SəRBƏst iŞ Tələbə: Nuray Məmmədova Müəllim: Zəminə Məmmədova Fakultə: Filologiya



Yüklə 140,69 Kb.
səhifə1/3
tarix12.12.2022
ölçüsü140,69 Kb.
#74005
  1   2   3
Məmmədova Nuray, 136A. Verilənlər bazası haqqında



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ



SƏRBƏST İŞ

Tələbə: Nuray Məmmədova
Müəllim: Zəminə Məmmədova
Fakultə: Filologiya
İxtisas: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Qrup: 136A
Fənn: Müasir İKT və informasiya təhlükəsizliyi
Mövzu: Verilənlər bazası haqqında


BAKI-2021
Verilənlər bazası haqqında
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır.
Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri - elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.
VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.
Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.
Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var.
Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.
Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

  • Microsoft Access

  • Open Office Base

  • Foxpro

  • Microsoft SQL Server

  • Oracle

  • My SQL


Yüklə 140,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin