SƏADƏt davud qizi məMMƏdova


 Dünyəvi totalitar sistem ssenarisi



Yüklə 1.7 Mb.
Pdf просмотр
səhifə4/31
tarix10.07.2017
ölçüsü1.7 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31

2. Dünyəvi totalitar sistem ssenarisi (Bu ssenari Qərbin dünya üzərində 
ümumi  nəzarətinin  təmin  olunmasına  yönəlmiş  ideologiya  ilə  bağlı  olub, 
«qızıl milyard» strategiyası və modernizmin təhlilinə yönəlir. Bu məqsədə nail 
olmaq  üçün  ümumplanetar  informasiya  magistralının  yaradılması  əsas  şərt 
kimi  qəbul  edilir.  Gözlənilən  ekoloji  böhranın  qarşısını  almaq  üçün  dünya 
əhalisi 10 dəfə azaldılmalı, yaxud təbii istehlak ehtiyatları 10 dəfə artırılmalı, 
ətraf mühitə texnogen təsirin qarşısı alınmalıdır).  
3. Yeni orta əsrlər ssenarisi (Bu ssenari orta əsrlərdəki maliyyə böhranı, 
Mərkəzin gücsüzlüyü və ölkənin tənəzzülü, əhalinin yoxsullaşması, elmin və 

 
 
29 
təhsilin zəifləməsi, cəhalətin genişlənməsi, şəhərlərdə və yollarda quldurluq və 
s.  hadisələrlə  bağlı  həyat  tərzinin  müasir  dövrdə  baş  verən  proseslərlə 
oxşarlığını əks etdirir. Əgər ikinci ssenari yüksək texnologiyalara əsaslanaraq 
qlobal totalitarizm ideyasının inkişafına yönəlirsə, üçüncü ssenari elmi-texniki 
tərəqqini rədd etməyi təklif edir). 
4.  Dünya  birliyinin  parçalanması  ssenarisi  (Bu  ssenari  dünyanın 
çoxsaylı güc mərkəzlərinə parçalanmasının təhlilinə yönəlir). 
5. Ekoloji böhran ssenarisi (Beşinci ssenari qlobal ekoloji böhran, qlobal 
tənəzzülün tədqiqi ilə bağlıdır. Özünütəşkilatlandıran sistemlər nəzəriyyəsinə 
görə, böhran prosesi sürətlə inkişaf edir və qarşısının alınması üçün tədbirlər 
görülməyə başladıqda artıq gec olacaq). 
6.  Noosferaya  keçid  ssenarisi  (Noosferaya  keçid  mürəkkəb,  çoxsahəli 
proses olub, insan varlığının bütün aspektlərini – dünyagörüşü, elmi, texnoloji
mədəni,  təhsil,  etik,  sosial siyasi,  dini  və  s.  əhatə  edir.  Noosfera  nəzəriyyəsi 
istehlak və fərdiyyətçilik fəlsəfəsindən uzaqdır və yalnız qlobal, ümumbəşəri 
səviyyədə noosferaya keçid mümkündür). 
Bu  ssenari  modellərin  qurulmasında  istifadə  ediləcək  əsas  amillər  dünya 
bazarına  nəzarət,  Ümumi  Milli  Məhsulun  səviyyəsi,  inkişaf  etmiş  ölkələrin 
texnoloji  strukturunun  yeniləşdirilməsi,  «qızıl  milyard»  strategiyası,  üçüncü 
dünya  ölkələrinin  zəif  inkişaf  sürəti  və  bu  ölkələrdəki  demoqrafik  partlayış, 
texnoloji  ləngimə,  Qərbin  sosial  mədəni  vəhdətini  itirməsi,  dünya  güc 
mərkəzləri  arasında  ziddiyyətlərin  kəskinləşməsi,  sabitləşmə  imkanlarının 
tükənməsi, regionlarda çoxsaylı hərbi münaqişələr, terrorizm, planetin ekoloji 
vəziyyətinin  kəskinləşməsi,  fundamental  elmin,  yüksək  texnologiyaların, 
təhsilin müdafiəsi, dünya vəhdətinin möhkəmlənməsi kimi müəyyənləşdirilir. 
L.V.Leskov  əmindir  ki,  müasir  bəşəriyyət  hələki  mənfi  meylləri  nəzarətdə 
saxlamaq  imkanına  malik  deyil.  Sinergetik  proqnozlaşdırma  nöqteyi-
nəzərindən bütün qeyd edilən ssenarilər birxətli olsa da, eyni ehtimallı deyil. 
Real  həyatda  bu  ssenarilər  bir-birilə  əlaqəli  şəkildə  çıxış  edir  və  mümkün 
inkişafın  müəyyənləşdirilməsinə  yönəlir.  Sistemin  davranışı  səbəb-nəticə 
əlaqəlidir  və  gələcəyi  yaxın  keçmişlə  bağlıdır.  Bu  zaman  təsadüfi,  ikinci 
dərəcəli amillər əsas rol oynayır. Sistem müstəqil tənzimlənmə xüsusiyyətini 
itirdiyindən,  əhəmiyyətsiz  amillərin  miqyası  genişlənir.  Məqsədyönlü 
fəaliyyət  proqramı  əsasında  sistemin  müəyyənləşdirilmiş  ssenari  əsasında 
inkişafına  nail  olmaq  olar.  Bu  zaman  sistemin  fəaliyyəti  sabitləşməyə  və 
sistem tədricən attraktor (cazibə nöqtəsi) xüsusiyyəti qazanmağa başlayır. Bu 
xüsusiyyət təsadüfi sapmanın qarşısını alır və sistem əvvəlki fəaliyyət şəraitini 
bərpa  edir.  Bu  vəziyyətdə  keçmiş  deyil,  gələcək  sistemin  dinamikasını 
müəyyənləşdirir.  

 
 
30 
Sistemin sinergetik modelləşdirilməsi üçün riyazi «coker modeli» metodu 
istifadə edilir. Bu metod əsasında sistemin bu və ya digər ssenariyə keçidinə 
şərait  yaradan  parametrlərin  (enerji  istehlakı, iqlim,  ekoloji, coğrafi, iqtisadi, 
texnologiyalar, texniki yeniliklər, əhali artımı, siyasi mədəni səviyyə və sosial 
siyasi 
dəyişikliklərə 
hazırlıq 
səviyyəsi 
və 
s. 
göstəricilər) 
müəyyənləşdirilməsinə şərait yaranır.   
 
YOXLAMA SUALLAR 
1.Sosiosinergetik yanaşmanın üstün və çatışmayan tərəfləri hansılardır? 
2. Müasir vəziyyətin saxlanması ssenarisi gələcəyin inkişafını necə təsvir edir?  
3. Dünyəvi totalitar sistem ssenarisi bəşəriyyətin gələcək inkişafını hansı amillərlə 
bağlıyır?  
4. Yeni orta əsrlər ssenarisi nəyi nəzərdə tutur?  
5. Dünya birliyinin parçalanması ssenarisi hansı göstəricilər əsasında qurulur? 
6. Ekoloji böhran ssenarisinin mahiyyətini izah edin. 
7. Noosferaya keçid ssenarisi hansı amili sosial inkişafın əsas mənbəyi hesab edir?   
8. «Coker modeli» metodunun istifadəsi xüsusiyyətlərini izah edin. 
REFERAT MÖVZULARI 
1.Futurosinergetika gələcəyin proqnozlaşdırılması istiqaməti kimi 
2. Gələcəyə sosiosinergetik yanaşma 
3. Gələcəyin futurosinergetik ssenariləri 
ƏDƏBİYYAT: 
1. Арнольд В.И. Теория катастроф. М., 1990.  
2.Бердяев Н.А. Новое средневековье. М., 1990.  
3.Зубаков В.А. XXI век: сценарии будущего // Зеленый мир. 1996. № 9. 
4.Кеннеди П. Вступая в XXI век. М., 1997. 
5..Ласло Э. Век бифуркации // Путь. 1995. № 7. 
6.  Лесков  Л.  В.  Синергетическое  моделирование  будущего  России  //  Теория 
предвидения и будущее. М., 1997.  
7..Лесков Л.В. Космическое будущее человечества. М., 1996. 
8..Логинов В.Т. Новое средневековье // Новая планета. М., 1996. С. 134. 
9. Панарин А.С. Новый синтез // Новая планета. М., 1996.  
10. Фукуяма Ф. Конец истории? // Вопросы философии. 1991. № 1. 
11 Яковец Ю.В. История цивилизаций. М., 1997.  
12. Экологические проблемы / Под ред. В.И. Данилова-Данильяна. М., 1997.  
13. Hantingion S. The Flash of Civilizations and the Remaking of World Order. New 
York,  1996.  
 
 
 
 
 

 
 
31 
1.5
 
AZƏRBAYCANDA  GƏLƏCƏK  HAQQINDA  FİKİRLƏRİN 
İNKİŞAF İSTİQAMƏTLƏRİ 
 
Qədim  Azərbaycanda  insanların  gələcək  haqqında  fikirləri  dövrümüzə 
qədər  gəlib  çatmış  miflər,  əfsanələrdə  öz  əksini  tapmışdır.  Bu  miflər  və 
əfsanələrdə  dünyanın  yaranışı,  insanın  həyatı,  keçmiş  və  gələcək  zaman, 
insanların daha uğurlu gələcəklə bağlı arzuları, daha yaxşı həyat və bu həyata 
qovuşmaq  üçün  onların  rastlaşa  biləcəkləri  çətinliklər  təsvir  edilir. 
Bütpərəstlik dövründə müxtəlif heyvan, bitki, əmək alətləri, coğrafi məkanlar 
(dağlar,  göllər,  çaylar  və  s.),  təbiət  qüvvələri  və  s.  ilahiləşdirən  insanlar 
müəyyən  mərasimlər  keçirməklə,  qurbanlar  verməklə  arzu  edilən  vəziyyətə 
nail olacaqlarını düşünürdülər.  
Cəmiyyətin  inkişafı  ilə  bağlı  dünyagörüşündə  baş  verən  dəyişikliklər 
insanların  gələcək  haqqında  təsəvvürləri,  mövcud  problemli  vəziyyətin  həlli 
ilə  bağlı  fikirləri  yeni  istiqamət  alır.  E.ə.VII  –  VI  əsrlərdə  Azərbaycanda 
Zərdüştlük dini geniş yayıldı. Zərdüştlüyün müqəddəs kitabı olan «Avesta»da 
dünyanın  yaranışı  və  inkişafı  haqqında  təsəvvürlər  maraq  doğurur.  Burada 
dünyanın  12  minillik  inkişaf  tarixi  və  bu  inkişaf  dövründə  keçdiyi  dörd 
mərhələ  təsvir  olunur.  Birinci  mərhələdə  ideyal  dünya,  əşyalar  haqqında 
ideyalar  yaranır;  İkinci  mərhələdə  kainat,  səma  cismləri,  canlı  və  cansız 
təbiət yaranır; Üçüncü mərhələ Zərdüşt peyğəmbərin dünyaya gəldiyi zaman 
mərhələsidir; Dördüncü mərhələ isə, Zərdüştün ölümündən sonrakı dövrdür. 
«Avesta»da  göstərilir  ki,  hər  bir  mərhələdə  dünyanı  xilas  etmək  üçün 
peyğəmbərlər gəlir. Burada sonuncu peyğəmbərin gəlişi və bütün bəşəriyyəti 
şərdən xilas edəcəyi, dünyada ədalət quracağı haqqında məlumat verilir.  
Erkən orta əsrlərdə Azərbaycanda geniş yayılmış Maniçilik və Məzdəkilik 
məzhəblərinin ideya mənbəyi zərdüştlük idi. Bu dini cərəyanlarda da xeyir və 
şərin  daimi  mübarizəsi  və  sonda  xeyirin  qələbə  çalacağı  ideyası  öz  əksini 
tapmışdır.  
Orta əsrlərdə yaranmış «Dədə Qorqud» Azərbaycan xalqının qəhrəmanlıq 
dastanı  olsa  da,  burada  insanların  keçmiş  və  gələcək  haqqında  təsəvvürləri, 
ədalətli cəmiyyət haqqında ideyaları öz əksini tapmışdır.  
Bu dövr Şərqin ictimai fikri yer üzündə xeyir və şər qüvvələrin mübarizəsi 
və  sonda  xeyir  qüvvələrin  qələbə  çalacağı  ilə  bağlı  ideyalar  əsasında 
formalaşırdı.  Demək  olar  ki,  bütün  ictimai  cərəyanların  mənbəyində  duran 
əsas  ideyalar  dünyanın  əbədi  mövcudluğu,  xeyir  və  şər  qüvvələrin  əbədi 
mübarizəsi  və  xeyirin  qələbəsi  ilə  bağlı  idi.  IX  əsrdə  yayılmış  Xürrəmilər 
hərəkatının  tərəfdarları  bütün  insanların  azad  yaşayacağı,  ədalətli,  sosial 
bərabərliyə əsaslanan cəmiyyətin qurulacağına inanırdılar.               

 
 
32 
XII  əsrdə  Nizami  Gəncəvi  «İsgəndərnamə»  adlı  əsərində  utopik 
cəmiyyətin  təsvirini  verirdi.  Bu  cəmiyyətin  bütün  sakinləri  arasında  bütün 
nemətlər  bərabər  bölünüb,  burada  xoşbəxt  insanlar  yaşayırlar.  S.Urməvi, 
N.Tusi,  M.Fizuli  və  bir  sıra  digər  mütəfəkkirlərin  əsərlərində  də  ədalətli 
cəmiyyət haqqında fikirlər inkişaf etdirilir.  
M.F.Axundov  «Kəmalüddövlə  məktubları»,  «Aldanmış  kəvakib»  adlı 
əsərlərində  ədalətli  cəmiyyətin,  ideal  dövlətin  qurulması  ilə  bağlı  fikirlərini 
əks etdirir. Bu əsərlərdə ədalətli cəmiyyət qurmağın əsas şərti dövlətin ədalətli 
və  mütəfəkkir  hökmdar  tərəfindən  idarə  edilməsi  kimi  müəyyənləşdirilir, 
müəllif despotik idarəçilik üsulunun dəyişdirilməsi tərəfdarı kimi çıxış edir və 
sosial bərabərliyi sosial tərəqqinin mənbəyi kimi qəbul edir.  
H.Zərdabi  tarixin  yüksələn  xətlə  inkişafını  qəbul  edirdi  və  elm,  sənaye, 
kənd  təsərrüfatının  inkişafını  tarixi  tərəqqinin  əsas  amilləri  kimi 
müəyyənləşdirirdi.  H.Zərdabi  “Gələcək  haqqında  bəd  xəbərlər” adlı  əsərində 
gələcək inkişafın əsaslarını təhlil edirdi. Azərbaycan maarifçiliyinin görkəmli 
nümayəndəsi olan H.Zərdabi yaşadığı dövrün ideya istiqamətinə uyğun olaraq
gələcək cəmiyyəti istismarın olmadığı, hüquq və azadlıqların təmin olunduğu 
cəmiyyət kimi təsvir edirdi. 
XIX  əsrin  70-90-cı  illərinin  görkəmli  mütəfəkkiri  C.Əfqani  Şərqdə 
konstitusiya  və  parlament  idarəçilik  üsulunun  tətbiq  edilməsi  fikrini  irəli 
sürürdü,  lakin  bu  zaman  islam  idarəçilik  qanunlarının  daha  təkmil  təhlillər 
əsasında, daha mükəmməl əsaslarda istifadə edilməsi təklifi ilə çıxış edirdi. 
  Ümumiyyətlə,  ədalətli  cəmiyyət  qurulması  ideyası  XIX  –  XX  əsrin 
görkəmli 
mütəfəkkirləri 
olan 
C.Məmmədquluzadə, 
Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu,  M.Rəsulzadə  və  bir  çox  başqalarının  yaradıcılığının  əsas  xəttini 
təşkil  edib.  C.Məmmədquluzadə  respublika  quruluşunun  tərəfdarı  kimi  çıxış 
edirdi. Ə.Hüseynzadə «Vəhdət və tərəqqi» partiyasını yaratmışdı və vahid türk 
dövlətinin  yaradılması  ideyası  ilə  çıxış  edirdi.  Ə.Ağaoğlu  Şərqdə  tənəzzülün 
əsaslarını  araşdırırdı  və  sosial  tərəqqinin  əsasında  elmi  inkişafın  durduğunu 
göstərirdi.  M.Rəsulzadə  «türkləşmə,  islamlaşma,  müasirləşmə»  şüarı  ilə 
Azərbaycan  cəmiyyətinin  gələcək  inkişaf  istiqamətini  müəyyənləşdirməyə 
çalışırdı  və  vahid  türk  birliyinin  yaradılması  tərəfdarı  kimi  çıxış  edirdi.  Bu 
dövr  mütəfəkkirlərinin  gələcək  haqqında  fikirləri  daha  çox  siyasi  çalarlara 
malik olsa da, bu ideyaları gələcək cəmiyyətin modeli kimi qəbul etmək olar.  
XX əsrdə Azərbaycanın fantast yazıçılarının yaratdıqları əsərlər gələcəyin 
mümkün,  yaxud  arzu  edilən  inkişaf  istiqamətlərinin  müəyyənləşdirilməsinə 
cəhd  kimi  qiymətləndirilə  bilər.  Bu  əsərələr  sırasında  E.Mahmudovun  
«Kainat  gəmisi»  (1957),  «Həyat  simfoniyası»  (1966),  «Yox  olmuş  səslər» 
(1964),  «Atlant  qızı»  (1987),  Anarın  «Kontakt»  (1976),  N.Abdullayevin 

 
 
33 
«İtirilmiş  dünya»  (1962),  «Balaca  kiberin  macəraları»  (1966),  «Gecələr 
uzanaydı» (1979), «Uzaq dünyanın çiçəyi» (1979), L.Quliyeva və Z.Quliyevin 
«Minlərlə  ulduz»  (1987),  «İntellekt»  (1989),  M.İbrahiməyov  «Uğurlu 
sonluqlu hadisə» (1983), «Gözəl bir gündə» (1980), «Stiv Braytın yox olması» 
(1991),  L.Həsənovanın  «Zamanların  müharibəsi»  (2002),  «Borc  götürülmüş 
zaman»  (2002),  «Elyütera  –  arzular  adası»  (2003),  O.Muxtarlının, 
A.Xakimovun «Avalona səyahət» (2009) və digərlərini qeyd etmək olar. 
Sovet  dövrü  Azərbaycan  elmində  gələcəyin  proqnozlu  inkişafı  problemi 
bilavasitə  sovet  ideologiyasının  təbliği  və  sovet  sosializminin,  yaxud  sovet 
dövrü 
utopik 
sosializmin 
gələcək 
inkişaf 
istiqamətlərinin 
müəyyənləşdirilməsilə  bağlı  idi.  Bu  dövrdə  H.Şirəliyevin  «Yeni  istehsal 
münasibətləri  məhsuldar  qüvvələrin  inkişafının  başlıca  amilidir»  (1960), 
Ə.Mürsəlov «Oktyabr və yeni insan» (1960), F.Köçərlinin «Sosializm və ailə» 
(1969),  Ə.Şakirzadənin  «Mədəniyyətin  inkişafında  ictimai  əsaslar»  (1969), 
«Sovet həyat tərzi» (1979), V.Paşayevin «ETİ və sosial inkişaf» (1974), «Elmi 
qabaqgörənlik»  (1986),  Z.Hacıyevin  «Elmi  texniki  tərəqqi  və  sosial 
dəyişikliklər»  (1976),  «Kəndin  sosial  inkişafı»  (1986),  «Elmi  texniki  tərəqqi 
və  sosial  dəyişikliklərin  dialektikası»  (1993),  N.Nəcəfovun  «Elmi  texniki 
tərəqqi şəraitində  əməyin  mənəvi  aspekti»  (1977),  A.Nəcəfov  «İnkişaf  etmiş 
sosializm  və  mədəniyyət»  (1978),  N.Məmmədovun  «Modelləşdirmə  və 
biliklərin  sintezi»  (1979),  «Ekoloji  problem  və  texniki  elmlər»  (1982), 
«Ekologiya  və  texnika»  (1998),  «Ekologiya  problemləri  və  bəzi  aktual 
aspektlər» (1989), «Mədəniyyət, ekologiya və təhsil» (1996), F Ramazanovun 
«Azərbaycanda  ekoloji  problemlərin  xüsusiyyətləri  və  onların  həlli  yolları» 
(1980),  Q.Hüseynovun  «Sivilizasiya  və  sivilizasiyasızlığın  dialektikası» 
(1987),  «Sivilizasiya  və  milli  müəyyənlik»  (1995),  «Müasir dünyanın  qlobal 
problemləri»  (1997),  M.Səttarovun  «Sosialist  ictimai  şüuru:  mahiyyəti, 
strukturunda  baş  verən  dəyişikliklər,  funksiyalarının  güclənməsi»  (1988), 
C.Məmmədovun  «Mənəvi  həyatın  beynəlmiləlləşməsi»  (1989),  və  s.  əsərlər 
çap olunmuşdu. Bu dövrün elmi və ədəbiyyatı bilavasitə sovet insanının işıqlı 
gələcəyinin qurulmasına yönəlmiş fəaliyyətin təsvirinə həsr olunmuşdur. 
Müasir  dövrdə  sosial  layihələşdirmə  və  sosial  proqnozlaşdırma 
istiqamətinə  Azərbaycanda  Z.R.Hüseynov  və  E.R.İbrahimovun  «Müasir 
informasiya 
texnologiyaları 
əsasında 
investisiya 
proseslərinin 
planlaşdırılması»,  O.Abdullayev  və  H.Budaqovun  «İctimai  iqtisadi 
formasiyaların strukturu və inkişafı» (1990), Ş.A.Qasımlının «Yeni təsərrüfat 
mexanizmi və insan amilinin fəallaşdırılması» (1991), Q.İ.Bayramovun “İnsan 
və  zaman.  İnsan  həyatının  dialektikası”(1992),  T.B.Allahyarovanın  «Ekoloji 
mədəniyyət  və  ictimai  tərəqqi»  (1993),  T.B.Allahyarovanın  «İnkişafın  təbii 

 
 
34 
mənbə  və  hədləri»  //  «Sinergetika  –  I  Sinergetik  antologiya»  (2003), 
«Mədəniyyətdə qloballaşmanın təzahürləri və Azərbaycan» (2004), A.Əliyev, 
Ə.Qasımov  və  N.Qasımovun  “Azərbaycanın  sosial-iqtisadi  inkişafında 
islahatların  rolu”(1998),  Q.C.Əliyevin  “Müasir  siyasi  modernləşmə 
konsepsiyaları”  (1998),  “Çağdaş  demokratik  proseslərin  bəzi  fəlsəfi 
problemləri”  (1997),  C.T.Əhmədlinin  «Elmi  texniki  inqilab  və  sosial 
problemlər»,  «Cəmiyyət,  siyasət,  ideologiya»,  “Elmi  problem  şəraiti  və 
metodologiya”  (1998),  Ə.F.Abbasovun  «Yeniləşən  cəmiyyət.  Müasir  elmi 
paradiqma və idarəetmə» (1998), F.Mustafayevin «Sərhədsiz dünya» (1999), 
S.Xəlilovun  «Elmi  texniki  tərəqqinin  əsasları»  (1998),  «Şərq  və  Qərb: 
ümumbəşəri  ideala  doğru»  (2004),  E.Nəcəfovun  «İctimai  inkişafda 
mədəniyyət  və  sivilizasiyanın  dialektikası»  (2000),  «Azərbaycanda  keçid 
dövründə modernləşmə problemi» (2001), H.İmanovun «Azərbaycanda təhsil 
və  onun  proqnozlaşdırılması»,  «Azərbaycanda  sosial  strukturun  dəyişmə 
meylləri  və  ona  təsir  edən  amillər»  «Sosial  gərginliyi  törədən  obyektiv  və 
subyektiv  amillər  və  onların  həlli  yolları»,  İ.Məmmədzadə  «Vətəndaş 
cəmiyyəti və Milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi» (1995), 
«Müasir  Azərbaycanda  fəlsəfə  və  qloballaşma  problemləri»  (2002),  
T.Ağakişiyevanın  «Müasir  ekoloji  reallıq  şəraitində  sosial-iqtisadi  inkişafın 
xüsusiyyətləri»  (2000),  İ.Rüstəmovun  «Azərbaycanda  təbii-elmi  biliyin 
inkişafının  fəlsəfi  problemləri»  (2001),  A.Mirzəcanzadənin  «XXI  əsrə  yol 
haqqında»  (2001),  Ə.F.Abbasov  və  İ.S.Əsgərovun    «Keçid  dövrü  və  yeni 
iqtisadi  təfəkkür  /sosial-fəlsəfi  təhlil/»  (2001),  H.Hüseynovun  «Suveren 
dövlətlər  konsepsiyası:  mif  və  reallıq»,  R.Aslanovanın  «Qloballaşma  və 
mədəni  müxtəliflik»  (2004),  M.M.Bağırzadənin  «Son  on  ildə  Azərbaycanda 
sosioloji  prosesin  xüsusiyyətləri:  problemlər  və  perspektivlər»  (2004), 
A.Abasovun  «Mədəniyyət  və  qloballaşma»  (2004),  A.Şükürovun 
«Qloballaşma  və  mənəvi  dəyərlərimiz»  (2004),  S.Y.Hüseynovun  «Davamlı 
insan inkişafının strateji istiqamətləri» (2003), «Qloballaşma və Azərbaycanda 
insan  inkişafının  perspektivləri»  (2004),  D.İsmayılovun  «Azərbaycanın 
transformasiya  prosesində  ideologyalar:  konservatizm,  liberalizm,  sosial 
demokratiya»  (2005),  T.T.Əhmədovanın  «Qloballaşma  cəmiyyətin  sosial 
mədəni  dinamikasının  amili  kimi»  (2004),    A.Əvəzoğlunun  «Qlobal 
problemlər  və  III  minilliyin  astanasında  humanizmin  taleyi»  (2004), 
Z.Ağayevanın  «Qloballaşma  və  milli  mədəniyyətlərin  taleyi»  (2004), 
S.İsgəndərovanın 
«Qloballaşma  və  cəmiyyət»  (2004),  F.Əliyevanın 
«Qloballaşma və iqtisadiyyat» (2004), N.M.Məmmədovanın «Qloballaşma və 
milli iqtisadiyyat və mədəniyyətin inkişafı» (2004), S.M.Mustafayevin «İnsan 
ekologiyasının  qloballaşma  prosesində  yeri»  (2004),  E.Aslanovun 

 
 
35 
«Qloballaşmanın  keçid  məkanlarına  təsiri»  (2004),  Ə.Tağıyevin  «İki  əsrin 
qovşağında» (2004), «Qlobal siyasi proseslər və Milli dövlət ideyası» (2006), 
Ə.Qəşəmoğlunun  «Sosial  tərəqqi  meyarları»,  «Tərəqqi  və  demokratiya» 
(2005), 
S.Rahidin 
«Qloballaşma  və  türk  sivilizasiyası»  (2005), 
S.D.Məmmədovanın  «Keçid  dovründə  şəxsiyyət  problemi»  (2005), 
Ə.S.Abbasovun  «Müasir  dövrün  sosio-mədəni  problemləri»  (2006), 
Y.Rüstəmovun  «Çoxqütblü,  çoxsivilizasiyalı  yeni  dünya»  (2007), 
F.Qurbanovun  «Azərbaycan  və  qloballaşma  prosesinin  sinergizmi»  (2007), 
R.Mehdiyevin  «Azərbaycanın  inkişaf  dialektikası»  (2000),  «Azərbaycan: 
qloballaşmanın 
çağırışları» 
(2004), 
«Gələcək 
strategiyanı 
müəyyənləşdirərəkən: 
modernləşmə 
xətti» 
(2008), 
R.İsmayılovun 
«Qloballaşma  prosesində  Azərbaycanın  inkişafının  bəzi  sosioloji  aspektləri» 
(namizədlik  dissertasiyası)  (2009)  və  s.  məqalələr  və  monoqrafiyalar  nəşr 
olunmuşdur.  
Qeyd  edə  bilərik  ki,  2006-cı  ildə  Reyhan  Hüseynovanın  rəhbərliyi  ilə 
yaradılmış  Azərbaycan  Futuroloqlar  Cəmiyyəti  (AFC)  Azərbaycan 
cəmiyyətinin  müxtəlif  istiqamətli  inkişaf  strategiyasının  hazırlanması 
sahəsində  tədqiqatlarla  məşğuldur  və  futurologiya  sahəsində  200-dən  çox 
kitab, məqalə, hesabat dərc etdirmişdir. AFC 2006-cı ildə Azərbaycanda 1-ci 
Beynəlxalq Futurologiya Kollokviumu, 2007-ci ildə Azərbaycan məktəbliləri 
arasında  “Gələcək  Nəsillərlə  Üz-Üzə”  mövzusunda  Ümumrespublika  İnşa 
Müsabiqəsini,  “İdarəetmə  və  Qərar-Vermək  üçün  Gələcəyin  Tədqiqatları 
Konsepsiyaları  və  Metodları”  mövzusunda  seminar,  2008-ci  ildə  “Futuroloji 
tədqiqatlar və Qafqazın gələcəyi” adlı ilk beynəlxalq konfrans təşkil etmişdir. 
Bu  qeyd  olunanlarla  yanaşı,  Azərbaycanda  İnformasiya  Cəmiyyətinin 
qurulması  istiqamətində  dövlət  ciddi  addımlar  atır.  Belə  ki,  2003-cü  ildə 
“Azərbaycan  Respublikasının  inkişafı  naminə  informasiya-kommunikasiya 
texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” qəbul olunub. 2005-ci ildə 
prezident  İ.Əliyev  «Azərbaycan  Respublikasında  Rabitə  və  İnformasiya 
Texnologiyalarının  İnkişafı  üzrə  2005-2008-ci  illər  üçün  Dövlət  Proqramı” 
(“Elektron  Azərbaycan”)  təsdiqlənib  və  İnformasiya  cəmiyyətinin  inkişafı 
istiqamətində  siyasət  planı  işlənib  hazırlanıb  və  bir  qrup  qanunlar  qəbul 
olunub. 
 
 
 
YOXLAMA SUALLAR 
1.Azərbaycanda gələcək haqqında ilkin ideyaların əsas mənbələri hansılardır? 
2.Zərdüştlük dinində sosial inkişaf haqqında təsəvvürlər nə ilə fərqlənirdi?  
3. «Dədə Qorqud» dastanlarında cəmiyyətin inkişaf əsasları necə müəyyənləşdirilir? 

 
 
36 
4. Nizami Cəncəvinin ideal cəmiyyəti nə ilə fərqlənirdi? 
5.  Orta  əsrlər  Azərbaycan  mütəfəkkirləri  gələcək  inkişafın  istiqamətlərini  necə 
müəyyənləşdirirdilər? 
6.Yeni  dövrdə  inkişaf  etdirilən  ədalətli  cəmiyyət  ideyası  orta  əsr  mütəfəkkirlərinin 
ədalətli cəmiyyət haqqında ideyalarından nə ilə fərqlənirdi?  
7.Müasir  dövrdə  Azərbaycanda  gələcəyin  proqnozlaşdırılması  və  layihəlşdirilməsi 
istiqamətində hansı tədqiqatlar aparılır? 
 
REFERAT MÖVZULARI 
1.Azərbaycanda gələcək haqqında ilkin ideyalar 
2.Zərdüştlük dinində sosial inkişafın əsasları 
3. «Dədə Qorqud» dastanlarında cəmiyyətin inkişaf əsasları 
4. Nizami Cəncəvinin ideal cəmiyyəti  
5. Orta əsrlər Azərbaycan mütəfəkkirlərinin əsərlərində gələcək inkişafın istiqamətləri 
6.XIX – XX əsrlər Azərbaycan mütəfəkkirlərinin ədalətli cəmiyyət haqqında ideyaları  
7.Müasir  dövrdə  Azərbaycanda  gələcəyin  proqnozlaşdırılması  və  layihəlşdirilməsi 
istiqaməti 
 
ƏDƏBİYYAT: 
1.Abasov Ə.S. Müasir dövrün sosio-mədəni problemləri. B., Səda, 2006. 
2.Abbasov  Ə.F.,  Əsgərov  İ.S.  Keçid  dövrü  və  yeni  iqtisadi  təfəkkür  /sosial-fəlsəfi 
təhlil/. Bakı, Nafta-Press, 2001. 
3.Qasımlı  Ş.A.  Yeni  təsərrüfat  mexanizmi  və  insan  amilinin  fəallaşdırılması.  B., 
Az.Dİİ nəşr., 1991. 
4.Əliyev  Q.C. “Müasir siyasi modernləşmə konsepsiyaları”, Siyasətin fəlsəfəsi,    B-
1998. 
5.Mustafayev A.X. Milli və mənəvi dəyərlərin formalaşmasında və inkişafında dövlət-
ədəbi  dilinin  rolu/AMEA-nın  FSHTİ  «Etika  və  estetikanın  aktual  problemləri».B., 
«Müəllim», 2002. 
6. Rüstəmov İ.Ə. «Həsən bəy Zərdabi», Bakı, 1969. 
7.Rüstəmov  İ.Ə.  «Azərbaycanda  təbii-elmi  biliyin  inkişafının  fəlsəfi  problemləri», 
Bakı, «Diplomat» nəşr., 2001. 
8.Рустамов  Ю.И.  «История  социально-политических  и  правовых  учений».  Б., 
Издательство Университета «Азербайджан», 2007.  
9.Şükürov  A.M.  «Müstəqil  dövrün  fəlsəfəsi  və  filosofları»,  B.,  «Səda»  nəşriyyatı, 
2007. 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə