ŞƏKİ Üsyanlari



Yüklə 0.79 Mb.
PDF просмотр
səhifə1/5
tarix11.06.2017
ölçüsü0.79 Mb.
  1   2   3   4   5

 

 



 

 

 

 

 

 

 

 

 

 

ŞƏKİ ÜSYANLARI 

 

 

 

Həbibulla Manaflı 

 

 



 

 

 

 

 

MÜNDƏRİCAT 



 

 

- Ön söz 

- Giriş 

- I fəsil. 1930-cu il üsyanına gedən yollar  

- II fəsil. Böhranın yetişməsi  

- III fəsil. Üsyanın başlanması, gedişi və nəticəsi 

- Nəticə 


 

 



 

 

Bəxtiyar Vahabzadədən  



 

Ön Söz 

 

  Şəkidə  Yuxarı  Karvansaranın  arxasındakı  meydanda  1930-cu  il  üsyanı 

zamanı  həlak  olmuş  yerli  kommunistlərin  xatirəsinə  bir  abidə  qoyulmuşdu.  60-cı 

illərdə  raykomda  məsul  işdə  çalışan  bir  qohumum  ilə  həmin  yerdən  keçdiyimiz 

zaman məsul partiya işçisi ayaq saxlayıb mənim nəzərimi abidəyə cəlb etdi: 

  -    Bu  abidə  Vətən  yolunda  canlarını  qurban  verən  köhnə  kommunistlərin 

xatirəsinə ucaldılmışdır. 

Əsəbiləşdim və qeyri adi olaraq: 

  -  Məgər bunlar Vətənin nə olduğunu bilirdimi? - deyə qəzəblə onun üzünə 

baxdım. 


O eyhamımı başa düşüb susunca mən: 

  -    Əslində  bunlar  Vətən  xainləridir.  Vətən  yolunda  canlarını  qurban 

verənlər isə bunları cəhənnəmə vasil edənlərdir. 

  Bu söhbətdən sonra qohumum məndən soyumağa başladı. Aramızda soyuq 

münasibət yarandı. İllər keçdi. Qohumumu işdən qovdular. O, haqsız qovulduğunu 

bildirmək  və  məndən  kömək  diləmək  üçün  Bakıya  gəldi.  Qohumum  cidd-cəhdlə 

günahsız  olduğunu,  amma  raykomun  I  katibinin  rüşvət  aldığını  və  əxlaqsız 

olduğunu MK-ya açıq imza ilə yazdığına görə işdən qovulduğunu bildirdi. 

Mən gülüb neçə il əvvəlki söhbətimizi onun yadına salıb dedim:  

-  Sənin işdən qovulmağını mən çox təbii sayıram. Çünki bu gün səni işdən 

qovan  partiya  rəhbəri  dünən  Şəki  üsyanında  öldürülmüş  həmin  kommunistlərin 

törəmələridir. 

O: -  Neyləyim, hamı kimi mən də bu rejimin ədalətinə inanmışdım. 

Dedim:    -    Xeyir,  Xalq  heç  zaman  bu  bic  quruluşun  ədalətinə  inanmayıb. 

İnanan  sənin  kimi  nomenklatura  işçiləri  idi.  Çünki  kor-koranə  inanmaq  sizə  sərf 

edirdi. İndi get, inandığın rejimin ədalətini tap, görüm necə tapırsan. 

  Qohumum  2  il  yuxarılara  məktublar  yazdı,  teleqramlar  vurdu.  Moskvaya 

qədər getdi. Amma ədaləti tapa bilmədi. 

  Mən  hər  dəfə  Şəkiyə  getdiyim  zaman  həmin  abidənin  önündən  keçəndə 

orda  yatanlara  lənət,  xalqın  haqqı  uğrunda  canlarını  qurban  verən,  güllələnən, 

sürgünə  göndərilən  Bəhram  bəylərin,  Mustafa  bəy  Əlicanbəyovların,  Qaçaq 

Abbasların,  Nəcməddin  Əfəndilərin,  Kor  Xuduların  və  Şeyxzadələrin  ruhuna 

rəhmət oxuyardım. 

  Allaha  min  dəfə  şükürlər  olsun,  Kreml  əsarətindən  xilas  olduq.  Amma  o 

vaxtdan bu günə qədər Şəki üsyanı mənim ürəyimdə qara bir yara kimi durur, hər 


 

dəfə  yadıma  düşəndə  göyüm-göyüm  göynəyirdim.  Çünki  Bakıdan  gələn  rus 



ordusunun məzlum xalqa necə divan tutduğunu, xalqın naləsini, Qurcana dərəsində 

gecələr  səhərə  qədər  güllələnən  igidlərin  sinəsində  soyuyan  güllə  səslərini 

eşidirdim. 

   O zaman mən 5 yaşlı uşaq olduğuma baxmayaraq, nənəmin və gəlinlərin 

qara kəlağayı örtdüklərini, əmilərimin və atamın babamla xısın-xısın, qorxa-qorxa 

danışdıqlarını  və  xüsusilə  dağda  vurulan  qaçaq  Abbasın  şələ  üstündə 

sürüdüldüyünü  görən  camaatın  gizlində  hönkür-hönkür  ağladığını  dünən  olmuş 

kimi xatırlayıram. 

   Uşaq  ikən  qəlbimə  düşən  o  qara  ləkəni  sətirlərə  çevirib  vərəqlərə 

köçürmək son illər mənim arzum oldu. Amma arxivlərdə işləmək, üsyana aid olan 

faktla, sənədləri üzə çıxarmaq yaşımın bu çağında mənə çox çətin idi. Amma vaxt 

keçir, üsyanın canlı şahidi olan qocalar sıradan çıxırdı. 

  Azərbaycanın  tarixində  qızıl  hərflərlə  yazılmağa  layiq  olan  30-cu  il  Şəki 

üsyanı  haqqında  bədii  əsər  yazmaq  üçün  öncə  tarixi  faktlar  və  sənədlərin  üzə 

çıxarılması lazım idi. Buna görə də mən Bakıdakı bir neçə tarixçiyə, o cümlədən də 

Şəkinin bir neçə qələm əhlinə bu məsələni öyrətməyi təklif etdimsə də yaxın duran 

olmadı. Nəhayət, Şəki ziyalılarından Həbibulla Manaflı bu işi boynuna götürdü və 

arxiv sənədləri əsasında bu kitabı üzə çıxartdı. 

Kitabın  I  fəslində  üsyanın  yaranma  səbəbləri  -  istehsal  vasitələri  üzərində 

dövlət  inhisarı,  yeni  iqtisadi  siyasət  nəticəsində  xalqın  dilənçi  kökünə  düşməsi, 

«Mübariz Allahsızlar cəmiyyəti»nin əli ilə yüz illərin sınağından çıxmış gözəl adət 

və  ənənələrə,  milli  və  dini  dəyərlərə  qarşı  səlib  yürüşləri  inandırıcı  faktlar  və 

sənədlər əsasında göstərilmişdir. Müəllif, inkar edilməsi mümkün olmayan dəlillər 

əsasında vurğulayır ki,  sovet diktaturasının gətirdiyi qanlı rejimin, insan təbiətinə 

qarşı  yönəlmiş  zorakılığı,  insan  düşüncəsini  məhdud  çərçivələr  içərisinə  salmaq 

niyyəti,  azad  sənətkarlığı  və  fərdi  kəndli  təsərrüfatlarını  məhv  etmək  yönündə 

aparılan  iqtisadi  siyasət  mövcud  üsul-idarəyə  qarşı  xalq  qəzəbini  və  nifrətini 

zəruriləşdirirdi. 

   Kitabın nəzərimizi cəlb edən  uğurlu cəhətlərindən biri də xalqın  mövcud 

quruluşa qarşı etirazını Şəki çərçivəsindən çıxararaq ümumazərbaycan fonunda əks 

etdirə bilməsidir. Belə ki, müəllif Naxçıvan, Qax, Zaqatala, Gəncə və Şamaxıda da 

baş verən kəndli üsyanlarını da əhatə etməyə çalışmışdır. 

   Şəki ətrafındakı kənd və şəhərlərdə təşkil olunmuş silahlı üsyanları ad və 

ünvanları  ilə  göstərən  müəllif,  «Şəki  üsyanı»  adı  ilə  tarixə  düşmüş  bu  hərəkatın 

coğrafiyasını  da  çəkmişdir.  Məsələn,  müəllif  Əliabaddan  Novruz  Şirinovun, 

Varxiyandan  İslam  Qara  oğlunun,  Baş  Göynükdən  Süleyman  Salman  oğlunun, 

Qabaqçöl  kəndindən  Məmməd  Ramazan  oğlunun,  Tala  kəndindən  Həsən  Osman 

oğlunun dəstələrini bir-bir oxucuya təqdim edir. 

  Üsyanın  rəhbəri  isə  Peterburq  Konstantin  artilleriya  məktəbini  bitirmiş, 

1919-cu  ildə  qardaşları  Vahid  bəy  və  podpolkovnik  Hüseyn  bəylə  birlikdə 



 

daşnaklara qarşı rəşadətlə vuruşan və Əsgəran ətrafında onları böyük məğlubiyyətə 



uğradan Bəhram bəy Nəbibəyov idi. 

  Kitabda  müqavimət  hərəkatının  üzvlərindən  biri  olan  Hüseyn  bəy  Əsəd 

oğlu ilə Göyçay rayon hərbi komissar vəzifəsinə yüksələn qardaşı Əlibala arasında 

gedən söhbət çox ibrətamizdir. Kommunist Əlibala Hüseyn bəyə Sovet hökumətinə 

qarşı  çıxmamağı,  silahı  yerə  qoymağı  təklif  edərkən  Hüseyn  bəyin  ona  verdiyi 

cavab qarşısında sarsılmamaq mümkün deyil: 

   -      Mayasında  allahsızlıq  olan  Lenin  bayrağı  altında  yalnız  satqınlar 

yaşaya bilər mən yox. 

   O  gün  üçün  bu  söz  elə  belə  deyilmiş  söz  kimi  də  görünə  bilərdi.  Amma 

biz  bu  gün  görürük  ki,  Hüseyn  bəy  nə  qədər  haqlı  imiş.  Biz  bu  gün  gördük  ki, 

həqiqətən mayasında allahsızlıq olan bayrağın altında yalnız satqınlar yaşaya bilib. 

Mən  Hüseyn  bəyin  bu  sözünü  həyəcansız  oxuya  bilmədim.  Ana  təbiəti  və  insan 

təbiətini  zorlayan  Sovet  rejiminə  qarşı  haqq  və  ədalət  bayrağı  qaldırmış  Hüseyn 

bəy kimi şəxsiyyətlərin bu gün xalqa tanıdılması bu günki nəslə nə qədər lazımdır. 

Çünki  xalq  yalnız  belə  əyilməz  şəxsiyyətlərin  sayəsində  özünü  dərk  edir  və  öz 

gücünə inanır. 

  Ölkənin  8  rayonunu  əhatə  edən  hərəkatın  mərkəzi  Baş  Göynük  kəndi  idi. 

Aprelin  12-dən  13-nə  keçən  gecə  üsyan  başlayır.  Şəki  əyalətinin  rayon  mərkəzi 

üsyançıların əlinə keçir. Sağ qalan kommunistlər poçt idarəsində gizlənir və oradan 

Bakıya  xəbər  göndərirlər.  2  gündən  sonra  Mir  Cəfər  Bağırovun  rəhbərliyi  ilə 

ruslardan ibarət zirehli avtomobillərlə silahlanmış ordu şəhəri mühasirəyə alır. Qan 

su yerinə axıdılır. Son ölüm-dirim döyüşündə üsyançıların bir qismi həlak olur, bir 

qismi isə dağlara çəkilir. O vaxtkı yerli kommunistlərdən biri xalqa müraciət edir: 

   -      Sizin  həmyerlilərinizdən  biri  cəlladların  əli  ilə  qətlə  yetirilərkən 

demişdir:  «Sovet  hökuməti  var  və  olacaqdır.  Leninin  göstərdiyi  parlaq  gələcək 

uğrunda mübarizə aparanların sırası daha da sıxlaşır». 

  Bu  yerdə  H.Manaflının  qələmi  publisistikaya  keçir.  «Görəsən  hansı 

gələcəkdən  bəhs  olunurdu?  1937-ci  il,  1930-cu  il  üçün  gələcək  idi.  Bəlkə  həmin 

gələcəkdən söhbət gedirdi?... 1937-ci ildə hər səhər dan yerindən boylanan günəşin 

al-qırmızı şəfəqləri gecə ikən güllələnmiş soydaşlarımızın yerdə göllənmiş qanında 

bərq  vururdu.  Doğrudanmı  kimsə  belə  gələcək  üçün  qan  tökməyi  özünə  rəva 

bilərdi?» 

  Burada  müəllif  kommunist  rəhbərin  vəd  etdiyi  1937-ci  ilin  dəhşətli 

«gələcəyi»ni  çox  böyük  ustalıqla  poeziya  səviyyəsində  mənalandırmaqla  70  il 

xalqa  «gələcək  deyə-deyə  yalan  vədlər  verib  aldadan  rəzil  rejimin  əsil  simasını 

açmışdır. Müəllif demişkən bəlkə də həmin kommunist rəhbər «Gələcək» deyərkən 

bu rejimin xalqın başına gətirəcəyi dəhşətli faciələrdən xəbər verirdi?! 

  Beləliklə,  «Gələcəklə  bağlı  yazılmış  bu  parça  əsil  poeziya  və 

ümumiləşdirmə nümunəsidir. Kitabda belə məzmunlu parçalar istənilən qədərdir. 


 

  Arada-bərədə eşidirik: «Bizim xalq zülmə baş əyən müti xalq olduğundan 



Sovet imperiyasının zorakılığına 70 il dözüb susdu». 

  Amma yaxın tariximizi yaxşı bilən, onu Sovet təbliğat kitablarından deyil, 

həyatdan öyrənənlər belə düşünmür. 1920-ci illərdə Gəncə və Şamaxı, 1930-cu ildə 

Şəki,  Zaqatala  üsyanları,  1940-cı  illərdə  üstü  açılan  tələbə  təşkilatları,  50-ci 

illərdən  sonra  yaranmağa  başlayan  dissident  ədəbiyyatını  inkar  etmək 

mümkündürmü?...  1988-ci  ildəki  Meydan  hərəkatında  öz  başlanğıcını  həmin 

üsyanlardan,  tələbə  təşkilatlarından,  və  dissident  ədəbiyyatından  götürdüyünü 

unutmamalıyıq. 

  Mən  bir  vətəndaş  və  qələm  sahibi  kimi,  Şəki  üsyanının  yaranma 

səbəblərini,  gedişatını,  hazırlıq  və  başlanma  məqamlarını,  öndə  gedən 

qəhrəmanlarını  böyük  zəhmət  və  səbirlə  üzə  çıxaran  Həbibulla  Manaflıya  dərin 

minnətdarlığımı  bildirir,  bir  arzumu  da  çatdırmaq  istəyirəm.  Əlimizdəki  kitab 

üsyanın  başlanması  və  dağılması  tarixini  əhatə  edir.  Amma  üsyanın 

yatırılmasından  sonra  da  davam  edib  partizan  hərəkatına  çevrilməsi  Şəki  əhlinə 

yaxşı  məlumdur.  Ona  görə  də  arzu  edərdim  ki,  üsyanın  birinci  mərhələsi  ilə 

bərabər  sonuncu  qaçağın  qırxıncı  illərdə  öldürüldüyünü  nəzərə  alaraq  hərəkatın 

ikinci  mərhələsi  olan  partizan  (qaçaqçılıq)  hərəkatı  haqqında  yazılmasını  da 

unutmayaq. Bu işi davam etdirmək, vətənimizin istiqlalı uğrunda canlarını qurban 

verib  əsl  şəhidlik  mərtəbəsinə  yüksələn  üsyan  qəhrəmanlarının  hər  biri  haqqında 

ayrıca  kitab  yazıb  onların  cəsarət  və  şücaətini  xalqa  çatdırmaqla  biz  ona  özünü 

tanıtmış  olarıq.  Şəkinin  özündə  və  kəndlərində  qaçaqçılıq  hərəkatının  şahidlərini 

bu  gün  tapmaq  mümkündür.  4  il  əvvəl  dünyasını  dəyişmiş  qışlaqlı  Sadəddin 

Yunusov xəyanətin murdar əli ilə qaçaq Kor Xudunun necə öldürülməsinin şahidi 

olduğunu mənə danışmışdı: 

  Uzun  illər  dağda-daşda  tək  başına  dolaşan  Qaçaq  Xudu  bir  qismət  isti 

xörək və çay içmək arzusu ilə gecə yarısı dost bildiyi bir yaxın adamının qapısını 

döyür.  Ev  sahibi  onu  gülər  üzlə  qarşılayıb  evə  dəvət  edir.  O,  əvvəlcə  çimir.  Alt 

paltarlarında oturub xörək yediyi zaman eşikdə hənirti eşidir. Eşiyə boylanıb silahlı 

adamların onu güddüyünü görür. Heç demə evin sahibi Xudunun onlarda olduğunu 

milisə xəbər veribmiş. 

  Ev  mühasirəyə  alınır.  “Təslim  ol”  xəbərdarlığına  əhəmiyyət  verməyən 

Xudu silaha sarılır. Atışma başlanır. Qaçaq Xudu milislərdən bir neçəsini öldürüb 

evin  yuxarı  mərtəbəsinə  qalxan  pilləkənlə  özünü  çardağa  atır.  Uzun  müddət 

içəridən  səs  gəlmədiyini  görən  milislər  onun  öldüyünü  güman  etsələr  də  evə 

girməyə  qorxurlar.  Milislərdən  2-si  qürrələnib  çardağa  qalxır.  Xudu  onları  vurur. 

Yenidən  atışma  başlanır.  Bütün  kənd  atışma  səsinə  oyanıb  evin  ətrafına  toplaşır. 

Onu  vurmağın  mümkün  olmadığını  görən  milislər  evi  yandırırlar.  Xudu  tüstüdə 

boğulur.  Çölə  çıxmaq  istədiyi  zaman  evin  yanmış  tiri  onun  boynunun  kökünə 

düşür,  o  yıxılır.  Amma  heç  kəs  ona  yaxınlaşmağa  cürət  etmir.  Heç  demə  o 

qaranlıqda sürünə-sürünə evin arxa tərəfinə keçibmiş. Milislər isə yanan evə güllə 



 

atmaqda  davam  edirlər.  Birdən  evin  arxa  tərəfindən  güllə  səsi,  arxasınca  da 



Xudunun «namərd, al, bu da sənin payın» deyən səsi eşidilir. Sonra məlum olur ki, 

Xudu evin arxa tərəfindəki ayaqyolunda gizlənmiş ev sahibini vurubmuş. Milislər 

evin  arxa  tərəfinə  keçmək  istədikdə  Xudu  öndə  gələn  milisi  vurub  qışqırır:  Bir 

gülləm qalıb, mən sizə yox, özümə təslim oluram -  deyə sonuncu gülləni sinəsinə 

sıxır. 

   Sadəddin  kişi  şahidi  olduğu  bu  hadisəni  mənə  qəhərdən  boğula-boğula 



danışıb  Xudunun  igidliyinə,  cəsarətinə  bütün  kəndin  heyran  qaldığını  və  onun 

haqqında o zaman xalq arasında qəribə əfsanələr dolaşdığını dedi. 

  İkinci  arzum  budur  ki,  1930-cu  ildə  xalq  hərəkatını  boğmaq  üçün 

canfəşanlıq  göstərən  və  bu  uğurda  ölən  kommunistlər  üçün  Şəkidə  ucaldılmış 

həmin  abidənin  yerində  kommunistlərə  qarşı  vuruşan,  canlarını    ədalət  yolunda 

fəda  edən  üsyan  qəhrəmanlarına  abidə  ucaldılsın.  Çünki  kommunistlər  üçün 

ucaldılan o abidənin ömrü zorakılığın üstündə bərqərar olan quruluşun ömrü qədər 

oldu.  Arzu  etdiyim  abidə  isə  həmin  zülmə  qarşı  çıxan  Bəhram  bəy,  Hüseyn  bəy, 

Qaçaq  Abbas,  Mustafa  bəy  Əlicanbəyov,  Hafiz  Əfəndi  kimi  haqq  uğrunda 

canlarını  qurban  verənlər  üçün  ucaldılacağından  onun  ömrü  xalqın  ömrü  qədər 

olacaq. 


 

 



 

GİRİŞ 

 

Sovet  hakimiyyətinin  XX  əsrin  20-ci  illərində  fərdi  kəndli  torpaqlarını 

birləşdirərək  kollektiv  təsərrüfatlara  çevirmək  və  beləliklə  taxıl  məhsullarının 

istehsalı,  satışı  sahəsində  dövlətin  inhisarçı  mövqeyini  təmin  etmək  məqsədi  ilə 

Azərbaycanda  apardığı  aqrar  siyasət  xalqın  kəskin  narazılığına  səbəb  oldu. 

Kəndlilər  kütləvi  kollektivləşmə  siyasətini  haqlı  olaraq  onları  torpaqdan, 

əməklərinin  nəticələri  üzərində  sərəncam  vermək  hüququndan  məhrum  edəcək 

müdhiş  bir  bəla  kimi  qarşıladılar.  Bu  bəlanın  qarşısını  almaq  üçün  aparılan 

mübarizədə xalqımız minlərlə övladını qurban verdi. 

   Məhz  səbəb  olduğu  çoxsaylı  faciələrə  və  ağır  sosial-iqtisadi  nəticələrə 

görə böyük öndərimiz M.Ə. Rəsulzadə kolxoz quruluşunu “Azərbaycanın ən ağrılı 

yeri, daim qanayan yarası” adlandırmışdır. 

   Xalqın  torpaqla  bağlı  ümidlərinin  üstündən  xətt  çəkən  kütləvi 

kollektivləşmə siyasəti Azərbaycanın bir çox bölgələrində üsyan həddinə yüksələn 

müqavimət  hərəkatı  ilə  üzləşdi.  Müqavimət  hərəkatının  yalnız  sosial-iqtisadi 

xarakteri ilə deyil, həm də siyasi mahiyyəti ilə fərqlənən şərəfli səhifələrindən biri 

də 1930-cu ilin aprel ayında baş vermiş Şəki üsyanıdır. Şəkidə yüksələn, sonra isə 

Qax,  Zaqatala,  Balakən  və  məmləkətimizin  digər  qəzalarına  yayılan  üsyanların 

siyasi xarakterə malik olması rəsmi sənədlərdə də öz təsdiqini tapmışdır. 

   Üsyan  ərəfəsində  Şəkidə  sosial-iqtisadi  və  mənəvi-psixoloji  durum 

olduqca  gərgin  idi.  Hakimiyyət  qurumları  «düşmən  ünsürlərlə»  mübarizə  şüarı 

altında  xalqın  maddi  və  mənəvi  həyatına  qarşı  zorakılığı  gündəlik  davranış 

normasına çevirmişdilər. «Mübariz allahsızlar cəmiyyəti»nin üzvləri tərəfindən yüz 

illərin  sınağından  çıxmış  gözəl  adət-ənənələr,  milli  və  dini  dəyərlər  hörmətsiz 

münasibətə məruz qalırdı. 

   Bolşevik  rejiminin  inzibati  metodlara,  ağır  vergi  sisteminə  əsaslanan 

iqtisadi  siyasəti  Şəki  sənətkarlığını,  manufaktura  təsərrüfatını  iflasa  uğratmış,  elə 

bu  səbəbdən  də  əhalinin  güzəranı  olduqca  ağırlaşmışdı.  Belə  iqtisadi  siyasətin 

özülündə  duran  başlıca  məqsəd  azad  sənətkarlığı  ləğv  etmək  hesabına  istehsal 

vasitələri üzərində dövlətin inhisarçı mövqeyini təmin etmək idi. Beləliklə 1920-ci 

ildən  başlayaraq  yalnız  doğma  vətən  torpağına  deyil,  həm  də  xalqın  maddi  və 

mənəvi  dünyasına,  həyat  və  düşüncə  tərzinə  qarşı  yönələn  təcavüz  1930-cu  ildə 

Şəkidə yüksələn üsyanın başlıca səbəbləri idi.    

Doğrudur  1930-cu  ilin  aprelində  Şəkidə  baş  vermiş  hadisələr  haqqında 

fərqli fikirlər və mülahizələr də mövcuddur. Həmin mülahizələrin mahiyyəti budur 

ki,  Sovet  hakimiyyətinin  xüsusi  xidmət  orqanları  1920-ci  il  aprel  işğalından 

əvvəlki  dövrə  məxsus  əxlaqi-etnik  baxışları,  iqtisadi  münasibətləri,  istiqlaliyyət 

düşüncəsini  təmsil  edən  sosial  zümrəni  məhv  etmək  məqsədilə  həmin  üsyanın 



 

başlanması  üçün  təhrikedici  rol  oynamışlar.  Əslində  bu  sayaq  niyyətlərin 



mövcudluğundan  asılı  olmayaraq  bolşevik  rejiminin  mahiyyətindən  irəli  gələn 

sosial-iqtisadi  münasibətlərin  törətdiyi  ziddiyyətlər  müqavimət  hərəkatı  üçün 

obyektiv şərtlər olaraq qalır. 

  Yüzlərlə insanın qətlindən irəli gələn kədər hissindən, milli sərvətin tərkib 

hissəsi hesab edilən yüksək əxlaq və zəka sahibi olan şəxslərin məhvindən doğan 

təəssüf hissindən çıxış etsək Şəki üsyanının əhəmiyyətindən daha çox qanlı rejimin 

qara  niyyətlərinə  rəvac  verdiyini  düşünmək  olar.  Lakin  bolşevik  rejiminin  insan 

iradəsinə  qarşı  yönələn  zorakılığı,  insan  düşüncəsini  qəlibə  salmaq  niyyəti,  azad 

sənətkarlığı və fərdi kəndli təsərrüfatlarını sıradan çıxarmaq üçün apardığı iqtisadi 

siyasət  xalq  qəzəbini  zəruri  edirdi.  Şəkililər  rəsmi  hakimiyyət  orqanlarının 

düşündüyü  təxribat  xarakterli  niyyətlərdən  asılı  olmayaraq,  yüz  illər  ərzində 

formalaşmış,  həyatlarının  mənasına  çevrilmiş  dəyərlər  uğrunda  mübarizəyə 

qalxmışdılar. 

   1930-cu  ildə  Azərbaycanın  bir  çox  bölgələrində,  o  cümlədən  Şəkidə  baş 

verən  üsyanların  mahiyyəti  tariximizə  məxsus  olan  digər  proseslər  kimi  kobud 

təhrifə məruz qalmışdır. 

  Üsyanın yuxarıda sadalanan obyektiv səbəblərinin üstündən xətt çəkilməsi

onun türk, ingilis kəşfiyyatının təhriki ilə imtiyazlardan məhrum edilmiş bir ovuc 

keçmiş  istismarçının  əli  ilə  törədildiyinin  iddia  edilməsi  və  yaxud  xüsusi  xidmət 

orqanlarının  iradəsinin  nəticəsi  kimi  subyektiv  amillə  əlaqələndirilməsi  hərəkatın 

mahiyyətinin təhrif edilməsinə xidmət edir. 

  Üsyançıların  həqiqi  niyyətlərindən  bəhs  edən  rəsmi  sənədlər  isə  tamam 

başqa mətləblərdən xəbər verir. 

  Uzun  müddət  «tamamilə  məxfidir»  qrifi  altında  qıfılda  saxlanılan  Xalq 

Komissarı  Qorçayevanın  Azərbaycan  qəzalarındakı  siyasi  vəziyyət  haqqında 

Şkiryatova  ünvanladığı  445  saylı  məktubda  bildirilir:  «Zaqatala-Nuxa  qəzasında 

üsyançıların əsas şüarı Qafqazın azad edilməsidir”.

1

 



   Göründüyü  kimi,  Zaqatala-Nuxa  qəzasında  Sovet  rejiminə  qarşı  çıxan 

qüvvələr  nəinki  Azərbaycanı,  hətta  bütün  Qafqazı  bolşevik  əsarətindən  xilas 

etməyi düşünürdülər. 

  Hörmətli oxucular, böyük şairimiz Bəxtiyar Vahabzadənin 1930-cu il Şəki 

üsyanı haqqında ağrı, kədər yüklü söhbətlərini dəfələrlə dinləmişdim. O, uşaqlıqda 

şahidi  olduğu  hadisələrdən,  böyüklərdən  eşidib  yaddaşına  həkk  etdiyi 

mətləblərdən, üsyan yatırılarkən Şəki camaatına tutulan amansız divandan, atasının 

qaçaqlara  yardım  göstərməkdə  ittiham  edilərək  həbs  olunmasından  yana-yana 

danışardı. Və hər dəfə bu məsələni öyrənib qələmə almağı məsləhət görərdi. 

                                                           

1

  

 



Azərbaycan Resp. Nazirlər Kabineti yanında Baş Arxivlər idarəsi. f. 12, s. 4, iş 57, v. 8  

 


10 

 

  Ulu şairimizin təkidli tövsiyələrindən sonra bu yükün altına girməyi qərara 



aldım.  Arxivdə  çalışdım,  Şəkinin  özündə  və  kəndlərində  bir  çox  məlumatlı 

ağsaqqallarla söhbətlər etdim. Nəticədə bu kitab meydana gəldi. 

   «Şəki  üsyanı»  kitabı  ilk  dəfə  məhdud  tirajla  2000-ci  ildə  çap  olundu. 

Lakin  sonralar  əldə  etdiyim  yeni  sənədlər,  üsyan  yatırılandan  sonra  davam  edən 

qaçaqçılıq  hərəkatı  haqqında  məlumatlar  məni  kitab  üzərində  yenidən  işləməyə, 

onu daha da genişləndirməyə sövq etdi. 

   Əziz  oxucular,  XX  əsrin  30-cu  illərində  bolşevizmin  yaratdığı  zülmət 

səltənətində  yarasa  tək  qaranlıqda  yaşamaqdan  imtina  edib  mərdanə  ölümə 

üstünlük verən sələflərimizin həqiqi əməlləri, şəxsiyyətləri uzun müddət  təhrif və 

yalan  kölgəsi  altında  gizlədildiyindən  həyatda  olduqları  tək  yox,  Sovet  rejimi 

qurucularının təsvirlərinə uyğun şəkildə təqdim edilmişdir. 

  Müəllif  kimi  mənim  başlıca  niyyətim  kölgədən  işığa  doğru  gedən  balaca 

bir cığır açmaqdan ibarət olmuşdur. Sizin rəyiniz bu məqsədə çatmaq üçün edilən 

cəhdin uğurunu müəyyən edən meyar olacaqdır. 



11 

 

I FƏSİL 



 

1930-cu il  

 

ÜSYANINA GEDƏN YOLLAR 

 

Şəki  XX  yüzilliyin  ilk  onilliklərində  sözün  həqiqi  mənasında  intibah 



dövrünü  yaşayırdı.  İqtisadiyyatının  aparıcı  sahəsi  olan  ipək    sənayesi  mövcud 

olduğu  müddət  ərzində  ən  böyük  tərəqqi  mərhələsinə  yüksəlmişdir.  İpək  istehsal 

edən fabriklərdə o dövr üçün ən müasir, ən mükəmməl avadanlıqlar tətbiq edilirdi. 

Çar  imperiyasında  ilk  dəfə  elektrik  enerjisindən  istifadə  etmək  yolu  ilə  barama 

açmaq  təcrübəsi  Şəki  sahibkarı  Salam  Lətifovun  zavodunda  həyata  keçirilmişdi. 

Şəki ipək sənayesində 1915-ci ildə 10 milyon manatlıq məhsul istehsal edilmişdir. 

Bu göstərici əsrin əvvəlləri ilə müqayisədə 5 dəfədən çox idi.

2

 



   İqtisadi  yüksəliş  zəncirvarı  qaydada  arxasınca  mənəvi  tərəqqi  gətirir, 

təhsilin, mədəniyyətin inkişafı üçün zəmin rolunu oynayırdı. 

  Xalqın  təhsilə  qovuşması,  dünyagörüşünün  artması  naminə  hər  cür 

fədakarlığa getməyə hazır olan, könül evini millət sevgisi ilə işıqlandıran insanların  

Axund  Fərəgullah  Pişnamazzadə,  Axund  Məhəmməd  Həsən  Mövlazadə,  Məşədi 

Abdullah  Qafarov,  Şirəli  bəy  Əmircanov  və  başqalarının  gərgin  səyləri  hesabına 

«Şəki şəhəri və qəza müsəlman əhalisi arasında savad yayan Nuxa cəmiyyəti» adlı 

xeyriyyə  təşkilatı  yarandı.  Bu  cəmiyyət  öz  məramından  irəli  gələn  vəzifələrin 

həyata keçirilməsində diqqətə layiq uğurlar əldə etdi. 

   Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  səbəb-nəticə  əlaqələrinin  ahəngdarlığı 

baxımından  iqtisadi  tərəqqi  və  mədəni  səviyyənin  yüksəlişi  milli  özünüdərk 

prosesinin inkişafına təkan verən mühüm amilə çevrilir. I Dünya savaşı ərəfəsində 

bu  qanuna  uyğunluq  Azərbaycanın  iqtisadi  və  mədəni  cəhətdən  inkişaf  etmiş 

bölgələrindən  olub  Şəkidə  də  özünü  büruzə  verirdi.  Milli  oyanışı  təsdiqləyən  ən 

mühüm  əlamət  əhalinin  öz  etnik  soy-kükünə,  Türkiyəyə  marağının  xeyli  artması 

idi.  Abdulla  Əfəndizadənin  1919-cu  ildə  Şəkinin  “Mədəniyyət”  mətbəəsində  çap 

olunmuş  “Ya  ölüm,  ya  Türkiyə”  kitabçasının  məzmununu  milli  şüurun  inkişafını 

təsdiq  edən  bariz  nümunədir.  Əsərin  mahiyyəti  müəllifin  «Böyük  Türkiyə  ilə 

birləşib  əzəmətli  və  elmi  səltənət  təşkil  etməklə  bərbad  ittihadi-millət  və 

ittihadlaşan  bizim  milli  əməllərimiz  çiçəklənə  biləсəkdir”

3

  -    fikrində  öz  əksini 



tapmışdır. 

  Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  Şəkili  sahibkar  Həsən  Mustafayevə 

məxsus olan bu mətbəə 1911-ci ildə işə başlamışdır. Həmin mətbəədə 1916-cı ildə 

Rəşid  bəy  Əfəndiyevin  «Saqqalı  kəraməti»  əsəri,  yenə  həmin  ildə  «Əsgəri 

                                                           

2

 



Mahmud İsmailov. «Şəki», Bakı, 1982, səh. 70

 

3



 

Abdulla Əfəndizadə. «Ya ölüm ya Türkiyə». «Şəki Mədəniyyət» mətbəəsi, 1919-cu il 



12 

 

Marşlar», 1918-ci ildə Rəcəb Əfəndizadənin «Türk qiraəti» dərsliyi, 1919-cu ildə 



«Nuxa Hürriyəti Maarif» kitabçası və Abdulla Əfəndizadənin yuxarıda adı çəkilən 

əsəri çap olunmuşdur. 

4

 

1913-cü  ilin  yazında  Şəkidə  Müsavat  Partiyasının  yerli  özəyi  yaradıldı. 



Özəyin təsis yığıncağında bəyan edildi ki, Müsavatın başlıca məqsədi milli mənafe 

uğrunda mübarizə aparmaqdır. 

   Qısa  bir  zaman  kəsiyi  ərzində  Müsavat  Partiyasının  Şəki  özəyinin 

üzvlərinin sayı 400 nəfərə çatdı. Hətta Şəki qəza polis idarəsinin rəisi Mürsəl bəy 

Həsən  bəy  oğlu  Sədraddinbəyov  da  onun  sıralarında  fəaliyyət  göstərirdi.  O, 

partiyaya  cəlb  etdiyi  polis  idarəsinin  əməkdaşları  Əhmədağa  Yusifbəyov  və 

Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl 

bəyin  qurduğu  təbliğat  sisteminin  təsir  dairəsi  Şəkinin  hüdudlarını  aşaraq  Qəbələ 

və  Ərəş  nahiyələrini  də  əhatə  edirdi.  O,  mütəmadi  olaraq  Bakı,  Gəncə  və  Tiflis 

şəhərlərində  olur,  F.X.Xoyski,  X.Xasməmmədov,  X.Məlikaslanovla  görüşərək 

müxtəlif xarakterli tapşırıq və məsləhətlər alırdı. 

  Məmmədəli  Xəlfəzadə  Müsavat  Partiyasının  Şəki  özəyinin  ilk  rəhbəri 

olmuşdur. Türkiyədə təhsil alması onun dünyagörüşünə əhəmiyyətli təsir etmişdir. 

Məmmədəli  Xəlfəzadə  Şəkinin  Küngüt,  Zəyzid,  Göynük  və  digər  kəndlərini 

gəzərək  Müsavat  ideyalarını  təbliğ  edir,  bu  partiyanın  guya  bəylərin,  varlıların 

partiyası olması haqqında təəssüratların yanlış olduğunu, xalqın bütün zümrələrinin 

mənafeyini qoruduğunu, milli birliyi təmin etməyə can atdığını təkidlə izah edirdi. 

«Türk  millətindənəm,  islam  hümmətindənəm,  qərb  mədəniyyətindənəm»  kəlamı 

onun dilinin əzbəri idi. 

  Milli  hökumət  qırmızı  ordunun  süngüləri  ilə  süquta  uğradıqdan  sonra 

M.Xəlfəzadə  özünü  cəmiyyətdən  təcrid  edib,  bir  növ  qaçaq  həyat  tərzi  keçirir. 

1925-ci ildə həbs olunur. Yüksək intellekt sahibi olması, bir neçə dili, o cümlədən 

rus dilini mükəmməl bilməsi Məmmədəli Xəlfəzadəni xilas edir. 

   O  bir  müddət  Maarif  komissarlığında  çalışır,  sonra  Sənaye  (Neftkimya) 

institutunda  pedaqoji  fəaliyyətini  davam  etdirir.  Məmmədəli  müəllim  ömrünün 

sonuna kimi bu institutda rus dili kafedrasına rəhbərlik etdi. 

Məmmədəli  Xəlfəzadənin  keşməkeşli  ömrü  1959-cu  ildə  başa  çatdı. 

İnsanlar  ürəklərində  gəzdirdikləri  Vətənlə  bağlı  arzularını  Müsavat  Partiyası 

tərəfindən  reallaşdırılacağına  inandıqlarından  ona  tapınırdılar,  onunla  nəfəs 

alırdılar.  Belə  isti  münasibətin  nəticəsi  idi  ki,  partiya  elin-obanın  məhəbbət  və 

qayğı orbitinin cazibə dairəsinə düşmüşdür. 

  İpək sənayesində çox böyük nüfuz yiyəsi olan fabrik sahibi Salam Lətifov 

(Törə  Salam),  zərgər  Usta  Əhməd  Usta  Əziz  oğlu,  İstanbulda  təhsil  almış  Vüsəl 

Əfəndi,  hüquqşünas  Mustafa  bəy  Əlibəyov,  Şəkinin  Hacı  Zeynalabdini  hesab 

                                                           

4

 Kərimov. Şəki keçmişdə və indi. «Şəki» mətbəəsi, 1927-ci il, Azərbaycan Yazıçılar birliyinin üzvü. 



Sabir Əfəndiyevin şəxsi arxivindən

 


13 

 

edilən  Hacı  Məmmədsadıx  Əliyev  və  onun  qardaşları  Müsavatın  yerli  özəyinə 



himayədarlıq edir, hər cür maddi və mənəvi yardım göstərirdilər. 

  Azərbaycanın  ictimai-siyasi  həyatında  Müsavat  partiyasının  aparıcı 

mövqeyə  malik  olması,  nüfuzunun  orta  xətlə  yüksəlməsi  Şəki  özəyinin  də 

tərəqqisinə  əhəmiyyətli  təsir  göstərirdi.  Burada  «Türk  federalistlər»,  «Əhrar», 

«Hümmət»,  «İttihadi-İslam»  partiyalarının  yerli  özəklərinin  üzvlərinin  bir  qismi 

Şəki müsavatçıları ilə birləşib vahid mövqedən çıxış edirdilər. 

   1917-ci  il  fevral  inqilabı  nəhəng  Rusiya  imperiyasında  mütləqiyyət  üsul 

idarəsinə  son  qoydu.  Müstəmləkə  əsarətinin  əzab-əziyyətlərini  yaşayan  digər 

xalqlar kimi Azərbaycan xalqı da mütləqiyyətin süqutunda öz nicatını görürdü. 

   Kerenski  hökumətinin  iş  başına  keçməsindən  az  sonra  Şəkinin  Hürriyyət 

meydanında  toplanan  əhali  qarşısında  Sultan  bəy  Əmircanovun  bəhs  etdiyi 

mətləblər də bunu təsdiq edir. Onun söylədiklərindən: «Həzərat! Bu gün inqilabdır. 

Biz bu vaxta qədər insan deyildik. Bugünkü inqilabın əli ilə bağışlanan insaniyyət 

libasını biz məmnuniyyətlə qəbul edib geyməliyiz. 

   Çar  hökuməti  bizi  oxumaqdan  məhrum  etmişdi.  Bu  gündən  etibarən  biz 

mədəni-maarif  sarayları  tikməli  və  onun  içində  tərbiyə  almalıyız.  Cəhalət 

xarabalarında  yatmaq  zamanı  keçdi.  İndi  Kerenski  hökuməti  başda  durur.  Bu 

hökumət çara bənzəmir. Bu hökumətin verdiyi qanunlar hamını razı salacaqdır»

5



Əlbəttə, Kerenski hökumətinin Rusiya imperiyası tərkibində olan xalqların 



maariflənməsinə münasibəti heç də çarizmin bu problemlə bağlı tutduğu mövqedən 

əsaslı dərəcədə fərqlənə bilməzdi.  

Əslində  Sultan  bəy  arzularını  həqiqət  kimi  təqdim  etməklə  gümanlarının 

illüziya  olduğunun  fərqinə  varmamışdır.  Lakin  hər  necə  olsa  da  çarizmin 

devrilməsindən sonra liberallaşma prosesi həyatın bütün sahələrində özünü büruzə 

verirdi. 

  Şəki  ziyalıları  qəzada  təhsilin  inkişafını  təmin  etmək  üçün  maarif 

cəmiyyəti  təsis  etmək  qərarına  gəlirlər.  Onlar  bu  niyyəti  o  zaman  müfti  ilə  birgə 

Şəkiyə gəlmiş Şeyxülislama  da bildirirlər. O bu təşəbbüsü alqışlayır və xeyir dua 

verir. 


   1917-ci  ilin  aprelində  Bakıda  keçirilən  Qafqaz  müsəlmanlarının  I 

qurultayında  Şəkidən  Şirəli  bəy  Əmircanov,  Mürsəl  bəy  Sədrəddinbəyov  və 

Qəbələni  təmsil  edən,  dövrün  tanınmış  coğrafiyaşünası  Əhməd  Əfəndi  iştirak 

edirdilər.  Türk  Federalistlər  partiyasının  yerli  özəyinə  rəhbərlik  edən  Şəki 

bələdiyyəsinin  sədri  Şirəli  bəy  dinləyiciləri  riqqətə  gətirən  bir  nitqlə  qurultay 

tribunasından çıxış etmişdir. 

   1917-ci ilin mart ayının axırlarında Şəki maarifpərvərlərinin təşəbbüsü ilə 

«Hürriyyəti  Maarif  Cəmiyyəti»  təsis  olundu.  Bu  cəmiyyət  Şəkidə  maarifin, 

                                                           

5

 



Ə.Kərimov. Şəki keçmişdə və indi. «Şəki» mətbəəsi, 1927-ci il 

 


14 

 

mədəniyyətin inkişafında  müstəsna rol oynadı. Yaşadıqları ömrün mənasını xalqa 



xidmət  etməkdə  görən insanların gördükləri işin  miqyası adamı heyrətləndirməyə 

bilmir. 


  «Hürriyyəti Maarif Cəmiyyəti» tərəfindən 60 nəfərə yaxın tələbənin təhsil 

aldığı  ibtidai  məktəb  müəllimi  hazırlayan  kurs  açıldı.  Kursda  yalnız  Şəki 

qəzasından deyil, Şamaxı, Qaryagin kimi uzaq bölgələrdən gələn tələbələr də təhsil 

alırdılar. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi. 

Zamanın  tələbatına  uyğun  olaraq  tələbələr  hərbi  təlim  də  keçirdilər.  Bunun  üçün 

kursa  zabit dəvət  olunmuşdu. Üç  aylıq təhsil prosesi başa  çatdıqdan sonra  uğurla 

imtahan  verən  35  nəfər  tələbəyə  diplom  təqdim  edildi.  Qısa  müddət  ərzində 

cəmiyyət  tərəfindən  qəzada  25  məktəb,  təhsildən  kənarda  qalan  200  nəfər  üçün 

Vətən  məktəbi  yaradıldı.  Tavanasız  ailədən  olan  uşaqların  pulsuz  paltarla,  dərs 

ləvazimatı  ilə  təchiz  edilməsi,  həmçinin  müəllimlərin  əmək  haqqının  ödənilməsi, 

Şəki qəzasında açılan qiraətxanalar, konsert və teatr truppalarının fəaliyyəti bütün 

bunlar Nuxa «Hürriyyəti Maarif Cəmiyyəti»nin adı ilə bağlı idi. 

  Cəmiyyətin  18  nəfər  fəxri  və  76  nəfər  həqiqi  üzvü  var  idi.  Nurməmməd 

Əfəndi cəmiyyətin fəxri sədri seçilmişdi. 

  Nuxa  «Hürriyyəti  Maarif  Cəmiyyəti»  öz  məramını  dolğun  şəkildə 

reallaşdırmaq üçün xeyli maliyyə vəsaiti sərf etmişdi. Maliyyə problemləri Şəkinin 

sahibkarları və ziyalıları tərəfindən şəxsi vəsaitlər hesabına həll edilirdi. O zaman 

çox  yüksək  dəyərə  malik  olan  manat  hesabı  ilə  Abdulla  Əbdürrəhmanzadə  300 

manat,  tacir  Cəfər  Əbdürrəhmanzadənin  oğulları  1000  manat,  Mustafa  Əlibəyov 

200 manat, Hacı Məmmədsadıq Əliyevin vəfatı ilə əlaqədar qardaşları ehsan olaraq 

200 manat, Süleyman Məmmədzadə, Həmid Qasımoğlu və doktor Əliabbas Əfəndi 

Qədimov hər biri 100 manat Hürriyyəti Maarif cəmiyyətinə yardım göstərmişlər.

6

 

  S.Şaumyanın Bakı Sovetini Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca 



mərkəzinə  və  istehkamına  çevirəcəyi  təhdidindən  irəli  gələn  faciəvi  nəticələr 

Şəkidə də özünü büruzə verdi. 

   1918-ci  ilin  martında  Şahmalıyev  soyadlı  bir  nəfər  Şəkiyə  gələrək  yeni 

hökumət quruculuğu barədə bir sıra təkliflərlə çıxış etdi. 

  Bu  təkliflər  şeyx  Əli  Salman  tərəfindən  təqdir  edildi.  Eyni  zamanda  o, 

Bakıdan Şəkiyə rəhbər işə göndərilən nümayəndənin artıq yolda olduğunu və onu 

qarşılamaq üçün Çapağan kəndinə yaxın olan yerdə pişvazına çıxmağı tövsiyə etdi. 

   Şəkidə  sənətkarlıqla  məşğul  olan  Movses  adlı  erməni  daha  da  irəli 

gedərək Əli Salmanın da hökumət nümayəndəsinin qarşılanma mərasimində iştirak 

etməsini  məsləhət  bildi.  Onun  rəyinə  görə  din  xadiminin  yerli  rəhbərliyə 

göndərilən  şəxsin  qarşılanmasında  iştirakı  şəkililərin  qurulan  hökumətə 

bəslədikləri hörmətin təzahürü kimi qəbul edilərdi. 

                                                           

6

 



“Nuxa Hüriyyəti Maarif Cəmiyyəti” kitabçasının tam mətni bu kitabın “Sənədlər” bölməsində verilir. 

 


15 

 

  Şəkiyə  rəhbər  işə  göndərilən  şəxs  isə  Şaumyanın  yaxın  adamı  Ter-



Qriqoryan  idi.  Onun  qısa  müddətli  hakimiyyəti  dövründə  qəzada  milli  zəmində 

toqquşmalar nəticəsində Şəkinin 20 kəndi viran edildi. 

  Qəzada əhalinin müsibətlərinə son qoymaq üçün qərara alındı ki, Gəncədə 

yerləşən milli hökumətə  müraciət edilsin. Ora  yollanan nümayəndə  heyətinə Şəki 

şəhər  bələdiyyəsinin  rəis  müavini  Mahmud  bəy  Fərzəlibəyov  rəhbərlik  edirdi. 

Lakin onlar Kiş çayı sahilində, bəndin yaxınlığında basqına məruz qaldılar.  

Mahmud  bəy  Fərzəlibəyov  və  Məşədi  Cabbar  Dadanovdan  başqa 

nümayəndə heyətinin üzvləri qətlə yetirildi.

7

 

  20-30-cu  illərdə  Sovet  hökumətinin  Şəkidə  törətdiyi  bütün  cinayət 



xarakterli əməllərdə əli olan  “ispolkom” Ələşrəf 1927-ci ildə Şəkidə çap etdirdiyi 

«Şəki  keçmişdə  və  indi»  kitabçasında  bu  hadisəni  başqa  variantda  təqdim  edir. 

Onun  yazdığına  görə  erməni  qoşununun  Gürcüstan  vasitəsilə  Şəkiyə  gələcəyi 

barədə şayiələr yayılır. Guya bu qüvvəni qarşılamaq üçün Haşım bəy Əmircanovun 

rəhbərliyi ilə nümayəndə heyəti göndərilir. Əvvəlcə nümayəndə heyətinə rəhbərlik 

üçün  Ədilxan  nəzərdə  tutulsa  da  sonra  Haşım  bəylə  əvəz  olunur.  Şəki  şəhər 

bələdiyyəsinin rəis müavini Mahmud bəy Fərzəlibəyov, Meşədi Cabbar Dadanov, 

erməni millətinin nümayəndələri Muxak Bayaxçı oğlu, Şaşa Məlik Allahverdov və 

iki nəfər  mühafiz  həmin heyətin tərkibində  idi.  Yuxarıda  deyildiyi kimi Mahmud 

Fərzəlibəyov  və  Məşədi  Cabbar  Dadanovdan  başqa  onların  hamısı  Kiş  çayı 

sahilində, bəndin yaxınlığında qətlə yetirildilər. 

  Tarixən  milli  təəssübkeşlik  əhval-ruhiyyəsi  ilə  köklənən  şəkililər 

istiqlaliyyət  dövründə  ümummilli  problemlərin  həllində  də  yaxından  iştirak 

edirdilər.  Daşnak  təcavüzünün  qarşısını  almaq  üçün  Şəkidən  Zəngəzura  400 

nəfərdən ibarət süvari hissə göndərilmişdir. Eyni zamanda Zəngəzurun dağıdılmış 

kəndlərindən qaçqın düşmüş 5000 adam qəzada yerləşdirilmişdi. 

8

 

1919-cu  il  may  ayının  28-də  Şəki  Bayram  ovqatında  idi.  İstiqlaliyyətin 



birinci  ildönümü  qeyd  olunurdu.  Küçələrə  qələbəlik,  insanların  simasına  sevinc 

ifadəsi,  qəlblərinə  isə  müstəqilliyin  ilk  ilinin  gətirdiyi  fərəhli  yekunlardan  irəli 

gələn milli qürur hissi hakim kəsilmişdi. 

  Həmin  gün şəhərin  müxtəlif yerlərində  yarmarkalar təşkil edilmişdi. Xalq 

üçlüyünün  ifasında  səslənən  muğamlar,  mahnılar  qara  zurnanın  hay-harayına 

qovuşaraq  qəribə  bir  ahəngdarlıq  yaratmışdı.  Xan  sarayını  əhatə  edən  qala 

divarlarının  önündə  müsavatçı  çavuş  Əhmədağa  Yusifbəyovun  qəbul  etdiyi  hərbi 

rəsmi-keçid  bayram  şənliklərinə  xüsusi  təntənə  gətirdi.  Cümhuriyyətin  nazirlər 

kabinetinin  sədri  Nəsib  bəy  Yusifbəyovun  xalqa  ünvanlanan  nikbin  məzmunlu 

müraciəti oxunduqdan sonra camaatın əhval-ruhiyyəsi daha da yüksəldi. 

                                                           

7

 Əfəndiyev. Şəki Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti illərində. Şəki, 2003, səh. 6 



8

 

V.Çıraqzadə. İstiqlal yollarında. Azərnəşr, Bakı, 1992, səh. 58 



 

16 

 

  Bəli,  müstəmləkə  əsarəti  adlı  hərarətli  vəziyyətdən  xilas  olmuş  xalq  ürək 



dolusu sevinir, həyatın bütün sahələrini əhatə edən geniş quruculuq işləri aparırdı. 

   Həm  də  dövlət  quruculuğu  daşnak  təcavüzünün  gətirdiyi  çətinliklər,  öz 

varlığını  işğallardan  kənarda  təsəvvür  etməyən  «şimal  ayısının  təhdidləri  və 

nəhayət  daxili  satqınların  fitnə-fəsadları  şəraitində  gedirdi.  Bolşevik  mərəzinə 

yoluxmuş məhdud bir zümrə adamları kommunistlərin sıralarına cəlb etmək üçün 

ərzaq paylamağa qədər müxtəlif vasitələrə əl atırdılar. Partiyaya daxil olan hər bir 

Şəkili 3 kq mampası konfeti və 2 qutu çayla mükafatlandırılırdı. 

   Şəkidə  milli  hakimiyyətin  nüfuzdan  salınmasına  xidmət  edən  təbliğatın, 

fəhlələri  tətillərə  sövq  edən  çağırışların  və  digər  təxribat  xarakterli  əməllərin 

törədilməsində  Abid  Əfəndiyev,  Məmmədəmin  Şəkinski  və  Mustafa  Quliyev 

aparıcı  rol  oynayırdılar.  Bu  bolşeviklər  siyasi  xarakterli  aksiyaların 

hazırlanmasında  və  həyata  keçirilməsində  xüsusi  səriştəyə  malik  olan  peşəkarlar 

idi. 

  Məsələ  burasındadır  ki,  Abid  Əfəndiyev  və  Məmmədəmin  Şəkinski  Orta 



Asiyada,  Mustafa  Quliyev  isə  Kiyevdə  bir  müddət  bolşevik  təbliğatının  təşkili 

prosesində  iştirak  etmişdilər.  Hətta,  M.  Şəkinski  «Hümmət»  bolşevik  təşkilatının 

Aşqabad komitəsinin məsul katibi kimi fəaliyyət göstərmişdi. Onlar «Hümmət»in 

qərarına əsasən inqilabi iş aparmaq üçün Azərbaycana gəlmişdilər. 

  Ukraynadan  Azərbaycana  dəvət  edilmiş,  Bakıda,  Lənkəranda  daha  sonra 

Şəkidə  milli  hökumətə  qarşı  mübarizə  aparmış  M.Quliyev  Azərbaycanda  sovet 

hökuməti  qurulduqdan  sonra  maarif  komissarı  vəzifəsinədək  yüksəlmişdir.  Lakin 

milli hökumətə qarşı bolşevizmin təntənəsi naminə mübarizə aparan bu bolşevik də 

digərləri kimi kütləvi repressiyanın şahə qalxdığı dövrdə xalq düşməni kimi «ifşa» 

olundu. 


O,  Azərbaycan  SSR  Xalq  Daxili  işlər  Komissarlığının  təqdimatına  əsasən 

1937-ci  il  iyulun  5-də  Odessa  şəhərində  həbs  edilərək  Bakıya  göndərildi. 

M.Quliyevə qarşı irəli sürülən ittihamnamədə bildirilirdi ki, 1924-cü ildən bolşevik 

partiyasının  baş  xəttinə  qarşı  çıxışlara  başlamış,  1926-cı  ildə  Xalq  Maarif 

Komissarı  işləyərkən  millətçi  ittihad  təşkilatına  rəhbərlik  etmiş  və  şəxsən  həmin 

təşkilatın Şəkidəki özəyini yaratmışdır. Daha sonra qeyd olunurdu ki, o, Moskvada 

yaşayarkən  Ə.Qarayevlə  əlaqəyə  girərək  onun  rəhbərliyi  altında  əksinqilabı 

fəaliyyətini  davam  etdirmişdir.  Qazaxıstanda  yaşadığı  dövrdə  də  eyni  məzmunlu 

siyasi  fəaliyyət  göstərmişdir.  M.Quliyevin  əsas  məqsədi  silahlı  yolla  SSRİ-dən 

ayırmaq olmuşdur. Əlbəttə bütün bunlar cəfəngiyatdan başqa bir şey deyildi. Milli 

hökumətə qarşı güzəştsiz mübarizə aparan bir şəxs belə niyyətlərdən çox-çox uzaq 

olmuşdur. O, sadəcə olaraq, nədənsə M.C.Bağırovun qəzəbinə tuş gəlmişdir.  

  Mustafa Quliyev 1938-ci il iyul ayının 3-də SSRİ Ali Məhkəməsinin Hərbi 

kollegiyasının qərarı ilə güllələndi. 

  Azərbaycanda  Sovet  hökuməti  qurulduqdan  sonra  əvvəllər  müxtəlif 

vasitələrlə kommunist bolşeviklər partiyasının sıralarına cəlb edilmiş adamların bir 



17 

 

çoxundan  imtina  edildi.  1920-ci  il  oktyabr  ayının  31-nə  olan  məlumata  görə 



qeydiyyata  götürülmüş  350  bolşevikdən  yalnız  53  nəfəri  partiya  sıralarında 

qalmışdı.

9

 

  Camaatın  böyük  əksəriyyəti  isə  ümumi  rifah  cəmiyyəti  quruculuğu  üçün 



dövlət müstəqilliyinin qorunub saxlanılmasının zərurətini, istiqlaliyyətdən kənarda 

milli tərəqqinin mümkün olmadığını dərk edirdi. 

  Təəssüflər olsun ki, istiqlaliyyətimizin ömrü şirin röya kimi çox qısa oldu. 

   1920-ci  ilin  aprelində  ac,  çılpaq,  böyük  qənimətlərlə  şirnikləndirilmiş 

əsgərlərdən  ibarət  olan  11-ci  bolşevik  ordusu  çiçəklənən  Azərbaycanın  üzərinə 

yeridi.  Avantürist  xarakterli  ideyalarla  qızışdırılmış,  hər  cür  qanlı  əməllər 

törətməyə psixoloji baxımdan hazır olan bu ordunun ayrı-ayrı hissələri may ayının 

1-də  Bakıdan  Şəkiyə  doğru  istiqamət  götürdü.  Artıq  mayın  4-də  Şəki  onların 

pəncərəsində idi. 

  Xalq  qısa  müddətdən  sonra  insan  həyatının  bütün  sahələrini  öz  nəzarəti 

altına  almağa  səy  göstərən,  hər  şeyi,  hətta  insan  düşüncəsini,  öz  iradəsinə  tabe 

etdirməyə  can  atan  amansız  rejimin  zülmü  altında  inləməyə  başladı.  Bətnində 

kabus  mahiyyəti  gəzdirən  bolşevik  rejimi  istibdada  qarşı  azacıq  etiraz  səsini 

ucaldanların  hamısını  məhv  edirdi.  Azərbaycanda  Sovet  hakimiyyətinin 

mövcudluğunun ilk 9-10 ayı ərzində 50 min insan qətlə yetirildi. 

   1921-ci  ildə  Şəki  kəndlərindəki  vəziyyətdən  bəhs  edən  «Qafqaz» 

kommunası  qəzeti»  yazırdı.  «Nuxa  Qəza  revkomun  sədri  Abid  Əfəndiyev  və 

kommunist firqəsinin idarə heyətinin üzvü Əbdülrəşid İnçə-Zunut, Aşağı Göynük, 

Baş  Göynük,  Aşağı  Layskı  kəndlərində  olarkən  əhali  şikayətlənib  bildirmişdi  ki, 

sizin  dediyinizə  görə  Qızıl  Ordu  nümayəndələrinin  vəzifəsi  füqarə  hökumətinin 

müdafiəsidir. Fəqət onlar əhalidən zor və hədə ilə qoşqu heyvanı, araba, ərzaq alır, 

nalayiq hərəkətlər edirlər.

10

 

  Azərbaycanda bolşevik rejiminin bərqərar olduğu dövr istiqlalçı zümrənin 



taleyində ağır faciələrlə əks olundu. XX əsrin inkvizitorları missiyasında çıxış edən 

«troyka»  üzvləri,  НКВД  və  ГПУ  cəlladları  istiqlal  məfkurəsinin  daşıyıcılarını 

kütləvi  şəkildə  məhv  etməklə  xalqı  bu  məfkurədən  imtina  etmək  həddinə  qədər 

kiçiltmək  niyyətinə  düşmüşdülər.  Onların  azğınlığından  törənən  fəallar  nə  qədər 

ocağı kor qoydu. 

  Kərimuşaqlarının  taleyi  həmin  qan  qoxulu  zamanın  məğzini  anlamaq 

baxımından olduqca səciyyəvidir. Onların nümayəndəsi Mustafa Qasım oğlu 1920-

ci  ildə  bolşeviklər  tərəfindən  güllələndi.  Mustafanın  yeganə  günahı  Müsavat 

                                                           

9

 



«Şəki əxbarı» qəzeti, № 7,1921-ci il 

10

 



«Qafqaz Kommunası» qəzeti, 9 fevral, 1921-ci il 

 


18 

 

partiyasına  mənsubluğu  və  istiqlaliyyət  dövründə  vəzifə  sahibi  kimi  Milli  dövlət 



quruculuğunda fəal iştirak etməsi olmuşdur. 

  Kərimuşaqlarının  digər  nümayəndəsi  Şabəddin  (Bucu)  Salam  oğlu  elə 

həmin ildə Qanlı Qobu deyilən yerdə cəza dəstəsi ilə döyüşdə həlak oldu. 

  Bu  nəslə  mənsub  olan  Hacı  Salam  oğlu,  Mirzəmməd  Qasım  oğlu  və 

Əmirəhməd Qasım oğlu isə 1930-cu il üsyanında iştirakda ittiham olunaraq məhv 

edildilər. 

  Eyni taleyi Hacı Göyüşuşaqları da yaşamalı oldular. Bu nəslə mənsub olan 

İsfəndiyar  və  Bəxtiyar  Türkiyədə  hərbi  kolleci  bitirmişdilər.  İsfəndiyar  Müsavat 

partiyasının üzvü olub. Yeri gəlmişkən bildirək ki, xala-oğlanları olan İsfəndiyarla 

Bəxtiyarın  analarının  əmisi  oğlu  Yusif  Şəkidə  Müsavatın  yerli  özəyinin 

yaradılmasında  fəal  rol  oynamışdır.  İsfəndiyar  Şəkidən  Zəngəzura  göndərilən 

süvari hissənin tərkibində Andranikin quldur dəstələrinə qarşı igidliklə döyüşmüş, 

30 kəndin azad olunmasında iştirak etmişdir. 

İsfəndiyar pantürkist ittihamına tuş gələrək 1923-cü ildə güllələndi. 

  Hacı  Göyüşuşaqları  ilə  qohum  olan  Əbdülrəhman  Məhəmməd  oğlu  da 

Şəki  üsyanının  iştirakçısı  olub.  Onu  1930-cu  il  may  ayının  28-də  həbs  etdilər. 

Əbdülrəhmanı  ələ  keçirmək  üçün  gələn  cəza  dəstəsinə  müqavimət  göstərilməsi 

bütün ailənin məhvi ilə nəticələnə bilərdi. Bu dəhşətli faciəyə yol verməmək üçün 

Əbdülrəhmanın  anası  Zəbirə  ona  məxsus  olan  silahı  könüllü  təhvil  verir, 

Əbdülrəhman isə müqavimətsiz təslim olur. Bu azadlıq mücahidi 1930-cu il iyunun 

9-da  güllələndi.  Əbdülrəhmanın  qayınları  Əbdülrəşid  və  Əyyub  da  iman  və  əqidə 

uğrunda  döyüşənlərin  ön  cərgəsində  olublar.  Üsyan  hərəkatı  amansızcasına 

yatırıldıqdan  sonra  onlar  sağ-salamat  qalmış  digər  üsyançılarla  birlikdə  dağlara 

çəkilib məşəqqətli qaçaq həyatına sinə gərməli oldular. 

  Əbdülrəşid  1934-cü  ildə  həlak  oldu.  Əyyub  isə  məşhur  qaçaqlar  Gəncəli 

Dəli  Alı  və  samuxlu  Məmmədqasımla  çiyin-çiyinə  dayanaraq  bolşevik  zülmünə 

qarşı mübarizəni bir müddət də davam etdirdi. Onun ömrü l936-cı ildə qırıldı. 

   Klassik  Aşıq  şerinin  görkəmli  nümayəndəsi  Molla  Cüma  soyğunçuluq 

məqsədilə onun evinə soxulmuş və ailə şərəfini təhqir etmiş 11-ci ordu əsgərlərinin 

bu bəd əməllərinin qarşısını almaq istərkən öldürüldü. 

  Qarlı, şaxtalı Sibirə sürgün edilmiş və bir daha geri dönməmiş Cavad adlı 

sərracın yeganə günahı rəhbərin şəkili olan qəzetə əlinin silməsi olmuşdu. Onun 9 

nəfərdən  ibarət  olan  ailəsi  evə  qazanc  gətirən  yeganə  şəxsi  itirdiyindən  acından 

məhv oldu. 

  Yeni  üsul-idarə  ilə  barışmaq  istəməyərək  dağda-daşda  özünə  sığınacaq 

tapan adamları məhv etmək adı ilə 18-ci süvari hissənin əsgərlərinin əhaliyə qarşı 

törətdiyi vəhşiliklər xüsusən dözülməz idi.  Bütövlükdə XI ordunun Azərbaycanda 

etdiyi  cinayətlər  haqqında  ölkəmizin  Moskvadakı  səlahiyyətli  müvəkkili  Behbud 

Şaxtaxtinski  V.İ.  Leninə  bildirmişdi:  “Qızıl  Ordu  əvvəlcə  özünü  yaxşı  aparırdı, 


19 

 

indi isə özünü irticaçı kimi göstərir. Yerlərdən sarsıdıcı məlumatlar alınır. İş o yerə 



gəlib ki, qızlar və qadınlar açıq şəkildə zorlanır”.

11

 



  Bolşevik terrorunun diqqət çəkən cəhətlərindən biri də bu idi ki, bütün kin 

və  qəzəbini  zəkalı,  ağıllı  adamların  üzərinə  yönəltmişdir.  Çünki  kommunist 

çinovniklər ağılın hər şeyə nüfuz etmək qabiliyyətinə, deməli həm də istismarçılara 

qarşı  mübarizə  şüarı  altında  törədilən  cinayətlərin  mahiyyətini  dərk  etmək 

imkanına malik olduğunu yaxşı bilirdilər. 

  Ölümünə  fərman  verilən  belə  insanlardan  biri  də  Axund  Fərəcullah 

Pişnamazzadə  idi.  Bu  həmin  Pişnamazzadədir  ki,  N.Nərimanova  öz  siyasi 

baxışlarına bir daha nəzər yetirməyi tövsiyə etmiş, iti zəkası, istedadı Mirzə Cəlil, 

Ömər  Faiq  Nemanzadə  tərəfindən  yüksək  qiymətləndirilmişdir.  O,  L.N.Tolstoyla 

məktublaşma  vasitəsi ilə  dinin insan  mənəviyyatına təsiri  barədə  fikir  mübadiləsi 

aparmış və mülahizələri ilə böyük yazıçının rəğbətini qazanmışdı. 

  İstiqlaliyyət  dövründə  Şəkidə  cəmiyyət  içərisinə  ziddiyyət  toxumu  səpib 

qarşıdurma  yaratmaq  və  bundan  hökuməti  nüfuzdan  salmaq,  onun  milli  birliyə 

istinad  edən  əsaslarını  sarsıtmaq  istəyən  qüvvələr  var  idi.  Onlar  məqsədlərinə 

çatmaq  üçün  təriqətlər  arasına  nifaq  toxumu  səpməkdən  belə  çəkinmirdilər.  Bu 

sayaq  təhlükəli  əməllərin  qarşısını  almaq  üçün  A.F.Pişnamazzadə  yalnız  təbliğat 

aparmaqla  kifayətlənmir,  dini  icma  başçısı  kimi  digər  icma  rəhbəri,  öz  mütərəqqi 

baxışlarına  görə  yalnız  Şəkidə  deyil,  bütün  Azərbaycanda  tanınan  Nurməmməd 

Əfəndi ilə dostluq əlaqəsi saxlayırdı.  

   Nurməmməd Əfəndi varlığından axan nur seli ətrafa işıq saçaraq cəhalətin 

kölgə saldığı məkanı daraldır, pas atmış ürəkləri, kiflənmiş qafaları təmizləyirdi. O 

həm  də  elm,  maarif  vurğunu  idi.  Nurməmməd  Əfəndi  tərəfindən  «Əfqanıstan 

tarixi»  əsərinin  fars  dilindən  Azərbaycan  türkcəsinə  tərcümə  edilməsi  onun  elmi 

xarakterli fəaliyyətinin, maraq dairəsinin geniş miqyasından xəbər verirdi. 

   Onları  bir-birinə  bağlayan  əsas  tel  xalq,  vətən  sevgisindən  qaynaqlanan 

əqidə dostluğu idi. Qəlblərində tarın sevgisi gəzdirən bu din xadimlərinin istək və 

hörmət  üzərində  qurulan  dostluq  münasibətləri  insanlara  xoş  ovqat  bəxş  edir, 

nümunə təsiri göstərirdi. 

   A.F.Pişnamazzadə  bir  dəfə  Cümə  Məscidində  öz  əmmaməsini 

Nurməmməd  Əfəndinin  başına,  onun  əmmaməsini  isə  öz  başına  qoyaraq 

möminlərin təəccüblü baxışları altında elan etdi ki, bu andan etibarən mən qonşu 

dini  icmaya  mənsub  cavanların,  Nurməmməd  Əfəndi  isə  bizim  icmanın 

cavanlarının kəbinlərini kəsəcəkdir.

12

   



Beləliklə,  bu  müdrik  insan  öz  əməli  fəaliyyəti  ilə  böyük  öndər 

M.Ə.Rəsulzadənin  daim  diqqət  mərkəzində  saxladığı  və  milli  problemlərin  həlli 

                                                           

11

 



B.Rəfiyev. Aysberqin sualtı hissəsi. Bakı, 1995, səh. 14

 

12



 

Teymur Xəlilovun Şəki qaçaqları. “Böyük məhəbbət” oçerkinə istinad edilmişdir. 

 


20 

 

üçün  ciddi  əhəmiyyət  verdiyi  milli  təsanüd  (milli  həmrəylik)  siyasətini  həyata 



keçirirdi. 

  Belə  işıqlı  zəka  sahibi  bolşevik  istibdadın  yaratdığı  zorakılıq  mühitində 

psixoloji  sıxıntı  içərisində  yaşamışdır.  Onu  qətlə  yetirmək  üçün  siyasi  idarəyə 

aparmış,  lakin  N.Nərimanovun  müdaxiləsi  və  belə  cinayətin  baş  verdiyi  təqdirdə 

xalq  qəzəbinin  labüd  olacağının  dərk  edilməsi  rejim  nökərlərini  bu  əməldən 

çəkindirmişdir. 

  Bəli,  Şəkinin  müdrik  ağsaqqallı  Axund  Fərəcullah  Pişnamazzadənin 

Zaqatala-Nuxa qəza İnqilab komitəsinin sədri Abid Əfəndiyevın və xüsusi şöbənin 

rəisi  K.F.Qonkinin  qanlı  pəncələrindən  xilas  olmasında  N.Nərimanov  önəmli  rol 

oynadı. Bu fakt bir daha N.Nərimanovun siyasi fəaliyyətindəki ziddiyyətləri, həm 

də heç bir məntiqlə, əqli mühakimə ilə izahı mümkün olmayan ziddiyyətləri təsdiq 

edir.  Məntiqsizlik  nədədir?  Bir  tərəfdən  Azərbaycan  istiqlalının  qəbir  qazanı 

rolunda çıxış etməsi, digər tərəfdən dövlət müstəqilliyinin itirilməsindən irəli gələn 

faciələrin qarşısını almaq niyyətinə düşməsindədir. Bır tərəfdən 1920-ci ilin aprel-

avqust  ayları  ərzində  48  min  insanı  qətlə  yetirmiş  qanlı  ordunun  rəhbəri 

M.Q.Yefremova qəbzəsində «Mixail Qriqoryeviç Yefremova, Azərb.SSR fəhlə və 

kəndliləri  adından  Bakı  şəhərinin  fədakarcasına  tutulmasına,  Yefremov  yoldaşın 

Azərbaycan  Burjua  Müsavat  hökumətinin  ürəyinə  vurduğu  ölümcül  ildırım 

zərbəsinə  görə  «qeydi  yazılmış  qılınc  bağışlanması  üçün  Azrevkomun  sədri  kimi 

dekret  imzalanması,  digər  tərəfdən  ayrı-ayrı  şəxsləri  qanlı  qırğından  xilas  etmək 

üçün etdiyi səylərdədir. 

  20-ci illərdə istehsal və ticarət üzərində dövlət inhisarını təmin etmək üçün 

yeridilən  iqtisadi  siyasət  qədim  ənənələrə  malik  olan  Şəki  sənətkarlığının  və 

sərbəst ticarətin tənəzzülünə səbəb oldu. 

  Bir  qrup  dabbağ  -    Ələkbər  Hacı  Mustafa  oğlu,  İdris  Hacı  Salam  oğlu, 

Qurban  Abdulla  oğlu,  Həsən  İlyas  oğlu,  Hüseyn  Salam  oğlu,  Rəsul  Məhərrəm 

oğlu,  İsmayıl  Cəfər  oğlu,  Nəsrulla  Lətif  oğlu,  Qurban  Abdulla  oğlu,  Həsən  İlyas 

oğlu, Hüseyn Salam oğlu, Abbas Cəfər oğlu tərəfindən Xalq Komissarlar Sovetinin 

sədrinə  ünvanlanan  ərizə  sənətkarlara  düşdüyü  acınacaqlı  vəziyyətin  əks 

etdirilməsi baxımından, ümumiyyətlə kurslar istehsala qarşı hakimiyyətin yetirdiyi 

mürtəce  siyasətin  mahiyyətini  anlamaq  nöqteyi-nəzərdən  mühüm  əhəmiyyət  kəsb 

edir. Ərizəni üslubuna toxunmadan diqqətinizə çatdırırıq: «Biz kustar dabbağlarıq. 

Bu sənəti ata-babalarımızdan  almışıq. Başqa  sənətimiz  yoxdur. Azərbaycan  sənət 

birliyi dabbağları öz  şəbəkəsinə  birləşdirmək, artel  yaratmaq qərarı qəbul etdikdə 

biz həvəslə artelə yazılmaq üçün ərizə verdik. 200 nəfər dabbağdan 69 nəfəri qəbul 

edildi.  Bizi  Azərbaycan  sənət  birliyi  xammalla  təchiz  edə  bilmir.  Şəhər  Maliyyə 

şöbəsindən  vəsiqəmiz  var.  Bizi  gizli  iş  görməkdə  ittiham  etmək  olmaz.  Əgər 

maliyyə  şöbəsi  bizi  əvvəldən  xəbərdar  etsəydi  aclığı  katorqa  əməyindən  üstün 



21 

 

tutardıq»



13

. Bolşevik çinovniklərinin xalqın həyat tərzinə, əxlaqi etnik baxışlarına 

zidd əməlləri quruluşun elə ilk  mərhələdə  çat  verməsinə,  xalq nifrətinin  hədəfinə 

çevrilməsinə səbəb olmuşdur. Üzdən iraq «füqarə hökuməti»nin fırıldaq əməlləri o 

həddə  çatmışdı  ki,  dövlət  mətbuat  orqanı  olan  «Nuxa  fəhləsi»  qəzeti  belə 

əməllərdən  bəhs  etmək  zərurəti  qarşısında  qalmışdı.  Həmin  qəzetdə  dərc  olunan 

yazılardan  birində  Göynük  kooperativinin  sədri  Əhməd  Səfəralının  Məhəmməd 

Quluzadə  adlı şəxsdən təhvil  aldığı 527 kq çəltiyi  saxtakarlıqla  azaldaraq 227 kq 

miqdarında  qeyd  etməsi,  7  manatlıq  şab  20  manata  satması,  iri  məmurların  təsiri 

altına  düşərək  onların  şəxsi  maraqlarına  xidmət  edən  bütün  tapşırıqlarını  yerinə 

yetirməyə hazır olması barədə məlumat verilir.

14

 



  Başqa bir yazıda isə qeyd olunur ki, rayonun məsul işçiləri hər gün birinin 

evində plov yedikləri halda fəhlələr 2 saat növbədə dayandıqdan sonra xəmir kimi 

çörək alıb yeyirlər.

15

 



  Sovet  hökumətinin  fərdi  kəndli  təsərrüfatlarına  qarşı  tətbiq  etdiyi  ağır 

vergi sistemi 20-ci illərin ortalarında həmin təsərrüfatları iflas həddinə çatdırmışdı. 

Qolçomaq  təsərrüfatı  adlandırılan  varlı  kəndli  təsərrüfatları  bütün  təsərrüfatların 

cəmi 3 faizini təşkil etdiyi halda kənd təsərrüfatından alınan vergilərin 50% onların 

üzərinə düşürdü. 

16

 



  Fərdiyyətçilərə  qarşı  yol  verilən  ədalətsizliklərin  AK(b)P  Zaqatala-Nuxa 

Dairə  komitəsi  tərəfindən  etiraf  olunması  törədilən  qanunsuzluqların  geniş 

miqyasından  xəbər  verir:  «Kənd  təsərrüfatı  vergisinin  bir  növü  əvəzinə  faktiki 

olaraq 12 və daha artıq müxtəlif növü toplanılırdı. Kəndlilərin yanlış olaraq seçki 

hüququndan  məhrum  edilməsi,  qısa  müddətli  borcların  vaxtından  əvvəl  məcburi 

yığılması,  ipək  sənayesi  üçün  tədarük  olunan  çiy  baramadan  şahad  toplanması 

zamanı əyinti hallarına yol verilmişdir»

17

 



  Bolşevik  rejiminin  fərdiyyətçilərə  mənfi  münasibəti  onlara  qarşı  tətbiq 

olunan  təcrid  etmə  siyasətində  də  öz  əksini  tapmışdır.  Həmin  siyasətin  təzahür 

formalarından biri kəndlilərin şəhərdə istehsal edilən sənaye və ərzaq məhsulları ilə 

olduqca məhdud miqdarda təmin edilməsi idi. Bu barədə kəndlilər şikayətlənərək 

deyirdilər: «Madam ki, fəhlə-kəndli ittifaqından söhbət gedir, onda ayrı-seçkilik nə 

üçündür? Nə  üçün  fəhlələr qənd, çay  və  digər ərzaq, sənaye  məhsulları ilə  təmin 

olunmaqda imtiyazlara malikdirlər?»

18



                                                           

13

 



Şəki arxivi. Əsas fond 13, saxlama vahidi 13 

14

 



«Nuxa fəhləsi» qəzeti, 2 noyabr 1930-cu il 

15

 



«Nuxa fəhləsi» qəzeti, 2 noyabr 1930-cu il 

 

16



 

Cəmil Həsənov, Ağ ləkələrin qara kölgəsi, səh. 103 

 

17

 Baş arxivlər idarəsi. f. 225, s. 1, iş 56, v. 38-47 



18

 Baş arxivlər idarəsi. f. 225, s. 1, iş 56, v. 38-47 



22 

 

   Ateizm  bolşevik  ideologiyasının  əsas  elementlərindən  biri  idi.  Məhz  bu 



səbəbdən də dinə aid nə varsa Sovet hakimiyyətinin patoloji nifrətinə hədəf olmuş, 

total zorakılığa məruz qalmışdır. 

  Bu barədə mərhum Əbdürrəhman Abdullayevin qeydləri diqqəti cəlb edir: 

«20-ci  illərin  sonunda  Şəkidə  məhəllə  məscidlərinin  mollaları  İstanbul,  Bağdad, 

Tehran,  Qahirə  darülfünunun  ilahiyyat  fakültələrini  bitirmiş  ruhanilər  Sovet 

hakimiyyətinin  düşməni  hesab  edildilər.  İnqilabdan  qabaq  Məkkə,  Kərbəla, 

Məşhəd  ziyarətlərinə  gedib  hacı,  məşədi,  kərbəlayı  ləqəbi  daşıyanlarda  da,  ərəb, 

fars dilini bilən, Quran oxuyan namaz qılan, oruc tutanlar da bu siyahıya salındılar. 

Məscidlər  bağlandı,  xalqın  məscidlərə  verdiyi  minlərlə  xalı-xalça  müsadirə 

edilərək kimlərəsə verildi. 

   Məscidlərin  minarələri  söküldü,  hündürlüyü  100  metrə,  eni  23  metrə 

qədər  olan  qocaman  (200-300  illik)  şabalıd  ağacları  kəsildi,  qədim 

qəbiristanlıqların ağacları qırıldı».

19

 



  Sovet  hakimiyyətinin  dinə  qarşı  zorakılığı  bütövlükdə  insanlığa  qarşı, 

insanın könül evinin ən dərin guşələrinə nüfuz edən ilahi nura qarşı, insanda ülvi, 

munis, qüdsi nə varsa hamısına qarşı yönəlmişdi. Bolşevik rejiminin dini dəyərlərə 

qarşı  tutduğu  asi  mövqe  üsyan  ərəfəsində  Şəkidə  mənəvi-psixoloji  vəziyyəti 

olduqca  gərginləşdirmişdi.  Kolxoz  fəalları,  «Mübariz  Allahsızlar  Cəmiyyəti»nin 

üzvləri  «düşmən  ünsürlərlə»  mübarizə  şüarı  altında  xalqın  mənəvi  həyatına  qarşı 

zorakılığı  gündəlik  davranış  normasına  çevirmişdilər.  İş  o  yerə  gəlib  çatmışdı  ki, 

onlar  ağzı  oruclu  adamları  küçədə  yaxalayaraq  oruclarını  pozur,  öyrədilmiş  kənd 

sovetlərinin sədrləri səmaya atəş açaraq guya ilahi varlığa meydan oxumağa qabil 

olduqlarını nümayiş etdirirdilər. 

  Törədilən rəzalətlər heç də təsadüfi olmayıb bolşevik ideologiyasının ifrat 

ateizm  prinsipindən  qaynaqlanırdı.  Həmin  ideologiyanın  yaradıcısı  V.İ.Lenin 

M.Qorkiyə yazdığı məktubda bildirirdi: 

  «Allah ideyasını indi Avropada da, Rusiyada da hər cür, hətta ən incə, ən 

xoş niyyət şəklində  müdafiə  etmək və  ya ona bəraət qazandırmaq, irticaya  bəraət 

qazandırmaq, deməkdir”.

20

 

Əsrlər boyu yaradılan möhtəşəm memarlıq abidələri, ecazkar bədii əsərlər, 



böyük  elmi  kəşflər  insan  qəlbinə  və  zəkasına  düşən  ilahi  işığın  nəticəsində 

mümkün  olmuşdur.  Allaha  inamı  irtica  ilə  eyniləşdirmək  mənəvi  şikəstliyin 

əlamətidir. Necə  olmuşdur  ki, insan adlanan  məxluq rəzalət  girdabının belə  dərin 

qatlarına enə bilmişdir. 

                                                           

19

 



«Kommunist» qəzeti, 15 avqust 1989-cu il

 

20



 

V.İ.Lenin. Ədəbiyyat haqqında. Bakı, "Yazıçı" nəşriyyatı, 1979, səh. 130 

 


23 

 

  Deməli  1930-cu  ildə  Şəkidə  baş  vermiş  üsyan  yalnız  iqtisadi  və  siyasi 



hüquqsuzluğa  qarşı  deyil,  həm  də  əsasında  allahsızlıq  dayanan  mənəviyyatsızlığa 

qarşı yüksələn etiraz hərəkatı idi. 



24 

 

 



 

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə