ŞƏHRİyar və ZƏmanəMİZ



Yüklə 332.11 Kb.
Pdf просмотр
səhifə2/2
tarix06.07.2017
ölçüsü332.11 Kb.
1   2

 

 

 

 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 47


 

 

 

 



HEYDƏRBABA” FARS DİLİNDƏ 

yaxud 

“ŞƏHRİYAR SAĞ OLSAYDI…” 

 

Ulu Şəhriyarın ölməz «Heydərbabaya salam» 



poeması indiyə qədər dörd dəfə fars dilinə tərcümə 

edilmişdir. Təbrizdəki «Ayin» nəşriyyatında isə 

böyük şairin şah əsərinin fars dilinə yeni – beşinci 

tərcüməsi beş min nüsxə tirajla çapdan çıxmışdır. 

Tərcümə 

Məhəmməd Nəqi Nasirülfüqəra 

(Azərpuya) tərəfindən həyata keçirilmişdir. 

Kitabın  əvvəlində «Ayin» nəşriyyatının 

redaksiya  şurası  tərəfindən hazırlanmış giriş 

məqaləsi verilmişdir. Bu məqalədə oxuculara 

Şəhriyarın  şəxsiyyəti, yaradıcılıq yolu, üslubu 

haqqında yığcam elmi bilgi çatdırılır. Daha sonra 

mütərcimin «Heydərbabaya salam» poemasının 

farscaya tərcüməsi üzərində  işinin başlıca 

məqamlarını işıqlandıran qeydləri ilə tanış oluruq. 

Mütərcimin yazdığına görə, onun bu məsuliyyətli 

işə girişməsində üç şəxsin həlledici rolu olmuşdur.  


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

48 



Bunlardan birincisi, ustad Şəhriyarın yaxın 

dostu, «Şəhriyarın xəlvətində» adlı kitabın müəllifi 

Böyük Nikəndiş Növbər, ikincisi, böyük 

Azərbaycan şərqşünası, mərhum professor Rüstəm 

Əliyev, nəhayət, üçüncüsü, İran alimi və  ədibi 

doktor Mehdi Rövşənzəmir olmuşdur.  Şəhriyarın 

şəxsiyyətinə  və yaradıcılığına dərindən bələd 

olmuş  məhz bu üç söz sərrafı ilə söhbətlər 

M.N.Nasirülfüqaranın «Heydərbaba»nın farscaya 

daha adekvat tərcüməsi sahəsində  fəaliyyətinə 

təkan vermiş, onu bu çətin meydanda qələmini 

sınamağa həvəsləndirmişdir. 

Mütərcimin ön sözdə vurğuladığı daha bir 

məqam xüsusi maraq doğurur.  İşin başlanğıcında 

o, qarşısına «Şəhriyar farsdilli olsaydı, poemanı 

hansı  vəzn və intonasiya ilə yazırdı?» sualını 

qoymuş  və istər-istəməz dahi Firdovsinin 

«Şahnaməsi» üzərində dayanmışdır. Mütərcimin 

fikrincə, aralarında min illik bir məsafə olsa da, bu 

iki söz ustadı – Şəhriyar və Firdovsi arasında bir 

çox ümumi cəhətlər vardır. Firdovsi islamdan 

əvvəlki  İran  əsatir və dastanlarından,  Şəhriyar da 

öz xalqının folklorundan bəhrələnib ilham almış və 

ölməz abidələr yaratmışlar. Firdovsi «Şahnamə»ni 

ərəb istilası nəticəsində fars dili və mədəniyyətinin 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 49


tənəzzülə uğradığı bir zamanda yazıb onlara ikinci 

həyat bəxş etmişdir.  Şəhriyar da Azərbaycan dili 

və mədəniyyəti ilə ağılsız şəkildə rəftar edildiyi bir 

zamanda «Heydərbaba»nı  qələmə almışdır. Həm 

Firdovsi, həm də  Şəhriyar kənd mühitində 

böyümüş, kənddən pərvazlanıb söz sənətinin 

zirvəsinə ucalmışlar. 

Lakin mütərcimin qeyd etdiyi kimi, iki şairin 

yaradıcılığı arasında onların  şah  əsərlərində  də 

aşkar hiss olunan ciddi bir fərq var: Firdovsi epik 

bir  şəxsiyyətdir,  Şəhriyar isə lirik ovqatlı bir 

sənətkar. Ona görə mütərcim, haqlı olaraq, 

«Şahnamə» vəzni və intonasiyasını «Heydərbaba»-

nın farsca səsləndirilməsi üçün yararlı saymır və 

uyğun ahəng axtarışına başlayır. Nəhayət, o, 

poemanın məşhur  «Bir uçaydım bu çırpınan yel 

ilən» misrasını fars dilinə çevirir və bu misra 

poemanın qalan bəndlərinin tərcüməsi üçün bir 

növ nümunə, ülgü rolunu oynayır. Tərcümənin 

keyfiyyəti barədə söhbətimizi də elə  həmin 

misranın olduğu bənd üzərində quraq: 

 

Bir uçaydım bu çırpınan yel ilən, 



Bağlaşaydım dağdan aşan sel ilən, 

Ağlaşaydım uzaq düşən el ilən, 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

50 



Bir görəydim, ayrılığı kim saldı? 

Ölkəmizdə kim qırıldı, kim qaldı?! 

 

Bəndin farsca tərcüməsi belədir: 



 

Kaşki pərvaz mikərdəm ço in bad-e dəman, 

Pa be pay-e seyl əz kohsar migəştəm pəran. 

Əşk ba il-e coda-oftade mikərdəm rəvan, 

Faş mididəm çe kəs bər ruz-e hecranəm keşand? 

Dər diyarəm ke həlak oftad-o-ke bər cay mand? 

 

Belə bir işin nə  dərəcədə  məqbul olub-



olmadığının fərqinə varmadan, farsca mətnin sətri 

tərcüməsinə nəzər salaq: 

 

Kaş bu çırpınan yel kimi uçaydım, 

Sel ilə birgə addımlayıb dağdan aşaydım, 

Ayrı düşmüş el ilə göz yaşı axıdaydım, 

Aşkar görəydim ki, kim məni ayrılıq gününə çəkdi, 

Diyarımda kim həlak oldu, kim qaldı?! 

 

Göründüyü kimi, mütərcim orijinalın nəinki 



ümumi məzmununu, hətta  əsas  məna yükünə 

malik söz və ibarələri qoruyub saxlamış, poetik 

tərcümənin imkanları  çərçivəsində maksimal 

dəqiqliyə nail olmuşdur. Tərcümənin bədii 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 51


keyfiyyəti və ədəbi səviyyəsi barədə isə fars dilinə 

bələd olanlar bu misal əsasında mühakimə yürüdə 

bilərlər.  

Yuxarıda adı  çəkilən Böyük Nikəndiş bu 

cəhətə heyranlığını mütərcimə belə bildirmişdir: 

«Vallah, Şəhriyar sağ olsaydı, «bu, Heydərbaba»-

nın ən yaxşı tərcüməsidir», - deyərdi».  

Fikrimizcə, mütərcimin işinə bundan yüksək 

bir qiymət təsəvvür etmək çətindir. Biz də  həmin 

qiymətə  şərik olaraq, belə bir inamımızı ifadə 

edirik ki, bu uğurlu tərcümə istər İranda, istərsə də 

onun hüdudlarından kənarda farsdilli oxucuların 

Şəhriyarın  şah  əsəri ilə daha dərindən tanışlığına 

imkan yaradacaq, onun daha geniş dairədə öyrənil-

məsinə və sevilməsinə  xidmət göstərəcəkdir. 

 

 



 

 

 



 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

52 



 

 

 

 

 “AZƏRBAYCAN” ŞEİRİ SAXTA DEYİL 

yaxud 

BİR İDDİAYA CAVAB 

 

Çox hörmət etdiyim modern.az saytında 



tanınmış alim kimi təqdim edilən  Əsğər Fərdinin 

(hərçənd o, doğrudan da, tanınmış simadır, amma 

alim kimi yox!) Məhəmmədhüseyn  Şəhriyarın 

«Azərbaycan»  şeiri (daha dəqiqi,  şeirin Fikrət 

Sadığa məxsus tərcüməsi) ilə bağlı bir həftə 

ərzində iki yazısı dərc olunub. 

Hər iki yazıda azərbaycanlılar arasında çox 

populyar olan bu şeirin saxta olduğu,  Şəhriyara 

aidiyyəti olmadığı iddia edilir. Deyəsən, bu 

iddiaya inananlar da tapılıb. Odur ki, məsələyə 

münasibət bildirməyi lazım bildim. 

Öncə onu deyim ki, dəyərli  şairimiz Fikrət 

Sadığın  Şəhriyardan etdiyi həmin tərcüməni 

vaxtilə mən də tənqid etmişəm, tərcümənin bəzən 

orijinaldan uzaqlaşdığını, müəyyən məqamlarda 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 53


şair F.Sadığın mütərcim F.Sadığı üstələdiyini 

vurğulamışam. 

Burada o vaxt demədiyim bir məsələni də 

qeyd edə bilərəm: “Azərbaycan” şeirinin tərcüməsi 

həm də naqisdir, yəni mütərcim orijinaldakı 4 

beyti “ötürüb”. Farsca mətn 15 beyt olduğu halda, 

Azərbaycan dilinə tərcümə 11 beytdir! 

Amma bütün bunlara baxmayaraq, şeir heç 

də Ə.Fərdinin dediyi kimi, saxta deyil, yəni ortada 

hansısa falsifikasiya faktı yoxdur. Bəlkə  də o, 

tərcüməni qüsurlu və yarımçıq adlandırsaydı, 

onunla birtəhər  razılaşmaq olardı. Lakin onun: 

«Böyük ehtimalla saxta «Azərbaycan»  şeirinin 

müəllifi elə Firkrət Sadığın özüdür», «… Bu şeirin 

Şəhriyara heç bir aidiyyəti yoxdur. Onun farsca 

yazıldığı və guya Fikrət Sadığın tərcümə etməsi ağ 

yalandır» kimi fikir və hökmləri ilə heç cür 

razılaşmaq olmaz, necə deyərlər, bu yerdə, onun 

özü əməlli-başlı ağ eləyib.  

Ədalət naminə demək lazımdır ki, qeyd 

olunan çatışmazlıqları ilə  bərabər, F.Sadıq “Azər-

baycan”  şeirini bütövlükdə  uğurla tərcümə edib, 

Şəhriyarın Azərbaycanla bağlı  ağrısını, özü 

demişkən, fəryadını verə bilib, müəllifin mesajını 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

54 



çatdırıb, mətnin ümumi ruhunu ifadə etməyə nail 

olub. Onun sərbəstliyə vardığı məqamlar da həmən 

ruhdan doğur, orijinalın  əsas havasına zidd deyil. 

Eyni zamanda, mütərcimin bir sıra beytləri 

orijinala sadiqlik baxımından kifayət qədər dəqiq 

çevirdiyini də qeyd etmək lazımdır. Məsələn, bu 

beyti:  

 

Qurtarmaqcün zalımların əlindən Rey şümşadını,  

Öz şümşadın başdan-başa olub al qan,  Azərbaycan! 

 

Yaxud «Vətən eşqi məktəbində can verməyi 



öyrənmişik» misrası eynən orijinaldakı kimidir: 

«Dər məktəbe-eşğe-vətən can baxtən amuxte». 

Bir sözlə, tərcüməçini yalnız  şeiri tam 

tərcümə etmədiyinə, bəzən də  sərbəstlik etdiyinə 

görə  qınamaq olar, saxtakarlığa görə yox! Bir də 

sərbəstlik digər poetik tərcümələrdə  də geniş 

rastlanan haldır, yalnız F.Sadığın tərcüməsi ilə 

məhdudlaşan fakt deyil. 

Amma görünür, Ə.Fərdinin tərcümə anlyışı 

çox məhduddur. Bunu onun təqdim etdiyi sətri 

tərcümədən də görmək olur. Belə ki, Ə.Fərdi də 

sətri tərcümədə orijinaldakı bir beyti (F.Sadığın 

ixtisar etdiyi beytlərdən birini) «yaddan çıxarıb».  


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 55


Üstəlik, onun sətri tərcüməsi də  xətalardan 

xali deyil. Belə ki, o, şeirin 2-ci beytində 

müxatəbi, yəni müraciət obyektini dəyişdirib: 

beytdə Azərbaycana müraciət olunmur. 

Daha 2 beyti (orijinalda 5-ci və 10-cu 

beytlər) isə  Ə.Fərdi qeyri-dəqiq tərcümə edib. 

Həmin beytlərdə uyğun olaraq, Xosrov və  Şirin, 

Zöhhak və Kavə süjetlərinə  işarə ilə obrazlar 

yaradılmışdır, amma sətri tərcümədə  həmin 

obrazlılıq yarımçıq və yayğın hala gəlmiş, yaxud 

da itmişdir. Məsələn, 5-ci beyti Ə.Fərdi belə 

çevirib:   



 

Bisütun inqilabda, şirin-şəkər Vətən üçün  

Külüng vurmuş Fərhad kimi zaman-zaman Azərbaycan.  

 

Halbuki dəqiq tərcümə belədir:  



 

İnqilab Bisütununda vətən Şirininin şövqü ilə  

Azərbaycan Fərhadı öz başına çox külüng vurub.  

 

Göründüyü kimi, Ə.Fərdinin «Bisütun 



inqilabda» ifadəsi anlamsız, «şirin-şəkər» ibarəsi 

isə yersizdir. Onun bəyənmədiyi F.Sadıq tərcü-

məsində isə beytin mənası daha dəqiq verilib:  


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

56 



 

Bisütuni-inqilabda Şirin – vətən ucun Fərhad  

Külüng vurmuş oz başına, zaman-zaman, Azərbaycan!  

 

Əlbəttə, əgər Ə.Fərdi, deyildiyi kimi, filoloq-



dursa, belə yanlışlığa yol verməməli idi. Ən 

maraqlısı odur ki, Ə.Fərdi sətri tərcüməsinin 

sonuncu və sondan 3-cü beytlərində elə F.Sadığın 

tərcüməsindən istifadə edib! Hələ onu demirik ki, 

farsca mətnin transkripsiyasında da bir sıra səhvlər 

müşahidə olunur.  

Ə.Fərdi “Azərbaycan” şeirinin farscadan sətri 

tərcüməsinin F.Sadıq üçün gah Həmid Məm-

mədzadə və Qulamhüseyn Beqdeli, gah da Əhməd 

Şəfai tərəfindən edildiyini bildirir. Adı  çəkilən 

rəhmətliklər fars dilini heç də  Ə.Fərdidən pis 

bilmirdilər, üstəlik  Ə.Şəfai özü fars idi, fars 

dilçiliyi üzrə professor rütbəsi daşıyırdı  və ana 

dilində yazılmış  mətndə  nə deyildiyini yaxşı 

anlayırdı.  

Hər halda, bütün bu çıxışları ilə  Ə.Fərdini, 

düşünürəm ki, heç də professional tərcüməçilik 

problemləri, adekvat tərcümə 

məsələləri 

maraqlandırmır, onun niyyəti ayrıdır.  Əgər bu 

məsələlər onu belə maraqlandırırsa, getsin İranda 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 57


Azərbaycan tarixi, dili, mədəniyyəti, kimliyi ilə 

bağlı baş alıb gedən saxtakarlıqlara münasibət 

bildirsin. Hərçənd bunu ondan gözləmək də 

düzgün deyil, çünki özü həmin işlərin iştirakçısı, 

bəzi hallarda təşkilatçısıdır.  

Ə.Fərdinin niyyəti  Şəhriyarı irançı biri kimi 

göstərməkdir, onun “Azərbaycan”a etirazı da 

burdan qaynaqlanır. Lakin bu məsələdə birmənalı 

mövqe sərgiləmək özünü Şəhriyar yaradıcılığının 

bilicisi kimi təqdim edən  şəxsə yaraşmaz. Həmin 

mövzuda  Şəhriyarın baxışları kifayət qədər 

mürəkkəbdir.  Şəhriyar irançıdırsa da, Azərbaycan 

mərkəzli irançıdır. “Azərbaycan” şeirinin farscasını 

Şəhriyarın öz ifasında dinləyin:  

https://www.youtube.com/watch?v=_HpJhjh3vLA 

Orada özü izahat verir ki, Azərbaycan  İranın 

mərkəzidir, ona görə  də özünə layiq münasibət 

görməlidir. Elə  həmin  şeirdə Tehran hakimiy-

yətinin, “İran-mədarların”Azərbaycana ögey müna-

sibətindən söz açır.  

Şəhriyarın bu qədər azərbaycançılığı bizə 

yetər və  Əsğər Fərdi kimilər bunu ört-basdır 

etməyə cəhd etməsinlər, faydası yoxdur! 

 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

58 



 

 

 

 

ŞƏHRİYARIN ÇAĞLAYAN İLHAMININ 

MÖCÜZƏSİ 

yaxud 

“MÖVLANA ŞƏMS TƏBRİZİNİN 

XANƏGAHINDA” 

 

Mövlana Cəlaləddin Ruminin (1207-1273) 

şəxsiyyəti və yaradıcılığı yaşadığı dövrdən 

başlamış günümüzə  qədər  ən müxtəlif yönlərdən 

dəyərləndirmə obyektinə çevrilmiş, öz kəlamı ilə 

desək, «hərə öz zənnincə ona yar olmuşdur». 

Azərbaycanın  ədib və alimləri də daim Möv-

lananın sənət və fikir tarixindəki roluna çox 

yüksək qiymət vermişlər. Bu qiymət Mövlana 

əsərlərinə  nəzirələrdən, onların iqtibas, təbdil və 

tərcüməsindən, şairə ithaflardan tutmuş onun elmi 

bioqrafiyasının yaradılmasına ilk cəhdə (Hacı 

Zeynalabdin  Şirvani tərəfindən) qədər çeşidli 

formalarda təzahür etmişdir. Həmin sırada ölməz 

şairimiz Məhəmmədhüseyn  Şəhriyarın Mövlana 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 59


şəxsiyyəti və  sənətinə özünəməxsus baxışı ifadə 

edən “Mövlana Şəms Təbrizinin xanəgahında 

(Mövlana günü münasibətilə)” adlı iri həcmli şeiri 

xüsusi diqqətə və söhbətə layiqdir. 

Məsnəvi formasında və «Məsnəvi» bəhrində 

(bu da onun bəzi misralarını olduğu kimi şeirə 

daxil etməyə imkan vermişdir) yazılmış 123 

beytlik bu şeiri  Şəhriyar Mövlananın 750 illik 

yubileyinin qeyd olunduğu günlərdə  qələmə 

almışdır.  

Qeyri-adi romantik pafosa malik şeirin süjeti 

Şərq poeziyasında özünəməxsus  ənənəsi olan 

«ruhların görüşü» motivi üzərində qurulmuşdur: 

Şəhriyar belə hesab edir ki, Mövlana dünyanın hər 

yerində anılsa da, onun ruhu cismani həyatında 

olduğu kimi Şəmsi axtarmalı  və deməli, Təbrizə 

gəlməlidir. Şair ən incə detallarına qədər xəyalında 

canlandırdığı bu gəliş münasibətilə  Şəmsin 

qurduğu məclisə  Şərqin  ən böyük söz və fikir 

adamlarını toplayır.  

Burada kimlər yoxdur?! Qəzzali və İbn Sina, 

Rudəki və Firdovsi, Əbu Səid Meyhəni və 

Xəyyam, Sənayi və Əttar, Xaqani və Nizami, Əmir 

Xosrov və Feyzi, Mahmud Şəbüstəri və Hümam 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

60 



Təbrizi, Sədi və Hafiz, Cami və Nemətullah Vəli, 

Saib Təbrizi və Şeyx Bəhayi...  

Şəhriyar məhz bu nəhənglər içərisində 

Mövlanaya (və  Şəmsə) qiymət verməyə çalışır, 

onu təkcə fars şeirinin korifeyləri Firdovsi və 

Sədidən deyil, hətta çox sevdiyi Nizamidən də 

üstün tutur.  

Onu da yada salaq ki, Şəhriyar nəinki fars 

dilində yaratdığı  əsərlərlə bu dilin ən böyük 

ustadlarının qarşısına çıxan, eləcə  də «mədəni 

müstəmləkəçilik» (Cəlal Ale-Əhməd) siyasəti 

nəticəsində bir çeşmə halına salınmış türk 

(Azərbaycan) dilini yenidən dəryaya çevirən 

qüdrətli söz ustası idi, həm də Şərq ədəbiyyatının, 

xüsusən farsdilli poeziyanın böyük bilicisi idi 

(misal üçün, onun klassik farsdilli şeirdə  ədəbi 

məktəblər və  bədii üslublar barədə fikirlərini 

xatırlayaq). Bu mənada şeirin sonunda «Məsnəvi» 

və Mövlana-Şəms münasibətləri barədə  şairin 

dedikləri bütün poetik biçiminə baxmayaraq, ciddi 

elmi  əsasa malikdir və Mövlana yaradıcılığının 

adekvat dərkindən qaynaqlanır.  

Bütün bunları nəzərə alaraq, şeirin farscadan 

filoloji tərcüməsini zəruri izahlarla birgə oxuculara 

təqdim etməyi lazım bildim. 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 61


Hər an onların qanadlarının səsi eşidilir, 

Ey can, gəl onları qarşılamağa gedək! 

 

Dilbərlər məkanına gələn karvan yetişir, 

Bu da hər an mənə bir hal bəxş edir. 

 

Dəvəçilərin hay-küyünü eşit, 

Oxuyanların «Şur» və «Şahnaz»ını dinlə! 

 

Ariflərin karvanı qatar bağlayıb 

Yol azuqəsi ilə bizə sarı gəlir. 

 

Zınqırovların səsi arabir eşidilir, 

Elə bil [dəvələr] nəfəslərini sayırlar. 

 

Deyəsən, karvan dayandı, fikir ver

Mollanın (Ruminin) sədasıdır, ey ürək, qulaq as: 

 

«Təbriz şəhəri dilbərlər məkanıdır, 

Ey sarvan, dəvələrin yükünü aç!»

1

 

 

Təbriz şəhəri müşk ətirli bir diyardır, 

Şəmsin beşiyi, Mövlananın Kəbəsidir. 

 

Ey karvan, xoş gəlmisən, içəri keç! 

Ey bizim ürəyimizin ipinə bağlanmış, içəri keç! 

 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

62 



Bu gecə şəhərimiz çıraqban olub, 

Səmadakı Günəş qonaq qəbul edir. 

 

Gecə hara, Günəşin qonaqlığı hara? 

Yarəb, bu yuxuda baş verir, yoxsa oyaqlıqda?! 

 

Bizim şəhərimiz sevinclə dolub, 

Bəh-bəh, Mövlana Təbrizə gəlib! 

 

Bu gecə o dilbər bizim şəhərimizdədir, 

Bu xoşbəxtlik bizim üçündür. 

 

Orada

2

 bizim Şəms üçün ev sahibi olan kəs 

Burada bir gecəlik bizim Şəmsin qonağıdır. 

 

Budur, eşq sultanı qapıdan içəri girir, 

Afərin sənə, ey eşqin sonsuz gözəlliyi! 

 

Göz üstə yerin var, ey əziz can, 

Can sənə qurban, ey əziz qonaq! 

 

Sən bizim viranə könlümüzdə xəzinəsən, gəl! 

Baxmayaraq ki, aləmə sığmırsan, gəl! 

 

Gəl, ey bizim Günəşə pərəstiş edən Ayımız!

3

 

Ey bizim Mövlana Cəlaləddinimiz! 

 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 63


Biz hamımız balıq, sən bizim dəryamızsan! 

Sən bizim dinimizin, dünyamızın abrısan! 

 

Sədi söz xəzinəsi, sən söz dəryasısan, 

O dənizdirsə, sən okeansan! 

 

Firdovsinin şöhrəti nə qədər ucalsa da, 

Sənin qarşına çatanda əlini açar! 

 

Nizami xalis qızıla naxış vursa da, 

Sənin yanında xalis qızılı dəyərini itirər! 

 

Ey aşiqlər, canınızın ağuşunu açın, 

Əsrlərin şövqündən doğan göz yaşlarını dərya   

                                                                   edin! 

Vəhdət dənizinin balığı gəlir, 

Övliyalıq ölkəsinin şahı gəlir! 

 

Bu gecə, ey təbrizlilər, qeyrət göstərin, 

Mərifətin qolunu çırmalayın! 

 

Yeddi əsrdir ki, onun şəkərini yeyirik. 

Barı bir gecə də biz onu qonaq edək! 

 

Ərş sakinləri bizim qonağımızdır, 

Müqəddəslər bizim süfrəmizin başında oturub! 

 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

64 



Gözümüzü bağlayıb xəyala dalaq, 

Ərş sakinlərinin ruhunu xəyalımızda canlandıraq: 

 

Dağ və təpə silsiləsi kimi dövrə vurmuş 

Səliqəli və əzəmətli çadırlar görürəm. 

 

O yaşıl rəngli iri və uca çadır 

Firdovsinin – o uca sözlünündür. 

 

Mövlananın çadırı ağ və parlaqdır, 

Pak canın saflığı onda əks olunub. 

 

Bura uca behiştin həsəd apardığı bir xanəgahdır, 

Onun çadırları sanki hurilərin köşkləridir. 

 

Hurilər onu yaxşıca silib süpürürlər, 

Ənbər qoxuyan saçlarından ona ətir vururlar. 

 

  Hər bir çadırın önündə yumşaq dərili taxt qoyulub ki, 

Dostu dostun yanında oturda bilsin. 

 

Hər şeyə qadir olan eşq təbərzinlə 

Nəfs divinin buynuzunu sındırıb. 

 

Divlərin sınmış buynuzlarının ucundan 

Xirqələr və kəşküllər asılıb. 

 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 65


Xirqələrin üzərində sancaq taxılmış 

Tirmə taclar səf bağlayıb. 

 

Daşa-divara saflıq qələmi ilə 

Eşq və vəfa hekayətləri həkk olunub. 

 

Sufilərin iman xirqəsi çiyinlərində 

Ora-bura qaçdığını və coşqunluğunu görürəm. 

 

Xanəgahı eyş-işrətə hazırlayırlar, 

Şamlara ənbər qatırlar. 

 

Şeyx Şəbüstəri

4

 ora-bura gəzişir, 

Hay sala-sala hər guşəyə baş çəkir. 

 

Arxada gül təpəsinə bənzər ocağın üstündə 

Həqiqət Günəşinin (Şəmsin) qazanı pıqqapıqla  

                                                             qaynayır. 

 

Şeyx Sənan xanəgahın ocaqçısıdır, 

Tüstünün çadırı Ayın çadırı (haləsi) kimidir. 

 

Şəmsin qazanında qaynayan eşq məcunudur, 

Onu eşq ocağının sinəsində bişirir. 

 

Onun suyu Mövlananın axan ilhamından, 

Lobyası məna Günəşinin (Şəmsin) idrakındandır. 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

66 



 

Pıqqıltısı müğənnilərin çəng və avazından, 

Qaynaması sufilərin rəqs və səmasındandır. 

 

Səbzisi gözəllərin yaşıl xəttindəndir, 

Zahidlərin duası ona dəm verib. 

 

Ona Nizami ədviyyat səpib

Ona Saibin

5

 təkbeytlərindən duz tökülüb. 

 

Əriyini Buxaradan Əməq

6

 göndərib, 

Limonunu Molla Sədra

7

 verib. 

 

Zirəsi Şah Vəlinin

8

 mətbəxindən, 

Şöləsi Mövla Əlinin

9

 qeyrətindəndir. 

 

Odunu azadələrin hümmətindən, 

Tüstüsü aşiqlərin ürəkdən çəkdikləri ahdandır. 

 

Onu bişirən eşq yanğısıdır, 

Kasasını da aşiqlərin gözündən düzəldib. 

 

Süfrəyə Şeyx Şəbüstəri başçılıq edir, 

Onun «Gülşəni-raz»ı süfrəyə çağıranın duasıdır. 

 

Salam, ey rahatlıq bilməyən aişqlər! 

Salam, ey göz yaşı tökən bulaqlar! 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 67


Canınızı və ürəyinizi səhnə edib təmizləyin, 

Ona göz yaşı səpib kipriklərinizlə süpürün. 

 

Ud yandırın, yasəmən ətri səpin, 

Özünüzə yüz üsulla bəzək vurun. 

 

Təsəvvürlər pərdəsini qaldırın, 

Canın göz qapaqlarını açın. 

 

Ürəyin gözü üstündə şahın yerini boşaldın, 

Şahın şəklini o ucalıqdan asın. 

 

Qəlblərinizi ayna kimi təmizləyin ki, 

Bəlkə o işıqlı camalı görə biləm. 

 

Qapı arxasından şahın gəlişini bildirən «çəkil!»  

                            səsi eşidildi, 

Qoca qapıçı ürəkdən «Odur!» söylədi. 

 

Canının gözünü bu görüş üçün açıq saxla, 

Pərdətutan qoca pərdəni qaldırdı: 

 

Budur, o nur dəryası qapıdan içəri girdi, 

Elə bil Musa Tur dağından endi. 

 

Bir qoluna Əbu Səid

10

 girib, 

O biri qoluna da Cüneydlə Bayəzid

11



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

68 



Xəyyam onun başına çətir tutub, 

Şeyx Cam

12

 əmrə müntəzir dayanıb. 

 

Siması nur dəryasının aynasıdır, 

Qaməti Tur dağının vüqarını göstərir. 

 

Əzəli səhərin haləsi olan saçları 

Əbədi gözəllik Günəşini dövrəyə alıb. 

 

Göz sanki Məsihin simasına baxır, 

Qulaq sanki aydın ayələr eşidir. 

 

O gözəlliyi necə təsvir edə bilərəm ki, 

Gözlərim heyran qalıb onu görmədi. 

 

O büsbütün sirrdir, əgər faş etsəm, 

Yarasaya Günəşi təsvir etmiş olaram. 

 

Heç kəs onun sirrini faş edə bilməz, 

Hərə öz təsəvvürüncə ona yar olub. 

 

Onun halını vəsf edərkən bihal olsam yaxşıdır, 

Sirri olanların dili lal olsa yaxşıdır. 

 

Əbaların qolundan şövq əli çıxdı, 

Bədənlərdəki paltarlar qəba oldu. 

 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 69


Xirqə geyənlər onun əzəmətindən heyrətə düşüb 

Xirqələrini çıxararaq onun ayaqlarına atdılar. 

 

Şəms onun çiynindən öpüb irəli apardı, 

Yuxarı başa keçirib taxtda oturtdu. 

 

Elə bil Haqqın əlləri onu ağuşuna aldı, 

Üzərinə nurdan bir pərdə çəkdi. 

 

Pirin simasından eşq yağır 

Və aləmi tutan gözəlliyi vəsf edir. 

 

Onun saf etiqadlıları qapıdan içəri girirlər, 

Onun dərvişlərinin hərəsi bir padşahdır. 

 

Ariflər sapa düzülmüş ləl və dürr kimidir, 

Şəmsin gözünün sarayı dolub. 

 

Xanəgahın bütün fəzasını 

Günəşlə Ayın pərvanələri tutub. 

 

Həqiqət Günəşi (Şəms) özü xirqəsini çıxarıb 

Şaha qonaqpərvərlik göstərir. 

 

Saib ucadan «xoş gəldin!» deyərək, 

Şeyx Şəbüstəriyə kömək edir. 

 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

70 



Məsnəvixanlar

13

 hekayət danışır 

Və ayrılıqdan şikayət edirlər. 

 

Şam və məşəllər nur yağdırır, 

Elə bil hurilər ətrafa gül səpir. 

 

Qapıda, divarda şüalar oynaşır, 

Sufilər cuşa gəlib səma rəqsi edirlər. 

 

Xaqaninin oxuduğu qəsidə yarımçıq qaldı, 

Çünki Hümam

14

 qəzəl deməyə başladı. 

 

Padşahın eşqinin həyəcanlandırıcı hekayəti 

Yalnız qəzələ və tarın siminə sığışa bilər. 

 

Görürsən ki, ariflər və aqillər 

İltifatla başlarını aşağı salıblar. 

 

Qapı ağzında bir tərəfdə Şeyx Bəhayi

15

 durub, 

Bir tərəfdə də Sənayi

16

 əli sinəsində dayanıb. 

 

İbn Sina şahın qəlyanını aparır, 

Fəxr Razi

17

 şaha tütün çatdırır. 

 

Su gətirmək Feyzi Dəkəninin

18

 öhdəsindədir, 

Dehləvi dəhlizdə dayanıb

19



 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 71


Tus şairi

20

 əkinin suyunu bağlayıb, 

Qəzzali

21

 də ipi pambıq edib. 

 

Rudəki arabir rud çalaraq, 

Xoş Səmərqənd nəğməsi oxuyur: 

 

«Muliyan çayının ətri gəlir, 

Mehriban yar yada düşür»

22



 

Sədi bir guşədə qiyamət qoparıb 

O üzü və qaməti vəsf edir. 

 

Xacə (Hafiz) öz xoş avazı ilə oxuduğu 

«Şahnaz»la məclisə xoş bir «Şur» (coşqu) salıb. 

 

O yanda Şeyx Əttar

23

 müşk səpib ud yandırır, 

Bəd nəzəri üzərlik tüstüsünə tutur. 

 

Məclisi bəzəməyə Nizami layiqdir, 

O şöhrətli söz ustası layiqdir. 

 

Məclisi nizamlamağı Nizamiyə tapşırıblar, 

Cam gəzdirməyi Camiyə

24

 tapşırblar. 

 

Xəyyam mey kuzəsini başına çəkir, 

Firdovsi ucadan deyir: «Nuş olsun!» 

 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

72 



Bizim məstliyimiz mənəvi şərabdandır, 

Bizim çərəzimiz «Məsnəvi»nin neyi və avazıdır. 

 

Bizim hədiyyəmiz göz yaşımız və eşqimizdir, 

Onun qaşının bir işarəsi bizə yol göstərir. 

 

Gözümüzü açıb bu xoş röyadan ayrılaq, 

Eşqi ağılla tutuşduraq. 

 

«Şahnamə» bizim təbilimiz və şeypurumuzdur, 

«Məsnəvi» bizim çəngimiz, neyimiz və  

zınqırovumuzdur. 

 

Tanrı xilqət neyinə üfürəndən bəri 

Mövlanadan yanıqlı ney kim görüb?! 

 

İlahi, bu neyçi nə gözəl çalır, 

«Çalır» deyirlər, amma od vurur. 

 

«Neyin bu sədası hava deyil, oddur, 

Kimdə bu od yoxdursa, yox olsun!»

25

 

 

Bu qələndər gör nə qovğa salıb, 

Aləmi öz sədası ilə doldurub! 

 

Bu «Məsnəvi» yaradılış kitabı olduğundan 

Köhnə onda bir an içində yeniləşər. 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 73


Hissəciklə tamı yenidən bir-birinə qovuşdurub, 

Yaradılış kimi bir məhşər meydana gətirib. 

 

Onun hər vərəqində yüz səhnə canlanır, 

Onun hər sözündə yüz naxış görünür. 

 

Onun hər sözü mübtədanın neçə-neçə xəbəridir, 

Üstəlik özü də neçə-neçə sonun başlanğıcıdır. 

 

Elə ki, söz həm mübtəda, həm də xəbər olar, 

Bir dünya mənanı qucağına alar. 

 

Otuz hissədən ibarət Qurana and olsun ki, 

«Məsnəvi» fars şerinin Quranıdır. 

 

Düşüncə gözəlləri ona vurğundur, 

Beyinlər onun dəryasında qərq olub. 

 

Mövlana könlünü Şəmsin eşqinə verdi 

Və bu qədər divanı Şəmsin adına bağladı. 

 

Ona görə də Mövlananın ilhamına yox, 

Mövlananın Şəmsinə əhsən! 

 

Bizim dilsizlikdən şikayətlənən Şəmsimiz 

Mövlana şerinin dilində təzahür etdi

26



 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

74 



Dil dağından ürəyi ağrıdığından 

Tanrı ona bu əbədi dili verdi. 

 

Bu «Məsnəvi» kitabı əbədidir, 

Ey Mövlananın ruhu, sən də əbədi yaşa! 

 

Mövlana Ruminin yeddi yüz əlli illiiyi 

Hər bir ölkədə keçirilsə də, 

 

Mövlana Şəmsi axtarır, 

Şəms hardadırsa, ora gedir. 

 

Şəms təbrizli və bizimki olduğundan 

Mövlananın ruhu da yəqin bizim qonağımızdır. 

 

Ey Şəhriyar, ilhamın çağlayırdı, 

Ona görə də qonaqlarının vaxtını xoş keçirdin. 

 

 



İzahlar: 

 

1.  Beyt Mövlanaya məxsusdur. 



2.  Konya şəhəri nəzərdə tutulur. 

3.  Şəms Təbrizi «Söhbətlər»ində özünü Günəşə, 

Mövlananı isə Aya bənzədir. Eyni müqayisəyə 

Ruminin əsərlərində də rast gəlirik. 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 75


4. Azərbaycanın böyük filosof-şairi, sufi ədə-

biyyatının mühüm nümunələrindən biri olan 

«Gülşəni-raz»ın müəllifi Şeyx Mahmud Şəbüstəri 

(1287-1320) nəzərdə tutulur. Bir qədər aşağıda 

Şəhriyar onun əsərinin də adını çəkir. 

5.  Özünü «Mövlana tərzinin davamçısı» adlandıran, 

farsdilli poeziyada bütöv bir cərəyanın başında 

duran dahi Azərbaycan  şairi Saib Təbriziyə 

(1601-1677) işarə olunur. 

6. XI-XII əsrlərdə yaşamış  şair  Əməq Buxari 

(vəf.1148). 

7. Səfəvilər dövründə yaşayıb «Molla Sədra» kimi 

məşhur olan filosof və ilahiyyatçı  Sədrəddin 

Şirazi (1572-1640). 

8.  Görkəmli sufi şairi, nemətullahi təriqətinin banisi 

Şah Nemətullah Vəli (1330-1431). 

9.   Həzrət Əli nəzərdə tutulur. 

10. Böyük sufi şeyxi  Əbu Səid  Əbül-Xeyr Meyhəni 

(967-1049). 

11.  Erkən sufizmin görkəmli nümayəndələri Cüneyd 

Bağdadi (vəf.910) və Bayəzid Bəstami (vəf. 

875) 


12.  Təsəvvüf tarixində özünəməxsus yer tutan Şeyx 

Əhmədi-Cam Jindəpil (1049-1125) 

13.  Məsnəvixan – peşəkar «Məsnəvi» qiraətçisi. Bu 

beyt «Məsnəvi»nin ilk sətirlərinin azca 

dəyişdirilmiş variantıdır. 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

76 



14. Mövlananın müasiri olmuş Azərbaycan  şairi  

Hümam Təbrizi (vəf.1315) 

15.  «Şeyx Bəhayi» adı ilə məşhur olan alim və şair 

Bəhaəddin Amili (1546-1622). 

16. Sufi poeziyasının ünlü nümayəndəsi Sənayi 

Qəznəvi (1048-1140). Mövlanaya güclü təsiri 

olmuşdur. 

17. Məşhur ilahiyyatçı Fəxrəddin Razi (1149-1209). 

Mövlananın atası  Bəhaəddin Vələdlə münaqi-

şəsi olmuşdur. Şəms də, Mövlana da ona mənfi 

münasibət bəsləmişdir. 

18. Moğollar dövrünün böyük hind şairi  Əbül-Feyz 

Feyzi Dəkəni (1547-1595) 

19. Dahi hind şairi  Əmir Xosrov Dehləvi (1253-

1325) 

20. Burada «Tus şairi» dedikdə Firdovsi nəzərdə 



tutulur və onun dehqanlığına işarə olunur. 

21. Məşhur filosof və ilahiyyatçı  Əbu Hamid 

 

Məhəmməd  əl-Qəzzali (1058-1111). Şəhriyar 



Qəzzali (pambıqdan iplik əyirən, ip toxuyan) 

sözünün hərfi mənasına işarə etmişdir. 

22. Burada fars-tacik ədbiyyatının banisi sayılan 

Rudəki Səmərqəndinin (IX-X əsrlər) rud 

alətində çalmasına işarə olunmuş  və onun 

məşhur «Buye-cuye-Muliyan ayəd həmi...» 

şerindən bir beyt verilmişdir. 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 77


23. Sufi ədəbiyyatının böyük nümayəndəsi  Şeyx 

Fəridəddin 

Əttar Nişaburi (1119-1230). 

Qaynaqlarda Mövlananın uşaq ikən onunla 

görüşdüyü bildirilir. 

24. Nizaminin görkəmli davamçılarından olan şair və 

sufi Əbdürrəhman Cami (1414-1492). 

25. Bu beyt «Məsnəvi»nin giriş hissəsindən 

götürülmüşdür. 

26.  Şəms Təbrizi daim dilin və sözün onun hiss və 

düşüncələrini ifadə etməkdə «acizliyindən» 

şikayətlənmiş, buna görə də əsər yazmağa meyli 

olmadığını bildirmişdir. Mövlana isə öz 

əsərlərinin Şəmsin səsi olduğunu vurğulamışdır. 

Şəhriyar burada həmin mətləbə işarə edir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

78 



 

 

MÜNDƏRİCAT 

 

Şəhriyar şeirinə yeni baxış (Qurban Bayramov) ......5 

Şəhriyar və zəmanəmiz ..........................................11 

Şəhriyar və XX əsr İran ədəbi mühiti  ....................22 

“Heydərbaba” fars dilində ......................................47 

“Azərbaycan” şeiri saxta deyil ...............................52 

Şəhriyarın çağlayan ilhamının möcüzəsi ................58 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 79


 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

80 



Məsiağa Məhəmmədi 

 

 

Şəhriyar və zəmanəmiz 

 

 



 

 

 



 

 

 



Çapa imzalanmışdır: 02.11.2015 

Formatı: 84x108 1/32 

Həcmi: 2,5 ç.v. 

Sifariş: 126 

Sayı: 300 

Qiyməti: Müqavilə ilə 

 

_____________________ 



 

“ADMİU”nun mətbəəsində nəşr olunmuşdur. 

Ünvan: Bakı ş., Zərdabi 39a 

Tel: (+994 12) 434 50 04 



: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə