ŞƏKİ Üsyanlari



Yüklə 0.79 Mb.
PDF просмотр
səhifə2/5
tarix11.06.2017
ölçüsü0.79 Mb.
1   2   3   4   5

II FƏSİL 

 

BÖHRANIN YETİŞMƏSİ, 

ÜSYANIN İDEOLOJİ-SİYASİ VƏ 

TEXNİK-TƏŞKİLATİ ƏSASLARININ 

HAZIRLANMASI. 

 

   1930-cu il Şəki üsyanının başında Baş Şabalıd kəndinin sakini, savadlı, iti 



zəkaya və poetik ilhama malik olan Molla Mustafa Şeyxzadə dururdu. Onun babası 

Şeyx  Əhməd  saflığı,  dini  dəyərlərə  sonsuz  məhəbbəti,  hörmət  və  ehtiramı  ilə  el-

obanın  gözündə  övliya  səviyyəsinə  yüksəlmişdi.  Xalq  tərəfindən  Şeyx  Əhmədin 

qəbri  üzərində  ucaldılmış  məqbərə  yerli  əhalinin  bu  insana  olan  ehtiramının 

təzahürü idi. Az sonra həmin qəbir-məqbərə Qafqaz miqyaslı ziyarətgaha çevrildi. 

  Üsyan  yatırıldıqdan  sonra  Molla  Mustafanın  həyatının  sonrakı  mərhələsi 

müəmmalar dumanı içində əriyib yoxa çıxır. Məhz onun tərcümeyi-halının həmin 

mərhələsinə  xas  olan  məchulluq  müxtəlif  səpkili  şayiələrin  yayılmasına,  əsassız 

güman və fərziyyələrin meydana gəlməsinə səbəb olmuşdur. 

  Əbdürrəhman  Abdullayevin  yazdığına  görə  Molla  Mustafa  üsyan 

yatırıldıqdan sonra bir müddət gizli şəkildə Tiflis yaxınlığındakı Soğanlıq kəndində 

yaşamışdır.  O  tam  təsadüf  nəticəsində  ələ  keçmişdir.  Xalq  Daxili  İşlər 

Komissarlığının  Balakən  rayon  şöbəsinin  rəisi  Tacəddin  Koltayev  bir  nəfər 

qaraçını at oğurlayarkən yaxalamış. Oğru bağışlanacağı təqdirdə  Sovet dövlətinin 

qəddar  düşmənlərindən  birinin  gizləndiyi  yeri  nişan  verəcəyini  bildirmişdir. 

Beləliklə,  oğru  ilə  enkevedeçinin  sövdələşməsi  nəticəsində  Molla  Mustafa  həbs 

olunmuş  və  qapalı  məhkəmə  vasitəsi  ilə  10  il  müddətinə  azadlıqdan  məhrum 

edilərək sürgünə göndərilmişdir.

21

 

  Molla  Mustafa  Şeyxzadə  haqqında  müxtəlif  xarakterli  söz-söhbətin  baş 



alıb  getməsinə  rəvac  verən  ən  mühüm  amil  Mir  Cəfər  Bağırovun  məhkəməsində 

Padarov  Hacı  Məmməd  İbrahim  oğlunun  verdiyi  ifadə  olmuşdur.  O,  Azərbaycan 

SSR  Baş  Siyasi  idarəsində,  NKVD-də  və  DTN-də  1931-ci  ildən  1954-cü  ilədək 

işləmiş,  müvəkkildən  Azərbaycan  SSR  Təhlükəsizlik  nazirinin  müavini  

vəzifəsinədək  yüksəlmişdir. 

Padarov  məhkəmədə  bunları  söyləmişdir:  «Mənə  məlum  olan  cinayət 

faktlarına diqqət yetirməyi zəruri sayıram. 1930-cu ildə Zaqatala-Nuxa zonasının 8 

rayonunda silahlı əksinqilabi üsyan baş verdi. Həmin üsyanın təşkilatçısı və başçısı 

ruhani  ailəsindən  çıxmış  nuxalı  molla  Şeyxzadə  idi.  Üsyan  yatırılandan  sonra 

                                                           

21

 

«Kommunist» qəzeti. 15 avqust 1988-ci il 



 

25 

 

üsyanın  iştirakçılarına  qarşı  hərbi  çekist  əməliyyatı  aparıldı.  Fövqəladə  üçlüyün 



başçısı Sumbatov idi. Həmin vaxt yüzlərlə adam həbs edildi, güllələndi və sürgünə 

göndərildi.  Lakin  mənə  məlum  olmayan  səbəbdən  üsyanın  təşkilatçısı  Şeyxzadə 

həbs olunmadı. 

   1932-ci  ilin  fevralında  Azərbaycan  BSİ-nin  Balakən  rayonu  üzrə 

müvəkkili işlədiyim zaman öyrəndim ki, Şeyxzadə Tiflisdədir, Türkiyəyə keçməyə 

hazırlaşır. Mən Tiflisə getdim. O vaxtlar məlum idi ki, Şeyxzadənin ingilis və türk 

kəşfiyyatı ilə əlaqəsi var, üsyanı da onların tapşırığı ilə təşkil edib.  Şeyxzadə çox 

təhlükəli  siyasi  cinayətkar  idi  və  törətdiyi  cinayətlər  üçün  güllələnməli  idi.  Mən 

Şeyxzadəni  Bakıya  gətirəndən  sonra  BSİ-yə  təhvil  verdim  və  burada  Sumbatova 

məlumat verdim. Şeyxzadənin işini BSİ-nin müstəntiqi Zeynal Əliyevə tapşırdılar. 

Mən elə güman edirdim ki, Şeyxzadə güllələnib. Ancaq 1937-ci ildə öyrəndim ki, 

Şeyxzadə sağ-salamatdır, qohum-əqrəbası ilə məktublaşır. Mən heyrətə gəldim ki, 

üsyanın  sıravi  iştirakçıları  (onların  arasında  elələri  var  idi  ki,  Şeyxzadə  başlarını 

aldadıb üsyana qoşmuşdu) Sumbatovun əmri ilə güllələnib, üsyanın başçısı, casus 

hələ sağ qalıb. Mən bu barədə Sumbatovla danışdım. O da özünü elə göstərirdi ki, 

guya  Şeyxzadənin  belə  yüngül  cəza  ilə  yaxasını  qurtarması  onu  da  hiddətləndirir 

və söz verdi ki, Şeyxzadənin işinə yenidən baxmaq üçün tədbir görəcək. 

  Əslində isə Sumbatov bu söhbəti gözdən pərdə salmaq üçün edirdi, çünki 

Şeyxzadə  hal-hazırda  sağ  salamatdır.  Onun  harada  yaşadığı  mənə  məlum  deyil, 

ancaq onu bilirəm ki, Nuxada yaşayan ailəsi ondan məktub alır.

22

 

   Əvvəla  unutmaq  olmaz  ki,  bu  ifadə  Sovet  xüsusi  xidmət  orqanlarının 



demək  olar  ki,  bütün  pillələrində  fəaliyyət  göstərmiş  insana  məxsusdur.  Onun 

insanları  qeyri-qanuni  həbs  etməsi  və  istintaq  təcridxanasında  M.C.Bağırovun 

«Şüuru  varlıq  deyil,  döymək  təyin  edir»  tövsiyəsinə  uyğun  olaraq  vəhşicəsinə 

döyməsi faktları elə həmin məhkəmədə aşkarlandı. Çoxlarının taleyini alt-üst etmiş 

bu  amansız  çekistin  özünə  qarşı  irəli  sürülən  ittihamdan  yayınmaq  və  Sovet 

kommunist  sisteminə  sədaqətini  nümayiş  etdirmək  üçün  guya  Yemelyanova  və 

onun timsalında M.C. Bağırova əks mövqedə durduğunu sübut etmək istəyi nəzərə 

alınmalıdır. 

  İkincisi,  Padarov  xidmət  etdiyi  sistemin  xislətinə  sadiq  qalaraq  Molla 

Mustafanı türk və ingilis kəşfiyyatına xidmət etməkdə, əhalini məhz onların təhriki 

ilə  üsyana  qaldırmaqda  günahlandırması  baş  verən  prosesləri  təhrif  etmək 

niyyətindən xəbər verir. 

  Əslində isə qeyd olunduğu kimi xalqı üsyana qaldırmağa sövq edən başlıca 

səbəb bolşevizmin yaratdığı dözülməz sosial-iqtisadi və mənəvi-psixoloji vəziyyət 

olmuşdur. 

                                                           

22

 

Mir Cəfər Bağırovun məhkəməsi. Bakı, «Yazıçı» nəşriyyatı, 1991, səh 5253 



 

26 

 

  Əlimizdə  olan  faktlar  sübut  edir  ki,  Padarov  məhkəməyə  yalan  ifadə 



vermişdir.  Molla  Mustafanın  ailəsinə  onun  ölümü  haqqında  təqdim  olunan 

şəhadətnamədə «Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktları» kitabının 1966-cı il 

avqustun  30-na  aid  olan  27  saylı  qeydi  diqqətinizə  çatdırırıq:  «Şeyxzadə  Molla 

Mustafa Məmməd oğlu 8. XII. 1937-ci ildə güllələnib». 

  Birdə ki, vaxtı ilə «belədən belə fırlanan dünyamızda» ömür sürmüş Frans 

Kafka  adlı  müdrik  bir  yazıçının  həyat  gerçəkliklərini  heyrətamiz  dəqiqliklə  əks 

etdirən kəlamı bizlərə yadigar qalmışdır: «Bu rəhimsiz və amansız dünyada yalnız 

kobud  və  kütbeyinlər  qalib  gəlir.  Bütün  ali  hiss  və  məqamlar  əksəriyyət  üçün 

gülünc və mənasızdır. Qabiliyyəti olan insanlar taleyin, amansız dövlət aparatı və 

onun gizli agentlərinin əlində oyuncaqdır». 

   Oxşar taleyi yaşayan Molla Mustafa Şeyxzadə həbsxanada olarkən 1934-

cü il fevralın 11-də özü haqqında belə yazmışdı: 

 

Gənc ömrü fəlakətlərdə tar-mar olan, 



Millət fədaisi olmaqda xəyanət bulan

Xəyanət fərdi qazanan divanə bənəm. 

Xalqıma xidmət idi qəsdim bu xanədə 

Vermədi rüsxət bari ilahi nə çarə

Həqiqət qurbanı cahanda yeganə bənəm. 

Özüm millət qurbanı əksim yadigar,  

Mustafa Şeyxzadə Şahidi divan bənəm. 

 

  Hələ Sovet hökumətinin mövcudluğunun ilk illərində Leninin göstərişi ilə 



uzaq  Ağ  dənizdəki  Solovetsk  adasında  ölüm  düşərgəsi  yaradılmışdı.  Oradan  sağ-

salamat  can  qurtarmaq  möcüzə  hesab  edilirdi.  Bu  düşərgənin  fəaliyyət  göstərdiyi 

müddətdə belə səadət yalnız bir neçə nəfərə nəsib olmuşdur. 

Bəli bu həmən Solovetsk adası idi ki, Vətən, millət davası aparan yüzlərlə 

müsavatçının son mənzilinə, görgahına çevrilmişdi. 

  Molla  Mustafa  da  1937-ci  ildə  həmin  adada  sürgündə  olmuşdur.  O 

buradan  ölümünə  7  ay  qalmış,  daha  dəqiq  desək  1937-ci  il  may  ayının  25-də 

Şəkinin  Baş  Göynük  kəndinə,  əmisi  oğlu  Məmməd  Səadətdin  oğlu  Şeyxzadənin 

adına  məktub  yazmışdır.  Həmin  məktubu  oxuyarkən  gözlərimiz  önündə  incə 

duyğularla yaşayan, kövrək qəlbli, qohumcanlı bir insanın surəti canlanır. Məktubu 

olduğu kimi, vergülünə, nöqtəsinə toxunmadan diqqətinizə çatdırırıq: 

  “Mənim  əzizlərim,  qəlbən  sevib  hörmət  bəslədiyim  əmi  oğlanlarım 

Məmmədə və Məcidə. 

  Əvvəla,  öz  doğmalarına  illərlə  Vətən  həsrəti  çəkən  talesizlik  fəqirinin 

kövrəlmiş ürəyinin dərinliyində çoxdan qövr eləyən və sısqa bulaq kimi çağlayan 

salamımı yetirirəm. 



27 

 

  Sonrası,  əgər  oğlunuzun  və  əmioğlu  Balakişinin  əhvalını  xəbər  alsanız, 



Şükür  allaha  Bugünkü  günəcən  sağ-salamatıq.  Gecə-gündüz  bədbəxtlik  girdabına 

düşmüş  əmi  oğlanlarıma  görə  dua  edirəm.  Sizinlə  -  giyərparalarımla  görüşməyi 

çox  istəyirəm  və  ümid  edirəm  ki,  yaxınlarda  hökumətin  ədalətli  qanunu  mənə 

bəraət verər və sizi doyunca görə bilərəm. 

  Əzizlərim,  elə  düşünməyin  ki,  mən  sizi  unutmuşam.  Allaha  and  olsun  ki, 

bir  dəqiqəm  olmayıb  sizi  arzulamayım,  amma  nə  eləyəsən,  -  dustaq  həyatını... 

Yalnız ayda bir dəfə Nuxaya yaza və sizi salamlaya bilərəm. 

  Bununla ikinci məktubdur yazıram, bilmirəm əvvəlki sizə yetişib, ya yox. 

Bəlkə  siz  mənə  yazmağa  qorxursunuz?  Elə  isə  Anaya  deyin,  o,  mənə  məktub 

almağınızı  yazar,  bu  da  məni  sakitləşdirər  və  bilərəm  ki,  məktubum  mehriban 

əzizlərimə  yetişib.  Bircə  çatdırın  ki,  necə  yaşayırsınız,  sizin  və  oradakıların  gün-

güzəranı nə təhərdir. 

  Arzulayıram  ki,  heç  nəyin  fikrini  çəkməyəsiniz,  Allah  qoysa  qayıdaram, 

sizi  damət  kimi  bağrımın  başına  qoyaram,  özünüz  də  şir  balaları  kimi  layiqli 

yerinizi  tutar,  hökumətin  ədalətli  qanunun  köməyilə  ürəyinizdən  keçənlərə 

çatarsınız. 

  Daha  nə  yazım?  Mənim  yerimə  anam  əvəzi  Şirin  bacıya  baş  çəkin,  onun 

müqəddəs  əllərindən  öpün,  oğlu  Balakişidən  ona  salam  yetirin,  bir  də  bacım 

Fatmaya, onun uşaqlarına -  Mədinə və Şəfqət bacılarına, qardaşlarım Əhmədin və 

Mahmudun ailələrinə salam deyin. Sevimli qardaşoğlunu ağzından öpün. Hidayətə, 

Vahidə qayıdıb gəlibsə Vəliyulla bəyə, xala uşaqlarına və məni soruşan bütün dost-

doğmalara  salam.  Sizin  intizarlı  gözlərinizi  və  dodaqlarınızı  öpürəm.  Hələlik, 

xudahafiz. Sizin bəxtsiz əmi oğlunuz Mustafa Şeyxzadə. 25.V.1937.   

  Məqsədinə  çatanacan  arzulayacaqsan  ki,  vaxt  gələr  qardaş  özünü  yetirər. 

Mənim ünvanım: Popovostrov poçt şöbəsi. DİXK8-ci Solovetsk şöbəsi. Solovetsk 

adası. 


Şeyxzadə Mustafa Məmməd oğlu.”... 

  Bir  neçə  il  üsyana  hazırlıq  işləri  getmişdir.  Mustafa  Şeyxzadə  və  onun 

həmfikirləri  Sovet  hökumətinin  yeritdiyi  aqrar  siyasətin  kəndlini  tədricən 

mülkiyyətçilik hissindən məhrum etdiyini, bu səbəbdən də əmək məhsuldarlığının 

aşağı düşdüyünü, güzəranın ağırlaşdığını, narazılığın artdığını həssaslıqla izləyir və 

həmyerliləri ilə etdikləri söhbətlər zamanı ağıllı mühakimələrlə, həyati dəlillərlə bu 

vəziyyəti doğuran səbəbləri izah edirdilər. 

  Təbliğat  və  təşviqat  işi  yalnız  Şəkidə  deyil,  Azərbaycanın  bir  çox 

bölgələrində  də  gedirdi.  Azərbaycan  Siyasi  İdarəsinin  rəhbərlərindən  Aqrba, 

Nevernov  və  Şəmsəddinskinin  bircə  tərtib  etdikləri  ümumi  məlumatda  bu  barədə 

deyilirdi: «1930-cu ilin fevralında bizim tərəfimizdən 4 nüsxədən ibarət 2 formada 

intibahnamələr  aşkarlanmışdır.  Bu  intibahnamələrdə  naməlum  fəhlə  təşkilatının 

adından  çıxış  edilir,  fəhlələr  və  kəndlilər  Sovet  hökumətini  devirməyə  çağırılır; 


28 

 

həmçinin  siyasi  idarənin  günahsız  fəhlələri,  kəndliləri  həbs  etməsindən,  iqtisadi 



dağıntılardan bəhs olunur. 

   1930-cu  il  fevralın  20-də  bir  nəfər  işsizin  əlində  «oxu  və  sonra  ötür» 

sözləri yazılmış xalqa ünvanlanan müraciət tutulub. Müraciətdə deyilir ki, SSRİ-də 

din  təqib  olunur.  Məscidlər,  kilsələr  Sovet  hakimiyyəti  orqanları  tərəfindən  ləğv 

olunur. Sovet hökumətindən tələb olunmalıdır ki, aldığı ibadət yerlərini və qiymətli 

əşyaları geri qaytarsın. 

23

 

  Üsyana  hazırlıq  işinin  bütün  çətinliklərini  çiyinlərində  daşıyan  şəxslərin 



səyi  hesabına  Zaqatala-Nuxa  bölgəsinin  bir  çox  yaşayış  məntəqələrində  35 

nəfərdən ibarət kiçik silahlı dəstələr yaradılmışdı. Onların ümumi sayı 150 nəfərə 

çatmışdı.  Üsyanın başlanacağı təqdirdə  silahlı qüvvəni 600 nəfərə  qədər artırmaq 

ehtimalı da nəzərə alınmışdı. 

   1930-cu  ilin  mart  ayında  Molla  Mustafanın  yaxın  silahdaşı,  Göynük 

kəndinin  sakini  Yunus  Tiflisə  gedərək  yarı-gizli  şəkildə  yaşayan  Şəkinin  keçmiş 

bəyi Mustafa bəy Əlicanbəyovla görüşür.  

   Üsyana  hazırlaşanların  məqsədi  onun  vasitəsi  ilə  müsavatçılarla  əlaqə 

yaratmaq, eyni zamanda Mustafa bəy Əlicanbəyovu üsyana rəhbərlik üçün Şəkiyə 

dəvət etmək idi. Mustafa bəyin sonrakı fəaliyyəti sübut edir ki, üsyanda yaxından 

iştirak etmək üçün edilən təklifi qəbul etmiş və bu məqsədlə 1930-cu ilin aprelin 2-

də  Bakıya  gəlmişdir.  O,  Bakıda  olarkən  hərəkatın  perspektivindən  bəhs  edərək 

bildirmişdi ki, əgər üsyanın başlanğıc mərhələsində müvəffəqiyyət əldə olunarsa və 

üsyançıların  müqaviməti heç  olmasa  bir ay davam edərsə, Qarabağ  mahalında  da 

üsyanın başlanması zəruridir. Çünki bolşevik rejiminin törətdiyi fəsadlar orada da 

əhalinin  narazılığını  son  həddə  çatdırmışdı.  Onun  mülahizələrinə  görə  ümumi 

üsyan  Şəkidən  başlanmalı  idi.  M.Əlicanbəyovu  bu  qənaətə  gəlməyə  sövq  edən 

başlıca  səbəb  burada  kolxoz  quruculuğu  zamanı  əhaliyə  qarşı  yönəlmiş 

qanunsuzluq və zorakılıq hallarına görə müqavimətin sürətlə artması idi. Torpaqla 

bağlı  ümidi  puç  olmuş  kəndlilər,  Sovet  hakimiyyətinə  qarşı  asi  düşərək  dağlara 

qalxan qaçaqlar müqavimətin əsasını təşkil edirdilər. Elə rəsmi dövlət qulluğunda 

olan  şəxslərin  də  bir  çoxu  xalqın  maddi  və  mənəvi  həyatına  qarşı  yönələn 

zorakılıqlardan narazı idilər. Bolşevik rejiminin siyasi və sosial bazasının məhdud 

olması  bu  qənaəti  daha  da  möhkəmləndirirdi.  On  minlərlə  əhalinin  yaşadığı  Şəki 

rayonunda cəmi 800 nəfər kommunist var idi. Burada hərbi hissə də yox idi. Hətta 

milis işçiləri də antibolşevik əhval-ruhiyyə ilə köklənmişdilər. 

  Üsyançıların demək olar ki, bütün dövlət idarələrində öz adamları var idi. 

Onlar  hakimiyyət  orqanlarının  fəaliyyəti  haqqında  üsyana  hazırlaşan  qüvvələrə 

müntəzəm  məlumatlar  verirdilər.  M.Əlicanbəyovun  bildirdiyinə  görə  Şəki  hərbi 

                                                           

23

 

Baş Arxivlər idarəsi. f. 12, s. 4, iş 62, v. 140



 

 


29 

 

komissarlığında  5  nəfər  əməkdaşdan  3  nəfəri,  milisdə  və  digər  təşkilatlarda 



çalışanların yarıya qədəri onların adamları olmuşdur. 

24

 



  Beləliklə,  1930-cu  ilin  yazında  Şəkidə  üsyanın  başlanması  üçün  ilkin 

şərtlər  tam  yetişmişdi.  Hərəkat  kənddən  başlandı.  Çünki  kütləvi  kollektivləşmə 

kəndlini torpağa sahiblik hüququndan məhrum edilməsinə gətirib çıxarırdı. Torpaq 

isə  kəndlinin  həyatının  təminatı  üçün  başlıca  şərtdir.  O,  torpaq  uğrunda  üsyana 

qalxmaqla  ailəsi  və  öz  həyatı  uğrunda  ölüm-dirim  mücadiləsinə  başlamış  olurdu. 

Bütövlükdə üsyanın hərəkətverici qüvvəsi yüz illərin sınağından çıxmış əxlaqi-etik 

baxışları,   dini   məfkurəni,   iqtisadi   münasibətləri   və   istiqlaliyyət düşüncəsini 

təmsil edən zümrə idi. 

  AK(b)P  Zaqatala-Nuxa  dairə  komitəsinin  sədri  Əmiraslanov  və 

informasiya şöbəsinin rəhbəri Ayrapetovun AK(b)P MK-ya 10-20 aprel 1930-cu il 

tarixdə  baş  vermiş  hadisələr  haqqında  “məxfidir”  qrifi  ilə  verdikləri  məlumat  da 

yuxarıda  yazılarından təsdiq edir: «Hadisələrin məzmunu və istiqaməti sübut edir 

ki,  din  xadimlərinin,  qolçomaqların  və  banditlərin  başçılıq  etdiyi  üsyan  siyasi 

xarakter kəsb edir. Üsyana uzun müddət hazırlıq işi görülüb. 

  Hərəkat  Azərbaycan  SSR-nin  digər  dairələri  ilə  əlaqəlidir  və 

müsavatçıların, ittihadçıların rəhbərliyi altında sovetləşmənin 10 illiyi ilə əlaqədar 

başlanacaq ümum Azərbaycan üsyanının tərkib hissəsidir. 

  Qeyd  etməyi  vacib  hesab  edirik  ki,  xan-bəy,  qolçomaq-bandit  ünsürlər 

quruculuğumuzun  çətinliklərindən,  kəndlilərin  ayrı-ayrı  narazılıq  hallarından 

istifadə  edərək Sovet  hakimiyyətinə  qarşı çıxmışlar. İslam  uğrunda  şüarı  ilə çıxış 

edərək  fitnəkarlıqla  öz  ətraflarına  xeyli  zəhmətkeş  kəndliləri  cəlb  edə  bilmişlər. 

Uzun müddətli hazırlıqdan güdülən başlıca məqsəd kəndlilərin əhval-ruhiyyəsində 

dəyişiklik  etmək  və  beləliklə  üsyan  üçün  əlverişli  mühit  yaratmaq  olmuşdur. 

Üsyana  hazırlıq  son  3  ayda  daha  intensiv  xarakter  kəsb  etmişdir.  Bu  isə  kənddə 

kapitalist elementlərə qolçomaqlara, din xadimlərinə sosializmin geniş hücumu ilə 

əlaqədar  idi.  Bunu  kolxozçu  kəndlilərin  öldürülməsi,  təhqir  edilməsi,  kənd 

aktivlərinin qorxudulması kimi halların artması da təsdiq edir. 

  Sovet  hökumətinin  tezliklə  yıxılacağı,  kəndlilərə  şəkər  və  digər  ərzaq 

məhsulları  verilərkən  bunların  aeroplanlarla  Türkiyədən  gətirildiyi  haqqında 

şayiələr yayılmışdı. Onlar özlərini dini dəyərlərin himayəçisi kimi təqdim edərək, 

«islam uğrunda» şüarı ilə çıxış edərək aşağıdakı tələbləri irəli sürmüşlər: 

 

1. Din əleyhinə təbliğata son qoyulsun. 



2. Məscidlərə sərbəst getmək azadlığı verilsin. 

3. Məktəblərdə şəriət dərsləri tədris olunsun. 

                                                           

24

 



Cəlal Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 105-108 (müəllif MTN-

in arxivindəki sənədlərə istinad etmişdir) 

 


30 

 

4. Dini tədris üçün mədrəsələr açılsın. 



5. Həbs edilmiş din xadimləri azad edilsin. 

6. Latın əlifbası qurana və şəriətə zidd olduğuna görə ləğv edilsin.  

 

Hətta  latın  əlifbası  onlar  tərəfində  qanundan  kənar  elan  edilmiş,  həmin 



əlifba ilə yazılan kitablar yandırılmışdır. 

  Sovet hökumətinin düşmənləri quruluşumuzun tərəfdarlarını öldürməkdən 

belə çəkinmirdilər. Yeddi nəfər müəllim həlak olmuşdur...

25

 



  Mənəvi-psixoloji  və  sosial-iqtisadi  sıxıntılar  içində  yaşayan  xalqın  yaxın 

keçmiş haqqında xatirələri hələ öz hərarətini itirməmişdi. İstiqlaliyyət dövrünə xas 

olan  azad  əkinçiliyə  və  sənətkarlığa  əsaslanan  iqtisadi  münasibətlərin  məhv 

edilməsindən,  dini  məfkurənin  amansız  təqiblərə  məruz  qalmasından  irəli  gələn 

sonsuz  qəzəb,  Azərbaycanın  demək  olar  ki,  bütün  bölgələrində  müqavimət 

hərəkatına təkan verən obyektiv səbəblər idi. 

   Sovet  hakimiyyəti  orqanlarının  30-cu  ildə  Azərbaycanın  ayrı-ayrı 

bölgələrində baş verən hadisələrə münasibətini ifadə edən daha bir arxiv sənədinin 

ümumi məzmunu deyilənləri bir daha təsdiq edir. 

  «Azərbaycan  ərazisində  antisovet  elementlərin  bir  qisminin  aradan 

götürülməsi  digər  belə  ünsürlər  içərisində  çaxnaşma  yaratdı.  Onların  bir  hissəsi 

banditlərlə (qaçaqlara) birləşdi. Bir qismi gizli yaşayış şəraitinə keçdi. Əhəmiyyətli 

hissəsi  isə  yoxsullar,  ortabab  və  fəhlələr  arasında  aparılan  həbslərin  qeyri-qanuni 

olması,  Sovet  hökumətinə  qarşı  dərhal  çıxış  etməyin  zəruriliyi  barədə  təbliğata 

başladılar. Təbliğatçılar xalq içərisində bu məzmunda söhbətlər aparırdılar»: SSRİ 

daxilində  üsyanlar  başlandıqdan  sonra  Sovet  hökuməti  özünü  inamsız  hiss  edir. 

Lakin  rəhbər  şəxslər  nəyin  bahasına  olursa  olsun,  öz  mənsəblərini  qoruyub 

saxlamağa çalışırlar. Lakin bütün cəhdlərə baxmayaraq hakimiyyət tezliklə süquta 

uğrayacaqdır.  Sizin  vəzifəniz  taxılı,  digər  vergiləri  verməmək  və  kolxoza  üzv 

olmaqdan imtina etməkdən ibarətdir. 

  Bakı  dairəsində  Lenin-Suraxanı  rayonunun  Əmircan  kəndində  Qulam  Əli 

(keçmiş  dəllal-ticarətçi),  Məşədi  Fərrux  Nur  Məmməd  oğlu  (Müsavatçı  oğlu), 

Kərbəlayı  Səlim  (icraçı),  Atabala  (keçmiş  tacir),  Məşədi  Məmməd  və  Kərbəlayı 

Məmmədovdan  ibarət  qrup  yaranmışdı.  Onlar  kəndin  mollası  Axund  Molla 

Hənifənin  həbsinin  qeyri-qanuni  olduğunu  bildirərək  həmkəndlilərinə  məsləhət 

veriblər  ki,  mollanın  azad  edilməsi  üçün  Mərkəzi  Komitə  qarşısında  vəsatət 

qaldırsınlar. 

  Bu kənddə Məşədi Əziz Hüseyn oğlu və Ağa Nəbi Əhməddən ibarət ikinci 

qrup  da  fəaliyyət  göstərir.  Bu  iki  qrup  bircə  hərəkət  edir.  Onların  fəaliyyəti 

nəticəsində  1930-cu  il  fevralın  9-da  həmin  kəndin  30  nəfər  sakini  məscidə 

                                                           

25

 



Baş Arxivlər idarəsi. f. 255, s. 1, iş 56, v. 3844 

 


31 

 

toplaşaraq  namazdan  sonra  öz  aralarında  üç  nəfəri  Axund  Molla  Hənifənin  azad 



edilməsini xahiş etmək üçün Bakıya göndəriblər. 

   Bakının  Bülbülə  kəndində  Hacı  Sahib  (qolçomaq),  Cumaqulu  Nəsrulla 

oğlu İslamov, Hacı İsgəndər Qafar oğlu, Əli İman, Hacı Əli bəydən ibarət antisovet 

qrup fəaliyyət göstərir. 

   Bu  qrup  1930-cu  il  fevralın  9-da  axşam  saat  8-də  kəndlilərlə  birlikdə 

məscidə  toplaşaraq  kənddə  dini  işləri  gücləndirmək  və  Molla  Axundun  azad 

olunması üçün, kollektiv ərizə yazmaq üçün qərar qəbul etmişlər. 

  Binə kəndində Fəcəli Əşrəf oğlu və Abdurəhim Talıb oğlundan ibarət daha 

bir  antisovet  qrup  formalaşmışdı.  Onlar  aparılan  həbslərin  düzgün  olmadığı 

haqqında təbliğat aparırdılar. 

  Qarabağda  Şeparta  adlanan  yerdə  40  nəfər  həbs  olunmaqdan  qorxaraq 

gizlənmişdilər.  Belə  antisovet  qruplar  Salyan,  Lənkəran  mahallarında  da 

yaranmışdı. 

  Zəngilan  və  Qubadlı  dairə  milis  rəisləri  Sultanov  və  Hacıyev  24  nəfərlik 

silahlı qüvvə ilə gizlənmişlər. 

  Qarabağ  mahalı  Xanlıq  və  Əfəndilər  kəndlərində  din  xadimləri  həbs 

edilərkən qadınlar etiraz əlaməti olaraq dustaqları 1,5 km müşayiət etmişlər. 

  Zaqatala-Nuxa  mahalın  Balakən  rayonunda  kəndlilər  kolxoza  daxil 

olmaqdan  imtina  etmiş,  görkəmli  din  xadimlərinin  həbs  edilmə  səbəbləri  ilə 

maraqlanmış  və  onların  dərhal  azad  olunmalarını  tələb  etmişlər.  Kəndlilər  həbs 

olunan din xadimlərini yaxşı insanlar kimi xarakterizə edərək, heç bir günah sahibi 

olmadıqlarını  bildirmişlər.  Onlar  bir  səslə  qışqırırdılar:  «Biz  kolxoz  istəmirik, 

lazım deyil, bizim mollanı azad edin». Bu etiraz hərəkatında iştirak edən qadınlar 

saçlarını yolurdular. 

  Antisovet ünsürlərinin həbsi zamanı silahlı müqavimət göstərilməsi halları 

da mövcud olmuşdur. 

  Naxçıvanda Kərbəlayı İsmayıl, Gəncədə quldur Yaqub məhz belə hərəkət 

etmişlər».

26

   


   Sənədin  məzmunu  sübut  edir  ki,  dövlət  səviyyəsində  qanunsuzluq  və 

özbaşınalıq  baş  alıb  getmişdir.  Həbslər  dalğası  şahə  qalxaraq  qarşısına  çıxanları 

süpürüb siyasi idarənin zindanlarına tökürdü. Haqsızlığa qarşı cüzi etiraz antisovet 

əməl adlanan siyasi ittihamla üzləşirdi. 

   Kəndin ağsaqqal  mollasının azad edilməsini tələb etmək  antisovet əməli, 

həbs  edilən  əzizlərinin  arxasınca  qadınların  pay-piyada  getməsi  doğmalarının 

həbsinə görə saç yolmaqla öz kədərlərini ifadə etməsi antisovet əməl! 

   Siyasi  rəngin  ən  qatı  çaları  olan  antisovet  əməl  ittihamı  minlərlə,  on 

minlərlə insanı fəlakətin ağuşuna sürükləyirdi. 

                                                           

26

 

Baş Arxivlər idarəsi. f. 12, s. 4, iş 62, v. 134137,140 



 

32 

 

  Törədilən  rəzalətlər,  verilən  zülm  və  sitəmlər  müqabilində  mütləq  itaət 



nümayiş  etdirilməsi  bu  ittihamdan  yaxa  qurtarmaq  üçün  yeganə  çıxış  yolu  idi. 

Fəqət insanın zülm qarşısında daim itaət göstərməsi mümkün idimi? Bu insanın öz 

təbiətinə qarşı çıxması, öz-özünü inkar etməsi demək olardı. 

  İnsan ruhuna doğma olan, qəlbi riqqətə gətirən dəyərlərdən məhrum olmaq 

istəməyən,  mənəvi  cəhətdən  şilküt  edilmiş  halda  yaşamaqdan,  daha  doğrusu 

mövcud olmaqdan imtina edən adamların qiyamdan başqa digər yolları qalmırdı. 

  Üsyan ərəfəsində meydana gəlmiş kiçik silahlı dəstələrin üzvləri məhz bu 

yolu seçən insanlar idi. Budur onların bir qismi. 

 

1. Süleyman Salman oğlunun dəstəsi (Baş Göynük) -  3 nəfər. 



2. Əbdül Məcid Bakkayevin dəstəsi -  3 nəfər. 

3. Novruz Şirinovun dəstəsi (Əliabad) -  2 nəfər. 

4. İslam Qara oğlunun dəstəsi (Varxıyan) -  3 nəfər. 

5. Məmməd Ramazan oğlunun dəstəsi (Qabaqçöl) -  5 nəfər. 

 6. Həsən Osman oğlunun dəstəsi (Tala qrupu -  Şuayan qalıqları) -  3 nəfər. 

7. Abbas Zikzitski 

 

   1930-cu il aprel ayının 13-də üsyanın başlandığı gün  bir sıra fəallar həbs 



edildilər.  Çox  güman  ki,  xəyanətin  qara  əlləri  bu  həbslər  üçün  zəmin  rolunu 

oynamışdır. 

  Həmin gün Mustafa bəy Əlicanbəyov (Şəkinin bəyi), Hidayət Hacı Vahab 

oğlu  (Xalxaldan  olan  tacir),  Bəkir  Yusif  oğlu  Əhmədov  (Vartaşen  rayonunun 

Turkeş  kəndindən  olan  ortabab  kəndli),  Rəsul  Abdulla  oğlu  Rəsulov  (Nuxanın 

Qışlaq  hissəsindən  olan  kustar)  və  Talıb  Həsənov  o  vaxt  rəsmi  hakimiyyət 

nümayəndələrinin dedikləri kimi aradan götürüldülər. 

  Nuxa  rayon  milis  şöbəsinin  rəisi  Cərulla  Əfəndizadəni  gizləndiyinə  görə 

həbs etmək mümkün olmadı. 

  Molla  Mustafa  Şeyxzadə  Zaqatala-Nuxa  qəzasında  fəaliyyət  göstərən 

müqavimət hərəkatı fəalları ilə əlaqə saxlayır, üsyana mütəşəkkil halda başlamaq, 

vahid  qüvvə  ilə  çıxış  etmək,  hərəkətləri  uzlaşdırmaq,  kortəbiiliyə  və  özfəaliyyət 

hallarına yol verməmək üçün danışıqlar aparırdı. Belə danışıqlardan biri 1930-cu il 

aprel  ayının  əvvəllərində  Qax-Muğal  kəndinin  sakini  Xəlil  Musa  oğlu  Eminovun 

evində, Qax üsyançılarının başçısı Sadiq bəy Balacayevlə olmuşdur. 

   Sadıq  bəy  həbs  olunduqdan  sonra  1930-cu  il  aprelin  27-də  ifadə 

vermişdir. Onun dediklərindən: «Üsyan başlanmazdan 10-12 gün əvvəl (aprelin ilk 

günlərində)  səhər  tezdən  mənim  evimə  Qax-Muğal  kəndinin  sakini  Xəlil  Musa 

oğlu Eminov gəldi və bildirdi ki, məni onun evində olan Molla Mustafa Şeyxzadə 

çağırır. O, mənə dedi ki,  heç kimin görməməsi üçün bağların içi ilə gedim və bu 

barədə  heç  kimə,  heç  nə  deməyim.  Bu  tapşırıqları  verdikdən  sonra  o  saat  getdi. 

Mən Xəlilin tapşırdığı kimi etdim və tezliklə onun evində oldum. Məni Xəlil özü 



33 

 

qarşıladı. Mustafa və başqaları oturan otağa deyil, heç kim olmayan otağa apardı. 



Molla  Mustafa  ilə  otaqda  kimin  olduğunu  bilmirdim.  Lakin  səsindən  öz 

həmkəndlim Şabanı (Mahal İH-nin başçısı Ağamirovun kürəkəni) tanıdım. Bundan 

başqa  Şabanın  orada  olmasını  Xəlil  özü  də  təsdiq  etdi,  lakin  orada  olan  başqa 

adamlar  haqqında  heç  nə  demədi.  Xəlil  Molla  Mustafanı  mən  olan  otağa  gətirdi. 

Bizi tək qoyub çıxıb getdi. Molla Mustafa ilə mən çoxdan tanışam. O, hələ ticarətlə 

məşğul olarkən Mən onun Baş Şabalıddakı evində olmuşam. Onu deyə bilərəm ki, 

Molla Mustafa mənə yaxşı tanışdır. Mən Molla Mustafaya sual verəndə ki, bu cür 

məxfilik nəyə lazımdır, o bildirdi ki, qeyri-leqal vəziyyətdədir, həbs olunmağından 

qorxduğu  üçün  gizlənir.  Molla  Mustafa  maraqlandı  ki,  məni  incidən  və  ya 

sıxışdıran  varmı,  hazırkı  qayda-qanunla  razıyammı?  Cavab  verdim  ki,  məni  heç 

kim nə incidir, nə də sıxışdırır və hökumətə qarşı heç bir narazılığım yoxdur. Bu 

zaman Molla Mustafa başladı danışmağa ki, Sovet hökuməti öz siyasəti ilə əhalinin 

dini hisslərinə toxunur, məscidləri əllərindən alır, mollaları həbs edir və bununla da 

bizi və dinimizi məhv edir. Son nəticə olaraq Molla Mustafa Sovet hakimiyyətinin 

devrilməsinin zəruri olduğunu bildirdi. 

  Mən onun təklifindən boyun qaçırdım, lakin o mənim bu işə qoşulmağıma 

təkid etdi və təklif etdi ki, silahlı dəstə yığım. Mən buna razı olmadım, lakin Molla 

Mustafa məni hədələdi ki, razı olmasam son anda mənim üçün pis ola bilər. Axırda 

Molla Mustafa mənə aşağıdakıları dedi: «Bu haqda heç kim qətiyyən bilməməlidir, 

özün  hazır  olmalısan  və  silah  tədarükü  də  görməlisən,  mən  isə  kimə  paylamaq 

lazım  olduğunu  sənə  deyəcəyəm.  Əgər  mənə  qulaq  asmasan,  sonra  çox 

heyfsilənəcəksən.  Mən  bunlara  baxmayaraq,  razılıq  vermədim.  Yadımdadır  ki, 

Molla  Mustafa  söhbət  zamanı  bildirdi  ki,  Sovet  hakimiyyətini  yıxmaq  üçün 

hazırlıq  hər  yerdə  gedir,  türklər  tərəfindən  də  köməklik  olacaq.  Nuxa  şəhərinə 

gələn türk Kazım paşanın adını çəkdi. Bunlardan başqa Molla Mustafa mənə heç 

nə  demədi.  Mən  Molla  Mustafadan  o  biri  otaqda  oturanlar  haqqında,  xüsusən 

Şaban haqqında soruşanda, Molla Mustafa «onu haradan tanıyırsan, bəlkə bu işdə 

Ağamirov özü də iştirak edir» -  deyə cavab verdi. 

   Görünür, Siyasi idarənin zindanında məruz qaldığı işgəncələr Sadıq bəyin 

iradəsini  sarsıtdığından  onu  vicdan,  əxlaq  meyarlarına  uyğun  gəlməyən  bu  cür 

ifadə verməyə sövq etmişdir. 

  Molla  Mustafanın  Nuxa-Zaqatala  dairəsində  üsyana  hazırlıq  prosesində 

mühüm  rol  oynadığını  təsdiqləyən  faktlardan  biri  də  hərəkatın  iştirakçısı  Xəlil 

Musa oğlu Eminovun həbsindən sonra verdiyi ifadədir. O, ifadəsində bildirmişdir 

ki, üsyandan 20 gün əvvəl Molla Mustafa, İsmayıl, papaqçı Məmməd (Qax sakini) 

və Hacı Ağakişi bəy (Qazmalar kəndinin sakini) onun evində olmuşlar. Xəlil Musa 

oğlu  Hacı  Ağakişi  bəyin  həmin  görüşdən  əvvəl  həbs  edilməsinə  baxmayaraq 

papaqçı  Məmmədin  onun  bura  necə  gətirə  bildiyinə  təəccüblənmişdir.  O, 

ifadəsində daha sonra bildirmişdir ki, onlar dördü də nə barədəsə söhbət edirdilər. 

Səhər  papaqçı  Məmmədlə  Hacı  Ağakişi  bəy  çıxıb  getdilər.  Molla  Mustafa  və 



34 

 

İsmayıl  da  çay  içdikdən  sonra  getdilər.  Onlar  hara  getdikləri  haqqında  mənə 



məlumat vermədilər. Üsyan başlamazdan əvvəl Molla Mustafa və İsmayıl mənim 

evimə  qayıtdılar.  Səhər  tezdən  Molla  Mustafa  mənə  Qaxa  gedib  Şabanı  və  onun 

qonağı Şərifi bura çağırmağı tapşırdı. Mən atla Şabangilə gedib Mola Mustafanın 

tapşırığını ona çatdırdım. 

   ...Oradan  Sadıq  bəygilə  getdim,  ona  da  həmin  tapşırığı  çatdırıb  əlavə 

etdim ki, Cəlal həkimi də özü ilə gətirsin. Sonra mən evə qayıtdım. 

   ...Mən  əminəm  ki,  bu  hazırlıq  işləri  haqqında  Balacayev  Sadiq  bəy, 

Şaban,  Hacıağakişi  bəy,  papaqçı  Məmməd  və  Şərifin  yaxşı  məlumatları  var  idi. 

Molla Mustafanın bütün  fəaliyyəti haqqında  isə  İsmayıl Molla Musa  oğlu bilirdi, 

çünki onlar bir-birindən ayrı  olmurdular.

27

 

  Molla Mustafanın evində axtarış zamanı tapılan vərəqədən məlum olur ki, 



o  hərəkatın  təşkilatçısı  və  rəhbəridir.  Vərəqədə  deyilir:  «Aşağıda  adları  yazılmış 

adamlar  silahlıdırlar  və    onları  sizin  sərəncamınıza  göndərirəm.  Siyahıda  adları 

yazılmış şəxslərdən gəlməyənlər haqqında mənə məlumat verilməli:  

“1. Salman Məmməd oğlu çaxmağı olmayan üçşeşli (beşatılan) tüfəng;  

2. Şahqulu Mustafa oğlu üçşeşli (beşatılan) tüfəng və hər birində adı çəkilən 

silah olmaqla 8 nəfər.  

İmza:  Yüzbaşı  Layıski  İlyas  İsgəndər  oğlu,  Katib  Yaqub  Yunus  oğlu. 

10.04.1930“. 

28

 

   Molla  Mustafanın  SSRİ  miqyaslı  üsyan  hazırlayan  «Xalq  Azadəçilər 



Firqəsi»nin Baş Göynük kəndindəki özəyinə rəhbərlik etməsi haqqında da məlumat 

olmuşdur. 

  Baş  Göynük  kəndinin  müəllimi  Səadəddin  Əfəndiyev  həmkəndliləri  Paşa 

Mahmudov  və  Əli  Məmməd  oğlu  ilə  etdiyi  söhbət  zamanı  bildirilmişdir  ki,  ona 

Sovet  hökumətinin  devriləcəyi  və  Milli  hökumətin  qurulacağı  barədə  məlumat 

vermişlər.  Molla  Mustafanın  «Xalq  Azadəçilər  Firqəsinin  Baş  Göynük  özəyinə 

rəhbərlik etməsi və təşkilatda 450 nəfər silahlı adamın birləşməsi haqqında fakt da 

Səadəddin Əfəndiyevə verilən həmin məlumatdan bəlli olmuşdur. 

  Şəki  üsyanının  fəal  iştirakçılarından  biri  də  vaxtı  ilə  Hacı  Zeynalabdın 

Tağıyevin yanında qulluq etmiş Əsədulla Sadıxov idi. Üsyan ərəfəsində o, Göynük 

kooperativində  mühasib  işləyirdi.  Ə.Sadıxov  rus  dilində  orta  təhsil  almış,  sonra 

Türk  kommersiya  məktəbini  bitirmişdir.  Türk,  fars  və  rus  dillərini  mükəmməl 

bilirdi. 

  Ə.Sadıxov  gizli  təşkilatın  üzvü  olub.  Həmin  təşkilatda  14  ay  fəaliyyət 

göstərib.  Bu  təşkilatın  sonuncu  iclası  1930-cu  il  aprelin  8-də,  ya  da  9-da  olub. 

                                                           

27

 

C.Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim», 1999, səh. 111-112 



28

 

Yenə orada. səh. 116 



 

35 

 

Həmin iclasda  Azərbaycanda Sovet  hakimiyyətinin qurulmasının 10-cu ildönümü 



günü üsyana başlamaq haqqında qərar qəbul olunub. 

  Ə.Sadıxov  təşkilatın  tapşırığı  əsasında  üsyana  hazırlaşan  qüvvələri  Sovet 

hökumətinin  qəbul  etdiyi  qərarlar  və  beynəlxalq  vəziyyət  haqqında  məlumatlarla 

təmin etməli idi. 

  O,  Nuxa  qəzasında  baramaçılıq  təsərrüfatında  yaranan  böhran,  Roma 

Papasının dünya dövlətlərini SSRi-yə qarşı səlib yürüşünə çağırması ЦИК (b/P-nin 

elliklə kollektivləşmə zəminində qolçomaqları bir sinif kimi ləğv etmək haqqında 

qəbul  etdiyi  qərarın  Göynük  sakini  Əli  Məmməd  adlı  şəxsin  evində  müzakirə 

edilməsi barədə məlumatları təşkilata vermişdi. 

  Mustafa  bəy  Əlicanbəyovun  1930-cu  il  mayın  4-də  həbsxanada  verdiyi 

ifadədən məlum olur ki, 1929-cu ilin yayında Nuxa sakini Hüseyn İnçəli Əsədulla 

oğlu  ona  bildirmişdir  ki,  «xalqçı»  adlı  təşkilatın  üzvüdür  və  türklərlə  sıx  əlaqəsi 

var.  Təşkilatda  əsasən  nuxalı  və  zaqatalılardan  ibarət  üçlüklər  yaranıb.  Təşkilat 

türk  təşkilatıdır,  ona  Qara  Bəkir  paşa  və  Məmməd  Əmin  Rəsulzadə  rəhbərlik 

edirlər. Təşkilatın əsas məqsədi SSRİ-nin üçlüklərlə üzük kimi əhatə etməkdi. Bu 

məlumatın  onda  haradan  olması  sualını  cavab  verərək  bildirib  ki,  1924-cü  ildə 

Türkiyədə olarkən bu təşkilat ilə əlaqəyə girmişdi.

29

   



   Hüseyn  Əsədulla  oğlu  müqavimət  hərəkatının  fəal  iştirakçısı  olub.  Onun 

babası  Beydulla  irsi  olaraq  nəsli  xətlə  İnçə  kəndinin  qazısı  seçilmişdir.  Əsədulla 

sonralar  Şəkiyə  köçərək  şəhərin  Yuxarı  baş  deyilən  hissəsində,  Giləhli 

məhəlləsində məskunlaşmışdır. 

  Hüseyn  Molla  Mustafanın  bacısı  ilə  evlənərək  onunla  yaxın  qohumluq 

münasibətləri yaratmışdır. 

  O,  bolşevik  rejimi  ilə  heç  vaxt  barışmamış,  həyatının  mənasını  ona  qarşı 

güzəştsiz  mübarizədə  görmüşdü.  Cəsarət  və  qoçaqlığın  vəhdəti  Hüseyn  Əsədulla 

oğlunun  xarakterinə  xas  olan  mühüm  xüsusiyyət  idi.  Onun  mahir  və  sərrast  atıcı 

olması  düşmənlərini  daim  vahimə  içində  saxlayırdı.  Bolşevik  partiyasının  üzvü 

olan,  canla-başla  rejimə  xidmət  edən  və  bunun  müqabilində  Göyçay  rayon  hərbi 

komissarı vəzifəsinə yüksələn qardaşı Əlibala onu yolundan döndərmək üçün çox 

səy göstərmiş, lakin məqsədinə nail ola bilməmişdir. 

  Bir dəfə  hərbi komissarların Şəkidə bölgə müşavirəsi keçirilirdi. Müşavirə 

iştirakçıları  şəhər  mehmanxanasının  restoranında  şam  yeməyinə  əyləşərkən, 

təsadüfən orada olan Hüseyn Əlibalanı yanına çağırtdırır. Onların arasında yenə də 

həmin mövzuda söhbət olur. 

  Əlibala  Hüseyni  Sovet  hökumətinin  qayda-qanunları  çərçivəsində 

yaşamağa  dəvət  edir.  Hüseyn  bildirir  ki,  mayasında  allahsızlıq  olan,  Leninin 

bayrağı altında yalnız satqınlar yaşaya bilər, mən yox. 

                                                           

29

 



C. Qasımov. Göstərilən əsəri, səh. 112-113 

36 

 

  Üsyan  yatırıldıqdan  sonra  Hüseyn  bəy  qeyri-leqal  şəraitdə  yaşamaq 



zərurəti  qarşısında  qalır.  Axtarışlar  zamanı  o,  İnçə  kəndində  Bəxtiyar  kişinin 

evində  xəstə  vəziyyətdə  yatırmış.  Xəyanət  nəticəsində  onun  yerini  öyrənən 

hakimiyyət  orqanları  evi  mühasirəyə  alırlar.  Bəxtiyar  kişinin  qorxudan  canına 

titrəmə düşür. Lakin evə soxulan milis işçiləri və çekistlər oranı ələk-vələk etsələr 

də  Hüseyn  tapılmır.  Hətta  onun  yatdığı  çarpayı  səliqə-səhmanla  yığışdırılmış 

vəziyyətdə olur. 

  Sən demə Hüseyn Əsədulla oğlu evin mühasirəyə alındığını görərək özünü 

itirir,  yatdığı  çarpayını  yığışdırır  və  evin  çardağına  qalxaraq  oradan  arxa  tərəfdə 

olan ot tayasının içinə atılır. Ara sakitləşəndən sonra o Bəxtiyar kişiyə bildirir ki, 

rəva  görmərəm  ki,  səni  mənə  görə    incitsinlər  və  onunla  halallaşaraq  oradan 

uzaqlaşır. 

  Hüseynin  çox  inandığı  dostlarından  biri  xəyanət  çirkabına  bulaşaraq 

hakimiyyət  orqanlarına  onu  təslim  edəcəyi  barədə  söz  verir.  O,  Hüseyn  Əsəd 

oğlunu tələyə salmaq üçün evinə qonaq çağırır. 

 Sərəncamda  üsyanın  yatırılmasında  iştirak  etmiş  hərbi  hissələrə  təklif 

olunur ki, daimi yerləşmə məntəqələrinə qayıdarkən əhalinin tərksilah olunmasında 

Dövlət  Siyasi  İdarəsinə  kömək  etsinlər.  Sənəddə  həmçinin  Zaqafqaziya  Dövlət 

Siyasi  İdarəsinin  üsyançıların  ram  edildiyi  yaşayış  məntəqələrini  ordu  hissələri, 

milis və kommunar dəstələri ilə möhkəmləndirmək tövsiyəsi nəzərə çatdırılır. Eyni 

zamanda  bildirilir  ki,  Bəhram  bəy  Nəbibəyovun  ətrafında  olan  üsyançı  qüvvələri 

məhv  etmək  üçün  ordu  hissələrindən  məqsədə  müvafiq  şəkildə  istifadə  olunması 

səhra komandanlığı ilə razılaşdırılsın. 

   Bəhram  bəy  Nəbibəyovun  bioqrafiyası  barədə  məlumatları  Şəmistan 

Nəzirlinin yaralarından əldə edirik. 

  Bəhram  bəy  Nəbibəyov  1884-cü  il  dekabrın  6-da  Şəkidə  bəy  ailəsində 

anadan  olub.  İlk  təhsilini  Kutaisi  Realnı  məktəbində  almışdı.  Sonra  Peterburq 

Konstantin  artilleriya  məktəbinin  tələbəsi  olub.  1904-cü  il  sentyabrın  2-də  oranı  

birinci dərəcəli diplomla başa vurub. Elə həmin il Qafqazdakı iyirminci artilleriya 

briqadasrada  podporuçik  kimi  hərbi  xidmətə  başlayıb.  Bəhram  bəy  1909-cu  il 

sentyabrın 7-də poruçik, 1912-ci il avqustun 31-də isə ştabs-kapitan rütbəsinə layiq 

görülüb. 

   1913-cü  ildə  üçüncü  batareyanın  komandiri  təyin  olunan  Bəhram  bəy 

əlaçı zabit kimi birinci əlahiddə Qafqaz Ordusunun qərargahında artilleriya rəisinin 

müavini  vəzifəsinə  təyin  olunur.  Elə  həmin  il  üçüncü  dərəcəyə  «Müqəddəs 

Stanislav” ordeni ilə təltif olunur. 

  Bəhram bəy qardaşları Vahid bəy və podpolkovnik Hüseyn bəylə birlikdə 

1919-1920-ci illərdə daşnaklara qarşı igidliklə vuruşmuşdur. 

   1919-cu  il  dekabrın  5-də  yenicə  yaranmış  Azərbaycan  ordusunun 

hissələrinə baxış keçirən hərbi nazir Səməd bəy Mehmandarov kapitan Bəhram bəy 


37 

 

Nəbibəyovun  rəhbərlik  etdiyi  dördüncü  Dağ  batareyasında  əsgər  və  zabitlərin 



döyüş hazırlığından tam razı qalır. 

   General-mayor  Həbib  bəy  Səlimovun  1920-ci  il  martın  29-da  Hərbi 

Nazirliyə göndərdiyi raportdan: 

   “Bu gün saat 13-də Xanabadın ucqarı bizim partizanlar tərəfindən alındı. 

Bata alayı sıldırım qayalarla Daşbaşı yüksəkliyinə yanaşdı: Podpolkovnik Bəhram 

bəy  Nəbibəyov  ermənilərin  təqib  edilməsinə  uymasaydı  və  mövqeləri 

dəyişməsəydi, alayın həmləsi daha uğurlu olardı. 

   Sol  cinahda  ermənilər  ələ  keçirdikləri  iki  pulemyotla  əks  həmləyə 

keçdilər.  Onları  Xanabaddan  vurub  çıxarmağa  və  qaçmağa  məcbur  etdik. 

Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, 

ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə 

döyüşə atılırdı. 

  Qoşunların  əhval-ruhiyyəsi  əladır,  düşmən  çoxlu  itki  verib,  təkcə 

Xaraşurtda 60-dək erməni meyidi var. 

General Həbib bəy Səlimov, Şuşa, 10 aprel 1920.” 

  “Podpolkovnik  Bəhram  bəy  Nəbibəyovun  üçüncü  batareyasının  topları 

aramsız döyüşlər apardığına görə tamamilə yararsız hala düşmüşdür. Yaxşı olar ki, 

onlar  1902-ci  il  nümunəli  porşenli  toplarla  əvəz  olunsun.  Əlavə  batareya  qüvvəsi 

göndərməyinizi xahiş edirəm. 

General Həbib bəy Səlimov.”

30

 

  Bəhram  bəy  Nəbibəyovun  həyat  tarixinin  hər  bir  mərhələsi  türklük  və 



qəhrəmanlıq  ucalığına  doğru  aramsız  yüksəliş  mərhələləridir.  Müstəmləkə  rejimi 

hər  bir  xalq  üçün  qul  həyatıdır.  Xalqının  bir  daha  belə  acınacaqlı  aqibətə  tuş 

gəlməməsi  üçün  Bəhram  bəy  milli  ordu  quruculuğunda  fədakarlıq  nümunəsi 

göstərmiş,  müqəddəs  vətən  torpaqlarının  üfunətli  erməni-daşnak  tapdağı  altına 

düşməməsi üçün döyüş meydanlarına atılmışdır. 

  20-ci illərdə bolşevik istibdadı altında inləyən xalqın dərdinə şərik çıxaraq, 

bütün imtiyazlardan rütbə, vəzifə  və  rahat  həyat  tərzindən  bir andaca  imtina  edib 

ayaqlar  altına  atılmış  insan  ləyaqətinin  qaldırdığı  üsyanın  rəhbərlərindən  birinə 

çevrilmişdir. 

  Milli  mənşə  etibarilə  şotland  olan  ingilis  tarixçisi  və  filosofu  Tomas 

Karleyl  qeyd  etmişdir  ki,  dünyanın  zənginliyi  məhz  bənzərsiz  şəxsiyyətlərdir. 

Onların əməllərinin sayəsində dünyanın işığı artır. 

  Dünyanın  işığını  artırmaq  naminə  öz  həyatını  qurban  verən  bənzərsiz 

şəxsiyyətlərdən biri də Bəhram bəy Nəbibəyov olmuşdur. 

                                                           

30

 



Şəmistan Nəzirli. «Azərbaycan» qəzeti, 20 fevral 2000-ci il 

 


38 

 

  Bəhram bəy Nəbibəyov 1930-cu ilin iyul ayında Şəkinin Bideyiz kəndinin 



yaxınlığındakı  Buxdur  dağında  Beriya  və  Bağırovun  üsyanı  yatırmaq  üçün 

göndərdikləri çeka cəlladları ilə döyüşdə qəhrəmancasına həlak oldu. 

  Üsyan  yatırıldıqdan  sonra  asmaq-kəsmək  xislətinə  sadiq  qalan  bolşevik 

rejimi  əhalinin  gözünü  qorxutmaq  üçün  kütləvi  repressiya  tətbiq  etdi.  Sözdə 

övladın ataya cavabdeh olmadığını iddia edən Stalin üsul-idarəsi əslində ərə görə 

arvadı, qardaşa görə qardaşı amansızcasına cəzalandırırdı. 

   Bəhram  bəyin  yaxın  qohum-əqrəbası  da  belə  qanunsuzluğun  qurbanı 

oldular. 

  «Üsyandan  sonra  Bəhram  bəy  Nəbibəyovun  qardaşlarını  da  həbs  etdilər. 

Otuz səkkiz yaşlı Hüseyn bəy 60 yaşlı Vahid bəy Nəbibəyovların hərəsinə 1931-ci 

il martın 2-də üç il həbs cəzası kəsilir».

31

 



  MTN-nin  arxivindəki  sənədlərə  əsaslanan  Cəlal  Qasımov  «Yaddaşın 

bərpası»  kitabında  Zaqatala-Nuxa  dairəsində  baş  vermiş  üsyanın  rəhbərlərinin 

müfəssəl siyahısını təqdim edir: 

1. Molla Mustafa Şeyxzadə (Baş Şabalıd) 

2. Nəbibəyov Bəhram bəy (NKİ-nin səfərbərlik şöbəsinin keçmiş rəisi) 

3.  İsmayıl  Hakki  Əfəndi  (türk)  -    Nuxa-Zaqatala  mahalı.  RXTŞ-nin 

təlimatçısı. 

4.  Əlicanbəyov  Mustafa  bəy,  üsyanın  başlandığı  gün  Tiflisdə  həbs 

olunmuşdur. 

5. Şeyxzadə (Tala), 1920-ci il üsyanın iştirakçısı. 

6. Hafiz Əfəndi, 1920-ci il üsyanın iştirakçısı. 

7. Hacı Ağa Kişibəy (Qazmalar), qolçomaq. 

8. Cəlil  Moçayev,  KGİ  Zaqatala  Komsomol  idarəsi  Rəyasət Heyətinin 

keçmiş üzvü (həbs olunub). 

9. Balacayev Sadıx bəy (qolçomaq) həbs edilib. 

10. Molla Yusif -  partiyanın üzvü -  Almalı rayonunun rəhbəri. 

11.  İslam  və  Novruz  -    Əliabad  rayonundakı  Varxiyan  quldur  (qaçaq  - 

M.H.) dəstəsinin başçıları. 

12. Molla Əbdurrəhman (Muxax) -  Əliabad rayonunda həbs olunub. 

13. Heydər Hacı Qurban Maqoma (qolçomaq) -  Qabaqçöl. 

14. Hacı Heybətulla (Qabaqçöl) Molla Murtazəli qrupunun ideya rəhbəri. 

15. Murtazəli Xalatolinski (Qabaqçöl) -  qolçomaq.  

16. Bəhman İsa (Qabaqçöl). 

17. Molla Şərif (Balakən), partiyanın keçmiş üzvü. 

18. Dost Tahir (Balakən). 

                                                           

31

 

Şəmistan Nəzirli. «Azərbaycan» qəzeti, 20 fevral, 2000



 


39 

 

19. Paşan Məhəmməd Şaban oğlu (ittihadçı). 



20. Mustafa Hacı Əli oğlu (Balakən imamı). 

21. Hüseyn İlyas oğlu (keçmiş qoçu, ittihadçı). 

22. Vartaşen rayonu Qumlax kənd Sovetinin sədri.

32

 



   Şəki üsyanın liderləri ilə yanaşı daha iki nəfərin adı rəsmi sənədlərdə daha 

çox  hallandırılır.  Bunlar  Hafiz  Əfəndi  və  Şeyxzadə  Talski  idilər.  Bu  şəxslər  öz 

fəaliyyətlərini  yaşadıqları  ərazi  ilə  məhdudlaşdırmamış,  bütün  mahal  miqyasında 

üsyanın  hazırlanmasında,  Tala,  Çim-Çar,  Dəymədağlı  və  Qazmalar  kəndlərində 

üsyançı  dəstələrin  yaradılmasında,  silahlandırılmasında  fəal  iştirak  etmişdilər.  Bu 

barədə  yuxarıda  adı  çəkilən  əsərdə  deyilir:  «1920-ci  il  Zaqatala  üsyanının 

iştirakçısı  olan  Hafiz  Əfəndi  və  Şeyxzadənin  (Talski)  digər  rayonlarda  üsyanın 

hazırlanmasında rolları olmuşdur. Bu haqda aşağıdakı məlumatlar vardır: 

  Tala kəndindəki üsyanın başçıları Şeyxzadə və Hafiz Əfəndidir. 1930-cu il 

fevralın  17-də  Tala  kəndinə  hücumdan  əvvəl  Şeyxzadə  yaxın  kəndləri  gəzmiş, 

üsyana  hazırlıq  işləri  ilə  məşğul  olmuşdur.  Əvvəl  Tala  kəndinə  rus  və  türk 

tüfəngləri  ilə  silahlanmış  2030  nəfər  hücum  etmiş,  daha  sonra  onlara  silahlanmış 

talalılar da qoşulmuşdular. 

  Aprelin 8-də  məlum oldu ki, Tala kəndinin sakini, baramaaçan  fabrikinin 

keçmiş sahibi,  qaramal  alveri etmək  məqsədilə Dağıstanla  mütəmadi əlaqəsi olan 

Əli  Məhərrəmov  quldur  dəstəsi  təşkil  etmiş,  heyvandarlıq  kooperativinin  müdiri, 

Əbdürrəhman  isə  həmin  dəstəni  sursatla  təmin  etmək  üçün  güllə  tədarükü 

görmüşdür. O, Taladakı quldur dəstəsi ilə əlaqə yaratmış və söz vermişdir ki, guya 

Baş Siyasi idarədə işləyən yaxın tanışı vasitəsilə silah əldə edəcəkdir. 

  Fevralın  14-də  Əli  Məhərrəmovun  evində  yığıncaq  keçirilmişdi.  Həmin 

yığıncaqda Əlinin atası bildirmişdi ki, onun göstərişi ilə hərəkət etməyə hazır olan 

2025  nəfər  adam  var.  Adamlar  Tala,  Çim-Çar  və  Momul  kəndlərindədir.  O, 

həmçinin bildirmişdi ki, cəmi 10 tüfəngləri var, lakin üsyana cəlb edilən adamların 

bir çoxu silaha malikdirlər. 

  28  apreldə  bu  quldur  dəstəsi  (üsyançılar  -    H.M.)  haqqında  verilən 

məlumatda bildirilir ki, onun başçısı carlı Taban Laçındır. 

  Dəymədağlı  və  Qazmalar  kəndlərində  antisovet  özəklər  yaranmışdır. 

Dəymədağlı kəndindəki özəyə Qax kəndinin sakini Sadıx bəy Balacayev rəhbərlik 

edirdi.  Dadaş  İsayev  -    AK(b)P-nin  üzvü  (hal-hazırda  gizlənib)  həmin  özəyin 

üzvləri olublar. 

  Qazmalar  kəndindəki  özəyə  isə  Hacı  Ağakişi  bəy  başçılıq  etmişdir.  O, 

Hafiz Əfəndi və Şeyxzadə ilə sıx əlaqədə idi.

33

  

                                                           



32

 

Cəlal Qasımov. Yaddaşm bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 118-119 



33

 

Cəlal Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 116-117 



 

40 

 

  Beləliklə bütün Şimal-Qərbi Azərbaycan böyük üsyana hazırlaşırdı. 1930-



cu ilin ilk aylarında üsyana hazırlıq prosesinin genişlənməsinə və intensiv xarakter 

almasına  təkan  verən  başlıca  amil  yanvar  ayının  5-də  ЦИК  (b)P  MK  tərəfindən 

qəbul  edilən  qərar olmuşdur.  Həmin  qərara  görə  1932-ci  ilin  yayına  kimi  kütləvi 

kollektivləşmə  həyata  keçirilməli  və  bu  zəmində  qolçomaqlar  bir  sinif  kimi  ləğv 

edilməli  idi.  Hətta  qərarın  yerinə  yetirilməsi  üçün  500  milyon  manat  vəsait 

ayrılması nəzərdə tutulmuşdu. 

  Söhbət  azad  əkinçiliklə  bağlı  yüz  illər  ərzində  formalaşmış  iqtisadi 

münasibətlərə  son  qoyulmasından,  bu  qərarla  razılaşmayan  on  minlərlə  insanın 

bütün  hüquqlardan  məhrum  olunmasından  və  nəhayət  fiziki  cəhətdən  məhv 

edilməsindən gedirdi. 

  Deməli,  kəndlinin  fərdi  torpaq  sahəsinə  malik  olmaq  və  öz  əməyinin 

nəticələri üzərində sərəncam vermək hüququnun üstündən birdəfəlik xətt çəkilirdi. 

Bu isə onu həyata bağlayan tellərin qırılması demək idi. 

  Kommunist bolşeviklər partiyasının kütləvi kollektivləşmə və bu zəmində 

qolçomaqları  bir  sinif  kimi  ləğv  etmək  qərarı  ilə  1930-cu  ildə  baş  vermiş  Şəki 

üsyanı  arasında  məntiqi  bağlılıq  məhz  bundan  ibarət  idi.  Həmin  üsyanın 

səbəblərini  bütün  istehsal  münasibətləri  üzərində  dövlətin  total  nəzarətini  təmin 

etməyə  çalışan  sovet  sisteminin  mahiyyətindən  kənarda  axtarmaq  bu  tarixi 

hadisəyə elmilikdən uzaq olan qeyri-ciddi münasibətdir. 

  Şəkidə,  eləcə  də  Zaqatala-Nuxa  mahalının  digər  rayonlarında  baş  verən 

üsyançıların  ЦИК(b)P-nin  1930-cu  il  5  yanvar  qərarı  ilə  bağlılığı  o  zaman  rəsmi 

dairələr tərəfindən də etiraf olunmuşdur. 

  AK(b)P Zaqatala-Nuxa dairə komitəsinin AK(b)P MK-ya verdiyi məlumat 

dediklərimizi  təsdiq  edir.  Məlumatda  bildirilir:  «...axırıncı  üç  ayda  bu  iş  (üsyana 

hazırlıq) daha intensiv olmuşdur. Bunun səbəbi sosializmin kapitalist elementlərə -  

qolçomaqlara, din xadimlərinə qarşı bütün cəbhə boyu hücumu ilə əlaqədar idi»

34



  Digər  sənəddə  isə  deyilir  ki,  Az.SSR  ərazisində  antisovet  elementlərin 



qəflətən aradan götürülməsi başqa belə ünsürlər içərisində çaxnaşma yaratdı.

35

 



  Kolxoz quruluşunun törədəcəyi fəsadlar haqqında kəndlilər arasında qeyri-

adi  söhbətlər,  şayiələr  baş  alıb  gedirdi.  Hətta  kollektivləşmənin  üstünlüklərindən 

ağız dolu danışan hakimiyyət nümayəndələrinin də bu sistem haqqında təsəvvürləri 

olduqca bəsit idi. Bu, onların kəndlilər içərisində apardıqları təbliğat işində özünü 

büruzə  verirdi.  Dairə  partiya  komitəsinin  hesabatındakı  bu  etiraf:  «Üsyan 

hərəkatına  yoxsulların  cəlb  edilməsi,    aşağı  partiya  və  hakimiyyət  orqanlarının 

onlar arasında apardıqları təbliğat işinin zəif olması ilə izah etmək olar». 

  Şəkinin Baş Göynük kəndində olmuş gerçək bir əhvalat həmin problemin 

ciddiliyindən xəbər verirdi. 

                                                           

34

 Baş Arxivlər idarəsi. f. 255, s. 1, iş 56, v. 3847 



35

 Yenə orada. f. 12, s. 4, iş 62, v. 140 



41 

 

  Siyasi  idarənin  Şəki  şöbəsinin  rəisi  Qasımov  kollektivləşmə  ilə  əlaqədar 



təhkim olunduğu Baş Göynük kəndində, həmin məsələyə həsr olunmuş yığıncaqda 

kolxoz quruluşunun üstün cəhətlərindən bəhs edirdi. Torpaqların, əkin alətlərinin, 

mal-qaranın  və  digər  əmlakın  birləşdirilməsi  nəticəsində  əldə  olunacaq  məhsul 

bolluğu,  güzəranın  xeyli  yaxşılaşacağı,  hamının  bərabər  olacağı  barədə  fikirlər 

onun  çıxışının  məğzini  təşkil  edirdi.  Çıxış  ərzində  Göynüklülər  yerdən  dəfələrlə 

«inanmırıq,  inanmırıq»  -    deyə  söz  atırdılar.  Bu  replikaların  cavabında  Qasımov 

onları hədələyərək: «inanmayanları həbs edəcəyik” - deyir. Kəndlilər isə cavabında 

«bax, buna inanırq, bu sizin əlinizdən gələr»  - deyə onu daha da qəzəbləndirirlər. 

Onların  ev  avadanlığı,  yorğan-döşək  də  birləşdiriləcəkmi?-  sualına  Qasımovun 

verdiyi hətərən-pətərən cavab çaşqınlığın daha da artmasına səbəb olur. 

  Bu  yığıncaqdan  sonra  Qasımovun  hədə-qorxusundan  ehtiyat  edən  Yunus 

və Kərim qaçaq düşdülər. 

  XX əsrin 20-ci illərində Azərbaycan - türkün bu qədim arealı bolşevizmin 

repressiyası  ilə  üz-üzə  qaldıqda  tarixin  bütün  qorxunc  dövrlərində  olduğu  kimi 

yenə  də  Türkiyənin  timsalında  özünün  xilaskarını  görürdü.  Xalq  siyasi  reallığı 

nəzərə almadan sadəlövh bir ümidlə Türkiyəyə baxırdı. Üsyana hazırlaşan qüvvələr 

də can atdıqları məqsədlərə çatmaq üçün Türkiyə faktoruna ciddi önəm verirdilər. 

  Bu  amilə  rəsmi  dairələr  də  diqqət  yetirmiş  və  Türkiyə  faktorunu  Şəki 

üsyanı  ilə  bağlı  tərtib  etdikləri  müxtəlif  xarakterli  sənədlərin  predmetinə 

çevirmişdilər. Üsyan yatırıldıqdan sonra həbs edilən şəxslərin Türkiyə ilə əlaqədar 

verdikləri ifadələr bolşevik müstəntiqlərin diqqət mərkəzində olmuşdur. 

  Dairə  partiya  komitəsinin  məlumatındakı  bəzi  məqamlara  diqqət  yetirək 

«...Zaqatala-Nuxa 

dairəsinə 

gəlmiş 

aeroplanlar 



xəbərdarlıq 

vərəqələri 

atmadıqlarından  üsyançılara  imkan  vermişdir  ki,  əhali  arasında  bu  aeroplanların 

Türkiyəyə məxsus olması haqqında təbliğat aparsınlar. 

  Xalq  komissarı  Qorçayevanın  Azərbaycanın  mahallarındakı  vəziyyətdən 

bəhs edən 445 saylı məktubunda belə bir epizod var: «Üsyançılar SSRl-nin bir sıra 

şəhərlərini  Türkiyə  və  İran  tərəfindən  alındığı  bu  ölkələrlə  müharibə  başlandığı 

barədə fitnəkar xarakterli məlumatlar yayırlar»

36



  Xalqı  üsyana  təhrik  edən  qüvvələr  sovet  hökumətinin  tezliklə  yıxılacağı 



barədə  şayiələr  yayır,  əhaliyə  ərzaq  paylayır  və  həmin  ərzağın  aeroplanlarla 

Türkiyədən gətirildiyini bildirirdilər. 

37

 

  Həbs  edilmiş  üsyançı  Abdurrahman  Nağıbəyovun  1930-cu  il  mayın  4-də 



verdiyi  ifadə:  «Təxminən  1929-cu  il  mart  və  ya  aprel  ayında  Qaşqaçay  kəndinin 

sakini Həmid Molla Kərim oğlu (dəmirçi) mənimlə söhbətində bildirdi ki, şayiələr 

gəzir, tezliklə türklər Azərbaycana gələcəklər və hakimiyyəti öz əllərinə alacaqlar. 

                                                           

36

 Baş Arxivlər idarəsi. f. I, s. 231, iş 53, v. 121 



37

 

Baş Arxivlər idarəsi. f. 255, iş 56, v. 38-47 



 

42 

 

Əhali  arasında  buna  hazırlıq  görülür.  Mənim  «bu  şayiələrin  mənbəyi  kimdir» 



sualıma Həmid cavab verdi ki, o kəndləri gəzib Sovet hakimiyyətini devirmək və 

türklərlə görüş üçün hazırlıq işi aparan bir şəxs ilə söhbət aparmışdır. Bu şəxsin nə 

familiyasını, nə də adını Həmid söyləmədi, lakin o dedi ki, bu adam Zaqatala-Nuxa 

mahalının  bir sıra  kəndlərində  olmuş, sonra  isə  Dağıstana  getmişdir. 1929-cu ilin 

may ayında, Qax kəndində mən təsadüfən Balacayev Sadıx bəylə görüşdüm, o da 

mənə  türklərin  gəlməsi  və  Azərbaycanı  ələ  keçirəcəkləri  haqqında  şayiələrin 

gəzməsi haqqında danışdı. Bu şayiələrin haradan əmələ gəlməsi barədə Balacayev 

mənə heç nə demədi. Mən də öz növbəmdə bu şayiələrin olmasını təsdiq etdim və 

onu  da  qeyd  etdim  ki,  bu  haqda  Həmiddən  eşitmişəm.  1930-cu  ildə,  təxminən 

fevral ayında mən Qax kəndində yenidən Balacayevlə görüşdüm, o yenə də mənə 

türklərin  gəlməsi  barədə  şayiələrin  gəzdiyini  bildirirdi.  Mən  ona  dedim  ki,  bu 

şayiələrin  haqqında  çoxdan  danışırlar,  lakin  hələlik  heç  nə  yoxdur.  Sadıx  bəy 

çiynimə əlini vuraraq dedi: «Görərik». Bununla da, Sadıx bəylə söhbətimiz bitdi və 

bu günə kimi mən onunla görüşmədim. 

  Mart  ayının  sonunda  mənimlə  görüşən  Həmid  yenə  də  türklərin  tezliklə 

gəlməsi  haqqında  şayiələrin  yenidən  yayılması  barədə  söhbət  açdı.  Mən  buna 

biganəliklə  yanaşdım,  çünki  türklərin  gəlməsinə  ümidimi  itirmişdim.  Bu  haqda 

Həmidə heç bir söz demədim»

38



  Nümunə  kimi  gətirdiyimiz  məhdud  saylı  faktlar  bir  daha  sübut  edir  ki, 



1930-cu  ildə  Azərbaycan  xalqı  mənəvi  və  fiziki  köləliyə  etiraz  edərkən  yenə  də 

gözünü ümidlə Türkiyəyə dikmişdi. Fikrimizi daha  dəqiq ifadə  etsək, Türkiyənin 

gələcəyi  konkret  işlərdən  asılı  olmayaraq  həmin  etirazın  əsasında  duran  cəsarat 

milli ruhdan qida alırdı. 

                                                           

38

 



Cəlal Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 108-109

 

 



43 

 

 


1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə