SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə3/12
tarix29.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

m
ənim” romanımı yenidən 20000 tirajla çap edəcəkdir. Ora-
dan m
ənə  çatacaq  qonorara  yaxşı  bir  məktəb tikdirmək olar. 
H
əmin  qonorarı  mən  anamın  uyuduğu  bu  torpağın 
balalarına – şagirdlərə halallıqla bağışlayacam… Bu sözlə, elə 

23 

 

bil  Əzizə  xanım  qardaşına  dünyanı  bağışladı…  Əhməd 

əllim  yaxşı  bilirdi  ki,  Əzizə  xanım  bir  işdən ötrü söz 
verm
əz, söz versə,  qurtardı.  O,  sözünün  ağasıdır.  Ağası  da 
oldu… 1979-cu t
ədris ilinə Əzizə xanımın qonorarına Tağılıda 
m
əktəb və  bir  klub  hazır  oldu…  Məktəb  binasının  təntənəli 
açılışı  oldu.  Udulu  sovetliyinin  yeddi  para  kəndi  həmin 
günd
ən sonra məktəbə  “Əzizə  bibinin”  və  ya…  “Bibinin 
m
əktəbi”  adını  verdilər… Məktəbin direktoru təyin edilən 
Əhməd müəllim və  həmkarları  o  təhsil müəssisəsini göz 
b
əbəkləri kimi qorudular. Həmin vaxtdan sonra “Əzizə bibinin 
m
əktəbi”  minlərlə  qonaq qəbul etdi, tədbirlər,  yarışlar,  elmi 
yığıncaqlar, görüşlər keçirdi…  
Ən nəhayət,  1999-cu ildə  həmin məktəbin  20 illiyi  də 
qeyd olundu. M
əktəbin  yubiley  şənliyində  respublikamızın 
onlarla dövl
ət adamları, alimlər, pedaqoqlar, deputatlar iştirak 
etdil
ər, təbriklər söylədilər, Əzizə xanımı xeyriyyəçi, mesenant 
Mahmud Ağa yolunu davam etdirən insane kimi alqışladılar… 
Sonra da Əzizə xanım bir az sevincək, bir az da kövrək 
s
əslə dilləndi: 
–  “
İyirmi  ildir  ki,  kəndə  gəlib-gedəndə,  bu  binanı 
gör
əndə, oradan balalarımın şən səslərini eşidəndə sevincimdən 
gözl
ərim dolur, həm də  qəhərlənirəm… Nə  yaxşı  ki,  Əhməd 
m
əni bu işə sövq etdi… Nə yaxşı ki, bu abidəni elimə-obama 
bağışladım… Nə yaxşı ki, uşaqlıq illərimin ayaq izləri dəymiş, 
anamın  uyuduğu,  ruhunun  dolaşdığı  bu  torpağa  az  da  olsa, 
yarıya  bildim…  Halallıqla  oxuyun,  işləyin və  istifadə  edin… 
M
ənim  əzizlərim,  balalarım,  elim-obam,  canım,  qanım, 
Şirvanım!.. 
Haşiyə:  Ustadım,  Əzizə  xanımın  məsləhəti ilə  tədbirin 
aparıcısı mən oldum. Cavan yaşımda o məclis apardığım möh-
t
əşəm məclislərin  birincisi  idi.  Yaxşı  yadımdadır,  arxivimdə 
olan şəkillər də fikrimi təsdiqləyir. O bayram soraqlı tədbirdə 
Hacıqabul rayonunun aktivləri, keçmiş Udulu sovetliyinin beş 

24 

 

para k
əndinin əhalisi, eləcə də Əzizə xanımın şair, alim, ziyalı, 
deputat dost
ları yaxından iştirak etdilər. Deputatlardan Fəttah 
Heyd
ərov, Tərlan Musayeva  və  başqaları  maraqlı  çıxışlar 
etdil
ər. Deputat F.Heydərov dedi:  “Əzizə xanım respublika-
mızın  ictimai-siyasi həyatında  həmişə  yaxından  iştirak  edir. 
Respublik
a Qadınlar Şurasının sədri kimi gördüyü xeyirxah 
işlər hamımıza bəllidir. Bu gün yubileyinə toplaşdığımız mək-
t
əb onun gördüyü xeyirxah işlərin bir damlasıdır… Bu bayram 
münasib
əti ilə  onun həmyerlilərini təbrik edirəm,  alqışlayı-
ram”. 
“M
ən Əzizə xanımın bədii əsərlərinin vurğunuyam. Hə-
min 
əsərlərdən  yaşıdlarımla  çox  mənəvi keyfiyyətlər öyrən-
mişik.  Belə  bir məktəbin tikilib həmyerlilərinə  ərməğan  edil-
m
əsi  Əzizə  Cəfərzadənin böyük xeyriyyəçi  olduğundan  bir 
daha  x
əbər verir. Cəsarətlə deyə bilərəm ki, o, təkcə ata-baba 
yurdu Udulunun 
deyil,  bütün  Şirvanın  Mahmud  Ağası,  Hacı 
Zeynalab
din Tağıyevidir…” (İsgəndər Etibar)
M
ərasim Hacıqabul Mədəniyyət evi və Təhsil şöbəsinin 
hazırladığı maraqlı konsert proqramı ilə sona çatdı…    
***  
Ümumiyy
ətlə, pedaqoji sahədə əldə etdiyi uğurlara görə, 
Əhməd Cəfərzadə bir çox orden, medal, fəxri fərman və müka-
fatlara layiq görülmüşdür: 1967-ci ildə Moskvada XTN sərgi-
sinin 
qızıl  medalına, 1970-ci ildə  “Fədakar  Əməyə  görə” 
medalına, 1971-ci ildə  “Qırmızı  Əmək  Bayrağı”  ordeninə, 
1976-
cı  ildə  “metodist-müəllim”  adına  layiq  görülmüş  və 
otuzdan  artıq  “Fəxri fərmanla” təltif  olunmuş,  üç dəfə  Azər-
baycan mü
əllimləri qurultayına nümayəndə seçilmişdir…  
Əhməd Cəfərzadə  təkcə  pedaqoji sahədə  çalışmaq,  şeir 
v
ə  nəsr  əsərləri  yazmaqla kifayətlənməmişdir.  Onunla  yaxın-
dan tanış olandan (1970-ci il) sonra yəqin etdim ki, o, Şirvanın 
aşıq,  poeziya,  muğam  və  folklor mühitinin  və  tarixinin, dini 
ocaqlarının, tarixi yerlərinin, qədim adət-ənənələrimizin kamil 

25 

 

bilicisi, toplayıcısı, tədqiqatçısıdır. Hər şeydən əvvəl bir də onu 
y
əqin  etdim  ki,  bütün  bunları  əldə  etməkdən ötrü o, bütün 
Şirvanı  payi-piyada,  oba-oba,  kəndbəkənd,  şəhərbəşəhər gəz-
miş,  minlərlə  insanlarla  görüşmüşdür.  O  zamanlar  70-80 ya-
şında  olan  bu  insanların  –  söyləyicilərin  çoxusu  M.Ə.Sabir, 
A.S
əhhət, C.Cəbrayılbəyli,  T.Əlyarbəyov, M.Məhəmməd-
h
əsən, M.Mahmudbəyov,  Aşıq  İbrahim,  Mahmud  Ağa,  Aşıq 
Nur
əddin,  Aşıq  Bilal,  Kalvalı  Əli,  Ə.Qarayev,  S.M.Qənizadə, 
Y.K
ələntərli, A.Gəraybəyli, E.Əfəndiyev, Hacı Məmmədov və 
b. ya tanıyan, onlarla ünsiyyətdə olan, ya da onlarla məclislərdə 
iştirak etmiş insanlarla dost olmuşlar. Bunun nəticəsidir ki, hal-
hazırda Ə.Cəfərzadənin şəxsi arxivində neçə-neçə xatirə, nağıl, 
əfsanə,  aşıq  və  şairlərin  şeirləri, deyimlər,  ağılar,  mərsiyələr, 
baya
tı dəftərləri yaşayır (Onların bir qismini “Şamaxı”, “Şirvan 
folkloru an
tologiyası”,  “Şirvanın  350  şairi”  kitablarında  oxu-
culara çatdırmışıq – S.Q.). Əminəm ki, böyük alimin şəxsi ar-
xivi gec-
tez geniş tədqiqata cəlb ediləcək və öyrəniləcəkdir.  
Ən maraqlısı  bir də  odur ki, təkcə  Azərbaycanı  deyil, 
ümumiyy
ətlə,  bütün  dünyanı  gəzmək, səyahətə  çıxmaq, 
dünyanın  müxtəlif yerlərində  olmaq  Əhməd müəllimin  ən 
böyük  arzularından  olmuşdur  və  gəzmişdir  də!.. Hər  olduğu 
ölk
ədə, məkanda olan kitabxanalara baş vurur, rus, ərəb, fars, 
türk dill
ərini  kamil  bilən alim  oradan müəyyən  maraqlı 
faktlar 
əldə edir, vətənə dönəndə o yeni məlumatlarla oxucuları 
tanış edirdi… 
O, h
ələ 1940-cı ildə bacısı Əzizə xanımla Bakı-Moskva-
Xabarovsk 
marşrutu ilə qatarla yola çıxmış, 12 yaşında ikən ilk 
d
əfə Moskva və Xabarovsk kimi şəhərləri gəzmişdir…  
1957-ci ild
ə Dağıstanın Mahaçqala, Dərbənd, Buynaksk, 
Xasavyurd, Qarabudaqk
ənd və  s.,  1959-cu ildə  Ermənistanın 
Dilican, Leninakan v
ə  Amasiya,  1960-cı  ildə  Pyatiqorsk, 
Kislovodsk,  Mineralnıy  Vodı,  Jeleznovodsk,  Yesentuki  və  s., 
1965-ci ild
ə  Qaraçay-Çərkəz vilayətini, 1966-cı  ildə  Tbilisi, 

26 

 

Qori, Suxumi, Soçi v
ə  s.,  1970-ci ildə  Peterburq və  Moskva, 
1971-82-ci ill
ərdə dönə-dönə Moskva, Xarkov, Batumi, Kiyev, 
Lvov, Odessa, Ujqorod, Stanislav, Dro
qobıç,  Truskovets, 
Peterburq, Donetsk, Kobuleti, Kutaisi, Samtrediya, Yerevan, 
Maxaradze,  Daşkənd, Krasnovodsk, Buxara, Səmərqənd, 
Ryazan, Rostov, Dnepropetrovsk v
ə b. şəhərləri gəzib, müxtəlif 
t
ədqiqatlar aparmış, dostlar qazanmışdır… 
Ə.Cəfərzadə  1970-ci  ildə  Bolqarıstanda  olub,  Sofiya, 
Vidin, Varna, Burqas v
ə s. şəhərlərə səyahət etmişdir. O, 1982-
ci ild
ə İraqın Kərbəla, Nəcəf, Kufə və Samirə, 1990-cı ildə 
İranın  Təbriz, Urmiya, Tehran, Kərəc, Qum, Məşhəd, 
Nişapur və  Tus  şəhərlərində  xeyli  qalmış,  ərəb və  fars 
m
ənbələrindən Azərbaycanla  bağlı  geniş  tədqiqatlar aparmış, 
maraqlı, dəyərli materiallarla vətənə dönmüşdür… 
1990-
cı  ilin  sentyabrında  Əhməd müəllim  bacısı  Əzizə 
xanımla  birlikdə  dəvətlə  İrana  gedir,  bibisi nəvələri ilə 
görüşür. Eləcə də o, 
M
əşhəddə  –  bibisi  oğlu  Mirağanın  qızları  Məsumə, 
S
əkinə, Tahirə;  bibisi  oğlu  Mirabtalıbın  oğlanları  Mir  Bağır, 
Mir Sadıq, qızları Xədicə və Şəmsa; 
K
ərəcdə  –  bibisi  oğlu  Mirağanın  oğlu  Hüseyn  və  qızı 
Sür
əyya; bibisi oğlu Mirabtalıbın oğlanları Əsgər və Müctəba. 
Tehranda  – 
bibisi  oğlu  Mirağanın  oğlu  Həsən,  qızları 
M
ərziyə  və  Zəhra;  bibisi  oğlu  Mirabtalıbın  oğlu  Möhsün  ilə 
görüşmüşdür… 
…Onların vasitəsi ilə xaricdə yaşayan bibisi oğlu Mirab-
ta
lıbın  oğlanları  Abbas  (İngiltərə), Qasim (Amerika)
M
əhəmməd (İspaniya) ilə telefonla tanış olur...  

İranda  ikən  Əhməd müəllim Tehran, Kərəc, Qum, 
M
əşhəd, Tus, Nişapur və b. şəhərləri gəzmiş, muzey, məscid, 
pir, qala, ziyar
ətgahlarla olmuş, alim və yazıçılarla görüşmüş-
dür
.  Bunların  hamısını  şəxsi arxivində  olan  şəkillər təsdiq 
edir… (Savalan, Az
əri, Tərlan, Eldar, Saplaq, Qaflantı, Eloğlu, 

27 

 

Alirza, Şirin, Niqabi və b.). Eləcə də Firdovsi (Tus), Xəyyam 
(Nişapur), Fəridəddin Əttar, Kəmaləddin Mülk Nəqqaş, Nadir 
şah və b. qəbir və türbələrini ziyarət etmişdir… 
Onu da qeyd etm
ək lazımdır ki, rus, fars, ərəb dillərini 
mük
əmməl bilən, bu dillərdən sərbəst tərcümələr edən Əhməd 

əllim milli-mənəvi dəyərlərimizin  təbliğatçısı  və  bunları 
g
ənc nəslə  aşılayan  bir  pedaqoq  olmuşdur.  İslam  dini  qayda-
qanunlarını  kamil  bilən,  “Quran”ı  sərbəst  oxuyan, tərcümə 
ed
ən Əhməd müəllim bir ağsaqqal kimi dini qayda-qanunların 
t
əbliğatçısı,  bütün  Şirvanda,  el-obada  tanınmış,  sevilmiş, 
hörm
ət-izzət sahibi olmuşdur. 
Bu bar
ədə hətta sevimli, “Quran” oxuya bilən nəvəsi 
deyir ki,  “…Babam otuz ild
ən  artıq  bütün  Şirvan  bölgəsinin 
yas, mat
əm mərasimlərini  böyük  ustalıqla  idarə  edə  bilmiş, 
“Quran”a, onun t
əfsirinə dərindən bələd olan Kərbəlayi Əhməd 
kimi d
ə  sevilmiş,  tanınmış, məşhurlaşmışdır…  Biz  hamımız 
ömrümüz boyu babamızla fəxr edəcəyik…  
B
əli, Əhməd Cəfərzadə öz ömründə ondan artıq Əhməd 
ömrünü c
əmləşdirdi: müəllim-pedaqoq Əhməd, alim Əhməd, 
yazıçı-publisist Əhməd, şair Əhməd, folklor bilicisi Əhməd, 
t
ərcüməçi  Əhməd!  Şirvan  aşıqlarının  tədqiqatçısı  Əhməd, 
islam dininin t
əbliğatçısı Əhməd, Vətənini canından-qanından 
artıq sevən Vətəndaş Əhməd.  
Əhməd Cəfərzadə  2000-ci ilin  avqust  ayının  5-də  71 
yaşında  dünyasını  dəyişmiş  və  ata-anasının  uyuduğu  Hacı-
qabul  rayonunun  Tağılı  kənd qəbiristanlığında  dəfn  olunmuş-
dur… 
G
ələcək nəsillərə  on monoqrafiya, dörd toplu, dörd 
dini kitab, iki yüzd
ən artıq elmi məqalə yadigar qoyub gedən 
c
əfakeş,  sadə  və  mehriban insan, filologiya elmləri doktoru 
Əhməd Cəfərzadənin  adı-sanı  əsrlər  boyu  yaşayacaqdır. 
Görk
əmli alimin bu əsərlərindən gələcək nəsillər  lazımınca 

28 

 

faydalanacaq,  onlardan d
əyərli bir mənbə  kimi istifadə  edə-
c
əklər… 
Əhməd Cəfərzadə  Şirvanın  tarixi, poeziyası, folkloru, 
pedaqoji mühiti v
ə adət-ənənələrinə dərindən bələd olan ziyalı, 
h
əm də  canlı  bir  tarix idi. Onun qədrini bilmədik,  vaxtında 
onun böyük q
əlbində  uyuyan xatirələri  qələmə  almadıq.  Ona 
gör
ə  də  özü ilə  yaddaşında,  yazmadığı,  qələmə  almadığı 
bilgil
əri apardı… Özü də çoxunu apardı… və həmişəlik… özü 
d
ə əbədiyyətə… 
 
2000-2012 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

29 

 

UNUDULMAZ ALİMİN VƏFATINA YAZDIĞIM 
NEKROLOQ 
 
EL-OBANIN GÜMA
N YERİ İDİ ƏHMƏD 
CƏFƏRZADƏ 
 
Bu ilin 
avqust ayının 5-də Azərbaycan elminə, pedaqoji 
ictimaiyy
ətinə  ağır  bir itki üz verdi.  Görkəmli  yazıçı,  şair, 
maarif f
ədaisi, folklorumuzun əvəzsiz tədqiqatçısı,  Şirvan 
ədəbi mühitinin  araşdırıcısı  və  hər  şeydən öncə, gözəl insan, 
xeyirxah  ziyalı,  el  ağsaqqalı  Əhməd Məmməd  oğlu  Cəfər-
zad
ə 71 yaşında dünyasını dəyişdi... 
Elm, alim, şair adına xüsusi rəğbət bəsləyən Məhəmməd 
Peyğəmbər (s.ə.s.) hədislərində yazır: “Alimlərə hörmət edən 
şəxs elə  bil mənə  hörmət edib”, “Elmin  ayağı  dünyadan 
k
əsildiyi  vaxt  savaş  başlayacaqdır”,  “Alim  öldü,  aləm 
öldü”. 
Əhməd müəllimin biliyinə,  savadına  bələd olanlar 
c
əsarətlə etiraf edərlər ki, bu ölüm Azərbaycan elmi, ulu Şirvan 
üçün  çox  ağır  itki  oldu... Ömrünün 55 ilindən çoxunu 
ədəbiyyata,  maarifə  həsr edən  Əhməd müəllim pak, təmiz 
əqidə  sahibi  olduğu  üçün  ağlı  söz  kəsəndən ta son nəfəsinə 
q
ədər barışmadı haqsız dünyanın haqsız qanunları və kərəmsiz 
insanları  ilə... Elə  ona görə  də  uzun illər təqiblərə, təzyiqlərə 
m
əruz  qaldı  Əhməd müəllim...  16  yaşından  başı  daşdan-daşa 
d
əydi...  Bağırovların,  Melkumyanların,  Abramovların  yalançı 
şahidlərinin ifadəsi ilə  Rusiyaya sürgün edildi. Müxtəlif 
zindanlarda  ağrılı-acılı  günləri, illəri  saydı...  Günahı  günah-
sızlığı, həqiqi ziyalı olması, vətən sevgisi, bir də hər şeyi açıq-
saçıq  deməsi oldu...  Ona görə  də,  elmlər doktoru olsa da, 
Bakıya  gedib  ali  məktəblərdə, böyük yerlərdə  işləyib günaha 
batmaqdan, kimins
ə dəstəsinə qoşulmaqdan uzaq oldu, kəndin 
saf havasını, saf suyunu, təbii gözəlliyini heç nəyə dəyişmədi... 
 

30 

 

Əhməd Cəfərzadə 1929-cu ildə Bakı şəhərində anadan 
olmuşdu...  Anası  Böyükxanım  öz  dövrünün  ziyalı  qadınların-
dan idi. O, Az
ərbaycan klassik ədəbiyyatına, folkloruna, islam 
dini d
əyərlərinə, eləcə də xalq adət-ənənələrinə dərindən bələd 
olan 
bir xanım idi. Üç ciyərparası – Əzizə, Məmməd və Əhməd 
d
ə bu kök üstə köklənmişdir... Bütün varlığı el ədəbiyyatı üstə 
kökl
ənən  Böyükxanım  ana  ömrü  boyu  bu  üç  övladına  “nağıl 
danışıb,  əfsanə  söyləyib”  (Ə.Cəfərzadə),  bayatı,  ağı,  zərb-
m
əsəllərlə  onları  həqiqi vətəndaş,  el-oba qədri bilən insanlar 
kimi boya-
başa çatdırıb... 
Orta m
əktəbi  qurtarandan  sonra  o,  altı  aylıq  müəllimlik 
kursunu başa vurur, 14 yaşından ömrünü pedaqoji aləmə həsr 
edir. Bu s
ənətə kamil yiyələnməkdən ötrü Əhməd müəllim əv-
v
əl Pedaqoji texnikumu, sonra isə Pedaqoji İnstitutu qurtarmış-
dır. O, əsasən 1947-ci ildən bəri yaradıcılığa başlayıb. Yazdığı 
hekay
ə, povest, felyeton və  şeirlərində  hərdən  “sarı  simə  də 
toxunur”. Əhmədin qələmilə ifşa olunacağını görən bəzi vəzifə 
sahibl
əri onun “şeirlərində siyasi səhv tapır”, 23 yaşlı Əhməd 

əllim 1952-ci ildə həbs olunur. Nə az, nə çox, düz dörd il 
s
əkkiz ay həbsxana həyatı yaşayır. Onun həbsxanalarda yaz-
dığı gündəlikləri ən dəyərli əsərlərindəndir. Vaxtilə hamımızın 
“G
ənclik” jurnalından birnəfəsə oxuduğumuz “Adsız” povesti 
kimi... 
Əhməd müəllim M.C.Bağırovun məhkəməsi və İ.V.Stali-
nin ölümünd
ən sonra azadlığa buraxılır. Və o gündən ömrünü 
ata-
baba ocağında – Udulu kəndində elmə, poeziyaya, maarifə 
h
əsr  edir.  Şirvan  mahalını  qarış-qarış  gəzir.  Neçə-neçə  əlyaz-
malar, xatir
ələr, qədim kitab, qədərsiz folklor toplusu nümunə-
l
əri  əldə  edir.  Adları  unudulmaqda  olan,  XII  əsrdən üzü bəri 
Şirvan nisbəsi ilə məşhur olan istedadların ömür yolunu öyrə-
nir, 
əsərlərini toplayır... 
Tezlikl
ə namizədlik və 1973-cü ildə isə doktorluq disser-
tasi
yasını müdafiə edir. Neçə-neçə ali məktəblərə, elmi müəs-

31 

 

sis
ələrə dəvət olunur, vəzifələr təklif olunur... Mövlana Füzu-
linin m
əşhur “Çoxdur bəni-adəm içrə bidad” kəlamı ilə on-
lara cavab verir v
ə doğma Udulunun havasını, suyunu, təbiətini 
heç n
əyə  dəyişmir.  Əslində  isə  onu  günahsız  yerə  günah-
landıran  quruma  qarşı  üəryində  kin, qəzəb, hiddətin qədəri-
q
əsəmi soyumurdu ki, soyumurdu... 
Əhməd Cəfərzadə  həqiqi pedaqoq, maarif xadimi, əsl 

əllim idi. Titul, vəzifə  ardınca  qaçmasa  da,  keçmiş  SSRİ-
nin, el
əcə də dünyanın bir çox ölkələrində keçirilən elmi kon-
frans, qurultay v
ə  simpoziumlardakı  dəyərli məruzələri neçə-
neç
ə orden və medallara layiq görülmüşdür... 
Respublika T
əhsil Nazirliyindən də  Əhməd müəllimin 
gileyl
əri bəzən açıqca hiss olunurdu... “Onun dırnağının kəsiyi 
olmayan mü
əllimlər” rayon təhsil  şöbələrinin  “şişirdilmiş 
t
əqdimatı  ilə”  asanlıqla  alırdı  “Əməkdar müəllim”  adını. 
Amma, xalq, el-
oba, şagirdləri, yetirmələri lap çoxdan vermişdi 
Əhməd müəllimə “Xalq müəllimi” titulunu... 
İyirmi ildən artıqdır ki, Əhməd müəllimlə haqq-salamım 
var idi... Ziyalı qədri bilən bir insan idi Əhməd müəllim. Elmə, 
elm  adamlarına  xüsusi  rəğbəti  var  idi  bu  kişinin.  Onunla 
ünsiyy
ətdə olanlar yaxşı bilirlər ki, Əhməd Cəfərzadə ömründə 
on
dan artıq Əhməd ömrü cəmlənmişdi... Alim Əhməd Cəfər-
zad
ə; müəllim-pedaqoq  Əhməd;  yazıçı-publisist  Əhməd; 
şair  Ə.Cəfərzadə;  folklor  bilicisi  Əhməd müəllim;  islam 
dininin  bilicisi v
ə  təbliğatçısı  Kərbəlayi  Əhməd; bir də  el 
ağsaqqalı, çoxumuzun məsləhət, ümid yeri olan Əhməd əmi... 
B
əli,  ustadın  ölümünə  biz  ziyalılar,  şagirdləri ona görə 
göyüm-göyüm göyn
əyirik  ki,  Şirvan  torpağını  tutiyə  bilən 
Əhməd müəllim özü ilə  neçə-neçə  yazıya  alınmamış,  qeyd 
d
əftərlərində, gündəliklərində hələ tamamlanmamış, ədəbiyyat 
tariximiz
ə adı-sanı düşməmiş  şair, alim, dərviş, sinədəftər, el 
xan
əndəsi,  aşıq,  övliya  və  və  din nümayəndələri  haqqında 
m
əlumatları apardı... 

32 

 

Bu dünya “g
əlimli-gedimli,  son  ucu  ölümlü”  dünyadır. 
V
ə yaxud “səksən-doxsan, bir gün yoxsan”. Elə kəslər var ki, 
onların  adı-sanı,  xeyirxah  əməlləri illərlə  yaşayır;  düzlük, 
doğruluq, halallıq, təvazökarlıq, ağsaqqallıq, həqiqi vətəndaşlıq 
müc
əssiməsi olan Əhməd müəllim kimi... Əhməd müəllimi 
h
əmişəlik yaşadan həm də onun Azərbaycan elmi üçün qoyub 
getdiyi on monoqr
afiya,  dörd  toplu,  dörd  dini  kitabı  və  iki 
yüzd
ən artıq elmi və metodiki məqalələri olacaqdır. Hansı ki, o 
əsərlərdən gələcək nəsillər  lazımınca  faydalanacaq,  dəyərli 
m
ənbə kimi istifadə edəcəklər... 
Hörm
ətli ustad,  Siz  biz  şagirdlərinizə  –  iman  əhlinə 
öyr
ətmişdiniz ki, illər, əsrlər dolansa da, yaxşı kəslərin ruhuna 
h
ər şey əyan olur... Biz də əminik ki, elmimiz, ədəbiyyatımız 
sah
əsində  hansı  uğurları  əldə  etsək, harada poeziya, saz-söz 
m
əclisi qursaq,  sizin ruhunuz həmin məclisin üstündə  dövrə 
vuracaq,  uğurlarımız  Sizə  əyan  olacaqdır...  Bu  uğurlarda  isə 
Sizin z
əhmətiniz qədərsizdir... 
Biz islam dini qayda-
qanunlarını  azı  20  il  öncə  Sizdən 
öyr
ənməyə  başlamışıq.  Sözün  həqiqi mənasında  öyrənə  də 
bilmişik. Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbərimiz hədisləri-
nin birind
ə buyurub: “Elm yolunu seçən insan üçün Allah da 
Behiştə sarı bir yol açır”. Biz əminik ki, Siz artıq 40 gündür 
ki, h
əmin yolun yolçususunuz... 
Allah Siz
ə rəhmət eləsin, ustad!.. 
 
Hacı Seyfəddin QƏNİYEV 
filologiya elml
əri namizədi, dosent  
“Elin sözü” q
əzeti, 7-14 sentyabr 2000-ci il 
  
      
   
   
    

33 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏHMƏD CƏFƏRZADƏNİN  
ŞEİRLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

34 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Əhməd Cəfərzadə həm də gözəl şair idi. Həm klassik, 
h
əm də xalq şeiri üslubunda şeirlər yazmışdır. Yuxarıda qeyd 
etdiyimiz  kimi,  şairin  şeirlərinin mövzusunu  haqsızlığa,  xal-
qa,  camaata  qarşı  zülm  edənlərə, hətta dövlət  başçısına  – 
Stalin
ə  (Yusifə)  etiraz,  Şirvanın  füsunkar  təbiəti,  başı  qarlı 
uca  dağları,  laləli-nərgizli  yaylaqları,  nur  çeşməli  bulaqları, 
şır-şır  axan  çaylarının  zümzüməsinin vəsfi,  əmək 
adamlarının  hünərlinin, saf, pak məhəbbətin tərənnümü 
t
əşkil edir. Şair şeirlərini Əhməd, Kərbəlayi, Əfqan, Əfqani, 
Miskin Əfqan və s. təxəllüslərlə yazmışdır.   
 
 



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə