SəRBƏst iŞ №1 Mövzu: Terror hədəsi zamanı hava limanlarında görüləcək tədbirlər Qrup: 1169a


MÜLKİ AVİASİYANIN QANUNSUZ MÜDAXİLƏ AKTLARINDAN MÜDAFİƏSİ



Yüklə 31,63 Kb.
səhifə4/4
tarix10.05.2022
ölçüsü31,63 Kb.
#56977
1   2   3   4
Aviasiya təhlükəsizliyi ZY-1169A #4

MÜLKİ AVİASİYANIN QANUNSUZ MÜDAXİLƏ AKTLARINDAN MÜDAFİƏSİ

Mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından müdafiəsi ilə əlaqədar bütün məsələlər , sərnişinlərin , heyət üzvlərinin , yerüstü xidmət personalının və bütün kollektivin təhlükəsizliyi hər bir dövlətin ümdə məqsədidir . Mülki aviasiyanın təhlükəsizliyinin səmərəli təmin edilməsinə kömək edən və tətbiq edilən hərtərəfli, əhatə olunmuş çevik qanunların , qaydaların , proqramların tədbir və prosedurların işlənib hazırlanması yolu ilə nail olmaq olar . Bütün hava limanlarında mülki aviasiyanın təhlükəsizlik proqramının qəbul edilməsi zəruridir. İstismar xüsusiyyətinin , ekoloji aspektlərin və zəiflik xarakterinin müx təlifliyinə görə hər bir hava limanı üçün fərdi təhlükəsizlik proqramının işlənilib hazırlanmsı zəruridir. Proqramın təyinatı - aviamüəssisələrdə istehsalat fəaliyyəti prosesində baza aviasiya təhlükəsizliyi məsələlərinin tənzimlənməsi üçün, həmcinin bütün aralıq təyinatlı hava limanlarında aviamüəssisələr tərəfindən xidmət göstərilən , harada ki, avia göndərmələr yaxud aviasiya işlərinin yerinə yetirilməsi üçün yüklərin yüklənməsi və sərnişinlərin mindirilməsi həyata keçirilir. Orada aviasiya təhlükəsizliyi tədbirlərinin təmin edilməsi üzrə prosedur və təşkilati tədbirlərin işlənib hazırlanmasıdır . Proqram tələblərinin yerinə yetirilməsi maraqlarına uyğun aviasiya işləri və xidmətləri yerinə yetirilən bütün fiziki və hüquqi şəxslər həmçinin aviaşirkətlərin və sifaişçi kənar təşkilatların əməkdaşları üçün məcburidir . Aviasiya təhlükəsizliyinin təmini proqramı Azərbaycan Respublikasının hava nəqliyyatı istismar çılarının aviasiya təhlükəsizliyinin təmini məsələlərini nizama salan yeni hüquqi aktların qəbulu ilə əlaqədar dəyişdirilə , yaxud -təkmilləşdirilə bilər . Təhlükəli hallarda və qanunusuz müdaxilə aktı baş verdikdə təcili əməliyyat məlumatlarının verilməsi üçün « < AHY » > Dövlət Konserninin , nazirlik və idarələrin əməliyyat və qəza rabitəsinin bütün növlərindən istifadə olunur . Hava limanının əməliyyat qərargahı üzvlərini xəbərdar etmək üçün yaxud hər hansı bir böhran vəziyyət yarandığı hallar da aviamüəssisədə xəbərdarlıq sxemi işlənib hazırlanır . Aviasiya təhlükəsizliyi üzrə tədbirlərin praktiki həyata keçirilməsi və aviasiya təhlükəsizliyi üzrə qayda, prosedur və normaların yerinə yetirilməsi üzrə məsuliyyət müəssisənin aviasiya təhlü kəsizlik xidməti tərəfindən təmin olunur . Hava limanının avia siya təhlükəsizlik xidməti aviasiya təhlükəsizliyinin təminini hava limanındakı polis şöbəsi ilə , MTN - nin bölməsi və aviasiya təhlükəsizliyini təmin edən digər səlahiyyətli orqanlar ilə qarşı lıqlı əlaqə əsasında həyata keçirir . Aviasiya təhlükəsizliyi üzrə tədbirlərin maliyyələşdirilməsi və material təminatı aviamüəs sisənin vəsaiti hesabına həyata keçirilir . Əlavə maliyyələşmə mənbəyi ola bilər :

- aviasiya təhlükəsizliyinin təmini üzrə qayda , norma və prosedur tələblərinin pozulmasına görə cərimələr ;

- dövlət büdcəsindən ayrılan vəsait .



Hava limanında aviasiya təhlükəsizliyinin təmini məqsədilə hava limanının nəzarət olunan və nəzarət olunmayan zonaların da yerləşdirilmiş xidmətlərin obyektlərin , binaların , qurğuların qarşılıqlı əlaqəsi və fəaliyyət xüsusiyyətlərinə müvafiq təhlükəsizlk tədbirləri təşkil olunur və praktiki həyata keçirilir . Hava limanının ərazisində buraxılış , avtonəqliyyatın və adamların hərəkətinə göz qoyulmasına nəzarət buaxılış və obyekt daxili haqqın təlimata müvafiq ciddi riayət olunmaqla həyata keçirilir . Hava gəmilərinin heyət üzvlərinin , aviamüəssisənin personalının və avtonəqliyyatın hava limanının nəzarət olunan zonasına buraxılışı daimi və birdəfəlik buraxılış vərəqələri üzrə həyata keçirilir .

Ədəbiyyat:

  1. AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU – Ümumi müddəalar

http://www.e-qanun.az/framework/3855

  1. Mülki Aviasiyanın idarəedilməsi üzrə Dövlət orqanı «Azərbaycan Hava Yolları» Dövlət Konserni

Azərbaycan Respublikasının Mülki Aviasiyanın Aviamüəssisələrində Aviasiya Təhlükəsizliyinin Təmini Bakı-2002
Yüklə 31,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin