Sığorta fəaliyyəti haqqında azərbaycan respublikasinin q a n u n u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix06.05.2017
ölçüsü0,92 Mb.
#16989
1   2   3   4   5   6   7   8   9   ...   12

56.1.2.

 

sığortaçının  sığorta  qaydalarında  sığortalıların,  sığorta  olunanların, 

yaxud  faydalanan  şəxslərin  qanuni  mənafelərinə  uyğun  olmayan  müddəalar 

nəzərdə tutulduqda; 



56.1.3.

 

müvafiq  sığorta  qaydaları  üzrə  sığorta  haqlarının  tarif  dərəcələri 

düzgün əsaslandırılmadıqda, yaxud aktuar hesablamalar adekvat olmadıqda; 

56.1.4.

 

bu  Qanunun  tələblərinə  əməl  edilməməsinə  görə  sığorta  nəzarəti 

orqanı  tərəfindən  verilmiş  hər  hansı  təqdimatın  və  ya  tətbiq  edilmiş  sanksiyanın 

tələblərinin yerinə yetirilməsi başa çatdırılmamış olduqda. 



 

Maddə 57. Müddətsiz lisenziyanın verilməsi ilə bağlı müraciət 

 

57.1.



 

Sığorta  və  (və  ya)  təkrarsığorta  fəaliyyətini  davam  etdirmək  istəyən 

sığortaçı  ilk  lisenziyasının  müddətinin  başa  çatmasına  ən  azı  1  ay  qalmış  yeni  - 

müddətsiz lisenziyanın verilməsi üçün sığorta nəzarəti orqanına müraciət etməlidir. 



57.2.

 

Müddətsiz  lisenziyanın  verilməsi  üçün  müraciət  edərkən  sığortaçı 

sığorta nəzarəti orqanına aşağıdakıları təqdim etməlidir: 

57.2.1.

 

bu  Qanunun  50.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  məzmunda 

müraciət; 

57.2.2.

 

hüquqi şəxslərin dövlət reyestrindən müvafiq çıxarış; 



57.2.3.

 

ə

gər  bu  Qanunun  50.1-ci  maddəsinə  əsasən  vaxtilə  təqdim  edilmiş 



müvafiq  sənədlərin  məzmunu  üzrə  hər  hansı  dəyişiklik  baş  vermişdirsə,  həmin 

sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri. 



57.3.

 

Sığorta  nəzarəti  orqanı  müddətsiz  lisenziya  verilməsi  üçün  müraciətə 

bu  Qanunun  57.2-ci  maddəsinə  əsasən  tələb  olunan  sənədlərdən  və  57.4-cü 

maddəsinə uyğun olaraq tələb olunan əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən 

ə

n  sonuncusunun  ona  təqdim  edildiyi  tarixdən  etibarən  20  gün  müddətində 



baxmalıdır. 

57.4.

 

Müddətsiz  lisenziya  verilməsi  üçün  müraciətlə  bağlı  sənədlər  tam 

təqdim  olunmadıqda,  yaxud  təqdim  olunan  sənədlərdəki  məlumatlar  tam 

olmadıqda  və  ya  yanlış  olduqda  sığorta  nəzarəti  orqanı  sənədlərin  tam  təqdim 

edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər. 

57.5.

 

Müddətsiz  lisenziyanın  verilməsi  və  ya  verilməsindən  imtina  barədə 

məlumat  müraciət  edənə  bu  Qanunun  51.5-ci  maddəsində  nəzərdə  tutulmuş 

qaydada çatdırılır. 



57.6.

 

Sığorta  nəzarəti  orqanı  müddətsiz  lisenziya  verilməsi  üçün  müraciət 

zamanı  təqdim  olunan  sənədləri  və  məlumatları  bu  Qanunun  tələblərinə  uyğun 

hesab etdikdə, həmçinin bu Qanunun 58.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar 

olmadıqda  bu  barədə  müraciət  edənə  bildirdikdən  və  lisenziya  verilməsi  üçün 


 

 

40 



dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra 

müvafiq lisenziya verir. 



57.7.

 

Sığorta  nəzarəti  orqanı  müddətsiz  lisenziya  verdikdə  də  bu  Qanunun 

51.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə əməl etməlidir. 

57.8.

 

Sığortaçı bu Qanunun 57.1-ci və 57.2-ci maddələrinin tələblərinə əməl 

etdiyi halda ilk lisenziyanın müddəti başa çatsa da onun qüvvəsi 51.5-ci maddədə 

nəzərdə  tutulan  müvafiq  bildiriş  sığortaçıya  çatdığı  tarixədək  uzadılmış  hesab 

olunur. 

 

Maddə 58. Müddətsiz lisenziyanın verilməsindən imtinanın əsasları 

 

58.1.  Sığorta  nəzarəti  orqanı  müddətsiz  lisenziyanın  verilməsindən 

sığortaçının  fəaliyyətində  bu  Qanunun  107.1-ci  maddəsində  nəzərdə  tutulmuş 

lisenziyanın  ləğv  edilməsinə  əsas  verən  hallardan  hər  hansı  biri  aşkar  olunduqda 

imtina edir. 



58.2.  Sığorta  nəzarəti  orqanı  lisenziya  verməkdən  imtina  etdikdə  bu 

Qanunun  51.5-ci  maddəsində  nəzərdə  tutulmuş  bildirişdə  imtinanın  səbəblərini 

göstərməlidir. 

 

Maddə  59.  Müddətsiz  lisenziyanın  verilməsi  ilə  bağlı  müraciətə  baxılmasının 



təxirə salınması 

 

Lisenziyanın  qüvvəsinin  bu  Qanun  əsasında  dayandırılmış  olduğu  dövrdə 

müddətsiz lisenziyanın verilməsi üçün sığorta nəzarəti orqanına müraciət edildikdə 

müddətsiz  lisenziyanın  verilməsi  ilə  bağlı  sığortaçının  müraciətinə  baxılması 

lisenziyanın  qüvvəsinin  dayandırılmasının  son  tarixinədək  təxirə  salınır  və  bu 

zaman bu Qanunun 57.8-ci maddəsi tətbiq olunur. 



 

Maddə 60. Lisenziyanın yenilənməsi 

 

60.1.



 

Sığortaçı  adında  dəyişiklik  edildikdə  belə  dəyişikliyin  hüquqi 

şə

xslərin  dövlət  qeydiyyatına  alınması  barədə  sənədi  aldıqdan  sonra  5  iş  günü 



müddətində, lisenziya itirildikdə, yararsız hala düşdükdə və ya  məhv olduqda isə, 

onun etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan iki 

dövlət qəzetində dərhal elan dərc etdirməklə lisenziyanın yenilənməsi üçün sığorta 

nəzarəti orqanına müraciət etməlidir. 



60.2.

 

Sığortaçının  adında  dəyişiklik  edildikdə  lisenziyanın  yenilənməsi  ilə 

bağlı müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır: 

60.2.1.

 

sığortaçının adının dəyişdirilməsi barədə onun səlahiyyətli idarəetmə 

orqanının qərarının surəti; 

60.2.2.

 

dəyişiklik  edilmiş  nizamnamənin  notariat  qaydasında  təsdiq 

olunmuş surəti; 


 

 

41 



60.2.3.

 

dövlət  qeydiyyatı  haqqında  şəhadətnamənin  notariat  qaydasında 

təsdiq edilmiş surəti. 

60.3.

 

Lisenziya  itirildikdə,  yararsız  hala  düşdükdə  və  ya  məhv  olduqda 

lisenziyanın  yenilənməsi  ilə bağlı  müraciətə onun  etibarsız hesab edilməsi  barədə 

elanların  dərc  edildiyi  qəzetlərin  nüsxələri,  habelə  müvafiq  halda  yararsız  hala 

düşmüş lisenziya əlavə olunmalıdır. 

60.4.

 

Sığorta  nəzarəti  orqanı  lisenziyanın  yenilənməsi  üçün  müraciətə  bu 

Qanunun  60.2-ci  və  ya  60.3-cü  maddələrində  tələb  olunan  sənədlərdən 

sonuncusunun təqdim edildiyi tarixdən etibarən 15 gün müddətində baxmalıdır. 



 

Maddə 61. Sığortaçıların birləşməsi ilə bağlı lisenziyanın verilməsi 

 

İ

ki  və  ya  daha  çox  sığortaçı  birləşmək  barədə  qərar  qəbul  etdikdə  bu 



Qanunun  73-cü  maddəsinə  uyğun  olaraq  sığortaçı  kimi  yenidən  təşkil  edilən  açıq 

səhmdar  cəmiyyəti  dövlət  qeydiyyatına  alındığı  gündən  sonra  10  gün  ərzində 

sığorta  və  ya  təkrarsığorta  fəaliyyətinə  lisenziya  verilməsi  üçün  sığorta  nəzarəti 

orqanına bu Qanunun 50.1.1-ci maddəsində nəzərdə tutulmuş məzmunda müraciət 

etməli,  sığorta  nəzarəti  orqanı  isə  bu  müraciəti  aldıqdan  sonra  15  gün  ərzində  

müvafiq lisenziyanı verməlidir. 



 

 

 

VI Fəsil 

İ

nvestisiyalar 

Maddə 62. Sığortaçının investisiya siyasəti 

 

62.1.


 

Hər  bir  sığortaçı  böyük  itkilərə  məruz  qalma  risklərinin  qarşısını 

almaq  və  gəlir  əldə  etmək  məqsədi  ilə  bu  Qanunun  tələblərinə  cavab  verən, 

sığortaçının  öhdəliklərinin  strukturunu  adekvat  əks  etdirən  səmərəli  investisiya 

siyasətini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir. 

62.2.

 

Sığorta nəzarəti orqanı sığortaçıların investisiya əməliyyatları ilə bağlı 

qaydalar müəyyənləşdirir. 

 

Maddə 63. Sığortaçının öz vəsaitlərinin investisiyaya yönəldilməsi 



 

63.1.

 

Sığortaçının  öz  vəsaiti  etibarlılığı,  mənfəətliliyi,  likvidliyi  və 

müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu 

kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə 

ifadə olunur: 

63.1.1

 

dövlət qiymətli kağızları; 



63.1.2

 

bank hesablarındakı pul vəsaitləri; 



63.1.3

 

daşınmaz əmlak; 



63.1.4

 

qeyri-dövlət qiymətli kağızları; 



 

 

42 



63.1.5

 

digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər; 



63.1.6

 

öz işçilərinə borc verilmiş pul vəsaitləri. 



63.2.

 

Sığortaçının  aktivlərin  bu  Qanunun  63.1.1-63.1.6-cı  maddələrində 

göstərilməyən  qruplarına  investisiyaya  yönəldilmiş  öz  vəsaiti  onun  məcmu 

kapitalının hesablanmasında nəzərə alınmır. 



63.3.

 

Sığortaçının  öz  vəsaitinin  investisiyaya  yönəldilməsi  bu  Qanunun 

62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir. 

 

Maddə  64.  Sığortaçının  sığorta  ehtiyatlarını  təmin  edən  vəsaitlərinin 

investisiyaya yönəldilməsi 

 

64.1.

 

Sığorta 


ehtiyatlarını 

təmin 


edən 

pul 


vəsaitləri 

etibarlılığı, 

mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və 

aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur: 



64.1.1.

 

dövlət qiymətli kağızları; 



64.1.2.

 

bank hesablarındakı pul vəsaitləri; 



64.1.3.

 

daşınmaz əmlak; 



64.1.4.

 

qeyri-dövlət qiymətli kağızları; 



64.1.5.

 

sığorta  və  təkrarsığorta  müqavilələri  üzrə  alınmalı  olan  sığorta  və 

təkrarsığorta haqları; 

64.1.6.

 

sığorta ehtiyatlarında təkrarsığortaçıların payı; 



64.1.7.

 

həyatın  yığım  sığortası  üzrə  sığortalılara  və  ya  sığorta  olunanlara 

borc verilmiş pul vəsaitləri. 

64.2.

 

Sığorta  ehtiyatlarını  təmin  edən  pul  vəsaitləri  aktivlərin  bu  Qanunun 

64.1.1-64.1.7-ci  maddələrində  göstərilməyən  qruplarına  investisiyaya  yönəldilə 

bilməz. 


64.3.

 

Sığortaçının  sığorta  ehtiyatlarını  təmin  edən  pul  vəsaitlərinin 

investisiyaya  yönəldilməsi  bu  Qanunun  62.2-ci  maddəsində  nəzərdə  tutulmuş 

qaydalarla müəyyən edilir. 

 

Maddə 65. Sığortaçı tərəfindən verilən borclar 

 

65.1.



 

Həyat  sığortası  sahəsində  fəaliyyət  göstərən  sığortaçı  bu  Qanunun 

17.1-ci maddəsinin tələblərinə uyğun olaraq sığortalılar və ya sığorta olunanlardan, 

həmçinin öz işçilərindən başqa heç kəsə borc verə bilməz. 



65.2.

 

Həyat sığortası sahəsində fəaliyyət göstərməyən sığortaçı bu Qanunla 

nəzərdə tutulmuş qaydada öz işçilərindən başqa heç kəsə borc verə bilməz. 

 

Maddə 66. Digər hüquqi şəxsdə mühüm iştirak payının alınmasına razılıq 

 

66.1.

 

Bu  Qanunun  66.4-cü  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna 

olmaqla,  sığortaçı  özünün  törəmə  cəmiyyətlərindən  başqa  sığorta  nəzarəti 


 

 

43 



orqanının  razılığı  olmadan  digər  hüquqi  şəxslərin  nizamnamə  kapitalında  mühüm 

iştirak payına sahib ola bilməz. 



66.2.

 

Sığorta  nəzarəti  orqanı  digər  hüquqi  şəxsin  nizamnamə  kapitalına 

investisiya  qoymaq  üçün  razılığın  verilməsi  barədə  sığortaçının  müraciətinə 

baxarkən vacib və ya lazım hesab etdiyi məlumatları, yaxud izahatları ondan tələb 

edə bilər. 

66.3.

 

Sığorta  nəzarəti  orqanı  digər  hüquqi  şəxsin  nizamnamə  kapitalına 

investisiya  qoymaq  üçün  bu  Qanunun  66.1-ci  maddəsində  nəzərdə  tutulmuş 

razılığın verilməsi üçün müraciətə onun daxil olduğu tarixdən etibarən 15 iş günü 

ə

rzində baxaraq müvafiq qərarı barədə müraciət edənə yazılı bildiriş göndərir. 



66.4.

 

Aşağıdakı  şərtlərin  hər  ikisi  eyni  zamanda  mövcud  olduqda  sığortaçı 

sığorta  nəzarəti  orqanının  razılığını  almadan  yerli  hüquqi  şəxsin  nizamnamə 

kapitalına investisiya qoya bilər: 



66.4.1.

 

hüquqi şəxsin nizamnamə kapitalına yönəldilən investisiyanın həcmi 

investisiya qoyan sığortaçının məcmu kapitalının 2 faizindən çox deyilsə; 

66.4.2.

 

nizamnamə  kapitalına  investisiya  qoyulan  hüquqi  şəxs  maliyyə 

sahəsində fəaliyyət göstərirsə. 

 

Maddə 67. Sığortaçının törəmə cəmiyyətləri 

 

67.1. Sığortaçının törəmə cəmiyyətləri aşağıdakılar ola bilər: 

67.1.1. yerli və ya xarici sığortaçı; 

67.1.2. bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət 

növlərindən hər hansı birini həyata keçirən hüquqi şəxs. 



 

 

VII Fəsil 

Ə

laqəli şəxslərlə bağlanan əqdlər 

 

Maddə 68. Sığortaçının əlaqəli şəxsləri  

 

68.1.

 

Bu  Qanunun  məqsədləri  üçün  sığortaçının  əlaqəli  şəxsləri 

aşağıdakılardır: 

68.1.1.

 

sığortaçının idarəetmə orqanının üzvü və onun yaxın qohumları; 



68.1.2.

 

sığortaçının nizamnamə kapitalında mühüm iştirak payına sahib olan 

hüquqi şəxs və ya fiziki şəxs, yaxud onun yaxın qohumları; 

68.1.3.

 

sığortaçının  asılı  cəmiyyəti  və  ya  sığortaçının  asılı  cəmiyyətinin 

rəhbər  işçisi,  onun  yaxın  qohumları  və  ya  bu  asılı  cəmiyyətin  nizamnamə 

kapitalında mühüm iştirak payına sahib olan hüquqi şəxs və ya fiziki şəxs, yaxud 

onun yaxın qohumları; 

68.1.4.

 

sığortaçının  idarəetmə  orqanının  üzvünün  əhəmiyyətli  nəzarətə 

malik olduğu hüquqi şəxs. 


 

 

44 



68.2.

 

Bu Qanunun 68.1-ci maddəsində göstərilmiş şəxslərdən başqa, sığorta 

nəzarəti  orqanı  öz  mülahizəsi  əsasında  sığortaçının  idarə  edilməsinə  və  ya 

ə

məliyyatlarına  hər  hansı  üsulla  mühüm  təsir  göstərmək  imkanı  olan  şəxsləri  də 



sığortaçının əlaqəli şəxsləri kimi qəbul edə bilər. 

68.3.

 

Ə

qd  sığortaçının  törəmə  cəmiyyəti  tərəfindən  bağlandıqda  sığortaçı 



tərəfindən dolayısı ilə bağlanmış hesab edilir. 

 

Maddə 69. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlər 

 

69.1.

 

Sığortaçı əlaqəli şəxsləri ilə aşağıdakılar barədə əqdlər bağlaya bilər:  



69.1.1.

 

ə

laqəli  şəxsi  olan  digər  sığortaçının  öz  üzərinə  götürdüyü  risklərin 



təkrarsığortalanması; 

69.1.2.

 

bu  Qanunun  investisiyalarla  bağlı  tələblərini  nəzərə  almaqla,  işçisi 

olan əlaqəli şəxsinə borc və ya onun xeyrinə zəmanət verilməsi; 

69.1.3.

 

ə

laqəli  şəxsindən  borca  pul  götürülməsi  və  ya  ona  sadə  veksel 



verilməsi; 

69.1.4.

 

ə

laqəli şəxsi ilə sığorta müqaviləsinin bağlanması; 



69.1.5.

 

ə

laqəli  şəxsindən  aşağıdakıların  satın  alınması,  yaxud  digər  yolla 



ə

ldə edilməsi: 



69.1.5.1.

 

dövlət  qiymətli  kağızlarının  və  ya  dövlətin  zəmanət  verdiyi 

qiymətli kağızların; 

69.1.5.2.

 

adi biznes əməliyyatlarında istifadə edilən malların. 



69.2.

 

Sığortaçı  əlaqəli  şəxsinə  öz  əmlakını  əmlakın  dəyərinin  həmin  şəxs 

tərəfindən tam məbləğdə ödənilməsi şərtilə sata bilər. 

69.3.

 

Sığortaçı  əlaqəli  şəxsinin  adi  biznes  əməliyyatlarında  təklif  etdiyi 

xidmətlərdən istifadə edə bilər. 

69.4.

 

Sığortaçı  bu  Qanunun  tələblərini  nəzərə  almaqla,  adi  biznes 

ə

məliyyatlarında özünün təklif etdiyi xidmətlərlə əlaqəli şəxsini təmin edə bilər. 



69.5.

 

Ə

laqəli  şəxs  dəyərini  dərhal  pul  formasında  ödəməklə  sığortaçının 



səhmlərini ala bilər. 

69.6.

 

Sığortaçı  idarəetmə  orqanının  üzvü  olan  əlaqəli  şəxsi  ilə  idarəetmə 

orqanının  üzvü  kimi  əməyin  ödənilməsi,  pensiya  təminatı,  mükafatlandırma, 

opsion və digər bu kimi təminatlar barədə əqdlər bağlaya bilər. 



69.7.

 

Bu  Qanunla  nəzərdə  tutulanlar  istisna  edilməklə,  sığortaçı  əlaqəli 

şə

xsləri ilə digər əqdlər bağlaya bilməz. 



 

Maddə 70. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələblər 

 

70.1.

 

Sığortaçı  əlaqəli  şəxsi  ilə  bu  Qanunun  69.1-ci  maddəsində  nəzərdə 

tutulmuş əqdləri yalnız aşağıdakı şərtlərlə bağlaya bilər: 

70.1.1.

 

sığortaçının  Direktorlar  Şurası  təklif  olunan  əqdi  sığortaçının 

maraqlarına  və  bu  Qanunun  69-cu  və  71-ci  maddələrinin  tələblərinə  uyğun  hesab 

etdikdə; 



 

 

45 



70.1.2.

 

ə

laqəli  şəxslərlə  bağlanan  əqdlərin  məcmu  dəyəri  sığortaçının  öz 



vəsaitinin 10 faizindən çox olmadıqda. 

 

Maddə 71. Əlaqəli şəxslərlə bağlanmasına icazə verilən əqdlərə məhdudiyyətlər 

 

71.1.

 

Sığortaçının  əlaqəli  şəxsi  ilə  bağladığı  bu  Qanunun  69.1-ci 

maddəsində  nəzərdə  tutulmuş  hər  hansı  əqdin  şərtləri  sığortaçının  əlaqəli  şəxsi 

olmayan tərəfə təklif etdiyi müvafiq əqdin şərtlərindən əlverişli olmamalıdır. 



71.2.

 

Aşağıdakı  hallarda  sığortaçının  əlaqəli  şəxsinə  təklif  etdiyi  şərtlər 

ə

laqəli şəxsi olmayan tərəfə təklif etdiyi şərtlərdən əlverişli hesab edilir:  



71.2.1.

 

sığortaçının əlaqəli şəxsi ilə bağladığı sığorta müqaviləsinin şərtləri 

sığorta riskinin qiymətləndirilməsi baxımından həmin şəxslə eyni vəziyyətdə olan, 

lakin  sığortaçının  əlaqəli  şəxsi  hesab  edilməyən  tərəfə  təklif  etdiyi  şərtlərdən 

ə

həmiyyətli dərəcədə əlverişli olması; 



71.2.2.

 

sığortaçının  əlaqəli  şəxsindən  əmlakın  real  bazar  dəyərindən 

ə

həmiyyətli  dərəcədə  fərqlənən  qiymətlə  alması  və  ya  ondan  aşağı  keyfiyyətli 



malların alınması; 

71.2.3.

 

sığortaçının  əlaqəli  şəxsinə  əmlakın  real  bazar  dəyərindən  aşağı 

qiymətə satılması; 

71.2.4.

 

adi  biznes  əməliyyatlarının  gedişində  əlaqəli  şəxs  olmayan  tərəflə 

müqayisədə, əlaqəli şəxsinin təklif etdiyi eyni cinsli və eyni keyfiyyətli malların və 

ya xidmətlərin dəyərinin sığortaçı tərəfindən yüksək qiymətlə ödənilməsi.  



71.3.

 

Sığortaçının  bu  Qanunla  nəzərdə  tutulmayan,  bu  Qanunun  70-ci 

maddəsinin  şərtləri  nəzərə  alınmadan,  habelə  əlaqəli  şəxsi  olmayan  tərəfə  təklif 

etdiyi şərtlərdən əlverişli şərtlərlə əlaqəli şəxsi ilə bağladığı əqd bağlandığı andan 

etibarsız sayılır və heç bir hüquqi qüvvəyə malik deyil. 

 

 

VIII Fəsil 

Sığortaçının fəaliyyətində əsaslı dəyişikliklər 

 

Maddə 72. Sığorta və ya təkrarsığorta müqavilələrinin ötürülməsi  

 

72.1.

 

Sığorta  nəzarəti  orqanının  yazılı  razılığı  olduqda  sığortaçı  bağladığı 

sığorta və ya təkrarsığorta müqavilələrini tam və ya qismən digər sığortaçıya ötürə 

bilər. 


72.2.

 

Sığortaçının  sığorta  və  ya  təkrarsığorta  müqavilələrinin  digər 

sığortaçıya  ötürmək  barədə  qərar  qəbul  etməsi  üçün  sığortalıların  və  ya 

təkrarsığortalıların razılığı tələb olunmur. 



72.3.

 

Sığorta  və  ya  təkrarsığorta  müqavilələrinin  portfelinin  digər 

sığortaçıya  ötürülməsi  barədə  qərar  qəbul  etmiş  sığortaçı  müvafiq  razılığın 

alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidir. Sığorta nəzarəti orqanı 

göstərilən  müraciət  barədə  elanı  Azərbaycan  Respublikasında  nəşr  olunan  iki 


 

 

46 



dövlət  qəzetində  aralarında  30  gün  müddət  olmaq  və  elanın  dəyəri  müqavilələri 

ötürən sığortaçı tərəfindən ödənilmək şərti ilə iki dəfə dərc etdirir. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin