181
rin təbiət qanunları haqqında təliminin
əksinə olaraq tarixi
məktəb cəmiyyətin inkişafında tarixilik prinsipini irəli sürmüş,
inkişafın təkamül formasını qəbul etmişdir. Onlar cəmiyyətin
ictimai həyatında, iqtisadiyyatda inqilabi dəyişiklikləri qəbul
etmirdilər.
V.Roşer
o dəyişiklikləri qanuni adlandırırdı ki,
o sülh
yolu ilə başa çatsın. İnqilabi dəyişiklikləri isə qeyri-qanuni
hesab edirdi. Əmtəə təsərrüfatının spesifik tarixi xarakterini
inkar edirdi.
B.Hildebrand
millətin tarixini dövrləşdirərək təsərrüfatın
inkişaf tarixini üç dövrə bölür: orta əsrlərin təbii təsərrüfatı
(natural təsərrüfat), pul təsərrüfatı, kredit təsərrüfatı. Məh-
sulların
mübadiləsinin, qarşılıqlı inama, mənəvi keyfiyyətlərə
görə aparılması ideyasını irəli sürürdü. Hildebrand krediti, pul
və kapitalı ləğv etmək üçün bir vasitə hesab edirdi.
Köhnə tarixi məktəbin üçüncü nümayəndəsi
K.Knisin
"Tarixi metod nöqteyi-nəzərindən siyasi iqtisad" kitabında ta-
rixi məktəbin metodoloji yanaşmalarının sistemli ifadəsi
veril-
mişdi. Onun digər mühüm əsəri iki cildlik "Pul və kredit"
(1885-ci il) kitabıdır. O, hesab edirdi ki, siyasi iqtisad yalnız
təsvir edə bilər və nəzəri ümumiləşdirmələr vermək imkanında
deyil. K.Knis statistikanı və tarixi təsviri iqtisadi hadisələrin
dərk olunmasının vasitələri hesab edirdi.
18
K.Knis
tarix
məktəbin digər nümayəndələri kimi, müxtəlif xalqların
təkamülündə iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da
iqtisadi inkişafın ümumi qanunlarının
mümkünlüyünü rədd
edirdi.
Tarixi məktəbin baniləri obyektiv iqtisadi qanunlara əsas-
lanan iqtisadi nəzəriyyədən imtina edir və onu heç bir nəzəri
ümumiləşmə olmadan iqtisadi faktların toplanması, təsvir
olunması ilə məşğul olan iqtisadi tarixlə əvəz etməyi məsləhət
görürdü.
Beləliklə, siyasi iqtisadın vəzifəsini iqtisadi hadisə-
18
Bax: Əlləzov Q.S. "İqtisad elminin nəzəri-metodoloji əsaslarının tarixi
inkişafı", Bakı-2009, səh.206.
182
lərin
nəzəri təhlili, ümumi nəticələrin əldə olunması deyil,
faktiki və tarixi materialların təhlilində axtarırdılar.
Bu şəxsiyyətlərin hər üçü iqtisadi araşdırmaların dəqiq və
metodoloji şərhlərini doktrina şəklində işlənib hazırlanmasını
hesablamışdılar: bütün iqtisadi reallıqlar əhəmiyyətli dərəcədə
qarşılıqlı şəkildə fəaliyyətdədir və milli-tarixi şərtlərin məcmu-
sunu konkret şəkildə özünə ehtiva edir. Buna uyğun olaraq
iqtisad elmi köhnəlmiş
ideyalara tənqidi yanaşaraq, iqtisadi
fikirləri tarixi proseslərin nəticəsi kimi inkişaf etdirməli və işçi
qüvvəsinin həyat səviyyəsinin yaxşılaşdırılması, davamlı və
genişləndirilmiş ictimai ideyalar üçün,
fərqli şəkildə sosial si-
yasət irəli sürməlidir.
Alman tarixi məktəbinin digər bir nümayəndəsi
Dostları ilə paylaş: