SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə6/12
tarix29.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

D
əymiş çoxdur, kal almağa gəlmişəm. 
 
Üzün görc
ək meyit olsa dirçəlir, 
Əlin tutan ömrü boyu dincəlir
Dinm
əməyin mənə daha xoş gəlir, 
Dilli çoxdur, lal 
almağa gəlmişəm. 
 
Əfqaninin vardır doğru ilqarı, 
S
ən olmusan indi könül sərdarı, 
Aç p
ərdəni, soyun palı-paltarı, 
Müştəriyəm, mal almağa gəlmişəm. 
 
1953 
 
QARDAŞIM  
 
Neç
ə müddətdi ki, zillət içində, 
Ç
əkirəm ahu-vay, aman, qardaşım. 
İllər əziyyəti, ayrılıq dərdi, 
Etmiş əlif qəddim kaman, qardaşım. 
 
Yağı düşmən durub mənim qəsdimə, 
Utanmayıb böhtan atdı üstümə, 
Od tuturam, g
ələn yoxdur tüstümə, 
M
əni çox incidir zaman, qardaşım. 

77 

 

 
 
Qalxıb asimanə naləvü ahım, 
Özüm d
ə bilmirəm nədir günahım, 
B
əlkə də açılar mənim sabahım, 
Tezlikl
ə dağılar güman, qardaşım. 
 
 
 
 
 
 
30.03. 1956 
 
QARA BAXTIM  
 
Tutubdur gözünü q
əflət yuxusu, 
İnsaf elə, dayan, ay qara baxtım. 
M
ənə çəkdirdiyin dərdü bəladan, 
Özün d
ə ol əyan, ay qara baxtım. 
 
Neç
ə illərdir ki, əziyyətdəyəm, 
Ah-nal
ə içində, müsibətdəyəm, 
Birc
ə Allah bilir nə möhnətdəyəm, 
Söyl
ə, yoxmu həyan, ay qara baxtım? 
 
Ümidim k
əsilib indi hər yandan, 
Ağrıyır bədənim, bezmişəm candan, 
Əyər yolun düşsə Azərbaycandan, 
Halım elə bəyan, ay qara baxtım. 
 
Göz yaşı tökürəm qara zindanda, 
Buludlar görünür indi h
ər yanda, 
Artıq tab qalmayıb Miskin Əfqanda
B
əsdir, daha dayan, ay qara baxtım. 
 
 
 
 
 
 
 
 
1955 
 

78 

 

 
 
SƏN OLDUN  
 
Bu qara zindanda zill
ət çəkəndə, 
M
əni eşq oduna salan sən oldun. 
Q
əmlər mənim əlif qəddim bükəndə, 
D
ərdimə, qeydimə qalan sən oldun. 
 
M
ənə həyat verən bal dodağından, 
Ehtiras süzül
ən gül yanağından, 
Gül verm
ək istəyən güllü bağından, 
Əğlimi, huşumu alan sən oldun. 
 
Gah naümid edib, gah inandırıb, 
Gah sabaha kimi oda y
andırıb, 
Min işarə ilə sözün qandırıb, 
Əfqanın qəlbini çalan sən oldun. 
 
 
 
 
 
 
 
 
1956 
 
SABAHI GÖZLƏYİR GÖZLƏRİM MƏNİM  
 
Baxaraq gec
ənin qaranlığına,  
Sabahı gözləyir gözlərim mənim. 
Q
əlbim dərya kimi coşub çağlayır, 
Axır, dayanmayır sözlərim mənim, 
Sabahı gözləyir gözlərim mənim. 
 
G
əliniz dağıdaq bu zindanları, 
Qurtaraq zülümd
ən növcavanları, 
M
əhv edək qaniçən hökmüranları, 
Onda qüvv
ət tapar dizlərim mənim, 

79 

 

Sabahı gözləyir gözlərim mənim. 
 
Tutmasın sizləri qəflət yuxusu, 
Artıq hiss olunur vurmuş qoxusu
Durm
ayın tərəfdir bizə çoxusu, 
Qorxmayın, minlərim, yüzlərim mənim, 
Sabahı gözləyir gözlərim mənim. 
 
Misgin 
Əfqaniyəm, dönmərəm yoldan, 
Keçmişəm el üçün baş ilə candan, 
Azadlıq dərdidir məni saraldan, 
Odur dayanmayır sözlərim mənim, 
Sabahı gözləyir gözlərim mənim. 
 
 
 
 
 
 
 
1949 
 
OĞLUM 
 
Sabahkı davaya şir tək gir, oğlum, 
Yağı obamızı almasın gərək. 
Düşmən orduların edək tarümar, 
Davanı yadına salmasın gərək. 
 
İndidən səngərlər olsun məskənin, 
Qoru h
ər küncünü ana vətənin, 
Bizim ölk
əmizə girən düşmənin, 
Daşı daş üstündə qalmasın gərək. 
 
Amansız əsgər ol, bağla qolları, 
Xainin qanıyla boya kolları, 
H
ər axşam gözləyir uzaq yolları, 
Anan düşüncəyə dalmasın gərək. 
 

80 

 

Fild
ən də böyük ol, olma qarınca, 
Atan 
Əfqanitək sarıl qılınca, 
Zalımdan qisası biz almayınca, 
İsrafil surunu çalmasın gərək. 
 
Haydı irəliyə, haydı, keç oğlum, 
Düşməni parçala, doğra, biç, oğlum. 
 
 
İNSAN  
 
Ayıl bu qəflətdən, eşit sözümü, 
Ey gözü torpaqdan doymayan insan. 
Qocalıb dünyadan gedən gündə də, 
Pisliyin 
əlindən qoymayan insan, 
Ey gözü torpaqdan doymayan insan. 
 
Varın çoxaldıqca yoldan azırsan, 
Günd
ə birisinə quyu qazırsan, 
Böhtan qurayırsan, ərzə yazırsan, 
Gec
əni dincəlib uymayan insan
Pisliyi 
əlindən qoymayan insan. 
 
Özgeynen oturub, özgeynen duran, 
Qohumnan, 
qardaşnan aranı vuran, 
Min hiyl
ə işlədib, fırıldaq quran, 
Atanı, ananı saymayan insan, 
Gec
əni dincəlib uymayan insan. 
 
Özünü düşünüb özündən deyən, 
T
əzəyə qıymayıb köhnəni geyən, 
Qonşuyla savaşıb, obanı söyən, 
 

81 

 

Kims
ənin dərdini duymayan insan, 
Atanı, ananı saymayan insan. 
 
Haram tik
ə yeyib, şərabı içən, 
Al
əmi qayçıtək doğrayıb biçən, 
Dövl
ətçün namusdan, qeyrətdən keçən, 
Bir k
əsə bir qəpik qıymayan insan, 
Kims
ənin dərdini duymayan insan. 
 
Sanma, K
ərbəlayi söyləyir lafı, 
Eşit, bu sözlərdi sözlərin şahı, 
Doğru yola qayıt, tanı Allahı, 
Ey qara torpaqdan doymayan insan, 
Bir k
əsə bir qəpik qıymayan insan. 
 
 
QARA GEYDİ AZƏRBAYCAN  
 
H
ər obada, hər ulusda, hər şəhərdə qopub tufan, 
H
əyətlərdə, küçələrdə, meydanlarda tökülür qan, 
Yasa batıb Bakı, Gəncə, Şuşa, Qazax, Şəki, Şirvan, 
Dün
ən bizə dost deyənlər bu gün olub qatı düşman, 
Neç
ə igid oğlu-qızı bir gecədə getdi qurban, 
İnildədi, sızıldadı, qara geydi Azərbaycan. 
 
Sorub d
ərin quyulardan apardılar neftimizi, 
Yayın qızmar günlərində işlətdilər qultək bizi, 
“Dinm
ə!” deyib susdurdular “imdad!” deyən dilimizi, 
A
ğır taylar daşıtdıb sındırdılar belimizi, 
Dağladılar sinəmizi, söylədilər yenə qan-qan, 
İnildədi, sızıldadı, qara geydi Azərbaycan. 
 
 

82 

 

Əskilmədi başımızdan göydən gələn minbir qada, 
Dinü iman, elmü s
ənət, namus-qeyrət getdi bada, 
Neç
ə millət oğulları satıldılar pula, ada, 
X
əcil olduq, rüsvay olduq, zəlil olduq bu dünyada, 
Neç
ə qansız, din-imansız bu torpaqda sürür dövran
İnildədi, sızıldadı, qara geydi Azərbaycan. 
 
QALIB 
 
Çürüyür çoxları indi Sibirdə, 
Keçir ömürl
əri çoxu qəbirdə, 
Öls
ək rahat olaq bəlkə qəbirdə, 
N
ə vuruşma qalıb, nə üsyan qalıb, 
N
ə təşkilat qalıb, nə meydan qalıb. 
 
Rusiya ç
əkibdir sinəyə dağı, 
Artırır gün-gündən zülmü, fərağı, 
Sön
üb işıldayan ümüd çırağı, 
N
ə Tövrat, nə İncil, nə Quran qalıb, 
N
ə kafər, nə də ki, müsəlman qalıb. 
 
Tük
ənib  qalmadı, malü mülkü var, 
Artıb ürəklərdə həsrət, intizar, 
Gedibdir 
əvvəlki hüquq, ixtiyar, 
N
ə Gəncə, Qarabağ, Naxçıvan qalıb, 
N
ə Bakı, nə Şəki, nə Şirvan qalıb. 
 
 
QALIB 
 
Neç
ə illərdir ki, əziyyətdəyik, 
N
ə səhhət, nə taqət, nə də can qalıb. 
D
ərdü qəm əlindən müsibətdəyik, 

83 

 

N
ə hörmət, nə şöhrət, nə də şan qalıb, 
N
ə həvəs, nə istək, nə də can qalıb. 
 
 
Gedibdir 
əvvəlki gözəl zəmanə, 
Əlif tək qəddimiz dönüb kəmanə, 
Qulaq asan yoxdur ahu f
əğanə, 
N
ə etiqad qalıb, nə aman qalıb, 
N
ə fədakar qalıb, nə qurban qalıb. 
 
Vurulub sin
əyə çoxlu yarələr, 
Analar bağlayıb indi qarələr, 
D
ərdlər artıbsa da yoxdur çarələr, 
N
ə məlhəm, nə dəva, nə dərman qalıb, 
N
ə əlac, nə şəfa, nə Loğman qalıb. 
 
Çoxları vətəndən dərbədər olmuş, 
H
əqiqət yerinə hakim şər olmuş, 
Etibar, m
əhəbbət dönüb zər olmuş, 
N
ə aqil, nə adil, nə insan qalıb, 
N
ə alim, nə cahil, nə ürfan qalıb. 
 
1948 
 
QARDAŞLARIM 
 
N
ə vəd etsələr bizə, yalandı, qardaşlarım, 
Oyanın vaxt yetişib, amandı, qardaşlarım. 
Onlar talan etdil
ər Şəki, Şirvan mülkünü, 
Onlar yasaq etdil
ər muğamatı, türkünü, 
Onlar “dahi” etdil
ər Yusif kimi tülkünü
V
ətənin hər guşəsi zindandır, qardaşlarım. 
 

84 

 

Onlar aldı millətin nahaq yerə qanını, 
Onlar aldı hamının dinini, imanını, 
Onlar sordu mill
ətin iliyini, qanını, 
 
Torpağımız büsbütün virandı, qardaşlarım, 
Mill
ət düşüb ayaqdan, giryandı, qardaşlarım. 
 
Onlar oldu h
əmişə erməninin qardaşı, 
Onlar biz
ə qoydu ad “çuçmek” ilə ”yoldaşı”, 
Onlar viran qoydular yüz minl
ərlə dam-daşı, 
Günü-günd
ən halımız yamandı, qardaşlarım, 
Hazır olun, qarşıda tufandı, qardaşlarım. 
 
Onlar biz
ə gətirdi içki, qumar, rüşvəti, 
Onlar ç
əkib apardı milyonlarca sərvəti, 
Onlar qula çevirdi bütün eli, mill
əti, 
Yollarımız çiskindi, dumandı, qardaşlarım,  
Aldanmayın ruslara, düşmandı, qardaşlarım. 
 
1948                  
 
AĞLARAM  
 
Başına döndüyüm ellər, obalar, 
Əldən gedib nazlı yarım, ağlaram, 
Qalmayıbdır tabü tavan səbr edəm, 
Ərşə çıxıb ahu-zarım, ağlaram. 
 
Ağlamaqdan bir cüt gözüm kor oldu, 
Qanlı yaşım səhralara car oldu, 
Yar özü getm
ədi, vallah, zor oldu, 
Əldən aldı ixtiyarım, ağlaram. 
 

85 

 

Lal olubdur, bir söz dey
ən dilim yox, 
Gülşən baxçasında qönçə gülüm yox, 
M
ən candan bezmişəm, ucuz ölüm yox, 
X
əzan olub növbaharam, ağlaram. 
 
Kasıb olan yar sevməsin dünyada, 
Əgər sevsə, yetməz olur murada, 
M
əcnunsifət olub qaldım arada, 
Sızıldaşır yaralarım, ağlaram. 
 
Zal
ım fələk aşiqlərə cövr elər, 
Sin
əm başı tüstüləyər, qövr elər, 
Uçar könlüm quşu, qəfil dövr elər, 
Yara dey
ər intizarım, ağlaram. 
 
N
ə müddətdir yarı görə bilmirəm, 
Siyah tell
ərini hörə bilmirəm, 
Barısı ucadır, girə bilmirəm, 
Yoxdur birc
ə havadarım, ağlaram.          
           
 
BİLMİRƏM 
 
İsmi pünhan, həsrətindən yanıram, 
Neynim ki, sizl
ərə gələ bilmirəm, 
X
əlayiq çıxıbdır seyri-gülşənə, 
Bir eynim açılıb gülə bilmirəm. 
 
Yar ged
əli həftə keçdi, ay oldu, 
Bahar ötdü, isti düşdü, yay oldu, 
Axdı gözüm yaşı, billah çay oldu, 
Canımdan bezmişəm, silə bilmirəm. 
 

86 

 

Q
əmli könül, heç şad olub gülmədin, 
Yara qovuşmağa çata bilmədin, 
Yar deyir, arsızsan, dözdün ölmədin, 
Özüml
ə deyil ki, ölə bilmirəm. 
 
 
 
 
OĞUL  
 
Əyər ucalsan da Qaf dağı kimi, 
Ağsaqqal döşündə uşaq ol, oğul! 
İnsanı kobudluq alçaldar, inan, 
Çalış ipək kimi yumşaq ol, oğul! 
 
N
ə qədər olsa da varın-dövlətin, 
Dünyanı tutsa da şanın-şöhrətin, 
Q
ədir-qiymətin bil elin-millətin, 
Kasıba, fağıra dayaq ol, oğul! 
 
Yol ç
əkdir, körpü sal, varsa imkanın, 
Arxa-köm
əyi ol elin-obanın, 
S
ən də bir oğlusan Azərbaycanın, 
H
əmişə keşikdə sayaq ol, oğul! 
 
Bir k
əsi incitmə, nə də ağlatma, 
Əyri yollar ilə mənsəbə çatma, 
Nam
ərd kölgəsində, amandı, yatma, 
Evind
ə, işində oyaq ol, oğul! 
 
Bir ölm
əkdən ötrü demə yalanı, 
Dağıtma boş yerə əldə olanı, 
Ev
ə dadandırma hər cür tulanı, 
Alçaq adamlardan uzaq ol, oğul! 
 

87 

 

D
ərdli adamların dərmanı ol sən, 
X
əstə kimsələrin Loğmanı ol sən, 
Yaxşı adamların qurbanı ol sən, 
Yolun azanlara mayaq ol, oğul!  
 
X
əbərçilik edib, danışma böhtan, 
Bir k
əsə şahidlik etmə nahaqdan
Ən ağır gündə də əl üzmə haqdan, 
M
ənzil yaxınlaşır ayaq ol, oğul! 
 
 
 
 
QEYRƏTİN 
 
Bir yanar at
əşə atılıb vətən, 
Özg
ə torpağına qatılıb vətən, 
Düşün, neçə dəfə satılıb vətən, 
Axı talan olur varın, dövlətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Xocalıda əyilmişdi belimiz, 
Şuşa, Laçın lal eylədi dilimiz, 
K
əlbəcərdə rusvay oldu elimiz, 
Ayaq altındadır namus, ismətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Neç
ə obaları düşmən alıbdı, 
Neç
ə sinələrdə dağlar qalıbdı, 
Kim s
əni endirib taxtdan salıbdı? 
Nec
ə götürürsən elin, töhmətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Koroğlu yurdunda yağı gəzərmi? 
Şahin məskənində quzğun süzərmi, 

88 

 

Söyl
ə, kişi olan buna dözərmi? 
S
ənsənmi varisi keçmiş şöhrətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin. 
 
Düşməndə Murovtək dağlar qalıbdı, 
Meyv
əli bağçalar-bağlar qalıbdı, 
Yeddi 
milyon adam ağlar qalıbdı, 
Yoxsa tük
ənibdir gücün, qüvvətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Dey
ən unutmusan əhdi-ilqarı, 
Atmısan namusu, qeyrəti, arı, 
Kiminçün yığırsan dövləti, varı, 
Haradır səfərin, nədir niyyətin? 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Adam oğurlayır, meyid satırsan, 
Silah çırpışdırır, ara qatırsan, 
Pul üçün v
ətəni, eli satırsan, 
X
əyanət, dönüklük olub sənətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Yoxsa unutmusan Bab
ək babanı, 
Koroğlu, Nəbi tək cəddü-əbanı, 
Niy
ə tərk edirsən eli-obanı? 
B
əlkə Rusiyada artır sərvətin? 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Utan, x
əcalət çək öz əməlindən, 
Dönmüs
ən dinindən, ana dilindən, 
Kişi də qaçarmı doğma elindən, 
Geri qayıtmağa varmı cürətin? 
B
əs hanı vüqarın, hanı qeyrətin? 

89 

 

 
Əl çək bu alverdən, burax tamahı, 
Eşit göyə qalxan naləvü-ahı, 
Düşün millətini, düşün sabahı, 
Ayaq altındadır namus, ismətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
Burax bird
əfəlik bu təbliğatı, 
Burax bu şayiə, bu təxribatı, 
İnan ki, yetişib qisas saatı, 
Nec
ə götürürsən elin töhmətin, 
B
əs hanı vüqarın, hanı qeyrətin? 
 
 
 
 
 
 
1994 
 
YUSİF  
 
S
ən gələli bizim Azər elləri, 
Çılpaq olub, tamam ac olub, Yusif! 
İşləməkdən əyilibdir belləri, 
Bir-birin
ə tamam qaç olub, Yusif! 
 
 
Tamam m
əhsulları bizdən alırsan, 
İldırımsan, başımızda çaxırsan, 
Söz düm
əmiş zindanlara salırsan, 
Neftimiz başına tac olub, Yusif! 
 
Əvvəl qanad verdin, göyə apardın, 
Sonra is
ə dilimizi qopardın, 
Qızımızı, gəlnimizi apardın, 
Harada bu q
ədər bac olub, Yusif? 
 
Yaxşı saldın başımıza daşı sən, 
Axıdırsan gözümüzdən yaşı sən, 

90 

 

Uzaq etdin bizd
ən əti, aşı sən, 
Yediyimiz t
ək umac olub, Yusif! 
 
İndi nə eləsən özün bilərsən, 
Əhmədin qətlinə fərman verərsən, 
Zaman keç
ər, bir də baxıb görərsən, 
Taxtın sənin lap tarac olub, Yusif! 
 
STALİNDİR DÜŞMƏNİM  
 
Axaraq dayanmayır qanlı yaşlar gözümdə, 
Əziyyətin izi var vaxtsız solan üzümdə, 
Qalmayıbdır taqətim ayağımda, dizimdə, 
Əriyir bir şam kimi günbəgündən bədənim, 
 
 
 
 
Stalindir düşmənim
 
Neç
ə igid cavanlar can çürüdür zindanda, 
Körp
ələr “çörək” deyib dilənirlər meydanda, 
Heç bir h
üquq, azadlıq qalmayıbdır insanda, 
Ayaqların altında qul olubdur vətənim, 
 
 
 
 
Stalindir düşmənim
 
Əfqanın ömrü seltək bir an durmadan axır, 
Z
əmanə mən miskini daim yandırıb yaxır, 
Gözl
ərim min həsrətlə sabahkı günə baxır, 
Öl
əndən yüz il kecə, səs verər qəbrim mənim, 
 
 
 
 
Stalindir düşmənim
 
1949 
DİL BAĞLI 
 
Ay h
əzarat, bir zamanda yaşaram, 
İxtiyar yox, ayaq bağlı, qol bağlı. 

91 

 

Müşgül olsa viladan
1
 
qoşaram, 
B
əkçisi çox, qapı bağlı, yol bağlı. 
 
Hüququm yox dey
əm ürək sözümü, 
“Görm
ə” deyib bağlayıblar gözümü, 
Bu meydanda t
ək görürəm özümü, 
Mill
ət avam, ağız bağlı, dil bağlı. 
 
M
ən Əhmədəm, bu zillətə dözmərəm, 
Yad bağından qönçə güllər üzmərəm, 
C
ənnət olsa, belə yerdə gəzmərəm, 
Qarşı zülmət, arxa, sağü sol bağlı. 
 
KÖNLÜM  
 
İllər boyu yar yolunda qan ağlayanda, 
Bilmirdim ki, bir cocuqsan, 
əfsanə könlüm! 
S
əhər-axşam neyçin adın əzbərləyirsən? 
İtirmisən əğli, huşu, divanə könlüm! 
 
Faydasızdır, yar başına dolanma bir də, 
Ayağının torpağına bulanma bir də. 
Z
əhmət çəkib ətəşinə qalanma bir də, 
Axır bir gün yanacaqsan, pərvanə könlüm! 
 
Kim des
ə ki, dostam sənə, söyləyir yalan, 
Ür
əyində bir sirri var, etməyir bəyan. 
İpək olma, cismi-tənin olacaq talan, 
Dost yolunda düşməndinmi zindanə, könlüm? 
 
1
 Vila- vilayət, ölkə. 

92 

 
                                                           

Gec
ə-gündüz qan ağlama, qəlbən yar olmaz, 
Yad oğlunda sevgi olmaz, etibar olmaz. 
Aman baxtım, neçin səndə namus, ar olmaz? 
Ömür keçdi, gün verm
ədin Əfqanə, könlüm! 
 
 
OLSUN 
 
(Əzizə bacımın ad gününə) 
 
Arzum budur, görm
əyəsən zərrə qəm-kədər, 
Gün
əş sənin, ulduz sənin, ay sənin olsun. 
Arzum budur, heç z
əhmətin getməsin hədər, 
Kainatda 
ən qiymətli pay sənin olsun. 
 
Arzum budur heç axmasın göz yaşın üzə, 
Yaş hesabın çatdırasan bir neçə yüzə, 
Arzum budur, gec
ələrin dönsün gündüzə, 
Q
əlbi dağlar, göy səmalar, çay sənin olsun. 
 
Arzum budur, k
əsb edəsən ən uca ad-san, 
Yer üzünd
ə sən olasan hakimi-dövran, 
Arzum budur, s
əcdə etsin sənə hər insan, 
Kaman s
ənin, qaval sənin, ney sənin olsun. 
 
Arzum budur, düşmənlərə qələbə çalaq, 
Qızılgül tək hər fəsildə ətirli qalaq, 
Arzum budur, g
ələn ildə bir yerdə olaq, 
Əfqani də, sevdiyin də, ay sənin olsun. 
 
1955 
 
 

93 

 

BİR YADİGAR OLSUN SƏNƏ  
 
(Bacım Əzizəyə)  
 
Deyirs
ən ki, sən gedirsən, bir yadigar burax mənə
Düşünürəm xeyli vaxtdır, bir şey varmı verim sənə, 
V
ətənimçin yanağıma süzələnən dənə-dənə, 
M
ənim ilkin göz yaşlarım bir yadigar olsun sənə. 
 
Düşünürəm, bir əbədi şey varmı ki, yadigarlıq, 
Baxıb ona xatirinə gələ keçmiş vəfadarlıq, 
H
ər qırpımda anlaşılan təmiz ürək, düz ilqarlıq, 
Dünyaya ilk baxışlarım bir yadigar olsun sənə. 
 
Miskin canım bir gül kimi tez açılıb tez solsa da, 
Əfqaninin ürəyinə qara qurşun lap dolsa da, 
Bu çox ucuz, çox tapılan, çox da sadə şey olsa da, 
İlk ürək çırpınışlarım bir yadigar olsun sənə. 
 
1949 
 
GƏL, EY SƏHƏRİM, GƏL  
 
H
ər bir açılan sübh mənə olsa da əngəl, 
 
 
 
 
G
əl, ey səhərim, gəl. 
Dövran m
əni hər ləhzə kəsib etsə də xingəl,  
 
 
 
 
G
əl, ey səhərim, gəl. 
Kim söyl
əsə: dünyadə vəfa var, mən inanmam, 
Azad
ə həyat, zövqü səfa var, mən inanmam. 
Bir müşkülə, bir dərdə dəva var, mən inanmam. 
Ömrüm keçib
ən son günüm tez çatsa da sən gəl, 
 
 
 
 
G
əl, ey səhərim, gəl. 
 

94 

 

Əfqanidi namim, vətənim cənnəti-Şirvan, 
G
ənc ikən hələ oldu yerim bir qara zindan, 
Sağ qalsam əgər, mən də ona udduracam qan, 
Dövran is
ə öz intiqamın alsa da əvvəl, 
 
 
 
 
G
əl, ey səhərim, gəl. 

95 

 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə