Sərbəst iş Ad: Ədiləxanım Soyad: Ağakərimova İxtisas



Yüklə 49,8 Kb.
səhifə8/10
tarix10.05.2022
ölçüsü49,8 Kb.
#57216
1   2   3   4   5   6   7   8   9   10
Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya

5.İnnovasiya prosesləri

İnnovasiya (latınca innovatio – yenilik) sözün geniş mənasında nəyi isə etməyin yeni üsulu deməkdir. İnnovasiya anlayışına kəşfetmə - bilik və icadın bitişdirilməsi – mövcud biliklərin yeni istifadə üsulları daxildir. ―İnnovasiya‖ termini ilk dəfə XIX əsrdə antropologiya və etnologiyada işlədilmişdir və əvvəlcə bir mədəniyyətin elementinin başqasına daxil edilməsi prosesini bildirirdi.

Sosiumun bir həyat sahəsində olan lar başqa sahələrdə tamamilə gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Belə ki, bəzi alimlər hesab edirlər ki, qadınlara maşını sərbəst işə salmağa imkan verən starterin icadı ona gətirib çıxartdı ki, qadınlar bizneslə məşğul olmağa başladılar, bu da öz növbəsində emansipasiyaya yol açmış oldu.

Mədəniyyət və xüsusilə ideologiya sahəsində yeniliklər cəmiyyətə əhəmiyyətli təsir göstərə bilir. Hesab olunur ki, tərəqqinin labüdlüyünə inam Avropanın XVII – XIX əsrlərdə inkişafına səbəb olmuşdur. Yeniliklər dəyişikliklərin zəruri şərti kimi bizim həyatımızda getdikcə böyük rol oynayırlar.

Hətta ―innovatika‖ adlandırılmış yeni elmi istiqamət də yaranmışdır, onun ən vacib problemi yeniliklərin yayılma proseslərinin öyrənilməsidir.

Diffuziya – innovasiyaların müəyyən bir sosial sistemin daxilində, eləcə də bir sosial sistemdən digərinə keçib yayılması prosesidir. Keçmişdə hər hansı bir yeniliyin yayılması bir neçə əsri əhatə edirdi, amma XX əsrin sonundan başlayaraq kommunikasiya vasitələrinin inkişafı, informasiya maneələrinin aradan qaldırılması diffuziya proseslərinin kəskin şəkildə sürətlənməsinə səbəb oldu. Növbəti ―böyük‖ sıçrayış kompyuter əlaqə şəbəkələrinin inkişafı ilə bağlı olacaqdır.

Amerika sosioloqu P.Druker (P.Drucker) yeniliklərin yeddi əsas mənbəyini ayırıb göstərmişdir: 1) situasiyanın gözlənilməz şəkildə dəyişməsi kimin isə müvəffəqiyyəti və ya müvəzffəqiyyətsizliyi, gözlənilməyən xarici təsirə reaksiya;

2) insanların təsəvvürrləri, ümidləri ilə dəyişmiş reallıq arasında uyğunsuzluq;

3) hər hansı bir prosesin gedişində, ritmində məntiqində çatışmazlıqların aşkar edilməsi;

4) istehsal və ya istehlak strukturunda dəyişikliklər;

5) demoqrafik dəyişmələr;

6) ictimai şüurda dəyişmələr (əhval – ruhiyyələrin, istiqamətlənmələrin, dəyərlərin);

7) yeni biliklərin yaranması.

Heç də hər bir biliyin yaranması diffuziya prosesinin baş verməsinə səbəb olmur. Sosiumun bütün həyat sahələrindəki böyük miqdarda icadlara sadəcə olaraq əhəmiyyət verilmir. A.Qrublerin dediyi kimi, son iki əsr ərzində baş vermiş bir neçə yüz miqyaslı texniki innovasiyanın analizi göstərir ki, icad ilə innovasiyanın yayılmağa başlaması arasında 15 ildən 40 ilə qədər müddəti olan zaman laqı (gecikməsi) var. Bundan başqa, bir və ya bir neçə müvəffəqiyyətli innovasiya tətbiqi heç də diffuziya yarada biləcəyinə zəmanət vermir. Buna görə də Qrubler üçlüyü – icad innovasiya və diffuziyanı fərqləndirməyi təklif edir, innovasiya dedikdə bunu icadın ilkin tətbiq prosesi kimi başa düşür. Onun fikrinə görə, icadetmə və innovasiya fəaliyyəti dəyişikliklər üçün potensial yaradır. Ancaq diffuziya prosesi bu potensialı sosial praktikanın dəyişməsinə yönəldir.

P.Druker hesab edir ki, yeni biliyin yaranması ilə onun bazar tərəfindən mənimsənilməsi arasındakı zaman kəsiyi təqribən 25-30 ildir. Bu qanunauyğunluq bütün sivilizasiyalar üçün sabit kəmiyyətdir (konstanta), yəqin bu biliyin daxili təbiətinə xas olan bir şeydir. Maraqlıdır ki, T.Kun da yeni elmi nəzəriyyənin ancaq 30 ildən tez olmayaraq yeni paradiqmaya çevrilməsini iddia etmişdir. Onun elmi təkamülü paradiqmaların dəyişməsindən – problemin qoyuluşu üsulları və onların həlli metodlarını – ibarət olması haqqında konsepsiyası innovatikada geniş istifadə olunur. Təşkilatın, universitetlərin ənənəvi paradiqmalarının dəyişdirilməsinin zəruriliyindən də söz gedir .

Bir sıra alimlər innovasiyanı məhsulun və ya prosesin sadəcə olaraq yaxşılaşdırılmasından, lokal səviyyədə mükəmməlləşdirilməsindən fərqləndirməyi təklif edirlər. Innovasiya özünün tətbiqi üçün təşkilati-texniki dəyişikliklər kompleksini, istehsal prosesinin yenidən qurulmasını, personalın öyrədilməsini, istehlakçıların davranışının dəyişdirilməsini tələb edir.

İ.V.Besstujev-Lada hesab edir ki, yenilikləri bir əməlliyyat olaraq idarəetmənin qərarının bir növü kimi qəbul etmək olar, hansının ki, nəticəsində bu və ya başqa prosesin, hadisənin (texniki, iqtisadi, siyasi, sosial və başqa) köklü şəkildə dəyişməsi baş verir.

İctimai həyatın müxtəlif sahələrindəki innovasiyaların spesifikası bütün hallar üçün keçərli olan, vahid tərifin formul edilməsi üçün xeyli çətinlik törədir. D.Şon tərəfindən tipoloji şəklində təsnif edilməsi aşağıdakı şəkildə təklif olunmuş diffuziya prosesləri öz müxtəlifliyi ilə seçilir:

1.


Yüklə 49,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin