SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə8/12
tarix29.05.2017
ölçüsü2.8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

1937-
Cİ İLİN YEDDİ GÜNÜ 
 
 
 
 
 
 
 
Bazar günü. 
Gecədən  xeyli  keçmiş  küçədə  qıy-qışqırıq  səsləri  eşidib 
özümü  həyətdən  çölə  atdım.  Bizim  daş  qayadan  çapılıb 
düzəldilmiş ensiz dalanımız adamla dolu idi. Hamı vahiməli bir 
şəkildə  küçəyə  tərəf  baxır,  lakin  nədənsə  dalandan  çıxmağa 
cəsarət  etmirdi.  Mən  onların  arasından  güclə  keçərək  dalanın 
ağzına  tərəf  gəldim.  Dalanın  girəcəyində  durmuş  Əsgər  kişi 
məni  küçəyə  çıxmağa  qoymadı.  Güclə  onun  böyrünə  sıxılıb 
küçədə toplaşanlara baxmağa başladım.  
Bizim dalandan 10-
15 metr aralıda hündür, üstü örtülü bir 
maşın dayanmışdı. Bu maşın adi maşınlardan deyildi. Bəziləri 
bu maşina «it maşını», bəziləri isə «qara qarğa» deyirdilər.  
M
əhəllədəki evlərin  qapı  və  pəncərələrindən  adamların 
başı görünsə də, küçədə adam gözə dəymirdi. 
Bird
ən dalanımızdan iki qapı o yana olan böyük həyətdən 
van
əfsa səsi  ucaldı.  NKVD  forması  geymiş  dörd  nəfər  kişi 
hansısa bir idarədə işləyən Səkinəni qabaqlarına qatıb maşina 
doğru aparmağa başladılar.  
S
əkinənin  dalınca  onun  qayınanası  Umleyla  xala  başı  açıq, 
ayaqyalın yüyürürdü. Onun tumanının balağından birisi 3-4, o 
birisi 5-
6  yaşlı  iki  qız  uşağı  tutmuşdu.  Umleyla  xalanın 
qucağında tutduğu bələkdəki uşaq isə çığırırdı.  
NKVD 
əsgərləri  maşının  arxa  qapısını  açıb  Səkinəni ora 
mindirdil
ər. Umleyla  xala  işi  belə  görəndə  özünü irəli  atıb 
qışqırdı: 
-
Ay  balam,  siz  Allah,  qoyun  barı  uşaqlarını  da  özü  ilə 
aparsın! 
S
əkinə  bu səsi  eşidib  geri  döndü  və  özündən  asılı 
olmayaraq yer
ə  düşməyə  cəhd göstərdi.  Qapı  ağzında  duran 
əsgər tüfəngin qundağı ilə Səkinənin sinəsindən zərblə vurdu. 

119 

 

S
əkinə  özünü saxlaya bilməyib  arxası  üstə  maşının  içinə 
yıxıldı.  
Umleyla xala bunu görc
ək hər  şeyi  unutdu,  özünü  irəli 
atıb: 
-Vaxsey,  vaxsey!  –  dedi.  –  Siz  Allah,  qoyun 
balalarını 
özün
ə verim. Mən bu qundağ uşağı, bu dilsiz-ağızsız körpələri 
nec
ə ovundurum? 
Zabitl
ərdən birisi arvadı maşından geri itələdi: 
-Von otsyuda! 
Umleyla  xala 
qundağı  bir  qoltuğuna  vurub  o  biri  əli  ilə 
zabitin qolundan 
yapışdı: 
-S
əni  and  verirəm  Həzrət  Abbasın  düşən  qollarına,  qoy 
g
əlin uşaqlarını aparsın. Zabit dartınıb qolunu Umleyla xalanın 
əlindən çıxartdı, təpiyi ilə onun qarnına vurub çığırdı:  
-Otstan, suka! 
Umleyla  xala 
yerə  yıxıldı.  Qundağ  bir  tərəfə  düşdü,  çığıra-
çığıra  qaldı.  Arvad  öz  ağrısını,  uşağın  ağlamağını  unudub  bu 
dəfə sürünə-sürünə o biri zabitin ayağına yapışdı: 
-
Gətir ayağından öpüm! 
Bu zabit tüf
əngi arvada tərəf tuşladı. Lakin Umleyla xala 
bunun  n
ə ilə nəticələnəcəyini bilmədiyindənmi, qorxudan çaş-
baş  olduğundanmı,  nədənsə  geri  çəkilmədi.  Əksinə,  dikəlib 
zabitin 
əlindən  tutmağa  çalışdı.  Onda  maşının  qapısını 
bağlayan  NKVD  işçiləri  arvadı  zabitdən  aralayıb  təpiklə 
döym
əyə başladılar.  
Bir neç
ə təpik dəyəndən sonra Umleyla arvad yerdə sərili 
qaldı. Qundağ bir tərəfdə çığırır, o biri uşaqlar isə əti kəsilmiş 
kimi  qiyy
ə  çəkirdilər.  Bütün  məhəllə  gözə  görünməkdən 
qorxaraq  evl
ərdə,  həyətlərdə,  dalanlarda,  damların  üstündə 
ağlaşırdı.  
Bird
ən bizim dalanda yaşayan qoca Xədicə arvad özünü 
küç
əyə atıb qışqırmağa başladı: 

120 

 

-Ay  Allah!  Hardasan?  Bu  zülmü  nec
ə  götürürsən? 
Dağılsın belə zəmanəni! Belə də od olar? Belə də yalo olar? 
Bir  neç
ə  kişi  irəli  atılıb  arvadı  dalana  çəkdilər.  Maşın 
getdi.  
 
S
əhərə  az  qalmışdı.  Bərk  qıy-qışqırıq  səsinə  ayıldım. 
Anam 
çarşabını  başına  atıb  qapıdan  çıxanda  alt  paltarında 
yüyürüb ona 
çatdım. Küçə qapımız açıq idi. Qonşularımız açıq 
qapıdan dalana baxır, astadan nəsə deyirdilər. Üzbəüz qapıdan 
qıy-qışqırıq eşidilirdi. Sonra qapı açıldı, üç nəfər NKVD işçisi 
X
ədicə xalanı itələyə-itələyə dalana çıxartdılar. Arvad ağlayır, 
yalvarır,  ayağını  yerə  verib  getmək  istəmirdi.  NKVD  işçiləri 
onu  ir
əliyə çəkəndə Xədicə xala ucadan qiyyə çəkdi, hər əlini 
dalanın  bir  tərəfinə  söykədi,  ət  ürpəşdirən  bir  səslə  üç  dəfə 
çığırdı: 
-Ya H
əzrət Abbas! Ya Həzrət Abbas! Ya Həzrət Abbas! 
NKVD 
əsgərləri  tüfəngin  qundağı  ilə  onun  qollarına 
vurmağa, əllərini daş divarlardan qoparmağa başladılar.  
X
ədicə  xalanın  əri  alt  paltarında  olduğu  üçün 
utandığındanmı, yoxsa NKVD əsgərlərindən qorxduğundanmı, 
bir  t
ərəfdə  dayanıb  gözünün  yaşını  tökür,  döyülən,  çığırıb 
imdada s
əsləyən arvadına yaxın gedə bilmirdi.  
N
əhayət  arvadın  qolları  sustaldı,  növbəti  zərbələrə  dözə 
bilm
əyib  arxası  üstə  dalana  döşənmiş  qəmbər  daşların  üstünə 
yıxıldı. Bir an içərisində başı yarıldı, ağ saçları qana boyandı.  
NKVD 
işçiləri  huşsuz  arvadı  sürüdə-sürüdə  aparıb 
dalanın ağzında dayanmış qara maşina atdılar.  
Q
əribədir.  Bütün  qonşular  ağlasa  da,  bəziləri  üz-gözünü 
yolsa  da,  heç  kim  X
ədicə  xalanın  həyətinə  keçmədi,  onun 
haraya v
ə nə üçün aparıldığını soruşmadı.  
   
 
 
 
 
 
 
 
 
Bazar ert
əsi. 

121 

 

Axşamüstü idi. Qonşumuz Kərim kişi işdən qayıdan kimi 
n
ə  üçünsə  qonşuları  yanına  çağırdı.  Az  sonra  anam  hövlnak 

əri girib bacıma dedi: 
-Tez ol, 
kitablarını tök həyətə, yandır.  
Bacım duruxdu: 
-N
ə danışırsan, ay ana! – dedi. Kitabları niyə yandırım? 
Anam cavab 
əvəzinə kitab şkafına tərəf yeridi: 
-Yek
ə  qızsan!  Eşitmirsən  ki,  bütün  yazıçılar,  şairlər, 
aliml
ər  xalq  düşməni  çıxıblar?  Deyirsən  bu  kitablardan  ötrü 
adımız pis qələminə çıxsın?  
Bacım yalvarıcı səslə dedi: 
-Ana, biz
ə məktəbdə deyiblər. Xalq düşməni olan beş-altı 
n
əfərdir.  Onların  kitabını  yandırım,  qurtarsın  getsin.  Daha 
bütün 
kitablarımı niyə yandırım? 
Anam 
savadlı  qadın  idi.  Xalq  düşməni  olanları  da, 
çoxdan  v
əfat etmiş yazıçıları da yaxşı tanıyırdı. Amma Kərim 
əmi ona nə demişdisə, yumşalmadı: 
-M
əni  xətadan-bəladan  uzaq  elə.  Götür  kitabları  tök 
ba
yıra. 
Bacım yalvarmağın yersiz olduğunu görüb, ağlaya-ağlaya 
kitabları şkafdan götürüb seçməyə başladı.  
H
əyətdə  isə  artıq  böyük  bir  tonqal  qalanmışdı.  Qonum-
qonşu evindəki kitabları gətirib Kərim əminin yanına qoyur, o 
da 
kitabın bir əvvəlinə, bir də axırına baxıb tonqala atırdı.  
Bacım  kitabları  dəstələyib  onun  yanına  gətirdi.  Hərdən 
əyilib: 
-K
ərim  əmi,  -  deyirdi,  –  bu  ki  Firdovsinin 
«
Şahnamə»sidir, bunu niyə yandıraq? 
-At getsin, görmürs
ən tərcüməçinin biri xalq düşmənidir? 
-B
əs «Koroğlu» dastanı necə? 
-Onun da 
toplayanı və redaktoru xalq düşməni çıxıb.  
-
Axı bu kitabın müəllifi fransız yazıçısı Balzakdır. 
-Amma müq
əddimə yazan tutulub.  

122 

 

-Bu  kitablar  ki  Sabirin,  Füzulinin,  M.F.Axundovundur. 
Bunları saxlayımmı? 
K
ərim əmi hirslə kitabları tonqala atıb çığırdı: 
-Birinin  redaktoru,  birinin  t
ərtibçisi,  o  birinin  də 
müq
əddiməsini  yazan  xalq  düşmənidir.  Yəni,  deyirsən  bu 
kitablara gör
ə Kəbleyi bacını tutub aparsınlar? 
Bacım göz yaşlarını silə-silə soruşdu: 
-Bu «
Aşıqlar», «El şairləri», «Dastanlar» hayıf deyilmi? 
-Ay 
qız, bircə çəkil o yana! Onları tərtib edən, toplayan, 
müq
əddimə yazan adamlar heç bilirsən kimdir? 
Bacım  daha  heç  nə  soruşmadı,  kitablara  baxmadan  göz 
yaşını tökə-tökə gətirib tonqala atdı.  
Qaranlıq  düşmüşdü.  Amma  məhəlləmizdə  elə  bil  günün 
günorta  ç
ağı  idi.  Tonqalların  işığı  bütün  həyətləri  çıraqban 
etmişdi.  
 
Ç
ərşənbə axşamı. 
İkinci  dərsə  təzəcə  başlamışdıq  ki,  dərs  hissə  müdiri 
Ayişə müəllimə sinfə girib müəllimə müraciətlə dedi: 
-Bir  vacib  t
ədbirimiz  var.  Dərsi  saxla,  uşaqları  sakitcə 
aşağıya – idman zalına apar.  

əllimimiz  partaların  üstündəki  kitab-dəftərləri 
yığışdırtdı,  bizi  sıraya  düzdü  və  idman  zalına  gətirdi.  Ayişə 

əllimə  bizim  sinfi  qabaq  cərgədə  oturtdurdu.  Arxa 
c
ərgələrdə  yuxarı  sinif  şagirdləri  əyləşdilər.  Çox  keçmədi  ki, 
m
əktəbin direktoru İlyas müəllim bir neçə nəfərlə gəlib irəlidə 
qoyulmuş qırmızı örtüklü mizin arxasında oturdu. Direktor bir 
q
ədər  ölkədə  gedən  sosializm  quruculuğundan,  düşmənlərə 
qarşı  aparılan  mübarizədən  danışıb  uşaqları  sayıqlığa,  sinfi 
düşmənləri  cəsarətlə  ifşa  etməyə  çağırdı.  Sözünün  axırında 
dedi: 
-
Uşaqlar,  siz  dünyanın  ən  xoşbəxt  adamlarısınız. 
Dünyanın heç bir yerində uşaqlar belə şən həyat görmürlər. Bu 

123 

 

göz
əl  həyatı,  proletariatın  qurub  yaratdığı  bu  cəmiyyəti 
qorumaq  üçün  g
ərək  siz  də  əlinizdən  gələni  əsirgəməyəsiniz. 
İndi  sizin  görüşünüzə  gəlmiş  bir  pioner  öz  hərəkəti  ilə  sübut 
etmişdir ki, o, əsl sovet balasıdır.  
Bunu  deyib  direktor 
ayağa  durdu.  Üzünü  qapıya  tərəf 
tutub 
əl çalmağa başladı. Ona baxıb yanındakı müəllimlər də, 
zalda 
oturmuş uşaqlar da ayağa durub əl çalmağa başladılar.  
Qapı açıldı. Boynu qalstuklu, 11-12 yaşlarında bir oğlan 
uşağı  əsgərsayağı  addımlarla  qırmızı  örtüklü  mizin  yanına 
keçdi.  
Biz  xeyli 
əl  çalandan  sonra  direktor  dayanmaq  işarəsi 
verdi. 
Hamı  yerində  oturdu.  Tanımadığımız  bir  nəfər  ayağa 
qalxıb dedi:  
-
Əziz  balalar,  qarşınızda  duran  bu  pioner  oğlan  əsl 
q
əhrəmandır.  O,  bolşeviklər  partiyasına  və  sovet  hökumətinə 
böyük  xidm
ət göstərmiş, uzun illər təxribatçılıqla məşğul olan 
bir  xalq 
düşmənini  ifşa  etmişdir.  Siz  belə  qəhrəman 
pionerl
ərdən  nümunə  götürməli,  onlar  kimi  sayıq  olmalısınız. 
İndi  sözü  qəhrəman  pioner  Səlim  Mikayılova  veririk.  Qoy  o 
özü 
düşməni necə ifşa etməsindən danışsın. 
Bizi  maraq  bürüdü.  Gör
əsən  bu  balaca  uşaq  xalq 
düşmənini necə ifşa etmişdir? 
Alqışlar  kəsilən  kimi  qəhrəman  pioner  mizin  qabağına 
çıxıb uca səslə, təmkinlə danışmağa başladı: 
-M
ən  sovet  pioneriyəm.  Mənim  atam  -  bolşeviklər 
partiyası, anam - sovetlər ölkəsidir. Onların yolunda canımdan 
keçm
əyə hazıram. Mən pioner baş dəstə rəhbərimizin «Həmişə 
sayıq  olun!»  sözlərini  özüm  üçün  həyat  şüarı  eləmişəm.  İki 
ildir pioner 
sıralarındayam. Həmişə, hər yerdə sinfi düşmənləri  
axtarıram.  Bu  iki  ildə  bir  neçə  oruc  tutan,  namaz  qılan, 
«Quran»  oxuyan,  pirl
ərə  ziyarətə  gedən,  evində  qonaq 
saxlayan, 
mağazalardan  çoxlu  şey-şüy  alan  adamlar  haqqında 
lazımi  yerlərə  məlumat  vermişəm.  Lakin  mənim  əsl  sovet 

124 

 

pioneri kimi igidliyim 
ondadır ki, öz atamı xalq düşməni kimi 
ifşa etmişəm.  
Bu  sözü 
eşidən  kimi  direktorumuz  ayağa  qalxıb  əl 
çalmağa başladı və bizə də işarə etdi.  
Q
əhrəman  pioner  isə  özündən  razı  halda  sözünə  davam 
edirdi: 
-M
ən  diqqət  yetirib  gördüm  ki,  atamın  yanına  müxtəlif 
adamlar  g
əlir,  qapını  örtüb  nə  barədəsə  söhbət  edirlər. 
Düşündüm  ki,  yaxşı  adamlar  gizlində  söhbət  etmir.  Deməli, 
m
ənim  atam  yaxşı  adam  deyil.  Onun  yanına  gəlib-gedənlərin 
birisinin 
keçmiş  gimnaziya  direktoru,  bir  başqasının  isə  xan 
n
əslindən olduğunu biləndə atamın əsl xalq düşməni olduğuna 
inandım. Bunu  NKVD-yə xəbər verdim. Mənim  keçmiş atam 
xalq 
düşməni kimi ifşa edildi. Sizi də belə vətənpərvər və sayıq 
olmağa çağırıram. 
Direktorun 
işarəsi  ilə  başlanan  alqışlar  uzun  müddət 
k
əsilmədi.  
Qonaqlardan birisi 
ayağa qalxıb dedi: 
-
Uşaqlar,  siz  hamınız  şəhərin  qədim  məhəlləsində 
yaşayırsınız.  Bu  məhəllədə  seyid,  molla,  dərviş,  hacı, 
k
ərbəlayi,  məşədi  və  sair  kimi  çoxlu  şarlatanlar  yaşamışdır. 
Onların  bir  qismi  indi  də  başqa  cildə  girərək  cəmiyyətimizdə 
yaşayır.  Onlar  heç  zaman  sovet  hökumətinin  dostu  ola 
bilm
əzlər.  Sizin  şərəfli  vəzifəniz  indicə  gördüyünüz  bu 
q
əhrəman  pionerə  oxşamaq  və  dediyim  sinfi  düşmənləri  ifşa 
etm
əkdən ibarətdir.  
 
 
 
 
 
 
 
 
 
Ç
ərşənbə. 
M
əktəbimizlə  üzbəüz olan birmərtəbəli bina milis 
idar
əsidir. Deyilənlərə görə orada bir neçə yüz adam tuta bilən 
zirz
əmi  də  var.  Küçədə-bazarda  tutulan  adamları  gətirib  ora 
salırlar,  sonra  isə  qara  maşın  gələndə,  ora  mindirib  harasa 
aparırlar.  Axır  günlər  buraya  çox  adam  gətirilir,  özü  də 

125 

 

əksəriyyəti abırlı geyimdə, ləyaqətli görkəmdə olur. Biz küçədə 
s
əs-küy  eşidən  kimi  partaların  üstünə  çıxıb  zirzəmiyə 
salınanlara  tamaşa  edirik.  Müəllim  qışqırıb  bizi  hədələsə  də, 
qulaq 
asmırıq.  
Bu gün böyük t
ənəffüs vaxtı oğlanlardan kimsə bağırdı: 
-
Uşaqlar, tez olun, küçəyə çıxın, milisionerlər Həmşəri 
palanı tərəfdən bir dəstə adam gətirirlər. 
T
ələsik özümüzü küçəyə atdıq. Hər iki tərəfdəki səkilər 
adamla  dolu  idi.  Küç
ənin  ortası  ilə  bir  dəstə  adam  milis 
idar
əsinə tərəf gəlirdi. Onları bir neçə milis, NKVD işçisi və 4 
n
əfər  komsomolçu  dövrəyə  almışdı.  Tutulanların  demək  olar 
ki, 
hamısı  ağsaqqal  qoca  kişilər  idi.  Komsomolların  işarəsilə 
d
əstəni məktəbin qabağında saxladılar. Tutulanların çoxusu bu 
m
əhəllələrin  sakini  olduğu  üçün  uşaqlar  onları  bir-birinə 
göst
ərir, təəccüb və qorxu hissilə pıçıldayırdılar: 
-Ad
ə, Mir Salah ağanı görürsən? 
-Buy, Seyid M
əhəmməd ağanı da tutublar! 
-Vay, 
Hacı Rəsul baba da buradadır… 
-Ad
ə, Həmzə, qonşumuz Kərbəlayi İman odu ey… 
-Ay  aman,  c
əddinə  qurban  olduğum  Mir  Əsədullah 
axund n
ə günə düşüb… 
Komsomollar  bu  seyid,  molla, 
hacı,  kərbəlayi  və 
m
əşədilərin  saqqalından  tutub  sillələyir,  üzlərinə  tüpürür, 
başlarına  qapaz  vurur,  NKVD  işçiləri  isə  rezin  şallaqla 
döyürdül
ər. 
Komsomolçulardan birisi üzünü camaata tutub dedi: 
-V
ətəndaşlar,  siz  uzun  illər  boyu  bu  yaramaz,  alçaq, 
yalançı, rüşvətxor, satqın, əxlaqsız seyidlərin, mollaların, hacı, 
k
ərbəlayi  və  məşədilərin  əlindən  öpmüş,  onları  mömin,  pak 
adam hesab etmisiniz. Halbuki onlar sizin 
hesabınıza yaşamış, 
ömür  boyu  sizi 
aldatmışlar.  Belə  adamlara  sosialist 
c
əmiyyətində yer ola bilməz… 
O biri komsomolçu onun sözünü k
əsdi: 

126 

 

-Onlar n
əşəxor, qumarbaz və əxlaqsızdır. Bax, bu seyid 
şəxsən  məni  nəşə  çəkməyə  öyrətdi  və  sonra  namusuma 
toxundu.  M
ən ona tüpürürəm, siz də tüpürün! Onların hamısı 
alçaqdır… 
Üçüncü  komsomolçu 
Hacı  Rəsulun  belinə  bir  təpik 
vurdu. 
Kişi  yerə  yıxılıb  başı  yarıldı.  Güclə  ayağa  durdu. 
Komsomolçu dedi: 
-Bu  alçaq 
Hacının  yanında nökər idim. 14-15  yaşımda 
ik
ən  mənə  «Ləzgi  gəldi»  oyunu  öyrətdi,  sonra  isə  çılpaq 
şəkildə  öz  curlarının  qabağında  oynamağa  məcbur  elədi. 
Tüpürün buna! Vurun bunu! 
S
əkilərdəki  adamlar  elə  bil  daşa  dönmüşdülər.  Dinən-
danışan olmadı. Dəstəni döyə-döyə zirzəminin qapısından içəri 
saldılar. Zəng vuruldu.  
 
 
 
 
 
 
 
 
 
Cüm
ə axşamı. 
Həmşəri  palanının  yuxarı  tərəfində,  bazarın  böyründəki 
«Oktyabr» yay 
kinoteatrında «Onüçlər» bədii filmi göstərilirdi. 
İki  gün  idi  bilet  tapa  bilmirdik.  Bu  gün  məhəllə  cahıllari 
birtəhərlə  xeyli  bilet  almışdılar.  Xeyli  yalvar-yaxardan  sonra 
mənə də bir bilet verdilər.  
Film 
başlanandan  yarım  saat  əvvəl  gəlib  öz  yerimi 
tutdum. 
Boş  yer  nədir,  hətta  cərgə  aralarında  da  adamlar 
oturmuşdu.  
İşıqlar  söndü.  Lakin  film  başlamaq  əvəzinə  ruporla 
veril
ən elan eşidildi: 
-Hörm
ətli  tamaşaçılar!  Filmə  baxmazdan  əvvəl  hörmətli 
şairlərimizlə  qısa  görüş  keçiririk.  Onlar  sizə  öz  yeni  şerlərini 
oxuyacaqlar. 
Kims
ə əl çaldı, hamı ona qoşuldu, 5 nəfər kişi və 1 nəfər 
qadın  səhnəyə  çıxdı.  Kinoteatrın  direktoru  onları  bir-bir 
tamaşaçılara təqdim edib uzaqlaşdı.  

127 

 

Şairlər sözə başladılar: 
I. 
Mollaların hiyləsinin anladıq, 
Cinl
əri, şeytanları qırmancladıq. 
Falçıların falçasını qırmışıq, 
Cüml
ə kitab-dəftərini cırmışıq... 
 
II. 
Ayıl qəflət yuxusundan, a yoldaş! 
Mollalar d
əyyusdur, seyidlər oğraş. 
K
ərbəlayi lotu, Hacı şeyitbaz, 
M
əşədi yalançı, alçaq, uşaqbaz... 
 
III. 
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı, 
T
əri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı... 
 
IV. 
Əcəb ağ gündədir mənim vətənim 
Günl
ər keçir bayram kimi, el gülür. 
R
əngdən-rəngə girir çölüm-çəmənim 
Aşığın sazında gülür, tel gülür. 
El 
azaddır, dil azaddır. 
Azad 
bağlarda gül azaddır... 
 
V. Kommunizm 
canımızdır, 
Partiya 
imanımızdır. 
Stalindir r
əhbərimiz 
İrəliyə gedirik biz... 
 
Şairlər  bu  qisim  şerlərdən  oxuduqca  özləri  əl  çalır, 
tamaşaçılar  da  onlara  qoşulurdu.  Sonra  onlardan  birisi  zala 
müraci
ətlə soruşdu: 
-Bizim 
düşmənimiz kimlərdir? 
Zaldan s
əslər eşidildi: 
-Burjuylar, xanlar, b
əylər, mülkədarlar, qolçomaqlar... 
-Mollalar, seyidl
ər, dərvişlər... 

128 

 

-Xalq 
düşməni çıxan müsavatçılar, onların quyruğu olan 
alim, 
şair və yazıçılar... 
Şairlərdən birisi sağ əlini yuxarı qaldırdı: 
-Sosializmin 
düşmənlərinə,  xalqımızın  düşmənlərinə 
ölüm! 
İşıqlar söndü, film başlandı. 
 
 
 
 
 
 
 
 
Cüm
ə. 
Anam  h
ələ  axşamdan  hazırlıq  görürdü.  Səhər  Zübeydə 
xalanın  qızı  Nəsibəni  Nardarandakı  Rəhimə  xatun  pirinə 
aparacaqdılar.  Xeyli  qadın  və  uşaq  gedəcəkdi.  Uzun-uzadı 
yalvarandan sonra anam m
əni də aparmağa razı oldu.  
S
əhər  saat  7-də  20-yə  yaxın  qadın  və  uşaq  Sabunçu 
vağzalına  gəlib elektrik  qatarına mindik. Təxminən, saat 9-da 
Maştağaya  gəlib  çatdıq.  Orada  2  araba  kirayələyib  Nardarana 
getdik.  Lakin  ziyar
ətgahın  qapısının  ağzında  iri  bir  qıfıl, 
yanında isə əli tüfəngli bir komsomol durmuşdu.  
Zübeyd
ə xala nə qədər yalvarıb-yaxardısa ki, qızın ürəyi 
gedir, n
əzir eləmişəm, qoy içəri girək, komsomol qulaq asmadı. 
Axırda piri də, Zübeydə xalanı da, bizi də elə sözlərlə söyüb-
yamanladı ki, anam dözmədi, dəstəni geri qaytardı, arabaçılara 
dedi: 
-Ay 
qardaşlar,  o  qədər  yolu  gəlmişik,  boş  qayıtmayaq, 
haqqınızı  verəcəyik,  bizi  kəndin  məscidinə  aparın,  barı  qızı 
minb
ərə bağlayaq, namaz qılaq.  
Arabaçılar səs-səsə verib dedilər: 
-Ay 
bacı,  bəxtəvərlikdən  danışırsan!  Bu  həndəvərdəki 
m
əscidlərin hamısını klub, kinoteatr, bufet, mağaza eləyiblər... 
Biz  el
ə  bilirdik  ki,  siz  kəndə  qonaq  gəlmisiz.  Yoxsa  elə 
Maştağada deyərdik ki, zəhmət çəkməyin.  
Kor-
peşiman  geri qayıtdıq. Sabunçu vağzalında  düşəndə 
arvad-
uşaq hamı bir ağızdan dedilər ki, bəs dəniz qırağında bir 

129 

 

t
əzə,  hündür  vışka  qurublar,  adamlar  ora  çıxıb  paraşütlə  yerə 
atılırlar, barı gedək ona baxaq.  
D
əniz  kənarına  gəldik,  azacıq  getmişdik  ki,  gördük 
körpünün 
qabağında  minlərlə  adam  toplaşıb.  Ağlaşma,  vay-
şivən,  qıy-qışqırıq  səsləri  bir-birinə  qarışmışdı.  Milislər 
adamları qovalayırdı. Anam özünü irəli atdı. Mən onun əlindən 
yapışdım.  İrəlidə  dəhşətli  bir  vəziyyət  var  idi:  kişilər  bir 
t
ərəfdə, qadın və uşaqlar o biri tərəfdə ağlaşır, bir-birinə nəsə 
deyirdi; 
ağız deyəni qulaq eşitmirdi. 
M
əlum  oldu  ki,  bunlar  Qarabağ,  Lənkəran  və  Muğan 
k
əndlərindən  zorla  gətirilən  adamlardır.  Onları  gecə  ikən 
t
ələm-tələsik  evlərindən  çıxarıb, «Stalin  yoldaşın  əmrilə  sizə 
Qazaxstanda 
yaxşı yer verəcəyik» deyə, yük qatarına doldurub 
buraya  g
ətiriblər.  İndi  də  kişiləri  ayrı,  arvad-uşağı  bir  ayrı 
g
əmiyə  mindirdikləri  üçün  belə  vanəfsadır.  Bunların  heç  bir 
günahı  yoxdur,  bütöv  kəndlər  köçürülür:  bolşeviki, 
komsomolu,  pioneri, staxanovçusu, z
ərbəçisi, ordenlisi, qocası 
v
ə cavanı, kişisi və qadını da içində.  
 
 
 
 
 
 
 
Şənbə. 
M
əhəllədə hüzür düşmüşdü. Məşədi Qənbər kişinin oğlu 
1 ay  bundan 
əvvəl xalq düşməni kimi həbs edilmiş, dünən isə 
g
əlinini  sürgünə, 4 balaca  nəvəsini  isə  yetimxanaya 
aparmışdılar. Kişi çox yalvarmışdı ki, uşaqları ya qoyun gəlin 
aparsın,  ya  da  verin  mən  saxlayım.  NKVD  işçiləri  razı 
olmamışdı.  Onlar  gedən  kimi  kişi  mətbəxə  keçib  balta  ilə 
özünü 
öldürmüşdü.  Arvadı  işi  belə  görəndə  dözməmiş,  paltar 
asılan ipi açıb pəncərəyə bağlamış və özünü asmışdı.  
Meyidl
ər  yuyulub  həyətin  ortasında  yan-yana 
qoyulmuşdu. Meyid namazı qılmağa molla tapılmırdı, bilənlər 
d
ə  qorxusundan  səsini  çıxartmırdı.  Çarəsiz  qalıb  meyidləri 
götürüb 
namazsız, yasinsiz, duasız basdırmağa apardılar.  

130 

 

H
əyətdə  40-50  arvad  dövrə  vurub  oturdu.  Ağlayan 
N
ənəbacı irəli keçdi: 
-Müsib
ətdi, müsibət! 
Arvadlar s
əs-səsə veridilər: 
-Olmaz bel
ə müsibət! 
-Getdi evin t
ək oğlu! 
-Olmaz bel
ə müsibət! 
-Getdi cavan g
əlini! 
-Olmaz bel
ə müsibət! 
-Getdi körp
ə uşağı! 
-Olmaz bel
ə müsibət! 
-Getdi M
əşədi Qənbər! 
-Olmaz bel
ə müsibət! 
-Getdi Dürnis
ə xanım! 
-Olmaz bel
ə müsibət! 
 
Arvadlardan biri zil s
əslə şaxseyə başladı: 
-K
ərbəlada daş ağlar, 
Torpaq 
ağlar, daş ağlar. 
Bel
ə zülüm görənlər 
Tök
ər qanlı yaş ağlar. 
Ağlayan Nənəbacı təzədən: 
-Müsib
ətdi,  müsibət!  -  deyəndə  sanki  təkcə  həyətdəki 
arvadlar deyil, bütün dünya s
əs-səsə verib hönkürdü: 
-Olmaz bel
ə müsibət! 

131 

 
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə