SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə


Şiə  məzhəbində hədis elmi



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə80/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   76   77   78   79   80   81   82   83   84
saqaleyn hedisinin sherhi

Şiə

 məzhəbində hədis elmi 

Ümumiyyətlə  şiə  məzhəbində  hədis  elmi  olmayıb.  Onlar, 

hədislərin  ağına-bozuna  baxmadan,  hədisin  ravilərini  araşdırma-

dan,  necə  gəldi  qəbul  ediblər.  Şübhəsiz  ki,  bu  elm,  əhli-sünnətə 

məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə 

girişdilər  və  nəticədə  də  onların  bütün  hədisləri  zəif  və  uydurma 

çıxdı. 

Şiənin ən  məhşur  və ən qabaqcıl  mühəddislərindən  biri olan 

Hurr əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və 

“zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydaları-

na müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” 

(“Vəsailuş-şiə” 20/100 və ya 30/260). 

Həmçinin  o  demişdir:  “Məlum  olduğu  kimi,  bu  istilahlar 

Alləmənin  (yəni  ibn  Mutahhar  əl-Hillinin)  və  ya  onun  şeyxi 

Əhməd ibn Tavusun zamanında ortaya çıxmışdır.”  (“Vəsailuş-şiə” 

20/102 və ya 30/262) 

Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” 

və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun 

ustadı ibn Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53) 

Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından 

öyrəndiyi  kimi  hədislərdən  hökm  çıxarmaq  qaydalarını  da  əhli-

sünnətdən öyrənmişdir. 

Şiə  alimi  əl-Hairi  demişdir:  “Heç  bir  şübhə  yeri  olmadan 

məlumdur  ki,  bizim  alimlərimizdən  Şəhidus-sənidən  qabaq 

dirayətul-hədisə  (hədisdən  hökm  çıxarmağın  qaydalarından  bəhs 



 

50 


edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də əhli-sünnətin 

elmlərindəndir.” (“Muqtəbisul-əsər” 3/73) 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin