Səhləbkimiləri (Orchidaceae) A. A. Bayramova



Yüklə 102.69 Kb.
Pdf просмотр
tarix29.05.2017
ölçüsü102.69 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №3, səh. 204-210 (2013)

 

204 



Azərbaycanın Qərb Bölgəsinin Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin 

Səhləbkimiləri (Orchidaceae) 

 

A.A.Bayramova  

 

Gəncə Dövlət Universiteti, Gəncə şəh., Azərbaycan 

  

Azərbaycanın Qərb Bölgəsində antropogen təsirlərə məruz qalmış və Xüsusi Mühafizə olunan təbiət 

ərazilərində  Səhləbkimilərin növ tərkibi, yayılma qanunauyğunluqları  və mühafizəsinin nəzəri və 

praktiki əsaslar tədqiq olunmuşdur. Aşkar olunmuşdur ki, antropogen landşaflarda səhləbkimilər tək-

tək, səpələnmiş halda, yalnız müəyyən refigiumlarda özünü qoruyub saxlaya bilir. Rast gəlinən növlər 

isə tam həyat tsiklini başa çatdıra bilmir. Göy-göl Milli parkının meşə talalarında Səhləbkimilərin 

əmələ  gətirdiyi təbii örtük Xüsusi Mühafizə olunan Təbiət  ərazilərinin rolunun nə  qədər vacibliyini 

göstərir. Ərazidə yayılan 14 cinsə aid 27 növün (onlardan 2 növ ərazi üçün ilk dəfə göstərilir) həyat 

tsikli ilə yanaşı, bioekoloji xüsusiyyətləri də öyrənilmişdir. 

 

Acar sözlər: flora, fəsilə, cins, növ, Orchidaceae 

 

 



GİRİŞ 

 

Öz gözəlliyi və zənginliyi ilə dünyada məşhur 



olan səhləblər bitkilər aləminin  əvəzolunmaz bir 

hissəsidir. “Səhləb” gözəllik, cazibədarlıq, sevgi 

rəmzidir. Tropik ölkələrdə Səhləbkimilər fəsiləsinə 

1000 cinsə aid olan 25.000-30.000-ə  qədər növ 

daxildir. Səhləblər növ müxtəlifliyinə, ölçüsünə, 

çəkisinə  və  rəng çalarlarına görə bir-birindən çox 

fərqlənir.  

Bəzi səhləblər yeraltı, bəziləri qayalar 

üzərində, torpaqda və bir çoxları digər bitki və ağac 

üzərində inkişaf edərək epifit həyat tərzi kecirir.  

Səhləblər ekoloji mühitə uygunlaşan (quru 

yerlər istisna olmaqla) tropik iqlim zonalarında 

geniş yayılmışdır. Məsələn, keçmiş SSRİ ərazisində 

120 növ, Azərbaycanda 50 növ, Uzaq Şərqdə 

60,Vyetnamda 200, Floridada 100, Kubada 307, 

Venesuelada 1055 növü var (Конспект  Флоры 

Кавказа, 2006; Флора  Азербайджана, 1952; 

Черепанов, 1995). 

Səhləbkimilərin nümayəndələrinin sayı 

intensiv antropogen təsirlər nəticəsində  ərazilərdə 

kəskin azalır. Səhləbkimilərin  əksəriyyəti “Qırmızı 

kitaba” salınıb və onların toplanması 

yolverilməzdir. 

 

 



 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqatlar 2008-2013-cü illərdə 



Azərbaycanın qərb bölgəsinin xüsusi mühafizə 

olunan təbiət  ərazilərində (Göy-göl Milli Park 

(GMP), Eldar şamlığı (EŞDTQ), Qarayazı 

(QDTQ), Korçay Dövlət Təbiət Qoruğu (KDTQ) 

aparılmışdır. Tədqiqat materialı  Səhləbkimilər 

(Orchidaceae) olmuşdur. 

 Tədqiqatların aparılmasında marşurut 

stasionar və kameral metodlardan istifadə 

olunmuşdur (Гроссгейм, 1936; Гаджиев, 1971; 

Əsgərov, 2011; Толмачев, 1986). Eyni zamanda 

Botanikada istifadə olunan floristik, floristik-

sistematik, areoloji, botaniki-coğrafi, fitosenoloji, 

statistik metodlar nəzərə alınmışdır (Лавренко, 

1964; Novruzov, 2010; Novruzov və b., 2010). 

Marşurutlar orta dağ qurşağından başlayıb subnival 

və nival qurşaqlarına qədər dağ suxurları, 

yarğanları, çılpaq və eroziyaya uğramış suxurları və 

töküntüləri əhatə etmişdir  

   

 

 



 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Azərbaycan florasında növ tərkibi, yayılma 

qanunauyğunluqları  və mühafizəsinin nəzəri və 

praktiki  əsaslarla işlənib hazırlanması  məqsədilə 

Azərbaycanın Qərb Bölgəsində antropogen təsirlərə 

məruz qalmış  və Xüsusi Mühafizə olunan təbiət 

ərazilərində səhləbkimilər tədqiq olunmuşdur. 

Xüsusi Mühafizə olunan Təbiət  ərazilərində 

Səhləbkimilərin 14 cinsə aid olan 27 növü 

yayılmışdır. 

Səhləbkimilər fəsiləsindən  Ophrys apifera 

Huds. 1762, Fl. Angl.:340.; Anacamptis 



pyramidalis (L.) Rich.1817, Orchid. Eur. 

Annot.:33; Goodyera repens (L.) R. Br. 1813, in 

Ait.et Ait. f. Hort. Kew ed. 2,5:198.; Corallorhiza 

trifiida Chatel. 1760, Sp. Inaug. Corall.:8. 

Azərbaycanda yalnız Qərb Bölgəsində Xüsusi 

Mühafizə olunan təbiət ərazilərinin refigiumlarında 

qorunub saxlanılmışdır. Ophrys apifera, 



Anacamptis pyramidalis kiminövlər Göy-göl Milli 

Parkının meşə talalarında səhləbkimilərin  əmələ 

gətirdiyi təbii örtük Xüsusi Mühafizə olunan Təbiət 


Azərbaycanın Qərb Bölgəsinin Xüsusi 

205 


ərazilərinin rolunu nə  qədər vacibliyini göstərir 

(Bayramova, 2013; Əlizadə, 2011; Novruzov və b., 

2010) (Şəkil 1). 

 

 



 

Şəkil 1.Göy-göl Milli Parkında səhləb cəngəlliyi. 

 

 

Tədqiqat  ərazisindəki bütün səhləbkimilər 



kökyumrusu  əmələ  gətirən qısa kökümsovlu 

(geofit) çoxillik otlar, kriptofitlərdir



Fəs. Orchidaceae Juss.- Səhləb 

Cins: Orchis L.- Səhləb 

O.tridentata  Scop.1772, Fl. Catn. ed. 2, 

2:190.-O.taurica Lindl. 1835,Gen. Sp. 

Orchid.: 271.-Üçdiş s. 

Kökyumrusu  əmələ  gətirən qısa kökümsovlu 

çoxillik otdur, kriptofit (geofit), 20-30 sm boyunda 

bitkidir. Çiçəkləmə V-VI. Orta dağ qurşağında, 

kolluqlarda, gölməçələrin və çayların kənarında 

daşlı yerlərdə rast gəlir. EŞDTQ, GMP, Avro-

Aralıqdənizi areallıdır.  

Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Kür düzənliyində, Kiçik 

Qafqazın  Şimali-cənubunda, Lənkaranda yayılır. 

Qafqazda Dağıstanda, Qərbi və 

Şərqi 


Zaqafqaziyada rast gəlinir. 

Ümumi yayılma: Atlantika, Mərkəzi, Cənubi 

Avropa, Cənub-Qərbi (Türkiyə,  Şimali Suriya, 

Şimali İrak, Şimali İran) Asiya.  



O. papilionacea L. 1759, Systema, ed. 

10:1242.-Vermeulenia papilionacea  (L.)  A.et  D. 

Löve, 1972, Acta Bot. Neerl.21:554.- Əmzikvarı s. 

Hündürlüyü 20-30 sm-ə çatır, çiçəkləmə V-VI. 

Orta və yüksək dağ qurşağında, dağ ətəklərində rast 

gəlir. EŞDTQ, GMP. İran-Turan. 

Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Samur-Dəvəçi düzənliyi, 

Qobustan, Kür-Araz düzənliyi, Lənkaranda yayılır. 

Qafqazda Dağıstan və  Şərqi Zaqafqaziyada 

yayılır. 

Ümumi yayılma: Cənub-Qərbi Asiya (Şimali 

İran). 

O.punctulata  Stev.ex Lindl.1835, Gen. Sp. 

Orch. Pl.:273. - O.sepulchralis Boiss. et Heldr. 

1854, in Boiss. Diagn. Pl. Orient.Ser. 1,13:10.-O. 

schelkownikowii  Woronow, 1909, Изв.Кавк.  муз. 

4:266.-O.adenocheila Czerniak. 1924, Not. 

Syst.(Leningrad), 5:173.- O. aserica B.Baumann, 

H. Baumann, Lorenz et Peter, 2003, J. Eur. Orch. 

35, 1:174. - Nöqtəvari s. 

20-35 sm hündürlükdə çoxillik otdur

çiçəkləmə V-VI. Aşağı  və orta dağ qurşağından 

subalp yüksəkliyinə  qədər, kolluqlarda, meşədə, 

meşə  kənarında yayılır. GMP, EŞDTQ, KDTQ. 

İran-Turan 

Növ Krımdan təsvir olunmuşdur. 

Azərbaycanda Kür-Araz düzənliyi, Bozqır 

yaylası, Lənkaranda yayılır. 

Qafqazda Şərqi-Qərbi Zaqafqaziyada yayılır. 

Ümumi yayılma: Cənub-Şərqi Avropa, Aralıq 

dənizi, Cənub-Qərbi Asiya (Türkiyə,  Şimal-Qərbi 

İran, Şimali İrak). 

O.stevenii  Reichenb.1849, Bot. Zeit. 7:892.- 

O.militaris subsp. steveni (Reichenb. f.) B. 

Baumann, H. Baumann, Lorenz et Peter, 2003,J. 

Eur. Orch. 35, 1:179. – Steven s. 

25-30 sm hündürlükdə çoxillik otdur, 

çiçəkləmə V-VI. Aşağı  və orta dağ qurşağında, 

meşədə, çay kənarında daşlı yerlərdə rast gəlir. 

EŞDTQ, QDTQ.Qafqaz 

Növ Qafqazdan təsvir olunmuşdur. 

Azərbaycanda Quba, Kür-Araz düzənliyi, 

Kiçik Qafqazın Şimal və Mərkəzində yayılmışdır. 

Qafqazda  Şərqi, Cənubi Zaqafqaziyada və 

Talışda yayılır. 

 Ümumi 


yayılma:Cənub-Qərbi Asiya 

(Türkiyə). 



O. purpurea Huds.  1762, Fl. Angl.:334- O. 

fusca Jacq. 1776, Fl. Austr.4:4, tab. 307.-O. 



maxima C. Koch, 1846, Linnaea, 19:14.-O. 

caucasica Regel, 1870, Ind. Sem. Hort. Bot. 

Petropol. 1868, Suppl. 1869:22 - O.purpurea subsp. 



caucasica (Regel) B. Baumann, H. Baumann, 

Lorenz et Peter, 2003,J. Eur. Orch. 35, 1:182. - Fır-

fır s. 

25-35 sm ölçüdə çoxillik otdur. çiçəkləmə V. 



Orta dağ qurşağında, meşə  kənarında, kolluqlarda, 

daşlı qayalıqlı yerlərdə yayılır. EŞDTQ. Avro-

Qafqaz.(R.) 

Növ İngiltərədən təsvir olunmuşdur. 

Azərbaycanda Quba, Samur- Dəvəçi düzənliyi, 

Qobustan, Kür-Araz düzənliyi, Kiçik Qafqazın 

Şimal və Mərkəzindən yayılmışdır. 

Qafqazda Dağıstan, 

Şərqi və 

Qərbi 


Zaqafqaziyada yayılir. 

Ümumi yayılma: Atlantika. Mərkəzi, Cənubi, 

Cənub-Şərqi Avropa, Aralıqdənizi,Cənub-Qərbi 

Asiya (Türkiyə). 



A.A.Bayramova 

206 


O.mascula  L.1755, Fl. Suec. ed. 2:310.- 

O.mario var.mascula L.1753, Sp.Pl. 2:941.- Erkək 

s. 


20-40 sm ölçüdə çoxillik otdur, çiçəkləmə V-

VI. Aşağı  və orta dağ qurşağından subalp 

yüksəkliyinə  qədər, meşədə kolluqlarda yayaılır. 

EŞDTQ, KDTQ, QDTQ. Avro-Qafqaz 

Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın  Şərq, Qərb, 

Kiçik Qafqazın  Şimalı, Mərkəzi, Naxçıvan və 

Lənkərandan yayılmışdır. 

 

 

 

Şəkil 2.Orchi mascula L. 

 

 

Qafqazda Cənubi, 



Şərqi və 

Qərbi 


Zaqafqaziyada yayılir. 

Ümumi yayılma:Avropa, Aralıqdənizi, Şimali, 

Cənub-Qərbi Asiya 

O.palustris  Jacq.1787, Collect. Bot. 1:75 -

O.elegans Heuff. 1835, Flora (Reichenb.), 18:250.-

O.pseudolaxiflora Czerniak. 1941, Фл. 

Узбек.1:525, 545, табл. 77, 2.-O.laxiflora auct. 

non Lam.: Гроссг.1940. Фл. Кавк. изд .2, 2 : 240. 

- Bataqlıq s. 

25-35 sm hündürlükdə çoxillik otdur, 

cicəkləmə V-VI. Orta dağ qurşağında, 

bataqlıqlarda, gölməçələrdə, çay kənarında yayılır. 

QDTQ. Avro-Aralıqdənizi  

Növ Avstriyadan təsvir olunmuşdur. 

Azərbaycanda Samur-Dəvəçi düzənliyi, Böyük 

Qafqazın  Şimalı, Kür-Araz düzənliyi, Kiçik 

Qafqazın Şimalı, Naxçıvan və Lənkaranda yayılır. 

Qafqazda  Şərqi, Cənubi Zaqafqaziya və 

Talışda yayılır. 

Ümumi yayılma:Atlantika, Mərkəzi,Cənubi 

Avropa,Cənub-Qərbi , Orta Asiya  



Cins: Ophrys L. - Quşsəhləbi 

O.apifera  Huds.1762, Fl. Angl.:340.- İyli 

q.10-20 sm hündürlükdə çoxillik otdur, çiçəkləmə 

V. Aşağı  və orta dağ qurşağında quru yamaclarda 

yayılır. KDTQ, EŞDTQ,QDTQ. Avro-Qafqaz.(R.) 

 Növ 

İngiltərədən təsvir olunmuşdur. 



Azərbaycanda Lənkaranda yayılması barədə 

məlumatlar vardır (Флора  Азербайджана, 1952) 

Azərbaycanın Qərb Bölgəsinin Xüsusi Mühafizə 

Olunan Təbiət  Əraziləri ücün ilk dəfə bizim 

tərəfimizdən göstərilir. 

Qafqazda Qərbi, 

Şərqi və 

Cənubi 


Zaqafqaziyada, Talışda yayılır. 

Ümumi yayılma: Atlantika. Mərkəzi, Cənubi, 

Cənub-Şərqi Avropa, Aralıqdənizi ,Cənub-Qərbi 

Asiya (Suriya, Türkiyə, Şimali İran, Şimali İrak). 



Cins: Traunsteinera Reichenb. - 

Traunsteinera 

T. sphaerica (Bieb.) Schlechter, 1928, 

Monogr.Ic. Orch. Eur.1,7-8:227.-Orchis sphaerica 

Bieb.1808, Fl. Taur.-Cauc. 2:362.-O. globosa var. 

sphaerica (Bieb.) Schmalh. 1897, Фл.  Ср.  Южн. 

Рос.2:456. - Kürəvi t. 

Yüksək dağ qurşağında subalp və alp 

çəmənliyində yayılır. GMP. Qafqaz. (Pl.)  

Növ Gürcüstadan təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın Qərbi, Kiçik 

Qafqazın Şimali və Mərkəzində yayılır. 

Qafqazda Dağıstan, Qərbi,  Şərqi və  Cənubi 

Zaqafqaziyada yayılır. 

Ümumi yayılma: Cənub-Qərbi Asiya (Şimali-

Şərqi Türkiyə). 

Cins: Dactylorhiza Neck.ex Nevski

Daktylorhiza  

D. iberica (Bieb. ex Willd.) Soo1962, Nom. 

Nov.Gen.Dactylorhiza:3-Orchis iberica Bieb. ex 

Willd.1805, Sp. Pl. 4: 25 – İberiya d. 

8-25 sm ölçedə çoxillik odur, çiçəkləmə V-VI. 

Aşağı  və orta dağ qurşağında rütubətli yerlərdrast 

gəlir. KDTQ, QDTQ, EŞDTQ.Qafqaz 

Növ Şərqi Qafqazdan təsvir olunmuşdur. 

Azərbaycanda Qobustan, Kiçik Qafqazın 

Cənubi və Şimalında yayılır. 

Qafqazda  Şərqi və  Cənubi Zaqafqaziyada 

yayılır. 

Ümumi yayılma:Cənub-Şərqi Avropa 

(Bolqariya, Krım), Aralıqdənizi,Cənub-Qərbi Asiya 

(Türkiyə, İran, İrak, Suriya, Livan). 



D. flavescens(C. Koch) Holub, 1976, Folia 

Geobot. Phytotax.(Praha),11,1:83.- Orchis 



flavescens C. Koch, 1849, Linnaea, 22:281.- 

O.tenuifolia C.Koch,1849, 1. c.:281. - Sarımtıl d. 

8-25 sm hündürlükdə çoxillik otdur, cicəkləmə 

V-VI. Aşağı dağ qurşağından subalp yüksəkliyinə 

qədər, rütubətli yerlərdə, meşə  və kolluqlarda rast 

gəlir. KDTQ, EŞDTQ,QDTQ. İran-Turan 

Növ Zaqafqaziyadan təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın Qərbi,  Şərqi, 

Kiçik Qafqaın Mərkəzi, Cənubu, Naxçıvan MRvə 

Lənkaranda yayılır. 

Qafqazda hər yerdə rast gəlinir. 



Azərbaycanın Qərb Bölgəsinin Xüsusi 

207 


Ümumi yayılma:Cənub-Qərbi (Şərqi Türkiyə, 

Şimali-Qərbi 

İran, 

Şimali 


İrak), Orta 

(Türkmənistan) Asiya. 



D.urvilleana(Steud.) H.Baumann et 

Kuenkele, 1981, Mitt. Bl. Arbeitskr. Heim. Orch. 

Badem-Wurth. 13, 2: 240.- Orchis urvilleana 

Steud.1841, Nomencl. Bot. ed. 2,2 : 252-O.pontica 

H.Fleischm. et Hand.- Mazz.1909, Ann. Naturh. 

Mus. (Wien) 23,1-2:208.-D. amblyoloba Nevski, 

1935, Фл. СССР, 4:707.-Urveliand. 

8-25 sm hündürlükdə çoxillik otdur, cicəkləmə 

V-VI. Orta və yüksək dağ qurşağında meşə  və 

kolluqlarda, rütubətli çəmənliklərində rast gılir. 

GMP, EŞDTQ. Qafqaz  

Növ Abxazidən təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın  Şərqi, Qərbi, 

Kiçik Qafqazın Mərkəzi və Şimalında yayılır. 

QafqazdaŞərqi, Qərbi, Cənubi Zaqafqaziyada 

rast gəlinir. 

Ümumi yayılma:Cənub-Qərbi Asiya (Şimali-

Şərqi Türkiyə, Şimali-Qərbi İran). 

D.euxina 

(Nevski) Czer.1981(17 

Feb.),Сосуд.  раст.  СССР:308; H.Baumann et 

Kuenkele, 1981, Mitt.Bl. Arbeitskr. Heim. Orch. 

Baden-Wurth. 13, 2:235. –Orchis euxina Nevski, 

1935,  Фл.  СССР, 4:709.-O. monticola subsp. 

caucasica Klinge, 1898, Dactylorch. Monogr. 

Prodr.(seors.expr.):35-O.caucasica (Klinge) Medw. 

1919,  Тр.Тифл.  бот.сада, 18,2:476, non Regel, 

1869.- Qılıncyarpaq d. 

15-30 sm hündürlükdə çoxillik otdur, 

çiçəkləmə V-VI. Kiçik Qafqazın  şimalında, alp 

qurşağında rütubətli alp çəmənliyində rast gəlir. 

GMP.Qafqaz 

Növ Qafqazdan təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın  Şimali-

Qərbi,Şərqi, Kiçik Qafqazın Şimalı və Mərkəzi. 

Qafqazda Dağıstan Qərbi və 

Şərqi 

Zaqafqaziyada rast gəlinir. 



Ümumi yayılma: Cənub-Qərbi Asiya (Şimali-

Şərqi Türkiyə, Şimali-Qərbi İran). 



D.salina (Turcz ex Lindl.) Soo, 1962, 

Nom.Nov.Gen.Dactylorhiza:4-Orchis salina Turcz. 

ex Lindl.1835, Gen. Orch. Pl.:259.- 

O.sanasunitensis auct. Caucas. non H.Fleischm.: 

Невский, 1935, Фл.СССР, 4:715; Гроссг. 1940, 

Фл. Кавк., 2, 2:244; он же, 1949, Опред. раст. 

Кавк.: 645 Фл. Азерб. 2:254, 255; Галушко, 1978, 

Фл. Сев.Кавк.1:183.- Şoran d. 

15-30 sm hündürlükdə çoxillik otdur, 

cicəkləmə V-VI. Kiçik Qafqazın, yüksək dağ 

qurşağında, çəmənliklərdə yayılır. 

GMP.Ümumqədimaralıqdənizi.  

Növ Baykaldan təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın Qərbi, Kiçik 

Qafqazın Şimali və Qərbi, Naxçıvanda yayılir. 

Qafqazda Dağıstan, 

Şərqi və 

Qərbi 

Zaqafqaziyada rast gəlinir. 



Ümumi yayılma:Şimali (Cənub-Şərqi Sibir), 

Orta (Tacikistan, Qırğızıstan, Qazaxıstan) Mərkəzi 

(Monqolustan, Şimali-Şərqi Çin) Asiya.  

Cins: Anacamptis Rich. - Bağ səhləbi  

A. pyramidalis ( L.)Rich.1817, Orchid. Eur. 

Annot.:33- 



Orchis pyramidalis L. 1753, 

Sp.Pl.2:940 - Piramidal b. 

25-35 sm hündürlükdə çoxillik otdur, 

cicəkləmə V. Aşağıdan orta dağ qurşağına qədər, 

dağ yamaclarında, kolluqların kənarında yayılır. 

KDTQ, QDTQ, EŞDTQ. Avro-Aralıqdənizi 

Növ İngiltərədən təsvir olunmuşdur. 

Azərbaycanda Quba və Qusar rayonları 

arasında rast gəlir. Azərbaycanın Qərb Bölgəsinin 

Xüsusi Mühafizə Olunan Təbiət  Əraziləri ücün ilk 

dəfə göstərilir. 

 Qafqazda  Dağıstanda və Böyük Qafqazın 

Şərqində yayılır. 

 Ümumi  yayılma:Avropa, Cənub-Qərbi Asiya 

(Türkiyə, Şimali İrak, Şimali Suriya, Şimali İran). 

Cins: Coeloglossum Hartm. –Boş ləçək. 

C.viride  (L.) C.Hartm.1820, Handb. Scand. 

Fl.:329.-Satyrium viride L.1753 Sp.Pl.: 944.- Yaşıl 

b.  

 

15-25 sm hündürlükdə çoxillik otdur, 



cicəkləmə V-VI. Kiçik Qafqazın  şimalında, subalp 

və alp qurşağında çəmənliklərdə, dağ  ətəklərində, 

yüksək dağ meşələrində rast gəlir. GMP. Holarktik 

Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın Qərbi və Şərqi, 

Kiçik Qafqazın Mərkəzi və Şimalında yayılır. 

Qafqazda Dağıstan, Qərbi və 

Şərqi 


Zaqafqaziyada yayılır. 

Ümumi yayılma:Avropa, Asiya, Şimali 

Amerika. 

Cins: Gymnadenia R.Br.- Dəmir səhləb 

G. conopsea(L.) R. Br. 1813, in Ait. et Ait.f. 

Hort. Kew, ed. 2,5:191- Orchis conopsea L.1753, 

Sp.Pl.: 942.– Çılpaq d.  

20-40 sm hündürlükdə çoxillik otdur, 

cicəkləmə V-VIII. Yüksək dağ qurşağında alp və 

subalp çəmənliyində rast gəlir. GMP. Polearktik. 

 Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın Qərbi,  Şərqi, 

Kiçik Qafqazın  Şimali, Mərkəzi, Cənubu və 

Lənkaranda yayılır. 

Qafqazda hər yerdə. 

Ümumi yayılma: Avropa, Asiya. 



Cins: Cephalanthera Rich. – Tozbaş səhləb 

C.rubra  (L.) Rich.1817, Orchid. Eur. 

Annot.:38- Serapias rubra L.1767, Syst. 

Ed.12,2:594. – Qırmızı t. 

20-30 sm hündürlükdə çoxillik otdur, 

cicəkləmə VI. Orta dağ qurşağında meşədə, 

kolluqlarda,daşlı dağ yamaclarında rast gəlir. GMP, 

EŞDTQ.Panboreal 


A.A.Bayramova 

208 


Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Samur-Dəvəçi düzənliyi, Böyük 

Qafqazın  Şərqi, Qərbi, Qobustan, Kiçik Qafqazın 

Şimali, Mərkəzi, Cənubu və Lənkəranda yayılır.  

Qafqazda Qərbi, Cənubi və 

Şərqi 


Zaqafqaziyada yayılır. 

Ümumi yayılma: Atlantika. Orta, 

Mərkəzi,Cənubi, Cənub-Şərqi,  Şərqi Avropa, 

Şimali(Sibir), Cənub-Qərbi (Şimai  İrak,  Şimali 

İran), Orta (Şimal-Şərqi Qazaxıstan) Mərkəzi 

(Qərbi Manqolustan, Şimali Çin) Asiya.  



C. longifolia (L.) Fritsch, 1888, Österr. Bot. 

Zeitschr. 38:81.-Serapias helleborine var. 



langifolia L.1753, Sp.Pl. 2:950.- S . lonchophyllum 

L. f.1781, Suppl.:404.- Cephalanthera ensifolia 

Rich. 1817, Orchid. Eur. Annot.:38. – Uzunyarpaq 

t. 


20-40 sm hündürlükdə çoxillik otdur, 

cicəkləmə VI. Aşağı və orta dağ qurşağında kserofit 

meşələrdə  və kolluqlarda yayılır. KDTQ, QDTQ, 

EŞDTQ. Panboreal 

Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Samur-Dəvəçi düzənliyi, Böyük 

Qafqazın  şərqi, qərbi, Kiçik Qafqazın  Şimalı, 

Mərkəzi, Cənubu və Lənkəranda yayılır.  

Qafqazda Cənubi Zaqafqaziyadan başqa hər 

yerdə rast gəlir. 

Ümumi yayılma:Atlantika. Mərkəzi,Cənubi, 

Cənub-Şərqi Avropa, Cənub-Qərbi, Mərkəzi Asiya.  



C.damasonium 

(Mill.) Druce, 1906, 

Ann.Scott. Nat. Hist. 60:225.-Serapias damasonium 

Mill.1768, Gard. Dict. ed. 8, N2.-S.grandiflora 

L.1767, Systema, ed.12,2:594, nom. illeg. Superfl.- 



C.grandiflora (L.)S.F. Gray, 1821, Nat. Arr.Brit. 

Pl. 2:210. –Damason t. 

 

20-40 sm hündürlükdə çoxillik otdur, 



hemikriptofitdir, cicəkləmə V-VI. Orta dağ 

qurşağına qədər, kserofit meşələrdə  və kolluqlarda 

rast gəlir. QDTQ, EŞDTQ. Avro-Qafqaz 

Növ İngiltərədən təsvir olunmuşdur. 

Azərbaycanda Samur-Dəvəçi düzənliyi, Böyük 

Qafqazın Qərbi, Kiçik Qafqazın 

şimalı 

vəmərkəzində yayılır.  



Qafqazda Qərbi və Şərqi Zaqafqaziyada. 

Ümumi yayılma:Atlantika. Mərkəzi,Cənubi, 

Cənub-Şərqi Avropa, Cənub-Qərbi (Türkiyə, İran) 

Asiya.  


Cins: Epipactis Zinn – Mürgəkotu 

E.helleborine(L.) Crantz, 1769, Stirp. Austr. 

ed. 2, 2:467.- Serapias helleborine L.1753, 

Sp.Pl.:949, p.p. quoad var. latifolia L.-S.latifolia 

(L.)L.1767, Syst. Nat. Ed. 12,2:593. –Epipactis 



latifolia (L.) All.1785, Auct. Fl.Pedem.2: 151, nom. 

rej- İşıqsevən m. 

 Qısakökümsovlu çoxillik otdur, kriptofit, 30-

60 sm, çiçəkləmə VII-VIII. Aşağı  və orta dağ 

qurşağında meşədə, kolluqların kənarında yayılır. 

EŞDTQ, KDTQ, QDTQ.Holarktik. 

Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Samur-Dəvəçi düzənliyi, Böyük 

Qafqazın şərqi, qərbi, Kiçik Qafqazda hər yerdə və 

Lənkəranda yayılır.  

Qafqazda hər yerdə rast gəlir.  

Ümumi yayılma: Avropa, Aralıqdənizi, Şimali, 

Cənub-Qərbi ( Türkiyə,Suriya, İran,İrak, 

Əfqanıstan, Pakistan) Orta (Qazaxıstan), Mərkəzi 

(Şimal-Qərbi Çin, Şimal-Qərbi Monqolustan) 

Asiya, Şimali Amerika.  



E.palustris(L.) Crantz, 1769,Stirp. Austr.ed. 

2,2:462.- Serapias helleborinevar.palustris L.1753, 

Sp.Pl. 2:950.-S. palustris(L.) Mill. 1768, Gard. 

Dict.ed.8, N 3. – Batdaxlı m. 

Sulu və quru mühitdə yaşayan 40-100 

smboyunda, çoxillik otdur, çiçəkləmə VI-VII. Orta 

dağ qurşağına qədər, rütubətli yerlərdə, kölgəli 

meşələrdə  və kolluqlardarast gəlir. KDTQ, 

QDTQ.Panboreal 

 Növ Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Quba, Kür düzənliyi və Kiçik 

Qafqazın Şimalında yayılır. 

Qafqazda Şərqi, Qərbi Zaqafqaziyada. 

 Ümumi yayılma:Atlantika. Şimali, 

Mərkəzi,Cənubi, Cənub-Şərqi, Şərqi Avropa, 

Şimali (Sibir), Cənub-Qərbi(Şimai İrak, Şimali 

İran), Orta (Şimal-Şərqi Qazaxıstan)Mərkəzi (Qərbi 

Manqolustan, Şimali Çin) Asiya.  



Cins: Epipogium J.G.Gmel. ex Borkh. 

(=Epipogon Patze et al.) – Saqqalüstü  

E.aphyllum (F.W.Schmidt) Sw.1814, Summa 

Veg. Scand.:32.- Satyrium epipogium L. 1753, Sp. 

Pl. 2:945.- Orchis aphylla F.W. Schmidt, 1791, in 

Mayer, Phys. Aufs.: 240, non Forsk.1775.- 



Epipogium gmelinii Rich. 1817, Orchid. Eur. 

Annot.:36– Yarpaqsız s. 

Qısakökümsovlu çoxillik otdur, kriptofit 

(saprofit), 15-25 sm, çiçəkləmə VII-VIII. Aşağı və 

orta dağ qurşağında kölgəli, palıd meşələrinin 

kənarında rast gəlir. KDTQ, QDTQ, EŞDTQ. 

Polearktik. 

 Növ Sibirdən təsvir olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın  şərqi, qərbi, 

Kiçik Qafqazın şimalı və Lənkəranda yayılır.  

Qafqazda Şərqi, Qərbi Zaqafqaziya və Talışda 

rast gəlir. 

Ümumi yayılma: Avropa, Asiya. 

Cins: Listera R.Br. – Gizli çiçək 

L.ovata  (L.) R. Br. 1813, in Ait.et Ait.(f.) 

Hort. Kew ed. 2,5:202.-Ophrys ovata L.1753, Sp. 

Pl. 2:946.– Oval g. 

 Qısakökümsovlu çoxillik otdur, hemikriptofit 

, 20-30 sm, çiçəkləmə V. Orta dağ qurşağına qədər, 

meşədə, rütubətli yerlərdə, kölgəli meşələrdə, 

kolluqlarda, KDTQ, QDTQ. Plyuregional. 

Növ Avropadan təsvir olunmuşdur. 



Azərbaycanın Qərb Bölgəsinin Xüsusi 

209 


Azərbaycanda Böyük Qafqazın qərbi,  şimalı, 

Kiçik Qafqazın mərkəzi, və Lənkəranda yayılır.  

Qafqazda Dağıstan,  Şərqi, Qərbi Zaqafqaziya 

və Talışda rast gəlir. 

 Ümumi yayılma:Avropa,Şimali, Cənub-

Qərbi(Türkiyə), Şərqi Asiya, Şimali Amerika. 



Cins: Neottia Guett. – Yuvacıq otu 

N.nidus-avis  (L.) Rich. 1817, Orch. Eur. 

Annot.:37.- Ophrys nidusavis L.1753, Sp.Pl.:945. – 

Həqiqi y. 

Qısakökümsovlu, 10-25 sm boyunda çoxillik 

hemikriptofit (saprofit)otdur, cicəkləmə V-Vİ. 

Aşağı  və orta dağ qurşağında kölgəli meşələrdə, 

dağ ətəklərində yayılır. KDTQ, QDTQ. Panboreal. 

 Növ İsveçrə, Almaniya və Fransadan təsvir 

olunmuşdur. 

Azərbaycanda Böyük Qafqazın  şərqi, qərbi, 

Kiçik Qafqazın  şimalı, cənubu və  Lənkəranda 

yayılır.  

Qafqazda Dağıstan,  Şərqi, Qərbi Zaqafqaziya 

və Talışda rast gəlir. 

Ümumi yayılma: Avropa, Aralıqdənizi, Şimali 

və Cənub-Qərbi Asiya (Türkiyə, Şimali və Qərbi 

İran) . 

Cins: Goodyera R. Br. – Qudayera 

G.repens(L.) R. Br. 1813, in Ait.et Ait. f. 

Hort. Kew ed. 2,5:198.- Satyrium repens L.1753, 

Sp. Pl. 2:945. – Sürünən q. 

Həmişəyaşıl boyu 8-15 sm olan, çoxillik, 

hemikriptofit, otdur.ÇçəkləməVI-VII. Orta və 

yüksək dağ qurşağında  şam meşələrində rast gəlir. 

GMP, EŞDTQ.Holarktik. 

Növ İsveçrə, İngiltərə və Sibirdən təsvir 

olunmuşdur. 

Azərbaycanda Kiçik Qafqazın  şimalında 

yayılır. Azərbaycanın Qərb Bölgəsinin Xüsusi 

Mühafizə Olunan Təbiət  Ərazilərində  tək-tək rast 

gəlir. 

Qafqazda Dağıstan,  Şərqi, Qərbi və  Cənubi 



Zaqafqaziyada yayılmışdır. 

 Ümumi  yayılma:Avropa,  Şimali və  Cənub-

Qərbi (Türkiyə, Şimali və Qərbi İran) Asiya, Şimali 

Amerika. 



Cins: Corallorhiza Chatel. – Mərcan gülü 

C.trifiidaChatel.1760, Sp. Inaug.Corall.:8.- 

Ophrys corallorhiza L. 1753, Sp. Pl. 2:945. –

Corallorhiza innata R. Br.1813, in Ait et Ait. fil. 

Hort. Kew ed. 2,5:208– Uçyarıq m. 

Qısakökümsovlu çoxillik otdur, boyu 10-20 

sm-dir, çiçəkləmə VII. Orta və yüksək dağ 

qurşağında, kölgəli meşələrdə kolluqlarda yayılır. 

GMP, EŞDTQ. Holarktik. 

Növ Şimali Avropadan təsvir olunmuşdur. 

Azərbaycanda Kiçik Qafqazın  şimalında və 

Qərb Bölgəsinin Xüsusi Mühafizə Olunan Təbiət 

Ərazilərində yayılır. 

Qafqazda Dağıstan,  Şərqi Zaqafqaziyada rast 

gəlinir. 

Ümumi yayılma: Avrasiya, Şimali Amerika. 

Aşkar olunmuşdur ki,antropogen landşaflarda 

səhləbkimilər tək-tək, səpələnmiş halda, yalnız 

müəyyən refigiumlarda özünü qoruyub saxlaya 

bilmişdir. Rast gəlinən növlər isə tam həyat tisklini 

başa çatdıra bilməmişlər. 



 

 

ƏDƏBİYYAT 

 

Bayramova A.A. (2013) Azərbaycanın qərb 

bölgəsinin xüsusi mühafizə olunan təbiət 

ərazilərinin flora biomüxtəlifliyi. Bakı. Elm: 327 

s. 


Bayramova A.A. (2010) Korçay Dövlət Təbiət 

Qoruğunun bitkiliyi. AMEA GREM Xəbərlər 



məcmuəsi (Gəncə), 39: 29-33. 

Əlizadə V.M. (2011) Azərbaycanın bioloji müxtə-

lifliyi, öyrənilməsi, qorunması  və  zənginləşdi-

rilməsi.  AMEA Botanika İnstitunun Elmi əsələri, 

XXXI: 3-16. 

Əsgərov A.M. (2011) Azərbaycan florasının 

konspekti. Bakı, Elm: 202. 



Novruzov V.S., İsmayılova Z.M., Bayramova 

A.A. (2010) Azərbaycanın qərb bölgəsində xüsusi 

mühafizə olunan təbiət  ərazilərinin (Göy-göl, 

Eldar  şamlığı, Qarayazı) flora biomüxtəlifliyi və 

genofondun mühafizəsi.  Azərbaycan Botaniklər 



Cəmiyyətinin Elmi əsərləri, I: 89-94. 

Novruzov V.S. (2010) Fitosenologiyanın 

(geobotanika) əsasları. Bakı, Elm: 306 s. 



Гаджиев 

В.Д. (1971) Анализ 

флоры 


высокогорий Малого Кавказа. Баку: 169 с. 

Гроссгейм  А.А. (1936) Анализ  флоры  Кавказа. 

Тр. БИН АзФАН СССР1: 275 с. 

Конспект флоры Кавказа. (2006) СПб, II: 467 

с. 


Лавренко 

Е.М. (1964) Ботанико-

географические доминанты и ареалы растений. 

В кн.: Физико-географический атлас мира. М.: 

288 с. 


Толмачев  А.И. (1986) Методы  сравнительной 

флористики 

и 

проблемы 



флорогенеза. 

Новосибирск: 195 с. 



Флора Азербайджана (1952) Баку. II: 317с. 

Черепанов  С.К. (1995) Сосудистые  растения 

России  и  сопредельных  государств.  СПб: 995 

с. 

Эфендиева  Ш. (1955) Растительность  района 

озера  Гей-гель  на  Малом  Кавказе.  Автореф. 



канд. дисс., Бaky: 20c. 

 

 



A.A.Bayramova 

210 


 

Орхидеи (Orchidaceae) Особо Охраняемых Территорий Западных Регионов Азербайджана 

 

Байрамова А.А. 

 

Гянджинский государственный университет 

 

В  статье  даются  сведения  о  видовом  составе,  распространении,  биоэкологических  особенностях 

представителей  семейства  Orchidaceae.  Установлено,  что  на  особо  охраняемых  территориях 

Западных  регионов  Азербайджана  встречаются 27 видов, 14 родов  из  семейства  Orchidaceae

Проведен систематический, ареалогический и экологобиологический анализ флоры.  

 

Ключевые слова: флора, семейство, род , вид, Orchidaceae 

 

 

 

Orchids of Specially Protected Areas in the West of Azerbaijan 

 

A.A. Bayramova  

 

Ganja State University 

 

Species composition and the ecological structures of the Orchids spread in the specially protected areas in 



the West of Azerbaijan have been investigated. 27 species, 14 genera of the Orchidaceae family were 

detected in Azerbaijan. Systematic, areological and ecobiological analyses of the flora were conducted. 



 

Key words: flora, family, genus, species, Orchidaceae 

 

Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə