«Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix25.12.2016
ölçüsü61,3 Kb.
#3174
1   2   3   4   5   6   7   8   9   ...   17
Fəsil I. Ümumi müddəalar

Maddə 1. Təyinatlar (Təriflər)

Bu Konvensiyaya uyğun olaraq:

a)  «gömrük»  dedikdə,  gömrük  qanunvericiliyinin,  idxal  və  ixrac

rüsumlarının,  vergilərinin  həyata  keçirilməsinin  təmin  olunması,

həmçinin  yükün  digər  idxal,  tranzit  və  ixracına  aid  başqa  qanun  və

qaydalara görə məsuliyyət daşıyan dövlət xidməti nəzərdə tutulur;

b)  «gömrük  nəzarəti»  dedikdə,  riayət  olunmasına  görə  gömrüyün

məsuliyyət  daşıdığı,  qanun  və  qaydaların  yerinə  yetirilməsini  təmin

etmək məqsədilə həyata keçirilən tədbirlər nəzərdə tutulur;



v)  «tibbi-sanitariya  nəzarəti»  dedikdə,  baytarlıq  nəzarəti  istisna

olmaqla,  insanların  həyat  və  sağlamlığının  mühafizəsi  üçün  həyata

keçirilən sanitariya nəzarəti nəzərdə tutulur;

q)  «baytarlıq  nəzarəti»  dedikdə,  insanların  və  heyvanların  həyatı,

sağlamlığını  qorumaq  məqsədilə  heyvanlara  və  heyvan  mənşəli

məhsullara münasibətdə həyata keçirilən sanitariya nəzarəti, həmçinin

heyvan  xəstəlikləri  keçiricisi  ola  bilən  əşya  və  yüklərin  yoxlanması

nəzərdə tutulur;

ğ)  «fitosanitariya  nəzarəti»  dedikdə,  bitki  və  bitki  mənşəli

məhsulların  ziyanvericilərinin  dövlət  sərhədindən  yayılması  və

keçirilməsi;

d)  «texniki  standartlara  uyğunluğa  nəzarət»  dedikdə,  müvafiq

qanun  və  qaydalarla  müəyyən  edilmiş,  beynəlxalq  və  ya  milli

standartların  minimum  tələblərinə  uyğunluğunu  təmin  edən  nəzarət

nəzərdə tutulur;

e)  «keyfiyyətə  nəzarət»  dedikdə,  müvafiq  qanun  və  qaydalarla

müəyyən  edilmiş,  yükün  minimum  beynəlxalq  və  ya  milli  keyfiyyət

göstəricilərinə  uyğunluğunu  təmin  etmək  məqsədilə  həyata  keçirilən

və yuxarıda göstərilənlərdən fərqli digər nəzarət nəzərdə tutulur;

ə)  «nəzarət  xidməti»  dedikdə,  yuxarıda  müəyyən  edilmiş  nəzarətin

bütün  və  ya  bəzi  növlərini,  yaxud  ixrac,  idxal  və  tranzit  yüklərini

müntəzəm  olaraq  yoxlayan,  istənilən  digər  nəzarət  növlərini  həyata

keçirmək vəzifəsi öhdəsinə düşən hər bir xidmət nəzərdə tutulur.


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin