SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə4/12
tarix29.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12
 
 
 
 
 
 
 
 
 

35 

 

 
 
 
 
 
 
 
GƏRAYLILAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

36 

 

QARA BAXTIM 
 
N
ə müddətdir bu qəflətdən, 
Oyanmırsan, qara baxtım. 
Ç
əkdirdiyin əziyyətdən, 
Usanmırsan, qara baxtım. 
 
Atmısan ummani-qəmə, 
Gülünc etmis
ən aləmə. 
M
əni dərdə salıb yenə, 
Dayanmırsan, qara baxtım. 
 
Axıtdın seltək qanımı, 
Üzmüs
ən cavan canımı, 
Almısan adu sanımı, 
Ut
anmırsan, qara baxtım. 
 
Yaşayıram zəhmət ilə, 
Ç
ətinliklə, zillət ilə, 
S
əbəb nədir Əhməd ilə, 
Dolanmırsan, qara baxtım? 
 
1948 
 
ZİNDANDA  
 
Adam dostun v
əfa qəsdin, 
Bil
ər zindanda, zindanda. 
Tök
ər şur ilə göz yaşın, 
Sil
ər zindanda, zindanda. 
 
Soyuq kül
ək əsən zaman, 
Yavru quşlar susan zaman

37 

 

Qalın meşə kəsən zaman, 
M
ələr zindanda, zindanda.  
 
X
əyal etməz nədir şadlıq, 
Gör
ər min fitnə, fəttadlıq, 
Sızıldar, bircə azadlıq, 
Dil
ər zindanda, zindanda. 
 
Kimi d
ərdi-dilin anlar, 
Kimi pis niyy
ətdə yanlar, 
Kimi t
ən eyləyib danlar, 
Gül
ər zindanda, zindanda. 
 
Axar s
əhralərə qanı, 
Gün günd
ən gedər canı, 
Qalıb zillətdə Əfqani
Öl
ər zindanda, zindanda. 
 
1954 
 
BİZ  
 
(Tutulmağına bais olan şeirlərdən) 
 
Tapdanırıq hər zaman, 
Ayaqlarda nalıq biz. 
Yoxdur hüquq dill
ənək, 
El
ə bil ki, lalıq biz. 
 
Yağı ölməmiş durur, 
Günd
ə bir hiylə qurur, 
Yet
ən bizdən qan sorur, 
Sanki beç
ə balıq biz. 

38 

 

Qızılgültək solmuşuq, 
Yaman gün
ə qalmışıq, 
Haqsız cəza almışıq, 
Açılmamış falıq biz. 
 
H
ər tərəfə atırlar, 
Canil
ərə qatırlar, 
Gah alıb, gah satırlar, 
T
əpik atmaz malıq biz. 
 
Ağlayırıq, gülmürük, 
Üzülürük, ölmürük, 
Mübariz
ə bilmirik, 
Quru qilü qalıq biz. 
 
Bağlı qalır qolumuz, 
Dumanlıdır yolumuz, 
Dumandı sağ-solumuz, 
D
əryadakı salıq biz. 
 
Yet
ər artıq əziyyət, 
D
ərdü bəla müsibət, 
Əfqani, çəkir zillət, 
İndi halbahalıq biz. 
1948 
 
 
DİLBƏR  
 
N
ədən məni hər görəndə, 
Bürünürs
ən şala, Dilbər. 
Q
əfil çıxanda qarşıma, 
Qayıdırsan dala, Dilbər. 

39 

 

Qurban olum göz-
qaşına, 
Günd
ə dolanım başına, 
Gedib dem
ə qardaşına, 
Salma m
əni qana, Dilbər. 
 
S
ənsən aşiqlərin canı, 
Aldın əldən din-imanı, 
Qoysana m
əzlum Əfqanı
Qadan, balan ala, Dilb
ər. 
27.12.1961 
 
SARI BÜLBÜL  
 
X
əzan olmuş bu bağçamda, 
N
ə gəzirsən, sarı bülbül? 
G
əl görünmə gözlərimə, 
Ağlamayım barı, bülbül. 
 
F
ələk soldurdu bağımı, 
X
əzəl etdi yarpağımı, 
Artırdı sinə dağımı, 
Bir çal
madım tarı, bülbül. 
 
Duman almış dörd yanımı, 
Q
əm-qüssə üzmüş canımı, 
Yarım pozub peymanımı, 
Mehman edib sarı, bülbül. 
 
Sızlayır məzlum Əfqanım
Kims
əyə gəlmir gümanım, 
Ölüb-itmir m
ənim canim, 
Yoxmuş qeyrət-arı, bülbül. 
  
 
 
 
 
 
1948 

40 

 

OĞLAN 
 
           (Sevgilimin dilind
ən) 
 
Bu n
ə işdir, sən tutursan, 
İnsaf elə, dayan, oğlan. 
Ya keflis
ən, ya yuxulu, 
Aç gözünü, 
oyan, oğlan. 
 
Qulaqlarım qalıb səsdə, 
Göz tikir
əm yolun üstə, 
H
əsrətindən oldum xəstə, 
D
ərdim sənə bəyan, oğlan. 
 
İşarənin çoxu himdir, 
Him eyl
əmə, açıq dindir, 
Soruşanda dostun kimdir? 
M
əni əvvəl sayan oğlan. 
 
Əfqan ağlar zarı-zarı, 
Dünyanın yox etibarı, 
S
ən sözündə düz ol barı, 
Saf eşqimi duyan oğlan. 
1961 
 
 
MƏNİ 
 
Bir sevday
ə düşmüşəm ki, 
M
əhbus edib teldə məni. 
Hansı yerdən evə gəlsəm, 
O gözl
əyir yolda məni. 
 

41 

 

O
, oduma şamtək yanır, 
H
əsrətimdən alovlanır, 
X
əlvətdə qul tək dayanır, 
B
əyənməyir dildə məni. 
 
H
əsrətindən düşüb oda
Cavan ömrü verdim bada, 
D
ərd əlindən gəldim dada, 
T
ənə edir el də məni. 
12.01.1963 
 
 
EY DAŞ  
 
Ey daş, qəmli baxışların, 
Bils
ən nələr dedi mənə? 
Ömründ
ə bir dəfə gülən, 
H
ər vaxt mələr, dedi mənə. 
 
Dedi, bir vaxt m
ən cavandım, 
S
əntək qəmli dolanardım, 
Çox t
ələsmə, səbr et bir az, 
Üzün gül
ər, dedi mənə. 
 
Dedi, miskin, oyanginan, 
Şəfəqlərə boylanginan, 
Ey 
Əfqani, dayanginan, 
Köm
ək gələr, dedi mənə. 
1947 
 
 
 
 

42 

 

QURBANDIR 
 
Ey taz
ə cavan dilbər, 
Al
əm sənə heyrandır. 
Ey başımıza sərvər, 
Qurban s
ənə bu candır, 
Canlar s
ənə qurbandır. 
 
S
ənsiz yox olur karım, 
H
əm dövləti-varım, 
Ey ruhi-v
əfadarım, 
S
ənsiz ürəyim qandır, 
Canlar s
ənə qurbandır. 
 
Dün s
ən ki, qanad verdin, 
Sandım ki, imdad verdin, 
Canıma həyat verdin, 
Qurban s
ənə Əfqandır
Canlar s
ənə qurbandır. 
 
 
DEYİLMİSƏN?  
 
Ömrümüzün v
əfasından,  
Yalan dünya deyilmis
ən? 
İrişməz heç biri qandan, 
Ziyan dünya deyilmis
ən? 
 
Çatıbdır aləmə təmrin, 
Keçir qafill
ərdə əmrin, 
Günü-gün 
azalır ömrün, 
Yalan dünya deyilmis
ən? 
 

43 

 

Düz atdın sehrilə kəndün, 
Ed
ərsən hər kəsə fəndün, 
Bu möhl
ət yara kəməndün, 
Salan dünya deyilmis
ən? 
 
Bu x
əlqi aldadan sözə, 
Tök
ərsən torpağı gözə,                                                      
İçi xain, gülən üzə,                                                      
Uman dünya deyilmis
ən? 
                                                      
Ged
ərsən hər ziyan izə
Uyub qafil dey
ən sözə, 
G
ədanı şah edib bizə, 
S
əran dünya deyilmisən? 
 
Yürü, ey biv
əfa, yürü,                                                     
Qırmırsan köhnə zənciri,                                                     
Neç
ə belə köçdən geri,                                                     
Qalan dünya deyilmis
ən?                                                     
 
Buna, 
ey canım, aldanma, 
Bunun var- dövl
ətin sanma, 
Bunun şuğlinə aldanma, 
Dana dünya deyilmis
ən? 
 
Veribs
ən Əhmədə meyli, 
Bu dünya şuğlinə xeyli,                                                             
Axıdan gözlərdən seyli,                                                             
Viran dünya deyilmis
ən?                                                             
 
 
 
 

44 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
QOŞMALAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

45 

 

QARA GÖZLƏR 
 
Ey loğman baxışlı, dərya kamallı, 
Söyl
ə, kimi gözlər o qarə gözlər? 
Ey surahi boylu, gün
əş camallı, 
N
ədəndir olubdur avarə gözlər? 
Söyl
ə, kimi gözlər o qarə gözlər? 
 
Qaşların cəllad tək alır canımı, 
Kipriyin ox kimi tökür qanımı, 
Göz yaşım çay misal tutub yanımı, 
Hayıf ki, etməyir bir çarə gözlər? 
N
ədəndir olubdur avarə gözlər? 
 
Könül arzulayır qucsun belini, 
Sorsun dodağını, əmsin dilini, 
Öpsün gül üzünü, hörsün telini, 
Neçin düz çıxmayır ilqarə gözlər, 
N
ədəndir etməyir bir çarə gözlər? 
 
Mail
əm üzündə həbəşi xalə, 
Çoxların batırıb dövrü məlalə, 
Əfqani istəyir yetsin vüsalə, 
Hayıf ki, etməyir bir çarə gözlər, 
N
ədən düz çıxmayır ilqarə gözlər? 
 
1954 
 
 
 
 
 
 

46 

 

DODAĞINDAN  
 
Başına döndüyüm, ay mələkzadə, 
Qoy bir öpüm s
ənin al dodağından. 
Vüsal h
əsrətində üzmüşəm canım, 
Əmim şəhdü şəkər bal, dodağından. 
 
S
ənin hicranından gəldim fəryada, 
Verdim g
ənc ömrümü nahaqdan bada, 
Bilir
əm, şübhəsiz, cümlə dünyada, 
Yoxdur bir qiym
ətli pay, dodağından. 
 
Neç
ənci istəyir min hilə qura, 
Əfqanitək sənin qarşında dura, 
Oxşadıb özünü zənci quldura, 
N
ə dilər o qara xal, dodağından? 
 
1954 
 
BU GÜN  
 
F
ələk məni yaman yerdə qarğadı, 
Vuruldum dilbilm
əz nadanə bu gün. 
D
ərdimi demədim, təhna dolaşdım, 
M
əni zənn etdilər divanə bu gün,  
Vuruldum dilbilm
əz nadanə bu gün. 
 
Eld
ən gizli gəzdim, gizli dolandım, 
H
əsrət çəkdim, eşq oduna qalandım, 
Uçdu könül quşu, qəfil talandım,  
Laçın idim, oldum pərvanə bu gün,  
M
əni zənn etdilər divanə bu gün. 
 

47 

 

B
əzən Kərəm kimi coşdum çağladım, 
B
əzən Məcnun kimi qara bağladım, 
O, m
əni duymadı, küsdüm, ağladım, 
Dedil
ər, eşqimə əfsanə bu gün, 
Laçın idi, oldum pərvanə bu gün. 
 
Yalan sözdür, kim söyl
əsə tarı var, 
H
ər ürəyin min bir ahu zarı var, 
Xo
şbəxt odur qəlbən sevən yarı var, 
S
əadət yox imiş Əfqanə bu gün, 
Dedil
ər, eşqimə əfsanə bu gün. 
 
1959 
 
 
OLUR 
 
Könül, ders
ən, mənim yüz qardaşım var, 
Yaddan qardaş olmaz, quru ad olur. 
Yolunda tapdığım qazanclarım qar, 
Çovğun, boran olur, bir də bad olur. 
 
Yaxşı gündə geyib, yeyib, içənlər, 
S
əni özlərinə sultan seçənlər, 
Ç
ətin gündə salam verib keçənlər, 
İki günündə qohum, qardaş yad olur. 
 
Əfqaniyəm, dosta qurban mən oldum, 
Onlar aqil, yen
ə nadan mən oldum, 
Axır gündə əhli-zindan mən oldum, 
Bel
ə gündə əğyar, hamı şad olur. 
 
1954 

48 

 

KÖNLÜM  
 
Düşmənlərim hücum çəkdi üstümə, 
Alovlandım, yar gəlmədi tüstümə, 
Onda bildim hamı durub qəsdimə, 
G
əldi xəzan, əsdi çovğun, bad, könlüm, 
N
ədən bir an sən olmadın şad könlüm? 
 
Min bir b
əla gəldi mənim başıma, 
Zalım fələk zəhər qatdı aşıma, 
R
əhm etmədi gözdən axan yaşıma, 
Çox ağladım, etdim aman, dad, könlüm, 
N
ədən bir an sən olmadın şad, könlüm? 
 
Neç
ə müddət həsrət qaldım ellərə, 
D
ərd əlindən qaçıb getdim çöllərə, 
Tale m
əni saldı coşqun sellərə, 
Getdi 
əldən keçmiş şöhrət, ad könlüm 
N
ədən bir an sən olmadın şad, könlüm? 
 
Öt
ən günlərimi saldım yadıma,  
Bir kims
ə olmadı yetsin dadıma, 
Neç
ə böhtan söylədilər adıma,  
T
ənə etdi mənə qohum, yad, könlüm, 
N
ədən bir an sən olmadın şad, könlüm? 
 
Xilas oldum neç
ə cövrü cəbirdən, 
Neç
ə illər səsim gəldi Sibirdən, 
El
ə bil ki, qayıtmışam qəbirdən, 
Yoxdur daha çovğun, boran, bad, könlüm, 
N
ədən bir an sən olmadın şad, könlüm? 
 
 

49 

 

Bir yar sevdim, amma m
ənim olmadı, 
Çox yalvardım, mənlə birgə qalmadı, 
D
ərdə düşdüm, bir yadına salmalı, 
Bir etm
ədi mən yazığı yad, könlüm, 
N
ədən bir an sən olmadın şad, könlüm? 
 
1961 
  
MƏNƏM, MƏN 
 
Ay m
əni həsrətlə yandırıb, yaxan, 
S
ənə çox nəğmələr qoşan mənəm, mən! 
Vurğun tək üzünə durmadan baxan, 
Eşqi ümman kimi coşan mənəm, mən!  
 
Bilmir
əm dostumsan, ya da ki, qəni, 
H
ər gün ildırım tək çalırsan məni, 
Milyonlar içind
ə görürkən səni, 
Doğru yerişini çaşan mənəm, mən! 
 
N
ə etmək bir müddət mən zindaniyəm
İlahi yazdığı bəxtə qaniyəm, 
Dünya d
əyişsə də, o Əfqaniyəm
Ardınca dağları aşan mənəm, mən! 
 
DOSTUM  
 
N
ədəndir, bilmirəm, xeyli zamandır, 
Üzünd
ə borandı, kədərdi, dostum? 
Bu q
ədər incinib etmə ahu-zar,  
Ç
əkdiyin əziyyət hədərdi, dostum! 
 
 

50 

 

Nahaqdan uçurma körpünü, b
əndi, 
S
əndən nə şeyx olmaz, nə də əfəndi, 
Yaxşı bilirsənmiş yüz cürə fəndi, 
H
ərəsi bir qəzavü qədərdi, dostum. 
 
N
ə inciklik olub, nə də dəydi göz. 
İstər qan-yaş axıt, istər isən döz. 
Əgər ki, qəlbimiz desəydi bir söz, 
M
əhəbbət başadək gedərdi, dostum! 
 
Tapmazsan dünyada m
ən kimi insan, 
S
ənə fəda etmiş malü mülkü can, 
N
ə Məcnun, nə Fərhad, nə də ki Sənan, 
Əfqanın etdiyin edərdi, dostum! 
 
1956 
 
SƏNİNLƏ GETDİ  
 
İstəsən biləsən necədir günüm, 
H
ər sözüm, söhbətim səninlə getdi. 
Qalxır asimanə naləvü ünüm, 
Düşüncəm, niyyətim səninlə keşdi. 
 
Axır göz yaşlarım sabaha qədər, 
Üzür m
ən misgini qüssəvü kədər, 
Dem
ək belə imiş qəzavü qədər, 
Taxtım, səltənətim səninlə getdi. 
 
İşıqlı günlərim olubdu qara, 
Bir kims
ə etməyir dərdimə çara, 
Sanki p
ərvanəyəm, yanıram nara, 
Baxtım, səadətim səninlə keçdi. 

51 

 

D
ərdlər üzmədədir misgin Əfqanı, 
Birc
ə Allahadır onun gümanı, 
Ür
ək qəbul etmir heç bir insanı, 
Eşqim, məhəbbətim səninlə keçdi. 
 
1956 
 
UNUTMA  
 
(Sürgün d
ostum Əsgərov Bayrama məktub)  
 
Başına döndüyüm, vəfalı igid, 
Dost de
diyin bir insanı unutma. 
N
ə qədər xoşdur ömrün günləri, 
O h
əyatda bu dünyanı unutma, 
Ömrü boyu s
ən Əfqanı unutma. 
 
Əgər səhər-axşam edəsən şadlıq, 
Evind
ə, yurdunda qursan abadlıq, 
Əgər məst etsə də, səni azadlıq, 
Bu yerd
ə qoyduğun canı unutma, 
Ömür boyu s
ən Əfqanı unutma. 
 
G
əzəndə arabir sevdiyim dağı, 
Gör
əndə oynayan oğul-uşağı, 
Baxıb şimal tərəf hər axşam çağı, 
N
ə vədəni, nə peymanı unutma, 
Ömür boyu s
ən Əfqanı unutma. 
 
Baxtın parlaq olsun, olmasın qara, 
H
ər müşkül işinə tapılsın çara, 
B
əzən də yalvarıb pərvərdigara, 

52 

 

N
ə Ağbaba
1
, n
ə Şirvanı unutma, 
Ömür boyu s
ən Əfqanı unutma. 
 
Artsın günbəgündən hörmətin sənin, 
Dünyaya yayılsın şöhrətin sənin, 
Al
əmə bəs olsun dövlətin sənin, 
Şah olsan da o zindanı unutma, 
Ömür boyu s
ən Əfqanı unutma. 
 
1956 
 
SƏNİN  
 
Söyl
ə ay insafsız, ay etibarsız, 
V
armı etiqadın, imanın sənin? 
Görürs
ən dərdindən nələr çəkirəm, 
Nec
ə qəbul edir vicdanın sənin? 
 
M
ən səni özümə sultan sanardım, 
Sübh
ədək oduna tənha yanardım. 
“Sevir
əm” deməyə çox utanardım, 
İstəyirdim olam mehmanın sənin. 
 
El
ə bilirdim ki, sevirsən məni. 
Aqil bir kims
əsən, deyilsən qəni, 
Şərh etmək nə lazım bitmiş cümləni, 
Hazırdım olmağa qurbanın sənin. 
 
N
ədən utanırsan, açıq söylə bir, 
Bel
ə soyuqluğun mənası nədir? 
1
 
Əsgərov Bayramın doğulduğu məkan 

53 

 
                                                           

Q
əlbini titrədən hansı nöqtədir? 
Ona yetişmirmi ürfanın sənin? 
 
Kişi olan kimsə qorxmaz dünyada, 
Z
ərrə qulaq asmaz qohuma, yada, 
Ağıllı, gəncliyin verərmi bada? 
Düşün, kimdir dostun, düşmanın sənin? 
 
M
ən arzu edirdim ruhum ölməsin, 
Fikir k
əlməsini dilin bilməsin
D
ərdü qəm eşqini qəlbdən silməsin, 
Xuda tez yetirsin d
ərmanın sənin. 
 
Əgər səndə varsa doğru məhəbbət, 
G
əl, çəkdirmə mənə dürlü əziyyət, 
Bu günd
ən dost kimi eyləyək ülfət, 
Bil ki, ölm
əkdədir Əfqanın sənin. 
 
1956 
 
SƏNƏ QURBAN  
 
Ey sevdiyim, h
ərdəm-hərdəm gəl bizə, 
Ür
ək sənə qurban, qan sənə qurban. 
İstər al qoynuna, istər vur öldür, 
Bu b
aş sənə qurban, can sənə qurban. 
 
M
ənə həyat verir sözlərin sənin, 
Bilm
əm nə istəyir gözlərin sənin? 
Artıq titrəməsin dizlərin sənin, 
Sultan s
ənə qurban, xan sənə qurban. 
 
 

54 

 

G
əl məni xilas et dürlü naridən, 
Q
əlbimə nicat ver intizaridən. 
Yolunda keç
ərəm mülki-varidən, 
Şöhrət sənə qurban, şan sənə qurban. 
 
S
ənsiz açılmayır mənim sabahım, 
Göyl
ərə ucalır dad ilə ahım, 
Əfqanam, bağışla, olsa günahım, 
M
əkan sənə qurban, kan sənə qurban. 
 
1956 
 
SƏNƏ 
 
(B
acım Əzizəyə) 
 
Anadan olduğun bu əziz gündə, 
Daimi xoşbaxtlıq istərəm sənə. 
Birc
ə bilməyəsən nədir çətinlik
H
ər cürə rahatlıq istərəm sənə. 
 
N
ə kədər biləsən, nə də göz yaşı, 
Evd
ən əsgilməsin növrağın, aşın, 
S
əni qəlbən sevsin həyat yoldaşın, 
Ömür boyu şadlıq istərəm sənə. 
 
Günü günd
ən artsın adü hörmətin, 
Göyl
ərə ucalsın şanu şöhrətin, 
Sultanı olasan incəsənətin, 
Elmid
ə ustadlıq istərəm sənə. 
 
Yaşın yetişəydi bir neçə yüzə, 
M
ənlə oturaydın hərdəm üz-üzə, 

55 

 

Zülm
ət gecələrin dönsün gündüzə, 
Bu yolda F
ərhadlıq istərəm sənə. 
 
Əfqanın ürəyi sanma ki, qandır, 
M
əskənim bu günlük qara zindandır, 
Q
əlbimdə səninlə Azərbaycandır, 
H
əqiqi azadlıq istərəm sənə. 
 
20 dekabr 1955 
 
ODURMU?  
 
Dayan qara gözlüm, m
əni öldürən,  
Bilmir
əm sənmisən, yoxsa odurmu? 
Dostu, 
düşmənləri mənə güldürən, 
Bilmir
əm sənmisən, yoxsa odurmu? 
 
M
əni hicr oduna yandırıb yaxan, 
Eşqi dərya kimi çağlayıb axan, 
X
əlvət-xəlvət mənə gözaltı baxan, 
Bilmir
əm sənmisən, yoxsa odurmu? 
 
Eşqi ümman kimi coşub çağlayan, 
Daim qara geyib, qara bağlayan, 
Gec
ələr sübhədək mənsiz ağlayan, 
Bilmir
əm sənmisən, yoxsa odurmu? 
 
Bütün dünya il
ə söhbəti pozan, 
Dind
ən, etiqaddan, imandan azan, 
M
ənə sevgi dolu məktublar yazan, 
Bilmir
əm sənmisən, yoxsa odurmu? 
 
 

56 

 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə