ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

1991-ci il, aprel 
 
 
GENERAL 
CƏFƏR MƏMMƏDZADƏ 
 
Bizim ki, atamız, anamız birdir, 
Qəlbimiz, eşqimiz ayrı deyildir. 
Düşdü qılınc kimi ortadan Araz... 
Fəqət yaman günün ömrü çox olmaz. 
 
Səməd VURĞUN 
 
İllərlə azadlığa çıxmaq üçün dönmədən mübarizə aparan o taylı 
qardaşlarımız 1945-ci il dekabrın on ikisində Azərbaycan Milli hökuməti 
yaratdılar. Xalqı, ölkəni müdafiə edəsi kadrlar hazırlamaq üçün iki illik zabitlər 
məktəbi açıldı. Fədai dəstələri yenicə yaradılan Xalq qoşunları ilə birləşdi. 
Azərbaycan Milli hökumətinin Xalq Qoşunları Nazirliyi yarandı. Qısa müddətdə 
on dörd polkovnik, üç yüz nəfər müxtəlif rütbəli peşəkar zabit heyəti yetişdi. Onlar 
şəxsi heyəti on səkkiz mindən çox olan Azərbaycan xalq qoşunlarında şərəflə 
xidmət edirdilər. Xalq Qoşunlarına böyük fədakarlıq və bacarıqla başçılıq edən 
igid zabitlərin bir neçəsi - Əbülqasım Əzimi, Möhsün Milani, Əbdülrza Azər, 
Abdin Nəvai, Mahmud Pənahi, Qulam Yəhya, Mirzə Rəbi Kəbiri və Cəfər 
Məmmədzadə general kimi yüksək rütbəyə layiq görüldülər. 
Bu yazımızda onlardan yalnız biri - general Cəfər Məmmədzadə Kavian 
haqqında danışacağıq... 
Ata qulluqdan gec qayıtdı. Çaydan bir-iki qurtum alıb yorğun halda yerinə 
girdi. Son vaxtlar ingilis və Amerika casusları ilə aparılan mübarizə gücləndirilsə 
də, ayrı-ayrı fədailərə edilən sui-qəsdlər yenə də azalmadığından nə gecəsi vardı, 
nə də gündüzü. Azadlığa çıxmış Cənubi Azərbaycan xalqını Amerikanın muzdlu 
nökərləri yenidən  şah üsuli-idarəsinə qaytarmaq, qanı bahasına qazanılan azadlığı 
boğmaq iddiasında idilər. Qapının sağ yanındakı taxt cırıldadı. Generalın böyük 
oğlu Gavə də yata bilmirdi. Son günlər milli hökumətin başı üstünü alan təhlükə 
onun rahatlığını pozub, yuxusunu ərşə çəkmişdi. Oğul da azadlıq ordusunun 
fədailərindən idi. Ata qayğı ilə soruşdu: 
- Hələ yatmamısan? 
- Yuxum gəlmir, ata, elə bil ərşə çəkilib. 
- Niyə,  sənə  nə olub?  İdarənizdə vəziyyət necədir? 
- Necə olacaq, ata, bütün şəhəri ağzına alan   şayiələr  bizdə  də  danışılır. 
Deyirlər, tiryəki acanlar Sultan Əli Şəqaqi,  Seyfulla  Bağmeşəli,   Mirşərif, 
baqqal Hacıələkbər “şah azadlığı” sevdasına düşüblər.   Bizim  demokrat 

partiyamızı devirməyə hazırlaşırlar. Xaricdən   silah,   əsgər   alıblar   ki, fədailəri 
qılıncdan keçirsinlər. 
Ata yorğun səslə, bikef halda: 
- Eşit, inanma, - dedi, - belə xəbərləri  bizə də  çatdırıblar. Suyu 
bulandıran Amerikadır. Onların arxası Amerikadırsa, bizim də dostumuz 
Sovetlərdir. 
- Azadlıq pərisi iki dəfə xalqımızın başına qonub, ata. Onu əyiblər, amma 
sındıra bilməyiblər. Mütləqiyyətin zülmü, zorakılırı azadlığımızı boğub. Deyəsən 
bu dəfə də... 
Ata   hirslə  yorğanı  üstündən   atıb, yerində oturdu: 
- Nə demək istəyirsən, bu dəfə nə olacaq? 
Gavə ehtiyatla: 
- Mən... mən demirəm... bütün şəhər danışır ki, Sovet ordusunun İrandan 
çıxarılması haqqında o tayda şuralarda fərman imzalanıb, Sovet ordusu buradan 
çıxıb getsə, bizim milli hökumət Səttarxan və Xiyabani hərəkatı kimi... 
Gavənin dili gəlmədi desin ki, məhv olacaq. 
Bu bəd xəbər ataya məlum olduğundan son günlər əsəbi idi. Oğlunu ruhdan 
salmamaq üçün dərindən nəfəs alıb kədərlə: 
- Bu çox böyük namərdlik olar, - dedi. Gecədən xeyli keçənə kimi general 
yata bilmədi. Qaranlıq otaqda fikri-fikrə calandı... 
...Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri 
idi. Xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu 
keçmişdi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət  
göstərmişdi. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli 
hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Kavian kimi tanınmışdı. 
Onun atası Təbriz yaxınlığındakı Səhlan kəndindən idi. Ağır həyat yoxsul kəndli 
olan Məhəmmədəli kişini dözümlü və iradəli etmişdi. Kəndli həyatının sərt 
güzəranı, ağa torpağı becərmək onu cana doydurmuşdu. Əsrin əvvəllərində 
Səttarxan hərəkatı başlananda səhlanlı Məmmədəli kişi böyük qardaşı İsrafillə 
mücahidlərin sırasına qoşuldu. Dəmir iradə və şəxsi bacarıq onu siyasi cəhətdən 
şüurlu bir fədaiyə çevirdi. O, oxumaq, yazmaq öyrəndi. Xalq qəhrəmanı 
Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi 
oldu. Səttarxan 1910-cu il aprelin 15-də Tehranda böyük təntənə ilə qarşılananda 
mücahidlərlə birgə çəkdirdiyi şəkildə - ön cərgədə səhlanlı Məmmədəli kişi də 
vardı. Həmin tarixi şəklin əslini nəvəsi Maqsud indi də saxlayır. 
Səttarxanın azadlıq hərəkatı mürtəce İran hakimləri tərəfindən yatırıldıqda, 
səhlanlı Məmmədəli də həbsə alındı. Həbsdən azad olandan bir az sonra çəkdiyi 
işgəncələrdən vəfat etdi. 
Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin “Səttarxan” romanında 
öz əksini tapıb. General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi 
işdə fəal çalışan fədailərdən olub. O, Azərbaycanın şanlı oğlu Heydər Əmioğlunun 
mübarizə yoldaşı olmuşdur. 

...General 1974-cü ildə öz dəst-xətti ilə yazdığı tərcümeyi-halında qeyd edir 
ki, inqilabi fəaliyyətə 1908-ci ildən, on üç yaşında
56
 gənc bir fədai kimi Səttarxan 
hərəkatından başlamışam. O vaxta qədər Təbrizdə dini təhsil almışam. 
İnqilab məğlubiyyətə uğrayanda o, qardaşı İsrafillə şah təzyiqindən qaçıb 
Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə 
qayıdır. Qulamhüseyn xan Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat 
firqəsinin beşinci Hövzə iclasında iştirak edir. Şeyx Məhəmməd Xiyabani 
hərəkatında fədai başçılarından biri olur. 
  
İftixarla demək olar ki, general Cəfər Məmmədzadə çox zəngin və 
keşməkeşli inqilabi həyat yolu keçib. Onun həmin dövrdəki gizli fəaliyyəti Əkrəm 
Səlimzadənin və Rzabala Nurəliyevin məşhur çekist İslam Əliyev haqqında 
yazdıqları “Son döyüş” kitabçasında da təsvir olunub: 
“İslam Təbrizdə Məşədi ilə görüşdü. Söhbət zamanı Məşədi dedi: 
- Partiyamızın növbəti, ikinci qurultayına hazırlıq görülür, Mərkəzi Komitə 
belə məsləhət görür ki, sizi Təbrizə çağıraq. İndi burada daha ciddi işlər gedir. Siz 
bu işlərdə bizə daha yaxşı kömək edə bilərsiniz. 
- Nə işdə? - deyə İslam soyuqqanlıqla soruşdu. 
- Silahlı dəstələrimiz var. Onlara rəhbərliyi sənə tapşıracağıq. 
İslam etiraz etmədi. 
O, Mərənddən Təbrizə köçdü. 
...1922-ci ilin fevral ayının ilk günlərində Təbriz çox narahat idi. Küçələrdə 
tez-tez nümayişlər olurdu. Şah istibdadından cana doymuş xalq acanları döyür, 
hökumət idarələrini tanımaq istəmirdi. Həmin ayın 9-da Məşədinin gizli şəraitdə 
yaşadığı evinə bir neçə adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair 
Lahuti, doktor Rəhim xan, Tağı Şərqi, Bürhani və başqaları var idi. Onlar kiçik 
müşavirə keçirdilər. Tez də dağılışdılar. Bu hadisədən bir-iki saat sonra Təbrizin 
müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. Səhər isə 
hökumət artıq xalq fədailərinin əlində idi”. 
Xalqımızın azadlığı uğrunda özünü oda-közə vuran Məşədi Cəfər 1922-ci 
ildə məşhur şair Əbülqasım Lahuti hərəkatında yaxından iştirak edərək fədai 
başçısı olur. Bir az sonra şahlıq rejimi bu hərəkatı da yatırdır. Məşədi Cəfər ikinci 
dəfə doğma Bakıya pənah gətirir, təhsilini artırmaq üçün partiya kursuna daxil 
olur. 
1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Məşədi 
Cəfər Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə 
göndərilir. Üç il sonra üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən 
Məşədi Cəfər Təbrizdə, Rəştdə və Tehranda gizli inqilabi iş aparır. 
1930-cu ilin sonlarında ajanlar onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli 
qərarının surəti oğlu Maqsudda indi də qalır. Qərarın mətni belədir: “Cəfər Kavian 
ona görə məsuliyyətə alınır ki, Bir may münasibətilə intibahnamələr nəşr etdirib 
Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki 
kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə 
zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin 
                                                 
56
 Gеnеrаl Cəfər Мəmmədzаdə Каviаn Тəbrizin yахınlığındаkı Səhlаn kəndində аnаdаn оlub - müəl. 

iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci 
maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir”. 
Altı il yeddi ay Qəsri-Qacar zindanının uca və qalın divarları, dəmir qapıları 
da mərd Azərbaycan oğlu Cəfər Kavianın mübarizə əzmini qıra bilmir. Qəddar Rza 
şah hakimiyyəti həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. O, Sovet ordusu 
İrana gəldikdən sonra, 1941-ci ildə sürgündən azad olunur. 1944-cü ilə qədər 
Təbrizdə müxtəlif təşkilatlarda çalışan Kavian ziddi-faşist, xalq partiyası və başqa 
partiyaların yaradılmasında iştirak edir. 
1945-ci il degabrın 12-də Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində 
xalq Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli 
hökumətin baş naziri təyin etdi. O taylı qardaşlarımız çoxdan arzuladıqları günə 
çatdılar. Onlar İran çərçivəsində milli muxtariyyət aldılar. Azərbaycan dili rəsmi 
dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər açıldı. Səkkiz saatlıq iş günü 
bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı. Azərbaycanlıların 
həyatında tam yeni yüksəliş dövrü başlandı. Həmin gün tarixə “21 Azər hərəkatı” 
kimi daxil oldu. 
FədailərAzərbaycanın şəhər və kəndlərini istilaçı İran qoşunlarından 
təmizlədilər. Fövqəladə bacarıqa və hərbi məharətə malik olan Cəfər Kavian 
Azərbaycan Milli hökumətinin qərarına əsasən general-mayor rütbəsinə təltif 
olunaraq müdafiə naziri təyin edildi. 
Həmin ili “Nəcate-İran” qəzeti yazırdı: 
“General Kavian hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də 
Azərbaycan milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran 
azadxahlarından biri olub və Azərbaycan Demokratik hərəkatında iyirmi beş il 
qabaqdan ta indiyə kimi iştirak edibdir. O, Rza şah dövründə illərlə həbsdə olmuş 
və həyatının çox dövrünü zindanda keçirmişdir. “21 Azər hərəkatı”nda Cəfər 
Kavian canfəşan fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə 
fədakarlıq göstərmişdir. Ona görə də Azərbcayan Demokratik hökuməti Cəfər 
Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi. O, öz silahdaşları - Azadxan Seyid 
Cəfər Pişəvəri, Şəbüstəri, doktor Cavid və başqaları ilə Azərbaycan Demokrat 
Partiyasını, milli hökumətin fəaliyyətini yüksəkliklərə qaldıraraq mürtəce irticanı 
çıxılmaz vəziyyətdə qoymuşdur.  Azərbaycan Demokrat Partiyası və milli 
hökuməti Cəfər Kavianın xalq qarşısındakı xidmətlərini yüksək 
qiymətləndirmişdir. C.Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı ilin 
sentyabr tarixli əmrində deyilir ki, ağaye-general Cəfər Kavian, xalq qarşısında 
əməyinizə və əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə 
Siz Səttarxan ordeni ilə təltif olunursunuz. 
General Cəfər Kavian həm də hökumətin yeni təsis etdiyi “21 Azər” medalı 
ilə təltif olunmuşdur. 
Generalın şəxsi işləri arasındakı bir sənəd diqqətimizi xüsusilə cəlb etdi. 0 
tayın burulğanından keçib gələn bu qiymətli sənədi general-mayor Cəfər Kavian öz 
dəst-xətti ilə yazıb: 
“Azərbaycan Xalq Qoşunları vəzirinin bir nömrəli fərmanı ilə Azərbaycanın 
milli mənafeyini və müqəddaratını  müdafiə etmək üçün Azərbaycanda rəsmi xalq 
qoşunu təşkil olunur. 

Azərbaycan xalq qoşunu vaqeyi bir milli qoşundur. Hər bir azərbaycanlı 
sinif və məzhəbindən asılı olmayaraq, bu qoşunda xidmət etməyə borcludur. Bu 
qoşunda xidmət edən hər bir namuslu şəxsin müqəddəs vəzifəsi Vətəni yadlardan 
qorumaqdan ibarət olmalıdır... 
 
Azərbaycan Xalq Qoşunları vəziri  
Cəfər Kavian 
 
 
 
 
 
 
 
AZADXAHLARIN SON SÖZÜ 
 
Vuruşdular: 
son gülləyə, 
son süngüyə 
son qundağa qədər. 
Vuruşdular: 
hər şey qırmızı geydi; 
Daşdan torpağa qədər. 
Vuruşdular: 
alt dodaqdan 
üst dodağa qalxa bilməyən 
səsə qədər. 
... Söykənib qala divarına 
öldülər ayaq üstə 
çiyin-çiyinə... 
 
Rəsul RZA, 
( “Ərk qalası” şerindən) 
  
  
1946- cı il noyabrın axırlarında Amerika imperializminin köməyi ilə İran 
hökuməti iyun müqaviləsini pozdu. Cənubi Azərbaycanı yenidən fəth etmək üçün 
onun üzərinə hücum etdi. Qoşun yeridib fədailərin azadlığını vəhşicəsinə boğdu. 
Zəncanda, Sərabda, Ərdəbildə, Təbriz və başqa şəhərlərdə “fatehlər” qanlı 
cinayətlər törətdilər. Azadxahları işgəncə ilə öldürən vəhşilər onların uşaqlarını 
belə dara çəkdilər. 
Dekabrda mürtəce idarə üsulu bərpa olundu. İranın baş naziri 
Qəvamulsəltənə ilə Stalin Azərbaycanın milli mənafeyini sarsıdan təkliflər irəli 
sürdülər. Bu böyük azadlıq hərəkatını qanla suvardılar. Canilər, müstəmləkəçilər 

böhtan atırdılar ki, Azərbaycan İrandan ayrılmaq və onun torpağına sahib olmaq 
istəyir. Əslində isə Cənubi Azərbaycanda az müddətdə böyük mübarizə ilə 
qazanılmış azadlığı fədailər bütün İranda həyata keçirmək istəyirdilər.  
Cənubi Azərbaycan Demokratik Respublikasının süqutu M.C.Bağırovun 
köməkçilərindən biri olan Mütəllim Babayevin yaddaşında: “1944-cü ildə Faşist 
Almaniyasına qarşı İkinci Cəbhə hücuma başlayanda İ.Stalinin yeni göstərişini 
aldıq: “Sovet silahlı qüvvələri Cənubi Azərbaycandan çıxarılsın!”. Lakin bu 
tapşırığı M.C.Bağırov çox həvəssiz və ləng yerinə yetirirdi. Çünki yaxşı bilirdi ki, 
qoşun çıxarılsa, şah ordusu  Demokratik Respublikanın bütün qurumlarını 
darmadağın edəcək, adamlara divan tutacaq. Özü də bu divandan təkcə 
Şimaldan  gedənlər  -  inqilab  “ixrac edənlər üçün” deyil,   şah  rejimindən zinhara 
gəlib, böyük ümidlə demokratik harəkata qoşulan bütün iranlılar üçün pay 
düşəcəkdi. 
Pişəvəri tez-tez zəng edir, vəziyyətin gündən-günə pisləşdiyini həyəcanla 
xəbər verir, kömək tələb edirdi. M.C.Bağırov telefon xəttində hər şeyi açıb-
ağartmaq istəmir, konkret tapşırıqlar verirdi: “Mərkəz gözləmək istəmir, silahlı 
qüvvələrin çıxmasını tələb edir...” Sonra deyirdi: “Qoşunun orada olmasından   
istifadə edib  yığışın, adamları və gərəkli avadanlığı sərhədin bəri tayına keçirin”. 
Pişəvəri isə bu qərarla heç cür razılaşmaq istəmir, telefon xəttində az qala 
qışqırırdı: “Bu xəyanətdir, biz belə danışmamışdıq...” Moskva ilə əlaqə telefonu 
uzun zəng  çaldı. Dəstəyi götürdüm. “Yoldaş Stalin  Bağırovla danışacaq,  yarım 
saatdan sonra raxətdə olun”, - dedilər. Bu barədə rəhbərə məruzə etdim. Mənim 
xəbərimi o qədər də ruh yüksəkliyi ilə qarşılanmadı. Görünür, ölkə rəhbərliyindən 
nə eşidəcəyini bilirmiş... 
Düz yarım saatdan sonra telefon yenə uzun zəng  çaldı.   Dəstəyi   qaldırdım.  
“Xətdə yoldaş Stalindir, cavab verin, - dedilər. M.C.Bağırov da o tərəfdən 
telefonun dəstəyini qaldırmışdı, “Baqirov sluşaet, - deyib, İ.Stalinin səsini 
gözləyirdi. Maraq mənə güc gəldiyindən dəstəyi yerə qoymurdum. Deməli, iki 
rəhbərin telefon danışığını eşidə biləcəkdim. Bu, vəzifə səlahiyyətimə zidd olsa da, 
daxili istəyim güc gəldi. Həmin danışığın mətni həmişəlik beynimə həkk olundu: 
İ.Stalin: “Tovariş Baqirov, ti kto?”  M.C.Bağırov susur, İ.Stalin   bir   də 
təkrar edir: “Spraşivayu, tı   kto?”. M.C.Bağırov cavab vermir: “Vı je znaete kto 
ya: Pervıy sekretar ÜK Kompartii Azerbaydcana”. İ.Stalin: net, tı bolşoy durak, 
tovariş Baqirov!” Bağırov susur, Stalin davam edir:  “ti xoçeş tretuyu mirovuyu  
voynu  sozdat?  Xoçeş   ştobı amerikantsı nam podarili atomnuyu ataku?” Sonra 
Stalin birbaşa mətləbə keçir: “Tovariş   Baqirov,   poçemu   ne vıpolnyaeş moe 
ukazanie o vıvode voorucennıx sil  iz  Yujnoqo Azerbaydjana?” M.C.Bağırov 
əsəbi halda izahat postepenno vıvodyatsya iz İrana. No...” İ.Stalin dərhal soruşur: 
“Çto no?..” M.C.Bağırov: “Tovariş Stalin, jivoy kontinqent sovetsqoy divizii 
skorom vremeni pokinet svoyu pozitsiyu, a çast vooruceniy, dumayu pridetsya 
ostavlyat mestnım citelyam molodoy respubliki dlya samooboronı, ibo şaxskaya 
qvardiya qotova istrebit ne tolko naşix poslantsev, i mestnıx demokratov...” İ.Stalin 
bir qədər də hündürdən: “Naprasno tak dumaeş. Nikakoy otdaçi oruciy çucim 
rukam! Amerikantsı davno nablyudayut za naşimi deystviyami v İrane, i uprekayut 

nas v naruşenii soyuzniçeskix doqovorov...” M.C.Bağırov daha müqavimət göstərə 
bilmir, astadan deyir: “Kak prikajete, tovariş Stalin, budet sdelano!” 
  
Telefon danışığı - CADR-ın taleyini həll edən tarixi söhbət başa çatdı. Bir 
qədərdən sonra M.C.Bağırov məni yanına çağırdı. Sifətində qan əlaməti yox idi, 
əlləri titrəyirdi. Danışanda hiss etdim ki, səsi də titrəyir. Tapşırıq verdi:  “Yoldaş 
Pişəvərini və “Cənub” əməliyyatı qrupunun komandirini təcili yanıma çağırtdır. 
Gecə saat birdə onları gözləyirəm”. 
Tapşırığı yerinə yetirdim. Çağırılan adamlar deyilən vaxtda qəbul otağında 
oldular. M.C.Bağırov əvvəlcə 46-cı ordunun komandirini qəbul etdi. Onların nə 
danışdığını eşitmədim. Amma sonralar bildim ki, M.C.Bağırov baş komandan 
İ.Stalinin tapşırığını “pozaraq” yüngül silahların yerli fədailərə paylanması barədə 
ordu komandirinə sərəncam vermişdi. 
Sonra Seyid Cəfər Pişəvəri adəti üzrə sürətlə və səs-küylə rəhbərin 
kabinetinə keçdi. Hətta qapını arxasınca kip bağlamağı da unutdu. Mən bunu 
görsəm də görməməzliyə vurdum, çünki onların söhbətini eşitmək istəyimi boğa 
bilmədim. 
Pişəvəri hündürdən və kəmhövsələ danışaraq vəziyyətin böhran halına 
çatdığından, qoşunun sərhədə doğru geri çəkilməsini duyan şah ordusunun 
fəallaşmasından, gənc demokratik respublikanın böyük təhlükə ilə üz-üzə əliyalın 
dayanmasından misallar çəkdi. Axırda söhbətini belə yekunlaşdırdı: “42-də bizi 
Moskvada qəbul edib, CADR-ın təsis sənədinə qol çəkəndə yoldaş Stalin bizi əmin 
etmişdi ki, arxamızda duracaq, bizi axıracan müdafiə edəcək. Bəs bu vədləri nə tez 
unutdu rəhbərimiz? Görəsən dünya kommunistlərinin başçısı hiss edirmi ki, 
bununla Azərbaycan xalqına amansız xəyanət etmiş olur? Tarix bu xəyanəti 
unutmayacaq...” M.C.Bağırov deyilənləri səbrlə dinlədi, özü də bunları əlavə etdi: 
“Mikoyanın hiyləsi bu dəfə baş tutdu... Zaqafqaziyada vahid Azərbaycan dövləti 
yaranması ehtimalı nə onu, nədə başçını təmin edə bilməzdi...” Sonra isə 
Pişəvəriyə konkret tapşırıq verdi: “Gecəykən qayıdarsan Təbrizə. Ordu 
komandirinə tapşırmışam, yüngül çaplı silahları sizə verəcəklər, gənc 
respublikanın fəallarını, fədailəri silahlandırın, bacardıqca az itki verməklə 
adamları və lazımi avadanlığı Arazın bəri tayına keçirin...” Bir qədər fikrə dalıb 
dedi: “Neyləməli, qismət belə imiş” (Yusif Kərimov, “Pərişan eşqim” əsəri, 
Bakı, 1998-ci il, səh.316-319). 
 
* * * 
 
İstibdad kabusu o taylı Azərbaycan xalqına qanlı divanlar tutdu. 
Azadxahların başında duranlardan biri - igid general Əbdülqasım Əzimi güllələndi. 
O, son nəfəsində qürurla demişdi: 
- Xatircəm olun, hər bir azadxah azərbaycanlı sabah bir general Əzimi 
olacaqdır. Xalqın intiqamını gözləyin! Tökdüyünüz qanlara, etdiyiniz vəhşiliklərə 
görə gələcək nəsil sizdən intiqam alacaq! 
Sərdari Milli Səttarxanın və Salari Milli Bağırxanın heykəlləri uçuruldu. 
Cəmisi bir ildə Azərbaycan kəndlərində ana dilində açılmış iki mindən çox məktəb 
bağlandı. Azərbaycan dilində olan əlyazmaları və kitabxanalar yandırıldı. Rza 

şahın cəlladları general Mirzə Rəbi Kəbirini (1889-1947) dara çəkdilər. General 
Əbülqasım Əzimi, Firudin İbrahimi, mayor Ramitin Məmmədəli oğlu, polkovnik 
Seyid Yusif Mürtəzəvi, Mahmud Qazi Əsədullahi, Əhməd Cövdət, Dəbirniya, 
Həsən Zəhiri, Ehsani, Məmməd Agahi, Şükür Qaffari, Əbdülsəməd İmrani və 
Şeyxi kimi mərd oğullar, igid zabitlər ölümü vüqarla qəbul etdilər. 
SƏRAB FƏDAİLƏRİNİN BAŞÇISI POLKOVNİK QULAMRZA 
CAVİDANIN DAR AĞACI ALTINDA DEDİYİ SON SÖZLƏR: 
- Siz bu gün mənim səsimi boğazımda boğursunuz. Lakin məzlum xalqları 
öz haqlarını almağa çağıran bəşəriyyətin azadlıq səsi dunyanın hər yerində 
yüksələcəkdir. Siz isə bu göy kimi guruldayan səsi boğmaqdan acizsiniz. Mən 
Azərbaycan xalqının azadlığı uğrunda öz muqəddəs borcumu verirəm. Mən 
ölurəm, azadlıq ölməyəcəkdir, Azərbaycan azad olacaqdır. 
HAŞİYƏ: Mərd polkovnik Qulamrza Cavidanın bu sözlərini “Kommunist” 
qəzetinin 23 aprel 1949-cu il sayında oxuyan Səməd Vurğun dörd gün sonra həmin 
qəzetdə “Qəhrəmanlara eşq olsun!” məqaləsilə çıxış edərək yazırdı: Qardaş! Sənin 
bu məslək eşqində, bəşəriyyətin xoşbəxt istiqbalına inanan qəlbində duyduğumuz 
inqilabi romantikaya eşq olsun! Sənin qartal vüqarı ilə tufanları, fırtınaları yarıb 
keçən yaxın və uzaq gələcəkdə belə səslənəcək bu qadir səsinə, həyat və mübarizə 
iradənə eşq olsun! Sənə döşlərindən süd vermiş anaya, nizamilər, füzulilər 
rübabına ilham vermiş Babək, Koroğlu, Səttarxan qılıncına qüdrət vermiş 
Azərbaycan torpağına eşq olsun! Mən bu sətirləri yazdığım zaman ürək bədahətən 
polkovnik Qulamrza   Cavidanın   xatirəsinə   dil açdı: 
 
Öz müzəffər bayrağıyla gəlib 
keçdikcə illər  
Bir əbədi bahar kimi gul açacaq 
xatirən...  
Yad edəcək hörmət ilə səni gələn 
nəsillər, 
Heykəl kimi ucalırsan qəlbimizdə 
bu gün sən. 
 
Al qanınla suvardığın Azərbaycan 
torpağı  
Öz başını əyməyəcək cəlladlara 
Bir daha!  
Vüqarına and içdiyin bu azadlıq 
bayrağı,  
Sənin ölməz adını da aparacaq 
sabaha... 
 
Ölüm yoxdur qəhrəmana! Söyləyirəm 
mən yenə,  
Şəfəqlərdə sayrışacaq sabah sənin 
də türbən...  

Ordu kimi salam verib o əziz 
xatirənə, 
Hüzurunda baş əyirəm öz şerimlə bu 
gün mən... 
 
MƏRD ZABİT HƏSƏN QASİMİNİN TƏBRİZ HƏBSXANASINDAN 
ATASI YUSİF QASİMİYƏ YAZDIĞI MƏKTUB: 
“Əziz atam! Biz günahsız vətənpərvər zabitlər hökumətin bəyannaməsi 
nəticəsində təslim olduq. Lakin təəssüf ki, Tehran hökuməti öz əhdini pozaraq bizi 
edama məhkum etdi. Biz sabah məhəbbət dolu möhkəm ürəklə, mətin addımlarla 
ölümə gedəçəyik. Mənim müsibətimə səbrlə dözün. Bu son nəfəsdə deyirəm: 
Qələbə bizimlədir! Yaşasın Azadlıq! Uzaqdan əlinizi öpüb həmişəlik sizinlə 
vidalaşıram, Sizin nakam və təqsirsiz oğlunuz Həsən Qasimi”. 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin