Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan



Yüklə 1,47 Mb.
səhifə6/32
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   32
Zaqafqaziya komisarlığı
Bolşeviklərin Petroqraddakı qələbələri və Bakıda aktiv olmaları milli partiyaların rəhbərlərini əndişələndirirdi. Özəlliklə bolşevikliyin bütün Qafqazda yayılmasından daha çox menşeviklər qorxurdu. Artıq keçici dövlət yox idi və menşeviklər hamilərini itirmişdilər. Bolşeviklərin iqtidarı Qafqaza girməsin deyə menşeviklər yollar və müttəfiqlər axtarırdılar. Müttəfiqlərin yardımı ilə qurucu məsclis təsis edildikdən sonra Rusiyada yeni hökümət təsis edildi. Siyasi durumu aydınlığa qovuşdurmaq amacı ilə noyabr ayının 11-də menşeviklərin girişimi ilə Tiflisdə bir konferans düzənləndi. Bu konferansın hədəfi yeni duruma uyumlu olaraq Qafqazda xalqa dayanan bir hökümət qurmaq idi. Konferansa siyasi partiyalar, işçilərin və kəndlilərin nümayəndələri, ozakom, ordu komutanları və müttəfiqlərin Qafqazdakı təmsilçiləri qatılmışdılar. Ingilis general Şor, fransız general Şardini və ABŞ konsulu Smit qatılanlar arasında idi. İngilis təmsilçisinə görə, Qafqazda durum çox gərgin idi. O, noyabr ayının 18-də Londona bir teleqram göndərir: “Hər şey bərbad durumda. Rusiyanın digər bölgələrindən heç bir xəbər gəlməməkdədir. Ali komisarlıq bildirir ki, Bakını ələ keçirmiş olan ifratçılar Güneyə un göndərilməsinin qarşısını almaqdadırlar. Əsgərlərin və idarələrdə çalışanların məvaciblərini ödəmək üçün para yoxdur.General Perjvaliski durumu çox ümidsiz olaraq dəyərləndirir. Siyasi təşkilatlar Qafqaz xalqlarından ibarət olan bir hökümətin qurulmasına meyllənmişlər. Ancaq bu da sadəcə bir meyldir və qəti bir iradə ortada yoxdur.”6 Smit ABŞın xarici işlər nazirliyindən istəyir ki, bu konferansın təsis edəcəyi dövləti Amerika defakto olaraq tanısın və bolşeviklərlə savaşmaq üçün 10 milyon dolar məbləğində bu təşkilata yardımda bulunsun.7

Kommunistlər də bu konferansa qatılmaq üçün dəvət almışdılar. Onların təmsilçiləri Maxaradze, Nazartiyan və Tsxakaya konferansa qatılırlar. Kommunistlər Rusiyadan ayrı bir hökümətin qurulmasına etirazlarını bildirərək, konferansı tərk etdilər. Konfernasın bitiş günü noyabrın 15-də bir qətnamə qəbul edildi. Bu qətnaməyə görə “Ozakom” yerini Zaqafqaziya komisarlığını verirdi.

Bu yeni təşkilatda partiyaların və qrupların nümayəndələri aşağıdakı şəkildə mövcud idilər: Menşeviklərdən Gegeçkori (rəis) və Çxen Keli; musavatçılardan Cəfərov, Məlik Aslanov və Fətəlixan Xoiski; Daşnaklardan Tr-Qazariyan, Karçikiyan və Ohancaniyan; inqilabçı sosialistlərdən Donskoy və Nroçev; federalist sosialistlərdən Alkesiyev-Msxi.

Bu toplantını tərk edən və qətnaməsini qəbul etməyən bolşeviklər ümidlərini itirmirlər. Orduda olan tərəfdarları ilə hərbi çevrilişə ümid bağlayırlar. Ancaq bolşeviklərlə müvafiq olan qarnizonlar, özəlliklə Qərbi Ermənistanda (Ərzurum, Trabzon, Sarıqamış, Qars) mövcud olan hərbi imkanlar bolşeviklərin əks-inqilabçıların mərkəzi adlandırdıqları Tiflisdən çox uzaqda idi. Komisarlığın təsisindən iki gün sonra noyabr ayının 17-də bolşeviklər öz tərəfdarları olan işçiləri silahlandırmaq qərarına gəlirlər. Bolşeviklər Tiflis qarnizonunun da onları savunacağını sanırdılar. Noyabrın 29-da sovetlərin icraiyə komitəsi bolşevik təhdidinə qarşı Tiflis silah deposunu qorumaq üçün 2000 tüfəng tələbində bulunur. Bu istək rədd edilir. Bir gecə xəlqi quvardiya silah deposunu mühasirə edir və qısa sürəli savaşdan sonra oranı ələ keçirir. 1917-ci il dekabrın 3-də Jurdaniya bəyan edir: “Biz, yatmaqdan başqa əllərindən bir iş gəlməyən petroqradlı dostlarımıza bənzəmirik. Onlar oyandıqlarında bolşeviklər əl-ayaqlarını bağlamış və iqtidarı ələ keçirmişdilər.”8 Lenin Qafqazın durumu ilə bağlı bolşevik Tsintsadze´dən bilgi almaqda ikən Tiflis silah deposunun işğal edildiyi xəbərini gətirdilər. O, bolşeviklərin zəifliyini tənqid edərək dedi: “Hər halda siz silah deposunu menşeviklərə təslim etmişsiniz.”

Bolşeviklərin hərbi çevrilişinin uğursuzluqla nəticələndiyini görüb əndişələnən Şaomiyan dekabr ayının 6-da Tiflisə gəldi. O, komisarlıqdan istədi ki, bolşeviklərin Petroqraddakı iqtidarını rəsmiyətə tanısınlar. O, təhdid etdi ki, əgər bu istəyə komisarlıq boyun əyməzsə, bir ordu düzənləyərək bolşevik hədəfləri yolunda savaşacaqdır. Qafqaz bolşeviklərinin mərkəzi komitəsi əsgərlərin çoxunun bolşevik tərəfdarı olduğuna inanırdı. Bu inanclarını təsdiqləmək və menşevikləri qorxutmaq üçün 10-13 dekabrda Qafqaz ordusunun ikinci konqrəsinin keçirlməsini istəyirlər. Bolşevik nümayəndələr müxaliflərini əks-inqilabçılarla işbirliyi etmək və sülhü təhlükəyə soxmaqla müttəhim edirdilər. Menşevik Gegeçkori bolşeviklərin ordunu siyasətə çəkmələrini tənqid edir. Konqrə bir bəyaniyə yayaraq ordunun bolşeviklərə uymamalarını və cəbhələri tərk etməmələrini istəyir. Əsgərlərin məzuniyətə buraxılmalarının normal şəkildə davam etməsini tələb edirlər. Konqrə ordunun yeni bölgə sovetini müdafiə edir. Bu sovetdə 52 bolşevik və sol inqilabçı sosialist, 48 menşevik, daşnak və sağ sosialist var. Ordu sovetinin rəisliyini əski Çar topxana zabiti Korqanov yürütməkdədir.9 Bolşeviklər ordu sovetində əksəriyəti əldə etsələr də, rus əsgərlərinin himayəsini əldə edə bilməmişdilər. Rus əsgərləri Qafqazdakı olaylara laqeyd yanaşır və yalnız öz evlərinə dönməyi düşünürdülər.

Dekabr ayının 28-də Kurqanev bolşevikləri savunmaq üçün inqilabçı hərbi komitə təşkil etsə də, gərəkən düzeydə əsgər toplaya bilmədi. Orduda bəzi komutanlar güc qullanaraq iqtidarı ələ keçirməkdən yana deyildilər. Adıkeçən komitə özünü təhlükədə hiss etdiyindən 1918-ci il yanvarın 5-də Bakıya sığındı. Bakıda qızıl birliklər təşkil etməyə çalışdılar. Bolşevik partiyasının mərkəzi komitəsi işçiləri menşiviklərdən uzaqlaşdırmağa çalışırdı. Ayrıca, menşeviklərin 1917-ci il dekabrın 19-da keçirilməsini qəbul etdikləri İkinci İşçi Sovetlərinin Konqrəsində əksəriyəti əldə etməyi planlamışdılar. Bolşeviklər bəhanə edirlər ki, nümayəndələrin seçimi ilə bağlı qurallarda əksiklik var və mali çətinlik üzündən doğru seçimə imkan olmayacaqdır. Bu qurala görə hər nümayəndə 500 seçici üçün nəzərdə tutulmuşdu. Buna görə də bolşeviklər təklif edirlər ki, hər bolşevik nümayəndəsi dörd vəkalətnamə təqdim etməlidirlər. Bu zaman menşeviklər hələ də sovetlərdə əsas söz sahibləri idilər. Onlar bolşeviklərin silahlı müdaxiləsini əngəlləmək üçün milli qüvvələri təşkilatlandırmaq istəyirlər. Bu üzdən də bolşeviklərin təklifi menşeviklər tərəfindən rədd edilir. Menşeviklər bolşeviklərin təbliğatlarına uymuş rus əsgərlərini silahsızlandırmaq istəyirlər. Bir çox rus əsgər cəbhələrdən uzaqlaşdırılıb Bakıya göndərilir. Bu əsgərlər Bakıdan şimala göndəriləcəkdi. Bu əsgərlər Gəncənin 20 km uzaqlığında qətl edilir. 1918-ci il yanvar ayının 7 və 9-da min rus əsgəri müsəlman birliklərin qəfil saldırısına uğrayır. Bu olay bolşeviklərin, daşnakların, hətta inqilabçı sosialistlərin etirazına səbəb olur. Bu təşkilatlar müsəlmanlara bədgüman olmağa başlayırlar.

Bolşeviklərin Qafqazı kontrol altına alma çabaları sonucsuz qaldıqdan sonra yanvar ayının 16-da Leninin başqanlığında Xalq Komiserləri Şurasında Qafqazın durumu ələ alınır. Lenin israrla deyir ki, Qafqazda bolşeviklərin dışında heç bir iqtidarı rəsmiyətə tanımayacaqdır. Lenin Dekabr ayının 18-də Şaomiyanı Qafqazın fövqəladə komiseri təyin edir. Bu hökmün mətnini məşhur inqilabçı terorist Kamu (Ter-Petrosiyan) Şaomiyana çatdırır. Yeni görəvini asanca yürüdə biləcəyinə inanan Şaomiyan yanvarın 22-də Tiflisə gedir. Ancaq Şaomiyan, Qafqazda özünü tək alternativsiz iqtidar olaraq duyuran menşeviklərin müxalifəti ilə qarşılaşır. Bu sürəc durumu iç savaşa doğru sürükləməkdə idi. İki cinah arasındakı anlaşmazlıq sadə xalq kütləsinə çox ziyan verirdi. Gürcülərin fikrini öz yurdularını savunma düşüncəsi məşğul etmişdi. Çxen Keli gürcü rəhbərlərdən biridir. O, daha öncə Dumanın üçüncü məclisində sosial demokratların nümayəndəsi idi və savaşa qarşı idi. Lenin və yandaşları Petroqradda uğur qazandıqdan sonra Çxen Gürcüstana geri döndü. Jurdaniyanın yardımı ilə gürcüstanı bolşeviklərin qarşısında savunmağa çalışır. Jurdaniya ingilis general Şora deyir ki, o, yalnız Gürcüstanın sınırlarını qoruyacaq. 1916-cı ildə Rusiyanın işğal etdiyi yeni torpaqları qorumayacaqdır.10

1917-ci il noyabr ayının 20-də bolşeviklər Rusiya müsəlmanlarına geniş özərklik verəcəklərini bildirmişdilər. Bolşeviklərin bu durumu azəriləri çıxılmaz vəziyətdə qoymuşdu. Dekabr ayının 17-də müsəlman partiyaların toplantısı keçirilir. “Hümmət”, “Ədalət” və “menşevik hümmətçilər” bolşevikləri savunma qərarı alırlar.

* * *

1917-ci ilin sonlarına doğru bolşeviklərin durumu Petroqradda çox çətin vəziyətdədir. Noyabr ayının 25-də almanlara savaşdan çəkilmələrini təklif edirlər. Dekabrın 3-də Brest-Litovsk´da atəşkəs imzalanır. Noyabrın 30-da türklər də General Perjvalskiyə Brest-Litovsk qurallarına görə tərki-savaş elan etdilər. Dekabrın 5-də Ərzincanda müqavilə imzalanır. Zaqafqaziya komisarlığı bu xəbəri sevinclə qarşılayır və bu fürsətdən yararlanaraq milli gücləri təşkilatlandırmağa başlayır. Ancaq türklər bu müqaviləni özlərini toparlamaq üçün imzaladılar.



Müttəfiqlər şurası Tiflisdə “Öz dövlətlərinə müraciət etmədən” ayrıca savaş tərki ilə bağlı müqavilənin imzalanmasına etiraz etdilər.11 Tümənbaşı Vahab Paşa yanvar ayının 10-da komisarlıqdan öz nümayəndələrini Brest konferansına göndərməyi istəyir. Ancaq komisarlıq birbaşa türklər və bolşeviklərlə üz-üzə gəlməkdən imtina edir. Bu şəkildə bir bəhanə gətirirlər ki, 15 yanvarda Petroqradda təşkil olacaq Qurucu Məclis onlara belə ixtiyar verməmişdir. Komisarlıq qurucu məclisin güclü hökümət oluşdurub Qafqazı savunacağını bəkləyirdi. Ancaq Qurucu Məclis ilk toplantısını oluşdurduqdan sonra kommunistlər tərəfindən ibtal edildi. Beləcə komisarlıq Brest toplantısına nümayəndə göndərə bilmir və Türkiyə, Almaniya nümayəndələri bolşeviklərin nümayəndələri ilə Qafqazda barış haqqında müzakirə aparırlar.

Erməniləri Brest müzakirəsinə soxmaq üçün Vahan Triyan adında erməni şair, nümayəndələr heyyətinin üzvlüyünə təyin olunur. O, sabiq duma nümayəndələri olan Nikola Adunts, daşnakçı Zoriyan və Leon Tiqraniyanı erməniləri savunmağa çağırır.12 Lenin Polşa, Litvaniya, Kurlandiya və Ermənistana özərklik haqqı tanımışdı. Toplantının ikinci oturumunda sovet nümayəndə heyyəti onlara imtiyaz verilməsini təklif edir, ancaq Almaniya bu təklifi rədd edir. 1918-ci il yanvar ayının 1-də General Hufman bir xəritə göstərir. Bu xəritədə Almaniyanın öz torpaqlarına qatmaq istədiyi ölkələrin adı vardı. Bölşeviklər isə, Almaniyanın nəzərdə tutduğu bu ölkələrin tərəfsiz qalmasından yanadırlar. Ruslar tərəfindən fəth edilən Qərbi Ermənistan Türkiyəyə geri verilməli idi. Bolşevik heyyət bu təklifləri qəbul etməyərək müzakirəni tərk edir. Ancaq Almaniya bolşeviklərin durumunu çox yaxşı bilirdi. Nəyin bahasına olursa olsun, bolşeviklər öz iqtidarlarını qorumaq üçün barış müqaviləsinin imzalanmasından yanaydılar. Bolşeviklərin bu tutumu üzərinə müttəfiqlər hücuma keçir və Petroqradın 200 km yaxınlığına qədər irəliləyirlər. Bolşeviklər təslim olmaq zorunda qalırlar. Fevralın 23-də bolşeviklərə bir təklifdə bulunur və 24 saat vaxt verirlər. Mart ayının 3-də barış müqaviləsi imzalanır. Bu dəfə ixtilaflı ölkələrdən əlavə Ukrayna və Bilarusiyanın da bir qismi bolşeviklərin əlindən çıxır. Türkiyə bu fürsətdən yararlanaraq Qərbi Ermənistandan başqa Zaqafqaziya, Qars, Ərdhan və Batumini də öz torpaqlarına qatmaq istəyir. Bu ərazilər 1878-ci il Türkiyə-Rusiya arasındakı savaşda Türkiyədən alınaraq Rusiyaya qatılmışdı.

* * *

Sovet inqilabı gerçəkləşdikdən və xalq komisarlığı şurası qurulduqdan sonra Çar imperiyasında qövmlərin önəminin fərqində olan Lenin milliyyətlərin işləri ilə məşğul olması üçün Stalini görəvləndirdi. Stalin qövmləri və onların təmsilçilərini bolşevik cəbhəsinə sövq etməli idi. Lenin işin başında Ermənistanın istiqlalından yana idi. 1917-ci il iyun ayının 9-da Lenin sovetlərin ilk konferansında dedi: “Müstəqil bir Ermənistan dövlətinin qurulma vaxtı çatmışdır.”13 Oktyabr inqilabından az sonra da dedi: “Bolşeviklər artıq iqtidara gəlmişlər. Xalqların öz müqəddəratını təyinetmə məsələsi gündəmə gəlməlidir. Polşanın, Finlandiyanın, Kurlandiyanın və Ermənistanın müstəqilliyini rəsmən tanımalıyıq.”14 Lenin bu tutumu Brest konferansında da gündəmə gəldi. Öz müqəddəratını təyinetmə haqqı Rusiyanın bütün xalqlarına aid edilsə də, Leninin bəyaniyəsində Gürcüstan və Azərbaycanın adı keçməmişdi. Belə bir sual ortaya çıxır: Əcəba, Lenin müttəfiqlərin sovetlərə müdaxiləsini durdurmaq üçün daha sonra müstəqilliyini ortadan qaldıracaq müvəqqəti bir erməni dövlətimi qurmaq istəmişdi?



Stalinə görə, yalnız oktyabr inqilabı ermənilərə azadlıq bağışlamışdı. 1917-ci il oktyabr ayının 31-də Stalinin bəyaniyəsində bu mövzu bu şəkildə dilə gətirilmişdir: “Ermənistan evladları və onların uzaqgörənlikdən məhrum olan təmsilçiləri və siyasətçiləri bir neçə dəfə sərmayədarların tələsinə düşmüşlər. Kimsə şübhə etməməlidir ki, Ermənistanın da azadlığı zülm altında yaşayan bütün xalqların azadlığını təmin edən oktyabr inqilabından asılıdır.”

1917-ci ilin dekabr ayında Ermənistan işlərini incələyən bir komisarlıq təşkil edilir. Bu komisarlıq 1918-ci il yanvar ayının əvvəllərində işə başlayır. Bu komisarlığın rəisi Varlam Avansov (Suren Martirosiyan) adında bir ermənidir. O, sovetlər şurasının keçmiş rəyasət heyyətinin üzvüdür. Onun yardımçısı da Vahan Teriyandır. Onlar Makintisiyan və Kariniyan kimi “Hinçak” partiyasının əski əməkdaşlarını işbirliyinə dəvət edirlər. Adıçəkilən komisarlığın iqtidarı çökmüş və Qafqazla əlaqələri kəsilmişdi. Bu səbəbdən də Tiflis Milli Şurasının təsis etdiyi müxtəlif erməni komitələrini kontrol edə bilməməkdədir. Bu komitələr erməni mənafeyni qorumaq amacı ilə təşkil edilmiş və savaş cəbhələrindən gələn əsgərləri təşkilatlandırmağa çalışırdılar. Erməni işləri üzərinə təşkil edilən komisarlıq öncə mərkəzi iqtidarla erməni komitələr arasında geniş əlaqə qurmağa çalışır. Bu yolla erməni komitələrini özlərinə tabe etmək istəyirlər. Komisarlıq Moskvanın Lazarist müəssisəsində yerləşdi və müxtəlif bölümlər təsis etdi: Təbliğat, hərbi bölüm, nəşriyat, sığınmacı qəbuletmə bölümü. İyun ayından başlayaraq “Kommunist” adında həftəlik bir qəzet də yaymağa başladılar. Qəzetin ilk sayında Teriyanın məqaləsi verilir. O, yazırdı: “Artıq erməni xalqına xitab etmənin vaxtı gəlib çatmışdı. Ermənilər Rusiyanın işçi və kəndçi hökümətini savunmalıdır. Ermənilər inanmalıdır ki, bu iqtidar onlara azadlıq bağışlayacaqdır. O azadlıq ki, onun yolunda çox əzab çəkib və göz yaşı tökmüşsünüz.”15

Lenin, Marks, Buqdanov, Kaoteski kimi kommunistlərin məqalələri erməni qaçqınları arasında dağıdılır. Ancaq bu sığınmacıların ilk istəkləri gündəlik ehtiyaclarını bərtərəf etmək olduğundan bu təbliğatın təsiri olmur.

Daşnak komitəsindən olan Zavriyev, Nazaryants və Çələngəriyan kimi erməni öncülləri 1918-ci ilin ortalarına qədər Bakını ermənilərin əlində saxlamağa çalışmışdılar. İndi onlar türklərə qarşı savaşmaq üçün bolşeviklərin yardımını təmin etmək istəyirdilər. Onlar Qafqaz Milli Məclisinin siyasətinə qarşı çıxır və bolşeviklərin Qafqazı Rusiyanın tərkibində saxlama siyasətini dəstəkləyirdilər. Bu üzdən də onlar Trotski və Karaxan tərəfindən qəbul edilirlər.16 Ancaq iyun ayında Stalin və Avansovla başladılan müzakirə çox vaxt alır. Bu müzakirədən amac bir müqavillə imzalamaq idi, ancaq müzakirə nədənsə müqavilə imzalamadan durdurulur. İki bolşevik rəhbər Ermənistan hökümətinin imzaladığı Batumi müqaviləsini önə çıxarırlar. Bu müqavilə Türklərin və Almanların Qafqaza girmələri üçün imkan yaratmışdı. İlk gündən milli partiyalarla müxalif olan bu iki rəhbər Batumi müqaviləsini bəhanə edərək Tiflis Milli Şurası tərəfindən təsis edilən bütün erməni komitələri sovetlərini, kontrolları olan yerlərdə ləğv edirlər.

Bakı kommunasının düşməsi və 26 Bakı komiserinin edamından sonra erməni komitələrinin Moskvadakı fəaliyətləri göz altına alınır. 26 Bakı komiserini haqsız olaraq daşnakların edam etdiyini iddia edirdilər. Zavriyev və Nazaryants həbs edildilər. İnqilabçı Sosialistlərin əlində əsir olan Caparidzenin dul qadını və Şaomiyanın iki oğlu ilə dəyişdirmək üçün bunları girov kimi saxlayırlar. Teriyan və Çələngəriyan işə qarışırlar və deyirlər ki, bunlar marksist əsərləri erməni dilinə tərcümə edə bilərlər. Beləliklə onlar sərbəst buraxılırlar. İki başqa girov 1919-cu ilə qədər tutuqlu olaraq qalırlar. Zavriyev sərbəst buraxıldıqdan qısa sürə sonra ölür.

* * *
Bu gün Türkiyə Ermənistanı olaraq tanınan Qərbi Ermənistanı türklərin qarşısında qoruya bilmək üçün Tiflis Ermənilər Şurasının yetəri qədər gücü və imkanı yox idi. Bolşevik ermənilər Qərbi Ermənistanı qoruya bilmək üçün tək çarəni bolşeviklərlə işbirliyi etməkdə görürlər. Bu üzdən də bolşevik ermənilər bütün ümidlərini Moskvaya bağlayırlar. Şaomiyanın təşəbbüsü ilə bir komisiya təşkil edilir. Bu komisiyada Avansov, Teriyan və Lukaşin kimi bolşeviklər və Proşiyan və rüstəm kimi İnqilabçı Sosialistlər bulunmaqdadırlar. Bunlar Qərbi Ermənistanın müstəqilliyini təmin etmək üçün plan hazırlamaqla görəvlənirlər. Bu plan dekabr ayının 22-23 günlərində Xalq Komiserləri Şurasının toplantısında ələ alınır. Ən son mətn halını ala bilməsi üçün Stalinə təqdim olunur.17 Ancaq sözügedən bölgələrdə güvənliyi bərqərar edən rus ordusunun qalıb görəvini sürdürməsi ilə bağlı Stalin və Proşiyan arasında ixtilaf vardır. Birinci planda belə qeyd edilmişdi: “Müstəqil Ermənistan milləti öz ordusunu düzəldib və azad seçki keçirib öz siyasi pozisiyasını təmin edənə qədər rus ordusu Qərbi Ermənistanda qalacaqdır.”18 Stalin bu yazını çıxarıb və yerinə belə yazdı: “Rus ordusunu Qərbi Ermənistandan çıxarmaq üçün erməni xalqından ibarət bir ordu təşkil edilməli və güvənliyi bu erməni xalq ordusu bərqərar etməlidir.” Bundan əlavə Stalinin yazdığı mətndə müsəlmanların da seçimə qatılmaları gərəkdiyi vurğulanır.19 Bolşevik tarixçilərin söylədiklərinə görə bu dəyişikliyin hədəfi bu planı hazırlayan liderlərin etibarını erməni xalqı arasında ortadan qaldırmaq idi. Seçim sürəcində Stalin bu yolla bolşeviklərin nüfuzunu artırmaq və ermənilərin güvənliyini sağlayan, yalnız bolşeviklərin olduğunu göstərmək istəmişdi. Bu dəlil çox da məqbul görünməməkdədir.

1917-ci il dekabrın 29-da (1918 yanvar ayı) Türkiyə Ermənistanı ilə bağlı Lenin və Stalinin imzası ilə məşhur fərman yayıldı. Bu fərmanda ermənilərin müqəddəratı onların özlərinə müstəqil dövlət qurmağa qədər rəsmiyyətə tanınırdı. Bu fərman yayılmadan öncə erməni komisiyasında bu haqda böyük müzakirələr olmuşdu. Bu mübahisəyə Lenin, Osordlov, Oritski və Menjinski qatılmışdılar. Müzakirə bu şəkildə olmuşdur:

Lenin: Ermənilər nə istəyirlər? Rusiya ilə bir yerdəmi olmaq, yoxsa ayrılmaqmı istəyirlər?

Teriyan: Rusiya erməniləri ayrılmaq istəmirlər. Ancaq Türkiyə erməniləri müstəqil olmaq istəyirlər.

Lenin: Necə yəni? İkiyəmi bölünmək istəyirlər?

Teriyan: Belə olacağını təsəvvür edirəm. Mən şəxsən hər iki Ermənistanın Rusiyanın tərkibində birləşməsindən yanayam.20

Anlaşıldığı kimi bolşevik ermənilər sovet federasiyası içində vahid Ermənistan təşkil etmək istəmişlər. Lenin də bu fikirdə olmalı imiş ki, inqilabdan qısa sürə sonra dedi: “Zülm altında olan bir millətin qurtuluş mübarizəsi sərmayədar bir rejimdə öz hədəfinə çata bilməz. BU, yalnız kommunist bir rejimdə gerçəkləşə bilər.”21

Şaomiyan bu əmri icra etməklə görəvli idi. Ancaq o, gördü ki, Çar Rusiyasının ordusu dağıldıqdan sonra Trabzondan Təbrizə qədər uzanan cəbhədə nə ermənilər təkbaşına başarı əldə edə bilərlər, nə də bolşeviklər. Moskvada bolşevik rejiminin qurulması gürcüləri Moskvadan uzaqlaşdırır və azəriləri Türkiyəyə yaxınlaşdırırdı. Gün keçdikçə münzəviləşən daşnak partiyası Şaomiyanın türklərə qarşı vahid cəbhə təşkiletmə təklifini qəbul etdi. Tiflisdə və İrevanda keçən müzakirələrdən sonra belə bir müqavilə imzalandı: Qərbi Ermənistan müstəqil olacaq. Türklər saldıracaq olsalar, erməni birlikləri bölgədə bulunan rus ordusunun yardımı ilə türklərə qarşı savaşacaq. Şaomiyan rus ordusunun bölgədə qalmasına çalışacaq.

Daşnakların bolşeviklərə qarşı inamsızlığı və Ermənistanda bulunan rus ordusunun düzəninin dağılması səbəb oldu ki, bu müqavilə ancaq kağız üstündə qalsın.

* * *

Zaqafqaziya komisarlığı bolşeviklərin iqtidarını qəbul etmədiyindən 1918-ci il fevral ayının 10-da yeni qanunlar yazacaq müstəqil bir məclis təsis etmək istəyir. Bu məclisdə daha öncə milli şuralar tərəfindən qurucu məclisə seçilmiş olan nümayəndələr iştirak edəcəkdilər. Bolşeviklərdən də bu məclisə öz nümayəndələrini göndərmələrini istəyirlər. Bolşeviklər bu istəyi rədd edirlər. Bolşevik komitə öz nəzərini bu şəkildə açıqlayır ki, bu orqanizmin təşkili Qafqazın Rusiyadan ayrılmasına imkan yaradacaq. Bu da seçicilərin fikirləri ilə ziddiyət təşkil etməkdədir. Çünkü seçicilər bu nümayəndələri seçdiklərində onları bütün milliyətlərin nümayəndələri olan məclis üçün seçmişdilər. Onlar bu nümayəndələri Qafqazı Rusiyadan ayırmaları üçün seçməmişdilər.



Qurucular məclisinə seçilən nümayəndələrin sayı çox az idi. Bu üzdən Zaqafqaziya komisarlığı yeni məclisin qurulması üçün nümayəndələrin sayını üç qat artırmaq qərarına gəlir. 36 menşevik, 30 musavatçı, 27 daşnak, 19 inqilabçı sosialist, 7 müsəlman sosialist nümayəndəsi, 4 hümmət partiyası üzvü, 3 ittihad partiyası üzvü, 4 gürücü sosialist-federalist üzvü yeni məclis üçün nəzərdə tutuldu. Çxen Keli rəhbərliyindəki menşevik fraksiya məclisin təsisində böyük rol oynadı. Fevral ayının 10-da məclis təsis edildi. O gün bolşeviklər Tiflisin Aleksandrovsk meydanında etiraz mitinqi keçirdilər. Mitinq dağıdıldı. Neçə nəfər bu mitinqdə öldü və çoxları da yaralandı. Bolşeviklərin bu məclisə qatılmamaları onların fəaliyətlərinin yasaqlanması üçün yaxşı bəhanə yaratdı. Yeni təsis edilən məclis bolşeviklərə qarşı sərt davrandı. Tiflisdə bulunan Şaomiyanın tutuqlanma təhlükəsi var idi. Bolşeviklərin üç dildə nəşr etdikləri qəzetləri yasaqdı. Bolşeviklərin Qafqaz komitəsi və digər bolşevik təmayüllü təşkilatların fəaliyətləri qeyri-qanuni elan edildi. Erməni mənafeyini qorumaq üçün bolşeviklərlə işbirliyi imkanlarını itirmiş olan daşnaklar yeni məclisdə menşeviklər və musavatçılarla bir yerdə fəaliyyət göstərmək məcburiyyətində qaldılar.

Bundan sonra Qafqazda Tiflis bolşeviklərə qarşı mübarizənin mərkəzinə və Bakı kommunistlərin qalasına dönüşür.



Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin