Sənədlərin məhv edilməsi haqqında akt


İnformasiya əldə olunmasının təşkili



Yüklə 27,59 Kb.
səhifə3/3
tarix17.01.2023
ölçüsü27,59 Kb.
#79474
1   2   3
2sual

İnformasiya əldə olunmasının təşkili
Maddə 10. İnformasiya sahibinin vəzifələri
10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 
10.2. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. 
10.3. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz. 
10.4. İnformasiya sahibi: 
10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 
10.4.2. sənədlərin reyestrini aparmalıdır; 
10.4.3. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir
10.4.4. açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır; 
10.4.5. sorğuçuya kömək göstərməlidir; 
10.4.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir
10.4.7. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır; 
10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. 
10.5. İnformasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmə aşağıdakı funksiyaları yerinə yetirir: 
10.5.1. sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir; 
10.5.2. sorğuları bu Qanunla nəzərdə tutulmuş qaydada təmin edir
10.5.3. informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;
Yüklə 27,59 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin