Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1.1 Mb.
Pdf просмотр
səhifə3/9
tarix10.06.2017
ölçüsü1.1 Mb.
1   2   3   4   5   6   7   8   9

 
Çalğıçılar 
 
Nəhmətulla Cəfərov                           Qarmon 
Ġsmayıl xan TalıĢinski                        Skripka, tar, tütək və klarnet 
Xalaoğlu Mahmud                             Qarmon 
Qıztamam                                           Qarmon  
Hacıbaba                                            Qarmon 
Kor Əmin                                           Qarmon 
Salman Səmədzadə                            Klarnet 
Nəsir Səmədzadə                               Klarnet 
Qulam Səmədzadə                             Klarnet 
Əsəd Cəfərov                                     QoĢa zurna, tar və tütək 
Rüstəm Sadıqov                                 Kamança və klarnet 
Teymur Sadıqov                                 Kamança 
Musa Axundov                                  Truba 
Tələt ġahverdiyev                              Truba və mandalina 
Lotu Cabbar 
Lotu Xudadat 
 
Cabbarla  Xudadat  böyük  məclislərdə,  toylarda  və  qonaqlıqlarda  cürbəcür 
baməzə oyunlar və sözlərlə məclisləri və toyları aparırdılar, özləri də çalıb oxuya – 
oxuya oynayırdılar (açıqlar kimi). 

22 
 
Lənkəran diyarının adlı – sanlı elm 
və sənət adamlarından bir qrupu 
Ağacavad Səmədov                                       fizik, professor 
Asif Ġsgəndərov                                             elmlər doktoru 
Aydın Ələkbərov                                           filoloq, professor 
Mustafa Mustafayev                                     filoloq, professor 
Xeyrulla Məmmədov                                    filoloq, professor 
Hacıbaba Əzimov                                          tarixçi, professor 
Seyfulla Əsədullayev                                     filoloq, professor 
Mirzə Rəhimov (dilçi)                                   filoloq, professor 
Məmmədhənifə Abdullayev                          tibb elmləri doktoru 
Məmmədsadıq Abdullayev                            tibb elmləri doktoru 
Həbib Həbibov (Moskvada iĢləyir)                tibb elmləri doktoru 
Məmməd Tağıyev                                           tibb elmləri doktoru 
Əliramiz Axundov                                          tibb elmləri doktoru 
HaĢım Əliyev                                                  tibb elmləri doktoru 
Mirməhəmməd Cavadzadə                             tibb elmləri doktoru 
Ġsmayıl Səmədov                                            tibb elmləri doktoru 
Abbas TalıĢinski                                             tibb elmləri doktoru 
Azad Ġsmayılov                                               tibb elmləri doktoru 
Tofiq Axundov                                               aqronomiya üzrə professor 
Cəbrayıl Əliyev                                              aqronomiya üzrə professor 
Arif Bağırov                                                   aqronomiya üzrə professor 
Qulamhüseyn Əliyev                                     filologiya elmləri doktoru, prof. 
Əbülfəz Rəcəbov                                 filologiya elmləri doktoru, prof., dilçi. 
ġövqi Ağayev                                                 professor 
AllahĢükür PaĢazadə                                      Ģeyxülislam 
Məmmədhüseyn Əliyev                                 yazıçı 
Sabir Rüstəmxanlı                                          Ģair 
ġəkər Aslan                                                    Ģair 
Ayaz Vəfalı                                                    Ģair 
YaĢar Rzayev                                                 yazıçı    
Əlisa Nicat                                                     yazıçı  
Zeydulla Ağayev                                            nasir, tərcüməçi 
Sabir Mirzəyev                                               müğənni 
Teymur Mustafayev                                       müğənni 
AğadaĢ Ağayev                                              müğənni 
Yalçın Rzazadə                                               müğənni 
Nazim Ağayev                                                müğənni 
Ramiz Novruzov                                             aktyor 
Cavad Cavadov                                              riyaziyyatçı. professor 

23 
 
 
 
 
 
 
 
 
 
 
Maarif və 
mədəniyyət
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

24 
 
LƏNKƏRANIN MƏKTƏB TARĠXĠNDƏN 
 
Xalqımızın bugünki sosial, iqtisadi və mədəni səviyyəsini gördükcə sevinir, 
mübarizələrdə keçən çətin günləri xatırlayırıq. Ġndi respublikamızda, hətta onun ən 
ucqar  kəndlərində  ümumtəhsil  məktəbləri  fəaliyyət  göstərir,  sosial  –  mədəni 
əhəmiyyətli  məsələlərin  həlli  üçün  təminat  yaranır.  Respublikamızın  hər  yerində 
olduğu kimi, Lənkəranda da hamılıqla orta təhsilə keçid baĢa çatmıĢdır. 
Əsrimizin  sürətli  inkiĢafı  bugünkü  fəhlə  və  kəndlinin  ən  azı  orta  təhsilə 
malik olmasını tələb edir. ĠnkiĢafımızın belə  bir dövründə  biz  keçmiĢimizə  nəzər 
yetirməyə zəruri bir ehtiyac duyuruq. 
Uzaq keçmiĢimizə, qaranlıq bir  mühit daxilində  cüzi  bir iĢığın görünməyə 
baĢladığı  tarixə,  xalqın  savad  əldə  etmək  üçün  atdığı  ilk  addımlara,  bu  yolda 
qoyduğu izlərə bələd olmaq çox əhəmiyyətlidir. 
Rusiyaya birləĢdirilmə dövründə çar höküməti Azərbaycanda Ġran nüfuzunu 
azaltmağa  çalıĢırdı.  Bu  məqsədlə  general  Yermolovun  təĢəbbüsü  ilə  rus 
məktəblərində  Azərbaycan  dili  tədris  edilməyə  baĢlandı.  Getdikcə  azərbaycanlı 
mülkədar uĢaqları da belə məktəblərdə oxumağa həvəs göstərirdilər. 
1827-ci  ilin  oktyabr  ayında  maarif  nazirliyinə  müraciət  edilərək, 
Zaqafqaziyada qəza məktəblərinin açılması xahiĢ olunur və Peterburqda bu xahiĢin 
yerinə yetirilməsinə razılıq verilir. Ancaq həmin illərdə Lənkəranda məktəb açmaq 
üçün əlveriĢli bir bina tapılmır.
3
 
Azərbaycanda  tədricən  açılmıĢ  məktəblərdə  mütərəqqi  müəllimlər  və 
qəflətdən  oyanan  xalq  mütləqiyyət  quruluĢunun  ideya  və  əxlaq  pozğunluğunu 
tənqid  etməklə  yanaĢı,  yeni  tipli  məktəblərin  böyük  və  ümidverici  mahiyyətini 
alqıĢlayır.  
Sənədlərdən  aydın  olur  ki,  1883-cü  il  fevral  ayının  25-dən  Zaqafqaziyada 
təhsil  ocaqlarının  maliyyələĢdirilməsi  haqqında  məsələ  qaldırılır.  Həmin  il  iyul 
ayının 11-də Tiflisdə qraf Paskeviç təhsil iĢi ilə əlaqədar çıxıĢ edir. O göstərir ki, 
Zaqafqaziyanın  bütün  əyalətlərində  evlərdə  hətta  qız  uĢaqları  üçün  pansionatlar 
açılacaq, onun pulu isə  rus dövləti tərəfindən ödəniləcəkdir. Bundan baĢqa, yaxĢı 
oxuyanlar  və  nümunəvi  əxlaq  sahibləri  üçün  müvəffəqiyyəti  müəyyənləĢdirən 
attestatlar hazırlanması nəzərdə tutulmuĢdur.
4
 
Məlum  olur  ki,  keçən  əsrin  əvvəllərindən  Lənkəranda  yaĢayan  varlı  rus  və 
azərbaycanlı ailərində rus dilinin qrammatikası, alman və fransız dilləri, riyaziyyat, 
ilahiyyat və.s. elmlər fərdi yolla öyrənilirmiĢ. Belə ailələrdə uĢaqların tərbiyəsi ilə 
                                                           
3
«Акты собрании Кафказской Археографической Комиссии», т. VII Тифлис, 1878, с. 
68. 
4
  

25 
 
xüsusi  müəllim və  tərbiyəçilər  məĢğul olur, bir sıra  hallarda  savadlı analar da  bu 
iĢə ciddi nəzarət edirmiĢlər. 
Azərbaycan  SSR  EA  RƏF-də  1799-cü  ildə  Lənkəranda  Cəbrayıl  Cahangir 
oğlu tərəfindən  yazılmıĢ  üslubiyyat  və  poetikaya  aid iyirmiyə  vərəqlik bir  əsərin, 
1808-ci ildə Lənkəranda Həsən Ləngərudi tərəfindən həvəslə üzü köçürülmüĢ 270 
vərəqəlik  kitabın (Ģifri:  D  – 354 15050) və 1813-cü ildə Nurulla TalıĢi tərəfindən 
nəfis  Ģəkildə  üzü  köçürülmüĢ  Əbdürrəhman  Caminin  140  vərəqəlik  ―Yusif  və 
Züleyxa‖ əsərini (Ģifri: B – 1263 (7269) sübut edir ki, bu yerlərdə dərs oxuyanlar 
arasında  ailə  təhsili  nəticəsində  belə  yüksək  savad  görmüĢ  xəttatlar  və  katiblər 
meydana  gəlmiĢdir.  Belə  katiblərin  sayı  çoxdur.  Bundan  baĢqa,  keçən  əsrdə 
Lənkəranda  ―Fövcül  –  füsəha‖  ədəbi  məclisi  fəaliyyət  göstərirdi.  Həmin  məclisin 
əksər  üzvləri,  o  cümlədən  məclisin  baĢçısı  Mirzə  Ġsmayıl  Qasir  məktəbdarlıqla 
məĢğul  olmuĢlar.  Əlbəttə,  bu  ədəbi  məclisin  klassikləri  mütaliə  edən,  onların 
Ģerlərinə  nəzirə  yazan,  din,  fəlsəfə,  ədəbiyyat  və.s.  məsələlər  ətrafında  arifanə 
söhbətlər  aparan,  bir  –  birilə  yazıĢan  üzvləri  ilk  təhsillərini  xüsusi  evlərdə  və  ya 
məscid məktəblərində almıĢlar. 
Bütün bu faktlar Lənkəran tarixi üçün dəqiq və tutarlı sayılmasa da, nəzərə 
alınmalıdır. Hər halda XIX əsrin əvvəllərindən, bəlkə daha qədimdən Lənkəranda 
müəyyən  evlərdə  açılmıĢ  köhnə  tipli  məktəblər  və  ya  mollaxanalar  dini  xarakter 
daĢısa da, təhsilin yayılmasında müəyyən rol oynamıĢdır. 
XIX  əsrin  ortalarından  Lənkəran  məktəbindən  çalıĢan  bir  sıra  müəllim  – 
yazıçıların  fəaliyyəti,  onların  bədii  yazıları  və  tədrisə  gətirdikləri  yeniliklər 
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 
1850-ci  ildə  Lənkəranda  açılan  ―Müsəlman  məktəbi‖ndə  rus  dili 
müəlliminə,  həm  də  hər  iki  dili  yaxĢı  bilən  azərbaycanlı  mütəxəssisə  ehtiyac 
olmuĢdur. Bütün ərazidə isə belə savad sahibi bir nəfər azərbaycanlı – Ġsgəndər bəy 
Hacinski  idi  ki,  o  da  baĢqa  sahədə  çalıĢırdı  –  Qafqaz  caniĢini  dəftərxanasında 
dilmanc  idi.  Ġ.  Hacinski  1848-ci  ildə  ―Kavkaz‖  qəzetinin  48,  49-cu  nömrələrində 
―Qubalı Fətəli xanın həyatı‖ əsərini çap etdirmiĢdir. 
 Bakı qəza məktəbində XIX əsrin I yarısında tezliklə iki nəfər azərbaycanlı 
müəllim hazırlanır: Cəfər Səlimxanov Bakıda, Məmmədəli Səfiyev isə Lənkəranda 
müsəlman məktəbinə rus dili müəllimi təyin olunurlar. 
 Mirzə Məmmədəli Səfiyevin Lənkəranda müəllimlik fəaliyyəti geniĢliyi və 
əhatəliyi ilə həmiĢə diqqəti cəlb etmiĢdir. Onun ―Zakavkazski vestnik‖də publisist 
yazılarla  çıxıĢ  etməsi  də  maraqlıdır.  Prof.  Fuad  Qasımzadə  yazır:  ―Kavkazski 
vestnik‖  qəzetində  onun  50-ci  illərin  əvvəllərində  bir  –  birinin  ardınca  çoxlu 
məqaləsi  çıxmıĢdır...  Mirzə  Məmmədəli  Səfiyev  cəhalət  və  nadanlığı,  mövhümatı 
kəskin  tənqid  edir,  elmi  məqalərində  dünyəvi  biliklərdən  danıĢır,  qabaqcıl  rus  və 
Avropa mədəniyyətinə yüksək qiymət verir‖. 
Tədqiqatçı alim N. Axundov yazır: ―M. Səfiyevin bu və digər səpkidə olan 
yazıları təsdiq edir ki, o da öz dövrünün ilk maarifçiləri kimi yeni tipli məktəblər 

26 
 
açmağı,  xalqı  savadlandırmağı,  elm  və  mədəniyyətə  yiyələnməyi  vacib 
məsələlərdən saymıĢdır‖. 
1980-ci  il  may  ayının  23-də  ―Azərbaycan  müəllimi‖  qəzetində  Ə. 
Bağırovun  ―Məmmədəli  Səfiyev  kimdir?‖  adklı  məqaləsi  dərc  edilmiĢdir. 
Məqalədə  oxuyuruq:  ―M.  Səfiyevin  Ģəxsiyyəti  haqqında  məlumatımız  azdır. 
Əsərlərinə və bəzi sənədlərinə əsasən təyin etmək olur ki, o, ərəb və fars dillərini 
dərindən  bilmiĢ,  mükəmməl  rus  təhsili  görmüĢdür.  Əsrin  50-ci  illərində 
Lənkəranda iĢləmiĢ, 1869- 1877-ci illərdə Bakıda dövlət  idarələrində  mütərcimlik 
etmiĢdir.  Nə  vaxt,  harada  doğulub,  hansı  ildə,  harada  öldüyünü  müəyyənləĢdirə 
bilməmiĢik‖. 
Mənbələrdən aydın olur ki, M. Səfiyev 1853- 1855-ci illərdə ―Zakavkazski 
vestnik‖ qəzetində bir sıra hekayələr, o cümlədən ―Lənkəranın mineral qaynaqları‖ 
adlı  məqalə  dərc  etdirmiĢdir.  Bu  hekayələr  alimlərimizin  diqqətini  daha  çox  cəlb 
etmiĢdir.  Ə.  Bağırov  yazır:  ―XIX  əsr  rus  mətbuatını  diqqətlə  öyrənilməsi 
nəticəsində  aĢkar  olunmuĢdur  ki,  Bakıxanovla  M.  F.  Axundovun  nəsr  əsərləri 
arasındakı fasilə o qədər də uzun deyilmiĢ. M. F. Axundovu XIX əsr Azərbaycan 
nəsrinin  III  nümayındəsi  yox,  IV  nümayəndəsi  hesab  etmək  olar.  Çünki  1853  – 
1855-ci  illərdə  Tiflisdə  ―Zakavkazski  vestnik‖  və  ―Kavkaz‖  qəzetlərində  (rus 
dilində) M. Səfiyev adlı bir azərbaycanlı yazıçı da hekayələr çap etdirmiĢdir‖. 
Sənədlərdən  məlum  olur  ki,  Mirzə  Məmmədəli  Səfiyevin  ədəbi  irsindən 
onun  ―Xurafat‖,  ―Abbas  oğlu  Abdullanın  hekayəsi‖,  ―Müdrik  Ģahzadə  qız‖, 
―Qazının alim oğlu ilə görüĢməsi‖, ―Lənkəranda müsəlman toyu‖, ―ġah Hüseyn‖, 
―Lənkəranda müsəlman Ģiələrinin bayramı‖, ―Sücaəddin baba‖, ―Səxavətli məchul 
Ģəxs‖,  ―Zəvvar  qadının  tövbəsi‖,  ―Yer  cənnəti‖,  ―ġərq  aĢiqləri‖,  ―Baba  Səməd 
məclisi‖ adlı hekayələri çap edilmiĢdir. 
M. M. Səfiyevin müəllimlik fəaliyyəti haqqında bizə ətraflı məlumatı prof. 
Hüseyn  Əhmədov  verir.  O,  Lənkəranda  müsəlman  məktəbinin  1850-ci  ildə 
meydana gəldiyini söyləyir. 
H. Əhmədov yazır: ―Məhz bunun nəticəsi idi ki, (əhalinin məktəbə marağı 
nəzərdə  tutulur  –  Ġ.  A.)  Lənkəran  müsəlman  məktəbi  Ģagirdlərin  çoxluğuna  görə 
yalnız ġamaxı məktəbindən geri qalır, Tiflis, Gəncə, Nuxa, Bakı, Salyan, Dərbənd, 
TeymurxanĢura müsəlman məktəblərindən irəlidə gedirdi. Ġlk dövrlərdə, yəni 15/1 
–  50-ci  ildə  Lənkəran  müsəlman  məktəbində  32 Ģagird var idisə, sonralar onların 
sayı 72 nəfərə çatır. ―Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1850-ci illərdə bütün 
Lənkəran qəzasında əsrlərdən bəri davam edən ənənəvi məktəblərin cəmi sayı 6 idi 
ki,  burada  oxuyanların  ümumi  sayı  165  nəfər  idi.  Orta  hesabla  hər  məktəbə  27 
Ģagird düĢürdü. Yenicə açılan Lənkəran müsəlman məktəbində təhsilə cəlb edilən 
Ģagirdlərin  sayı  həmin  məktəblərə  nisbətən 3 dəfə  çox idi.  Bu vaxt  Lənkərandakı 
müsəlman məktəbində rus dilini M. Səfiyev məccani olaraq tədris edirmiĢ. Ona və 
Mirəli  TalıĢxanova  məktəbin  müvəffəqiyyətləri  yolunda  göstərdikləri  xidmətlərə 
görə caniĢinliyin təĢəkkürü elan edilmiĢ, onlar qızıl saatla mükafatlandırılmıĢdır‖. 

27 
 
M.  Səfiyev  bir  müəllim  –  yazıçı  kimi  fəaliyyəti  dərindən  tədqiq 
edilməmiĢdisə  də,  sənədlərdən  məlum  olur  ki,  o,  yazıçılığa  müəllimlikdən 
baĢlamıĢdır... ―... Pedaqoji prosesi ədəbi yaradıcılıqla uzlaĢdırmıĢ, hər iki fəaliyyət 
dairəsi  ilə  xalqın  mənəvi  inkiĢafına,  gənclərin  tərbiyəsinin  yaxĢılaĢmasına 
çalıĢmıĢdır‖. 
Lənkəranda  ―müsəlman  məktəbi‖nin  mollaxanalara  nisbətən  mütərəqqi 
əhəmiyyətə malik olmasına baxmayaraq, bu məktəb yeni dövrün tələblərinə cavab 
verə bilmirdi. Lənkəranın qabaqcıl adamları, xüsusilə ziyalılar geniĢ dünyəvi təhsil 
verən  məktəb  açılmasını  arzulayırdılar.  Çar  Rusiyası  da  əyalətlərdə  rus  dilində 
məktəblər  açılmasını  özünə  xidmətçilər  hazırlanmasında  əsas  vasitə  hesab  edirdi. 
Ölkədə rus dilində ibtidai  məktəblər meydana gələrkən, onun ilk nümunələrindən 
biri  də  Lənkəran  məktəbi  oldu.  1856-cı  ildə  Lənkəran  Ģəhərində  ibtidai  məktəb 
fəaliyyətə  baĢladı.  Bununlada  Lənkəranda  ümumi  təhsil  verən  ilk  dövlət 
məktəbinin əsası qoyuldu. 
1856-cı  ildə  fəaliyyətə  baĢlayan  ibtidai  məktəb  –  ―Первоначалное 
училише‖  Lənkəranda  köhnə  xəstəxananın  yaxınlığında  Hacı  Nəsirin  mülkündə 
(bu  mülk  tikilən  gündən  Hacı  Nəsirin  babası  onu  məktəbə  kirayə  vermiĢdir) 
mövcud  olmuĢdur.  Sonralar  bu  məktəb  ―ġəhər  məktəbi‖  (Городское  училише), 
sovet  dövründə  ―Birdərəcəli  məktəb‖  adlanmıĢdır.  1907-ci  ildən  həmin  məktəb 
―Üsuli  –  cədid‖lə  birlikdə  indiki  1  №-li  Ģəhər  orta  məktəbinin  köhnə  binasına 
köçürülmüĢdür. 
Lənkəran  ibtidai  məktəbinə  bütün  təbəqələrdən  olan  8  yaĢlı  oğlan  uĢaqları 
qəbul  olunurdu.  Məktəbə  qəbul  olunanlardan  nə  təhsil  haqqı,  nə  də  təxmini  bilik 
tələb  edilirdi.  Məktəbə  ilk  dəfə  53  Ģagird  cəlb  edilmiĢdi.  ġagirdlərin  milli  tərkibi 
müxtəlif idi. Onlardan 30 nəfər azərbaycanlı, 11 nəfəri rus, 12 nəfəri isə erməni idi. 
Tədris  planına  aĢağıdakı  fənlər  daxil  idi:  Ģəriət,  rus  dilində  oxu  və  yazı, 
Azərbaycan dilində oxü və yazı, hesabdan ilk 4 əməl. 
Məktəbə  rəhbərliyi  rud  dili  müəlliminə  həvalə  etmiĢdilər.  ġəriət  və 
Azərbaycan dili dərslərini yerli mollalar tədris edirdilər. Bunların arasında da geniĢ 
bilikli,  yenilik  tərəfdarı  olanlar,  yaradıcı  adamlar  olurdu.  Məhz  Lənkəran 
məktəbinin ilk Azərbaycan dili və Ģəriət müəllimlərindən Mirzə Səfər Məmmədov, 
Molla  Mirzə  Əli  Axundov,  Mirzə  Səidəli  Kazımbəyov  Bakıda  qəza  məktəbini 
bitirmiĢdi. M. S. Məmmədov isə məscid mollasının yanında təhsil alsa da, 1857-ci 
ildə Tiflisə  gedərək Tiflis  gimnaziyasında imtihan vermək  yolu ilə ibtidai  məktəb 
müəllimi adını almıĢdı. 
Məktəbin müəllimləri sırasında M. Ġ. Axundovun (Qasir  – 1805 - 1900) və 
T. Bayraməlibəyovun (1862 - 1937) xidmətləri çox böyük olmuĢdur. Rus dilindən 
dərs  deyən  T.  Bayraməlibəyov  təkcə  müəllimlik  etməmiĢ,  həm  də  elmi  axtarıĢlar 
aparmıĢdır. 
21 dekabr 1864-cü ildə Qafqaz və Zaqafqaziya, o cümlədən Bakı quberniya 
idarəsinin  tədris  müəssisələri  baĢ  inspektoruna  Lənkəran  ibtidai  nəzarətçisi 

28 
 
tərəfindən raport verilir. Raportda məktəbin Ģəriət müəllimi Axundov Molla Mirzə 
Əli Əlimirzə  oğlunun vəfatından danıĢılır. Bu sənəddə  onun  yerinə  Mirzə  Səidəli 
Kazımbəyovun müəllim təyin olunduğu məlum olur. Mirzə Səidəli Kazımbəyovun 
1864-cü ildən 8 aprel 1872-ci ilədək (8 il) Lənkəranda müəllimlik etdiyi aydınlaĢır.  
Qeyd  etməliyik  ki,  bu  Ģəxsiyyətin  müəllimlik  fəaliyyətinin  dəqiq 
öyrənilməsi  həm  pedaqoji  ictimaiyyətimiz,  həm  də  tarixçilərimiz  üçün  çox 
faydalıdır.  ―XIX  əsrin  II  yarısında  Azərbaycan  tarixĢünaslığı‖    kitabında  onun 
―Cəvahirnameyi  –  Lənkəran‖  əsəri  barədə  10  səhifəyə  qədər  məlumat  verilir. 
Oradaca  deyilir:  ―Səidəlinin  qələminə  mənsub  olan,  TalıĢ  ölkəsinin  iqtisadi  və 
tarixi  həyatından  bəhs  edən‖  ―Cəvahirnameyi  –  Lənkəran‖  öz  həcminə  görə  çox 
kiçik  olsa  da,  mündəricəsi  etibarilə  olduqca  qiymətli  əsərdir‖.  Əsərin  müəllifi  öz 
adının  Səidəli,  atasının  isə  Kazım  bəy  olduğunu  qeyd  edir.  Rus  dilində  olan 
sənədlərdə bu Ģəxsin adı ―Мирзе Саид Али бек Казымбеков‖ kimi göstərilir. 
 Səidəli  Kazımbəyovun  müəllimlik  fəaliyyəti,  onun  M.  Ġ.  Qasirin  rəhbərlik 
etdiyi ―Fövcül – füsəha‖ ədəbi məclisində iĢtirakı bu görkəmli Ģəxsiyyət haqqında 
müəyyən fikir söyləməyə imkan verir. 
S.  Kazımbəyoğlu  ―Cəvahirnameyi  –  Lənkəran‖  əsərində  bir  müəllim, 
tərbiyəçi  kimi  danıĢır.  Xalqa  nəyi  isə  öyrətməyə  çalıĢır.  O  yazır:  ―Hər  Ģəxs  hansı 
bir  yerdə  yaĢayırsa  –  yaĢasın,  o  öz  bədəninin  sağlamlığını  yaĢadığı  yerə 
uyğunlaĢdırmalıdır. Əgər bunun əksini edərsə, xəstəliyə və dərdə səbəb olar. Əgər 
ona  xəstəlik  üz  verərsə,  bu  adamın  yaĢadığı  yerin  pisliyindən  deyil,  əksinə,  o 
Ģəxsin cəhalətindən baĢ verir‖. 
Müəllifin,  yəni  mövcud  məktəbin ilk  müəllimlərindən birinin elm aləminə 
yenicə  məlum  olan  bu  əsərindəki  tarix,  coğrafiya,  poeziya,  etnoqrafiya,  tibb  və.s 
haqqında  fikirlərindən  bu  gün  də  istifadə  etmək  olar.  Y.  Mirzəzadə  bildirir  ki, 
Səidəli bəy bu əsərini 1869-cü ildə yazmıĢdır. 
Deməli  S.  Kazımbəyoğlu  əsəri  ölümündən  3  il  əvvəl,  həm  də  müəllimlik 
etdiyi dövrdə tamamlamıĢdır. 
3  noyabr  1876-cı  ildən  S.  Kazımbəyoğlunu  məktəbdə  oğlu  Mirzə  Nəsrulla 
Səidəli oğlu Kazımbəyov əvəz edir. 
 
 
M. Ġ. QASĠR VƏ ONUN ƏDƏBĠ ĠRSĠ 
 
XIX  əsr  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrindən  Mirzə 
Ġsmayıl  Qasir  ictimai  və  pedaqoji  fikrimizin  inkiĢafı  tarixində  özünəməxsus 
yerlərdən  birini  tutur.  Onun  lirik  –  aĢiqanə  və  dövrünün  qüsurlarını,  ictimai 
fənalıqlarını əks etdirən tənqidi – realist Ģerləri maarifçi – realist poeziyanın yaxĢı 
nümunələrindəndir.  M.  Ġ.  Qasir  S.  Ə.  ġirvaninin  müasiri  və  yaxın  dostu  idi. 
Təsadüfi deyildir ki, S. Əzim Qasir haqqında bu misraları:  
 

29 
 
Sən mənim köhnə rəfiqimsən, əya Ġsmayıl, 
Seyyidin canı gərəkdir sənə qurban, Qasir- 
deməklə ona öz hüsn – rəğbətini bildirmiĢdir. 
Mirzə  Ġsmayıl  molla  Səlim  oğlu  Axundov  (―Qasir‖  təxəllüsü)  1805-ci  ildə 
ġamaxı  qəzasının  (indiki  Ağdam  rayonunun)  Ləki  kəndində  ruhani  ailəsində 
anadan  olmuĢdur.  Qasirin  babası  molla  Mülkümxan  1750  –  1760-cı  illərdə  Araz 
çayı kənarındakı Ləki kəndinə köçmüĢ və həmiĢəlik burada sakin olmuĢdur. Qasir 
sonralar fars dilində qələmə aldığı ―ġərhi – hal‖ında: 
 
                           Səlim oğlu Ġsmayılam, Dövlətxanın nəsliyəm, 
MənĢəimdir Gilanzəmin, ana yurdum isə ġirvan – 
 
deməklə  həmin  məsələyə  toxunmuĢ,  əsl  –  nəcəbinə  və  haralı  olmasına  iĢarə 
etmiĢdir. 
Qasirin  atası  molla  Səlim  Cavad  mahalında  (indiki  Sabirabad,  Saatlı 
rayonlarını əhatə edirdi) mədrəsə açaraq, 1812-ci ilədək müddərrəslik etmiĢdir. M. 
Ġ.  Qasirin  nəvələrinin  və  böyük  qızı  MəĢədi  Humranın  vermiĢ  olduğu  məlumata 
əsasən,  molla  Səlimin  yeddi  qızı,  bir  oğlu  olmuĢdur.  Qızlarından  biri  ġamaxıda. 
Biri  Əhərdə,  ikisi  Təbrizdə,  biri  də  Xaldan  yaxınlığındakı  QuĢçu  kəndində  ərə 
gedib  sakin  olmuĢlar.  Qasir  7  yaĢında  olarkən  atası  vəfat  etmiĢdir.  Atasının 
ölümündən  sonra  12  –  13  yaĢlarında  Cənubi  Azərbaycanın  Əhər  qəaəbəsində 
yaĢayan  bacısıgilə  getmiĢ  və  təhsili  davam  etdirmiĢdir.  4  il  burada  oxuduqdan 
sonra  Təbrizə  getmiĢ,  ərəb  və  fars  dillərini,  Ģərq  ədəbiyyatı  və  fəlsəfəsini 
mənimsəmiĢdir. Qasirin ədəbi fəaliyyətə baĢlaması da bu dövrə təsadüf edir. Gənc 
Ģair, eyni zamanda Ordubadda yaĢayan dayısı Hüseyn Sultanın təkidi ilə rus dilini 
də  öyrənmiĢ  və  rus  ədəbiyyatı  ilə  tanıĢ  olmuĢdur.  Qasir  Təbrizdə  təhsil  alarkən, 
bəzi vaxtlarda Ordubada (dayısı H. Sultangilə), bəzən də Lənkəranın Sutəmurdov 
kəndində  yaĢayan  ikinci  dayısı  molla  Əliməmmədgilə  gedərdi.  O  təhsilini  baĢa 
vurduqdan  sonra  ġamaxıda  sakin  olan  anasının  yanına  gəlir.  Bir  müddət  burada 
qalır.  1840-cı  ildə  Qaradonlu  (indiki  ĠmiĢli  rayonu)  sərhəd  idarəsində  dilmanc 
vəzifəsinə  təyin  olunur.  Lənkərana,  dayısı  Əliməmmədgilə  piyada  gedərkən, 
sərhəd boyunda Ġran Ģahı vəzirinin çadırına rast gəlir. Vəzirlə Ģahmat oynayır, onu 
mat edir. Buna görə də vəzir ona səmənd rəngli bir at bağıĢlayır.  
Bir  neçə  il  burada  iĢləyən  Qasir,  Həcər  adlı  bir  qızla  evlənir.  Ancaq  Ģair 
daha çox ictimai xeyir verən iĢlə bədii – elmi yaradıcılıqla maraqlandığından rəsmi 
dövlət qulluğu mənəvi cəhətdən onu təmin etmirdi. Odur ki, 50-ci illərdə o dövrün 
qabaqcıl ziyalılarından olan maarifpərvər Mirzə Sadıq bəy Mehmandarov ġuĢadan 
Lənkərana  gedərkən  (o,  Lənkəran  qəzasına  məhkəmə  katibi  təyin  edilmiĢdi) 
Qaradonlu gömrükxanasında Qasirlə görüĢüb, onu Lənkərana  dəvət edəndə Qasir 
bu  dəvəti  sevinclə  qarĢılayır  və  məktəbdarlıq  etmək  üçün  oraya  köçür.  O,  Sadıq 

30 
 
bəyin  mülkündə  ―Üsuli  –  cədid‖    məktəbi  açır  və  bütün  ömrünü  xalqın 
maariflənməsinə sərf edir. Yuxarıda qeyd etdiyimiz ―ġərhi - hal‖da o yazırdı:  
 
Fars dilindən, Ģəriətdən, bir də Ģer – sənətdən 
      Dərs deyərdim, bülbül gülü səsləyərkən astadan. 
 Burda gözəl məktəb açdım, tez yığıldı baĢıma 
                              Elmin əlli pərvanəsi  - oxumağa can atan. 
 
ġerdən aydın olur ki, onu məktəbində 50 nəfər Ģagird oxuyurmuĢ. 
Yuxarıda  dedim  ki,  48  illik  geoloq  iĢimlə  bağlı  Azərbaycanı  qarıĢ  –  qarıĢ 
gəzmiĢəm, onun demək olar bütün kənd və qəsəbələrində olmuĢam. Haraya yolum 
düĢübsə,  göz  –  qulağım  itikçi  olub:  bababım  qohum  -  əqrabasını.  Nəslini 
axtarmıĢam.  1950-ci  ildə  Nərgiz  adlı  bir  bacısına  rast  gəldim.  Xaldan  rayonunun 
QuĢçu kəndində Sadıq adlı bir kiĢidə ərdə olmuĢdu. Behbud adında bir oğlu vardı. 
Behbudun  üç  oğlundan  ikisi  1941  –  1945  –ci  il  müharibəsində  cəbhədə  ölüb. 
Üçüncü  oğlu  babasının  (Sadıq)  adını  daĢıyır.  O,  Yevlax  rayonunun  Xaldan 
qəsəbəsində yaĢayır. 
Babamın  ikinci  babası  Nabatın  sorağını  isə  1987-ci  ilin  yanvarında 
gözlənilmədən  respublika  Mədəniyyət  Nazirliyinin  elmi  –  metodik  mərkəzində 
aldım. Orada 45 – 50 yaĢlı əməkdaĢlardan birinə yoldaĢları ―Qasir‖ deyə müraciət 
edirdilər. Maraq üçün ona yanaĢıb adının tarixçəsini soruĢdum (axı xalqımızda bu 
ad çox iĢlənmir). O dedi ki, ―Qasir‖ adı ona Nabat nənəsindən yadigardır. Nabatın 
Mirzə Ġsmayıl adlı Ģair qardaĢı olub, təxəllüsü ―Qasir‖. Mənim adım ondandır. Bir 
oğluda Ġsmayıldır (əmim). 
Nəvə  Qasir  (Cəfərov)  dedi  ki,  Nabat  Gədəbəy  rayonunda  Fərzəli  kəndində 
yaĢayıb. Rüstəm adlı əri olub. Onların səkkiz övladı varmıĢ.  
Beləliklə,  Mirzə  Ġsmayıl  Qasir  nəsli  Azərbaycan  xalqının  canında  və 
ruhunda  yaĢayır.  Bu  mənə  qoca  çağımda  ən  böyük  təsəllidir.  Xalqım  yaĢayırsa, 
demək,  nəslim  də  yaĢayır.  Nəslim  yaĢayırsa,  demək  özüm  də  yaĢayıram,  əziz 
oxucular, sizinlə birlikdə, nəslinizlə birlikdə, elinizlə birlikdə! 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə