinə verildi. 
1975-ci ildən MeĢə istisuyunun sol tərəfində bir neçə beĢ mərtəbəli gözəl 
mehmanxana  tikilməsinə  baĢlandı.  MeĢə  istusuyuna  təkcə  Lənkəran  camaatı  yox, 
sovet  ölkəsinin  hər  yerindən  müalicəyə  gəlirlər.  Ġndi  burada  Ġstisu  müalicəsi  ilə 
yanaĢı  baĢqa  növ  müalicələr  də  aparılır.  Buna  baxmayaraq,  yenə  də  bəzi  Ģəxslər 
Ġbadi istisuyuna  gedib onun gözəl meĢəsində, yəni  istisu ətrafında çadır qurub öz 
müalicələrini pulsuz keçirirlər. 
Üçüncü Ġstisu bulağı Lənkərandan 5 - 6 kilometr Ģimal - qərbdə, Havzavu 
kəndinin  sahəsində  olduğundan  ona  hələ  keçmiĢdən  Havzavu  Ġstisuyu  deyilir. 
Burada  da  taxtadan  üç  ümumi  və  dörd  nömrəli  müalicə  yerləri  tikilibdir.  Oraya 
adamlar yaxın kəndlərdən gəlib çimir, axĢamı yenə öz evlərinə qayıdırlar. Burada 
kiçik çayxana və aĢxana vardır. Ġçməli bulaq suları da boldur. 

48 
 
 
 
 
 
 
 
 
 
Lənkəran 
adətlərindən
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

49 
 
TOY 
 
Azərbaycanın  hər  yerində  olduğu  kimi,  Lənkəranda  da  evlənmə  - 
ailəqurma  mərasimi  adətən  valideyinlərin  razılığı  və  onların  bilavasitə  iĢtirakı  ilə 
keçirilir.  Ġnqilabdan  əvvəl  və  lap  bu  yaxın  vaxtlaradək  övladı  evləndirərkən  qız 
seçib-bəyənmək  yalnız  valideyinlərin  üzərinə  düĢürdü.  Onlar  götür-qoy  edər, 
məsləhətləĢər,  oğlanın  gözaltısı  olub-olmadığını  öyrənər  və  nəhayət,  bacısı  və  ya 
baĢqa qohumlardan birinin vasitəsi ilə oğlanı məsələdən agah edərdilər (o vaxtlar 
valideynin razılığı olmadan qızla oğlanın seviĢməsi, görüĢməsi qadağan idi). Oğlan 
da dərhal razılıq verməz, ―hələ tezdir, niyə tələsirsiz‖ -  deyərdi. Elə bu söhbət özü 
razılıq əlaməti sayılırdı. 
Bundan  sonra  valideyinlər  digər  qohumlarla  da  məsləhət-məĢvərət  edər, 
qız  tərəfin  qohum-əqrəbasını,  onların  xasiyyətini  öyrənərdilər.  Bu  iĢdə  oğlanın 
anası,  bacısı,  xalası,  bibisi  və  s.  yaxın  adamları  xüsusi  fəallıq  göstərirdi.  Belə  ki, 
onlar qohum-qonĢu vasitəsilə qızın biĢirib-düĢürmək, kəsib-tikmək, əkib-becərmək 
qabiliyyətini  öyrənər,  bütün  bunlardan  sonra  isə  özündən  xəbərsiz  o,  hamama 
gedərkən  yanına  yaxın adam  salardılar ki, onun bədən quruluĢunda  naqislik olub-
olmadığını müəyyən etsin. 
Bütün bunlardan sonra qız evinə elçi göndərərdilər. O isə ―sizin filan qızı 
filankəsin oğluna almaq istəyirik‖ - deyə qız evinə bildirərdi. Qız evi də iki-üç gün 
fikirləĢəndən sonra xəbər göndərməyi vəd edib elçiyə bildirərdi. 
Sonra  qız  evi  bu  müddət  ərzində  oğlanın  qabiliyyəti  barədə,  qohum-
əqrəbası haqqında ətraflı məlumat öyrənər, yaxın qohumlarla məsləhətləĢərdi. söz 
bir  yerə  gələndən  sonra  qızın  razılığını  alardılar.  Sonra  oğlan  evinə  xəbər 
göndərilirdi. 
Oğlan  tərəfin  yaxın  qohumlarından  dörd-beĢ  qadın  qız  evinə  gələr,  çay 
süfrəsi  arxasında  ―həri‖  alıb,  kiĢilərin  nə  vaxt  gəlməsi  haqqında  icazə  istərdilər. 
VədələĢən gün kiĢilər elçiliyə gələrdi. Əvvəl hər Ģeydən söhbət salardılar, süfrəyə 
çay  gələrdi.  Bu  vaxt  elçi  gələnlərdən  biri,  adətən  ağsaqqal  -  ya  oğlan  atası,  ya 
əmisi, və ya dayısı qız atasına müraciət edib mətləb üstünə gələr, ―Çayımıza qənd 
ataqmı?‖  -    deyərdi.  Qız  tərəfin  ağsaqqallarından  biri  ―Çayınıza  qənd  atın,  allah 
mübarək  eləsin,  xoĢbəxt  olsunlar‖  -    deyəndən  sonra  hər  Ģey  həll  olunardı.  Elə 
buradaca toyun vaxtı, habelə toyu hansı Ģəkildə: ―paltar kəsdi‖ yoxsa ―xına yaxdı‖ 
keçirilməsi və toy xərci barədə razılığa gəlinərdi. 
Adətən  analar  qıza  balaca  vaxtından  cehiz  tutardılar.  Cehizi  hazır  olan 
qızın toyu tez olardı. Əgər cehiz hazır deyildisə, qız evi beĢ-altı ay möhlət alardı ki, 
cehiz hazırlasın. 
―Paltar kəsdi‖ toyu zamanı oğlan evi əvvəlcədən razılığa  əsasən toya bir 
gün qalmıĢ qız evinə lazım olan xərci və qızın gəlinlik üzüyünü gətirər. Səhəri gün 
―paltar kəsdi‖ toyu baĢlanır. Bu  toyda oğlan evindən istənilən qədər qohum-əqrəba 
gələ bilər. Lənkəranda adətən qız toyu gündüz baĢlayıb,  axĢama qədər qurtarardı. 

50 
 
Toyda qaval  və qarmon çalardılar. Belə toylarda çalğıçılar  ancaq qadınlar olurdu. 
20-30-cu  illərdə  o  ətrafda  toyları  dünbəkçi  ġirin  və  qarmonçalan  Qıztamam 
aparardı. Toyda çoxlu qadın oxuyardı. 
Toyda  ĢabaĢ  kimi  yığılan  puldan  çalğıçıya  haqq  verirdilər.  ―Paltar 
kəsdiyə‖  gələnləri  ayrıca  otağa  aparıb  Ģirin  çay  və  külçə  çörək  verib  sonra  toy 
məclisinə gətirərdilər. 
―Paltar kəsdi‖dən sonra razılığa əsasən ―xına yaxdı‖ olurdu. Bu mərasim 
gəlinin  oğlan  evinə  aparmazdan  bir  gün  qabaq  təĢkil  edilirdi.  ―Xına  yaxdı‖ya  da 
oğlan evi bir gün əvvəl lazım olan Ģeyləri göndərir. 
Səhəri  gün  qız  evində  ―xına  yaxdı‖  toyuna  baĢlamazdan  əvvəl  bir  dəstə 
qız-gəlin  gələr,  ya  evdə,  ya  da  evin  qabağında  toplaĢardı,  çalıb  oxuyar,  qızı  toy 
hamamına  aparardılar.  Qızı  hamamda  çimdirib  çıxaranda  böyük  bir  qabda 
hazırlanmıĢ Ģərbət gətirər, əvvəlcə gəlinə (ər evində dili Ģirin olsun), sonra isə onun 
ətrafındakıların hərəsinə bir stəkan Ģərbət verərdilər. 
Hamamdan  evə  qədər  gəlin  piyada,  əlində  Ģam  tutmuĢ  sağdıĢı  soldıĢın 
əhatəsində,  hamam  evdən  uzaq  olduqda  isə  faytonda  gedirdi.  Gəlin  evə  çatandan 
sonra  yenə  baĢına  qız-gəlin  toplaĢar,  onu  bəzəyər,  gəlinlik  paltarını  geydirib  çal-
çağırlı  toy  məclisinə  gətirərdilər.  Qədim  ənənəyə  görə,  qız  ənlik-kirĢanla,  sürmə-
vəsmə ilə yalnız gəlin köçən gün bəzənərdi. 
―Xına  yaxdı‖ya  gələnlərə  ayrıca  otaqda  qiymə-plov  verib  sonra  toy 
məclisinə  gətirərdilər.  ―Xına  yaxdı‖  axĢamı  gəlinin  və  yoldaĢlarının  əlinə  xına 
yaxardılar.  Məclis  axĢam  saat  10-  11-dək  davam  edərdi.  Bu  məclisə  bəy  öz 
yoldaĢları ilə gizli gələr, yengə onları görüĢdürərdi. Bəy qızların vasitəsi ilə xəbər 
edib gəlini oynatdırar, ĢabaĢ göndərərdi. 
Lənkəranda  keçmiĢ  vaxtlar  qız  toyunda  yerə  xalça-palaz  sərib  yerdə 
oturardılar. Kübar qadınlara stul verilərdi. 
Belə toylarda qız-gəlin tək və qoĢa oynamaqdan çox dəstə - dəstə üz-üzə 
durub  halay  gedərdi.  Elə  oynağan  qadınlar  var  idi,  ki,  məcməyini  diĢində  tutub, 
yaxud  lampanı  baĢına  qoyub  oynayardı.  Toyda  ĢabaĢdan  baĢqa  pul,  yaxın 
qohumların bəzisi isə qızıl əĢyalar atardı. 
―Xına  yaxdı‖nın səhəri hər iki tərəfdən bir neçə ağsaqqal toplaĢar, molla 
gətirib  qız  evində  kəbin  kəsdirərdilər.  Molla  qız  olan  otağın  qapısına  yaxınlaĢıb 
kəbini oxuyandan sonra üç dəfə qızdan soruĢardı: ―Qızım, razısan, ya yox‖. Qız da 
qapı dalında üzü örtülü dayanıb ―bəli‖ deyər, bununla da kəbin kəsilib qurtarardı. 
Günortadan  sonra  oğlan  evi  çal-çağırla  gəlib  əvvəl  bir  araba  ilə  gəlinin 
cehizini aparardılar ki, gəlin otağını qabaqcadan bəzəsinlər. Bu müddət ərzində qız 
evində  çalıb-oynamaq  davam  edərdi.  Sonra  gəlin  əllərində  Ģam  və  güzgü  tutmuĢ 
sağdıĢ-soldıĢın  əhatəsində  qapıdan  çıxardı.  Bu  vaxt  oğlanın  qardaĢı  və  ya  yaxın 
dostu qızın belini bağlayır, bel bağlayanın üzünə un sürtərdilər. Qız gəlin köçərkən 
ona yaĢlı bir qadın – ―yengə‖ qoĢardılar. 

51 
 
Gəlini  çal-çağırla  ər  evinə  gətirərdilər.  Bu  vaxt  gəlini  oğlan  evinin 
qapısına qədər qardaĢı və ya yaxın bir qohumu müĢayiət edərdi. 
Gəlini aparan faytonun atlarının boynuna ipək sap salardılar. 
Gəlini  aparmağa  gələn  bəzi  qohumlara  pay  verərdilər.  Həm  də  gəlini 
aparmağa gələnlər qız evindən qiymətli bir Ģey ―oğurlamalı‖ idi. 
Gəlini  sağdıĢ-soldıĢ  otağadək  müĢayiət  edir,  sonra  çıxardılar.  Otaqda 
yalnız gəlin və yengə qalardı. Bu vaxt oğlan evində plov dəstgahı baĢlardı. 
O  vaxtlar toyda içki olmazdı.  Toyu  masabəyi  yola  verərdi.  KiĢi toyunda 
tar,  qarmon,  tütək  çalınar,  xanəndə  oxuyardı.  Belə  toylar  axĢam  saat  12-dək 
qurtarardı. 
Camaat dağılıĢandan  sonra bəy oğlanı gəlin otağına salardılar. Bəy oğlan 
gələnə  qədər  yengə  nə  lazımdı  düzəldib  hazır  qoyar,  özü  çıxıb  qapının  dalında 
gözlərdi.  Bir  neçə  saatdan  sonra  içəri  girib  qızdan  xəbər  tutardı  ki,  qız  üzüağ 
gəlibsə, ondan xələtini alıb, çıxıb hamıya Ģad xəbər verərdi. 
Çünki o biri otaqda yengədən xəbəri intizarla gözləyənlər oturardı. Hərgah 
pis xəbər olsaydı, elə ya həmin axĢam, ya da səhəri tezdən qızı yengəyə qoĢub atası 
evinə göndərərdilər. Bəzən qədimdə dağ  yerlərində bu cür  qızları haman axĢamın 
səhəri    tərsinə  diĢi  eĢĢəyə  mindirib,  eĢĢəyin  quyruğunu  qızın  əlinə  verərək  aparıb 
atasının qapısından içəri salardılar.  
ġad xəbərdən sonra camaat sakit olub dağılıĢardı. Sonra qız üç gün pərdə 
arxasında saxlanırdı.  
Üçünsü  gün  anası,  bası  və  yaxın  qohumlarından  5  –  10  nəfər  xörək  və 
çörək  biĢirib  qızın  görüĢünə  gələrdilər.  Daha  doğrusu  ―üzə  çıxdı‖  edərdilər.  Hər 
gələn  qohum  qıza  bir  Ģey  bağıĢlardı.  Gələnlərə  oğlan  evi  qonaqlıq  verərdi.  Qız 
evinin adamları qayıdarkən qablara bəxĢeyiĢ qoyub yola salardılar.  
Bununlada toy tamamlanardı. 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə