Şəbəkə nədir?



Yüklə 228,15 Kb.
səhifə3/13
tarix13.12.2023
ölçüsü228,15 Kb.
#175863
1   2   3   4   5   6   7   8   9   ...   13
Şəbəkə nədir (2)







  1. Koaksial kabel haqqında ümümi məlumat 20 BAL

Koaksial kabel
Koaksial (eyni oxlu) kabelin örtüyünün daxilində iki naqil vardır. İki naqilli elektrik kabellərinin əksəriyyətində naqillər izolya-siyaedici örtük daxilində bir-birinin yanında yerləşirlər, bu örtük on-ları ayırır və qoruyur. Onlardan fərqli olaraq, koaksial kabel dairəvi formalıdır və onda bir naqil digərinin daxilində yerləşir (şəkil 5.1). Kabelin mərkəzində yerləşən birinci naqil mis məftildir, hansı ki, elektrik siqnallarını keçirir. Məftil bütöv misdən və ya bir neçə mis teldən(damardan) ibarət ola bilər. Koaksial kabelin mis nüvəsi kabe-lin nüvəsini ikinci naqildən qorumaq üçün nəzərdə tutulan dielektrik köpüklü izolyator qatı ilə əhatə olunmuşdur.
Koaksial kabel verilənlərin ötürülməsi üçün, xüsusilə də korpo-rativ mühitdə qeyri-effektivdir, çünki onun buraxma qabiliyyəti 10 Mbit/san ilə məhdudlaşır. Bu tip kabel bu gün bir çox məqsədlər üçün, o cümlədən kabel televiziyası şəbəkələri üçün istifadə olunsa da, kompüter şəbəkələrində o, nadir hallarda tətbiq edilir və yeni Ethernet şəbəkələrin əksəriyyəti üçün uyğun gəlmir.



  1. Ekranlaşdırılmış burulmuş cüt kabel haqqına ümümi məlumat

İBM kompaniyası ekranlaşmış burulmuş cüt əsaslı kabelin (Shielded Twisted Pair, STP) istifadə edildiyi marker girişli (Token Ring) şəbəkə protokolunu işləmiş, həmçinin bu kabelin müxtəlif tipləri üçün standartları hazırlamışdır. Ekranlaşmış burulmuş cüt əsaslı kabel (STP-kabel) indiyə qədər əsasən Token Ring tipli lokal şəbəkələrdə, həmçinin yaxınlıqda yer-ləşən elektrik avadanlığı tərəfindən yaranan elektromaqnit əngəllə-rindən qorunmaq üçün əlavə ekranlamanı tələb edən kabel sistem-lərində istifadə olunur. Öz konstruksiyasına görə STP-kabel UTP-kabeldən fərqlənir. Əlavə metal ekran da burulmuş cütlərdəki mis məftil kimi naqil rolunu oynayır. Əgər o, yerlə yaxşı birləşdirilmişdirsə, ətrafdakı elektromaqnit küyü cərəyana çevrilir, hansı ki, öz növbəsində ekranın daxilində yerləşən məftillərə təsir edir. Ekran cərəyanının sahəsi burulmuş cütlərdə moduluna görə bərabər, lakin əks istiqamətdə axan cərəyan yaradır. Nəticədə hər iki cərəyan bir-birini kompensasiya edir, bununla da naqillərlə ötürülən siqnallara ətraf küyün təhrifedici təsiri aradan qaldırılır.



  1. Ekranlaşdırılmamış burulmuş cüt kabel haqqında ümümi məlumat

Lokal kompüter şəbəkələri üçün hər şeydən əvvəl 3 kateqoriyalı və (həmçinin Cat5 adlanan) 5 kateqoriyalı ekranlaşmamış burulmuş cüt əsaslı elektrik kabellərindən istifadə olunur. Şəbəkələr üçün işlədilən ən müasir kabel sistemlərində 5 kateqoriyasından aşağı olmayan kabellər istifadə edilirlər. 3 kateqoriyalı UTP kabel bir qayda olaraq, Fast Ethernet tipli şəbəkələr üçün tətbiq olunmur, amma 10 Mbit/san (10BaseT spesifikasiyası) sürəti ilə işləyən Ethernet şəbəkələri üçün uyğun gəlir.
5 kateqoriyalı UTP kabel 100 Mbit/san sürəti ilə işləyən Ethernet şəbəkələr üçün, həmçinin daha ləng protokollar üçün uyğun gəlir. 5 kateqoriyalı UTP kabel həm də 100BaseT spesifikasiyası üzrə işləyə bilər, o şərtlə ki, o, TIA/EIA TSB-95 standartının tələblərinə cavab versin. 5e kateqoriyalı UTP-kabellər üçün standart 1000BaseT spesifikasiyasılı (həm də Gigabit Ethernet adlanan) şəbəkələrdə istifadə olunduqda daha yüksək işçi xarakteristikaları müəyyən edir. Bu standart burulmuş cüt əsaslı UTP-kabelin seqmentlərindən istifadə etməni 100 m uzunluqla və siqnalın tətbiq edilməsini 100 MHs ilə təyin edir.

  1. Optik lifli kabel haqqında ümümi məlumat

Optik lifli kabel (fiber-optic cable) işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə əksetdirici qatla (cladding) əhatə olunmuşdur. Əksetdirici qat öz növbəsində, plastikdən olan bufer qatı ilə örtülmüşdür.
Optik lifli kabel elə kabel tipidir ki, koaksial kabeldən və ya hörülmüş cüt əsaslı kabeldən tamamilə fərqlənir. Siqnalların elektrik impulsları şəklində ötürüldüyü mis naqillərdən fərqli olaraq, optik lifli kabel şüşə və ya plastik liflə işıq impulslarını (fotonları) ötürür ki, onların vasitəsilə kompüterin generasiya etdiyi ikilik siqnallar ötürülür. Optik lifli kabellə siqnalların ötürülməsi üçün elektrik əvə-zinə işıqdan istifadə olunduğundan kabel həm elektromaqnit, həm də çarpaz əngəllərə qarşı dayanıqlıdır. Bundan başqa, optik lifli kabeldə siqnalın sönmə (naqildən keçdikcə onun zəifləməsi) səviyyəsi mis naqildəkinə nisbətən aşağıdır. Optik lifli kabelin bəzi növlərində siqnal əhəmiyyətli dərəcədə zəifləmədən 120 km-ə qədər məsafə gedə bilər, amma ənənəvi mis kabeldə kabelin tipindən asılı olaraq siqnal 100 m-dən 500 m-ə qədər məsafə getdikdə artıq praktiki olaraq oxunmaz olur. Optik lifli kabelin iki əsas tipi mövcuddur: bir modlu və çox modlu. Bu iki tip arasında əsas fərq nüvənin və onun əksetdirici örtü-yünün qalınlığındadır. Optik lifli kabelin tipini optik lifin ölçüsünə görə (nüvənin və əksetdirici örtüyün ümumi qalınlığına görə) müəy-yən etmək olar. Bir modlu lifdə nüvənin diametri adətən 8,3 mikron, nüvənin və əksetdirici örtüyün ümumi qalınlığı isə 125 mikron olur, ona görə də bir modlu kabeli adətən “bir modlu 8,3/125 lif” kimi işarə edirlər. Ondan fərqli olaraq, çox modlu lif 62,5 mikron diametr-li nüvəyə malikdir, nüvənin və əksetdirici örtüyün ümumi qalınlığı isə 125 mikrondur, ona görə də çox modlu lifi “çox modlu 62,5/125 lif” kimi işarə edirlər.


  1. Ekranlaşdırılmış burulmuş cüt kabel başlıqlarının standartları və onların rəng ardıcıllıqları 

  1. Şəbəkə resusları hansılardır?

Müəssisələr böyüyüb yeni-yeni komputerlər aldıqca, bu komputerləri bir şəbəkədə birləşdirmək zərurəti yaranır. Getdikcə şəbəkələr və şəbəkə proqramları ayrı-ayrı binalarda, şəhərlərdə, hətta dünyanın müxtəlif ölkələrində olan insanları birləşdirmək üçün istifadə edilir. İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şey təsəvvür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə [network], sadəcə, bir-birinə bağlanmış iki, yaxud daha çox komputerdən ibarət qrupdur. Şəbəkənin ölçüləri böyüdükcə, ora daha çox qurğular qoşulduqca, onun quraşdırılması və idarə olunması texniki bir işə çevrilir. Şəbəkə anlayışı və terminologiyası şəbəkənin ölçülərindən asılı olmayaraq, əsasən eyni qalır.

Yüklə 228,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin