Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 398.65 Kb.
səhifə1/4
tarix26.07.2017
ölçüsü398.65 Kb.
  1   2   3   4
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Vətənimizin gözəl diyarı-Şəki

(ölkəşünaslığa dair metodik tövsiyə)



Şəki-2015
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Məhyəddinova Gülər - MKS-nin Metodika və biblioqrafiya şöbəsinin baş kitabxanaçısı.

“Gələcəyimiz milli ruhda tərbiyə olunmalıdır, gənclərimiz tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”

Ümummilli lider Heydər Əliyev

Azərbaycan...

Üzərindən sevənlərin duaları kəsilməyən sevda məkanım...

Torpağına rəhmət yağışı, hikmət şehi düşən canım məmləkətim...

Qədim-cavan-gələcəkli, dünya xəritəsinin qiymətli daşı-əvəzsiz

Diyarım...

Ruhumun sədası, qəlbimin sirdaşı, dilimin şirin ana sözü-Azərbaycan!

Dünya durduqca bütöv qalacaq-

sevilmiş,

Sevilən, seviləcək ərlər yurdu, mərdlər diyarı-

Azərbaycan!...

I bölmə.

Kitabxanamızın ölkəşünaslıq fəaliyyətinin əsas məqsədi oxucuları ölkəşünaslığa dair informasiya resursları ilə lazımi səviyyədə təmin etmək, bu sahədə biliklərin formalaşdırılmasına yardım göstərməkdən ibarətdir. Bu sahədə gördüyümüz işlər doğma diyarın öyrənilməsinə, sevimli vətənimizin yaxından tanınmasına həmişə köməklik edir.

Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadrat km, əhalisi 9 milyon 412 min nəfərdir. Azərbaycan ərazisi, əsasən subtropik və mülayim iqlim zonasında yrləşir. Azərbaycanda yer kürəsinin 11 əsas iqlim tipindən 9-u müşahidə olunur. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayin soyuq iqlimlərə ayrılır.

Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir. 1991-ci il oktyabrın 18-də Milli Məclisdə Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdu.

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumilli xalq referendumunda qəbul edilmişdir.

Hazırda Azərbaycan qədim və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik azərbaycanlı çoxluğuna sahib ölkədir. Azərbaycan yeddi müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.

Qədim şəhər Şəki

Şəhərlər də insanlar kimi öz taleyini yaşayırlar. İllər ötdükcə böyüyür, qocalırlar. Nə vaxtsa babalarımız daşı-daş üstünə qoyub bir şəhər ucaldıblar. Adına Şəki deyiblər.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki haqqında demişdir: “Səki böyük bir mədəniyyət mərkəzidirdir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Şəkinin tarixi abidələri, mədəniyyət ocaqları lazımi səviyyədə qorunur, bərpa edilir. Çünki bu bizim hamımızın milli sərvətimizdir.”

Müasir Şəki şəhərinin əsası hələ e.ə.VII əsrdə, yəni təxminən 2700 il bundan əvvəl saklar tərəfindən qoyulmuşdur. Şəki Alban çarlığının ən iri şəhərlərindən biri olmuşdur.

Xanlıqlar dövründə Azərbaycanda rəssamlıq və memarlıq sənəti də xeyli inkişaf etmişdi. 1764-cü idə tikilmiş Şəki xan sarayı Azərbaycan memarlıq və rəssamlıq sənətinin ən görkəmli abidələrindən biridir. Xan sarayı ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Binananın baş fasadı dünyada analoqu olmayan ən xırda həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir m2 orta hesabla 5000, mürəkkəb yerləri 1400 ağac və şüşə şəbəkələrdən ibarətdir. Dünya şöhrətli türk şair Nazim Hikmət saraya baxdıqdan sonra yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi.

XVIII əsrin daha bir dəyərli memarlıq nümunəsi Şəki Karvansaraydır. Dərin zirzəmili ikimərtəbəli bina Şərq memarlıq üslubunun orjinal çalarları ilə zəngindir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən daş pilləkənlərlə qalxmaq mümkündür. Keçmişdə qonaqların və tacirlərin sığınacağına çevrilən bir məkam hazırda Karvansaray-mühmanxana kompleksi kimi istifadə edilir.

Şəki tarixi-memarlıq incilərindən biri də Şəkixanovların evidir. Bu ev xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdən zəngin dekorativ elementlər binanı saray tipli tikililərə bəmzədir. Bundan əvvəliki halda olduğu kimi küçəyə çıxan divarlarda tamamilə boşluq yoxdur, planda və fasadda evin iş, yaşayış və qonaq hissələrinə bölündüyü aydın göstərilir. Birinci mərtəbədək otaqlar qış üçün nəzərdə tutulan buxarılar yerləşdirilmişdir. İkinci mərtəbədə otaqlar yay üçün nəzərdə tutulur. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşmişdir. Bu taxçalar vazlarda gül dəstələri heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divarından bütün qalan sahəsi isə rəsmli, ornamentli şəbəkə ilə işlənmişdir.

“Gələrsən-görərsən” qalası Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində yerləşən sıldırım yamaclara söykənir. XV əsrə məxsus olan bu abidə coğrafi mövqeyinə görə tarixən müdafiə istehkamlarından biri hesab edilir. Onu vaxtilə “Qızlar qalası”da adlandırdılar. Bir çox mənbələrə əsasən, qalanın sonrakı “Gələrsən-görərsən” adı da məhz tarixi hadisələrdən biri zamanı meydana gəlib. Rəvayətə görə 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu zamanı şəhər uzun müddət mühasirədə qalıb. Şah:-“O necə qaladır ki, onu almaq olmur?” deyə soruşur. Ona verilən cavab isə bu olub: “Gələrsən-görərsən”.

Kiş alban məbədi-Kiş kəndinin Maaflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maaflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Məbədin qülləsi yerli materiallarla-şirin daşla hörülmüş kirəclə suvanmışdır. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunun nəmliklə, uzun müddət şam yanacağından divarlara parafin qatının çökməsi, qüllə daxilində hava cərəyanı ilə izah edirlər.

Xariqüladə və zərif Şheki Palase Oteli öz qapılarını Şəki-Qədim şəhərin bənzərsiz tarixi hissəsinə açıb memerlıq, klassik və milli nümunələri müvəffəqiyyətlə birləşdirir. Otel mərmər və daşla, dəblə bəzədilmişdir. Şheki Palase oteli müasir ofis və avadanlıqlarla təmin edilmişdir. İş adamları üçün ofis avadanlıqları, internetə çıxış və iclas otağı ilə təmin olunub.

Kiş adası-Şəkinin Kiş kəndində, Kiş çayının yanında yerləşir. İstirahət zonamız 8 kotejdən ibarətdir. Hər bir kotejimizdə hər cür şərait mövcuddur: duş kabini, soyuducu, telefon, plazma, televizor, krosnu, vife və sairə.

Şəki saray hotelindən Böyük Qafqaz dağlarına füsunkar bir mənzərə açılır. Mehmanxana memarlıq baxımından Şəkinin zəngin tarixini özündə əks etdirməklə yanaşı, Avropa, Aralıq dənizi ölkələrini və Şərqin mümarlıq üslublarını özündə əks etdirir. Dizayn baxımından çox gözəgəlimli olması onun tikintisində çay daşları, təbii ağaclar, Şəkiyə məxsus dekor və rənglərdən, şəbəkələrdən zövqlə işlənilməsindən irəli gəlir.

“Qreen Hill İnn”-beşmərtəbəli turizim kompleksinin ümumi ərazisi-1,2 ha.-dır. Kompleksə daxil olan otel və koteclərin ümumi sahəsi isə 5mm km2-dir. Ərazidə mehmanxana binası ilə yanaşı yardımçı tikililər, böyük və kiçik hovuz vardır.

“İssam” İstirahət-sağlamlıq Mərkəzi-istirahət və sağlamlığının qayğısına qalan hər kəsə xidmət göstərir. Kompleks müştərilərə istirahət və əyləncə ilə bərabər, bədən tərbiyəsi-sağlamlıq xidmətlərini geniş çeşiddə təklif edir. Kompleksdə böyük hovuz , fitnes məşqləri üçün böyük zal, paukration və pilates üçün ayrıca zal və restoran-bar mövcuddur.

Xoş və mənalı istirahət məqsədilə füsunkar təbiəti ilə göz oxşayan “Şəki Park” istirahət mərkəzini seçsəniz yanılmazsınız. İstirahət mərkəzində rahatlığınızı təmin edəcək 1,2,3 otaqlı koteclərə qapalı və açıq restoran mövcuddur. Təbbi ki, bu restoranda Azərbaycan, xüsusilə Şəki mətbəxinin ləziz təamlarıyla bərabər kino zalı, bilyard zalı, mini futbol, voleybol meydançaları, tenis kortu və açıq hovuz da vardır. “Şəki Park” ərazisində avto-dayanacaq, 24 saat fəaliyyət göstərən mini-market də var.

Narın-qala Böyük Qafqaz dağlarının ətəyində yerləşən istirahət zonasıdır. Kompleksin yanından Kiş çayı axır və həmçinin Alban qəsri var. Koteclər ideal şəkildə tikilib və dekorasiya edilib. İstirahət zonasında vanna otağı, mətbəxi, peyk televizoru olan 22 lyuks kotec var. Burada həmçinin milli restoran və uşaq meydançası var.

Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq muzeyi 1925-ci ilin sentyabrında Maarif Komissarlığının əmri ilə yaradılıb. 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş bu tarixi abidəyə muzey 1980-ci ildən köçürülmüşdür. Muzeyin ümumi sahəsi 924 km2 724 km2 ekspozisiya zalları yerləşir. Muzeydə 5000-ə yaxın tariximizi və mədəniyyətimizi əks etdirən maddi və mədəni abidələr toplanmışdır. Bunlardan 3000 yaxını ekspozisiya zallarında nümayiş etdirilir. Muzeydə aşağıdakı şöbələr var:

1) Təbiət, 2) Qədim dövr , 3) Etnoqrafiya, 4) Cümhuriyyət, 5) Elm mədəniyyət, maarif və səhiyyə, 6) Döyüş şöhrəti,

7) İpəkçilik, 8) Kənd təsərrüfatı, 9) Şəkinin süfrə və mətbəx mədəniyyəti, 10) Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən Şəkiyə səfərini əks etdirən şöbə.

Muzeydə, 2281 eksponat var. Muzey dörd şöbədən ibarətdir. I şöbədə Rəşid bəy Əfəndiyevin büstü və yaradıcılığını əks etdirən ekspanatlar var, II şöbədə Rəşid bəy Əfəndiyevin ailəsinə məxsus məişət əşyaları saxlanılır, III şöbə R.B. Əfəndiyevin iş otağı kimi təqdim olunur, IV şöbədə R.B. Əfəndiyevin oğlun Məmməd bəy Əfəndiyevə aid dövlət tərəfindən verilmiş fəxri fərmanlar, fotoşəkillər, nəvəsi İzzət Nəbiyeva məxsus kitablar saxlanılır.

Şəkinin Baş Küngüt kəndində “Küngüt Motel $ Resort” oteli istifadəyə verilib. Bu otel Şəki-Oğuz-Bakı əsas magistral yolundan 6 km şimal istiqamətdə Baş Küngüt kəndində yerləşir. Bu coğrafi məkan Böyük Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən, 300 metr hündürlükdə yerləşir. Otu hər tərəfdən meşələr və sıldırım qayalarla əhatə olunur. Burada “Əli” qalasına ekskursiya və atla gəzinti də təklif edir.

“Resort Hotel Cannat Bağı” böyük Qafqaz dağlarının ətəyində yerləşir. Burada 19 ailəvi kotec var. Respublikada, təbii məhsullardan hazırlanan Azərbaycan mətbəxi, xüsusilə də Şəki yeməkləri təklif edilir.

Şəkidə həmçinin sənətkarlar evi, “Qədim Şəki” oteli, İdman kompleksi və sairə fəaliyyət göstərir.
II bölmə. Yubiley tədbirlərinin keçirilməsi.

Bu münasibətlə kitabxanalarda ölkəşünaslıq kataloq və kartotekasının yaradılması birinci dərəcəli məsələlərdən biri hesab olunmalıdır.

Bu zaman kitab sərgiləri, biblioqrafik icmallar ucadan oxular, mütaliə gecələri, dəyirmi masalar təşkil etmək məqsədəuyğundur. “Azərbaycan odlar diyarıdır”, “Azərbaycan milli mətbəxi” və sairə mövzularda sərgilər təşkil etmək olar. Sərgidə Azərbaycanın gözəllikləri, təbiət mənzərələri, qədim abidələri nümayiş olunur. Sərgiyə baxan hər kəsdə ölkəmiz haqqında dərin məlumat və təssürat yaranır. Sərgiyə Azərbaycan haqqında sitatlar, şeir parçası qoymaq olar.

1. Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, Azərbaycanlıyam.

Ulu öndər Heydər Əliyev

2. Gərək nəbzin vətənin nəbzi ilə vursun.

Ulu öndər Heydər Əliyev

3. Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki naliyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.

Ulu öndər Heydər Əliyev

4. “Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Ictimai xadim Məmməd Əmin Rəsulzadə

Həmçinin sərgidə vətən haqqında atalar sözlərindən istifadə etmək olar.

1. Vətənə gəldim, imana gəldim.

2. Doğma yurd, şirin olar.

3. Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.

4. Qürbətdə xan olunca, vətəndə dilən, gəz.

5. Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.

“Azərbaycanın milli mətbəxi” başlıqlı sərgidə Azərbaycanımızın milli xörəklərinin, şirniyyatlarının foto sərgisini nümayiş etdirmək olar.

Azərbaycan milli mətbəxinin tarixi də xalqın tarixi qədər qədimdir. Azərbaycan xörəkləri yüksək dad, tam kefiyyətləri

ilə dünyada məhşurdurlar.

Kitabxanada “Həmişə yaşar Azərbaycan” başlıqlı ədəbi-bədii gecə təşkil etmək olar.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səslənir. Azərbaycan bayrağı səhnəyə gətirilir. Tədbirin ədəbi hissəsində Azərbaycanın bölgələri haqqında geniş məlumat verilir, çıxışlar dinlənilir. Bədii hissədə isə oxucular bu bolgələrə aid olan şeirlərdən, mahnılardan parçalar söyləyir, səhnəciklər göstərir.

Aparıcılar səhnəyə daxil olur.

I aparıcı: Azərbaycan... Azərbaycan...

Allahın xəlq etdiyi, təbiətin zümrüd qaşı-

Azərbaycan... Dünyanın başlanğıc yaşı-

Azərbaycan... Məkanlar içində qədimdən qədim-

Azərbaycan...Sən rəbbin bir lütfüsən yer kürəsinə,

sən dünyanın ciyərparasısan- Azərbaycan...

Vətən hardan başlanır sualına mən belə cavab

verərdim: “Doğulduğum evdən, isindiyim

ocaqdan, ilk qədəm basdığım torpaqdan, su

içdiyim bulaqdan başlanır vətən” Ulu

məmləkətimiz, doğma Azərbaycanımız hər bir

azərbaycanlının ürəyidir. Amma hər kəsin

ürəyinin içində bir ürək çırpınır.Ürəyimizin içindəki

ürəyimiz doğulduğumuz , torpağına ilk qədəm

basdığımız el-obadır.

II aparıcı: B. Vahabzadənin “Vətən” şeirini söyləyir.

XXX

Çağırır indi bütün milləti imdada vətən,

Dəyişilməz ey oğul, cənnətə dünyada vətən.

Bizə meydan oxuyan bilməlidir birdəfəlik,

Nə satılmaz, nə verilməz binədən yada vətən.

Sinə altında gərək qəlb kimi hər an döyünə,

Yana ulduz kimi hər sözdə, hər imzada vətən.

XXX

Vətən eşqindən ucalsın bütün istəklərimiz,

Yaşasın arzuda, məqsəddə, təmənnada vətən,

XXX

Ulular uyumadı var-dövlətə, yalnız dedilər,

Ən böyük bəxşişimiz bizdən hər övlada, vətən!

XXX

Vətən eşqindən alar Bəxtiyar öz qüdrətini

Döyünər qəlbi kimi hər yeni misrada vətən,

XXX

Səhnədə Azərbaycanın gözəl guşəsi Şəki-

Zaqatalanın görüntüsü canlanır.

I aparıcı: Şəki təkcə Şəki-Zaqatala bölgəsinin deyil, bütün

Azərbaycanın möcüzəsidir. Bura təbiətin gözəlliyi,

zəngin ənənələri və özünəməxsus mədəniyyəti,

yerli sakinlərin qonaqpərvərliyi, bənzərsiz ləhcəsi

və incə yumor hissi ilə ad çıxarmışdır. Şəki

Azərbaycanın ən iri rayonlarındandır. Şəki-

Zaqatala bölgəsinin həm coğrafi, həm iqtisasdi,

həm də mədəni mərkəzi rolunu oynayır. Şəki dəniz

səviyyəsindən orta hesabla 700 m hündürlükdə

yerləşir. Şəki ərazisində çoxsaylı tarixi-memarlıq

abidələri mövcuddur. Buranı haqlı olaraq

respublikanın memarlıq qoruğu adlandırılır.

Çoxsaylı arxeloji abidələr Şəkinin çoxəsrlik tarixə

malik olduğunu sübut edir. Şəkinin tarixinə 2500-

2600 il olduğu güman edilir. Şəkinin ən qiymətli

möcüzəsi Şəki xanlarının sarayıdır. Həmin saray

1761-62 ci illərdə memar Hacı Zeynalabdin Şirazi

tərəfindən Şəki xanlığının bünövrəsini qoymuş

Hacı Çələbinin nəvəsi Hüseyn xanın sifarişi ilə

tikilmişdir. Saray xalq memarlığı ilə saray

arxitekturası ənənələrini birləşdirən nadir

nümunədir.

II aparıcı: B. Vahabzadənin Şəki şerini söyləyir...

Bir nəğmə qoşmadım hələ mən sənə,

Dağlar bunu mənə kəsir sanmasın.

Mən dedim, vurğunam Azərbaycana,

Deyirəm, heç zaman xırdalanmasın

Könlümdən ucalan bu avaz, bu səs,

Böyükdür, ucadır məsləkim mənim.

Bala anasına “sevirəm” deməz,

Mən də deməmişəm, a Şəkim, mənim.

XXX

Sən öz keçmişini daim qorudun,

Babamın şöhrəti yaşayır səndə,

Bu eşqə eşq olsun!

Dünənlə bu gün

Çiyin-çiyinədir küçələrində...

I aparıcı: Mən sənə borcluyam öz balan kimi,

Çox da ki, şerimdə görünmür adın.

Mənim oxuduğum nəğmələrimi,

Mənim qulağıma sən pıçıldadın.

XXX

Şerimin mayası bu qaynar nəfəs

Sənin öz çiçəyin, sənin öz barın.

Şerimdə dil açıb danışmıram bəs,

Sənin bulaqların, göy çinarların,

Mən həm bakılıyam, həm lənkaranlı,

Gəncəli, qubalı, həm naxçıvanlı,

Şəkili, şirvanlı, qarabağlıyam,

Bütöv vətənimə, bütöv bağlıyam.

Mən sənin qoynunda gəldim cahana,

Məni bəxş elədin Azərbaycana

Həmişə mən sənin həndəvərində

uçan bir quşam,

Bir evdə doğulub xöşbəxtəm ki, mən

Böyük bir vətənə oğul olmuşam.

II aparıcı: Azərbaycan...Azərbaycan.

Allahın xəlq etdiyi təbiətin zümrüd qaşı-

Azərbaycan...

Dünyanın başlanğıc yaşı- Azərbaycan...

Məkanlar içində qədimdən qədim- Azərbaycan...

Sən rəbbin bir lütfüsən Yer kürəsinə,

Sən dünyanın ciyərparasısan- Azərbaycan...

Musiqi məktəbindən dəvət olunmuş uşaqlar Xalq

artisti Zülfiyyə Xanbabayevanın repertüarından

“Azərbaycan” mahnısını ifa edirlər.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

And yerimiz vətəndir!

(Hərbi vətənpərvərlik mövzusunda)

(metodik vəsait)

Şəki-2015

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və

biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Məhyəddinova Gülər- MKS-nin

Metodika və biblioqrafiya şöbəsinin



baş kitabxanaçısı.

“Səki böyük bir mədəniyyət mərkəzidirdir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Şəkinin tarixi abidələri, mədəniyyət ocaqları lazımi səviyyədə qorunur, bərpa edilir.Çünki bu bizim hamımızın milli sərvətimizdir.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

I bölmə. Vətənin ucalığı hünərdən keçir.

Qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Nə qədər ki, uğrunda təmənnasız döyüşməyi, hətta ölməyi bacaran övladları var, sən yaşayacaqsan Azərbaycan! Bu cür övladları olan vətən əbədiyyətə qədər yaşamağa layiqdir və yaşayacaq. Hər parçasında, minlərlə şəhid uyuyan bu torpaq igid babalardan bizə əmanətdir.Bu müqəddəs əmanəti gələcək nəsillərə toxunulmaz şəkildə çatdırmaq isə bizim ən ümdə vəzifəmizdir.

İnsanın xöşbəxtliyi müxtəlif meyarlarla ölçülə bilər. Ancaq vətən uğrunda ölmək daha böyük xöşbəxtlikdir. Elə bir xöşbəxtlik ki, o hər kəsə nəsib olmur, hər kəsin qismətinə düşmür. Təssüf ki, bu qəhrəmanların böyük əksəriyyəti bu gün bizimlə deyil. Onlar nəmərd düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmış, tanrı dərgahına qovuşmuşlar. Ancaq onların əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Onların qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı gələcək nəslin formalaşmasında böyük rol oynayacaq. Deməli bu insanlar ölümləri ilə də xalqına xidmət göstərməlidir.Bu oğullar haqqında çox deyilməli, çox yazılmalıdır. Bu həm də ona görə lazımdır ki, hər bir Azərbaycan gəncinin qanındakı qəhrəmanlıq və vətənpərvərlik hissləri oyansın, ona kim olduğunu daim xatırlatsın. Bir şeyi unutmamalıyıq ki, Ermənistanın Azərbaycana təcavüzü davam edir. Düşmən Azərbaycan ərazisi ilə yanaşı həm də xalqımızın tarixinə, mədəniyyətinə, mənəviyyatına, musiqisinə, poeziyasına, dilinə, adət və ənənələrinə sahib çıxmaq iştahasına düşüb.

Hər bir xalqın tarixində və taleyində çətin, keşməkeşli və ağır günlər olur. XX əsrin sonlarında yenidən dəhşətli tarix yaşayacağımıza bəlkə də çoxları inanmazdı . Ona görə də gənclərimizə tövsiyyəmiz budur ki, həmişə ayıq olsunlar, vətənimizin keşiyində milli qəhrəmanlarımız kimi durmağı bacarsınlar, yaşamağı və vətən sevgisini onlardan öyrənsinlər. Özümüzü qorumaq üçün özümüzə və kökümüzə bağlı olmanız gərəkdir.

Hər birimiz ümumilli liderimiz Heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycanımızı qorumaq üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və sərəncamlarını sözsüz yerinə yetirməyə, bu yolda canımızdan belə keçməyə həmişə hazır olmalıyıq. Təki Vətən yaşasın!

Qəhrəmanların əbədi var olsun Aazərbaycan! Bu elə sənin özünün əbədi varlığın deməkdir.


Каталог: front -> files -> libraries -> 2472 -> documents
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
documents -> Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı
2472 -> Nizami xudiyev qəDİm türk yazili
2472 -> Nəsiman Yaqublu MƏHƏMMƏD ƏMİn rəsulzadə
documents -> Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi
2472 -> 1 ƏLİ HƏSƏnov azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri
2472 -> Sumqayıt Dövlət Universiteti Folklorşönaslıq Elrni-Tədqiqat laboratoriyası Aslan Bayramov
2472 -> AZƏrbaycan respublikasinin miLLİ MƏCLİSİ


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə