SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə12/12
tarix29.05.2017
ölçüsü2.8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   12

ALTINCI MƏKTUB 
 
Sevimli dostum! 
Bu vaxta q
ədər sənə yazdığım məktublarda mən 1937-ci 
ild
ən ta ki, müharibə başlanana qədər başıma gələn qəziyyələri 
yazmışam,  indi bu məktubumda müharibə  başlanandan  bu 
vaxta kimi günümün nec
ə keçdiyini danışmaq istəyirəm.  
Müharib
ənin başlanması xəbərini mən Yakutstanın şima-
lındakı  həbs  düşərgələrində  olarkən  eşitdim.  Biz,  siyasi  dus-
taqlar, bu x
əbəri ağır bir faciə kimi qəbul etdik. Demək olar ki
hamımız  bir  nəfər kimi ərizə  yazıb  könüllü  olaraq  vətənimizi 
müdafi
ə  etmək istədiyimizi bildirdik. Təəssüf ki, bizə  nəinki 
r
ədd  cavabı  verildi,  bizi vətəndaş  saymadıqları  kimi,  vətəni 
müdafi
ə edə biləcək bir insan da hesab etmədilər.  
Ətraf düşərgələrdən isə adi cinayətlər üstündə həbs olun-
muş məhbusları təcili olaraq cəbhəyə göndərilmək şərtilə azad 
edirdil
ər.  
Q
əribədir...  oğru,  quldur,  qatil  və  s. vətəni müdafiəyə 
layiq sayıldığı halda biz layiq olmadıq.  
Müharib
ənin ilk həftələrindən başlayaraq, bizi daha güclü 
mühafiz
ə  dəstəsi qoruyurdu. Nəzarətçilərin rəftarı  son  dərəcə 
dözülm
əz, yeməyimiz isə getdikcə pis olurdu. Əvvəllər gündə 
10  saat  işlədiyimiz halda, indi 11-12 saat, bəzən  daha  artıq 
işləyirdik. Müharibənin gedişi haqqında heç bir şey bilmirdik.  
İllər gəlib keçdi. Bu vaxt ərzində mən Komi MSSR, Ural 
v
ə Cənubi Sibirin həbs düşərgələrində oldum. Bu yerlərdə mən 
h
ərdənbir bir parça kağız tapır, sırıqlımın tikişlərinin arasında 
gizl
ətdiyim kiçik qələmlə  öz son əsərimi  yazırdım. Mən onu 
meşədə  ağac  qıranda,  şaxtada  yer  qazanda,  vaqonda  yol  ge-
d
əndə yazır (düşərgədə bu mümkün deyildi), gizlincə yorğanı-
mın içinə yığırdım. Əgər onu çölə ötürmək mümkün olsaydı... 

199 

 

Ayaz, 
əzizim! Mən həmişə inanmışam və yenə də inanı-
ram ki, xalq bu v
əziyyətdən xəbərsizdir; bir qismi aparılan gu-
rultulu t
əbliğata inanıb bizi həqiqətən düşmən hesab edir, əksə-
riyy
ət isə vəziyyətin son dərəcə gərgin olduğunu görüb susur. 
M
ən bunu artıq bir neçə dəfə hiss etmişəm. Doğrudur, bu 
ill
ər ərzində mən heç bir vətəndaşla üz-üzə söhbət etməmişəm, 
bu mümkün d
ə  deyildir, fəqət,  yatab  aparılarkən və  bu  işə 
ged
ərkən təsadüfən rast gəldiyimiz tək-tük adamlar bizə  necə 
d
ə kədər və təəssüflə baxır. 
Bir hadis
ə heç yadımdan çıxmır. Bizi Komi MSSR-dən 
Urala yatab aparırdılar. Hansısa lap kiçik bir duracağın yanında 
mindiyimiz vaqonun t
əkəri xarab oldu. Bizi heç bir zaman 
xalqa göst
ərməyən,  daima  qapalı  vaqonlarda  gecə  aparan və 
əhali  yaşayan  yerlərdən  xeyli  uzaqda  saxlayan  keşikçilər va-
qonu qatardan açmaq üçün bizi yer
ə  düşürməyə  və  başqa 
vaqonlara mindirm
əyə məcbur oldular. 
Yolun qırağında 2 fəhlə qadın işləyirdi. Onlar bizi görcək 
əllərini işdən çəkib, bellərini düzəltdilər və bizi nəzərdən keçir-
m
əyə  başladılar.  Bu  nəzərlərdə  nə  isə  başqa  bir  şey,  nəzarət-
çil
ərdə olmayan bir şey – bizə qarşı hüsn-rəğbət görünürdü. Bu 
baxışlar sanki səbr etməyə, daha dözümlü, daha iradəli olmağa 
çağırırdı. 
Bu qadınlar, gəmidə gördüyü matros, nəzarətçi və əsgər-
l
ərdən bizimlə  yaxşı  rəftar edənlər, bunlar  hamısı  onu  göstə-
rirdi ki, xalq bizi 
öz düşməni hesab etmir, əksinə, bizim halımı-
za acıyır.  
Bütün bunlar özlüyünd
ə  çox  xırda  şeylər olsa da, lakin 
bizim xalqa v
ə  partiyaya  inamımızın  doğru  olduğunu  sübüt 
edirdi.  
İllər gəlib keçdi. Müharibənin 3 ili keçdi. Ordumuz Av-
ro
paya  girdi. Çoxları, o cümlədən mən də bu ümiddə idik ki, 
müharib
ənin  qurtarması  ilə  əlaqədar olaraq dövlətimiz  əfvi-
ümumi ver
ər, başqaları ilə birlikdə bizi də azad edər. 

200 

 

T
əəssüf ki, belə olmadı. Nəinki biz buraxılmadıq, əksinə, 
h
əbs düşərgələri yenidən, özü də daha böyük bir sürrətlə dol-
mağa başladı.  
Yeni g
ələn siyasi dustaqların da “cinayəti” təxminən bi-
zimki kimi q
əribə idi. Lakin bunların arasında gənclər daha çox 
idi. Yeni g
əlmiş  siyasi  dustaqların  demək olar ki, əksəriyyəti 
Ukrayna, Belorusiya, Moldaviya, Piribalti
ka  respublikaları  və 
RSFSR-nin q
ərb rayonlarından olub, müharibə dövründə işğal 
olunmuş  zonalarda  yaşayan  yerli  əhalidən ibarət  idi.  İşğal 
dövründ
ə müxtəlif mülki idarələrdə: hesabdar, hakim, müəllim, 
müh
əndis, katib, dilmanc, qarovulçu, dükandar və s. peşələrdə 
işləmişdilər. 
Dig
ər bir qismi zorla polis xidmətinə cəlb olunanlar idi. 
Bütün  bu  şəxslərin demək olar ki, hamısı  imkan  olan  kimi 
partizanlara  qoşulmuş  və  ya  sovet  ordusu  sıralarına  daxil  ol-
muş, müharibənin axırına kimi döyüşlərdə iştirak etmiş, çoxlu 
igidlikl
ər göstərmiş,  əlil  olmuş,  müxtəlif orden və  medallarla 
t
əltif olunmuşdular. 
Bütün bunlar h
əmin şəxslərin istəmədən etmiş olduqları 
x
ətanı müəyyən qədər yüngülləşdirməli idi. Lakin nədənsə, hər 
yerd
ə tiribunallarda bir cür hökm çıxarırdılar – 25 il. 
Başqa  bir  qism  siyasi  məhbuslar-bunlar  əsasən 18-25 
yaşlı gənclər idi – müharibədən sonra heç bir cinayət etmədik-
l
əri halda həbs  olunmuşdular.  Bunları,  əslində  mövcud olma-
yan müxt
əlif antisovet təşkilatlarda  iştirak  etməkdə, müxtəlif 
xarici 
ədəbiyyat oxumaqda, toplanışlar keçirməkdə təqsirləndi-
rirdil
ər. 
H
ərbi  əsirlər  siyasi  dustaqların  içərisində  çoxluq  təşkil 
edirdi. Onların arasında bütün xalqların nümayəndələri var idi. 
Bunların  haqqında  edilən zülm heç yerə-göyə  sığışan  şey 
deyildi.  Əlində  tüfəng vətəni müdafiə  edəsən, sonra  da səni 
“v
ətən xaini” adlandırsınlar. 

201 

 

Q
ərb rayonlarından olan bir sıra məhbusların cinayət işi 
lap gülm
əli  idi.  Onların  1940-cı  ilədək (yəni həmin rayonlar 
SSRİ  tərkibinə  qoşulanadək) maarif, tibb, inzibati və  hərbi 
orqanlarda xidm
ət etdiklərinə görə həbs etmişdilər. 
Yaşlı bir kişi olan Çervak deyirdi: 
– 
Ay canım, axı mən nə biləydim ki, bizim yerlər sovet 
ərazisinə  qoşulacaq.  Həm də  ki, müəllim  harda  işləyir?  –
M
əktəbdə. Mən də  məktəbdə  işləmişəm.  İntəhası,  o zaman 
bizim yerd
ə  başqa  bir  dövlət  quruluşu  var  idi.  Məgər bundan 
öt
əri adamı həbs edərlər? Bizim günahımız nədir? 
Doğrudan  da,  bizim  MVD  və  MQB-nin bu illərdə  həbs 
etdiyi  adamların  demək  olar  ki,  hamısı  vətənə  və  xalqa səda-
q
ətli insanlar olduqlarına görə həmişə ancaq bu sualı verirdilər: 
– 
Bizim günahımız nədir? 
Müharib
ə  qurtarana  yaxın  həbs  düşərgələrində  çoxlu 
dindarlar görünm
əyə başladı. Bunlar siyasi məhbus adlansalar 
da, 
əslində siyasətdən son dərəcə uzaq adamlar idi. Doğrudur, 
bunların  arasında  katolik  kilsəsinə  mənsub olan olduqca 
m
ədəni və  savadlı  adamlar  var  idi. Lakin onlar da siyasətə 
qoşulmurdular. 
Düşərgəyə  qədəm  qoyduqları  ilk  gündən etibarən onlar 
m
əhbusları dini təşkilata “Bratya İeqovı” (İeqov qardaşları) 
t
əşkilatına cəlb etməyə başladılar. 
Bizd
ə heç bir kitab, qəzet və s. olmurdu. Fəqət, bunlar nə 
üsullasa müxt
əlif dini ədəbiyyat və  hətta həmin təşkilatın 
Amerikada n
əşr olunan “Armaqeddon” adlı aylıq məcmuəsini 
d
ə  əldə  edirdilər.  Bunlarda  “İncil”-in demək olar ki, bütün 
dill
ərə tərcüməsi var idi. 
Çoxları kimi mən də uzun illər kitab görmədiyimdən, bu 
m
ətbuatla  maraqlandım.  Aman  dostum!  Bu  “Armaqeddon” 
m
əcmuəsində nələr yazılmır... 
Bu ki, h
əqiqi mənada sosializm quruluşuna zidd olan bir 
şeydir. 

202 

 

Bu t
əşkilatın  üzvləri bir-birinə  qardaş  deyirlər.  Onların 
yegan
ə vasitəsi dini təbliğatdır. Bu şəxslərdən birisi Latış keşişi 
Adonis m
ənimlə  yanaşı  yatırdı.  O,  çox  qoca,  mən isə  xəstə 
olduğumdan bizə 1ay dinclik vermişdilər. Bu 1 ayın ərzində biz 
bekar qalıb xeyli söhbət etdik. Adonis bütün var qüvvəsini sərf 
ed
ərək məni mənsub olduğu dini təşkilata cəlb etməyə çalışırdı. 
Əvvəllər mən buna əhəmiyyət vermirdim. “Qoy nə  deyir, 
desin”  –  dey
ə  düşünürdüm.  Lakin  günlər keçdikcə  onun təb-
liğatı  məni bezikdirməyə,  əsəbləşdirməyə  başladı.  Mən  əvvəl 
n
əzakətlə, bir qədər sonra tündlüklə  və  ən  axırda  kobudluqla 
m
əndən əl çəkməyini xahiş etdim.  
Q
əribədir, bu insanda ən böyük təbliğatçılıq məharəti, nə 
böyük irad
ə  var. Mən hətta  onu  ağır  sözlərlə  təhqir edəndə 
bel
ə, üzündəki mülayimliyi dəyişmir,  dilindəki  şirin  sözlər 
acısı  ilə  əvəz olunmur. Afərin, bax təbliğatçı  belə  lazımdır: 
inandırmağı bacaran, sakit və iradəli. 
                                          *** 
Dostum! M
əktubu qurtarmışdım ki, azərbaycanlı yoldaş-
larımızdan  biri  təsadüfən  düşərgənin içində  öldü.  O,  qapıdakı 
odun q
alağından odun götürmək istərkən iri bir buz parçası gic-
gahına düşür və elə oradaca ölür. 
M
ən bu 9 il ərzində minlərlə yoldaşın öldüyünü görmü-
şəm. Biçarə məhbuslar payız milçəyi kimi hər gün 5-5, 10-10 
qırılırdı. Lakin bu ölüm o birilərindən fərqlidir. 
M
əsələ burasındadır ki, İslam (ölən yoldaşımızın adı belə 
idi) istirah
ət  günü  öldü.  Hamı  düşərgədə  idi. Meyiti gətirib 
baraka qoydular.  
Aradan 5 d
əqiqə  keçməmiş  nəzarətçilər gəlib onu apar-
maq ist
ədilər. Məhbuslar bir-birinin sözünü kəsə-kəsə  xahiş 
etm
əyə başladılar ki, qoy meyiti özümüz basdıraq. Nəzarətçilər 
çox dedil
ər, məhbuslar  az  eşitdilər,  əlacsız  qalan  nəzarətçilər 
r
əisin yanına şikayətə getdilər. 

203 

 

Bu müdd
ətdə  bizim  barakın  ətrafına  bəlkə  2000 min 
adam yığışmışdı. 
Yay olduğundan çöl o qədər də soyuq deyildi. Hamı da-
nışır, çığırır, tüpürür və hətta söyürdü. 
R
əis nəzarətçilərlə  birlikdə  gəlib bizə  yaxınlaşdı.  Keşiş 
Adonis ir
əli çıxıb: 
–  V
ətəndaş rəis – dedi,  icazə verin  yoldaşımızı özümüz 
basdıraq. 
R
əis kinayəli bir tərzdə: 
–  Qoca,  –  dedi, 
axı  ölən xristian deyil, məhəmmədidir. 
Ondan siz
ə nə yoldaş? 
Keşiş aramla: 
–  S
əhv edirsiniz, –  dedi,  ölən adam həm insan, həm də 
siyasi m
əhbus  olduğu  üçün  mənim  yoldaşımdır.  Dinin  bura 
d
əxli yoxdur. 
H
ər tərəfdən səslər ucaldı: 
– 
Sağ ol, Adonis ata! – doğru deyirsən! 
– Y
oldaşımızı özümüz basdıracağıq! 
         – Ölüd
ən də qorxurlar ki, birdən qaçar. 
R
əis vəziyyəti belə görüb bizi sakitləşdirməyə başladı: 
– 
Yaxşı, yaxşı, niyə hay-küy qaldırmısınız? Mən bir söz 
demir
əm. Amma gərək qabaqca ona həkim  baxsın,  akt  bağ-
lansın. Ondan sonra meyit sizin.  
M
əhbuslar razılıq etdilər. 
Tezlikl
ə  sançasdan gələn həkimlər meyiti ciddi yoxla-
madan keçirib akt bağladılar və çıxıb getdilər. 
Meyit 
barakda  qaldı.  Yaxın  yoldaşlardan  başqa  keşiş 
Adonis v
ə  keşiş  Vasili  ata  da  səhərə  qədər onun yanında 
qaldılar.  Səhər 12 nəfərlik mühafizə  dəstəsinin  müşayiətilə 
c
ənazəni çiynimizə alıb düşərgədən çıxdıq. Biz 6 nəfər idik. 4 
n
əfər nisbətən gənc olan yoldaş cənazəni aparır, keşiş Adonislə 
m
ən isə onların dalınca gedirdik. 

204 

 

Düşərgədən 2 km-ə qədər aralanıb cənazəni yerə qoyduq. 
Yay olduğu üçün hər tərəf isti idi. Qəbir qazmaq üçün hündür 
bir yer axtarıb tapdıq. Cavanlar qazmağa başladılar. Heç 2 çim 
qazmamışdılar ki, qazdıqları yer su ilə doldu. Bu dəfə başqa bir 
yerd
ən  qazdılar.  Yenə  də  həmin  şəkildə  oldu. 3-cü dəfə 
qazanda mühafiz
ə dəstəsinin rəisi dedi: 
–  Nahaq yer
ə özünüzü incitməyin. Onsuz da burada hər 
yer sudur. 
Biz q
əbiri qazıb qurtardıq, lakin o tamamilə su ilə doldu. 
Biz suyu götürüb atmağı təcrübə etdik. Lakin tezliklə nəticəsiz 
olduğunu  gördük. Su hər yerdən  bulaq  kimi  sızırdı.  Əlacsız 
qalıb  İslamın  meyitini suyun içərisinə  qoyduq. Üstünə  bir-iki 
ağac şaxı düzüb torpaqladıq. 
Sabahı  gün  erkən “qalx” zəngi  çalındı,  bizi işə  aparma-
dılar. Təxminən, səhər saat 10-da silahlı əsgərlər zonaya doluş-
dular.  Düşərgənin  ortasına  miz  və  stullar  qoyuldu.  Hamını 
oraya qovub dövr
əyə  aldılar.  Bir-iki dəqiqədən  sonra  düşərgə 
r
əisi, kiçik işçilər və bir neçə tanımadığımız adam gəlib həmin 
mizin arxasında oturdu.  
G
ələnlərdən biri ayağa qalxıb: 
– 
Qulaq asın, – dedi, düşərgələrarası səyyar məhkəmə işə 
başlayır. Məhkəmə, düşərgə rəisi mayor Malovinin yazılı iza-
hatına əsasən dünən gündüz düşərgədə iğtişaş qaldırmağa çalı-
şan  məhbus Adonisin, məhbus Qorbatovski və  məhbus  Tağı-
yevin işinə baxmaq üçün toplaşmışdır.  
M
əhbuslar arasında uğultu başlandı: 
– Bu n
ə deməkdir? 
– 
O yazıqlar nə ediblər ki? 
– Y
əni ölünü basdırmaq da olmaz? 
– Bizi bundan öt
əri saxlamısınız? 
Hakim 
əlindəki zəngi  çaldı.  Lakin  zəngə  baxan  olmadı. 
Qıy-qışqırıqdan ağız deyəni qulaq eşitmirdi. 

205 

 

Hakimin 
işarəsi ilə əsgərlər havaya bir neçə güllə atdılar. 
Bu daha pis t
əsir bağışladı. Məhbuslar məhkəmə heyətinə hü-
cum etdil
ər. Hakimlər güclə başlarını götürüb qaçdılar. 
R
əis qaça-qaça belə deyirdi: 
– 
Ağılsızlar, bu sizə baha oturacaq. 
Doğurdan da,  bu bizə baha oturdu. Aradan bir gün keç-
miş, gecə vaxtı əsgərlər keşiş Adonisi, Qorbatovskini, Tağıyevi 
v
ə daha iki nəfər məhbusu xəlvətcə yuxudan oyadıb apardılar. 
Ert
əsi gün tikanlı məftillərin o tərəfində məhkəmə keçi-
rildi. Bizi yen
ə  işə  aparmamışdılar,  lakin  bu dəfə  aramızda 

ərisinə  elektrik cərəyanı  buraxılmış  on  bir  qat  tikanlı  məf-
tild
ən ibarət hündür hasar var idi. Biz məhkəmənin  gedişini 
görür, lakin ona mane ola bilmirdik. M
əhkəmə  tələsik öz 
hökmünü oxuyurdu: “Düşərgədə iğtişaş qaldırmağa çalışan si-
yasi m
əhbus Adonis, Qorbatovski,  Tağıyev,  Yanovski  və 
Pavlov güll
ələnməyə  məhkum edilir. Hökm yerindəcə  icra 
olunmalıdır.” Biz məftillərin bu üzündə özümüzü didib-tökür, 
çığırır,  yalvarır,  söyürdük.  Lakin  bunun  heç  bir  mənası 
olmurdu – aram
ızdakı sədd çox möhkəm idi.  
M
əhkəmə katibinin hökmü oxuyub qurtarması ilə əsgər-
l
ərin atəş açması demək olar ki, eyni vaxtda idi.  
Bizim 
əziz  yoldaşlarımız  yerə  sərildilər.  Keşiş  Adonis 
dey
əsən  yüngül  yaralanmışdı.  O  qalxınıb  dizi  üstə  oturdu və 
m
əhkəməyə müraciətlə: 
– Zülmün ax
ırı yoxdur, – dedi. 
El
ə bu an bir neçə güllə onu təkrar yerə sərdi. 
Düşərgə rəisi üzünü bizə tərəf tutub: 
–  Gördünüzmü?  –  dedi,  h
ər hansı bir itaətsizlik üstündə 
sizinl
ə ancaq belə rəftar ediləcəkdir. 
Biz  baraklara  dağılışdıq.  Hamı  bir-biri ilə  küsülü  imiş 
kimi susurdu.  
Axşam  oldu,  hərə  öz yerində  büzüşüb  yatdı.  Gecənin 
qaranlığında  hamının  yatmış  olduğu  bir  zamanda  2  nəfər  –

206 

 

y
əhudi və  gənc bir məhbus söhbət edirdilər. Yəhudi özünün 
kiçik m
əsləkdaşına darıxmamağı, səbr etməyi məsləhət gördü. 
–  H
əmişə  qış  ola  bilməz,  dostum,  onun  ardınca  mütləq 
bahar g
əlməlidi. Sən bilirsən ki, bizim illər uzunu çəkdiyimiz 
əziyyətlər hədər getməyəcəkdir və  gedə  də  bilməz.  İndiki  bu 
sakitlik s
əni qorxutmasın, bu tufandan əvvəlki bürküdən başqa 
bir şey deyil, mən inanıram ki, bu bürkü tezliklə sovuşub ge-
d
əcək və xalq haqqı nahaqdan seçəcəkdir. O zaman biz də bu 
əziyyətlərdən xilas olacaq və  xalqımızla  birlikdə  xoşbəxt hə-
yatda yaşayacağıq.  
– Eh, – dey
ə onun müsahibi dolğun bədənli, girdə sifətli, 
qalın, çatma qaşları olan qarayanız gənc köksünü ötürdü: 
– 
Doğrusu, sizin dedikləriniz nə qədər inandırıcı olsa da, 
m
ən yenə şübhə etməkdə davam edirəm. Sizin dediyiniz o xalq 
el
ə  bir məngənə  içərisində, elə  bir qorxu içərisindədir ki, o 
ç
ətin ki, haqqı nahaqdan seçə bilə.  
–  El
ə  demə,  oğlum!  Xalqı  incitmək, qorxutmaq, ac 
saxlamaq mümkündür. Lakin xalq h
ər hansı bir şəraitdə haqqı 
axtarıb tapır. Dünyada xalqın ədalətliliyindən daha ədalətli olan 
bir qanun tapmaq mümkün deyil.  
Bu zaman hiss olunmadan iç
əri girən nəzarətçi Baykov 
qo
caya yanaşdı: 
– 
Ey,  qoca  qarğa,  sən hələ  çoxmu  qırıldayacaqsan?  – 
dedi. 
Qarayanız oğlan yəhudini müdafiə etmək məqsədilə: 
– 
Bağışlayın, vətəndaş nəzarətçi, – dedi, onu mən söhbətə 
tutmuşdum,  başa  düşmədiyim  şeyləri  aydınlaşdırmağı  xahiş 
edirdim.  
– K
əs səsini, çuçmek! Sənin qaralığına çox şey bilməkmi 
yaraşır? (Молчи, чучмек, много ли полагается тебе знатъ с 
твоей черной шкурой)? 
Qarayanız  gənc cavab əvəzinə  öz qüvvətli  yumruğunu 
n
əzarətçinin başına endirdi. Nəzarətçi vəhşiyanə bir səslə çığır-

207 

 

dı. Onun səsinə qonşu barakları yoxlayan nəzarətçilər tökülüb 
g
əldi. Barakdakılar  da  yerlərindən  qalxıb  gəldilər.  Böyük bir 
dalaşma başladı. Qaranlıq içərisində kimin kimi vurduğu bəlli 
deyildi. Lakin tezlikl
ə  müdafiə  batalyonundan  silahlı  əsgərlər 
tökülüb g
əldilər  və  şil-küt  edilmiş  nəzarətçiləri məhbusların 
əlindən alıb bayıra çıxartdılar. Dalaşma qurtarandan sonra hər 
k
əs öz yerinə çəkilib uzandı və pıçıltı ilə olsa da, dalaşmanın 
n
əticəsini və ona nə ola biləcəyini müzakirə etməyə başladılar.  
Hamı  nəzarətçinin  haqsız  olduğunu,  onun  məhbusları, 
xüsusil
ə qeyri-rusları təhqir etdiyini bilsə də, işin məhbusların 
xeyrin
ə qurtarmayacağını da bilirdi.  
S
əhər tezdən düşərgə müdafiə batalyonunun silahlı əsgər-
l
ərilə doldu. Onlar məhbusları bir-bir tüfəng qundağı ilə döyə-
döy
ə  baraklardan  çıxarıb  düşərgənin  aralığına  yığmağa  başla-
dılar.  
Y
əhudi kürəyinə dəyən zərbədən yıxıldı və bir daha aya-
ğa qalxmadı. Əsgər onun başına bir-iki tüfəng qundağı endirib 
ayağa qaldırmağa çalışdı.  
İlk anda biz çaşıb qaldıq. Birdən yəhudinin ölmüş oldu-
ğunu görüb dəli kimi əsgərin üstünə atıldıq. Əsgərlər başımızın 
üstünd
ən güllə atdılarsa da, bu sanki həyəcan siqnalı oldu. 
Bütün  düşərgə  bir-birinə  qarışdı.  Əli  silahlı  əsgərlər 
silahsız və zəif dustaqları amansızcasına döyməyə başladılar. 
Bu vaxta q
ədər davaya qarışmayan o biri baraklar da bizə 
köm
əyə gəldi. Bu dəfə biz əsgərləri və nəzarətçiləri döyürdük. 
El
ə  bu anda nəzarət  postlarından  pulemyot  atəşi  açıldı. 
Dörd t
ərəfdən bizi gülləyə tutdular. Cəmisi 2-3 dəqiqə ərzində 
sakitlik b
ərqərar oldu. 
Bu pulemyot at
əşinin nəticəsində 42 məhbus və 4 əsgər 
öldürülmüş, çoxları ağır və yüngül yaralanmışdı. 
İnsan!  Sən nə  qəribə  və  mürəkkəb bir vücudsan.  Sən 
h
əyat  üçün  doğulur,  həyat  üçün  yaşayır  və  həyat üçün də 

208 

 

ölürs
ən.  Lakin  vaxtsız  öləndə  adətən müəyyən bir məqsəd 
uğrunda ölürsən. 
Ey insanlar! 
Siz v
ətən uğrunda vuruşanları, quldurlara qarşı mübarizə 
aparanları və başqa qəhrəmanları əsrlər boyu yaddan çıxarmır, 
onlara n
əğmələr, dastanlar qoşur, abidələr qoyursunuz. 
Lakin, m
əhz siz insanların sədaqətli dostu olan, sizi ürək-
d
ən sevən, sizin xoşbəxtliyiniz üçün çalışan və bu yolda canını 
qoyan bu adsız qəhrəmanları yada salacaqsınızmı?  
Yazıçı Hüseyn Mikayılzadənin məktubları burada qurtar-
dısa  da,  Ayaz bu məktubların  arxasından  sanki  müəlliminin 
özünü görür, onunla söhb
ət edirdi. 
O, m
əktubun sonuncu sözlərini – “Bu adsız qəhrəmanları 
yada  salacaqsınızmı?”  sözlərini oxuduqdan sonra xəyalən 
böyük ustada müraci
ət edib: 
– B
əli, əziz müəllim, – deyirdi, yada salarıq. Sizin və yol-
daşlarınızın  son  dəqiqələrinə  qədər sədaqətli  olduğu  xalq 
Stalinin şəxsiyyətinə pərəstiş dövründə edilmiş qanunsuzluqları 
aşkara  çıxartdı  və  onun bütün zərərli nəticələrini aradan 
qaldırdı.  Sizin çoxunuz həlak oldusa da,  qalan  yoldaşlarınız 
yenid
ən həyata  qaytarıldı  və  indi bütün dünyada haqq,  ədalət 
v
ə sülh işi uğrunda əzmlə mübarizə aparırlar. Siz heç də adsız 
q
əhrəmanlar deyilsiniz.  Hamınızın  təmiz  adı  bərpa  edilmiş, 
adınızla çoxlu küçələr, parklar, klublar, məktəblər, teatrlar ad-
lan
dırılmış, haqqınızda çoxlu əsərlər yazılmışdır. 
Sizin son arzunuz da – m
əktublarınızın xalqa çatdırılması 
yerin
ə yetirilmişdir. 
M
ənə elə gəlir ki, Siz ölməmiş, bizimlə bir sırada addım-
layırsınız. Siz, xalqımızın mətin, mübariz, adsız qəhrəmanları! 

209 

 

DƏRMAN OTLARIMIZ, LOĞMAN OTLARIMIZ 
 
Əhməd Cəfərzadə  Şirvan folklor nümunələrini 
toplamaqla  yanaşı  bu  regionda türkəçarəyə  bələd olan 
insanlardan d
ərman bitkilərinə aid xeyli məlumatlar da əldə 
etmişdr.  Əldə  etdiyi bilgiləri  vaxtaşırı  oxuculara  təqdim 
etmişdir.  Alimin  “Azərbaycan təbiəti”  jurnalının  1981-ci il 
birinci  sayında  çap  etdirdiyi  “Dərman  otlarımız,  loğman 
otlarımız”  adlı  məqaləsini 35 il sonra yenidən oxuculara 
t
əqdim edirik. 
 
“M
ən, 1946-cı  ildən bəri  şifahi  xalq  ədəbiyyatı 
materialları toplamaq məqsədilə Şirvan, Şəki, Muğan, Quba və 
Qarabağ  mahallarını  gəzməkdəyəm. Bu müddətdə  neçə-neçə 
qocaman el t
əbibləri,  ağbirçək nənələr və  ağsaqqal  babalarla 
d
ərman bitkilərimiz barədə maraqlı söhbətlər etmişəm. Əsrlərin 
sınağından  çıxmış  dərman bitkiləri barədə  bu aqillərin 
dedikl
ərini  artırıb-əksiltmədən söylədikləri  şəkildə  yazıb 
saxlamışam.  Bu  şəfalı  otlarla,  gül-çiçəklə  bağlı  düzgü,  atalar 
sözü v
ə  məsəlləri də  onlardan  eşitmişəm. Bunlar dərman 
nüsx
əsi deyil, amma əsrlərin, nəsillərin  sınağından  çıxana 
inanmamaq  da  yaxşı  olmaz.  Ululardan  eşitmişəm, sizə 
deyir
əm; yadda saxlayın, gərəyiniz olar. 
 
1. Boymad
ərən acıdı, 
D
əva-dərman tacıdı. 
Boymad
ərəni  yayın  orta  ayında  aladəymiş  halda  dər, 
gülünü  torbaya  yığıb  kölgədə  qurut, mədən  turşuyanda  ya 
d
əmlə iç, ya da ovcala, bir çimdik ağzına at. 
T
əzə boymadərəni qazana töküb arağını çək, saxla. Hər 
cür m
ədə ağrıları zamanı bir xörək qaşığı iç. 
2. Üz
ərliksən havasan, 
Minbir d
ərdə dəvasan. 

210 

 

Üz
ərliyin tumunu qurudub saxla. Bir stəkan üzərlik 
tumunu 2 st
əkan zeytun yağının içinə töküb asta odda o qədər 
qaynat ki, c
əmi bir stəkan  qalsın.  Yel  xəstəliyindən  ağrıyan 
yer
ə sürt; xəta-bala səndən uzaq gedər. 
3.  Loğmana  dedilər: xəstələnmişəm. dedi: get 
bağayarpağının yanına. 
Bağayarpağının  dəymiş  tumunu  torbaya  tök,  qurut. 
İshal  xəstəliyi  zamanı  ondan  bir  qaşıq  dəm çaynikinə  at, çay 
kimi d
əmlə iç; 
Bağayarpağının  tər  yarpağını  deşilməmiş  yaranın 
üstün
ə qoysan, yara həm tez deşilər, həm də ağrısı az olar; 
Bağayarpağını  çiy-çiy yesən, mədə  ağrısı  kəsilər, 
iştahan artar. 
4. Allah göülü könlü olanda yaradıb. 
Göülün kötüyünü çıxart, təmizlə (yuma) və xırda-xırda 
doğrayıb qurut; 
Zahı vaxtı soyuq dəymiş qadına və ya babasil xəstəliyi 
olan adama müalic
ə üçün doğranmış kötüyü qazana tök, yarım 
vedr
ə  su  əlavə  et, möhkəm  qaynat,  qaynar  qazanı  xəstənin 
altına çək. Elə et ki, xəstə qazandan bir qədər yuxarıda qalsın 
v
ə  ona  buğ  dəysin. Bu zaman xəstəni  qurşağa  kimi  yorğana 
bürü. 
5. Əvəliyin adı da var, dadı da. 
Əvəliyi  qurudub  saxla.  İshal  xəstəliyi olan adama ya 
yuyulmamış düyüdən aş bişir, içinə əvəlik qat ver yesin, ya da 
bir çimdik ağzına atıb çeynəsin.  
6. Gülx
ətmi. 
Bunun gülünü kölg
ədə qurut, saxla. Bəlğəmgətirici kimi 
çay d
əmlə, 1-2 dəfə iç.  
7. Novruzgülü. 
H
əm təzə-tərini, həm də  qurudulmuşunu  çay  kimi 
d
əmləyib bəlğəmgətirici kimi 1-2 dəfə iç. 

211 

 

8. Onun qarnında elə qurdlar var ki, bir şələ yovşan 
yes
ə, yenə qırılmaz. 
Yovşan  tum  bağlayanda  baş  hissəsini  yığ,  kölgədə 
qurut. Qurdqovucu kimi bir çimdik yovşanı bir stəkan qaynar 
suda d
əmlə, acqarına az-az iç. 
9. Çobanyastığı yeyən adam azar-bezar tanımaz. 
Çobanyastığıının gülünü yığ, qurut və quru yerdə saxla. 
Ondan bir çimdik çay kimi d
əmləyib ürəyi  ağrıyan  adama 
içirts
ən, ağrısı dərhal kəsilər; 
Çobanyastığını çiy halında yesən qanın artar. 
10. Adı gicitkandı, 
Neç
ə dərdə dərmandı. 
Göy  vaxtı  duzla  ovub  yesən və  ya üstünə  qaynar su 
töküb pörtl
ədib yesən, qan dövranın qaydasına düşər; 
Gicitkanı  döyüb  suyunu  çıxart,  o  suyu  içən  adamın 
b
ədənində gicişmə və yara sağalar; 
Gicitkanı  döyüb  yaranın  üstünə  qoysan, daha tez 
sağalar. 
11. Lal
ənin gözəlliyi də  var,  adamı  sakitləşdirməyi 
d
ə. 
Lal
ə  gülünü  may  ayının  axırlarında  yığ,  toxumunu 
qurut. Bundan çay d
əmləyib içdikdə və ya bir çimdik ağıza atıb 
çeyn
ədikdə: 
– ür
ək ağrısı dayanır; 
– yuxu tez g
əlir; 
– 
əsəbi adam tez sakitləşir. 
12. Yarpız. 
Yarpızı yu, qurut. Ürəyi bulanan adama bundan ya çay 
d
əmlə  içsin, ya bir çimdik  ağzına  at,  çeynəsin, ya da bərk 
bişmiş yumurtaya bir çimdik qat, yesin. 
13. Quşəppəyi ye – quş kimi ol. 
T
əzə vaxtı əz, yaralanan yerə qoy, qanaxmanı kəsər; 
– t
əzə-təzə ye, ürəkbulanman keçib getsin. 

212 

 

14. Nan
ə. 
Çay kimi d
əmlə  iç, böyrək və  sidiklikdəki  ağrıları 
k
əssin. 
15. M
əryəmnoxudunun dərman olduğunu eşidib sar 
noxud dedi: – m
ən də burda varam. 
Yazın orta ayında yığ, kölgədə qurut, quru yerdə saxla 
onu
– 
qaynadıb məlhəm kimi yara üstünə qoy; 
– çay kimi d
əmləyib ürəkbulanmasına qarşı iç. 
16. Qatırquyruğu təbibdir. 
Yayın  axır  ayında  kötüyünü  yığ,  doğra  və  qurut, o 
kötüyü suda qaynat, gicişməsi olan adamı həmin suda çimdir; 
–  çay kimi d
əmlə, ürəkgetməsi olan adama ver içsin, 
sağalar. 
17. Qaraçör
əkotu işlənməyən evdən azar-bezar əskik 
olmaz. 
Toxumunu qurud
ub saxlayırlar. İştahsız adam dəmləyib 

ər, pendirə qatıb, ya da qovurub yeyər. 
18. Əməköməci qocanı cavan edər. 
Zoğlarını  təmizlə, yu, sonra az su ilə, yaxud südlə 
qaynadıb təngənəfəs olan xəstəyə ver. Sinəsi  yumşalar, nəfəsi 
rahatlaşar. 
19. T
əkəsaqqalının xırdalığını neynirsən, iri daşlara 
güc g
əlməyindən danış. 
Onu çiy-çiy yedikd
ə mədə-bağırsağında olan düyümün 
açılar,  sidikliyində, ödündə  və  böyrəyində  olan  xırda  daşlar 
əriyib itər. 
20. Şahtərəni dər saxla, 
Deyn
ən: məni tər saxla. 
T
əzə  vaxtı  əzib süddə  və  ya suda qaynat, öskürəkli 
adama günd
ə 2 dəfə xörək qaşığı ilə içirt, 1-2 günə hökmünü 
göst
ərər: 

213 

 

– 
şahtərəni bütöv qurut, saxla. Sonra əzib  xınaya  qat. 
Başı və ya gözü ağrıyan adamın başına yax. 2 dəfə eləyincədi... 
21. Baxma ki, biyandı, 
Ç
ətin gündə hayandı. 
Kötüyünü  qışda  yığ,  yu,  qurut.  Sonra  əz, xəmirə  qat, 
çör
ək bişir. Gicişməsi olan adam yesə, sağalar; 
–  d
əyən  vaxtı  tumunu  yığ,  sonra  qəbiz olan adama 
ondan çay d
əmlə içsin, 2-3 günə sağalar. 
22. Nazlı otu. 
Baş açan vaxtı yığ, qurut, baş ağrısı zamanı bir çimdik 
ovub ağıza atan kimi hər şey düzələr; 
–  göb
ək ağrısı zamanı suda islat, qaynat, məlhəm kimi 
qalsın, 1-2 damcı göbəyə damızdır, ağrı kəsilər. 
23. Qazayağı iştah açandır. 
İştahsız  olsan,  3  gün  dalbadal  ondan  bişir,  ye,  iştahın 
açılar. 
24. Ala qa
nqalın tikanına baxma, xeyrinə bax. 
Kötüyü,  zoğu  və  toxumu sidikqovucu təsirə  malikdir. 
Onun kötüyünü v
ə  zoğunu  çiy-çiy  acqarına,  toxumunu  isə 
qovurub axşamlar yeməlisən. 
25. D
əmrov otu. 
Qurut, saxla, qurusundan bir ovuc götür, iki st
əkan suya 
qat, ta bir st
əkan  qalıncayadək qaynat. Həmin suyu sevda 
yarasına sürtsən, sağalar. 
26. Yulğunun özü dərmandı, Səksöülün gözü. 
Gülünü qurut. Bir ovuc bu güld
ən götürüb 100 qram şit 
yağda  bişir.  Alınan  məlhəmi  ağrıyan  qulağın  üstünə  qoy, 
sağaldar. 
27. D
əvədabanı. 
Yumam
ış  qurut,  sonra  əz, qoyun südündə  bişir. 
T
əngnəfəs adam bundan gündə 3 dəfə yesə, sağalar. 
28. Baldırğan – əfəlləri qaldırğan. 

214 

 

Zoğunu  təmizlə,  lap  azca  narın  duzla  zəif adama 
yedirts
ən, qüvvətə gələr. 
29. Öldürg
ənə dəymək qandı, 
Özü qotura d
ərmandı. 
Kötüyü
nü  çıxart,  yumamış  qurut,  əz. Bundan bir ovuc 
bir iri qazan suya töküb qaynat. D
əri xəstəliyi olan adam 1-2 
d
əfə bu suda çimsə, sağalar. 
30. B
əlküm. 
Kötük hiss
əsini  yığ,  yu,doğra,  çiy-çiy bala qat. Hər 
s
əhər zəif xəstəyə bir çay qaşığı ver, qüvvətə gətirər. 
31.  Adı  ityemişi  olsa  da,  xeyiri  Cərco  yemişindən 
artıqdır. 
Gül vaxtı kölgədə qurut, saxla. Bundan bir qazan suya 
bir qaşıq töküb qaynat. Həmin suda çimən adamın bədənindən 
t
ər iyi gəlməz; 
– 
ityemişinin  təzəsindən bir az, qurusundan bir xörək 
qaşığı qaynat və sancılanmış adama içirti... 
32. Quzuqulağı. 
T
əzə  vaxtı  yığ,  azca  suda  bişir.  Sonra  quzuqulağını 
sıxıb at. Onun suyunun sidikqovucu təsiri var. 
 
Dastan v
ə  nağıllarımızda  da  loğman  otlarımızın 
şəfaverici təsirindən bəhs olunur: “Dədə  Qorqud” dasta-
nındakı  Burla  xatun  öz  oğlunu  dağ  çiçəkləri ilə, 
“M
əhəmməd” nağılındakı Sənubər öz sevgilisini bəlküm və 
baldırğanla, “Yetim” nağılındakı qarı nəvəsini təkəsaqqalı 
il
ə sağaldır. 
Bir sıra nağıllarımızda (“Bilici”, “Sehirli dağ” və s.) 
bitkil
ər danışır, nəyə dərman olduqlarını özləri deyirlər. 
C
əmisi 20-30 il bundan əvvəl evlərimizin çoxunda 
adını  çəkdiyimiz və  çəkmədiyimiz bir çox dərman 
otlarından təxminən, hər ailə istifadə edirdi və təbiidir ki, 
bunları qədirbilənliklə qoruyurdu. 

215 

 

M
ən  burada  bir  şeyi  də  də  qeyd etmək istəyirəm: 
d
ərman bitkilərindən bəhs edərkən onların xalq tərəfindən 
işlədilən adını göstərmək lazımdır. Çox zaman elə olur ki, 
q
əzet və  jurnallarda  adı  çəkilən bitkini nə  qocalar, nə  də 
cavanlar  tanıya  bilir.  Çünki  qəzet və  jurnallarda bitkinin 
e
lmi adı verilir, xalq isə onu başqa adla tanıyır. 
5-6 d
əfə  elmi  ekspedisiyalara  gedib,  rast  düşən 
qocaları  dindirib  danışdırmaqla  dərman bitkilərinin 
bütünlükl
ə  öyrənildiyini  güman etmək səhv  olardı.  Bu 
sah
ədə  çox  iş  görülməlidir. Özü də  birinci növbədə 
keçmişdə  köçəri və  yarımköçəri həyat keçirən  qocaları 
axtarıb  tapmaq,  nə  qədər  ki,  gec  deyil,  onların  tandığı 
bitkil
ərin nəyə  dərman  olduğunu  soruşub  öyrənmək 
laızmdır. 
Loğman  bitkilərimizi gənclərə  tanıtmaq,  onları 
hamılıqla mühafizə etmək, əczaçılara gərək olanlarını yığıb 
aptekl
ərə vermək hamımızın vətəndaşlıq borcumuzdur. 
 
Əhməd CƏFƏRZADƏ, 
Şamaxı, Tava kəndi 
 
 
 
 
 
 
 
 

216 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FOTOŞƏKİLLƏRİ 

217 

 

 
 
Əhməd Cəfərzadənin atası Məhəmməd, anası 
Böyükxanım, ana nənəsi Seyid Rübabə, bacısı Əzizə (1925) 

218 

 

 
 
Əhməd Cəfərzadə gənclik illərində 
 
 
 
Əhməd Cəfərzadə gənclik illərində bir dostu ilə 

219 

 

 
 
Əhməd Cəfərzadə 1953-cü ildə həbs edilərkən  
 
 
 
Əhməd Cəfərzadən 1956-cı ildə Kolımada məhbuslar 
arasında  

220 

 

 
Əhməd Cəfərzadə  qardaşı Məmməd, həyat yoldaşı 
Zabit
ə və başqa qohumları ilə Tağlı kəndində (20 dekabr 1956) 
 
 
Əhməd Cəfərzadə  qardaşı Məmməd, anası Böyükxanım 
v
ə qohumu İzzət xanımla (1956) 

221 

 

 
Əhməd Cəfərzadə anası Böyükxanımla (1961) 
 
 
 
Əhməd Cəfərzadə Cəngən məktəbi müəllimləri ilə (1958) 

222 

 

 
Əhməd Cəfərzadənin oğulları – Elçin, Mahmud və Aydın 
(1969). 
 
 
 
Əhməd və Məmməd Cəfərzadələr müəllim yoldaşları ilə 
(1959) 

223 

 

 
 
Əhməd Cəfərzadə Tava kənd məktəbi müəllimləri ilə 
 
 
 
Əhməd Cəfarzadə Tava kənd məktəbində (1975) 

224 

 

 
 
Əhməd Cəfərzadə Moskvada müəllimlər qurultayında 
(1975) 
 
 
 
Əhməd Cəfərzadə Tağlı kənd məktəbi müəllimləri ilə 
(1982) 

225 

 

 
 
Əhməd Cəfərzadə Tağlı kənd məktəbi müəllim və 
şagirdləri ilə (1982) 
 
 
Əzizə və Əhməd Cəfərzadələr (1989) 

226 

 

 
 
Əzizə və Əhməd Cəfərzadələr İranda (1991) 
 
 
 
Əzizə və Əhməd Cəfərzadələr İranda (1991) 

227 

 

KİTABIN İÇİNDƏKİLƏR 
 
Ön söz 
Bir nağıldı Əhməd Cəfərzadənin ömür yolu 
El-
obanın güman yeri idi Əhməd Cəfərzadə 
ƏHMƏD CƏFƏRZADƏNİN ŞEİRLƏRİ 
GƏRAYLILAR 
Qara baxtım 
Zindanda 
Biz 
Dilb
ər 
Sarı bülbül 
Oğlan 
M
əni 
Ey daş 
Qurbandır 
Deyilmis
ən? 
QOŞMALAR 
Qara gözl
ər 
Dodağından 
Bu gün 
Olur 
Könlüm 
M
ənəm, mən 
Dostum 
S
əninlə getdi 
Unutma 
S
ənin 
S
ənə qurban 
S
ənə 
Odurmu? 
Bilm
ədim 
İlahi 

228 

 

Oldum 
Z
əmanə məni 
D
ədə 
Zindan s
əsi var 
G
əl 
Deyirs
ən 
Nakam m
əhəbbət 
T
ək səni sevirəm 
Olmaz 
Olsun 
Ey dost 
Ay d
əli 
X
ərabə yollar 
Ey dost 
Bu gün 
Bülbül 
A dağlar 
Olmaz 
M
ənəm, mən 
Qadasın aldığım 
G
əlmişəm 
Qardaşım 
Qara baxtım 
S
ən oldun 
Sabahı gözləyir gözlərim mənim 
Oğlum 
İnsan 
Qara geydi Az
ərbaycan 
Qalıb 
Qalıb 
Qardaşlarım 
Ağlaram 
Bilmir
əm 

229 

 

Oğul 
Qeyr
ətin 
Yusif 
Stalindir düşmənim 
Dil bağlı 
Könlüm 
Olsun 
Bir yadigar olsun s
ənə 
G
əl ey səhərim 
Q
əzəllər 
Rübail
ər 
ƏHMƏD 
CƏFƏRZADƏNİN 
XATİRƏ 
VƏ 
HEKAYƏLƏRİ 
Eşitdiklərimdən, gördüklərimdən yadımda qalanlar 
1937-ci ilin yeddi günü 
GÖZLƏNİLMƏYƏN MƏKTUBLAR 
Birinci m
əktub 
İkinci məktub 
Üçüncü m
əktub 
Dördüncü m
əktub 
Beşinci məktub 
Altıncı məktub 
DƏRMAN OTLARIMIZ, LOĞMAN OTLARIMIZ 
FOTOŞƏKİLLƏRİ 
 
 
 
 
 
 

230 

 

Document Outline

  • Umleyla xala yerə yıxıldı. Qundağ bir tərəfə düşdü, çığıra-çığıra qaldı. Arvad öz ağrısını, uşağın ağlamağını unudub bu dəfə sürünə-sürünə o biri zabitin ayağına yapışdı:
  • -Gətir ayağından öpüm!



Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə