ŞƏKİ Üsyanlari



Yüklə 0.79 Mb.
PDF просмотр
səhifə3/5
tarix11.06.2017
ölçüsü0.79 Mb.
1   2   3   4   5

III FƏSİL  

 

ÜSYANIN BAŞLANMASI, GEDİŞİ VƏ NƏTİCƏSİ 

 

  Müqavimət  hərəkatı  məmləkətimizin  milli  istiqlalına  son  qoyan  28  aprel 



təcavüzünün  10-cu  ildönümü  günü  başlanmalı  idi.  Lakin  Qala  adlanan  Şəki 

həbsxanasına  və  Zaqatalada  kooperativlərə  edilən  hücumlar  hərəkatın  vaxtından 

əvvəl  başlanmasına  səbəb  oldu.  Kortəbiiliyə  yol  verməmək  üçün  edilən  cəhdlər 

istənilən nəticəni vermədi. Mustafa bəy Əlicanbəyov üsyançıları razılıq verilməyən 

fərdi  hərəkətlərdən  çəkindirmək  məqsədilə  Əli  adlı  əməkdaşını  Zaqatalaya 

göndərir. Lakin artıq gec idi. 

  Çox  güman  ki,  üsyançıların  Qalaya  vaxtından  əvvəl  baş  verən  hücumu 

Molla  Mustafanın  sürgün  ərəfəsində  orada  həbsdə  saxlanılan  əmiləri  Molla 

Sadəddinlə  Molla  Məhəmmədi  xilas  etmək  məqsədi  daşımışdır.  Ancaq  Qala  ələ 

keçiriləndə  məlum  oldu  ki,  üsyançılar  gecikmişlər.  Dustaqlar  bir  neçə  gün  əvvəl 

sürgün edilmişdilər... 

  Azərbaycanın  8  rayonunu  əhatə  edən  üsyan  hərəkatının  mərkəzi  Şəkinin 

Baş Göynük  kəndi idi.  Bolşevizmə  asi çıxan qüvvələr bura  toplaşaraq 1930-cu il 

aprelin 12-dən 13-nə keçən gecə dərhal çıxış etmək haqqında qərar qəbul etdilər. 

  Haşiyə: Göynük qədim türk tayfalarından birinin adı olmuşdur. Anadoluda 

və Cənubi Qafqazda ta qədimdən eyni adlı yaşayış məntəqələrinin mövcud olması 

bu ərazilərin türk arealı olduğunu bir daha təsdiqləyir. 

  Göynüklülərin  tarixi  yaddaşında  çarizmin  müstəmləkə  zülmünə  qarşı 

yüksələn 1807-ci il üsyanı ilə bağlı faktlar və adlar qalmışdı. Həmin il aprel ayının 

28-də başlanan üsyana sultan Murad başçılıq edirdi. Cəfərqulu xan, İlisu sultanı və 

mayor Qrekovun birləşmiş qüvvələri ilə  üsyançılar arasında  həlledici döyüş Bürc 

dərəsində  baş  verdi.  Toplarla  silahlanmış  çar  qoşunu  üsyançıları  məğlub  etdi. 

Sultan  Murad  üsyandan  sonra  həbs  olunsa  da  həbsxanadan  qaçıb  Car  Balakən 

ərazisində mübarizəni davam etdirmişdir.

39

 

Dövlət  Siyasi  İdarəsinin  müvəkkili  Qasımov  Zaqatala  rayonunda  əhalidə 



olan  qeyri-qanuni  silahları  müsadirə  edib  geri  qayıdarkən  üsyançılar  tərəfindən 

yaxalanır  və  Göynük  kəndinə  gətirilərək  öldürülür.  Komsomol  təşkilatında  kənd 

özəyinin katibi Züleyxa və digər kolxoz fəalları da qətlə yetirilirlər. Göynükdə baş 

verən  hadisələr  haqqında  rayon  partiya  komitəsinin  birinci  katibi  Riza  Babayevə 

məlumat verən rabitə işçisi də məhv edilir.  

  Molla  Mustafa  camaat  qarşısında  çıxış  edərək  bildirir  ki,  artıq  Sovet 

hökuməti  mövcud  deyil.  Bu  hökumət  indi  nə  Petroqradda,  nə  Moskvada,  nə  də 

Bakıda fəaliyyət göstərmir. Namuslu və nüfuzlu insanların torpaqlarını və qiymətli 

                                                           

39

 Cavadova. Şimal-Qərbi Azərbaycan. Bakı, 1999 



44 

 

əşyalarını  mənimsəyərək  onların  hesabına  yaşamaq  istəyən,  özlərini  bolşevik 



adlandıran  bu  müftəxorların  aqibəti  şərəfsiz  ölüm  olacaqdır.  Allah  tərəfindən 

lənətləndirilən  bu  işə  kim  kömək  edibsə  onlar  da  haqlı  qisasdan  yaxa  qurtara 

bilməyəcəkdir. 

  AK(b)P  Nuxa  rayon  komitəsinin  birinci  katibi  Riza  Babayev  aktiv 

kommunistləri  kabinetinə  toplayaraq,  onların  şahidliyilə  baş  verən  hadisələr 

haqqında  Bakıya  məlumat  verir. Eyni zamanda  o, M.C.Bağırova  bildirir  ki,  kənd 

rabitə  xidmətçisindən  aldığı  məlumatı  «Göynükdən  qaçıb  gələn  bir  çoban  da 

təsdiqləyir.  Yəqin  ki,  məlumatının  qeyri-dəqiqliyini  nəzərə  alan  M.C.Bağırov 

ehtiyatlı  olmağı,  şayiələrə  uymamağı  tövsiyə  edir.  İllər  ötəndən  sonra  M.C. 

Bağırovun baş verən hadisələrə belə münasibəti başqa cür yozulur. Guya o, xüsusi 

xidmət  orqanlarının  bolşevik  rejimindən  narazı  olan  qüvvələri  üsyana  cəlb  edib 

məhvinə nail olmaq niyyətinə xidmət etdiyindən R.Babayevin məlumatına etinasız 

yanaşmışdır. 

  Halbuki  üsyan  hərəkatının  yüksələn  xətlə  inkişafı  M.C.Bağırovun 

karyerasını təhlükə altına qoymuş və az qala həyatı bahasına başa gəlmişdi. 

  Riza  Babayev  rəhbərliyə  məlumat  verərək  bildirir  ki,  Nuxa  və  ətraf 

kəndlərdə  sakitlikdir.  Ona  görə  də  Göynükdəki  üsyan  barədə  əhaliyə  məlumat 

verməyin  tez  olması  qənaətindədir.  Onunla  telefon  danışığı  aparan  baş  milis 

idarəsinin rəisi söhbəti belə sonluqla bitirir: 

  -    Ehtiyatlı  olun.  Bizimlə  əlaqə  saxlayın.  Saatlarımızı  yoxlayaq.  İndi 

mənim  saatım    19.03  dəqiqəni  göstərir.  Düz  saat  21.00-da  zəng  edəcəyəm.  Əgər 

hər  hansı  səbəbdən  cavab  verməsəniz,  zəng  hər  yarım  saatdan  bir  təkrar 

olunacaqdır. Sizə salamatlıq arzulayıram.

40

 



  Həmin  telefon  danışığından  sonra  R.Babayev  kabinetindəki  aktiv 

kommunistlərə müraciət etdi: 

“Beləliklə yoldaşlar, xahiş edirəm ki, kimin silahı varsa, silahlanaraq mənim 

birinci  çağırışımdan  sonra  şəhər  partiya  Komitəsinə  gəlsin.  Bütün  kommunistləri 

xəbərdar edin. Heç bir çaşqınlığa yol vermək olmaz. 

  Biz heç vaxt indiki kimi güclü olmamışıq. Doğrudanmı onlar bizə hücum 

etməyə risk edə bilərlər? İnanmıram!” 

  Sonra  R.Babayevin  göstərişi  və  iştirakı  ilə  Şəki  əhalisinə  müraciət  tərtib 

edildi.  Müraciət  tezliklə  «Nuxa  fəhləsi»  qəzetinin  redaktoru  Məmmədsani 

Məmmədova çatdırıldı və onun tərəfindən edilən düzəlişlərlə redaktə olundu. 

  AK(b)P  Nuxa  rayon  komitəsinin  təbliğat-təşviqat  şöbəsinin  müdiri 

Nurməmməd  Quliyev,  «Nuxa  fəhləsi»  qəzetinin  redaktoru  Məmmədsani 

Məmmədov  və  mətbəənin  direktoru  Şakir  Əfəndiyev  redaksiya  binasının 

zirzəmisində həmin müraciətin yüzlərlə nüsxəsini çap etdilər. Orada deyilirdi: 

«Nuxa vətəndaşları!(?) 

                                                           

40

 

Л.Аскеров, Записки Чекиста, Баку 1981, c. 73 



45 

 

  Xanlar,  bəylər  və  qolçomaqlar  əsrlər  boyu  bizdən  qarət  etdikləri  var-



dövləti  yenidən  özlərinə  qaytarmaq  üçün  gərgin  səylər  göstərirlər.  Torpağı 

kəndlilərdən,  fabrik  və  zavodları  fəhlələrdən  geri  almaq  istəyirlər.  Sovet 

hökumətinin yıxılması haqqında şayiələr yayırlar. Bu, onların xam xəyallarıdır. 

   Varlıların  nümayəndələri  və  onların  tör-töküntüləri  Sovet  hökuməti 

fəallarına  divan  tutur,  bolşevikləri  vəhşicəsinə  öldürürlər.  Göynükdə  Molla 

Mustafa  və  Hüseyn  Əsəd  oğlunun  başçılıq  etdiyi  quldurlar  Azərbaycan  DSİ-nin 

Nuxa  rayon  müvəkkili,  bolşevik  Qasımovu  qətlə  yetirmişlər.  O,  ölüm  qabağı 

demişdir: 

-  Sovet hökuməti var və olacaqdır! 

  Düşmənin  yalan  şayiələrinə  inanmayın.  Fitnəkarları  ifşa  edin.  Leninin 

göstərdiyi parlaq gələcək uğrunda mübarizə aparanların sıraları daha da sıxlaşır! 

  Yoldaşlar,  biz  indi  həmişəkindən  daha  güclüyük.  Xalq  bizə  dayaq 

olduğuna görə güclüyük, fəhlə və kəndlilərə arxalandığımıza görə güclüyük. 

  Rədd olsun əksinqilabi qolçomaqlar! Yaşasın fəhlə və kəndli hakimiyyəti! 

Nuxa  şəhər  Zəhmətkeşlər  Deputatları  Soveti.  AK(b)P.  Nuxa  rayon 

Komitəsi“. 

41

 

  Bayağı  bolşevik  təbliğatından  özgə  bir  şey  olmayan  bu  müraciətin 



xarakterik cəhəti baş verən hadisələr haqqında yarım həqiqətləri gurultulu şüarlarla 

birləşdirib  insanları  aldatmaq  məqsədi  güdməsindədir.  Axı  elə  həmin  30-cu  ildə 

Sovet  hökuməti  torpağı  kəndlidən  alaraq  kolxozlara  birləşdirmək  kompaniyası 

aparırdı. Bu yerdə atalar yaxşı deyib: «adımı sənə qoyum, səni yana-yana qoyum!» 

  Fabrik  və  zavodlardan  heç  danışmağa  dəyməz.  Dövlət  mülkiyyətinə 

çevrilmiş  müəssisələrdə  ağır  şəraitdə  işləyən  fəhlələrin  aldıqları  əmək  haqqı 

onların ən adi ehtiyaclarını ödəməkdən uzaq idi. 

  Böyük  əksəriyyəti  süvarilərdən  ibarət  olan  yaxşı  silahlanmış  200  nəfər 

üsyançı 1930-cu il aprelin 13-də Göynük (şimal-qərb) və Zəyzid-Bideyiz (cənub-

şərq) istiqamətlərindən şəhərə hücum etdilər. Hücum üçün əsas obyektlər həbsxana 

və  rayon  partiya  komitəsinin  binaları  seçilmişdi.  Güllə  səsləri,  atların  fınxırtısı, 

üsyançıların nəriltisi bir-birinə qarışaraq vahiməli bir gurultuya çevrilmişdi. Sanki 

sel suları Qurcana çayının yatağını yenə aşaraq şəhər məhəllələrinin üzərinə axırdı. 

  Şəkidə  yerli  hakimiyyət  orqanları  həmin  günlərdə  şəhərə  heç  bir  hücum 

gözləmirdilər.  Onlar  yalnız  Şəki  mühasirəyə  alınmazdan  2  saat  əvvəl  bu  barədə 

xəbərdən hali olunmuşdular. Üsyana qalxan qüvvələr haqqında səhih informasiya 

da  yox  idi.  Həmin  anda  üsyançılara  müqavimət  göstərmək  üçün  nəzərdə  tutulan 

qüvvə pis silahlanmış, həm də Şəkiyə giriş yolları üzrə xırda hissələrə parçalanmış 

fəal  kommunistlərdən  ibarət  könüllülər  idi.  Doğradur  Yaqub  Cavuşun 

                                                           

41

 

Л.Аскеров, Записки Чекиста, Баку 1981, c. 76 



 

46 

 

sərəncamında  15  nəfər  milis  işçisi  də  var  idi.  Lakin  bütün  bunlar  hücumu  dəf 



etmək üçün kifayət deyildi. 

   Söylənilənlərin sırf tarixi həqiqət olduğunu rəsmi sənədlər də təsdiq edir. 

  Yenə  uzun  müddət  «tamamilə  məxfidir»  kilidi  altında  saxlanılan  AK(b)-

nin  Zaqatala-Nuxa  dairə  komitəsi  adından  AK(b)P  MK-ya  verilən  məlumata 

müraciət edək. Orada deyilir: «...Şəhərə hücum qəflətən olub. Rayon təşkilatları bu 

hücumu  gözləmirdilər.  Onlar  yalnız  şəhərin  mühasirəyə  alınmasına  2  saat  qalmış 

bu haqda məlumat əldə ediblər. 

  Dövlət qüvvələri pis  silahlanmışdılar. Ona görə də heç nə  edə bilmədilər. 

Şəhəri  qoruyan  qüvvələr  postlar  üzrə  səpələnmişdilər.  Hələ  fevral  ayında  həbs 

edilmiş  və  Nuxa  islah  evində  saxlanılan  antisovet  elementlər  buraxıldı.  Onların 

arasında  Zaqataladan  olanlar  da  var  idi.  Dustaqlar  evlərinə  qayıtdıqdan  sonra 

Nuxada baş verən hadisələr, həmçinin guya Moskvada, Tbilisidə və Bakıda sovet 

hakimiyyətinin yıxıldığı haqqında şayiələr yayılmışdılar. Bu şayiələr Qax, Əliabad, 

sonra isə Balakən üsyanları üçün əsas amillərdən biri oldu».

42

 

   Yuxarıda  göstərilən  səbəblər  hakimiyyət  orqanlarına  şəhərə  hücum  edən  



üsyançılara    ciddi    müqavimət    göstərməyə    imkan    vermədi.  Üsyançılar  çətinlik 

çəkmədən  Şəkini  alıb,  axşama  yaxın  poçt  binası  istisna  olmaqla  bütün  idarə  və 

müəssisələr üzərində öz nəzarətlərini qura bilmişdilər. 

   AK(b)P  Nuxa  rayon  komitəsinin  birinci  katibi  Riza  Babayev  də 

üsyançıların əlinə keçmişdir. Lakin o qaçıb rabitə binasında gizlənməyə müvəffəq 

olur. 


   Bolşevik  ideyalarına  fanatikcəsinə  inam  bəsləyən  məhdud  saylı 

kommunistlərdən  Bilallı  qardaşları  həbsxananın  müdafiəsini  təşkil  etməyə  cəhd 

göstərdilər.  Zakir  və  Əbdürrəhman  Bilallı  qardaşları,  həmçinin  baramaaçan 

fabrikinin daha 4 nəfər fəhləsi həbsxana yaxınlığında son nəfəslərinə kimi döyüşüb 

həlak oldular. 

  Poçt  binasının  ətrafında  da  dramatik  hadisələr  baş  verirdi.  Rabitə 

şəbəkəsinin  rəisi  İvan  Çudov,  raykom  katibi  Riza  Babayev,  «Nuxa  fəhləsi» 

qəzetinin  redaktoru  Məmmədsam  Məmmədov  və  digər  fəal  kommunistlər 

Leskovun başçılığı ilə teleqraf xəttinin mühafizəsi üçün Yevlaxdan göndərilən bir 

qrup  əsgərin  himayəsinə  sığınmışdılar.  Onlar  Şəkiyə  varid  olarkən  şəhərin 

üsyançıların əlində olmasından bixəbər idilər. Ona görə də maşını birbaşa İcraiyyə 

Komitəsinin  binasına  doğru  sürmüşdülər.  Bu  binanı  artıq  üsyançılar  qərargaha 

çevirmişdilər.  İcraiyyə  Komitəsinin  yaxınlığında  güclü  atışma  olur.  Əsgərlərdən 

Bəşirov və Varlamov döyüşdə öldürülürlər. Dəstənin qalan üzvləri isə avtomobillə 

mühasirəni yarıb çıxa bilirlər. Həmin anda üsyançıların əlində əsir olan toxucuların 

                                                           

42

 

Baş Arxivlər idarəsi. f. 255, s. 1, iş 56, v. 38-47 



 

47 

 

həmkarlar  təşkilatının  sədri  Allahyar  qaçıb  əsgərlərə  sığınır  və  onlara  bələdçilik 



edərək, birlikdə poçt binasına daxil ola bilirlər. 

  R.Babayevin  göstərişi  ilə  bir  neçə  nəfər  kommunist  yuxarıda  adı  çəkilən 

müraciətləri  şəhərə  yayaraq,  yenidən  geri  dönürlər.  Hətta  ora  daxil  olmaq  üçün 

parol  da  müəyyənləşdirilmişdi.  Parol:  «Bəhram  bəy  Şəhərdədir».  Əks  tərəfin 

cavabı isə «Bəhram bəyə ölüm!» idi. 

   Şəhərdə  hərbi  əməliyyatlara  rəhbərlik  edən  Bəhram  bəy  mənasız  qan 

tökülməsinə  yol  verməmək,  gözəl    memarlıq  üslubunda  tikilmiş  poçt  binasının 

dağılmasının  qarşısını  almaq  üçün  telefon  vasitəsilə  R.Babayevə  təslim  olmağı 

təklif etmiş, həm də onun və silahdaşlarının təhlükəsizliyi üçün təminat vermişdir. 

Lakin ona rədd cavabı verilmişdir. 

  Eyni  zamanda  Bakıdan  Ruhulla  Axundov  R.Babayevlə  telefon  əlaqəsinə 

girərək  nəyin  bahasına  olursa  olsun,  müqavimət  göstərməyi  tələb  edir  və  tezliklə 

kömək göndəriləcəyini vəd edir. 

   1930-cu  il  aprelin  14-də,  ya  da  15-də  Bəhram  bəyin  başçılığı  ilə 

üsyançılar  iki  dəfə  rabitə  şəbəkəsinin  binasına  ümumi  hücuma  keçirlər.  Lakin 

pulemyot və qumbaralarla silahlanmış müdafiəçilər bu hücumları dəf edə bilirlər. 

Hər  iki  tərəfdən  ölən  və  yaralananlar  var  idi.  Bəhram  bəyin  təklifi  ilə 

razılaşdırılmış  müvəqqəti  atəşkəs  dövründə  poçt  binasının  müdafiəçilərinə  ərzaq, 

dava-dərman  çatdırılmasına  və  həkim  yardımı  göstərilməsinə  imkan  verilir. 

Əvəzində isə hücum zamanı yaralanıb kommunistlərin əlinə keçmiş üsyançılar və 

artıq ölmüş adamların cəsədləri əks tərəfə qaytarılır. 

  Deyilənlərə  görə  rabitə  şəbəkəsinin  üsyançıların  əlinə  keçəcəyi  təqdirdə 

bütün Şəki əhalisinin ata-baba yurdundan sürgün ediləcəyi labüd olacaqdı. 

  Şəkinin  üsyançıların  əlində  olduğu  günlər  qeyri  adi  hadisələrlə  zəngin 

olmuşdur.  Sovet  hakimiyyətinə  asi  çıxanlar  yerli  kommunistləri  bolşevizmin 

törətdiyi bütün mənfi səciyyəli əməllərə cavabdeh şəxslər kimi hədəfə almışdılar. 

Bu  amil  lüzumsuz  qan  axıdılmasına    rəvac  verib.  Üsyanın  davam  etdiyi  bir  neçə 

gün ərzində 27 nəfər kommunist və sovet fəalı öldürülüb. 

  Belə  acınacaqlı  aqibətdən  yaxa  qurtarmaq  üçün  ipək  fabrikində  təchizat 

şöbəsinin  müdiri vəzifəsində  çalışmış  Mustafa  İmamverdiyev, Qışlaq kolxozunun 

ilk  partiya  təşkilatının  katibi  Paşa,  fəal  kommunistlərdən  Əbdürrəhman  və  Şəmi 

Torqarağac məhəlləsinin sakini Cəlil kişinin evində gizlənmək istəyirlər. Cəlil kişi 

onların yalvarış qarışıq xahişləri müqabilində gözlərinin içinə baxaraq «Siz vəzifə 

kürsüsünün  səfasında  xumarlanarkən  bizi  adam  yerinə  qoymurdunuz»  -    deyə 

kommunistləri  evində  saxlamaqdan  imtina  edir.  Onlara  İlyas  Hacı  Mustafa  oğlu 

yiyə  durur. Şübhəli  nəzərlərdən  yayınmaq üçün bu bolşeviklər İlyas kişinin  tapıb 

gətirdiyi papaqları da daim başlarında gəzdirirdilər. Papaqdan istifadə bolşevizmə 

nifrət  rəmzi  kimi  qəbul  edilirdi.  Axı,  yeni  həyat  qurucularının  apardığı 

kompaniyalardan  biri  də  «papağa  qarşı  mübarizə»  adlanırdı.  Konspirasiya 

qaydaları nə qədər səylə gözlənilsə də, kommunistlərin daldalandığı ev üsyançılara 



48 

 

bəlli olur. Onları həbs etmək Qaçaq Abbasa həvalə edilir. Üsyançıların niyyətindən 



xəbərdar  olan  Hacı  Mustafa  oğlu  İlyas  Qaçaq  Abbasa  xəbər  göndərir  ki,  «o,  öz 

məqsədinə  ancaq  onun  və  ailə  üzvlərinin  cəsədləri  üzərindən  keçərək  nail  ola 

bilər».  Bu  xəbərdarlıqdan  sonra  Qaçaq  Abbas  fikrindən  daşınır.  Görünür,  qonağı 

nəyin  bahasına  olursa  olsun,  qorumaq  kimi  xalq  adət-ənənəsinə  İlyas  kişinin 

sədaqəti, mərdanə hərəkəti Qaçaq Abbasın ürəyincə olmuşdur. Üsyan yatırıldıqdan 

sonra  kütləvi  həbslər  zamanı  Hacı  Mustafa  oğlu  İlyas  da  cəza  dəstəsinin  əlinə 

keçir. Əsgərlərin nəzarəti altında aparılan İlyas kişini Mustafa İmamverdiyev görür 

və  onun  haqqında  həqiqətləri  hakimiyyət  nümayəndələrinə  bildirməklə  azadlığa 

qovuşmasına nail olur. 

  XX  əsrin  30-cu  illərində  bütün  Sovet  məkanında  olduğu  kimi 

Azərbaycanda,  o  cümlədən  Şəkidə  cəmiyyətin  həyat  tərzinin  fərqləndirici 

xüsusiyyəti avantürist xarakterli bolşevik ideyaları naminə insan taleyinə etinasız, 

məsuliyyətsiz  münasibət  idi.  Cəmiyyətin  əhəmiyyətli  hissəsi  inqilabi  sayıqlıq 

xəstəliyinə  mübtəla  olmuşdu.  Bu  mərəzin  viruslarının  daşıyıcısı  olan  sovet 

fəallarının  çuğulluğu  hesabına  neçə-neçə  günahsız  insan  həbsxana  küncünə 

atılmışdı. 

  Qala  adlanan  Şəki  həbsxanasında  da  belələri  az  deyildi.  Onlardan  biri 

vaxtilə  fabrik  direktoru  işləmiş  Məmməd  kişi,  digəri  Həsən  İdris  oğlu  idi.  Həsən 

əvvəllər  yunanlarla  ticarət  etdiyindən  «Qrek  Həsən»  ayaması  ilə  tanınırdı. 

Üsyançılar  qalaya  hücum  edərkən  bir  çoxları  kimi,  onları  da  azad  etdilər.  Lakin 

üsyançıların müdaxiləsi nəticəsində həbsxanadan xilas olmaları Məmmədlə Həsənə 

sevincdən çox qayğı gətirmiş, müəmmalı gələcək sarıdan keçirdikləri nigarançılıq 

qəlblərinə  vahimə  toxumu  səpmişdi.  Məhz  üsyançılar  tərəfindən  həbsdən  azad 

edilmələri  antisovet  ittihamına  tuş  gəlmələri  üçün  təkzibedilməz  sübuta  çevrilə 

bilərdi. 

  Başlarını itirərək nə edəcəklərini bilməyən bu biçarələr meşədə gizlənirlər. 

Bir qədər sonra onların yeri sovet fəalları tərəfindən aşkarlanır. Tale bu adamlara 

Qafar  kişinin  timsalında  xilaskar  yetirir.  Böyük  nüfuz  sahibi  olan  Qafar  uzun 

müddət  məhkəmə  hakimi  işlədiyindən  «Sud  Qafar»  kimi  tanınırdı.  Onun  sərt 

xəbərdarlığı  çuğulçuları  meşədə  gizlənənlərin  yerini  hökumət  nümayəndələrinə 

xəbər vermək niyyətindən daşınmağa məcbur edir. Məmməd və Həsən o dövr üçün 

istisna  hallardan  biri  kimi  izah  ediləcək  bir  aqibətə  qovuşurlar.  Əllərinə  silah 

almadıqlarına və qaçaqlara qoşulmadıqlarına görə bəraət alırlar. 

  Azərbaycan  Kommunist  bolşeviklər  Partiyası  dairə  komitəsinin  vəziyyəti 

öz xeyrinə dəyişmək cəhdləri, heç olmasa üsyanın qonşu rayonlara yayılmasına yol 

verməmək üçün göstərdiyi səylər nəticəsiz qaldı. Şəkidən sonra Qax üsyançıları da 

ilkin  mərhələdə  uğurlu  nəticələr  əldə  etdilər.  Orada  vəziyyətin  təhlükəli  həddə 

çatdığını  görən  dairə  komitəsi  kommunistlərdən  və  dövlət  siyasi  idarəsinin 

işçilərindən  ibarət  30  nəfərlik  zərbə  qüvvəsi  göndərdi.  Sonra  həmin  qüvvə 


49 

 

zaqatalalıların  hesabına  möhkəmləndirilərək  Əliabad  üsyançılarına  qarşı 



yönəldildi. 

   1930-cu  il  aprelin  15-də  Tala,  aprelin  16-da  Katex  kəndlərində  də 

üsyanlar  başlanır.  Tala  üsyançıları  Zaqatala  şəhərinə  girməyə  cəhd  etsələr  də 

buraya  yeridilmiş  hərbi  qüvvələr  zirehli  texnikanın  köməyi  ilə  buna  imkan 

vermədilər.  Ən  dramatik  hadisələr  isə  Qaxda  cərəyan  edirdi.  Burada  üsyançılar 

hökumət  qüvvələrini  məğlub  edərək  İlisu  və  Sanbaş  kəndləri  istiqamətində  geri 

çəkilməyə  məcbur  etdilər.  Bolşeviklər  təqibdən  yaxa  qurtarmaq  üçün  Dağıstan 

ərazisində gizləndilər. 

  Azərbaycanın  mərkəzi  və  yerli  hakimiyyət  orqanları  malik  olduqları 

qüvvələr hesabına Zaqatala-Nuxa dairəsində baş verən üsyanları yatırmağa nail ola 

bilmədikdə  təkidlə  hakimiyyətin  daha  yüksək  dairələrindən  kömək  tələb  etməyə 

başladılar.  Ruhulla  Axundov  və  Nevernovun  Zaqafqaziya  K(b)PMK-nın  katibi 

Nazaretyana ünvanladıqları müraciət bu baxımdan səciyyəvidir. Həmin müraciətin 

bir nüsxəsi Azərbaycan DSİ-nin sədri M.C. Bağırova, digəri isə Zaqafqaziya DSİ-

nin  sədri  Beriyaya  göndərilmişdi.  Müraciətdə  deyilirdi  ki,  Zaqatala-Nuxa 

dairəsində yaranmış ağır şəraitə əsaslanaraq bildiririk ki, hərəkatın oradan Şirvana 

və  Qubaya  yayılması  istisna  edilmir.  Yenə  də  israr  edirik  ki,  dairəyə  hərbi 

hissələrin göndərilməsi zəruridir. 

  Şəkidə  başlanan  və  Azərbaycanın  7  rayonuna  yayılan  üsyan  nəinki 

Zaqafqaziya  partiya  və  hökumət  rəhbərliyini,  hətta  Moskvada  ali  hakimiyyət 

eşalonunda  olanları  belə  təşvişə  salmışdı.  Üsyanı  yatırmaq  üçün  səfərbər  olunan 

hərbi hissələrin miqyası bunu sübut edir. İri ordu hissələrinin  üsyanın yatırılmasını  

təsdiqləyən bir  sənədə  diqqət yetirək: 

  «No-452 tamamilə məxfidir. 

  Gəncə, 

Zaqatala-Nuxa  və  Şirvan  dairəsində  üsyan  hərəkatının 

yatırılmasında iştirak etmiş hərbi hissələrin yerdəyişməsi haqqında Zaqafqaziya və 

Azərbaycan  Dövlət  siyasi  idarələrinin  sərəncamları  ilə  bağlı  Azərbaycan  DSİ-nin 

sədr müavini Aqrbanın qeydləri. 

  Nuxa-Zaqatala,  Şirvan  və  Gəncə  dairəsində  üsyan  hərəkatının  ləğv 

olunmasına  cəlb  edilmiş  səhra  hissələri  aprelin  29-dan  başlayaraq  göstərilən 

rayonlardan çıxarılır. Əmrə əsasən hərbi hissələr aşağıdakı qaydada çıxarılır. 

   1. 64-cü Qafqaz polku aprelin 28-dən Nuxa rayon ərazisindən aprelin 29-

da  Nuxaya,  aprelin  30-da  Qax-İnqiloya,  mayın  14-də  Zaqatalaya,  mayın  24-də 

Laqadexiyə, mayın 4-də Kaxetiyaya; 

  2.  66-cı  Qafqaz  polkunun  Qafqaz  eskadronu  aprelin  29-da  Suç-

Mindoqiyaya, aprelin 30-da Yevlaxa; 

  3. 9-cu polkun rotaları aprelin 29-da Kovexelidən Sxorissxeliyə; 

  4. 4-cü polkun rotaları Göynükdən keçərək aprelin 30-da Nuxada cəmləşir, 

oradan da maşınlarla Yevlaxa yola düşürlər. Həmin polkun 2-ci rotası mayın 3-də 

Nuxada cəmləşir. 


50 

 

  5. Desant rotası mayın 4-də Yevlaxda qalır. 



  6. Azərbaycan  diviziyasının  Qafqaz  eskadronu  aprelin  29-da Yevlaxdan 

Bakıya; 


  7.  Azərbaycan  polkunun  rotası  mayın  1-də  Vartaşendən  Nic-Savalan-

Ləkiyə; 


  8. Azərbaycan polkunun rotaları aprelin 29-da Dəllər və Tizadan Gəncəyə 

qayıdırlar. 

  Göründüyü kimi, Sovet hökuməti üsyanı yatırmaq üçün həddən artıq hərbi 

qüvvə səfərbər etmişdir. 

  Üsyançılara  qarşı  yeridilən  hərbi  hissələrə  Şəki  şəhərində,  Baş  Göynük, 

Aşağı Göynük, Zəyzid, Bideyiz, Tala Katex, Güllük, Varxiyan, Qabaqcöl və digər 

kəndlərdə inadlı müqavimət göstərildi. 

  Üsyan hərəkatının iştirakçısı Muradağanın xatirəsi: «...Fəqət hər halda bizi 

təskin edəcək zəngin xatirələr vardı. Gəlin bir an xatirəyə dalağın. Təbii 1930-32-ci 

illərdə  bütün  Qafqazımızın  ruslara  qarşı  üsyan  etdiyini  xatırlayırsınız.  Mən  o 

zaman  Böyük  Qafqaz  dağlarının  cənub  ətəklərinə  sığınmışdım.  Şəki  şəhərində 

üsyan baş verincə, silahlı arkadaşlarımla bərabər köməyə  getdim. Bütün şəhərləri 

və  ətrafdakı  kəndləri  əlimizə  keçirdik.  Kommunist  soydaşlarımızı  tutub,  siyasi 

məhbusları azad etdik. Türk şəhəri rahat nəfəs  almağa başladı. 

  Fəqət, təəssüf bu milli bayramımız yalnız 3 gün davam etdi. Üç gün sonra, 

dövlətin nizami ordusu tanklar və toplarla hücuma keçdi. Qorxunc polis dövlətinə 

qarşı biz bir partizan olaraq nə edə bilərdik? Məğbul olduq, amma güclü bir orduya 

qarşı şərəfli bir müqavimət göstərdik. 

  Düşmən  ağır  vuruşdan  sonra  qalib  gəldi  və  xalqımızdan  intiqam  almağa 

başladı. Bir çox kəndlərimiz yerlə yeksan edildi. Şəhərimizin böyük bir qismi top 

mərmiləri alında viran oldu. Yüzlərlə mübarizimizi qılıncdan keçirdilər. Yaxalanan 

soydaşlarımızı  isə  şəhərin  böyük  meydanına  toplayıb  xalqın  gözü  qarşısında  və 

xalqa ibrət dərsi olsun deyə bir-bir güllələdilər...»

43

 



  Şəki  şəhərinə  daxil  olan  hərbi  qüvvələr,  el  arasında  «gimcə»  adlanan 

qəbiristanlığın  yaxınlığında  müqavimətlə  üzləşdilər.  İndiki  «Sülh»  (Güyümlər) 

meydanı ərazisində isə M.C.Bağırovun olduğu zirehli avtomobil güclü atəş altına 

düşür  və  sürücü  öldürülür.  Onu  özünü  isə  hadisə  yerinə  yaxın  evlərdən  birinin 

sahibi Sitarə qarı gizlədərək labüd ölümün pəncəsindən xilas edir. 

  Üsyan  yatırıldıqdan sonra M.C.Bağırov iki saylı ipək  fabrikinin  klubunda 

iclas  çağırır.  Həmin  iclasda  şəxsən  iştirak  edən  Abdurəhman  Abdullayev 

gördüklərini  belə  qələmə  almışdır:  «O  camaatı  təqsirləndirərək  -    «qeyrətiniz 

olsaydı banditləri şəhərə girməyə qoymazdınız» dedi. Bu zaman qazançı Mustafa 

replika  verdi:  «Sənin  əlində  top,  tüfəng,  əsgər,  zirehli  maşın  olduğu  halda,  qaçıb 

                                                           

43

 



Rana. Onlar türklərdi. Bakı, Azərnəşr, 1993, s. 26 

 


51 

 

qoca  arvadın  tumanı  altında  gizləndin,  biz  silahsız  adamlar  nə  edə  bilərdik». 



Bağırov əsəbi vəziyyətdə Mustafa kişinin papağını başından götürüb yerə çırparaq 

dedi: -  «belə papağın içində olan başda bundan artıq ağıl olmaz və belə pədərəvayı 

danışmaz”.

44

 



  Üsyançıların qüvvələri ilə  hökumət qoşunları arasında istər hərbi texnika, 

istərsə  də  canlı  qüvvə  baxımından  güc  nisbəti  müqayisə  edilməz  dərəcədə  fərq 

olduğundan  üsyançıların  Şəkini  uzun  müddət  əllərində  saxlamasını  mümkünsüz 

edirdi.  Bu səbəbdən  üsyançılar şəhəri tərk etdilər.  Lakin onlar ətraf  kəndlərdə  və 

dağ  yamaclarında  mövqe  tutaraq  mübarizəni  partizan  müharibəsi  formasında 

davam etdirdilər. Hətta bir sıra yaşayış məntəqələri yenidən onların nəzarəti altında 

keçmişdi. Ümumiyyətlə az çox diqqət çəkən silahlı toqquşmalar may ayının 12-nə 

kimi  davam  etdi.  Şəki  üsyançılarının  üzərinə  yeriyən  bolşevik  istibdadının 

əməllərini  tənzimləyən  yeganə  prinsip  məqsədin  vasitəyə  bəraət  qazandıracağına 

mütləq inamdan ibarət  idi.  Bəli, vasitə  nə  qədər iyrənc olsa  da  məqsədə  çatmağa 

xidmət edirsə, bolşevik rejimi üçün məqbul hesab edilirdi. 

  «Toda  moda»  -    «hər  vasitə  ilə»  -    orta  əsrlərin  ən  qaranlıq  dövrlərində 

yezuitlər  ordeninin  devizi  olan  bu  latın  sözləri  XX  əsrdə  bolşevik  rejiminin  də 

fəaliyyətini müəyyən edən başlıca prinsipə çevrilmişdi. 

  Uzun  müddət  tamamilə  məxfidir  kilidi  altında  saxlanılan  bir  arxiv  sənədi 

yuxarıda  deyilənləri  təsdiq  edir.  Bu  sənəd  1930-ci  il  aprel  ayının  19-da  saat  19 

radələrində  Beriyanın  teleqraf  vasitəsi  ilə  Tiflisdən  Bakıya  Bağırov,  Neverov  və 

R.Axundova  göndərdiyi  göstərişlərdir.  Orada  deyilir:  «Zaqatala-Nuxa  dairəsində 

başlamış üsyan hərəkatını qətiyyətlə yatırmaq üçün direktiv orqanlarının qərarı ilə 

fəaliyyət göstərən hərbi hissələrin köməyinə Kaxetiyadan Tuxarelinin sərəncamına 

64-cü Qafqaz polku göndərilir. 

  Neverovun məlumatı ilə əlaqədar Tovuz, Şamxor rayonlarındakı vəziyyəti 

nəzərə alaraq Gəncədən Az.polk məktəbi ora göndərilir. Sizdən isə bu rayonlarda 

çekist  işini  maksimum  yüksək  səviyyədə  qurmaq  və  silahlı  hərəkata  son  qoymaq 

üçün bütün tədbirləri görmək tələb olunur. 

  Həmin  yaşayış  məntəqələrinə  etibarlı  rəhbərlər  təyin  edilməlidir.  Əhalini 

tərksilah etmək üçün 24-cü polkun hissələrindən və zirehli maşınlarından istifadə 

olunmalıdır. Ayrı-ayrı hallarda girov götürmək praktikasından istifadə edin. Azad 

olunmuş  rayonlarda  həqiqi,  operativ  çekist  fəaliyyətini  qaydaya  salın.  Hər  bir 

rayona  rəhbər  kimi  məsuliyyətli  çekist  təyin  edin.  Aşağı  Sovet  orqanlarında 

təmizləmə aparın və belə rayonlarda işləmək üçün kifayət qədər partiyaçı türkləri 

səfərbərliyə alın. 

  ...Yerlərdə  üsyançılar,  silah  gizlədənlər,  üsyana  çağıran  təbliğatçılar, 

banditlərlə əlaqəli olan partiya işçiləri, həmçinin çaşqınlıq, qorxaqlıq göstərərək öz 

                                                           

44

 



«Kommunist» qəzeti, 15 avqust 1989, № 188 

 


52 

 

vəzifələrini  yerinə  yetirməmiş  kommunistlər  üzərində  açıq,  nümayişkaranə 



xarakterli məhkəmələr qurun. 

  Vartaşen  və  Qutqaşen  rayonlarında  əhalini  tərksilah  etmək  və  antisovet 

ünsürlərdən  təmizləmək  üçün  kifayət  qədər  çekistlər  heyəti  ilə  təmin  etmək 

lazımdır. 

  Bizə  çatan  informasiyalar  sırf  hərbi  xarakterlidir.  Direktiv  və  DSİ 

orqanlarına  siyasi,  çekist  işləri  ilə  əlaqədar  informasiyalar  verilməsini  təmin 

etməyinizi  xahiş  edirəm.  Bu  məlumatlar  bizim  tədbirlərdən  sonra  yaranmış 

vəziyyəti əks etdirə bilsin»

45



  Bu  göstərişlərin  məzmunundan  çıxış  etsək,  deyə  bilərik  ki,  doğrudan  da 



Beriya üçün bəşəri və əxlaqi dəyər mövcud olmamışdır. 

  Yaşayış  məntəqələrinin  «antisovet  elementlərdən  təmizləmək»  ifadəsinin 

üstündən  diplomatik  pərdəni  götürsək  bu,  yüzlərlə  insanın  qətlinə  fitva  verilməsi 

demək  idi.  Açıq  xarakterli  məhkəmələrin  qurulması,  hərəkat  iştirakçılarının 

yaxınların,  əzizlərinin  girov  kimi  həbs  edilməsi,  saysız-hesabsız  insan  faciəsinə 

bais  olan  çekist  fəaliyyəti  -  bütün  bunlar  bir  məqsədə  xidmət  edirdi;  əhalinin 

gözünü qorxutmaq, insanları mənəvi köləliklə barışmağa məcbur etmək. 

  Lenin və Stalin dövlət idarə üsulunun təməl metodu kütləvi terror siyasəti 

bütün dəhşəti, vəhşəti ilə xalqımızın üzərinə yeriməkdə idi. Üsyançılar şəhəri tərk 

etdikdən sonra M.C. Bağırov raykom binası önündə dayanan zirehli avtomobillərin 

qarşısında  dayanaraq  ora  toplaşan  Şəki  sakinlərinə  bunları  söyləmişdir:  «Sizin 

həmyerlilərinizdən  biri  cəlladların  əli  ilə  qətlə  yetirilərkən  demişdir  ki,  Sovet 

hökuməti  var  və  olacaqdır.  O  da  və  həlak  olan  başqa  yoldaşlar  da  bizim 

gələcəyimiz  uğrunda  həyatlarını  qurban  verdilər.  Onların  xatirəsini  müqəddəs 

tutun.  Hakimiyyətimizə,  torpaqlarımıza,  fabrik  və  zavodlarımıza  göz  dikənlərə 

qarşı mübarizə aparın»

46



  Görəsən hansı gələcəkdən bəhs olunurdu? 1937-ci il 1930-cu il üçün yaxın 



gələcək  idi.  Bəlkə  həmin  gələcəkdən  söhbət  gedirdi.  1937-ci  ildə  hər  səhər  dan 

yerindən  boylanan  günəşin  al  qırmızı  şəfəqləri  gecə  ikən  güllələnmiş 

soydaşlarımızın  yerdə  göllənmiş  qanında  bərq  vururdu.  Doğurdanmı  kimsə  belə 

gələcək üçün qan tökməyi özünə rəva görərdi? 

  Ümumiyyətlə,  1934-cü  il  yanvarın  1-dən  1939-cu  il  yanvarın  1-dək  olan 

müddət ərzində Azərbaycanda 27458 nəfər güllələnmişdir. 

   Üsyan  yatırıldıqdan  sonra  Şəkidə  qətl  günləri  başlanır.  Amansız 

repressiya  dünyaya  ağlın  gözü  ilə  baxan  kişilərə  qarşı  yönəlmişdir.  O  kişilərə  ki, 

əxlaqi  saflığın,  qürur  və  məğrurluğun,  şərəf  və  ləyaqətin,  müdriklik  və  zəkanın 

canlı  mücəssəməsi  olmaqla  xalq  ruhunun  təmsilçiləri  idi.  Onların  bir  çoxunun 

                                                           

45

 



Baş Arxivlər idarəsi. f. 1, s. 231, iş 52, v. 21 

46

 



Л.Аскеров, Записки Чекиста, Баку 1981, c. 95 

 


53 

 

üsyanla  heç  bir  əlaqəsi  olmasa  da,  insana  qənim  kəsilən  rejimin  yaratdığı  naqis 



ictimai-siyasi  mühitə  öz  mənfi  münasibətlərini  gizlətmədiklərinə  görə,  bu  mühitə 

uyğunlaşmaq  istəmədiklərindən  məhv  edildilər.  Onların  arasında  İstanbul 

darülfünunu  bitirmiş  Hacı  Yusif  Əfəndi,  Hacı  Abdurahman,  Hacı  Məmməd  oğlu 

Baba, Məcid oğlu Hümmət də var idi. 

   Bəli,  1930-cu  ilin  baharında  suya  təşnə  olan  Şəki  torpaqlarına  yaz 

yağışlarından  daha  çox  qan  və  göz  yaşları  axırdı.  Fövqəladə  komissiyanın  Şəki 

şöbəsinə  yenicə  rəis  təyin  edilmiş  Bədəlov,  onun  köməkçiləri  Novruzov,  Qavril 

Şabanov bu qətmanın təşkilatçıları idilər. 

  Qavril  Hambarsumoviçin  ən  «sevimli  əyləncəsi»  ataları  övladların 

güllələnmə  səhnələrinin  tamaşaçısına  çevirmək  idi.  Gözlərinin  qabağında 

güllələnərək  məhv  edilən  övlad  itkisinin  ataya  gətirdiyi  sinə  dağının,  kədərin 

dərinliyini təsəvvür edin. 

  Bideyiz kəndində Səməd adlı gənci, sonra isə atası Gülməmməd kişini və 

daha  5  nəfəri  güllələyərək  cəsədlərini  kənd  qəbiristanlığının  yaxınlığında 

əvvəlcədən  onların  özlərinə  qazdırılmış  çalaya  tökmüşdülər.  Şəki  şəhərində,  qala 

divarların önündə, Qurcana dərəsində, Baş və Aşağı Göynük kəndlərində, Zəyzid, 

Baş  Layısqı  və  digər  kəndlərdə  belə  ağır  cinayətlər  törədilmişdir.  Bu  cəlladların 

göstərişi  ilə  hətta  üsyanda  iştirak  etməyən,  hədsiz  təqiblərdən  ehtiyat  edərək 

gizlənən adamların da evləri yandırılır, ailə üzvləri həbs edilərək zindana atılırdılar. 

Onlar  adamları  özlərinə  qəbir  qazmağa  məcbur  edir,  sonra  elə  həmin  çalaların 

yanındaca  güllələtdirirdilər.  Həmin  qətllərdə  Azərbaycanın  hüquq-mühafizə 

sistemində  və  xüsusi  xidmət  orqanlarında  geniş  şəbəkə  yaratmış  daşnak-

kommunistlərin  nümayəndəsi  Qavril  Hambarsumoviç  Şabanov  daha  fəal  rol 

oynayırdı.  Bu  iyrənc  hayk  M.C.Bağırovun  geniş  səlahiyyətlər  verdiyi 

Qriqoryanların, Markaryanların himayəsinə sığınaraq sonralar da kifayət qədər türk 

qanı axıtdı. 

  M.C.Bağırovun  məhkəməsində  X.Qriqoryanın  atasına  xitabən  yazdığı 

məktub oxundu. Həmin məktubda o bildirirdi ki, 100 nəfər türkü (azərbaycanlını) 

güllələmiş,  500  nəfər  isə  növbədədir.  Sonra  isə  o  öyünürdü  ki,  bununla  da  öz 

millətinə xidmət etmiş, onun intiqamını almışdır.

47

 

  Görün,  xalq  necə  dəhşətli  təhlükə  ilə  nəfəs-nəfəsə  dayanmışdı.  İnsan 



həyatının  bütün  sahələrini  özünün  mütləq  nəzarəti  altına  almış,  hər  şeyi  öz 

iradəsinə  tabe  etmiş  totalitar  rejim  şəraitində  Azərbaycanın  Daxili  İşlər 

Komissarının  müavini  vəzifəsi  kürsüsündə  qəlbində  Azərbaycan  xalqına  qarşı 

sonsuz nifrət, cibində isə 100 nəfər azərbaycanlının güllələndiyindən iftixarla bəhs 

etdiyi məktub gəzdirən ikiayaqlı vəhşi əyləşmişdi. Bu qan içən cəllad Ermənistanın 

Qafan  rayonunun  Sevakar  kəndindən  olan  Qriqoryan  Xozen  İvanoviç  idi.  Ən 

acınacaqlı hal bu idi ki, qriqoryanlar mənsəb, hakimiyyət düşkünü olan və bunların 

                                                           

47

 C. Həsənov. Ağ ləkələrin qara kölgəsi. Bakı, Gənclik, 1991, s. 132 



54 

 

naminə hər cür rəzalətlər törətməyə hazır olan Bağırov kimi guya özümüzdən olan 



baltaların əli ilə xalqı qırıb çatırdılar.  

   M.C.Bağırovun 

məhkəmədə 

daxili 


işlər 

orqanlarının 

məsul 

əməkdaşlarının  belə  niyyətlərindən  bixəbər  olduğunu  bildirməsi  və  öz-özünü 



ittiham  etməsi  qeyri-səmimi  təsir  bağışlayır.  Onun  etirafı:  «O  illərdə  Azərbaycan 

XDİK orqanları tərəfindən həbs olunmuş partiya-sovet fəallarının sayının bu qədər 

çox olması mənə aydın olur. O vaxtlar mən bunu o qədər hiss etmir, buna nəzarət 

etmir, XDİK-nın işini yoxlamırdım. 

   Bu da kökündən səhv, yolverilməzdir. Ancaq bu məhz belə olub. Mənim 

bu səhlənkarlığım ciddi tənbehə və cəzaya layiqdir» 

  Etirafının  sonunda  o  bildirirdi:  «Mən  inanaraq  XDİK  orqanlarını  onlara 

etibar  etmişəm.  Bu  işdə  xalqın  qarşısında  günahlarım  o  qədər  böyükdür  ki,  məni 

güllələmək də azdır, asmaq azdır, məni şaqqalamaq, parça-parça etmək lazımdır.

48

 



  Nəzərə  alsaq  ki,  insanların  kütləvi  şəkildə  güllələnmələri  barədə 

göstərişlərin bir çoxunu Bağırov özü, vermişdir, deməli onun bu etirafının səmimi 

olmasına inanmamaqda haqlıyıq. 

  M.C.Bağırov  bütün  hakimiyyəti  dövründə  Şəkiyə,  şəkililərə  qarşı 

əndazəyə  sığmayan  nifrət  hissi  bəsləmişdir.  Onun  leksikonunda  Nuxa  banditizm 

yuvası, Nuxalılar isə bandit kəlmələrinin sinonimi olmuşdur. Bu bəlkə də, 1930-cu 

ilin aprelində Şəkidə onun həyatının bir tükdən asılı qalması ilə əlaqədar idi. Axı, 

bir  qayda  olaraq  minlərlə  adamı  uf  demədən  ölümün  ağuşuna  atan  diktatorlar  öz 

həyatlarının üstündə yarpaq kimi əsirlər. 

  AK(b)P  Zaqatala-Nuxa  dairə  komitəsinin  AK(b)P  MK-ya  verdiyi 

hesabatda bildirilir ki, 3 rayonda üsyanı yatırmaq üçün aparılan əməliyyat zamanı 

hökumət tərəfdən 51 nəfər, o cümlədən 23 nəfər kommunist, 6 nəfər komsomolçu 

və 22 nəfər bitərəf həlak olmuşdur. 

49

 



  Həmin  hesabatda  üsyançıların  və  əməliyyatda  iştirak  edən  hərbçilərin 

itkiləri haqda heç bir məlumat yoxdur. 

  Milli  təhlükəsizlik  nazirliyinin  arxiv  materiallarına  istinad  edən  Cəlal 

Qasımov  «Yaddaşın  bərpası»  kitabında  öldürülənlərin  və  yaralananların  sayı 

barədə dəqiq məlumat verir. 

50

 



   1930-cu  il  aprelin  12-dən  mayın  12-dək  olan  müddət  ərzində  180  nəfər 

məhv edilib, 150 nəfər isə yaralanıb. 

  Kütləvi  həbslər  zamanı  ağına-bozuna  baxmadan  865  nəfər  tutulub 

saxlanılmış, onlardan 226 nəfərinə üsyan iştirakçısı ittiham irəli sürülmüşdür. 

                                                           

48

 M.C.Bağırovün məhkəməsi. Bakı, «Yazıçı», 1993 



49

 2 Baş arxivlər idarəsi F. 255, s. 1, iş 56, v. 38-47 

50

 Cəlal Qasımov “Yaddaşın bərpası”. Bakı, «Mütərcim», 1999, s. 119 



 

55 

 

  Üsyançılara qarşı mübarizə aparan hökumət qüvvələrindən 73 nəfəri həlak 



olmuşdur.  Öldürülənlərin  27  nəfəri  sovet  fəalı  və  kommunarlar,  4  nəfəri  milis 

işçisi,  4  nəfəri  DSİ-nin  əməkdaşı,  10  nəfəri  həmin  idarəyə  mənsub  olan  hərbi 

hissənin əsgər və zabitləri, 19 nəfəri digər hərbi hissələrdən olan hərbçilər, 9 nəfəri 

isə sürücü idi.    

  Yaralananların  sayı  79  nəfər  olmuşdur.  Onların  11  nəfəri  sovet  fəalı  və 

kommunarlar,  2  nəfəri  milis  işçisi,  1  nəfəri  DSİ-nin  əməkdaşı,  38  nəfəri  DSİ-yə 

mənsub olan hərbçilər, 23 nəfəri isə digər hərbi hissələrin döyüşçü və zabitləri, 4 

nəfəri isə sürücü idi. 

  Yuxarıda  deyildiyi  kimi,  Şəki  qətlimanın  təşkilatçılarından  biridə  Qavril 

Hambosumoviç  Şabanov  olmuşdur.  Təəssüf  doğuran  hal  budur  ki,  bu  cəllad 

sonralar  da  uzun  illər  Azərbaycanın  xüsusi  xidmət  orqanlarında  fəaliyyət 

göstərmiş, kim bilir nifrət etdiyi bu xalqa qarşı nə qədər yeni cinayətlər törətmişdir. 

Əbdürəhman  Abdullayevin  xatirələrindən.  «Mən  Şabanovun  şəklini  Bideyiz 

kəndində  o  vaxt  partkom  işləmiş  Əbdulcabbargildə  görmüşəm.  Onun  özünə  isə 

1972-ci  ildə  Nizami  muzeyində  rast  gəldim  (O  istefaya  çıxıb  muzeydə  təsərrüfat 

müdiri işləyirdi). Bəli, bu 1934-cü ildə şəkilini gördüyüm həmin adam idi. 

Mən: 

-  Şəkidə olmusanmı? 



- Yox! 

-  Bəs Bideyiz kəndində necə? 

-  Yox! Necə bəyəm? 

- Heç, Bideyiz kəndində gördüyüm şəkil lap sizə oxşayır. «Səhər eşitdim ki, 

Qavril Hambarsumoviçin gecə ürəyi dayanıb».

51

 



  Cəfərabad  kəndinin  sakini  93  yaşlı  Məsihə  xanımın  dediklərindən:  1930-

cü  ilin  yazında  atam  İsmayıl  Əfəndini,  əmim  Rəsul  Yüzbaşını  və  əmim  oğlu 

Məmməd  bəyi  ruslar  aparıb  güllələdilər  (onunla  bu  söhbət  1996-cı  ildə 

aparılmışdır). 

  Şəkinin qanlı günləri, ayları  beləcə davam edirdi. Nə qədər insanın  məhv 

edildiyi  haqqında  dəqiq  məlumat  yoxdur.  Doğrudur,  sənədlərə  əsaslanaraq 

məlumat vermişdik ki, 1930-cu il aprelin 12-dən mayın 12-nə qədər olan müddət 

ərzində 180 nəfər yalnız üsyançı qüvvələrin nümayəndəsi məhv edilmişdir. Lakin 

bu  yalnız  silahlı  toqquşmaların  baş  verdiyi  müddət  ərzində  olan  itkilərin  sayıdır. 

Halbuki qətllər 30-cu illərin sonuna qədər davam etmişdir. Təkrar edərək bildiririk 

ki,  əsas  zərbə  milli  dövlətçilik,  azad  sənətkarlıq  və  müstəqil  kəndli  təsərrüfatı 

ənənələrini qoruyub saxlamaq istəyən insanlara qarşı yönəlmişdir. 

  Tiranlar  tiranı,  cəlladlar  cəlladı  Stalinin  özü  əhalinin  bu  zümrəsinə  qarşı 

tutulan divanın dəhşətli olduğunu etiraf etmişdi. 

                                                           

51

 «Kommunist» qəzeti, 15 avqust 1989-cu il 



 

56 

 

  1942-ci  il  avqustun  14-də  İngiltərənin  baş  naziri  U.Çörçil  Moskvada 



Stalinlə görüşərkən aralarında olan mükaliməni belə xatırlayır: 

   “Kollektivləşmə 

siyasəti  kimi,  yəqin  ki,  indiki  müharibənin 

çətinliklərindən danışmaq sizin üçün ağırdır? 

Bu mövzu rəhbərdə həmin dəqiqə canlanmaya səbəb oldu. 

-  Kollektivləşmə siyasəti dəhşətli mübarizə idi. 

- Mən belə də fikirləşirdim, bu sizin üçün çox ağır olub. Axı siz on minlərlə 

aristokrata  və  mülkədara  qarşı  deyil,  bir  milyon  xırda  sahibkara  qarşı  mübarizə 

aparırdınız. 

-  On milyonlara qarşı, -  deyə Stalin əlini yuxarıya qaldırıb cavab verdi və 

sonra əlavə etdi: -  Bu nə isə dəhşətli bir şey idi və dörd il davam etdi...»

52



  Bəli, bütün Azərbaycan xalqı, o cümlədən Şəki camaatı bu dəhşətin bütün 

təzahür  formaları  ilə  təmasda  olmuşdur.  Tiranın  etiraf  etdiyi  dəhşət  övlad  itirmiş 

anaların acı fəryadında,  yetim qalmış uşaqların ürəkyandıran kədərli baxışlarında, 

gözləri  qarşısında  övladları  güllələnmiş  ataların  hönkürtülərində,  gedər-gəlməz 

sürgünlərdə  vətən  həsrəti  ilə  can  çürüdən,  doğmalarının  vüsalına  qovuşacağı  anı 

gözləyə-gözləyə qürbətdə həyata göz  yuman insanların əzab-əziyyətlərində özünü 

büruzə vermişdi. 

  Bütün bu faciələrin başlıca səbəbi bolşevik rejiminin allahın, təbiətin bəşər 

övladına bəxş etdiyi hüquqları tanımaması, onun həyatı və düşüncəsi üzərində total 

nəzarət sistemi qurmaq niyyətinə düşməsi olmuşdur. 

  Gəray  Fəzli  totalitar  sistemin  can  atdığı  məqsədləri  Stalinin  üzdəniraq 

«nailiyyətləri» timsalında  olduqca dəqiq və   sərrast ifadə  etmişdir:  «...Tarix, belə 

paradoksal  möcüzə  görməyib.  Hələ  heç  kəs  ixtiyarında  olan  maddi,  mənəvi 

sərvətlərin  belə  tamhüquqlu,  qəti  səlahiyyətli  hökmdarı  olmayıb.  Stalin  təbiəti, 

cəmiyyəti,  onun  tarixini,  bu  gününü,  sabahını,  şəxsiyyəti,  fikri,  düşüncəni,  ağlı, 

qabiliyyəti,  hər  şeyi  və  hamını,  bəli,  bəzi  məslək  və  əqidə  qəhrəmanları  istisna 

olmaqla  hamını çox  böyük  ustalıqla  öz  iradəsinə  tabe  etmişdi.  Tabe  etmək azdır, 

qul  etmişdi.  Milyonlarla  adam  onun  subyektiv  fikirlərinə,  ədalət  və  müdriklik 

qiyafəsinə  bürünmüş  müstəbid  göstərişlərinə,  yalana,  haqsızlığa,  rəzalətə  çox 

böyük məmnuniyyətlə itaət etməyə hazır idi. 

Bəşər tarixinin ən dərin ürək yarası”.

53

 



  Yəqin,  xalqımızın  uzaqgörən  kəsimi  bu  yaranın  necə  dərinliklərə 

işləyəcəyini  intuisiya  ilə  hiss  etmişdi.  1930-cu  il  üsyançıları  həmin  yaranın 

metastaz  verib  bütün  məmləkətə  şaxələnəcəyini  dərk  etdiklərindən  mücadiləyə 

qalxmışdılar. Lakin güc, qüvvə çatmadı. 

                                                           

52

 «Oktyabr» jurnalı, 1988, №, S. 101 



53

 Acı həqiqətlər. Bakı, Azərnəşr, 1991, s. 65 

 


57 

 

  Üsyançılar can atdıqları məqsədlərə çatmağa azacıq da olsun ümid bəsləyə 



bilərdilərmi? 

  Xeyr,  ölkədə  hakimiyyət  bütünlüklə  bir  partiyanın  əlində  cəmləşmiş, 

idarəetmə  əndazəsiz  şəkildə  mərkəzləşdirilmişdir.  Əmr  və  fərmanlara,  hədə-

qorxuya  əsaslanan  inzibati  amirlik  üsul-idarəsi  vasitəsilə  bolşevik  rejimi  ölkə 

daxilində öz mövqeyini xeyli möhkəmləndirə bilmişdi. 

  Sovet  imperiyasının  beynəlxalq  vəziyyətinin  mürəkkəbliyinə  bəslənən 

ümidlər  də  özünü  doğrultmadı.  Doğrudur,  20-ci  illərin  ikinci  yarısında  SSRİ-nin 

dünyanın aparıcı dövlətləri ilə  münasibətləri olduqca gərginləşmişdi.  1927-ci  ildə 

İngiltərə Sovet İttifaqı ilə diplomatik əlaqələri kəsdi, ABŞ bu dövləti tanımamaqda 

israrlı idi. 

  Sovet  Polşa  münasibətləri  açıq  düşmənçilik  xarakteri  almış,  Çində  sovet 

diplomatik nümayəndəliklərinə və ticarət obyektlərinə basqınlar olmuşdur. 1927-ci 

ilin  avqustunda  keçirilmiş  ЦИК(b)P.MK  plenumunda  bildirilmişdi  ki,  hazırkı, 

dövrün ən kəskin problemi SSRİ-yə qarşı əksinqilabi müharibə təhlükəsidir. 

   1929-cu ilin yayında Çin hərbçiləri Sovet dövlətinin nəzarəti altında olan 

Şərqi-Çin dəmir yolunu tutub, payızda sərhədlərə hücum etdilər. Beləliklə, Çin ilə 

SSRİ arasında lokal müharibə baş verdi. 

  Əhalini  mübarizəyə  səsləyən  təbliğatçılar  yəqin  beynəlxalq  aləmin  Sovet 

hökumətinə  qarşı  tutduğu  bu  mövqeyə  əsaslanaraq  belə  bir  yazılı  xəbərdarlıq 

yaymışdılar:  «Sovet  hökuməti  xarici  dövlətlərin  təzyiqinə  tab  gətirməyərək  süqut 

edəcəkdir. O zaman bizə qarşı çıxış edənlərin vəziyyəti olduqca pis olacaqdır». 

  Lakin bir sıra amillər dünya iqtisadi böhranının başlanması, SSRi-yə qarşı 

nifrət zəminində eyni mövqedə duran dövlətlərin öz aralarındakı ziddiyyətləri həll 

edə bilməməsi bolşevik dövlətinə qarşı müharibə ehtimalını heçə endirirdi. 

  Qoca  tarixi  aldatmaq,  qanunların  kürəyini  yerə  vurmaq  hələ  heç  bir 

qüvvəyə  nəsib  olmayıb.  Bolşevik  rejimi  də  bunu  bacarmadı  və  öz  avantürist 

niyyətlərindən  irəli  gələn  problemlərin  içində  dolaşıb  qaldı;  elə  bunu  göstərmək 

kifayətdir  ki,  bütün  iqtisadiyyatın  dövlətin  nəzarəti  altına  keçməsi  əmək 

məhsuldarlığının  kəskin  şəkildə  aşağı  düşməsi  ilə  nəticələndi,  kolxoz  sistemində 

aqrar  münasibətlərin  əsasında  duran  əməyin  ictimai  xarakterə  malik  olması  və 

bundan törənən mənfi nəticələr tezliklə özünü büruzə verir. 

  Kollektivləşmənin ilk uğursuzluqları 1939-cu ilin mayında ЦИК(b)P MK-

nın  plenumunda  A.A.Andreyevin  məruzəsində  rəsmi  surətdə  etiraf  edildi. 

Məruzədən aydın oldu ki, kollektivləşmədən 10 il sonra əvvəlki sərbəst kəndli ilə 

müqayisədə  kolxozçuların  əmək  məhsuldarlığı  xeyli  aşağı  düşüb.  Kolxozlarda 

əmək  haqqı  fondları  boşalıb,  hər  hektarın  məhsuldarlığı  isə  minimuma  enib,  bir 

sözlə kənd təsərrüfatı böhran içindədir. Ona görə Stalinin təklifi ilə plenum iş günü 

ərzində  minimum  istehsal  öhdəliyi  qoymağı,  80  əmək  günü  həcmində  minimum 

əmək  günü  həddi  müəyyənləşdirməyi,  həyətyanı  təsərrüfatların  sahəsini  azaldıb 

kolxozu  kəndlinin  yeganə  yaşayış  vasitəsinə  çevirməyi,  fərdi  təsərrüfatlara  əlavə 



58 

 

vergi  qoyulması  yollarını  axtarmağı,  xutorları  ləğv  edib  kənd  əhalisini 



mərkəzləşdirməyi,  kolxoz  sahələrindən  kolxozçuların  şəxsi  mal-qarası  üçün  yem 

yığılmanı qadağan etməyi qərara alır. Göründüyü kimi, kəndli siyasətində növbəti 

yanlış addım atılır...

54



   Beləliklə 1930-cu il hərəkatının obyektiv səbəbləri haqqında: 

   1.  Kəndlini  həyatının  başlıca  şərti  olan  torpaqdan  və  əməyinin  nəticələri 

üzərində sahiblik hüququndan məhrum edilməsi. 

   2.  İnsan  mənəviyyatının  ayrılmaz  tərkib  hissəsinə  çevrilmiş  dini 

dəyərlərin, yüz illərin sınağından çıxmış adət-ənənələrin dövlət səviyyəsində təqibə 

məruz qalması. 

   3.  Xüsusi  mülkiyyətə  daxil  olan  hətta  kustar  istehsal  sahələrinin  ləğv 

edilməsi hesabına istehsal vasitələri üzərində dövlət inhisarının yaradılması. 

   4.  Dövlətin  inzibati  metodlara,  ağır  vergi  sisteminə  əsaslanan  iqtisadi 

siyasəti  nəticəsində  fərdi  kəndli  təsərrüfatlarının;  azad  sənətkarlığın  və 

manufaktura istehsalının iflasa uğraması. 

   5. Bütün bunların nəticəsində xalq kütlələrinin sosial-iqtisadi vəziyyətinin 

ağırlaşması. 

   6.  Sosial-iqtisadi,  siyasi  və  mənəvi-psixoloji  zülmün,  xalqa  edilən 

sitəmlərin  dövlət  müstəqilliyinin  itirilməsindən  irəli  gəldiyinin  dərk  olunması  və 

xilas yolunun Milli dövlətin bərpa edilməsində axtarılması. 

  Hakimiyyət nümayəndələrinin üsyana rəvac verən səbəblər haqqında tərtib 

etdikləri  sənədlərdə  öz  əksini  tapmış  fikirlər  bəsit,  yarımçıq  xarakter  daşıyır  və  o 

dövrün reallıqlarını təhrif etməyə xidmət göstərir. 

  Elliklə  kollektivləşmə  və  bu  zəmində  qolçomaqların  bir  sinif  kimi  ləğv 

edilməsi haqqında kommunist partiyasının qəbul etdiyi qərarların ayrı-ayrı yerlərdə 

pozulması  halları  üsyanın  başlıca  səbəbi  kimi  göstərilir.  Həm  də  bu  pozuntu 

hallarının baş verməsinə görə partiya və hakimiyyət orqanlarına soxulmuş düşmən 

ünsürlər günahlandırılır. 

  İttihad  partiyasının  istiqamət  verdiyi  din  xadimlərinin  apardığı  təbliğat 

üsyanın geniş miqyas almasını şərtləndirən əsas amil kimi göstərilir. 

  Eyni zamanda kollektivləşməni həyata keçirərkən hakimiyyət orqanlarının 

tələskənliyə yol verdikləri və əyintilərin olduğu etiraf edilir. Gözləmədikləri halda 

üsyanda  iştirak  edən  ortabab  və  yoxsul  kəndlilərin  çoxluq  təşkil  etməsini  üsyan 

rəhbərlərinin həmin əyintilərdən istifadə etmələri ilə izah edilir. 

  Bəli, bu sənədləri tərtib edənlər üçün insanlar sanki düşüncə və hisslərdən 

məhrum  olan  cansız  mexanizmlərdir.  Elə  bil  ki,  üsyançıların  bütün  hərəkətləri 

kənardan  idarə  olunmuşdur.  Sanki  insanlar  daşdan  yonulduqlarından  on  illik 

mənəvi-psixoloji  sıxıntıları  yaşamamışlar.  Baş  verən  üsyanın  səbəbi  nədə  desən 

                                                           

54

 Cəmil Həsənov. Ağ ləkələrin qara kölgəsi, Bakı, Gənclik, 1991, s. 122-123 



59 

 

axtarılır,  lakin  üzərində  illərdən  bəri  sosial-iqtisadi  və  mənəvi-psixoloji 



eksperiment aparılan xalqın əzmi, iradəsi nəzərə alınmır. 

  Kollektivləşməni  həyata  keçirənlər  başa  düşmək  istəmirdilər  ki, 

kolxozlaşma  zamanı  yol  verilən  nöqsanlar  deyil,  bu  aqrar  siyasətin  özü  xalq 

tərəfindən qəbul edilmir. 

  Yuxarıda qeyd etmişdik ki, üsyan iştirakçılarının sayı bolşevik rəhbərliyini 

təəccübləndirmişdir. 

  Ümumiyyətlə  Şimal  Qərbi  Azərbaycanın  Qax,  Balakən,  Əliabad 

rayonlarında  üsyançıların  sayı,  sosial  mənşəyi,  ictimai  təbəqələrin  hər  birinin, 

üsyanda  neçə  faizlə  təmsil  olunmaları  barədə  rəsmi  məlumat  olduğu  halda  Şəki 

üsyançıları barədə bu qəbildən məlumat yoxdur. 

  MTN-nin arxiv materiallarına istinad edən C.Qasımov «Yaddaşın bərpası» 

kitabında  bu  faktorları  ictimaiyyətin  nəzərinə  çatdırır.  Həmin  kitabdan:  «Qax, 

Balakən,  Car,  Əliabad  rayonlarında  baş  vermiş  üsyanda  5  kənddən  244  nəfər 

iştirak etmişdir. Nuxa və Vartaşen rayonları üzrə məlumat yoxdur. 

  Qabaqçöl-Balakən üsyanının 139 nəfər fəal iştirakçısı aşağıdakı kateqoriya 

və təbəqələrə bölünür: 

1 Komsomolçular -  8 nəfər, onlardan 1 nəfər AK(b)P-namizəd. 

2. Keçmiş komsomolçular -  2 nəfər. 

3. Kənd sovetinin üzvləri -  10 nəfər. 

4. Ordudan tərxis olunmuş qızıl əsgər -  11 nəfər. 

5. Nuxa-Zaqatala BSİ-nin zərbəçiləri -  7 nəfər. 

6. Qulluqçular -  5 nəfər. 

7. Molla -  5 nəfər. 

 

Sinfi təbəqələr üzrə: 



1. Qolçomaqlar -  25 nəfər və ya 17,98% 

2. Ortabab kəndlilər -  91 nəfər və ya 65,47% 

3. Kasıblar -  23 nəfər və ya 16,65% 

 

  Üsyan  yatırıldıqdan  sonra  Car-Əliabad,  Nuxa-Vartaşen,  Balakən  və  Qax 



rayonlarının üsyançılarından 2755 silah-sursat götürülmüşdür.

55

 



  Bolşevik rejiminin  üsyan hərəkatından çıxardığı  nəticələr,  yeritdiyi  yanlış 

sosial-iqtisadi  siyasətə  münasibəti,  vəziyyəti  düzəltmək  üçün  həyata  keçirmək 

istədiyi  tədbirlər  və  nəhayət  üsyançı  zümrənin  taleyinə  dair  düşüncə  tərzi  maraq 

doğurur. 

  Bu  baxımdan  AK(b)P  Zaqatala-Nuxa  dairə  komitəsinin  AK(b)P  MK-ya 

verdiyi  geniş  hesabat  səciyyəvidir.  Hesabatda  dairə  partiya  komitəsinin  özünə 

                                                           

55

 C. Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim», 1999, s. 120



 

60 

 

bəraət  qazandırmaq  və  üsyanın  səbəblərini  təhrif  etmək  cəhdləri  açıq  aydın  hiss 



olunur. 

   ...Üsyan  hərəkatına  yoxsulların  cəlb  edilməsi  aşağı  partiya  orqanlarının 

onların  arasında  zəif  iş  aparması  ilə  izah  olunur.  Kəndlilərin  üsyana  qoşulması 

Sovet  orqanlarının onların ehtiyaclarına  lazımı səviyyədə  diqqət  yetirilməməsi də 

mühüm rol oynamışdır. 

  Partiya  təşkilatları  üsyandan  xəbərdar  ola  bilməmiş  və  üsyan  ehtimalını 

nəzərə  almamışlar.  Nuxa  partiya  və  komsomol  təşkilatları  biabırçı  qorxaqlıq 

göstərmişlər.  Zaqatala  kommunistləri,  həmçinin  komsomolçuları  isə  ön  sırada 

olmuş və mübarizənin ağırlığını öz çiyinlərində daşımışlar. 

   ...Aydınlaşdırılıb  ki,  partiya  bileti  gəzdirənlər  içərisində  üsyançıların 

tərəfinə keçənlər olub. 

  Təbliğat  işi  aparmaq  və  hərəkatın  səbəblərini  aydınlaşdırmaq  üçün 

Zaqatala-Nuxa mahalına 30 nəfər məsul partiya işçisi göndərilib. 

  Partiya,  təsərrüfat,  sovet,  həmkarlar  aparatlarının  möhkəmləndirilməsi  və 

istehlak,  kredit  kooperasiyaların  işinin  yaxşılaşdırılması  haqqında  qərar  qəbul 

olunub. 


   Qax, Balakən, Nuxa və Əliabad partiya aparatları bərpa edilib. 

   Əhali  qarşısında  silahların  təhvil  verilməsi  və  insanları  üsyana  təhrik 

edənlərin təslim edilməsi tələbi qoyulub. 

56

 



  Dövlət siyasi idarəsi isə təklif edir ki, bu idarənin Nuxa-Zaqatala şöbəsinin 

bütün  aparatı  təzələnməlidir.  Az  DSİ-nin  mərkəzi  aparatının  seçilmiş 

əməkdaşlarından  ibarət  iki  mahal  şöbəsinin  -    Nuxa  və  Zaqatala  şöbələrinin 

yaradılması üçün dərhal təşkilati tədbirlər görülməlidir. 

  Ayrı-ayrı  partiyaçıların  və  hətta  bütöv  özəklərin,  xüsusən  Nuxa-Vartaşen 

rayonunda  üsyançılara  qarşı  müqavimət  göstərilməsi,  bəzi  hallarda  quldurlarla 

birlikdə  üsyanda  iştirak  etməsi  ayrı-ayrı  özəklərin,  hətta  rayon  partiya 

təşkilatlarının buraxılması üçün təşkilati işlər görülməsini zəruri edir. 

57

 

  Üsyandan  sonra bolşevik  üsul idarəsi  yalnız zorakı  metodlarla deyil, həm 



də təbliğatla, ideoloji vasitələrlə özünün aqrar siyasətini həyata keçirməyə çalışırdı. 

Buna  bariz  nümunə  «Məhsul  və  kollektivləşmə  günü»(?)  münasibəti  ilə  1930-cu 

ilin  noyabrında  Qəzənfər  Musabəyovun  imzası  ilə  Şəkiyə  göndərilən  direktiv 

xarakterli  sənəd  də  sübut  edir.  Orada  qeyd  olunmuşdur  ki,  «Məhsul  və 

kollektivləşmə  günü»  kollektiv  təsərrüfatın  xırda  dağınıq  təsərrüfatlardan 

üstünlüyünü və bu yolda qazanılan uğurları nümayiş etdirən gün olmalıdır. Həmin 

gün  şərqilər  oxunmalı,  istehsalat  ekskursiyaları  təşkil  olunmalıdır.  Kolxozçularla 

fərdi  təsərrüfatçıların,  işçilərlə  kəndlilərin  görüşləri  keçirilməlidir.  Qabaqcıl 

kolxozçular  və  fərdiyyətçilər  aşkara  çıxarmalı,  onlara  mükafat  verilməlidir.  Yeni 

                                                           

56

 Baş Arxivlər İdarasi. f. 255, s. 1, iş 56. v, 38-47 



57

 C. Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim», 1999, səh. 123 



61 

 

kütlələr  kolxozlara  cəlb  edilməli,  taxıl  talvarları  yaradılmalıdır.  «Məhsul  və 



kollektivləşmə  günü»  kütləvi  istehsalat  bayramı,  kolxozçuların,  ortababların  və 

yoxsulların qolçomaqlarla mübarizəyə səfərbərliyə alınması günüdür. 

58

 

  Sənədin məzmunundan məlum olur ki, qolçomaqla, yəni fərdi təsərrüfatla 



mübarizədən imtina edilmir. Ortabab və yoxsul kəndliləri onların təsir dairəsindən 

qoparmaq  üçün  inzibati  təzyiq  formaları  qismən  təbliğatı,  ideoloji  vasitələrlə, 

psixoloji təsir formaları ilə əvəz olunurdu. 

    


                                                           

58

 



Şəki arxivi. Əsas fondu 1, saxlama vahidi 13 

 


62 

 

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə