SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə5/12
tarix29.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

BİLMƏDİM 
 
El
ə bir zamanda keçirdim ömrü, 
Ağladım, göz yaşım silə bilmədim. 
Eşqidən Məcnun tək düşdüm çöllərə,  
Al
əm mənə güldü, gülə bilmədim. 
 
Dolaşdım dilləri əfsanələrtək, 
Yandım eşq oduna divanələrtək, 
D
ərd əlindən oldum məstanələrtək, 
Kim m
əni tulladı selə, bilmədim. 
 
Əfqanam, açmadım dərdin düzünü
Bir dey
ə bilmədim ürək sözünü, 
Bütün ömrüm boyu, ömrüm uzunu, 
Neçin yaşayıram, bilə bilmədim. 
 
1961 
 
 
 

57 

 

İLAHİ  
 
Bilm
ədim nə idi mənim günahım, 
H
əmişə göz yaşım axdı, İlahi? 
Bir an azalmadı naləvü ahım, 
Z
əmanə yandırıb yaxdı, İlahi! 
 
Dünyad
ə hamını bir dost bilərdim, 
Kim ki, ağlasaydı, yaşın silərdim, 
Kim
ə ki, canımı qurban verərdim, 
M
ənə düşman kimi baxdı, İlahi! 
 
Kimin ki, dizin
ə qoydum başımı, 
O, z
əhər elədi hər gün aşımı, 
M
əndən uzaq saldı yar-yoldaşımı, 
Bir ildırım kimi çaxdı, İlahi! 
 
N
ələr deyilmədi mənim adıma, 
Bir kims
ə olmadı yetsin dadıma,  
Ür
əyim daima qol-qanadıma, 
Köl
əlik zəncirin taxdı, İlahi! 
 
1962 
 
OLDUM 
 
 
Ömrünün çırağı səndin dünyada, 
M
ən sənin başına pərvanə oldum. 
Adım Məcnun kimi düşdü dillərə,  
Özüm s
əhralarda divanə oldum. 
 
Bu dünya işində mən oldum naşı, 
Axıtdım üzümə qanlı göz yaşı, 

58 

 

Əydim əlif qəddi, ağartdım başı, 
Cavan vaxtlarımda piranə oldum. 
 
Ağladım adıma Əfqan dedilər,  
Eşqimi duymayıb böhtan dedilər, 
Olmaz s
ənin kimi insan dedilər,  
Bu fani dünyad
ə əfsanə oldum. 
 
1961 
 
ZƏMANƏ MƏNİ 
 
Başına döndüyüm yadelli qardaş, 
İncidir bu dövrü-zəmanə məni, 
Dostun x
əyanəti, əğyarın sözü, 
Əyib döndəribdir kəmanə məni, 
İncidir bu dövri-zəmanə məni. 
 
İtirdim dövləti mülki-varımı, 
Çoxları eşitdi ahu-zarımı, 
Alıb hüququmu, ixtiyarımı, 
Qatdılar bir bölük nadana məni, 
İncidir bu dövrü-zəmanə məni. 
 
Əfqanə kar aşmaz zərdən, zibadan, 
Viran ölk
ə ola bilməz abadan, 
Zülmil
ə ayırıb eldən, obadan, 
Saldılar çiskinə, dümanə məni, 
İncidir bu dərdi zəmanə məni. 
 
1960 
 
 

59 

 

DƏDƏ 
 
Birc
ə soruşmadın mənim dərdimi, 
H
əvəs eyləmədin dərmanə, dədə. 
Ahu-zar etm
əkdən üzüldü canım, 
Az 
qalıb ki, olam divanə, dədə. 
 
D
ərdim bilib bir halıma qalmadın, 
M
ənlə onu tək otağa salmadın, 
Sevdiyimi birc
ə xəbər almadın, 
Oxşadın insafsız sultanə, dədə. 
 
Bir d
əfə etmədin dərdimə çara
Bilm
ədin nə üçün düşmüşəm dara, 
M
ənsumu dədəsi çatdırdı yara, 
M
əni yetirmədin cananə, dədə. 
 
N
ə möhnətlər çəkir bəlalı başım, 
Tökülür üzüm
ə qanlı göz yaşım, 
M
əndən uzaq gəzir yaxın sirdaşım, 
Bir köm
əklik elə Əfqanə, dədə. 
 
1961  
 
ZİNDAN SƏSİ VAR  
 
Zülm
ət gecələrin qaranlığında, 
Gurultu s
əsi var, boran səsi var. 
Bir kims
ə bilməyir nədən belədir, 
H
ər yanda haqsızlıq, divan səsi var
Cinay
ət səsi var, zindan səsi var
 
 

60 

 

Yen
ə də səmalar çatıb qaşını, 
Tökür yer üzün
ə qanlı yaşını, 
İtirib çoxları indi başını, 
Cahanda ah s
əsi, aman səsi var, 
N
ə bircə tar səsi, kaman səsi var. 
 
Göyl
ər tərəf çıxmış sanki saraya, 
R
əhbər bilməyir ki, gedir haraya, 
Bilmirik kiml
ərə gedək çaraya, 
Daxild
ə ixtişaş, tufan səsi var, 
Cahanda ah s
əsi, aman səsi var. 
 
Saray iki yer
ə bölünür bu gün, 
Kim bilir, b
əlkə də açıldı düyün. 
Fikirl
ər dumanlı, vicudlar ölgün, 
Ölk
ədə, həyatda böhran səsi var, 
Daxild
ə ixtişaş, tufan səsi var. 
 
Yen
ə ildırımlar çaxır dalbadal, 
Üzür insanları min cürə xəyal, 
Hamı kar, kor olub, hamı indi lal, 
Lakin ür
əklərdə üsyan səsi var, 
İnilti səsi var, qurban səsi var. 
 
Ey zülm
ət, qaranlıq, gəlmə bir daha,  
Qoy çıxsın ölkəmiz aydın sabaha, 
H
əyat ucuz olub, azadlıq baha, 
Çünki n
ə haqq səsi, vicdan səsi var, 
N
ə də bir mübariz insan səsi var. 
 
Sarayda fikirl
ər çıxıbdır üzə, 
N
ə onlar, nə bunlar gərəkdir bizə, 
Onlarsız ömrümüz dönər gündüzə, 

61 

 

Çünki g
ələcəyə güman səsi var, 
Min-min m
ənim kimi Əfqan səsi var. 
 
1957 
 
GƏL   
 
Başına döndüyüm, qurban olduğum, 
Bir t
ərəhhüm eylə, bu yanə tez gəl. 
İnan ki, cismimə düşüb vəlvələ, 
Baxma qarlı qışa, borana, tez gəl. 
 
N
ə müddətdir yollarına baxıram, 
Cavan canı yandırıram, yaxıram, 
Ömür  keçir, çaylar kimi axıram, 
Etibar eyl
əmə zamana, tez gəl. 
 
Xeyli vaxtdır gözüm dolhadoldadır, 
Uçub könül quşu, hansı koldadır? 
Demirs
ən, Əfqanın gözü yoldadır, 
S
əni and verirəm “Quran”a, tez gəl. 
 
fevral, 1962 
 
DEYİRSƏN  
 
Ey sevdiyim, birc
ə məni başa sal, 
N
ədən belə sən olmusan halbahal? 
Can deyir
əm, qışqırırsan, söyürsən, 
“Canın çıxsın, bir az dayan”, deyirsən. 
 
Özg
ələrə nazü qəmzə satırsan, 
M
əni görcək gün batmamış yatırsan, 

62 

 

Üst
əlik də ağız-burun əyirsən, 
“Canın çıxsın, bir az dayan”, deyirsən. 
 
Başqasıynan danışırsan, gülürsən, 
M
əni görəcək azarlayıb, ölürsən, 
M
ən göndərən konfetləri yeyirsən, 
“Canın çıxsın, bir az dayan”, deyirsən. 
 
G
əl Əfqanın üzmə cavan canını, 
S
əhər-axşam qaraldırsan qanını, 
Əl vurmamış yumruqlayıb yanını, 
“Canın çıxsın, bir az dayan”, deyirsən. 
 
1962 
 
NAKAM  MƏHƏBBƏT 
 
S
ən ey bu məzarə gömülən cavan! 
Sıxılır ürəyim, tutulur dilim. 
S
əni torpaqlara qərq etdi zaman, 
Bir imkan verm
ədi amansız ölüm. 
 
Düşünmə dünyada səni anan var, 
Ya ki, g
əncliyini yada salan var, 
İnan, əziz dostum, məzarın üstə, 
Bir q
əlbi sıxılıb, qəlbi yanan var. 
 
O kimdir bel
əcə geyinib qara? 
Bu q
əbristanlıqdan çıxmır kənara, 
Dolanıb hər zaman burada tənha, 
S
ənin məzarından gözləyir çara. 
 
 

63 

 

O kimdir, gör
əsən nə olmuş ona? 
N
ə üçün geyinmiş matəmli dona? 
S
ən onu tanıdın bəlkə, fikirləş, 
İlk dəfə “sevirəm” demişdin ona. 
 
O birc
ə kəlməyə yazıq inanıb, 
Gec
ə pərvanə tək atəşə yanıb, 
Verdi g
əncliyini sanki küləyə,  
S
ənin boş sözünü həqiqi sanıb. 
 
O günd
ən o yazıq qan ağlayardı, 
Ömrünün kitabın varaqlayardı, 
S
ən busə alanda, şərab içəndə, 
O, hicra 
guşədə qan ağlayırdı, 
 
S
ənsə düşünmədin, yanmadın ona, 
H
ər sabah axtardın başqa bir sona, 
Gah bir ümid verdin, gah da ç
əkildin, 
Onun g
ənc ömrünü çatdırdın sona. 
 
S
ənin ömrün keçdi toyda, baharda, 
O min nal
ə etdi min ahu-zada, 
S
ən gah xaqan oldun, gah da müştəri, 
İndi də yatırsan dərin məzarda. 
 
S
ən öldün, dostların gəlmədi vaya, 
Çünki getmişdilər o günü toya. 
T
əkcə bu talesiz ağladı sənsiz, 
Döndü göz yaşları coşqun bir çaya. 
 
İndi də ağlayır, bilmir özünü
S
ənin məzarına tikmiş gözünü, 
 

64 

 

Öp
ərək son dəfə sənin baş daşın, 
Deyir mütt
əhim tək ən son sözünü. 
 
O batmış matəmə, qüssəyə, qəmə, 
Sanki p
ərvanədir, dolanır şəmə, 
Baxıb intizarla qəbrinə sənin, 
Öz sirli küskün
ə söykəyir qəmə. 
 

çıxmaq istəmir sabahkı günə, 
L
ənətlər yağdırır özü-özünə, 
Son d
əfə “sevirəm səni” söyləyib, 
X
əncəri qınadək basır köksünə. 
 
O düşüb dağlara, dincəlir əlbət, 
Əcəlin əlindən içibdi şərbət, 
Barmağın batırıb axan qanına, 
Yazır məzarına “nakam məhəbbət”. 
 
1949 
 
TƏK SƏNİ SEVİRƏM 
 
R
əhmə gəl, ey gözəl, ağlatma məni, 
T
ək səni sevirəm, gülüm, tək səni. 
Huril
ər, mələklər ensə də yenə, 
Dünyalar durduqca sevm
əm özgəni, 
T
ək səni sevirəm, gülüm, tək səni. 
 
 
Keçs
ə də aradan yüz belə bahar, 
Əskilməz məndəki sevgi, etibar, 
Q
əlbimi verəndə sənə yadigar, 
Dedim, al
əm mənlə olsa da qəni, 
T
ək səni sevirəm, gülüm, tək səni. 

65 

 

Deyirl
ər, sevginin dövranı keçmiş,  
Yalandır, bu dərsi Əfqani keçmiş, 
Eşqim aşıb-daşmış, ümmanı keçmiş, 
Torpaqlar alsa da qoynuna m
əni, 
T
ək səni sevirəm, gülüm, tək səni. 
 
25.11.1957 
 
OLMAZ 
 
Ey m
əni həsrətlə gözləyən fəqir, 
Sevm
əyən ürəkdə nar olmaz, olmaz. 
Utanma, d
ərdini eylə aşikar, 
Gülüstan fikird
ə xar olmaz, olmaz. 
 
Bilir
əm, od tutub yanır bədənin, 
Çoxunu 
yatmırsan bəlkə gecənin, 
Qorxma, ağarsa da saçların sənin, 
Tül
ək tərlan dönüb sar olmaz, olmaz. 
 
Üzm
əsin qəlbini qəm, qüssə, kədər, 
Keçirm
ə ömrünü bir ləhzə hədər
N
ə edim beləymiş qəzavü qədər, 
Əfqanindən sənə yar olmaz, olmaz. 
mart, 1957 
 
OLSUN 
 
Nam
ə göndərməklə məhəbbət olmaz, 
G
ərək yar yolunda cürətin olsun. 
“Sevir
əm” deməklə sevilməz insan, 
Çalış aralıqda hörmətin olsun. 
1957 

66 

 

EY DOST 
 
Bilir
əm ki, bir azadlıq ucundan, 
S
ən düşmüsən dərin zindanə, ey dost! 
M
əskənin olubdur diyari-qürbət, 
S
əsin yetmir heç bir insanə, ey dost! 
 
Dünyada axtarma etibar, v
əfa, 
Yoxsa ki, görm
əzsən bircə gün səfa, 
Dostların yetirər sənə çox cəfa, 
Olarsan bir növü divan
ə, ey dost! 
 
H
əqiqət kəlməsi axtarma, bala, 
Çünki yetişərsən dövrü-zavala, 
O söz 
əfsanədir, gəlib bu hala, 
Nahaqdan yayılıb cəhanə, ey dost! 
 
Ədalət sözünün yoxdur əsası, 
Kağız üstündədir onun mənası, 
H
ələ olacaqsan Allaha ası, 
Yadına düşəndə tək ana, ey dost! 
 
Bu dünya dediyin ibr
ətxanədir, 
Onun h
ər guşəsi, eşq viranədir, 
S
əadət kəlməsi lai əfsanədir, 
H
ərçəndi yazılıb “Quran”ə, ey dost! 
 
T
əbii qanundur bil ki, əzəldən, 
D
əstə bağlanılmaz solğun xəzəldən, 
Uzaq d
ur ağılsız, bivec gözəldən, 
Yetişirsən onda ad-sanə, ey dost! 
 
 

67 

 

Kimi şadlıq edir, kimi ağlayır, 
Kimi q
əmgin olub qəlbin dağlayır, 
Kimi d
ərya kimi coşub-çağlayır, 
Qovuşur lənəli ümmanə, ey dost! 
 
Çox da fikir eyl
əmə, ey könlü talan, 
Eşitsən hər ləhzə min cürə yalan,  
Ümiddir yaşadan insanı hər an, 
Dünyaya g
əlmisən mehmanə, ey dost! 
 
Qocalsan ö
vladın baxmaz üzünə, 
Dostların etibar etməz sözünə, 
O vaxtı vurarsan bərkdən dizinə, 
Çünki yetm
əz əlin bir yanə, ey dost! 
 
N
ə qədər dövlətin olarsa sənin, 
Axır qara torpaq olar məskənin, 
Eşitmə sözünü əsla kimsənin, 
Tez coşub oxşama tufanə, ey dost! 
 
Çalış ki, qəlbində olmasın ləkə, 
Bir kims
ə işindən düşməsin şəkə, 
Bilm
ədiyin şeydən etmə səksəkə, 
B
ənzəmə zülmkar sultanə, ey dost! 
 
Bu dünya işinə etmə etibar, 
Bil ki, h
ər güncündə min bir sirr var, 
S
əbr elə, qönçə tək olmaginan xar, 
Uğrama səbəbsiz xəzanə, ey dost! 
 
G
ələcək gününü düşün hər zaman, 
Heç vaxtı yaxşını eyləmə yaman, 
 

68 

 

S
əni aldatmasın hər qaşı kaman, 
Yoxsa ki, dözm
əzsən hicranə, ey dost! 
 
Paxıllıq eləmə hərgiz bir kəsə, 
Heç d
ə qulaq asma hər gələn səsə, 
Aldanma x
əbisə, uyma nakəsə, 
İnanma verilən fərmanə, ey dost! 
 
Xoşbaxtlıq sözünün əslini unut, 
Başını dağ kimi ucalıqda tut, 
Əğlini itirmə görcəyin bulud, 
Başlama naləvü əfqanə, ey dost! 
 
Kişinin həvəsi şöhrət üçündür, 
Qadının səyləri şöhrət üçündür, 
Yaxşılıq, öldüyün səadət üçündür
Daxil olur h
ər bir imanə, ey dost! 
 
Kimisi yem
əyə tapmayır nani, 
Kimisi tutubdur cüml
ə cahani, 
Çürüyür zindanda m
əzlum Əfqani
Ona gün verm
əyir zəmanə, ey dost! 
 
 
*** 
S
ənə üz tutanda xah, ya naxah, 
Hamı söyləyir ki, “ey adil Allah”, 
Doğrusu düşmürəm bu şeyi başa, 
Xaliqim, t
əkmisən yoxsa ki, qoşa? 
 
Kim
ə ki, vermirsən sim ilə zəri, 
Onda yox s
əxanın, rəhmin əsəri,  
 

69 

 

Kim
ə ki, kəramət etmisən səxa, 
Onun simü z
əri çıxıbdı yoxa. 
 
Əgər “vahidsənsə” bütün dünyada, 
Neçin ömrümüzü verirs
ən bada? 
Əgər “vaqif” sənsə cümlə cahana, 
Neçin ç
əkdirirsən cürmü insana? 
 
Əgər “kərim”isən, kəramət eylə, 
Əgər “rəhim”isən, mərhəmət eylə, 
Əgər “sabit”sənsə neçin böylə sən, 
Mövcud c
əmiyyəti dəyişdirirsən? 
 
 
Əgər “şamil”sənsə fikrim bilirsən, 
 
Əgər “kamil”sənsə neçin gülürsən? 
 S
ən “sabir” olsan da tükəndi səbrim, 
 
Ya ver yaşayışım, ya da ki, qəbrim. 
 
Əgər “adil” sənsə göstər ədlini, 
Apar yer üzünd
ən insan qətlini, 
Əgər “qadir”sənsə zülmə ver xitam, 
Əfqan ağlamasın hər səhər-axşam. 
 
03.11.1957 
 
AY DƏLİ 
 
Birc
ə il mənimlə dost oldun, amma, 
El
ədin adımı bədnam, ay dəli. 
Daha keçib, n
ə alışma, nə yanma, 
El
ədin adımı bədnam, ay dəli. 
 
 

70 

 

M
ən səni özümə ilahi sandım, 
Sübhü şam həsrətlə oduna yandım, 
Düşməndən dost olmaz, indicə qandım, 
El
ədin adımı bədnam, ay dəli. 
 
Dağların başında qar olmaz imiş, 
Müx
ənnətdə namus, ar olmaz imiş, 
S
əndən Əfqaniyə yar olmaz imiş, 
El
ədin adımı bədnam, ay dəli. 
 
 
XƏRABƏ YOLLAR  
 
O görün
ən İncəbelin
1
 yoludu, 
Ora yağan qar-yağışdı, doludu. 
Baxt var idi orda karvan bol idi, 
Niy
ə siz qaldınız xərabə, yollar? 
 
Körpünüz, b
əndiniz tamam sökülüb, 
Aranıza qaya daşlar tökülüb, 
H
ər yeriniz arpa, buğda əkilib
Niy
ə siz qaldınız xərabə, yollar? 
 
Eniş, yoxuşunuz olubdur xarab, 
Əbədi yolçunuz qarışqa, qurab, 
Əfqanın göz yaşın eylədiz sirab, 
Niy
ə siz qaldınız xərabə, yollar? 
 
 
 
 
 
 
1947 
 
 
1
 
İncəbel – Udulu ərazisinə yaxın yer 

71 

 
                                                           

EY DOST 
 
Oxu, s
ənin son nəğməni eşidim, 
Arzum ür
əyimdə qalmasın, ey dost! 
Q
əlbimdə matəmdir, söylə tarizən, 
Bir daha musiqi çalmasın, ey dost! 
 
Bülbül atsın özün yol ortasına, 
Güll
ər dəstə-dəstə gəlsin yasına, 
R
əqqaslar bürünsün qəm libasına, 
Əlinə çarpara almasın, ey dost! 
 
M
əhbus Əfqaniyəm, eylərəm əfqan, 
Gözümd
ən tökərəm şur ilə yaş-qan
Ağlasın mənimlə yer və asiman, 
Şadlığı yadına salmasın, ey dost! 
 
 
 
 
 
 
1947 
 
 
BU GÜN  
 
F
ələk məni yaman yerdə qarğadı, 
Vuruldum dilbilm
əz nadanə bu gün. 
D
ərdimi demədim, tənha dolandım, 
M
əni zənn etdilər divanə bu gün, 
Vuruldum dilbilm
əz nadanə bu gün. 
 
Eld
ən gizli gəzdim, gizli dolandım, 
H
əsrət çəkdim, eşq oduna qalandım,  
Uçdu könül quşu, qəfil talandım, 
Laçın idim, oldum pərvanə bu gün.  
 
 

72 

 

Yalan sözdür, kim söyl
əsə tarı var, 
H
ər ürəyin min cür ahu-zarı var, 
Xoşbəxt odur, qəlbən sevən yarı var, 
S
əadət yox imiş Əfqanə, bu gün, 
Dedil
ər, eşqimə əfsanə, bu gün. 
 
 
BÜLBÜL  
 
Z
əmistan fəslidir yenə dağlarda, 
Bilir
əm gəlmisən fəğanə, bülbül. 
S
ənin də gülşənin mənimki kimi, 
Gör nec
ə dönübdür xəzanə, bülbül! 
 
Bu zülmü görm
əyib Rum ilə Ədən, 
Çatlayır bağrımız qəmdən, qüssədən, 
Bir günah etm
əmiş bilmirəm nədən, 
Biz
ə gün verməyir zəmanə, bulbul? 
 
Yalandır, hər bəndi şah fərmanının, 
Yoxdur etibarı el dövranının, 
N
ə dərddir, həm sənin, həm Əfqaninin
Dönd
ərib belini kəmanə, bülbül? 
 
 
 
 
 
 
 
03.01.1955 
 
A DAĞLAR 
 
Yen
ə də qəflətən düşdüz yadıma 
Bu q
ərib ölkədə, aman, a dağlar! 
V
ətən həsrətində üzülmüş canım, 
Qalmayıb etiqad, iman, a dağlar. 
 

73 

 

Zalım cəllad öz zülmünü bildirir, 
Ağladıban düşmənlərim güldürür, 
R
əhm etməyib bu qurbətdə öldürür, 
Eyl
əyir halımı yaman, a dağlar! 
 
Alıbdır əlimdən mülkü varımı, 
Qaldırıbdır ərşə ahu-zarımı, 
Alıb hər hüququm, ixtiyarımı, 
M
ənə gün verməyir zaman, a dağlar! 
 
H
ər saatda alır mənim canımı, 
Qarovullar tutur dö
rd bir yanımı, 
Öldürür zindanda g
ənc Əfqanımı
Çıxmağa verməyir güman, a dağlar! 
 
 
 
 
 
 
 
12.01.1955 
 
OLMAZ  
 
Q
əmli könlüm, nə ağlarsan, sızlarsan? 
H
ər dəm xəzan olmaz, zimistan olmaz. 
Uçular hasarlar, bit
ər ayrılıq, 
Dilind
ə nə nalə, nə əfqan olmaz. 
 
Unutma quyuda  qalan K
ənanı, 
D
əryadə Yunisi, Şeyx Sənanı, 
Neç
ələr tərk etdi fani dünyanı, 
Darıxma, cəbr edən natəvan olmaz. 
 
Düşünmə dostları, yaru yoldaşı, 
Axıtma sübhü şam qanlı göz yaşı, 
A
xtarma, tapmazsan doğru sirdaşı, 
Pis gününd
ə sənə pasiban olmaz. 

74 

 

N
ə qədər əlində vardır ixtiyar, 
Düşmənin də olar sənin də qəmxar, 
El
ə ki, yıxıldın, olarlar kənar, 
Qohumundan başqa bir yanan olmaz. 
 
Dinl
ə Əfqaninin ürək sözünü, 
V
ətən yollarına tikmə gözünü, 
İtirmə həsrəti-qəmdən özünü, 
Havalar h
ər zaman qar,duman olmaz. 
 
 
 
 
 
 
 
1955 
 
MƏNƏM, MƏN 
 
Qaranlıq meşənin dərinliyində, 
T
ənha ağac qıran bil ki, mənəm, mən. 
Sübhd
ən şamadək ahu-zar edən, 
Ağır balta vuran bil ki, mənəm, mən. 
 
Daima yağışlar yağan başına, 
Azadlıq günləri düşən xaşına
1

H
ər an həsrət çəkib yar-yoldaşına, 
M
əzlum boyun buran bil ki, mənəm, mən. 
 
D
aha can qalmayıb miskin Əfqanda
D
oğru bir azadlıq yoxdur cahanda, 
İllərlə çürüyüb qara zindanda, 
Yen
ə də dağ kimi duran mənəm, mən. 
 
 
 
 
 
 
 
05.11.1955 
1
 Xaş – arzu, meyil 

75 

 
                                                           

 
QADASIN ALDIĞIM  
 
N
ə müddətdir məndən uzaq gəzirsən,  
İnsaf elə, ay qadasın aldığım. 
Zülm el
əyib cavan canım üzürsən, 
Vaxtsız oldum zay, qadasın aldığım. 
 
Lal
ə rəngin alır al yanağından, 
Abi-h
əyat axır bal dodağından, 
R
əhm elə, qovlama öz otağından, 
Deyil
əmmi tay, qadasın aldığım? 
 
M
əhbus Əfqaniyəm, eylərəm əfqan, 
Gözümd
ən tökərəm şur ilə yaş-qan, 
Sail
əm, istərəm səndən bir ehsan, 
Ver q
əlbini pay, qadasın aldığım. 
 
 
 
 
 
 
 
1953 
 
GƏLMİŞƏM  
 
Ay nainsaf, bir aç görüm üzünü, 
Al yanaqda xal 
almağa gəlmişəm. 
Uzaq g
əzib nahaq yorma özünü, 
İpək, tirmə, şal almağa gəlmişəm. 
 
Siyah zülfün qonça güln
ən hörülüb, 
Bel
ə zillət hansı yerdə görünüb, 
M
ən qalmışam, paltar sənə bürünüb, 
Bu vilad
ən yol almağa gəlmişəm. 
 
 

76 

 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə