ŞƏHRİyar və ZƏmanəMİZ



Yüklə 332.11 Kb.
Pdf просмотр
səhifə1/2
tarix06.07.2017
ölçüsü332.11 Kb.
  1   2

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 

1



 

Məsiağa Məhəmmədi 

 

 

 

 

ŞƏHRİYAR  

VƏ  

ZƏMANƏMİZ 

 

 

 

 

 

Bakı‐2015 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 



 

 

Redaktoru və ön sözün müəllifi: 



Qurban Bayramov 

                  

 

 

 



Məsiağa Məhəmmədi. Şəhriyar və zəmanəmiz. 

Bakı: “ADMİU”-nun nəşriyyatı, 2015, 80 səh. 

 

 

Kitaba tanınmış  şərqşünas və  tərcüməçi Məsiağa 



Məhəmmədinin dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyar 

(1906-1988) yaradıcılığına dair müxtəlif illərdə yazılmış 

məqalələri, eləcə  də  şairin Mövlana Cəlaləddin Rumiyə 

(1207-1273) həsr edilmiş iri həcmli  şeirinin fars dilindən 

filoloji tərcüməsi daxil edilmişdir. 

Kitab  şərqşünas və  ədəbiyyatşünaslara, eləcə  də 

Şəhriyar poeziyası ilə maraqlanan geniş oxucu kütləsinə 

ünvanlanır. 

 

 



ISBN 978-9952-330-82-3 

 

 



 

© Məsiağa Məhəmmədi, 2015 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 

3



 

 

 



 

 

 



 

Şəhriyarın “qələm Rüstəmi” 

adlandırdığı unudulmaz ustadım, 

böyük Azərbaycan şərqşünası, 

professor Rüstəm Əliyevin 

parlaq xatirəsinə ithaf edirəm. 

 

Müəllif 

 

 



 

 

 



 

 

 



 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 

5



 

 

ŞƏHRİYAR ŞEİRİNƏ YENİ BAXIŞ 

 

XX əsr Azərbaycan poeziyasında milli ruhu və 



düşüncəni ifadə etmək qüdrəti baxımından yalnız 

Səməd Vurğunla müqayisə edilə biləcək dahi Şəh-

riyarın yaradıcılığı, onun ana dilimizin qənirsiz gö-

zəlliyini, misilsiz şəhd-şəkərini, məhrəm melodi-

yasını  təcəssüm etdirən  şeirləri onilliklərdir ki, 

tədqiqatçıların diqqət mərkəzindədir. Onun zəngin 

bədii irsi, ədəbi-tarixi missiyası haqqında çox 

deyilmiş, çox yazılmışdır. Bununla belə,  Şəhriya-

rın çoxşaxəli yaradıcılığı ilə bağlı çözülməmiş 

məsələlər, söylənməmiş fikirlər, toxunulmamış 

mətləblər də az deyil. Və nə yaxşı ki, böyük usta-

dın bənzərsiz poeziyasının hələ açılmamış 

qatlarını, toxunulmamış problemlərini orijinal bir 

tərzdə incələməyi bacaran, hər cəhdində bu misil-

siz xəzinədən əl dəyməmiş dürr və gövhərlər çıxa-

ran yeni nəsil  ədəbiyyatşünaslarımız var – 

istedadlı, bacarıqlı, fəhmkar, modern təfəkkürlü 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 



şərqşünas-alim, nəzəriyyəçi, tənqidçi və tərcüməçi 

Məsiağa Məhəmmədi kimi!..  

Onun oxuculara təqdim olunan kitabına daxil 

edilmiş  və müxtəlif illərdə  qələmə alınmış 

məqalələrini birləşdirən bir cəhət var: Şəhriyar 

şeirinə, onun ədəbi  şəxsiyyətinə yeni baxış. 

Fikrimi  əsaslandırmaq üçün kitabdakı yazılar 

barədə müəyyən məqamları qeyd etməyi lazım 

bilirəm... 

“Şəhriyar və zəmanəmiz” adlı məqalədə müəl-

lif  Şəhriyarın fəlsəfi dünyaduyumunun əsas 

aspektlərini, çağdaş dövrün mahiyyəti və səciyyəsi 

ilə bağlı özünəməxsus görüşlərini açıqlayır. Bu-

nunla bağlı iki anlayışa (təməddün və siyasət) 

xüsusi yer ayıran tədqiqatçı  Şəhriyarın dünyagö-

rüşünü tamamilə yeni bir rakursdan təqdim edir. 

Eyni zamanda şairin yaradıcılığında millilik, milli 

dərdlərin ifadəsi qlobal kontekstdə nəzərdən keçi-

rilir, milliliklə ümumbəşəriliyin vəhdəti spesifik 

yöndən işıqlandırılır.  Əslində biz burada ədəbi 

təhlillə yanaşı, fəlsəfi və sosioloji analizlə  də 

qarşılaşırıq... 

Müəllifin “Şəhriyar və XX əsr  İran  ədəbi 

mühiti” başlıqlı geniş  həcmli araşdırması xüsusi 

diqqətə layiqdir. Burada Şəhriyar yaradıcılığı XX 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 

7



yüzillikdə İran ədəbiyyatının inkişaf xüsusiyyətləri 

kontekstində nəzərdən keçirilir və bildiyim qədəri, 

bizim  ədəbiyyatşünaslıqda, ümumən  şərqşünas-

lıqda ilk belə  tədqiqatdır.  Şəhriyarın poeziyasını 

ənənə və novatorluq problemi baxımından, böyük 

İran  şairi Nima Yuşicin yaradıcılığı ilə  əlaqəli 

şəkildə araşdıran müəllif bu qənaətə  gəlir ki, 

Şəhriyar XX əsr İran şeirində əlahiddə bir yer tutur 

və bunu şərtləndirən beş fundamental səbəbi açıq-

layır. Mənim fikrimcə, Belinskini oxumadan 

Puşkini olduğu təkin başa düşmək mümkün olma-

dığı kimi, Məsiağanın bu məqaləsini oxumadan 

Şəhriyarın da kim olmasını dəyərincə başa düşmək 

mümkün deyildir... 

Şəhriyarın dillər  əzbəri olan “Azərbaycan” 

şeiri haqqında məqalə isə  həmin  şeir  ətrafında 

mübahisə və spekulyasiyalara nöqtə qoyan sanballı 

və əzmkar alim sözüdür. Təsadüfi deyil ki, həmin 

məqalə  mətbuatda dərc olunan kimi böyük rezo-

nans doğurmuş, internet-mediada, sosial şəbəkə-

lərdə qızğın diskussiyalara yol açmışdı. Məqaləyə 

təkcə Azərbaycandan deyil, İran və Türkiyədən də 

təqdiredici reaksiyalar olmuşdu. Qeyd edim ki, bu 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 



məqalədə müəllif özünü həm də püxtə bir 

mətnşünas kimi göstərmişdir... 

Məsiağa Məhəmmədi klassik və müasir 

farsdilli  ədəbiyyatı araşdırmaqla yanaşı, həm də 

onun tərcüməsi, təbliği və tənqidi ilə məşğuldur və 

bu sahədə onun fəaliyyəti elmi-ədəbi ictimaiyyətə 

yaxşı tanışdır. Burada da həmin fəaliyyətin müəy-

yən nəticələri öz əksini tapmışdır: kitabda onun 

“Heydərbabaya salam” poemasının fars dilinə 

İranda çap olunmuş tərcüməsi haqqında rəyi, eləcə 

də  Şəhriyarın iri həcmli bir şeirinin farscadan 

dilimizə tərcüməsi yer almışdır. Böyük Mövlanaya 

həsr edilmiş bu şeir (mən onu tam cəsarətlə, 

poema adlandırardım) Şəhriyarın bədii təxəyyülü-

nün qüdrətini və özünəməxsusluğunu göstərmək 

baxımından çox maraqlıdır. Məsiağa bədii 

mətnlərə öz akademik yanaşmasına uyğun olaraq, 

həmin şeiri filoloji tərcümə edib. Bildiyim qədəri, 

onun tərcüməsi  əsasında bu şeirin iki müxtəlif 

poetik tərcüməsi də meydana çıxıb və dövri 

mətbuatda işıq üzü görüb.  

Mən Məsiağa Məhəmmədinin elmi-ədəbi 

yaradıcılığına kifayət qədər bələd bir adam kimi 

deyə bilərəm ki, o, daim öyrənilməmiş, yaxud az 

öyrənilmiş mövzulara üz tutur, bütün hallarda 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 

9



araşdırma predmetinə özünəməxsus və  fərqli ya-

naşmasını ortaya qoyur. Oxuculara təqdim olunan 

kitab da bu baxımdan istisna deyil. Məhz bu 

cəhətinə görə inanıram ki, həcmcə kiçik, lakin 

sanbalca böyük olan bu kitab Şəhriyar tədqi-

qatçıları üçün mötəbər qaynaq rolunu oynayacaq, 

oxucuların dahi şairi daha yaxşı tanımasına, onun 

poetik dünyasının incəliklərini daha dərindən dərk 

etməsinə  vəsilə olacaq, dəyərincə xidmət 

göstərəcəkdir...

         

 

Qurban Bayramov

 tənqidçi-ədəbiyyatşünas 

02.11.2015 

 

 

 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

10 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 11


 

 

 

ŞƏHRİYAR VƏ ZƏMANƏMİZ 

yaxud 

«İPƏKDƏN QƏZİL OLMAZ» 

 

Poeziya yaranandan bəri üç mövzu onun 



əsasını təşkil edib: ayrılıq, məhəbbət və ölüm. Bu 

mövzuların bədii yaradıcılığın təməlində durması 

əslində insanın bir varlıq kimi təbiəti, yaradılışının 

xarakteri ilə  şərtlənib. Həmin  şərtlənmə ümumən 

insanın mahiyyəti və xislətinin istər mifoloji, istər 

dini, istərsə də elmi-fəlsəfi izahı ilə təsdiq olunur. 

Və  hər  şair öz istedadı, başqa sözlə, vücudunda 

daşıdığı ilahi nurun – çınqının hərarəti səviy-

yəsində (və dilin məhdud imkanları  çərçivəsində) 

göstərilən mövzuları  qələmə alır, onların fərdi 

ifadəsini,  şərhini, açımını  və  həllini təqdim edir. 

Nəticə etibarilə həmin mövzular heç zaman və heç 

bir  şairin yaradıcılığında ifadə potensiyasını 

tükəndirmir, qəti həllini tapmır və ona görə  də 

əbədi mövzular statusunda yaşayaraq, dünyanın 

sonuncu şairinə doğru yolunu davam etdirir. 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

12 



 

 

Şair və “yalan dünya” 

 

Bu mövzuların çözümünə yönəlmiş poeziya 



apriori olaraq, dünya ilə antitezaya girir: ayrılıq – 

insanların fani dünyaya bağlılığına (sufi şairlərin 

«təəllüq» dedikləri  şeyə), məhəbbət – ictimai 

birgəyaşayışa  əsaslanan dünyadakı nifrət və 

ədavətə, nəhayət, ölüm – cismani həyat ehtirasına 

(Şəhriyar demişkən, insanın  qəbri görə-görə 

dünyadan həmişəlik  şadlıq ummaq cəhdinə), 

mənası-məzmunu ötəri həzzi və müvəqqəti 

mövcudluğu təmin etmək uğrunda savaşdan və 

daimi iztirabdan ibarət olan ömrə qarşı dayanır. 

Poeziya – dünya içində dünya deyil, dünyaya qarşı 

duran dünyadır. Onun əbədi müxalifət funksiyası 

da buradan doğur. Bu funksiyanı müxalifət 

anlayışının dar mənasında konkretləşdirmək 

istəsək, deməliyik ki, heç bir ictimai sistem, sosial 

həyatın istənilən formada təşkili poeziyanın 

kamillik və harmoniya idealına uyğun gəlmir və 

gələ  də bilməz. Çünki həmin idealın bu dünyaya 

yox, başqa bir aləmə dəxli var: 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 13


Şairin aləmi ölməz, ona aləmdə zaval yox, 

Arzular orda nə xatırlaya imkandı, mahal yox, 

Baği-cənnət kimi orda «bu haramdır, bu halal» yox, 

O məhəbbətdə məlal yox, 

Orda haldır, daha qal yox. 

 

Klassik şerimizdə «dünya» sözü sabit şəkildə 



«din» məfhumunun (ruhani, mənəvi həyat kimi 

ümumi anlamda) antonimi kimi  işlədilir. Bir də 

həmin sözün «dəni» (alçaq) kəlməsindən çıxarılan  

poetik etimologiyası verilir. Belə olduğu halda  

ruhani başlanğıca, ülvi aləmə, mənəvi dünyaya 

bağlı olan şair bu «alçaq» dünyanı – «qilu-qal» və 

«halal-haram» dünyasını  qəbul edə, «dünya 

adamı» ola bilməz. 

«Fərzanələrin atdığı, divanələrin qapıb 

tutduğu» bu dünyada şair  yaddır, qəribdir: 

 

… Bilmirəm hardayam, bura haradır, 

Ev-eşik yad gəlir hələ gözümə, 

Elə bil qalmışam keçənlərdə… 

 

«Keçənlər» heç də  fərdi həyatın hansısa ke-



çilmiş  mərhələsi deyil, uzaq, çox uzaq bir keç-

mişdir – klassik şeirdə  «Ələst məclisi» kimi xa-



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

14 



tırlanan bir zamandır. Bu həsrət, bu nostalji hissi 

şairin «dünya duracaq yer deyil» (Nəsimi) qənaəti-

ni gücləndirir, ondan xilas olmaq şövqü doğurur: 

 

Heydərbaba, gül qönçəsi xəndandı,  



Amma heyif, ürək qəzası qandı, 

Zindəganlıq bir qaranlıq zindandı, 

Bu zindanın dərbçəsin açan yox, 

Bu darlıqdan bir qurtulub qaçan yox. 

 

«Gözünə qəmdən bir eynək taxan» dünya ilə 



sazişin bütün hallarda mümkünsüzlüyünü yaxşı 

anlayan Şəhriyar: 



 

Çağır, Vurğun, çağır, qopsun bu gün aləmdə tufanlar, 

Dağılsın məhvəri-aləm, kökündən tarimar olsun! 

 



 

deyən Səməd Vurğunun ardınca, dünyaya 

münasibətini: 

 

Yaman qurğu yığılaydın, 



Tufanlarda boğulaydın, 

Nolaydı bir dağılaydın, 

Bizi dərdə salan dünya! 

 

– şəklində qətiləşdirir. 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 15


Əsrimiz: Təməddün və Siyasət 

 

Dünyaya belə münasibət heç də  şairin öz 



həmnövlərinin – dünya əhlinin həyatına, yaşayış 

uğrunda savaşının gedişi və nəticələrinə nüfuzunu 

istisna etmir. Və bu hal poeziyanın  əsas mövzu 

dairəsi barədə yuxarıdakı tezisin inkarı kimi başa 

düşülməməlidir – dünyadakı gerçəkliyin təsviri və 

qiymətləndirilməsi poeziyanın  əzəli və  əbədi 

mövzularının  şərhində    vasitə  və üsuldur, son 

nəticədə dünyaya qarşı duran poeziyanın özünütəs-

diqinə xidmət edir. İkinci bir tərəfdən, nəzərə 

almalıyıq ki, orta əsr  şairlərindən fərqli olaraq, 

müasir dövr şairinin «üzlət guşəsini seçmək», 

«inzivaya çəkilmək» imkanları xeyli dərəcədə 

məhduddur. Bu da zəmanəmizin xarakterindən 

irəli gələn məhdudiyyətdir. Şəhriyar həmin xarak-

teri şərtləndirən iki amili – Təməddün və Siyasəti 

– xüsusi vurğulayır. Qeyd edək ki, həmin amillər 

elmi baxımdan da müasir tarixi prosesin tipolo-

giyasını müəyyənləşdirən faktorlar kimi qiymət-

ləndirilir. 

Şəhriyar «təməddün» dedikdə, çağdaş texno-

loji sivilizasiyanı  və ya bizim «elmi-texniki inqi-


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

16 



lab» adlandırdığımız («inqilab» sözu burada lap 

yerinə düşüb) hadisəni  nəzərdə tutur. Şair bir 

vaxtlar bəşəriyyətin  şövq və ümidlə qarşıladığı 

(«Təməddünun uyduq yalan sözünə») texniki 

ixtiraların, texnoloji yeniliklərin  istər qlobal 

nəticələrini, istərsə də gündəlik həyat və məişətdə 

doğurduğu problemləri qələmə alır: 

 

Silo dair olalı hər nə dəyirman yığışıldı, 



Amma xalis təmiz  ünlar da dəyirman ilə getdi… 

Hava insanı boğur, baş-başa «qaz-karbonik» olmuş, 

Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi. 

 

Və ya : 



 

Təməddünün gözü görüm kor olsun, 

Ağzındakı şirin şərbət şor olsun. 

Bal da yesə, zəhər olsun, çor olsun, 

Ağzımızın dadın  qapıb apardı, 

Ürəkləri çəkib kökdən qopardı. 

 

Şairin təməddünə mənfi münasibətini doğuran, ilk 



növbədə, onun məhz bu «kökdən qoparmaq» 

keyfiyyətidir. Belə ki, təməddün təkcə müxtəlif 

ekoloji fəlakətlər və xəstəliklər törətmir, insanı öz 

kökündən – təbiətdən ayırmaqla («Maşın bizi 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 17


təbiətdən ayırıb, Mürdəşirə verim belə maşını») 

son  nəticədə onun mahiyyətinin dəyişməsinə 

gətirib çıxarır.  Əslində  əsrimizin simasını 

müəyyənləşdirən ikinci amil – Siyasət də  həmin 

dəyişikliklə şərtlənir. Belə ki, elmi-texniki inqilab 

əsrində yalnız təbiətə  və ayrı-ayrı  fərdlərə deyil, 

bütöv ölkələrə, xalqlara, millətlərə istehlakçı 

münasibət formalaşır. 

 

İndi bəşər ac qurd təkin uduxub, 

Çömbələnti göz qıcırdıb duruxub, 

Baxırlar ki, görsünlər kim sınıxıb, 

Tökülsünlər onun leşin yırtsınlar, 

Hərə bir diş ənsəsindən  qırtsınlar. 

 

Bu siyasətin (geosiyasətin) texnologiyasını 



da yaxşı başa düşən  Şəhriyar zəmanəmizdə    istər 

bütövlükdə dünyada, istərsə  də ayrı-ayrı xalqların 

taleyində baş vermiş hadisələrin kökündə duran 

həmin amili səciyyələndirmək üçün  şeirlərində 

daim bir anlayışdan – Şeytan obrazından istifadə 

edir: 


 

Biz millətin var harası? 

Hardan sağalsın yarası? 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

18 



Öz Şeytanı, öz barası 

Ona deyir: «Qaç çaparı!» 

Buna deyir: «Vur şikarı!»… 

 

Köməkləşən gedir maha 

Bizə kömək yoxdur daha, 

Bizimki qalmış Allaha, 

Şeytan quluymuş şahımız… 

 

Beləcə  Şəhriyar bir vaxtlar Hüseyn Cavidin 



irəli  sürdüyü: «Təməddünün sonu vəhşətmidir?» 

sualına müsbət cavab vermiş olur. 



 

 

Milli dərdlər: “Nədir axı  

bu millətin günahı?” 

 

Dünyada gedən proseslərin kökündə, özülün-



də dayanan amilləri iti fəhmi, dərin zəkası ilə anla-

yan  Şəhriyar «inkişaf etmiş ölkələrin» texnoloji 

hücumuna məruz qalan, geosiyasət obyektinə 

çevrilən ölkəsinin dərdlərini də yaxşı bilir. Şairin: 

 

Obalar şairiyəm, dərdimizi 

Duyuram, çox da dərin duyğudu bu 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 19


– sözləri onun yaradıcılığı ilə tam təsdiq olunur. 

Şəhriyar zaman-zaman xalqının başına gətirilən 

oyunları həm ürək ağrısı ilə, həm də bu oyunların 

mahiyyətini və mexanizmini açacaq bir tərzdə 

qələmə almışdır: 

 

Kim qaldı ki, bizə buğun burmadı, 



Altdan-altdan bizə kələk qurmadı, 

Bir mərd oğul bizə havar  durmadı. 

Şeytanları qucaqlayıb gəzdiz siz, 

İnsanları ayaqlayıb əzdiz siz. 

 

Lakin  ən mühümü budur ki, Şəhriyarın 



yazdıqları  təkcə o vaxtkı  İran gerçəkliyinə deyil, 

bütövlükdə  əksər müsəlman ölkələrindəki vəziy-

yətə güzgü tutur. Misal üçün: 

 

Çörək qəmi çıxıb xalqın ayına, 



Hər kəs qalıb öz canının hayına… 

Və ya: 


 

Gör necə qızları, övrətləri saillıq edirlər, 

Millətin namusudur, fırlanır övbaş arasında. 

 

Yaxud: 



 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

20 



İndi gərək, Amerikadan dən gələ, 

Çörək gedə, Fransadan pən gələ, 

Dən-düşümüz Sued, Norvejdən gələ, 

Gəlməsə bir gün acımızdan ölək 

Qapış-qapış bir çörəyi min bölək. 

 

və s. 



Məhz bu keyfiyyət 

Şəhriyarı milli 

hüdudlardan çıxarıb ümumşərq  şairi edir və ona 

qoca  Şərqin  ən böyük dahiləri ilə bir sırada 

dayanmaq haqqı qazandırır. Şəhriyarı Azərbaycan 

sovet  şairlərindən fərqləndirən, yüksəyə qaldıran 

və müasirimiz olduğu halda, onun yaradıcılığına 

klassik mahiyyət bəxş edən xüsusiyyət də budur. 



 

 

“Keçək yenə məhəbbətin sözünə” 

  

Bir daha qeyd edək ki, Şəhriyarın dünyada 



baş verən hadisələri təhlil edib, ictimai, siyasi, 

milli məsələlərdən bəhs açması heç də onun şairlik 

dünyasından çıxıb bu dünya işlərinə qarışması, 

başqa sözlə, siyasətlə məşğul olması demək deyil. 

Bizim ictimai-siyasi həyata «fəal» müdaxilə edib 

bu mövzularda yazmaqla şəxsi mənfəət  əldə 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 21


etməyə çalışan, milli dərdlərlə, xalqın inamı ilə 

alver edən bir çox şairlərdən fərqli olaraq, burada 

Şəhriyarın mövqeyi tam qərəzsiz, obyektiv mahiy-

yət daşıyır və elə həmin mövqeyin sayəsində onun 

bu mövzudakı şeirlərində zəmanəsini dəqiq səciy-

yələndirmək,  ən mühüm detalları qabarıq təqdim 

etmək keyfiyyəti meydana çıxır. Çünki bu şeirlər 

kənar və  təmənnasız bir müşahidəçinin qələmin-

dən çıxıb. Bu həlledici amilə şair özü də işarə edib: 

 

Mənim yolum məhəbbət caddəsiydi, 



Son sözlərim haqqın iradəsiydi, 

Məhəbbətin risalət vədəsiydi, 

Yoxsa məndə bir kəs ilə qərəz yox, 

Siyasət adlı məndə bir mərəz yox. 

 

Siyasət – «qərəz» və «mərəz»dirsə, siyasətçi 



şair – absurddur, nonsensdir, çünki siyasət adamı 

olmaq dünya əhli olmağın kulminasiyasıdır, ifrat 

həddidir. Bu isə  şairliyin dünyaya qarşı durmaq 

missiyası ilə bir araya sığışan  şey deyil. Necə ki, 

ustad buyurur: 

 

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, 



Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz! 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

22 



 

 

 

 

ŞƏHRİYAR VƏ XX ƏSR  

İRAN ƏDƏBİ MÜHİTİ 

yaxud 

“İNŞALLAH Kİ, QALİBƏM MƏN!” 

 

Məhəmmədhüseyn  Şəhriyarın poeziyası XX 



əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx 

surətdə bağlı olmuş, klassik irsin yaradıcı  şəkildə 

mənimsənilməsi ilə yanaşı, çağdaş  ədəbi proseslə 

qarşılıqlı əlaqə və təsir zəminində formalaşmışdır. 

Həyatının bütün mərhələlərində  tərkidünyalıq və 

guşənişinlik illəri yaşamasına,  əski təbirlə desək, 

«sufi-məşrəb» və «dərviş-məab» olmasına baxma-

yaraq, Şəhriyar İran ədəbiyyatında, xüsusən poezi-

yada baş verən hadisə  və  dəyişiklikləri yaxından 

izləmiş, zəruri məqamlarda və  ən mühüm məsə-

lələr barədə  səmimi  şəkildə mövqeyini bildirmiş, 

sözünü söyləmişdir. Odur ki, şairin yaradıcılığının 

ədəbi-tarixi əhəmiyyəti və müəyyən mənada müs-


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 23


təsna mahiyyəti məhz bu kontekstdə anlaşıla və 

qiymətləndirilə bilər. 

XX əsr İran ədəbiyyatının inkişafı bütövlük-

də  «ənənəçilərlə» «yenilikçilərin» qızğın müba-

hisəsi və kəskin mübarizəsi şəraitində baş vermiş, 

onun ən intensiv mərhələləri 1920-30-cu və 1960-

70-ci illərə, yəni Rza şahın modernləşməyə yönəl-

miş sosial-mədəni islahatları  və  Məhəmmədrza 

Pəhləvinin «ağ inqilabı» dövrünə təsadüf etmişdir. 

Bu prosesdə Şəhriyar əlahiddə bir yer tutur və biz 

burada həmin  əlahiddəliyin mahiyyəti və  səbəb-

lərini açıqlamağa çalışacağıq. 

Şəhriyarın  ədəbiyyata gəldiyi 1920-ci illər 

bədii yaradıcılıqda, ilk növbədə poeziyada nova-

torluq axtarışlarının birinci dalğasının gücləndiyi 

dövr idi. Şeirdə bu prosesin bayraqdarı olmaq, 

klassik kanonları  sındırmaq missiyasını Mazan-

darandan olan gənc  şair Nima Yuşic (1895-1960) 

öz üzərinə götürmüşdü. Şəhriyar kimi fransız dilini 

mükəmməl bilən Nima Qərb ədəbiyyatından təsir-

lənməklə bir-birinin ardınca yeni poetik forma və 

üslubda yazdığı əsərlərini nəşr etdirir, ənənə tərəf-

darlarının müqaviməti və etirazı ilə üzləşirdi. Eti-

raz edənlərdən biri də o dövrün nüfuzlu ədiblərin-

dən olan Məlikküş-şüəra Bahar (1887-1951) idi. O 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

24 



Məlikküş-şüəra Bahar ki, Şəhriyarın ilk kitabına – 

1931-ci ildə çap olunmuş divanına heyranlıqla 

dolu ön söz yazmış  və  Şəhriyarı «təkcə  İranın 

deyil, bütün Şərq aləminin iftixarı» adlandırmışdı; 

gənc şairin klassik formanı gözləməklə yazdığı ye-

ni ruhlu şeirlər Baharın zövqünü oxşamış və o hət-

ta Şəhriyarın əsərlərindən yaradıcı impuls aldığını 

etiraf etmişdi. 

Baharla yanaşı, Səid Nəfisi və Pejman Bəx-

tiyari kimi ədiblərdən yüksək qiymət alan Şəhri-

yar, bununla belə,  ədəbi-estetik mübahisələrdə 

mühafizəkarların səngərində yer almadı  və  təkcə 

Nimanın yaradıcılığında deyil, bütövlükdə XX əsr 

İran poeziyası tarixində yeni səhifə açan «Əfsa-

nə»ni böyük coşqu və  həyəcanla qarşıladı. «Əf-

sanə» poeması  Şəhriyara elə güclü təsir bağış-

lamışdı ki, şahidlərin dediyinə görə, kitabı əlindən 

yerə qoymur, ondan danışmaqdan doymurmuş.  

Nəhayət,  Şəhriyar  əsərin müəllifi ilə  şəxsən 

tanış olmaq üçün İranın şimalına – Barfüruşa yol-

lanır. Nima ilə görüşmək  Şəhriyara nəsib olmur, 

əvəzində onun qələmindən farsdilli poeziya üçün 

tamamilə yeni bir hadisə olan «Do morğe-beheşti» 

(«İki cənnət quşu») adlı bir əsər çıxır.  Şəhriyarın 

özünün də etiraf etdiyi kimi, həmin əsər Nimanın 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 25


təsiri ilə yazılmışdır, lakin bu, Nimanın birbaşa 

davamçılarında gördüyümüz təsirdən fərqli – yeni 

poetik formaya deyil, yeni poetik təfəkkürə  təkan 

verən, bədii təxəyyülü qanadlandıran bir təsirdir. 

Nimanın təsirini  Şəhriyarın sonralar yazdığı 

«Həzyane-del» («Qəlbin sayıqlaması») «Ey vay 

madərəm» («Vay, anam»), «Mumiyayi» («Mumi-

yalanmış adam»), «Pəyam be Eynşteyn» («Eynş-

teynə müraciət»), «Əfsaneye-şəb» («Gecənin 

əfsanəsi») kimi əsərlərində müşahidə etmək 

mümkünsə də, məhz təsirin qeyd olunan səciyyəsi 

nəticəsində bunlar Şəhriyarın öz üslubunda olan 

əsərlər sayılır.  Şəhriyar haqqında  ən qiymətli 

araşdırmalardan birinin müəllifi olan Hüseyn 

Münzəvi (1946-2004) haqlı olaraq yazır: ««İki 

cənnət quşu» «Əfsanə»nin təsiri altında yazılsa da, 

insafən,  Şəhriyar öz axıcı  və lirik dili, canlı  və 

gözəl təbiət təsvirləri, eləcə  də dialoqları qurmaq 

və duyğuları bəyan etmək bacarığı ilə... «Əfsanə»-

dən irəli getmişdir. Məşhur ifadə ilə desək, 

«birincilik üstünlüyü» Nimaya məxsus olsa da, 

«üstünlük birinciliyi» Şəhriyara məxsusdur».         

Adı  çəkilən  əsərlər  İranda yeni şeirin  ən 

dəyərli nümunələri olmaqla, Şəhriyarın ədəbiyyat-

da  ənənə  və novatorluğa baxışının özünəməxsus-


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

26 



luğunu da ortaya qoyur. Bu özünəməxsusluğu 

şairin aşağıdakı sözlərində aydın görmək müm-

kündür:  

«Şeirin mayası qeyri-iradi şəkildə insanın 

sinirlərində yaranan incə bir titrəyişdir – şairin 

sinir sistemi onu təbiətdən təhvil alıb bəsləyir və 

sonra onu şeir  şəklində başqalarına təhvil verir. 

Şeirin vəzni, melodiyası, şeirdə sözlərin uyuşması 

insanın paltarı kimidir və  şeir adətən bu paltarda 

rəsmən tanınır… Qafiyə  şəklin salındığı  çərçivə 

kimi bir şeydir ki, şeiri onunla bağlayırıq…, şeirin 

şəkli və ya forması onunla müəyyənləşir. Paltarın 

forması dəyişdikdə insanın mahiyyəti dəyişmədiyi 

kimi,  şəklin dəyişməsi ilə  şeirin mahiyyəti də 

dəyişməz. Şeir şair üçün ideal məqamında olan bir 

məqsədi izləyir… Poetika elmi şeiri təhlil və dərk 

etmək üçün yaranıb,  şeir yaratmaq üçün yox! 

Poetika  şeirdən törəyib,  şeir poetikadan törəmə-

yib…  Şair bilməlidir ki, əgər mənzum söz quraş-

dırma yolu ilə, yaxud qaydalar əsasında yaranarsa, 

saxta bir sözdür və şeir deyil…». 

Poetik sözün təbiətinə bu cür baxışın nəticə-

sidir ki, Şəhriyar digər ənənəçilərdən fərqli olaraq, 

Nima və ardıcıllarının yeniliklərinə dözümlü mü-

nasibət sərgiləyir, özü də onlardan istifadə edirdi, 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 27


eyni zamanda yeniliyi formal parametrlərə müncər 

edənlərlə razılaşmırdı. Şəhriyar bədii yaradıcılıqda 

təxəyyülə, fantaziyaya müstəsna əhəmiyyət verirdi 

və Nimanın poetik şəxsiyyətində ən çox bu cəhəti 

qiymətləndirirdi. Onun fikrincə, yeni sözü köhnə 

«paltar»da da söyləmək mümkündür. Çünki şeirdə 

əsas olan fikirdir, məzmundur. Çox sevdiyi və 

bəhrələndiyi Saib Təbrizinin dediyi kimi: 

 

ﺖﻔﮔ رﺎﻳ ﻒﻟز زا ﻦﺨﺳ ناﻮﺘﻴﻣ ﺮﻤﻋ ﮏﻳ



 

ﺖﺳا ﻩﺪﻧﺎﻤﻧ نﻮﻤﻀﻣ ﻪﮐ شﺎﺒﻣ نﺁ ﺪﻨﺑ رد

 

 

Bir ömür yarın zülfündən söz demək olar, 



Elə düşünmə ki, [deyilməmiş] məzmun qalmayıb! 

 

Şəhriyar klassik ənənələri dövrünün yenilik-



ləri ilə  uğurla birləşdirməyi bacarmış,  ənənə  və 

novatorluq arasında düzgün nisbəti, «etidalı», 

«qızıl ortanı» tapmağa və yaradıcılığında gerçək-

ləşdirməyə nail olmuşdur. Bu, XX əsr İran poezi-

yasında onun əlahiddəliyini  şərtləndirən birinci 

səbəbdir. Təsadüfi deyil ki, Nima Yuşic Şəhriyarı 

«İranda gördüyüm yeganə şair» adlandırmışdı. 

Şəhriyar kimi əsasən klassik formalarda, ilk 

növbədə, qəzəldə yazıb-yaradan bir şairin Nimaya 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

28 



(və bütövlükdə «yeni şeirə») verdiyi dəstəyin İran 

ədəbi mühitində xüsusi əhəmiyyəti və  mənası 

vardı. Bu dəstək iki şair arasında səmimi dostluq 

münasibətlərinin yaranmasına təkan vermişdi, 

Tehranda və  Təbrizdə görüşən iki şair bir-birinin 

yaradıcılığı haqqında fikirlərini açıqlamış, bir-

birinə  şeirlər həsr etmişdi.  Şəhriyarın Nimaya 

müraciətlə yazdığı çox təsirli  şeirdən aşağıdakı 

misralar diqqəti çəkir: 

 

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧﺎﺒﻳﺮﻏ ﻪﮐ ﻮﮔ لد ﻢﻏ ﺎﻤﻴﻧ



 

و ﻢﻳرﺁ ﻢه ﺶﻴﭘﺮﺳ

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧاﻮﻳد ود 

 

فﺎﻗ نﺁ ﮥﻠﻗ زا ﻮﺗ و رﺎﻏ ﻦﻳا لد زا ﻦﻣ



 

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧﺎﻧﺎﺟ ﻪﺑ و ﻢﻴﺘﻓا ﻢه ﻪﺑ لد زا

...

 

ﻢﺸﻳﻮﺧ ﻪﻧﺎﺴﻓا ﺮﻋﺎﺷ ﻮﺗ ﻮﭼ ﺰﻴﻧ ﻦﻣ



 

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧﺎﺴﻓا ﺮﻋﺎﺷ ﯼا ﻢه ﻪﺑ ﯼﺁزﺎﺑ

 

 

 



 Nima, ürəyinin qəmini de, qərib kimi ağlayaq, 

Bir-birimizə baş əyib iki divanə tək ağlayaq 

Mən bu mağaranın içindən, sən o Qafın zirvəsindən 

Ürəkdən qucaqlaşıb candan ağlayaq… 

Mən də sənin kimi öz əfsanəmin şairiyəm, 

Gəl, ey əfsanə şairi, bir-birimizin halına ağlayaq! 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 29


Nima Yuşic isə  Şəhriyarı özünün məhrəmi, 

onu duyan və dəyərləndirən bir şair, bir insan kimi 

səciyyələndirərək yazırdı: 

 

 ﯼزار



ا

ﺖﺴﻴﭼ ﺪﻧاد ﯽﻣ رﺎﮕﻧ نﺁ ﻪآ ﺖﺳ

 

 

ﺖﺴﻴﭼ ﺪﻧاد ﯽﻣ رﺎﮔزور ﻪآ ﺖﺳا ﯽﺠﻧر



 

 

ﺖﺳوا زا ﻢﻧﻮﺧ ﻮﻠﮔ رد ﻪﭽﻨﻏ ﻮﭼ ﻪآ ﯽﻧﺁ



 

 

ﺖﺴﻴﭼ ﺪﻧاد ﯽﻣ رﺎﻳﺮﻬﺷ و ﻢﻧاد ﻦﻣ



 

 

Bir sirr var, onu o nigar bilir, 



Bir əzab var, onu ruzigar bilir, 

Qönçə kimi bağrımı qana döndərən şeyi 

Mən bilirəm, bir də Şəhriyar bilir. 

 

Yaradıcılıqlarının xarakteri, ictimai-estetik 



mövqeyi baxımından ciddi şəkildə  fərqlənən iki 

şairin bir-birinə bu münasibəti son dərəcə ibrəta-

miz və düşündürücü faktdır. 

Nima Yuşic dünyasının dəyişərkən, çağdaş 

İran poeziyasının önəmli nümayəndələrindən olan 

«Sayə» təxəllüslü Huşəng Ebtehac (1926-2000) 

Şəhriyara çox yanıqlı bir qəzəl ünvanlanmış, orada 

bir növ Şəhriyarın o zamankı İran ədəbi mühitində 

yerini, əhəmiyyətini açıqlamışdı: 

 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

30 



 

ﺲﮐ ﯽﺑ ﻦﻣ ﺎﺑ

نﺎﻤﺑ ﻮﺗ ارﺎﻳ ﻩﺪﺷ ﺎﻬﻨﺗ 

 

نﺎﻤﺑ ﻮﺗ ار اﺪﺧ ﻪﻧﺎﺧ ﻦﻳا زا ﺪﻨﺘﻓر ﻪﻤه



 

ما ﯽﻨﺘﻓر ﺮﮔد ﻩﺪﻳد ناﺰﺧ گﺮﺑ ﯽﺑ ﻦﻣ

 

نﺎﻤﺑ ﻮﺗ ارﺎﻬﺑ ﻩزﺎﺗ ﯼﺮﺑ و رﺎﺑ ﻪﻤه ﻮﺗ



 

ﻢﻴﺘﻳ ﻞﻴﺧ ﻦﻳا ﺮﺳ ﺮﺑ نﺎﻤﺑ ﻮﺗ ،ارﺎﻳﺮﻬﺷ



 

نﺎﻤﺑ ﻮﺗ ارﺎﺴﮔ ﻩوﺪﻧا ،ارﺎﻳ ،ارﺪﭘ

 

 

Mən kimsəsiz və tənhalaşmış ilə, ey dost, sən qal! 



Hamı bu evdən çıxıb getdi, sən Allah, sən qal! 

Xəzan vurmuş, yarpaqları tökülmüş mən də getməliyəm, 

Sən ki, barlı-bəhərlisən, ey təzə bahar, sən qal!.. 

Ey Şəhriyar, bu yetimlər dəstəsinin başında sən qal, 

Ey ata, ey dost, ey dərdimizi yüngülləşdirən, sən qal! 

 

Şəhriyar isə bu müraciətə yaradıcılığına xas 



kədər və fəlsəfiliklə belə cavab vermişdi: 

 

؟ﻪﭼ ﻪﮐ ﻢﻴﻧﺎﻤﺑ ﻢﻴﺘﺳا ﯽﻨﺘﻓر ،نﺎﺟ ﻪﻳﺎﺳ



 

؟ﻪﭼ ﻪﮐ ﻢﻴﻧاﻮﺨﺑ ﻪﺿور ﻪﻤه و ﻢﻴﺷﺎﺑ ﻩﺪﻧز

 

ﺖﺳﺎﻣ ﻦﺘﺴﻧاﺪﻧ ﺮﻬﺑ زا ﯽﮔﺪﻧز ﻦﻳا سرد



 

؟ﻪﭼ ﻪﮐ ﻢﻴﻧاﺪﻧ و ﻢﻴﻧاﻮﺨﺑ سرد ﻪﻤه ﻦﻳا

 

ﻳﺰﻋ ﺶﻌﻧ نﺎﺟ ﻪﺑ ﻢﻳﺪﻴﺳر دﻮﺧ



زور ﺮه ﯼﺰ

 

؟ﻪﭼ ﻪﮐ ﻢﻴﻧﺎﺳﺮﺑ ﺶﮐﺎﺧ ﻪﺑ و ﻢﻳﺮﻴﮔ شود



 

 

Sayə can, biz gedəriyik, qalaq, nə olsun? 

Sağ olaq və daim rövzə oxuyaq, nə olsun? 

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 31


Həyatın dərsi bizim bilməməyimiz üçündür, 

Bu qədər dərs oxuyaq və bilməyək, nə olsun? 

Artıq cana gəlmişik, hər gün bir əzizin cəsədini 

Çiynimizə alıb torpağa tapşıraq, nə olsun? 

 

Şəhriyar Nimanın ölümünə  də bir şeir həsr 



etmiş  və  həmin  şeirin aşağıdakı beytində özü və 

Nima barədə çox mühüm bir məsələyə  işarə 

etmişdir: 

مزوﺮﻳد ﻦﺘﺧﺎﺑ زا ﻲﺗﺮﺒﻋ ﻪﻤه ﻦﻣ

 

دﻮﺑ ادﺮﻓ ﻦﺘﺧﺎﺳ زا ﻲﺗﺮﻴﻏ ﻪﻤه وا



 

 

Mən – dünənin uduzmasına bir ibrət, 



O – sabahın qurulmasına bir qeyrət! 

 

Buradakı «uduzmaq» məsələsi Şəhriyar yara-



dıcılığının mahiyyəti ilə bağlı önəmli bir məqama 

işıq salmaqla yanaşı, onun necə yüksək  ədəbi 

özünüdərk səviyyəsinə malik olduğunu göstər-

məkdədir. Aşağıda biz bu məsələyə aydınlıq 

gətirməyə çalışacağıq. 

Şəhriyarın «yeni şeir» barədə düşüncələri 

Nimanın vəfatından sonra onun oğlu  Şəragim 

Yuşicə yazdığı geniş  məktubda öz dolğun  əksini 

tapmışdır. Maraqlıdır ki, şair həmin məktubu 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

32 



özündən sonra Nimanın  əsərlərini redaktəyə layiq 

bildiyi üç şairdən – Fəridun Təvəlləli, Nadir 

Nadirpur və yuxarıda adı keçən Sayədən başqa heç 

kəsə göstərməməyi təkidlə tapşırmışdır. Həmin 

vaxt  Ş.Yuşic atasının külliyyatını çap etdirmək 

fikrinə düşmüşdü. Bununla bağlı  məsləhətlərini 

verən Şəhriyar Nimanı «fars ədəbiyyatında xüsusi 

mövqeyi olan, dəyişiklik körpüsü quran» bir şair 

kimi səciyyələndirir, eyni zamanda onun bir çox 

əsərlərinin eksperiment xarakteri daşıdığını 

vurğulamağı unutmur və Nimanın yaradıcılığı ilə 

bağlı mühüm bir problemə toxunaraq yazır: «Sənin 

atan ümumilikdə bir İran-Avropa  şairi idi… Atan  

əvvəllər bu əqidədə idi ki, biz özümüz üçün çox 

şeir demişik, indi gərək bir qədər də avropalılar 

üçün şeir yazaq. Yəni elə yazaq ki, onlar asanlıqla 

başa düşsünlər, biz sənət və ədəbiyyatımızı onlara 

tanıda bilək. Bu, pis fikir deyildi, amma tezliklə 

özü bunun problemi ilə üzləşdi: deyirdi ki, əgər 

belə  də etsək, tədricən öz ədəbi simamız aradan 

gedəcək. Odur ki, o bir müddət avropalıların başa 

düşə biləcəyi, Avropa dillərinə daha asanlıqla 

tərcümə ediləcək misralar yazdı, amma sonra bu 

problemlə qarşılaşdı». 

Burada Şəhriyar XX əsrdə təkcə İran ədəbiy-


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 33


yatının deyil, bütün Şərq  ədəbiyyatlarının 

qarşısında duran bir vəzifəyə – dünya ədəbiyyatına 

inteqrasiya olmaq məsələsinə toxunur və  İranda 

«yeni  şeirin» atası sayılan Nima Yuşicin 

«Avropaya çıxmaq» problemini necə  həll etməyə 

çalışdığını açıqlayır. Bütövlükdə  Qərb  ədəbiyyatı 

XX 

əsrdə 


İran 

ədəbiyyatının xarakterini 

müəyyənləşdirən təsir amillərindən biri kimi çıxış 

etmiş, Nimadan sonra da Avropa şeirinə  təqlid 

geniş yayılan bir hal olmuşdur. Rembo, Rilke, 

Elüar, Apolliner, Lorka, Eliot, Mayakovski kimi 

şairlər, simvolizm, dadaizm, sürrealizm kimi cərə-

yanlar  İran poeziyasına dərin təsir bağışlamış, 

«yeni şeirin» bir çox nümayəndələri həm də Qərb 

modernizmi nümunələrinin fars dilinə  tərcümə-

çiləri olmuşlar. Bu da təbii olaraq, əks reaksiya 

doğurmuş, «ənənəçilərin» kəskin mənfi münasibəti 

ilə    qarşılaşmışdır.  Şəhriyar isə  fərqli bir yolla 

getmiş  və bunu sözügedən məktubda belə açıq-

lamışdır: «Mən də az qalmışdı ki, ifrat yola düşüm, 

amma dayandım və  «İki cənnət quşu», «Qəlbin 

sayıqlaması» və eləcə də «Gecənin əfsanəsi» kimi 

əsərlərimdə avropasayağı yabançı düşüncələri 

bacardığım qədər iranlılaşdırmağa (orijinalda: 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

34 



iranizə etməyə – M.M.) çalışdım və müəyyən 

həddə buna nail oldum. Ona görə də məndən sonra 

gələn Nadirpur, Sayə, Müşiri kimi şairlərin üslubu 

Nima ilə  mənim aramda yerləşən bir şey 

olmuşdur».  

Beləliklə,  Şəhriyar nə «yenilikçilər» kimi 

Avropa şeirinə təqlid edir, nə də «ənənəçilər» kimi 

onu süngü ilə qarşılayır: şair Şərq bədii təcrübəsini 

Avropa ədəbiyyatının nailiyyətləri ilə birləşdirmək 

yolunu tutur və bu da onun yaradıcılığının əlahid-

dəliyini təmin edən ikinci səbəb kimi çıxış edir. 

Qeyd edək ki, Şəhriyar təkcə ədəbi-estetik baxım-

dan deyil, ümumi ictimai və kulturoloji planda da 

bu mövqedə dayanır və Avropa mədəniyyətinə 

nisbətdə böyük İran yazıçısı  Cəlal Ale-Əhmədin 

məşhur «Qərbzədegi» («Qərbçilik»)  əsərində nü-

mayiş etdirdiyindən fərqli bir yanaşma sərgiləyir. 

1950-ci illərdə, xüsusən 1953-cü il çevrilişin-

dən sonra «yeni şeir» böhran mərhələsi yaşayır, 

Şəhriyarın təbirincə desək, «bayağılaşma dönə-

minə» qədəm qoyur (bu böhran, heç şübhəsiz, həm 

də ideoloji səbəblərlə bağlı idi). Şəhriyar isə bu 

dövrdə fars divanının dalbadal çap olunan cildləri 

bir yana, ana dilində «Heydərbabaya salam» kimi 

möhtəşəm bir əsər yaradır və az bir zamanda onun 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 35


şöhrəti  İran hüdudlarını  aşaraq, keçmiş SSRİ 

məkanına, Avropa və Amerikaya çatır. «Heydər-

baba»nı yazmaqla Şəhriyar orta əsrlərdən gələn 

ikidillilik (həm farsca, həm türkcə yazmaq) ənənə-

sində yeni bir səhifə açır, Pəhləvi rejiminin susdur-

duğu dilin varlığını bütün əzəməti ilə ortaya qoyur. 

Bu, Şəhriyara İran ədəbi mühitində əlahiddə status 

qazandıran üçüncü səbəbdir. Şəhriyarın ana dilində 

yazdığı  əsəri təkcə Azərbaycanda və Türkiyədə 

deyil,  İranın farsdilli ədəbi mühitində  də böyük 

maraq doğurur. O qədər ki, fars dilinin qızğın təəs-

sübkeşi, böyük İran yazıçısı Məhəmmədəli Camal-

zadə «Heydərbaba»nı orijinalda oxumaq üçün 

Azərbaycan türkcəsini öyrənmək istəyinə düşür. 

Şəhriyar ana dilində milli ruhun ifadəsi, milli 

adət-ənənələrin ensiklopediyası sayılan «Heydər-

baba» kimi bir əsər yazmaqla kifayətlənmir, yuxa-

rıda adları keçən  şeirləri ilə farsdilli poeziyada 

gördüyü işi ana dilində  də  həyata keçirir, tezliklə 

ədəbi-tarixi və  bədii-estetik baxımdan ondan heç 

də geri qalmayan «Səhəndiyyə»sini qələmə alır. 

«Səhəndiyyə», bizim ədəbiyyatşünaslıqda yetə-

rincə diqqət verilməsə də, məzmununa, formasına, 

ritminə, ahənginə görə  nəinki Güney, hətta sovet 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

36 



dönəmi Quzey Azərbaycan  ədəbiyyatında da 

misli-bərabəri olmayan poetik nümunədir,  Şəh-

riyar dühasının əlçatmaz məhsuludur: 

 

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim! 



Başı tufanlı Səhəndim. 

Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan 

Sən ipək telli buludlarla üfüqdə sarışıbsan,  

Savaşırkən barışıbsan… 

        

Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu, 

Dağa dağlar dayaq oldu. 

Arazım ayna çıraq qoymada aydın şəfəq oldu, 

O tayın nəğməsi qovzandı, ürəklər qulaq oldu. 

Yenə qardaş deyərək qaçmada başlar ayaq oldu 

Qaçdıq, üzləşdik Arazda, yenə gözlər bulaq oldu

Yenə qəmlər qalaq oldu… 

 

Lalə bitdi, yanaq oldu, 

Qönçə güldü, dodaq oldu, 

Nə sol oldu, nə sağ oldu, 

Hamısı bir sayaq oldu… 

 

1960-cı illərdə  İranda «yeni şeirin» ikinci 



dalğası meydana çıxdı,  ədəbi mühitdə yeni adlar, 

yeni imzalar göründü, çeşidli estetik proqramlar, 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 37


manifestlər irəli sürüldü, bəyanatlar verildi. «Yeni 

dalğa» («mouce-nou»), «xalis poeziya» («şere-

nab»), «həcm  şeiri» («şere-həcm») kimi konsep-

siyaların meydana çıxması,  Əhməd  Şamlu, Foruğ 

Fərruxzad, Bijən  İlahi, Mənuçöhr Atəşi, Söhrab 

Sipehri, Məhəmmədəli Sepanlu, Yədullah Royayi, 

Əhmədrza  Əhmədi, Mehdi Əxəvane-Salis və s. 

kimi  şairlərin məhsuldar yaradıcılıq axtarışları 

məhz bu dövrə  təsadüf edir. Əks qütbdə, yəni 

«ənənəçilər»in cəbhəsində  Əmiri Firzukuhi, Rəhi 

Müəyyiri,  Əbülhəsən Vərzi kimi şairlər yazıb-

yaratmaqda idi.  

Heç bir ədəbi qruplaşmaya qoşulmayan, 

şöhrətinin zirvəsində olan Şəhriyar faktoru ilə hər 

iki cəbhə hesablaşır, yeri düşdükcə onun yara-

dıcılığı barədə fikirlərini açıqlayırdı. Məsələn, 

«yeni  şeirin» ünlü nümayəndələrindən Mehdi 

Əxəvane-Salis  ənənəvi janrlarda, xüsusən qəzəldə 

Şəhriyarın poetik qüdrətini etiraf edərək yazırdı: 

«Əgər adamın deməyə təzə sözü varsa, hələ də bu 

janrda (qəzəldə – M.M.) deyə bilər.  Şəhriyar və 

Abbas Fərat hər ikisi qəzəl yazıb, amma onlar 

arasında nə  qədər fərq var?! O gənc və coşqun 

ruhlu, fədakar və nalə  çəkən bir aşiq, bu isə, özü 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

38 



demişkən, hər gecə bir-iki qəzəl deməyə adət etmiş 

şəxs! Günah janrlarda deyil, bu janrlardan necə 

istifadə edən adamlardadır…».  

Məşhur  şairə Foruğ  Fərruxzad deyirdi: 

«Vəzn və dil bir-birindən ayrı deyil, birlikdə 

gəlirlər, onların açarları da özlərindədir. Mən bu 

zəmində yaranmış  əsərlərdən sizə nümunələr 

gətirə bilərəm. Bəlli olanlardan keçək, məsələn, 

Şəhriyarın «Vay, anam» şeirinə diqqət edin. 

Şəhriyar kimi qəzəlxan bir şair üzləşdiyi məsələ 

qarşısında daha qeyri-səmimi olmağı bacarma-

yanda, görün necə dil və vəzn öz-özünə bir-birinə 

uyğunlaşıb gəlirlər və 

nəticədə 

qətiyyən 

Şəhriyardan gözlənilməyən bir əsər yaranır». 

Bu sözlərdə tərifli məqamlarla yanaşı, Şəhri-

yara soyuq münasibəti də (özü də daha çox qəzəl 

yazdığına görə!) sezməmək mümkün deyil, hətta 

Foruğ Fərruxzad  dolayısı ilə Şəhriyarın şeirlərində 

qeyri-səmimi olduğuna da eyham vurur. Şəhriyarın 

bu şairlər haqqında fikirləri ilə tanış olsaq, həmin 

soyuqluğun qarşılıqlı olduğunu görərik. Məftun 

Əmini bu  məsələdən danışarkən yazır: «Ümumiy-

yətlə, demək lazımdır ki, Şəhriyar özünün şəhri-

yarlıq səltənətində  təqribən başqa heç bir müasir 

şairi ustad səviyyəsində  qəbul etmirdi. Əlbəttə, 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 39


Nima və Bahara hörmət bəsləyirdi… Qəribə 

burasıdır ki, Mehdi Əxəvanı cavanlıqda yazdığı bir 

neçə  qəsidəsinə görə  qəbul edirdi. Şamlu, Foruğ, 

Sipehri, Atəşi və digər bu kimi şairlər barədə 

danışmırdı… Özünə  və  şeirinə maraq göstərdiyi 

yeganə  şair Huşəng Ebhtehac idi, hərdən də 

Müşirinin, Nadirpurun və dini mövzularda yazan 

bir-iki yerli şairin adını çəkərdi…». 

Şəhriyarla «yenilikçilər» arasında illərlə 

sürən soyuq münasibətlər 1972-ci ildə  Şəhriyarın 

sədrliyi ilə  Təbrizdə ümumiran şeir konqresinin 

keçirilməsi ilə  kəskin xarakter aldı: «yenilikçilə-

rin» bir qrupu konqresi boykot elədi. Konqresin 

elanı verilən kimi boykotçulardan və  İranda 

modernist  ədəbiyyatın ideoloqlarından biri olan 

Rza Bərahəni sərt bir açıqlama ilə çıxış etdi: «Mən 

bu xəbəri eşitdim, oxudum və  bərk heyrətləndim: 

Bu neçə konqresdir ki, onun başında  Şəhriyar 

dayanır? … Əgər bu, bütün müasir yaxşı şairlərin 

iştirak edəcəyi bir yığıncaqdırsa, görəsən, Şəhriyar 

kifayət qədər ictimai, mədəni və  ədəbi  şüura 

malikdirmi ki, belə bir konqresin sədrliyinə 

seçilsin? Biz deyirik: Şəhriyar  əbədilik keçmişdə 

qalıb, çünki Şəhriyar yalnız yaxşı bir qəzəlxandır 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

40 



və  qəzəlin dövranı  həmişəlik bitib… Odur ki, bir 

qəzəlxan, nə  qədər zahirdə arif və  dərviş kimi 

görünsə  də, bu günkü fars şeirinə  həsr olunmuş 

konqresin başında dayana bilməz… Bu gün 

həqiqətən yaşayan və öz axtarışları ilə  həyatına 

davam edən yeganə müasir şeir – «yeni şeir»dir və 

Şəhriyarın Nimanı  təqlid edərək, onun yoluyla 

gedərək söylədiyi  şeirlər  ən aşağı poetik səviy-

yədədir.  Əgər  Şəhriyar həqiqi dərvişdirsə  və 

ruhani irfana inanırsa…, yaxşı olar ki, … belə bir 

konqresə sədrlikdən kənara çəkilsin». 

Əlbəttə, «İran  ədəbi tənqidinin atası» kimi 

məşhur olan Rza Bərahəni vaxtilə böyük fars şairi 

Söhrab Sipehriyə münasibəti kimi, Şəhriyar barədə 

bu fikirlərinin   də yanlışlığını sonralar anlamış və 

peşmançılıq keçirmişdi. Amma bu sözlər həmin 

dövrdə bir sıra yenilikçilərin  Şəhriyara yanaşma-

sını göstərmək baxımından səciyyəvidir. Özü də 

bu münasibət sırf  ədəbi-estetik səbəblərlə deyil, 

həm də ictimai-siyasi amillərlə bağlı idi. Məsələ 

burasındadır ki, «yeni şeirin»  əksər tanınmış 

nümayəndələri sol ideologiyanın tərəfdarı idi və 

Şəhriyarın ictimai mövqeyi ilə razılaşmırdı. Şəhri-

yarsa, özü demişkən, «nə sol idi, nə sağ», heç bir 

ideologiyaya, siyasi axına bağlı deyildi, onların 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 41


fövqündə dayanırdı, ümumbəşəri prinsiplərə 

söykənir, hətta bir sıra  şeirlərində, o cümlədən 

Eynşteynə poetik müraciətində, müəyyən mənada 

kosmopolit kimi çıxış edirdi. Eyni zamanda 

Bərahəninin ironiyasına rəğmən, həqiqətən irfana 

inanırdı, nəinki inanırdı, onun ən ali məqamına 

yüksələ bilmişdi. Bu isə Şəhriyarın poetik şəxsiy-

yətinin əlahiddə mahiyyətini şərtləndirən dördüncü 

səbəbdir.  

Maraqlıdır ki, «yeni şeirin» bir çox 

nümayəndələri sonradan məhz  Şəhriyarın yoluna 

üz tutmuş, sufi ədəbiyyatı ənənələrindən bəhrələn-

məyə çalışmışlar (1979-cu il inqilabdan sonra bu 

meyl daha aşkar və sistemli bir səciyyə    kəsb 

etmişdir). Bununla belə, onlar Şəhriyardan fay-

dalandıqlarını  hər vəchlə ört-basdır etməyə  səy 

göstərmişlər Çağdaş  İran  şerinin görkəmli nüma-

yəndələrindən olan Nüsrət Rəhmani (1929-2000) 

bu barədə yaxşı yazır: «Mənim fikrimcə, Şəhriyar 

dilə mükəmməl sahibliyi sayəsində xalq kütlələri 

arasında qəribə bir populyarlıq qazanmış yeganə 

şairdir. Və  mən zəmanəmizin görkəmli  şairləri 

içərisində çox az adam tanıyıram ki, bu kişinin 

əsərlərindən bəhrələnməmiş olsun. Təkcə xalq 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

42 



arasında deyil,  dövründəki azsaylı  səriştəlilər 

arasında da onun mövqeyi belə idi. Çox vaxt 

Şəhriyarı bilə-bilə unudur və ya qəsdən haqqında 

susurlar. Bu «Nima, Nima!» deyənlər, az bir qismi 

istisna olmaqla, tamamən o kəslərdir ki, böyük bir 

məsələdən başları  çıxmayanda, «Əxfəşin keçisi» 

kimi başlarını  tərpədirlər. Onlar Nimanı  təriflə-

yirlər, çünki tanımırlar.  Əgər Nimanı tanısalar, 

Nimanın əsərlərinin səviyyəsi və dəyərində böyük 

bir dəyişiklik yaranar. Və Şəhriyardan danışmırlar, 

çünki qorxurlar… Mənim  Şəhriyar barədə söz  

deməyimə lüzum yoxdur. O, bizim qəzəlçiliyin 

son nöqtəsidir. Mən  Şəhriyarın qəzəllərindən 

sonra, bir-iki haldan başqa, daha qəzəl oxuma-

mışam… Amma Şəhriyarın  əzəməti təkcə yaxşı 

qəzəl yazmasında deyil… Onun əzəməti büllur və 

pak dilindədir. Onun əzəməti sətirlərinin arasında 

gizlənib. Onun şeirləri səmimiyyət, mərhəmət və 

fədakarlıqla doludur. Sanki o dünyaya əsrlər boyu 

həssas ürəklərə hakim kəsilən  ən pak nəğmələri 

üzə çıxarmaq üçün gəlib…». 

Nüsrət Rəhmaninin toxunduğu populyarlıq 

məsələsinə  gəlincə, deməliyik ki, İranda nə ye-

nilikçilərin, nə  də  ənənəçilərin heç bir nüma-

yəndəsi istər farsdilli, istərsə də türkdilli oxucular 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 43


arasında Şəhriyar qədər şöhrət qazana bilməmişdir. 

Bunun səbəbləri barədə  şəhriyarşünaslar müxtəlif 

fikirlər irəli sürmüş, kimi bunu şairin dili və 

üslubu, kimi səmimiyyəti və  şəxsi təcrübəsini  

qələmə alması, kimi güclü təxəyyülü və poetik 

məharəti, kimi də  şeirlərinin irfani və ictimai 

məzmunu ilə izah etmişdir. Bunlar hamısı 

doğrudur, lakin İran alimi Məhəmmədrza Rasipur 

«Şəhriyar ənənə və modernləşmənin yolayrıcında» 

adlı kiçik, lakin dəyərli məqaləsində, fikrimizcə, 

Şəhriyarın geniş kütlələr arasında sevilməsinin çox 

mühüm bir səbəbini qabartmışdır.  

Tədqiqatçı haqlı olaraq qeyd edir ki, İran 

tarixində heç bir zaman kəsiyi  Şəhriyarın  ədəbi 

fəaliyyətlə  məşğul olduğu illər qədər böhran və 

reformasiyaya məruz qalmamışdır.  İran kimi 

ənənəvi cəmiyyətdə,  əhalinin savadsızlığı, ümumi 

mədəni səviyyənin aşağılığı, kütləvi informasiya 

vasitələrinin ictimai rəyə təsir edib onu yönəltmək 

gücünün olmaması, ziyalı  təbəqəsinin yoxluğu və 

ya zəifliyi şəraitində həyata keçirilən modernləşmə 

toplumda kimlik böhranına və  dəyərlərin 

«sürüşməsi»nə, son nəticədə geniş kütlələrin 

dəyişikliklərə emosional reaksiya verməsinə səbəb 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

44 



olur – Şəhriyar  şeiri də bu emosional reaksiyanı 

ifadə etdiyindən xalqın müxtəlif təbəqələrinin 

rəğbətini qazanmışdır: «Şəhriyar bu dəyişiklik 

prosesi ilə addımbaaddım bərabər getmiş, nə 

ənənəçilər kimi geridə qalmış, nə  də novatorlar 

kimi qabağa düşmüşdür, ona görə  də  sənətkar 

həyatının bütün mərhələlərində 

cəmiyyət 

tərəfindən doğmalıq və  həmdərdlik hissi ilə 

qarşılanmışdır».  

Başqa sözlə,  Şəhriyar yaradıcılığının bütün 

dövrlərində insanların ürəyindən xəbər verən 

sözləri qələmə almış  və bu üzdən ümumxalq 

sevgisi ilə  əhatə olunmuşdur. Bu, Şəhriyara XX 

əsr İran poeziyasında müstəsna mövqe qazandıran 

beşinci səbəbdir. 

Şəhriyar poeziyasındakı nostalji ruhu, uşaqlıq 

illərinə (= keçmişə) qayıdış meyli də qeyd olunan 

emosional reaksiyanın nəticəsidir, kövrəklik, 

nisgil, itirilmiş dünya həsrəti məhz bunun 

təzahürüdür. Siyavuş Kəsrayi əbəs yerə demirdi ki, 

Şəhriyarın hər kəlməsinin arxasında altmış illik 

xatirə dayanır. Fəridun Müşiri isə  Şəhriyara həsr 

etdiyi  şeirdə onu «dövranın gözündə yuvarlanmış 

yaş» adlandırırdı.  


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 45


Bütün bu deyilənlərdən  Şəhriyarın Nima 

Yuşicin vəfatı münasibətilə yazdığı  şeirdə öz 

yaradıcılığını “dünənin uduzmasına ibrət” kimi 

səciyyələndirməklə, nəyə işarə etdiyi aydınlaşır. 

Qeyd edək ki, modernləşmənin doğurduğu 

böhran, sosial-mədəni islahatların paradoksları, 

texnoloji dəyişikliklərin fəsadları  Şəhriyarın 

farsdilli  şeirlərində olduğu kimi, ana dilində 

yazdığı  əsərlərdə kifayət qədər parlaq ifadəsini 

tapmışdır və bu baxımdan onun «Getdi» rədifli 

qəzəli səciyyəvidir: 

 

Yığdı xeyrü bərəkət süfrəsin ehsan ilə getdi, 



Əmn-amanlıq da yükün bağladı, iman ilə getdi… 

 

Silo dair olalı hər nə dəyirman yığışıldı, 

Amma xalis-təmiz unlar da dəyirman ilə getdi. 

 

Müstəbid sultanı saldıq ki, ola xəlqimiz azad 

Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi… 

 

Dedi insanımız azdı, hamı insan gərək olsun, 

Amma insanlığımız da o az insan ilə getdi… 

 

İstədik qanla yuyaq ölkəmizin ləkkəsin, amma 

Ölkəmiz xalis özü ləkkə olub qan ilə getdi… 

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

46 



Hava insanı boğur, baş-başa qaz-karbonik olmuş, 

Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi… 

 

Hazırkı qloballaşma şəraitində modernləşmə-



nin yeni mərhələsi ilə üzləşən  Şərq aləmi, o 

cümlədən,  İran və Azərbaycan mühiti üçün 

Şəhriyar yenə də aktualdır, bir çox müasirlərindən 

və poetik rəqiblərindən fərqli olaraq, öz sözü ilə 

XXI əsrə adlamışdır, onun poeziyası zamanın sına-

ğından və  ədəbi döyüşlərdən qalibliyyətlə 

çıxmışdır.  

«İnşallah ki, qalibəm mən!» – deyirdi böyük 

Füzuli. Bu söz Şəhriyara da aiddir. Əgər bu gün 

ona  İranın milli şairi statusu verilibsə, onun vəfat 

günü milli şeir günü kimi qeyd olunursa, doğma 

yurdunun Güneyində və Quzeyində misraları dillər 

əzbəridirsə, Şəhriyar, həqiqətən də, qalibdir.  

 

 



 


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə