Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ


M. Ġ. Qasirin tələbələrindən bir qrup



Yüklə 1.1 Mb.
Pdf просмотр
səhifə4/9
tarix10.06.2017
ölçüsü1.1 Mb.
1   2   3   4   5   6   7   8   9

M. Ġ. Qasirin tələbələrindən bir qrup: 
 
Axundov Mirzə Səlim                               TalıĢinski Ġskəndər xan 
Axundov Mirzə Səbi                                 Axundov Mirzə ġirəli  
Qurbanov Mirzə Ələkbər                          Babayev BəĢir  
Qasımov Mirzə Cəlal                                Qasımov Mirzə Muxtar 
Kazımov MəĢədi Əhməd                           Kələntərli Heybət 
Mövsümzadə Mirzə Ġsa                             Kələntərli Xudaverdi 
General Mehmandarov Səmədbəy            Nurullayev Musabəy 

31 
 
Kazımov MəĢədi Rza                                Ġsazadə Ġbrahimxəlil 
Nurullayev Nüsrət bəy                              TalıĢinski Ağa xan  
TalıĢinski Qasım xan                                TalıĢinski Əkbər xan 
TalıĢinski Mövsüm xan                             TalıĢinski Xanoğlan bəy və i.a. 
Nəsirbəyov Nurəli bəy 
 
Bu  Ģagirdlərdən  çoxu  sonralar  Azərbaycanın  ictimai  –  siyasi  və  mədəni 
həyatında  fəal  iĢtirak  edən  qabaqcıl  ziyalılar  oldular.  Onlardan  Xudaverdi 
Kələntərli  (kimya  elmləri  doktoru,  prof.),  Əkbərxan  TalıĢinski  (rus  dili  və 
ədəbiyyat müəllimi), Mirzə Muxtar Qasımov (Azərb. Politexnik Ġnst. Dos.), doktor 
Ələkbər  Qurbanov,  general  Səməd  bəy  Mehmandarov  və  qardaĢlarını  göstərmək 
olar.  Qasir  pedaqoji  fəaliyyəti  ilə  əlaqədar  olaraq,  nəzmlə  farsca  –  azərbaycanca 
lüğət və fars dilinin qrammatikasına dair ―Qanuni – Mirzə Ġsmayıl Qasir‖ dərsliyini 
(1894) yazır. O, Lənkərana köçdükdən 2 – 3 il sonra arvadı Həcər vəfat edir. Ġkinci 
dəfə  Sutəmurdov  kəndində  yaĢayan  dayısı  molla  Əliməmmədin  qızı  Bibixanımla 
evlənir. 
Qasir  müəllimliklə  yanaĢı,  bədii  yaradıcılığını  da  davam  etdirirdi. 
Məlumdur  ki,  XIX  əsrin  II  yarısında  Azərbaycanın  bir  sıra  Ģəhərlərində  ədəbi 
məclislər  təĢkil  edilmiĢdir.  Qarabağda  ―Məclisi  -  üns‖,  ―Məclisi  –  fəramuĢan‖, 
ġamaxıda  ―Beytus  –səfa‖,  Bakıda  ―MəcməüĢ  –  Ģüəra‖,  Ordubadda  ―Əncümani  – 
Ģüəra‖  olduğu  kimi,    bu  dövrdə  fəaliyyət  göstərən  ədəbi  məclislərdən  biri  də 
Lənkəranda  ―Fövcül  –  füsəha‖  adlanırdı.  Məclisin  ilhamvericisi  və  baĢçısı  Qasir 
idi. Bu məclisin məĢğələləri əsasən usta Hüseynqulu ġurinin və açıq fikirli müəllim 
Möhsünün evində keçirilmiĢdir. Məclis cümə günlərində toplanırmıĢ. 
―Fövcül  –  füsəha‖  məclisi  demək  olar  ki,  Mirzə  Ġsmayılın  vəfatına  kimi 
(1900)  fəaliyyət  göstərmiĢdir.  Məclisin  40-a  qədər  iĢtirakçısı  olmuĢdur.  Əsas 
üzvləri aĢağıdakılar idi: Mirzə Ġsmayıl Qasir, M. Ġsa Xiyali, Molla Fəttah Səhban, 
molla Əli Əkbər, Aciz, Hüseynqulu ġuri və qeyriləri. 
 Mirzə  Nəsrullanın  müəllimliyi  və  həkim  kimi  tanınması  haqqında 
Ģəhərimizin  yaĢlı  sakinlərindən  çox  eĢitmiĢik.  Ç  Ġldırım  adına  Azərb.  Politexnik 
Ġnstitutunun dosenti, mərhum Mirzə Muxtar Qasımov deyirdi ki, ilk təhsil illərində 
Lənkəranda  o,  Mirzə  Nəsrulla  və  sonralar  rus  ordusunun  generalı  rütbəsinədək 
yüksəlmiĢ  Səməd  bəy  Mehmandarov  və  onun  qardaĢları  Səidəli  bəyin  və  M.  Ġ. 
Qasirin dərs dediyi  məktəbdə oxumuĢ  və onların ləyaqətli  Ģagirdləri olmuĢlar. Bu 
söhbəti sənədlər də  təsdiq edir. Sənədlərdən aydın olur  ki,  1880-ci  ildə  Lənkəran 
Ģəhər ibtidai məktəbində 76 Ģagird təhsil alırmıĢ. Bu vaxt məktəbin müdiri F. V . 
Yeqorov  imiĢ.  Məktəbdə  Mirzə  Nəsrulla  Kazımbəyov  1872-ci  ildən,  bir 
müəllimkimi, fəaliyyət göstərmiĢdir. 
1900-cu  ildə  Teymur  bəy  Bayraməlibəyov  bu  məktəbdə  direktor  müavini 
iĢləmiĢdir.  Həmin  ildə  Mirzə  Ġsmayıl  (Qasir)  Axundov  məktəbin  Ģəriət  müəllimi 
olmuĢdur. 

32 
 
Məktəbin  təlim  –  tərbiyə  səviyyəsi  ildən  –  ilə  yüksəldiyi  kimi  onun 
Ģagirdlərinin də sayı getdikcə artmıĢdır.  
Səidəli  müəllimlə  M.  Ġ.  Qasir  arasında  bir  dostluq  əlaqəsi  var  imiĢ.  (S. 
Kazımbəyoğlunun  nəvə  -  nəticələrində  gördüyüm  müxtəlif  kitablarda  Qasirin  əli 
yazılmıĢ  qeydlər  bu  fikri  təsdiq  edir).  Onların  hər  ikisi  Lənkəranın  hörmətli  və 
tanınmıĢ  ziyalısı  (mirzəsi)  olmuĢlar.  Lənkəran  məktəbi  həmin  illərdə  ikisinifli 
Ģəhər tipli məktəb idi.  
S. Mehmandarovun M. Ġ. Qasiri Lənkərana dəvət etməsi və Qasirin burada 
müəllimliyə baĢlamasının tarixi haqqında müxtəlif məlumatlar var. Məsələn, prof. 
A. Abdullayev bu tarixi 1882-ci il, baĢqa bir mənbə isə 1887-ci il kimi təqdim edir. 
Bizcə,  hər  iki  məlumat  səhvdir.  M.  Ġ.  Qasir  Lənkərana  gəlməsi  və  müəllimliyə 
baĢlamasını  farsca  yazdığı  bir  Ģerində  özü  xəbər  verir.  O  deyir  ki,  Lənkəranda 
müəllimliyə ―defad‖ tarixində baĢlamıĢdır. ―Əbcəd hesabı‖nda həmin tarixin hicri 
1289-cu, miladi 1872-ci ilə bərabər olduğu məlum olur.  
Bu  hadisədən  9  il  sonra,  1881-ci  ildə  Qori  müəllimlər  seminariyasının 
Azərbaycan  Ģöbəsini  3  nəfər  bitirir.  Bunlardan  biri  Teymur  bəy  Bayraməlibəyov 
olur. O, Lənkəran ibtidai məktəbində rus rus dili dərslərini aparır. Lənkəran ibtidai 
məktəbi getdikcə nüfüz qazanmıĢ, tədricən geniĢlənmiĢdi. O, XIX əsrin sonlarında 
5-sinifli Ģəhər məktəbinə çevrilmiĢdir.  
Son  vaxtlara  qədər  Lənkəranda,  Bakıda  və  baĢqa  Ģəhərlərdə  çalıĢan  yaĢlı 
ziyalılarımızın bir qismi vaxtilə M. Ġ. Qasirin və T. Bayraməlibəyovun dərs dediyi 
məktəbdə  təhsil  almıĢ  adamlar  idi.  Bu  məktəbdə  ilahiyyatla  birlikdə  rus  dili,  fars 
dili, təbiət, bir sözlə, dünyəvi elmlər tədris olunmuĢdur.  
 
M.Ġ.  Qasir  ömrünün  sonuna  qədər  məktəbdə  dil  və  ədəbiyyatdan, 
xəttatlıqdan dərs demiĢdir. O, hər iĢdə olduğu kimi, tədris üsullarında da yenilikçi 
olmuĢ,  tərtib  etdiyi  dərsliklərdə  iĢə  yaradıcı  kimi  yanaĢıb,  hər  çətinliyə  dair 
islahatlar  aparmıĢdır.  Mətnlərdə  təsadüf  edilən  ərəb  və  fars  sözlərinin  asanlıqla 
yadda  qalması  üçün  lüğətləri  Ģerlə  yazmıĢdır.  Bu  lüğətlərdən  biri  Respublika 
Əlyazmaları  fondunda  mühafizə  olunur.  Lüğət  bədən  üzvləri,  say,  geyim  və  s. 
adları əhatə edir:  
 
BaĢ – sər, tük – müy, birçək – zülf, saç – geysu bovəd, 
                       Həm qulaq – quĢ əst, alın – piĢani, qaĢ - əbru bedan. 
   ġeĢm – göz, mərdom – bəbək, mujan – kiprik həmçinin. 
                       Ruy – üz, bini – burun, baĢəd də eylər həmçinin 
                       RiĢ saqqal, bığ – sebil, degər zənəx baĢed – cünə, 
Ləb – dodaq, dəndan – diĢ, ağız – dəhanu, dil – zəban. 
 
M. Ġ. Qasir  bədən tərbiyəsi ilə  müntəzəm  məĢğul olur  və  Ģahmat oyununu 
mükəmməl  bilirmiĢ.  ġahmat  tarixçisi  ġəhriyar  Quliyev  XƏX  əsrin  II  yarısında 
Lənkəranda  da  Ģahmat  oyunun  geniĢ  yayıldığından  bəhs  edərək  yazır:  ―Qasirin 

33 
 
Ģerlərindən belə məlum olur ki, o, müasirlərindən hər kimlə Ģahmat oynamıĢsa, onu 
çox asanlıqla məğlubiyyətə uğratmıĢdır‖. 
Lənkəranın  fanatik  ruhaniləri  və  cəhalətpərəstləri  bu  görkəmli  müəllimi, 
onun  yaxın dostlarını ləkələməyə  çalıĢır, xüsusilə  Qasiri  xalqın  gözündən  salmaq 
üçün  ―babi‖  adlandırırdılar.  Belə  bir  Ģəraitdə  Qasir  bir  tərəfdən  xalqın  geriliyinə, 
avamlığına acıyır, digər tərəfdən isə onu cəhalətdə saxlamaq istəyənləri ifĢa edirdi. 
Qasirin müəllim yoldaĢlarından Mirzə Əziz oğlu Əliyevin Ģəhər məktəbində 
indiki zəng əvəzinə tənəffüsə çıxmaq üçün Ģagirdlərin öxuduğu duanı ləğv etməsi 
ruhani  dairələrinin  böyük  narazılığına  səbəb  olur.  Lakin  onun  bu  hərəkətini  Qasir 
və  baĢqa  yenilikçi  müəllimlər  yaxĢı  qarĢılamıĢ,  duanın  əvəzinə  yazılmıĢ  yeni  bir 
Ģeri hər yerdə yaymağa çalıĢmıĢdır. Dərsin belə bir sonluqla bitməsi o zaman üçün 
yenilik  idi.  Lənkəran  məktəbində  dərs  deyəndə  Ģair  təbiətli  müəllimlərin 
əksəriyyətinə  bu  hadisə  öz  təsirini  göstərirdi.  Buna  görə  də  bu  yenilik  Lənkəran 
Ģəhər  məktəbində  də  qəbul  edildi.  Mirzə  Əziz  Əliyev  müəllimlik  ustalığına, 
cəhaləti və mövhümatı tənqid etməsinə görə daha maraqlı Ģəxsiyyətdir. Mirzə Əziz 
məĢhur  ĢərqĢünas  akademik  B.  Millerlə  dostluq  əlaqəsi  saxlamıĢdır.  27  dekabr 
1925-ci  il  tarixdə  farsca  yazdığı  bir  məktubda  B.  Millerin  Mirzə  Əzizin  oğlu, 
məĢhur  müəllim  Mirzə  Ağaəli  Əliyevlə  də  bu  dostluğu  davam  etdirdiyini  yəqin 
etmək olar. 
1906-cı  ildə  Mirzə  Əzizin  məktəbində  təhsil  alan  dayım  misgər  Heydər 
Qasımov öz müəllimi haqqında xatirələrində deyir ki, Mirzə Əziz ailə tərbiyəsinə 
böyük diqqət yetirir, öz övladlarını məktəbə qoymayan, onların tərbiyəsi ilə məĢğul 
olmayan  valideynləri  məclislərdə  məzəmmət  edirdi.  Elmin,  məktəbin  feyzindən 
danıĢarkən o tez – tez deyirdi: 
 
Atadan tərbiyə təsir eləyər övlada, 
         Təkcə təlim – müəllim yetə bilməz dadə. 
 
Mirzə Ġsmayıl Qasir fəaliyyətə baĢladığı ilk gündən bir  maarifpərvər ziyalı 
kimi dövrünün gənclərini köhnə təlim üsulundan uzaqlaĢdırmağı və dini – sxolastik 
fənlərdən tamamilə fərqlənən yeni qaydada dünyəvi elmlərlə tanıĢ etməyi qarĢısına 
bir  məqsəd  qoyur.  Bundan  baĢqa  o,  valideyinlərlə  ciddi  əlaqə  saxlamağə,  Ģəhər 
əhalisi  ilə  qaynayıb  –  qarıĢmağı  və  xalqın  dünyagörüĢünə  təsir  göstərməyi  də 
baĢlıca  vəzifə  hesab  edir.  Dediklərimizi  o  dövrün  mütərəqqi  fikirli  Ģəxslərindən 
sayılan,  M.  F.  Axundovun  yeznəsi  Əsgərxan  bəyə  yazılan  mənzum  məktubdan 
daha aydın görmək olar: 
 
ĠnĢallah eyləyər ömr vəfa, bəxt mədəd, 
   Görər onlar da bizim dərsu dəbistanımızı. 
 

34 
 
M.  Ġ.  Qasir  Lənkəranın  gəncləri  və  yaĢlıları  arasında  kitabı  və  mütaliəni 
geniĢ təbliğ etmiĢdir. Bir dəfə o oxumaq üçün ondan bir kitab istəyən Mirzə Qəni 
adlı birisinə yazır: (farscadan sətri tərcümədi): 
 
                           Ey dost, əgər oxumaq üçün əlinə kitab düĢərsə, 
                           Bil ki, həqiqətən kitab arzu edənlərə lazımdır. 
    Bu hadisəni mən də dönə - dönə imtahan etmiĢəm. 
                            Kitab həmiĢə könül qönçəsini gül kimi açandır. 
           O, aĢiqlərin fikir dünyasını gözəllər məskəninə çevirər, 
                            Ġnsan qəlbi gülüstansa, onun bəzəyi kitabdır. 
 
Ruhani və cəhalətpərəstlər Qasir kimi müəllimlərlə, getdikcə geniĢlənməkdə 
olan  yenilikçilər  cəbhəsini  ayrı  –  ayrı  üzvləri  ilə  barıĢmır,  yuxarıda  dediyim  ki, 
onları  ləkələməyə  çalıĢırdı.  Onlar  Qasiri  və  dostlarını  ―babi‖  (babi  məzhəbinə 
mənsub  adam,  məcazi  mənada  ―dinsiz‖)  adlandırıd,  onlarla  salamlaĢarkən  əllərini 
ətəklərinə bürüyüb, o vaxtın adətinə görə ―müsafihə‖ edirmiĢlər. Məhz bu səbəblər 
Qasiri həcv və ya satirik Ģerlər yazmağa məcbur edir. Qasir ―KiĢilər‖ rədifli Ģerində 
―cəhalətpərəstləri‖ kinayə ilə ―məzhəbi pak‖, ―sahibi - iman‖, ―yalançı müsəlman‖ 
adlandırır. O, nadanların əlindən təngə gəldiyini bildirir:  
 
EĢidin bu sözü, ey sahibi – iman kiĢilər 
         Məzhəbi pak, özü pak, ey müsəlman kiĢilər. 
                Lənkəranda görəsən mən kimə naxoĢ demiĢəm, 
      Ya kimin kasəsinə, kisəsinə boĢ demiĢəm? 
         Ya kimin atına durĢ, əĢĢəyinə hoĢ demiĢəm. 
                 Ya ki mən hansı görək adama sərxoĢ demiĢəm? 
         Ta ki, məndən ola bir kimsəyə üsyan, kiĢilər. 
        Mənə ―babi‖ deyən heç etməyib əndiĢəsini, 
                                    Ġstəyibdir mənə isbat edə öz peĢəsini. 
 Bir baxın anlamaza, daĢa çalıb riĢəsini, 
        Yazaram mən ona bu növ ilə dastan, kiĢilər. 
 
M. Ġ. Qasir mövhumat və cəhalətin tənqidi, maarifçilik ideyasının təbliği ilə 
kifayətlənmir.  Akad.  F.  Qasımzadə  ―XIX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi‖ 
kitabında yazır: ―M. Ġ. Qasir ―Əskinaz‖ Ģerində pulun insanlarda xəsislik, yaltaqlıq, 
yalançılıq  kimi  alçaq  sifətlər  doğurduğunu,  yaxın  dostu,  qohum  –  qardaĢı  bir  – 
birinə düĢmən etdiyini, ümumiyyətlə pulun sinifli cəmiyyətdə oynadığı mənfi rolu 
göstərir. Eyni ideyanı Ģair ―Qara pul‖, ―Yarəb nə Ģüurdur ki, tutubdur cahanı pul‖, 
―Yaran, tutub afaqı hamı qəm bahalıqdan‖ Ģerlərində də təkrar edir‖. 
M.  Ġ.  Qasir  qeyrətli  bir  müsəlman  kimi  qadın  hüquqsuzluğuna  qarĢı  çıxır. 
Az yaĢlı qızları məktəbə göndərməkdənsə, pula satan tamahkar və qeyrətsiz ataları 

35 
 
satira  atəĢinə  tutur.  Maraqlı  burasıdır  ki,  Qasir  belə  əməllərin  məhz  ―hacı 
filanlardan‖ baĢ verdiyini söyləyir.  
 
 
                                       Hacı filani öz qızını Ģəhərə verdi. 
      Yəni ki, bizim türki dilican, ərə verdi. 
              YaxĢı – yamanın eyləməyib heç təfəhhüs, 
  Əlhəqq, o biçarəni simu zərə verdi. 
 
                                       Öz nökərinə versə idi, kər bu ayağdan. 
         Heç kimsə deməzdi ki, qızı nökərə verdi 
            Söylər tanıyanlar hamı: ―Əfsus o qızdan‖, 
 Ahu pərini bir yekə nərrəxərə verdi. 
Söylüyüblər ―qızı ver itə, iti aldat‖, 
       Bu, səhv eləyib, qoydu iti, əntərə verdi. 
 
Lənkəranda  bir  ictimaiyyətçi  və  müəllim  –  Ģair  kimi  məĢhur  olan  M.  Ġ. 
Qasir  qocalığına  görə  bir  müddət  məktəbdən  uzaqlaĢır,  Bakıya  köçür.  Burada 
Bakının  müəllim  və  Ģairləri  ilə,  ―MəcməüĢ  –  Ģüəra‖  üzvləri  ilə  əlaqə  saxlayır. 
Lakin  S.  Ə.  ġirvaninin  zarafatla  yazdığı  mənzum  məktubundan  sonra  o,  fikrini 
dəyiĢir. S. Əzim yazır:  
 
Sən gərəkdir açasan məktəbi – tədris – bəlis, 
                               Olasan Ģamu səhər vəsvəsəguyan, Qasir. 
 
Seyid Əzim  köhnəpərəstlərin dilindən  məzəli Ģəkildə  deyir ki,  Qasir  gərək 
―Ģeytanlara  məxsus‖  məktəbdən  əl  çəkməyəydi,  ―gecə  -  gündüz  tərəddüdlər  və 
Ģübhələrdən‖ danıĢaydı. ġamaxıda Seyid Əzim də köhnəpərəstlərin təqibinə məruz 
qalmıĢ,  lakin  o,  fikrindən  dönməmiĢ,  dözümsüzlüyü  ucundan  Qasirin  məktəbdən 
uzaqlaĢmasına  təəssüfləndiyini  bildirmiĢdi.  Qasir  yenidən  Lənkərana  gəlib 
müəllimlik fəaliyyətini davam etdirmiĢdir.  
Lənkəran  məktəbində  getdikcə  çətinləĢən  yeknəsəq  həyat  tərzi,  qocalıq  bu 
zəhmətkeĢ  insanı  əldən  salır.  O  bir  sıra  Ģerlərində  zəmanəsindən,  məiĢətdəki 
çətinliklərdən ürək ağrısı ilə söhbət açır. 
Qasir  ömrünün  sonlarında  müəllimlik  sənətilə  məĢhur  ola  bilmədiyinə, 
əlinin incəlik və təravətdən, xəttinin isə adət etdiyi gözəllikdən məhrum olduğuna 
təəssüf edir: 
 
Heyf, əlim düĢdü təravətindən, 
 Xəttim o xoĢ təriqi – adətindən. 
 

36 
 
M.  Ġ.  Qasir  məiĢətdə  çox  iĢlənən  əməli  yazılar,  məktub,  ərizə,  müəllimə, 
ataya,  anaya,  qardaĢa,  bacıya,  dayıya,  əmiyə,  baĢqa  qohumlara  məktub  yazmaq 
üçün  baĢqa  Ģagirdlərə  məxsus  nümunələr  məcmuəsi  tərtib  etmiĢdir  ki,  bu 
məcmuənin hissələri Respublika Əlyazmaları Fondunda mühafizə olunur. 
Qasir yağlı ağ kağız üzərində dırnaqla gül, müxtəlif fiqurlar çəkər və ya söz, 
Ģer yazarmıĢ (buna ―xətti - naxuni‖ deyərlərmiĢlər). Belə iĢin görüldüyünə inanmaq 
olmur,  lakin  bu  iĢi  öyrətdiyi  Ģagirdlərin  də  bildiyinin  Ģahidi  olduğum  üçün 
göstərilən nümunələrin Qasirin əli ilə yazıldığına Ģübhə etmədim. 
 Qasirlə  birlikdə  dərs  deyən  T.  Bayraməlibəyov  görkəmli  maarifçi,  ictimai 
xadim və ilk Azərbaycan etnoqraflarından biri hesab olunur. O, Lənkəran qəzasının 
Yeddi Oymaq kəndində anadan olmuĢdur. Ġlk təhsilini kənd mollaxanasında almıĢ, 
Lənkəran  Ģəhər  məktəbində  5  il  oxuyub,  Tiflisə  feldĢerlik  məktəbinə 
göndərilmiĢdir.  Bayraməlibəyov  1879-cu  ildə  bu  məktəbi  bitirib  Zaqafqaziya 
müəllimlər  seminariyasına  daxil  olmuĢdur.  O,  1881-ci  ildə  seminariyanı 
müvəffəqiyyətlə  baĢa  vurub  Lənkərana  gəlmiĢ,  burada  Ģəhər  məktəbində 
müəllimlik etmiĢdir. Məktəbdə yoxsul Ģagirdlərə maddi yardım göstərməyə yollar 
axtarmıĢdır. Bu  məqsədlə  teatr  tamaĢaları  və  müsamirələr təĢkil edərək, topladığı 
vəsaiti həmin iĢə sərf etmiĢdir. 
 
 
 
BAKIYA OXUMAĞA GÖNDƏRĠLƏN ĠLK QIZLAR 
 
1922-ci  ildə  darulmüəllimdə  oxumaq  üçün  Lənkərandan  5  nəfər  qız 
istəmiĢdilər.  O  zaman  mövhumatın  Ģiddətli  vaxtı  idi.  Heç  kəs  öz  qızını  oxumağa 
göndərmirdi.  Ancaq  mənim  atam  inqilabçı  Ağaməmmədəlinin  göstəriĢi  ilə  bacım 
Bibixanımı,  Mirzə  Salman  Qurbanovun  qızı  Aliyəni,  Həqiqət  Rzayevanı  bir  də 
DaĢdəmirova  Nərgizi  oxumağa  göndərdi.  Onlar  o  vaxt  Hacı  Zeynalabdin 
Tağıyevin  tikdirdiyi  qız  məktəbinin  binasında  həm  oxuyur,  həm  də  yaĢayırdılar. 
Binanın üçüncü mərtəbəsində isə o zaman Hüseyn Cavid yaĢayırdı. Bacım həmiĢə 
söhbət edirdi ki, Həqiqət Rzayeva mənim baĢımı axĢamlar dizi üstə qoyub oxuya – 
oxuya məni yuxuya verərdi. Çünki bacım həm gözəl, həm də hamıdan kiçik idi. 
 
 
 
 
 
 
 
 
 

37 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Memarlıq – 
abadlıq 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   

38 
 
BÖYÜK BAZARIN QAPANDĠBĠ 
ƏTRAFINDA OLAN TĠKĠLĠLƏR 
 
Lənkəranın özünəməxsus memarlıq – abadlıq siması vardır. AĢağıda doğma 
Ģəhərimin  az  –  çox  gözə  gəlimli  və  xatirələrimdə  yaĢayan  tikililərinin  siyahısını 
verirəm.  DüĢünürəm  ki,  diyarın  tarixini,  memarlıq  –  arxitektura  səciyyəsini, 
qismən etnoqrafiyasını öyrənmək istəyənlər üçün bu siyahı müəyyən material verə 
bilər. 
Abdullayev Məmmədağanın təsərüffat dükanı 
Abdullayev Məmmədağanın yaĢayıĢ evi 
Əttar dükanı 
Zeynalovların kiĢi hamamı 
Mir Əsgərin dəllək dükanı 
Çayçı və pitiçi dükanı 
Zeynalovların qadın hamamı 
Hamamlardan ötrü su quyusu 
Səmədzadənin karvansarası və evləri 
Abdullayev Hacı Səfərəlinin evləri 
Abdullayev MəĢədi Əzizin evləri 
TalıĢxanov Əsgərxanın evləri 
Cavadxanın  evi  (MəĢhur  uroloq,  SSRĠ  Tibb  Elmləri  EA-nın  müxbir  üzvi 
Mirməhəmməd Cavadzadənin atası). 
TalıĢxanov Əsgərxanın ev mətbəxi 
TalıĢxanov Əsgərxanın nömrə hamamı (sökülüb). 
Hamamın su quyusu 
Aqzərbaycan Dövlət Ticarət idarəsi 
Zərgər Əbülfəzin dükanı 
MəĢədi Mikayıl Bağırovun düyü dükanı 
Tat cuhudlarının xırdavat dükanları 
Mistanlıların nalbənd dükanı 
Məlik kiĢinin arpa – saman dükanı 
Lahıc misgər Kəlbə Manafın dükanı 
Ġrəvanlı Məmmədəlinin dükanları 
Bəylərovun təsərrüfat dükanları 
Taxıl anbarları 
Sənətkarlar ittifaqının idarəsi 
Taxta kəsən zavod 
Hacı Ġbrahim Nəsirovun evləri 
Musarza (Ġdris) Ağayevin evləri 
Tağı Cəfərlinin evləri 
Bazarın Böyük qapanı 

39 
 
Hacıbabanın evləri (indi uĢaq evidir) 
Əbilbəy oğlu Ağabəyin ev yeri (prof. Azad Ġsmayılovun atası) 
Əbilbəy oğlu Ağabəyin ev yerində olan ləm 
Fətəliyevlərin evləri 
Fətəliyevlərin taxıl anbarları 
Böyük Bazar məscidində olan çarhovuzlar 
Məscidin ətrafındakı təkyələr 
Fətəliyevlərin hamamı 
BaĢmaqçılar, çəkməçilər, dərzilər və iki dəllək dükanları 
Çayçı və pitiçi dükanları 
ġıx Kəlbə Hüseynin yağ dükanı 
 Əttar dükanı 
Tat yəhudilərinin xırdavat dükanları 
Qəssab Qulamın, Hacı Əlinin və Babanın dükanları 
Dəmirçi Hüseynqulunun dükanı 
Qalayçı Abbasın dükanı 
Dərvəçə gedən keçid yolu 
Boradigəli Qılmanın taxıl dükanı 
Əhmədovların məĢhur düyü dükanı 
Qəmbərov MəĢədi Hüseynin bəzzaz dükanı 
Dəllək Ağanın dükanı 
Hacı Əmənullanın taxıl dükanı 
Girdə Musanın dəmirçi dükanı 
Çayçı Musarzanın dükanı 
Kiçik kiĢi hamamı 
KiĢik qadın hamamı 
Qənnadçı gilək Kakanın dükanı 
Kələntərli Xəlil bəyin duz, neft və quru balıq dükanı. 
Kərimovların evləri 
Kərimovların taxıl anbarları 
Ləbləbi qovuran Ģıx Əlinin dükanı 
Dəllək Əliağanın dükanı 
Dəmirçi Rzanın dükanı 
Çayçı Pota Feyzinin dükanı 
Arabalar dayanan yer 
Faytonlar dayanan yer 
Quliyev Heybətin (Qızıllı yeznə) evi 
Nurullayev Ġbadulla bəyin evi 
Hamamın quyusu 
Mir Petqanın (Mir Məmmədin) evi və həyəti 
Lulovların evi və həyəti 

40 
 
Bazarın ümumi ədəbxanası 
 
Karvansaralar. 
Böyük  Bazar  baĢında  giləklərin  qənnadı  dükanlarının 
arasında (indiki Həzi Aslanov küçəsində) Molla Həsənin ikimərtəbəli karvansarası 
vardı. O zaman bu karvansaralara yüzlərlə zuvandlı gələrdi. Zuvandlılar yer alması 
(kartof)  və  zuvand  alması  gətirirdilər.  Onların  bəziləri  isə  satmağa  mal,  heyvan 
gətirərdi.  Bu  karvansaraların  birinci  mərtəbəsində  olan  tövləyə  yüzdən  artıq  at, 
eĢĢək  və  baĢqa  heyvan  yerləĢirdi,  amma  üst  mərtəbəsindəki  otaqlarda  ancaq 
gələnlər  palza  və  xurcunlarını  qoyub  yan  –  yana  yatardılar.  Zuvandlılar  özləri 
toxuduqları  cod  yun  parçadan  dar  Ģalvarlar  geyirdilər.  Dini  məqsədlə  əlaqədar 
baĢlarına ĢiĢ papaq qoyar, ayaqlarına xam göndən çarıq geyərdilər. Çox vaxt özləri 
xurcunda  gətirdikləri  ziren  çörəyi  yeyərdilər.  Hamama,  çayçıya,  pitixanaya  çox 
nadir  hallarda  girərdilər.  O  zaman  Lənkəranda  indiki  kimi  kartof  yeyilməzdi  və 
kartofu  ancaq  Zuvanddan  gətirərdilər.  Karvansaranın  qapısı  yanında  mistanlıların 
nalbəndxanası vardı. 
Bundan  baĢqa,  Böyük  Bazarda  daha  dörd  karvansara  vardı.  Azərbaycanın 
hər  yerində  olduğu  kimi,  bu  karvansaralar  da  onları  tikdirən  Ģəxslərin  adları  ilə 
adlanırdı:  ġeyx  Ġbad  karvansarası,  MəĢədi  Hacı  Əli  karvansarası,  Haxı  Məcid 
karvansarası və Səmədzadə Kəlbə Səməd karvansarası. 
Məscidlər. 
Birincisi  hazırda  Böyük  bazardadır  ki,  XIX  əsrdə  tikilən 
məsciddir.  Ətrafında  dörd  təkyə  var  idi.  Onlardan  üçü  sökülüb,  biri  isə  məscidlə 
təmir edilib. Ġndi Ģəkil qaleriyasıdır.  
Ġkincisi  Kiçik  bazar  məscididir  ki,  bu  XX  əsrin  əvvəllərində  1904-cü  ildə 
camaat tərəfindən tikilib, indi asari - ətiqə kimi mühafizə olunur. 
Üçüncüsü,  Lənkəran  kəndlərində  ən  qədim  məscidlər  də  vardır  ki,  hamısı 
bir abidə kimi dövlət tərəfindən qorunur. 
Deyilənlərə  görə,  ən  qədimi  Sutəmurdov  məscididir  ki,  bunun  özülünü 
Qacarlar dövründə palçıqdan qoymuĢlar. 
Kilsələr. 
Alman  kilsəsi  –  (Firdovsi  küçəsində).  Yəhudi  sinaqoqu  Xasiyev 
küçəsində. 
Rus kilsəsi Mirəhməd xanın bağında idi. KeĢiĢin evləri də burada idi. 
QumbaĢı körpüsü və Monax evi yanında da kilsə vardı. Onu da sökdülər. 
Hamamlar. 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə