SəRBƏst iŞ


Empirik demokratiya nəzəriyyəsi –



Yüklə 65,44 Kb.
səhifə3/5
tarix01.01.2022
ölçüsü65,44 Kb.
#50547
1   2   3   4   5
bextiyar xankisiyev huquq

Empirik demokratiya nəzəriyyəsi – Bu nəzəriyyəyə görə demokratiya, xalqın hamısını deyil ola bildiyincə böyük qisimini məmnun etməyə çalışır. Məqsədi hər kəsi deyil mümkün qədər çox adamı məmnun etməkdir. Bu səbəbdən gerçək həyatda tətbiq olunması ən mümkün nəzəriyyədir. Robert Dahl, bu nəzəriyyəyə görə dizayn edilmiş olan demokratiyalarda ‘politiya’ deyər.

Robert Dahl'ın irəli sürdüyü fikrə görə, dövlətdə minimum standartlarla demokratiya ən az bu səkkiz təminatın olması ilə mümkündür: Empirik demokratiya nəzəriyyəsinə görə demokratiya, xalqın hamısını deyil ola bildiyincə böyük qisimini məmnun etməyə çalışır. Məqsədi hər kəsi deyil mümkün qədər çox adamı məmnun etməkdir.

Bu səbəbdən gerçək həyatda tətbiq olunması ən mümkün nəzəriyyədir.Həmçinin idealla reallıq arasında demokratiya anlayışını araşdırmaq emprik yanaşmadır.Emprik yanaşma reallığı əsas götürərək,demokratiyanı çoxluğun etibarı ilə seçilmiş rəhbərlərin idarəetmə forması kimi izah etməyə çalışır.Politoloqlar belə idarəetmə formasını poliarxiya adlandırırlar. Emprik yanaşmaya meyl əsasən 50-60 cı illərə təsadüf edir.Bu yanaşma demokratiyanın izah edilməsində 5 əsas əlamətə nəzər yetirir. (E.M.Nəsibov, “Dövlət və siyasət fəlsəfəsi”, Bakı – 2015. (səh. 55))


  • Demokratiya abstrak deyil, real olmalıdır.

  • Demokratiya sistemi qeyri-demokratik sistemdən fərqləndirmək vacibdir.

  • Demokratiyanın həyata keçməsi üçün mümkün,şərait yaradılmalıdır.

  • Demokratiya proqnoz xarakteri daşımalıdır.

  • Demokratiyanın yaranması üçün hüquqi qanunlar-qaydalar qəbul edilməlidir.

Robert Dahl, bu nəzəriyyəyə görə dizayn edilmiş olan demokratiyalarda ‘politiya’ deyər. Robert Dahlın irəli sürdüyü fikrə görə, dövlətdə minimum standartlarla demokratiya ən az bu səkkiz təminatın olması ilə mümkündür:

Təşkilat qurma və onlarda iştirak etmə azadlığı ve birdən çox siyasi partiya qurulmasına icazə verilir.;



  • İfadə azadlığı;

  • Səsvermə hüququ (heç bir seçici səs istifadə etməmək mövzusunda məcbur edilə bilməz);

  • Rəsmi vəzifələrə (Prezident, baş nazir, nazirlər) təyin olunma/ seçilmək hüququ;

  • Siyasi liderlərin seçici səsini qazanmaq üçün yarışa bilmə imkanı;

  • Müxtəlif informasiya mənbələrinin olması;

  • Azad və ədalətli seçkilər;

Hökumətin öz siyasətini seçici səsləri və ictimai rəyə əsaslanaraq həyata keçirməsi üçün lazımi qurumlarının olması.

Bununla belə, hüquqi dövlət institutu demokratik rejimlərə də məhdudiy-yətlər gətirir. Çoxluğa dayanan iqtidarın məhdudlaşdırılmasının əhəmiyyəti, - cəmiyyət üzvlərinin əsas azadlıqlarına təminat vermək, çoxluğun hegemonluğu-nun qarşısını almaq və azlıqda olanların qorunmasıdır. Bu, eyni zamanda consensus demokratiyasının tələbidir.

Müasir demokratik idarəetmə forma-larında, hüquqi dövlət prinsipi onu tələb edir ki, idarə olunanların istəkləri nəzərə alınsın; bu zərurət də qərarvermə prosesinə məhdudlaşdırma gətirməlidir. Bu məhdudlaşdırma da, azlıqların hüquq və mənafelerinin qorun-masında, əsas hüquqlara və qazanılmış (əldə olunmuş, verilmiş) hüquqlara hörmətlə yanaşmaqdan ibarətdir.



  1. Yüklə 65,44 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin