SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə7/12
tarix29.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
 

96 

 

*** 
Çox öyünm
ə, gözəlim, bülbüli-şeyda kimiyəm,  
Çox göz
əldən gözələm, hüsndə Gülşa kimiyəm. 
 
Olmaram razı ki, Yusif ola xidmətkarım,  
M
ən gözəllər gözəli, misri-Züleyxa kimiyəm.  
 
Can alan qaş-gözümə aşiq olub məşuqlar,  
Naz alıb, işvə satan dilbəri-Bəsra kimiyəm. 
 
H
əsrətindən çox adam əğl itirib, Məcnun olub,  
Çox t
əəccüb eləmə mən dəxi Leyla kimiyəm. 
 
D
ərdli Əfqani deyir, şəms qürurilə bu gün, 
İstəməm aləmi, mən bir fani dünya kimiyəm. 
 
1950 
 
*** 
N
ə olubdur könülə, guşeyi-hicran dolanır,  
Etm
əyib səbrü qərar, hər tərəf, hər yan dolanır. 
 
Dey
əsən, dostlarının bildi dəxi niyyətini,  
G
əzməyib aləm-ara, indi də pünhan dolanır. 
 
Yanaraq hicr oduna şəmidə pərvanə kimi,  
Töküb
ən göz yaşını eyləyib Əfqan dolanır. 
 
1950 
            *** 
Söyl
əyirsən, yanıram sübhə qədər atəşinə,  
Söyl
ə, ey sərvəri-mən, şəmmi, pərvanəmisən? 
 

97 

 

Gah verib xeyli ümid, gah g
əzirsən aralı, 
Böyl
ə bir fikrilə sən əqlimi, divanəmisən? 
 
Bu q
ədər göz yaşının axırı ümmanə dönər, 
Yaxşıca fikr elə bir, göldəmi, dəryadəmisən? 
 
O q
ədər zülm elədin, aləmi tutdu kədərim,  
Bilm
ədim ömr boyu huşmi, məstanəmisən?  
1954 
 
*** 
Diyari-qürb
ət içrə xəstəyəm, tabü təvanım yox,  
Gedibdir dövl
əti-varım, əlimdə nəğd canım yox. 
 
Dey
ərlərdi çəkən zillət, olar axır günün rahət,  
Ç
əkib yüz ah hər saət, nicatə bir gümanım yox. 
 
Uçubdur uçmayan xan
əm, yox olmuş əski kaşanəm, 
N
ə kafər, nə müsəlmanəm, nə bir özgə imanım yox.  
 
Solubdur lal
əzar bağlar, çəkilmiş sinəmə dağlar,  
T
əbiət yas tutub ağlar, nə tarım, nə kamanım yox. 
 
Tutulmuş göl fəğanımdan, yaranmış nəhr qanımdan,  
Bezar oldum bu canımdan, bəli, keçmiş zamanım yox. 
 
Köm
ək etməz mənə İsa, Məhəmməd, Davudü Musa, 
N
ə “Zəbur”, “İncil”imin olsa, nə “Tövrat”,  
                                                      n
ə “Quran”ım yox. 
 
Axıtdım cismidən qani, itirdim şöhrəti –şani, 
Ölür m
əhbəsdə Əfqani, nə yurdum, nə məkanım yox. 
     1955 

98 

 

*** 
Göz
əlim, sən kimi olarmı dünyadə, 
Neç
ə biçarələr eşqində dönüb Fərhadə? 
 
Bu m
əlahət, bu nəzakət, bu lətafət haradan?  
Af
ərin sən kimi rəna yetirən ustadə.  
 
C
əmi zindani nicat istərkən aləmdə, 
Eşq əsiri fəqət olmaq diləməz azadə.  
 
Bir k
ərəm qıl, dayan, zəmanə Leylasi, 
N
ə qədər aşiqi Məcnun elədin səhradə? 
  
Lütf edüb gün kimi baş verməz isən hərdəm sən, 
Ged
ər Əfqani kimi çoxların ömrü badə. 
 
1961 
 
*** 
Dinl
ə ey sərvi-rəvan, gör nə əziyyət çəkirəm, 
Qalmayıb tabü təvan, dərdü müsibət çəkirəm. 
 
Gün keç
ib, ömr gedib, tağəti-canım tükənib,  
Yen
ə də yar kənarında məşəqqət çəkirəm. 
 
M
ən vəfa əhliyəm, ey gül, sənə izhar nə gərək, 
Söz verib, 
əhd eləyib, müşgülü zillət çəkirəm. 
 
S
ən gələn yollara mən canımı qurban elədim, 
İndi canım da gedib, aləmə həsrət çəkirəm. 
 
N
ola bir yol çaşıban bəlkə güzar eyləyəsən, 
Gör
əsən yar fəraqında nə hicrət çəkirəm. 

99 

 

Ahu nal
əm ucalır göylərə, çatmırmı sənə?  
R
əhmə gəl, bir nəzər et, qəddinə minnət çəkirəm. 
 
B
əxti zülfün kimi tar oldu fəqir Əfqanın,  
Tez yetiş, gör bu gülüstanda nə zülmət çəkirəm. 
 
mart, 1957 
 
*** 
Ey göz
əl, səbr et, dayan, bir az da mehman ol mənə,  
Taq
əti-canım gedir, sən getmə, bir can ol mənə. 
 
Öyl
ə bir zillətdəyəm, hər kəs məni tərk eyləmiş,  
R
əhmə gəl, əhd eyləyib qüdrətli sültan ol mənə. 
 
X
əstəyəm, biçarəyəm, yoxdur təbibü məlhəmim,  
Bari insaf eyl
əyib şəfqətli dərman ol mənə. 
 
Görm
ədim dünyadə mən azadəlikdən bir nişan,  
B
əxt yox, imdad yox, bir özgə dövran ol mənə. 
  
Gün ötür, ömrüm keçir, g
ənclik gedir karvan kimi,  
Misgin 
Əfqanim ölür, sən qeyri əfqan ol mənə. 
 
1956 
 
*** 
Ç
əkmişəm sübhə qədər naləvü əfqan bu gecə, 
Getmiş əldən deyərəm beyətü iman, bu gecə.  
 
T
ərsinə dönmüş idi yoxsa ki, dövran bu gecə,  
T
əxtindən düşmüş idi sanki Süleyman bu gecə. 
 

100 

 

N
ə qədər səy elədim, olmadı imkan bu gecə,  
Gözl
ədim sübhə kimi, gəlmədi canan bu gecə. 
 
1962 
 
*** 
D
ərdü halimdən mənim dünya xəbərdar olmadı, 
Bilm
ədim üzrüm nədir, dostum mənə yar olmadı? 
 
Yalvarıb tökdüm yaşım, rəhm etmədi ah-naləmə, 
Əlli yol rədd eylədi, leyki mənə ar olmadı. 
 
Günd
ə diz çökdüm müdam, imdadxahimsən dedim,  
Leyli-M
əcnun ülfətində böylə ah-zar olmadı. 
 
Bülbül
əm, eşqində mən şur ilə əfqan eylədim,  
Verdi yüz v
ədi-xilaf, amma vəfadar olmadı.  
 
M
ən fəqir Əfqaniyəm, yarım, mənə naz eyləmə,  
Q
əlbimə səndən savay bir kimsə sərdar olmadı. 
 
1953 
 
*** 
Naşı bazarında mən dürdənəlikdən düşmüşəm,  
S
əhv edib zahir olub əfsanəlikdən düşmüşəm. 
 
Dövrani almış bütün nursuz, qaranlıq pərdələr, 
Şəmilər sönmüş dəxi, pərvanəlikdən düşmüşəm. 
 
Xuni-
aşiq bir şərab mislində paylardım müdam,  
Ca
misiz qalmış bu gün, məstanəlikdən düşmüşəm. 
 

101 

 

Aşiqə qəlbim verib daxildə bir Məcnun idim,  
D
ərk edib axır günün divanəlikdən düşmüşəm. 
 
Eybcunun bir sözü nun eyl
əmişdi qəddimi,  
Çox sevinm
ə, ey fəqir, piranəlikdən düşmüşəm. 
 
Yusifi-K
ənan mənim göstər qulumdur hüsnidə, 
Leyk görmür aşiqim, kasanəlikdən düşmüşəm. 
 
Neyl
əyim, kəçrov fələk Əfqani etmiş namimi, 
Sübhü şam əfqan edib rindanəlikdən düşmüşəm. 
 
1954 
 
*** 
M
əlhəmü dərmanım ol, dərdim nihandır, dilbərim,  
Bil ki, bu son şıltağım, son imtahandır, dilbərim. 
 
Öpm
əyə gül sürətin daim könül eylər həvəs,  
Arizumun qüvv
əsi bir növ tüfandır, dilbərim. 
 
M
ən səni çox axtarıb axırda buldum könlüdə,  
Göz
əllərin gəl-gəl deyir, dövrən tikandır, dilbərim. 
 
İstərəm şöhrət tapıb dillərdə söylənsin adın, 
İstəyim indi deyil, xeyli zamandır, dilbərim. 
 
Cür
ətin, məğrurluğun əsla zərər verməz sənə,  
Qo
vğada əmr etməyin, bilsən, ziyandır, dilbərim. 
 
Baxma kim namim m
ənim Əfqani olmuş dəhridə, 
S
ən fəqət fikr eyləmə, fəsli-xəzandır, dilbərim. 
1951 

102 

 

*** 
Söyl
əyirkən, ey Xuda, bilməm ki, şahdır, ya gəda,  
Qalmışam mən uyquda, bilməm ki, Allah varmıdır?  
 
Ah ç
əkirkən hər səhər, canım üzürkən qəm, kədər,  
Fikr edir k
əndü şəhər, bilməm ki, Allah varmıdır? 
 
Çox görüb insanları, aqilləri, nadanları,    
Seyr edib zindanları, bilməm ki, Allah varmıdır? 
 
Artıq olmuş qüssələr, itmiş, tükənmiş nəşələr, 
Ac qalırkən körpələr, bilməm ki, Allah varmıdır? 
 
H
əddi yoxdur zillətin, dövrü bəla bu həsrətin,  
N
ami batmış millətin, bilməm ki, Allah varmıdır? 
 
Yatmada üsyanımız, qalxır göyə əfqanımız, 
T
ərk olur imanımız, bilməm ki, Allah varmıdır? 
 
Tapdanır ustadlıq, rövnəq tapıb bədxahlıq, 
L
əğv olub azadlıq, bilməm ki, Allah varmıdır? 
 
Gün keçir zindanid
ə, can qalmamış Əfqanidə
Söyl
ərəm hər anidə, bilməm ki, Allah varmıdır? 
 
1948 
 
*** 
Nec
ə qan ağlamayım, sevgili cananım ölür, 
Cismi cavan ki, ölür, bird
əfəlik canım ölür. 
 
Ey dilim, at
əşə yan, həsrəti-dildari danış, 
Susma bir l
əhzə aman, Yusifi-Kənanım ölür. 

103 

 

M
ənə tən eyləməyin, sübhü məsa
1
 ah edir
əm, 
Çünki t
ərsa oluram, beyətü imanim ölür. 
 
Taleyim döndü q
əfil, yaxdı atam xanəsini, 
Gün
əşim etdi qürub, səhnidə tərlanım ölür. 
 
G
əncliyim keçdi hədər, kimsə əlac eyləmədi, 
Tari-zülm
ətdə qalıb bağidə bağbanım ölür. 
 
Sizi tari buraxın kəşti-biyaban dolanım, 
B
əlkə bir çarə qılam, hakimi-Loğmanım ölür. 
 
Ey xuda! R
əhm elə bir, zülmü bəla həddən aşıb, 
Sevgilim etdi v
əfat, indi də Əfqanım ölür. 
 
10.01.1955 
 
*** 
Göz
əlim, sən kimi dilbər olarmı dünyadə, 
Neç
ə biçarələr eşqində dönüb Fərhadə. 
 
Bu m
əlahət, bu nəzakət, bu lətafət hardan? 
Af
ərin sən kimi rəna yetirən ustadə. 
 
C
əmi zindani nicat istərkən aləmdə, 
E
şq əsiri fəqət olmaq diləməz azadə. 
 
Bir k
ərəm qıl, dayan zəmanə Leylasi, 
N
ə qədər aşiqi Məcnun elədin səhradə, 
 
1
 Məsa - axşam 

104 

 
                                                           

Lütf edib gün kimi baş verməz isən hərdəm sən, 
Ged
ər Əfqani kimi çoxların ömrü badə. 
 
*** 
F
ələk zülmilə dövr eylər, bizə verməz aman, Allah! 
Sa
ralmış mah rüxsarlar, olub bellər kaman, Allah! 
 
Düşübdür ayrı qardaşlar, tökülmüş üzlərə yaşlar, 
İtirmiş əğlini başlar, olubdur bir salam, Allah! 
 
Solubdur lal
əzar bağlar, çəkilmiş sinəyə dağlar, 
T
əbiət yas tutub ağlar, hala yox bir yaman, Allah! 
 
İtirmiş şəklini üzlər, xəyanət eyləyir gözlər, 
Xilafi-
əhd olub sözlər, nə pismiş bu zaman, Allah! 
 
Olubdur v
əhşi insanlar, axır hər gün nahaq qanlar, 
Dolubdur qar
ə zindanlar, nicatə yox güman, Allah! 
 
Ölüb çoxlar, qalan azdır, qalan matəmləri sazdır, 
Biri yox, cüml
ə qanmazdır, tapılmaz bir qanan, Allah! 
 
1957 
 
 
 
 
 
 
 
 
 
 

105 

 

 
RÜBAİLƏR  
 
*** 
Bir çoban edibdir m
ənə ustadlıq. 
Daimi borcumdur ona ö
vladlıq. 
On il t
ədris etdi mənə bir elmi: 
M
əhəbbət, sədaqət, bir də azadlıq. 
 
1947 
 
*** 
Yanıram hicrində sənin, ay gözəl, 
Deyim d
ərdlərimi, bir-bir say, gözəl. 
S
əhər yatağımdan durub gedəndə, 
Axır göz yaşlarım, olur çay gözəl. 
 
1947 
 
*** 
Q
əlbimdə iztirab, gözümdə həsrət, 
D
ərdindən çəkirəm min cürə zillət. 
F
əqət deyirlər ki, əsəbdir xəstəliym, 
Bir d
ə alovlanmaz sönmüş məhəbbət. 
 
 
 
 
 
 
 
1949 
*** 
Ey m
əni hər anda yandıran oda. 
Getdi cavan ömrüm x
əzana, bada. 
B
əlkə görüşmədik bir də həyatda, 
Barı öz yuxunda məni sal yada. 
 
 
 
 
 
 
 
1949 

106 

 

*** 
Z
əmanə köksümü hər an dağlayır, 
Zindandan qapını açmır, bağlayır. 
Bu geniş dünyalar dar olmuş mənə, 
Gözl
ərim gülsə də qəlbim ağlayır. 
 
 
 
 
 
 
 
1954 
 
*** 
H
əyatın qədrini öləndə bildim. 
Ağladım, göz yaşım siləndə bildim. 
Nam
ərd dostlarımın iti xəncəri, 
Bağrımın başını dələndə bildim. 
 
1955 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

107 

 

                       
ƏHMƏD CƏFƏRZADƏNİN  
XATİRƏ VƏ HEKAYƏLƏRI 
 
 
 
 
 
 

108 

 

EŞİTDİKLƏRİMDƏN, GÖRDÜKLƏRİMDƏN 
YADIMDA QALANLAR 
Bacım və qardaşım məni çətin vəziyyətə salıblar. Çünki, 1) 
özləri  bu  mövzunu  yazandan  sonra  mənə  də  yazmağı  təklif 
ediblər,  2)  məndən  nisbətən  yaşlı  olduqları  üçün  ailə  tarixini 
daha yax
şı bilirlər. 
Nə isə, çarə üoxdur, gərək mən də yazam. 
Bəli,  atamız  Kərbəlayi  Məmməd  Məşhədi  Cəfər  oğlunun 
atası  Tağılı,  anası  Şamaxı  əhli  olb.  Atam  mənim  yadıma 
gəlmir,  çünki  o  kənddə,  mən  şəhərdə  yaşamışam  və  o  vəfat 
edəndə  10  yaşım  olub.  Atamın  ana  qohumlarmdan  dayısı 
oğlanları  -  Məşhədi  Böyükağa  (Tofiqin  atası),  Məşhədi 
Əliyusif  (Məmədseyinin  atası),  Məşhədi  Kazım  (Ələsgərin 
atası),  molla  Hacağa  (Ələkbər  və  Süleymanın  atası),  dayısı 
qızları Badam bibi və Bgyükxanım bibini (Əliheydərin anası) 
görmüşəm.  Ata  qohumlarımdan  yalnız  Məşhədi  Cavadı 
görmüşəm. (O biriləri yadıma düşmür). 
Anamın  atası  Kərbəlayi  Əliheydər  Kərbəlayi  Vəliyar  oğlu 
əslən Ağsunun Garıs elatındandır, XIX əsrin təxminən, 70-80-
cı illərində atası ilə köçüb Şamaxıya gəlib. Garısın Curuğlu və 
Maşad  Qanılı  kəndlərində  bəzi  qohumabənzərləri  qalıb. 
Babamın bir bacısı olub, uşaqları ölüb, Ağarza adlı bir qardaşı 
olub (İzzət bacınm atası), o da çox cavan ölüb. Babamın anası 
da çox cavan ikən ölüb. Atası Püstə adlı bir arvad alıb. 
Babamın babası Alı bəy olub və çar hökuməti bəyləri qeydə 
alarkən  qorxub  və  deyib  ki,  mənim  adım  Alı  bəy  yox, 
Bəyalıdır. 
Anamın  anası  Seyid  Rübabə  Mirağası  qızı  Şamaxmm 
məşhur,  dövlətli,  ziyalı  bir  ailəsində  anadan  olub.  (Babası 
Mirələsgər,  ulu  babası  Mir  Haşim).  Anamızın  dediyinə  görə 
Seyid  Rübabənin  anası  Zeyvənisə  xanım  Şirvanm  sonuncu 
Xanı Mustafa xanın qızı olub. (Məncə o, qızı yox, nəvəsi ola 

109 

 

bilərdi) 
Anamızın  admı  Zeyvənisə  qoyublar,  lakin  Böyükxanım 
çağırıblar,  heç  bir  bacı-qardaşları  yaşamayıb,  hamısı  körpə 
ikən vəfat edib. 
Seyid Rübabə nənə ilə atamızın bacısı Şərəfnisə bibi yaxın 
dost olublar. Bu səbəbdən nənə onu evdə tərifləyib və qardaşı 
Mir Seyfullaya alıblar. (Sonralar Mir Seyfulla tez ölüb, bibimi 
kiçik  qardaşı  Mir  Əsədullaya,  o  da  öləndən  sonra  ən  kiçik 
qarda
şı  Mir  Kərimə  alıblar.)  Bibimin  2-ci  ərindən  1  oğlu  - 
Mirağa, 3-cü ərindən də bir oğlu - Mirabtalıb olub. Bibimizin 
nəvələri  İranın  Tehran,  Kərəc  və  Məşhəd  şəhərlərində,  ABŞ, 
İngiltərə, İspaniya və s. yaşayırlar. 
Seyid  Rübabə  ilə  Şərəfnisənin  dostluğu  nəticəsində 
Şərəfnisə bibi öz yeganə qardaşma (atamıza) Seyid Rübabənin 
qızı  Güllübəyimi  alır,  nişan  verilir,  lakin  Güllübəyim  vəfat 
edir.  Bu  zaman  anamız  4  yaşında  olur.  Şərəfnisə  və  Seyid 
Rübabə qohumluğu pozmamaq üçün səbrlə gözləyir və ana bir 
qədər böyüyəndən sonra onu atamıza verirlər. 
Atamız  anamızdan  17-18  yaş  böyük  olub.  Hər  ikisi  ata-
anasmm əziz övladı, ərköyün böyümüş, “düşmə yerə smarsan” 
olmuş, bəlkə elə bu səbəbdən də ömür boyu bir-birinə isnişə-
uyuşa bilməmişlər. 
Sovet  hakimiyyəti  qurulan  zaman  atamız  Tağılıya  gəlir, 
burada Xeyri adlı bir qadınla evlənir, 5-6 il müxtəlif yerlərdə 
işləyir. 1927-ci ildə Ata, ana, Xeyri, Seyid Rübabə nənə, Əzizə 
və  Məmməd  daimi  yaşamaq  üçün  İrana  -  Məşhəd  şəhərinə 
köçürlər.  Lakin  atamız  və  xüsusilə  Meşədi  Xeyri  bu  yerlərin 
adətinə, dilinə, qaydalarma uyuşa bilmir, tezliklə əllərində olan 
az  - 
para  da  qurtarır,  narazılıq  başlanır  və  1928-ci ilin 
payızmda Vətənə qayıdırlar. 
Atamız  və  Meşədi  Xeyri  kəndə  dönür,  Tağılı  camaatı 
köməkləşib  bunlar  üçün  kərpic  kəsir,  2  gözdən  ibarət  bir  ev 
tikirlər.  Ev  kərpic  olsa  da  kəndin  ən  gözəl  evi  idi:  2  gözdən 

110 

 

ibarət, pəncərəsi, səkisi, damları və s. 
İrandan qayıdandan azca sonra Meşədi  Xeyrinin oğlu olur 
və 3 gündən sonra ölür. Az sonra mən, Bakıda anadan oluram. 
Ümumiyyətlə  anamızm  7  övladı  olub:  Nurcahan  (1919-da 
ölüb), Əzizə, Cəfər (1925-də ölüb), Məmməd, Əhməd, Validə 
(1933-
də ölüb), Əliheydər (1934-də ölüb). 
1928-
ci ildən sonra atamız daimi olaraq Tağılıda, anamız isə 
Bakıda  yaşayıb.  Məmməd  4-5  yaşmdan  etibarən  atamızm 
yanmda qalıb, Əzizə və mən isə anamızm. 
C. Məmmədquluzadənin “Xatiratımda” də yazdığı kimi ilk 
eşitdiyim  (və  uzun  illər  eşidəcəyim)  söz  ”allahü  əkbər”  ,  ilk 
gördüyüm  şey  -  namaz  qılmması  olub.  Evimizdə  ancaq 
hədislər,  rəvayətlər  danışılır,  möcüzələr,  dini  məsələlər  şərh 
edilir,  salavat  çevrilir,  şəkkakə,  Yezidə,  Şümrə,  mütriklərə 
lənət  deyilirdi  və  s.  Bunlardan  başqa  boş  vaxt  qalmırdı, 
qalanda  isə  anamız  öz  ata-anasmm  bəlalı  məhəbbətindən, 
sonrakı  talelərindən  danışırdı.  O,  ata-anasının  görüşlərini, 
toylarmı,  həyatlarmm  bütün  şirin  və  ağrılı  günlərini  elə 
dəqiqliklə,  elə  bir  məharətlə  təsvir  edirdi  ki,  deyərdin  elə 
həmişə onlarla yanaşı olub, danışdıqlarmı öz gözləri ilə görüb, 
yadında saxlayıb. Anamızın öz ata-anası barədə danışdıqlarmm 
çoxunu  Əzizə  və  Məmməd  öz  yazılarında  veriblər.  Mən, 
onlarm da bildiyi kimi, lakin yazmadığı bir əhvalatı, Kərbəlayi 
Əliheydər  baba  ilə  Seyid  Rübabə  nənənin  toylarmm  səhəri 
günü olan bir hadisəni danışım: Toyun səhərisi, günorta vaxtı 
babanm ögey anası (Püstə, yaşlı kəndli qadın) aş bişirir, üstünə 
öz bildiyi kimi qəlyə düzəldib tökür, iri bir qaba çəkib pərdə 
arxasında oturmuş bəy və gəlinə (pərdənin altmdan keçirərək), 
verir. Seyid Rübabə nənə dövlətli bir əsilzadə evində böyümüş 
qız  olduğundan  xörəyi  bəyənmir,  lakin  yeyir,  fəqət  qəlyənin 
içindən  4  bölünüb  tökülmüş,  iri-iri  soğanları  ayırıb  qaşıqla 
qabm  qırağma  qoyur.  Əliheydər  baba  başa  düşür  ki,  əgər 
analığı  gəlinin  belə  hərəkətini  bilsə,  indidən  evə  danışıq 

111 

 

düşəcək.  Odur  ki.  qəfildən  soğanları  ağzına  basır  və  ürəyi 
bulansa da, 
bir təhər udur. 
Nənəmiz uşaq ikən (Şamaxıda) küçədə armud satan bərkdən 
deyir. 
“Armud var, armud. Batmanından batman yarım bəkməz 
çıxar”. Nənə tez anasının  yanına qaçır ki, bəs belə bir armud 
satırlar. Anası gülüb deyir: ay bala, bir batman armuddan heç 
bir 
girvənkə  bəkməz  çıxmaz.  O,  öz  malmı  satmaq  üçün 
tərifləyir. 
Ümumiyyətlə, anaya elə tərbiyə verilmişdi ki, o, heç kimin 
dediyinə  şübhə  etmir,  yalan  danışacağma  inanmır,  hər  şeyə 
inanırdı. O, ümumiyyətlə, səsini ucaltmaz, etiraz etməzdi. 
Evi  dolandıran  Seyid  Rübabə  nənə  idi:  ona  çoxlu  nəzir-
niyaz verilirdi. Lakin bundan evdə heç nə saxlanılmır, bizdən 
kasıblara paylanırdı. 
1935-
ci  ildə  Seyid  Rübabə  nənə  gizli  yolla  İrana,  qardaşı 
uşaqlarma dəyməyə  getdi. (Kərbəlayi Həcər  adlı bir qadınla), 
lakin  geriyə  qayıda  bilmədi.  Biz  həm  maddi,  həm  mənəvi 
dayaqdan məhrum olduq. Ana - xəstəhal, sənəti yox,  yanında 
xırda  uşaqlar.  Hər  ayda,  2  ayda  bir  İrandan  intizar,  göz  yaşı 
dolu  məktublar  gəlirdi.  Ana  çaş-baş  olmuşdu.  Evdən  əvvəl 
yorğan-döşəyi, qədim padnos, lampa, qab-qacağı, sonra xalça-
palazı və s. astarveşə (qapı-qapı gəzib köhnə-külə alanlara) su 
qiymətinə  satıb  birtəhər  güzəran  keçirməyə  nail  oldu.  Lakin 
tezliklə  ev  boşaldı,  nəsə  bir  ciddi  tədbir  görmək  lazım  gəldi. 
Deyəsən,  1937-ci  il  idi.  Ana  qısamüddətli  bağça  müdirəsi 
kursuna  daxil  oldu  və  1938-ci ilin yazmda kursu bitirdi. 
Göyçay rayonuna təyinat verdilər. Ana məni də özü ilə götürüb 
qatarla  Ucara,  oradan  furqonla  Göyçaya  gəldik.  Bazarın 
yanmda  hamı  ilə  birgə  biz  də  düşdük.  Anam,  faytonçu 
Abduləlinin evini soruşdu. O kişi Haccavadın qızı Həcərin əri 
idi.  Kimsə  tezcə  Abduləlini  tapıb  gətirdi,  onun  faytonunda 
evinə  gəldik.  Bağlı-bağatlı,  geniş  həyətli,  yaraşıqlı  ev  idi. 
Arvadı Həcər bizi çox mehriban qarşıladı. Səhərisi günü maarif 

112 

 

şöbəsi  ananı  Yeniarx  kəndində  təzə  açılan  bağçaya  müdirə 
təyin  etdi.  O  birisi  gün  Abduləli  bizi  öz  faytonu  ilə  gətirib 
bağçaya aşpaz və xidmətçi təyin edilən Zeynəb adlı bir qadınm 
evinə qoydu.  Zeynəbin  əri və uşaqları vardı və  elə təxminən, 
ana  yaşda  olardı,  kənddə  şiə  təriqətinə  mənsub  yeganə  qadın 
idi ki, əslən şamaxılı olub 1918-ci il qırğınında bura düşmüşdü 
və bu qadını məhz anaya görə bu işə qoymuşdular. 
Bağça üçün stol, stul, çarpayı, yataq ləvazimatı, qab-qacaq 
əvvəlcədən  gətirilib  məscidin  həyətinə  yığılıbmış  və  bağça 
məscidin içində yerləşməli imiş. Ana bunu bilcək çox narahat 
oldu,  hətta  geri  qayıtmaq  istədi.  Lakin  növbəti  gün  kəndin 
əfəndisi olduğumuz evə gəldi və anaya dedi: 

Qızım,  sən  olsan  da,  olmasan  da  bu  bağçanı  orada 
yerləşdirəcəklər,  bəlkə  lap  klub,  yeməkxana  elədilər.  Sən, 
görürəm  ki,  çadralı  qadınsan,  mənə  dedilər  ki,  seyid  qızısan, 
namaz qılan, quran oxuyansan. Heç narahat olma. Mən indicə 
gedib öz uşaqlarımı göndərərəm, avadanlığı məscidə  yığarlar. 
Sən də Zeynəblə birlikdə gəlib sahmana sal. Sabah tezdən işinə 
başla. 
Əfəndi dediyi kimi də oldu. 
Səhəri  gün  cmdırından  cin  ürkən  20  çağlı  5-6  yaşlı  uşaq 
bağçaya  gəldi.  Bu  əsil  mənada  “Danabaş  kəndinin  məktəbi” 
idi.  Uşaqdan  çox  iri  yaşlı  adamlar  anamın  nə  edəcəyinə  və 
bağçanın nə demək olduğuna tamaşaya gəlmişdi. 
Ana heç tədbirini pozmadı, uşaqlara Sabir, Səhhət, Şaiq və b. 
şerlərini söylədi. Onları həyətə çıxarıb “Qaçdı-tutdu”, “Siçan-
pişik”, “Bənövşə” və s. oyunları öyrətdi. 
Nahardan  sonra  uşaqlara  nağıl  danışdı.  Ana  o  qədər  təbii, 
sadə, şirin, həvəsli danışırdı ki, yaşlı adamların çoxusu hər gün 
gəlib qulaq asırdı. 
Ana uşaqlara mahnı öyrədirdi, sinədən gələn yapışıqlı səsilə 
“Durna”,  “Dovşan”,  “Keçi”,  “Göyərin  göy  çəmənlərim”, 
“Quzu” və s. uşaq mahnılarını oxuyurdu. Uşaqlara 4 və 8 saylı 

113 

 

hərəkətlər, sıra təlimi, qaçış, hündürlüyə və uzununa tullanma 
və s. öyrədirdi. 
Hər  bazar  günü  meşələrə  meyvə  yığmağa  gedirdik.  Onda 
Ucarla  Göyçayın  arası  meşəlik  idi:alça,  gavalı,  armud,  əzgil, 
alma, zoğal və s. yığırdıq, vəhşi heyvan çox idi. Ana çox cəld 
idi; ən hündür ağaclara çıxıb qoz çırpırdı. 
Xeyli  lavaşana,  quru  turşu,  qax,  qoz  və  mət  turşu 
düzəltmişdik, bir qədər yarma, quyruq yağı, yemiş qurusu və s. 
əldə etmişdik. Qış ehtiyatı idi. 
Həmin  yay  Əzizə  Gəncədə  qiyabi  pedaqoci  texnikumda 
sessiyada idi. Bir dəfə yanımıza gəlib 1-2 gün qaldı. 
Beləcə  5  ay  keçdi.  Ana  darıxdı,  payızda  kənd  şəraiti  ağır 
oldu, 
dözə bilmədi, və biz Bakıya qayıtdıq. 
      1937-39-cu 
illərdə ana bir neçə 50-60 yaşdı arvada yasin, 
quran  tapşırması,  süfrə  duası,  müxtəlif  mərsiyə,  hədis  və  s. 
öyrədirdi. Bu  arvad- lardan Molla Püstə xüsusilə  yadımdadır, 
çünki  onun  bizə  gəlib-getməyi  uzun  illər  davam  etdi.  Molla 
Püstə  və  o  biri  arvadlar  anadan  çox  yaşlı  olduqları  üçün  ana 
onlara  acıqlanmır,  səsini  ucaltmır,  bəzən  bir  cümləni  50-100 
dəfə  təkrar  etməli  olurdu.  Ana  nə  qədər  səbirli,  təmkinli 
müəllim  imiş!!!  Molla  Püstə  tam  savadsız  olduğu  halda  onu 
arvad  məclislərinin  mollası  vəzifəsinə  hazırlamaq  üçün  yazıq 
ana nə qədər əzab çəkdi. Amma hər halda Molla Püstə, Əsbət 
Xanım,  Xırda  Xanım,  Seyid  Xədicə,  Zivər  və  b.  Şagirdləri 
məclisə çıxara bildi. 
Zəif,  xəstəhal  ana  evə  az-çox  qazanc  gətirmək  üçün 
çalışırdı.  Onun  müxtəlif  fabrik-zavodlarda  8  saat  ağır  iş 
görməyə  gücü  çatmırdı.  Odur  ki,  1937-40-cı  illərdə  evlərdə 
müxtəlif  ev  arvadlarının  üzünü  alır,  bununla  da  evə  nəsə 
qazanc gətirirdi. Həmin illərdə bizim mənəvi dayağımız İzzət 
bacı, maddi dayağımız Meşədi  Gövhər xala və Badam bibi idi. 
Allah onlara qəni- qəni rəhmət eləsin. 
      1938-ci 
ilin ortalarında eşitdik ki, Seyid Rübabə nənə ilə 

114 

 

İrana getmiş Kərbəl    ayi Həcər gəlib. Ana, Gülsümxanım xala 
və mən Kəlbə Həcərin Buynanski küçəsinin Müxtədir küçəsilə 
kəsişdiyi  yerdə,  aptekin  üstündə  olan  evinə  getdik.  Əvvəlcə 
arvad üzə çıxmadı, uzun söhbətdən sonra aralığa gəldi, ana onu 
görcək qucaqlayıb öpdü, ağladı, anasını soruşdu. Kəlbə Həcər 
özünü  bilməməzliyə  vurdu,  dedi  ki,  mən  heç  yana 
getməmişdim,  nə  də  sənin  ananı  görməmişəm.  Gülsümxanım 
xala çox təmkinlə danışdı, and verdi, arvad dirəndi ki, məni nə 
çək-çövürə salırsız? Mən evimdən heç yerə getməmişəm, nə də 
Seyid  Rübabəni  görməmişəm.  Xülasə,  arvad  bizə  heç  nə 
demədi. Həmin vaxtlarda iranlı pasportu olanları İrana sürgün 
etməyə başladılar. Şəhərdə elə bir vanəfsa qopdu ki, deyərdin 
bütün şəhər matəmdədir. - kiminin qızı, kiminin bacısı iranlıda 
ərdə  idi,  kimisi  vaxtilə  İran  pasportu  almışdı  -  indi  məcburi 
şəkildə  İrana  getməliydi.  Cəmi  3  gün  vaxt  verilmişdi.  Bizim 
tanıdığımız adamlardan Seyid Rübabə nənənin bacılığı Meşədi  
Gülsüm,  nənənin  uzaq  qohumlarından  Kəbutər  və  əslən 
Tağılıdan,  Tağı  kişinin  qızı  Ağanisə  ailəsi  ilə  (Əri  Əkbər- 
Axanım  əmdostunun  qardaşı  idi)  gedirdi.  Meşədi    Gülsüm 
xalanın  Ərdəbilin  hansısa  bir  kəndində  qardaşı  oğlu  var  idi, 
dürüst  yerini  də  bilmirdi.  Kəbutərin  əri  İsgəndər  Kəbutərin 
şəklinin  dalına  adres  yazmışdı,  o  şəkli  də,  Kəbutərin  oğlu 
Abduləli  üzünü  çıxartmaq  üçün  apardı  və  müharibəyə 
gedərkən özü ilə birgə tələf oldu. Ağanisə və Əkbər isə məlum 
yerə  gedirdi.  Ana  bunlara  nə  qədər  qayğı  göstərdi,  nə  qədər 
kömək etdi, bunlara və cəmi gedənlərə yalvarıb and verirdi ki, 
imkan  edib  anamı  görün,  deyin  ki,  qayıdıb  gəlsin. 
Dalanımızdakı 3 həyətdə 10 ailə yaşayırdı. Hər axşam (aprel-
sentyabr ayları) Məlik əmi dalanın ağzında səkini süpürüb su 
çiləyər, hərə bir palaz gətirib döşəyər, kimi çay, kimi tum, ucuz 
konfet, bəzən halva, dolma və s. Kimi xörəklər gətirər, azacıq 
söhbətdən sonra Əziz əmi nağıla başlayardı. Ən çox danışdığı 
“Ceyfəlmülk”,  “İbrahimin  nağılı”,  “Bağdagül”,  “Məlik-

115 

 

məmməd”,  “Yetim  Əmrah”  və  b.  idi.  Çox  maraqlı,  canlı 
danışardı.  Sonralar  (bu  nağıllar  çap  ediləndə)  bildik  ki, 
çoxusunu  özündən  quraşdırırmış.  Bəzən  də  öz  həyatından 
(əslən  Cənubi  Azərbaycandan  idi)  elə  qəribə,  ağlasığmaz 
əhvalatlar danışırdı ki, adamın ağzı açıla qalırdı: guya xan oğlu 
imiş,  brilyantdan,  yaqutdan,  almazdan,  zümrüddən  dişləri  var 
imiş.  Hədsiz  gözəl  olduğu  üçün  küçədən  keçməyə  imkan 
tapmırmış- hamı tamaşaya çıxırmış. 
Qəribədir,  o  mənəvi  və  maddi  sıxıntılıq  illərində  hər  il 
mayın  2-də  Yasamala  gəzintiyə  çıxardıq  -  bütün  dalan  əhli 
birlikdə.  Nəzərə  alın  ki,  Sovet  küçəsindən  o  yana  nəqliyyat 
yox  idi.  Biz  vedrələrlə  su,  samovar,  odun,  yemək  şeyləri, 
palaz, döşəkçə və s. aparır, gün batana qədər çöldə olurduq. 
Oktyabr  və  May  bayramlarında  İzzət  bacının  nəzarəti 
altında  beşmər-  təbənin  altına  gedir,  oradan  keçən  nümayişə 
baxırdıq.  Axşam  İzzət  bacı  bizi  tramvaya  mindirib  binaların 
üst
ündə yanan işıqları göstərirdi. 
İnsanlar bir-birinə o qədər mehriban, qayğıkeş idi ki, mən o 
rəhmətlikləri  “əmi”,  “xala”  adlandırır,  tez-tez  ruhlarına  yasin 
oxuyur,  salavat  çevirirəm.  Ağlım  kəsəndən  evimizi  yığıncaq 
yeri  görmüşəm,  ərindən,  oğlundan  küsən,  hökumətdən  qaçaq 
düşən,  xəstə  olub  Bakıya  müalicəyə  gələn,  bazarlığa  gələn 
mütləq gəlib bizdə qalırdı. Əvvəllər Seyid Rübabə nənə, sonra 
isə ana bunlara əncam çəkir, həkimə, bazara aparır, barışdırır, 
yedirirdi.  Evimizdə  Garısdan  Curuğ  kişi,  Tağılıdan  Fərrux, 
Tavadan  Əlməmməd,  Qəfərlidən  Göyçək,  Maşad  Oruc  və  b. 
aylarla qalıb müalicə olunurdu. 
       1937-
ci  ilin  payızında  Maşad  Oruc  bizdə  vəfat  etdi. 
Yanında  adamı  yox  idi.  Yazıq  ana  məcbur  olub  onu 
Çəmbərəkənd qəbirisantılığında dəfn etdiridi. 
Bunun  kasıb,  cavan  qadın  üçün  nə  qədər  çətin  olduğunu 
təsəvvür etmək də ağırdır. 
Həmin illərdə məscidlər bağlandığı üçün evimiz təziyə yeri 

116 

 

olmuşdu  -  mərsiyə  deyilir,  hədislər  danışılır,  quran,  yasin 
oxunur, ehsan verilirdi. Ev də, həyət də “məscid arvadları” ilə 
dolu 
olurdu, çox vaxt yatmağa da yerimiz olmurdu. 
Bax, biz belə bir şəraitdə yaşamışıq. 
Lakin  nəinki  evdə,  həyətdə,  hətta  dalanımızda  belə  hamı- 
İzzət bacı, Gülsümxanım xala, Məlik əmi, Xeyransa xala və b. 
bizi  düzlüyə,  təmizliyə,  elm  oxumağa,  yaxşılığa  dəvət  edir, 
qoruyurdu.  Onsuz  da  bizim  küçəyə  çıxmaq,  tində  durmaq, 
məhlədə  söhbət  etmək,  “küçə  uşaqları”  ilə  oynamaq 
hüququmuz yox idi. Məktəb - ev - məktəb - işimiz və yolumuz 
bu idi. 
Nənəmiz kimi anamız da çox əliaçıq adam idi. Kəndlərdən 
gələn  nəzir  və  payı  (yağ,  pendir,  yumurta,  yarma,qatıq  və  s.) 
təcili olaraq xırda boşqablara yığar və bizi məcbur edib bizdən 
kasıblara  qapı-qapı  paylatdırardı.  Anamız  “əlsiz-ayaqsıza 
kömək  etməli”  prinsipini  əsas  tutaraq  bizi  təkcə  özümüz  və 
İzzət bacı üçün deyil, qonşular üçün də su gətirməyə (azı 500 
m məsafədən), çörək, neft almağa göndərirdi. 
Şəxsən mənim o illərdə (hələ lap çox sonralar da) təzə paltar 
geydiyim  yadıma  gəlmir.  Hansısa  köhnə-külədən  ana 
mənimçün “təzə” paltar tikir, papaq düzəldirdi. Yeməyimiz də 
belə.  Təkcə  özümüzçün  oturub  çörək  yedi-  yimiz hallar 
olmayıb; kimsə, ya uzaq yerli qonaq, ya da hansısa bir məscid 
arvadı  boğazımıza  ortaq  çıxıb,  qabımıza  qoyulan  küftə,  ət, 
dolma və s. müxtəlif üsullarla götürülüb, bunlara verilib. 
İndi,  üstündən  60-65  il  keçəndən  sonra  da  mən  nənə  və 
anamızın  bu  qeyri-  adi  hərəkətlərinə,  bu  ideal  insanlıq 
duyğularına  ad  verə  bilmirəm,  axı  bizim  özümüzün  heç  bir 
gəlir mənbəmiz olmadığı, yalnız nəzir - niyazla dolandığımız o 
illərdə  saysız-hesabsız  yiyəli  və  yiyəsiz  bədbəxtlərə,  dövlətin 
dilənçi  etdiyi,  sərgərdan  adamlara,  əsil  fanatik  olan  insanlara 
kömək  etməyə,  onlara  mənəvi  və  maddi  dayaq  olmağa 
ixtiyarımız  var  idimi?  Özümüzü  narahat,  yuxusuz,  yarıac 

117 

 

qoyub  başqalarına  kömək  göstərməkdə  haqlı  idikmi?  Axı 
bizim evə gələn nəzir və paylar bizim gen-bol dolanaışığımıza 
kifayət edərdi? Nə üçün, hansı amal, hansı ideya xatirinə nənə 
və  onun  müti  qulu  olan  ana  bizi  həm  özlərini,  həm  də 
başqalarına xidmət etməyə, əlindəki sonuncu tikəsini özgələrə 
verməyə vadar edirdilər? Axı nənə və ananı bu işə təhrik edən 
yox idi! Bəs insanlara bu qədər rəhm, səxavət, əl yetirmək hissi 
hansı tərbiyənin nəticəsi idi? Elə bu tərbiyənin nəticəsi deyilmi 
ki, biz indi də insanlara təmənnasız xidmət edir, “çox sağ ol” 
kəlməsini də eşitmək istəmirik? 
Bəli,  məhz  bu  tərbiyənin  nəticəsidir  ki,  biz  həyatda  alışan 
imarətlər, qızıl- gümüşlər toplaya bilmədik. Lakin nənə, ata və 
anamızın adından heç də geri olmayan ad-san, şöhrət qazandıq. 
Adımız hər yerdə hörmətlə çəkildi. 
Övladlarımız da yaxşı oldu: sənət sahibi, ev-eşik sahibi, özünə 
görə hörməti və dolanacağı. 
Ömür keçir, bəlkə də keçib... Bu gün geriyə, 60-65 il əvvələ 
nəzər  salanda  görürəm  ki,  nənə,  ata  və  anamız  deyəsən  elə 
düzgün  yol  tutublarmış.  Həyatın  mənası  insanlara  xidmətdə, 
tərbiyəli övladlar yetişdirməkdə imiş. 
 
 
 

118 

 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə