Sərbəst işlər İxtisas: 050107 İbtidai sinif müəllimliyi Qrup



Yüklə 90,36 Kb.
səhifə5/5
tarix25.12.2023
ölçüsü90,36 Kb.
#196075
1   2   3   4   5
pedaqoji ustalıq 3

5.Fiziki tərbiyə
Hərtərəfli inkişaf etmiş şəxsin ən mühüm keyfiyyətlərindən biri onun sağlamlığı, fiziki kamilliyidir. Sağlamlığın qeydinə qalmaq, fiziki gücün artırılmasına qayğı göstərmək insanın əxlaqi keyfiyyətlərinin bir göstəricisidir.Ağlın yetkinləşməsində, əxlaqi keyfiyyətlərin kamilləşməsində, xoş əhval ruhiyyənin yaradılmasında, hafizənin və digər psixoloji proses və xüsusiyyətlərin inkişafında fiziki tərbiyənin rolu böyükdür.Fiziki keyfiyyətlər arasında geniş formalaşdırılanlar – dözümlülük, cəldlik, çeviklik, güclülük, elastiklik, surət fiziki tərbiyə vasitəsilə həyata keçirilir. Hüseyn Cavid gənc nəslə müraciətlə deyirdi:
“Mənim diləyim sizlər üçün,
Sağlam bədən, sağlam sinir, sağlam beyin..”
Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu aradan qaldırır, iş qabiliyyətini bərpa edir.Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bunun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdən zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H.Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdirFiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir.Görkəmli fizioloq P.F.Lesqaft fiziki tərbiyəni yüksək qiymətləndirmiş, onu iradə və xarakterin formalaşmasında, əxlaq tərbiyəsində, əqli qabiliyyətlərin, fikri fəallığın, bədii zövqün inkşafında mühüm amil, vasitə hesab etmişdir.Göründüyü kimi, fiziki tərbiyə şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır.Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
1) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
2) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş,qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;
3) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;
4) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;
5) böyüyən nəsildə təlim, əmək və vətən müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. kimi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir.İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Təmiz hava insan orqanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti üçün zəruridir. Çirkli hava (karbon qazı) beyni yorur, orqanizmin müqavimət gücünü zəiflədir, belə havada mikrob çox olur.Günəş həyat mənbəyidir. Günəş şüası mikrobları məhv edir, qan damarlarını genişləndirir, orqanizmin müqavimətini artırır. Günəş düşməyən evdə insan tez xəstələnir.Su da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini təmizləyir, tənəffüsü yaxşılaşdırır, əsəbləri sakitləşdirir.Fiziki təmrinlər fiziki tərbiyə vəzifələrinin həlli üçün xüsusi seçilib tətbiq edilən əsas hərəkətlər və hərəkət əməliyyatlarıdır. Fiziki təmrinlərin təsnifatına müxtəlif yanaşma halları vardır. Nisbətən geniş yayılmış təsnifat fiziki tərbiyə vasitələrinin tarixən formalaşmış sisteminə əsaslanır. Buraya gimnastika, oyun, idman və turizm daxildir.Gimnastika bütövlükdə orqanizmin və onun ayrı-ayrı sistem və funksiyalarının inkişaf etdirmək məqsədi ilə aparılan xüsusi təmrinlərdir. Gimnastikanın müxtəlif növləri ayırd edilir: əsas, gigiyenik, idman, bədii, istehsalat, müalicə gimnastikası.Oyunlar fiziki təmrinlərin geniş yayılmış növüdür. Oyun həm fiziki, həm də mənəvi tərbiyə vasitəsidir. Oyunda uşaqların orqanizmi, fiziki qüvvələri, düşüncə bacarığı, hazırcavablıq, təşəbbüskarlıq inkişaf edir, kollektivçilik, yoldaşlıq və dostluq keyfiyyətləri formalaşırOyunlar iki növdə olur: hərəkətli və idman oyunları. Hərəkətli oyunlar əsasən ibtidai siniflərdə, idman oyunları isə məktəbin orta və yuxarı siniflərində keçirilir.İdman fiziki təmrinlərin daha mürəkkəb növüdür. İdmanda bədəni möhkəmlətmək vəzifəsi fiziki çalışmaların ayrı-ayrı növlərində (yüngül atletika, güləş, üzgüçülük, futbol, voleybol, basketbol, dama, şahmat və s.) yüksək nəticələr əldə etmək uğrunda mübarizə ilə qovuşur.Turizm doğma diyarın təbiəti, tarixi və mədəni yerləri ilə tanışlıq, şagirdlərin görüş dairəsini genişləndirmək məqsədi ilə keçirilən yürüş və gəzintilərdir. O, uşaq və gənclərin fiziki dözümlüyünü, ətraf aləmə bələdliyini, sərbəstliyini təmin etməyə, kollektiv həyat və fəaliyyət təcrübəsi qazanmağa kömək göstərir.Gigiyenik amillər fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxildir.Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd daxilində olmalıdır: həddən çox və az yemək də zərərlidir.Qidada zülalların, vitaminlərin, mineral maddələrin olmasına diqqət yetirilməlidir. Zülal çatışmazlığı üzdə qırışlara, rəngin solmasına, saç tökülməsinə, böyrək xəstəliyinə səbəb olur. Vitamin və mineral çatışmazlığından dəri xəstəlikləri, saç tökülməsi, göz və ürək zəifliyi, dırnaq sınması, qanazlığı və s. baş verir.Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Normadan çox və az yatmaq eyni dərəcədə zərərlidir. Çox yatmaq orqanizmi süstləşdirir, kökəlməyə və piylənməyə (xüsusən yeməkdən sonra) səbəb olur, insanı passivləşdirir, bəzən yatımlılıq kimi mənfi adətin yaranmasına gətirib çıxarır.Gigiyenik amillər içərisində düzgün gün rejimi böyük əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır.Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə şagirdin iş otağı, məktəbin sinif otaqları gigiye-nik tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab verməlidir.Partalar uşaqların boyuna uyğun və rahat olmalıdır.Ailədə sanitar-gigiyenik tələblərin gündəlik icrasına və adətə çevrilməsinə çalışmaq lazımdır: uşaqlar hər səhər və axşam dişlərini fırça ilə yumalı, yeməkdən qabaq əllərini yumalı, yeməkdən sonra ağzı yaxalamalıdırlar.Məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata keçirilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlər daxildir.Bədən tərbiyəsi dərsləri fiziki tərbiyənin əsas, bütün şagirdlər üçün məcburi olan məşğələ formasıdır.Fiziki cəhətdən hazırlıqlı və idmana həvəs göstərən şagirdlər üçün fakültativ məşğələlər keçirilir. Bu məşğələlər könüllülük əsasında həftədə iki dəfə təşkil olunur.Fiziki tərbiyənin mühüm forması kimi gün rejimində idman-sağlamlıq tədbirləri böyük əhəmiyyətə malikdir. Bu tədbirlərə daxildir: səhər gimnastikası; dərslərdə (xüsusən ibtidai siniflərdə) yorğunluğu götürmək üçün 2-3 dəqiqəlik bədən tərbiyəsi dəqiqələri; böyük tənəffüslərdə açıq havada oyun və əyləncələr.Fiziki tərbiyə üzrə sinifdənxaric işlər uşaq və gəncləri sistemli şəkildə bədən tərbiyəsi və idmana cəlb etməyə, onların asudə vaxtını səmərəli təşkil etməyə imkan verir. Sinifdənxaric fiziki tərbiyə tədbirlərinə idman dərnəkləri və bölmələri, oyun və əyləncələr, idman yarışları, idman bayramları, Spartakiadalar və s. daxildir.Fiziki tərbiyə sahəsində məktəbdənkənar işlər də çoxcəhətli və rəngarəngdir. Bu işləri uşaq idman məktəbləri, uşaq turist stansiyaları, mədəniyyət və istirahət parkları, idman bazaları, könüllü idman təşkilatları və başqa müəssisə və təşkilatlar təşkil edirlər.

Mündəricat

1.Pedaqoji elmin mənbələri………………………………………………………2


2.Şəxsiyyətin inkişafı və tərbiyəsində irsiyyətin rolu…………………………….5
3.Cəmiyyətdə müəllimlik peşəsi………………………………………………….8
4.Pedaqoji prosesin qanunauyğunluqları………………………………………….11
5.Fiziki tərbiyə…………………………………………………………………..13





Yüklə 90,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin