Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix03.02.2017
ölçüsü0,52 Mb.
#7456
  1   2   3   4   5   6   7

     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sayman Aruz 
 
YÜZ İL İNQİLAB 
 
 
 

 
2

 
3
 
 
 
 
Roman Güney Azərbaycanın indiki durumuna güzgüdür – 
cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks 
olunmuşdur. 
Romanın əsas obrazı olan Seyid, uşaqlıq sevgilisi Raziyə ilə 
zindanda üz-üzə  gəlir. Raziyə, Güney Azərbaycan milli 
azadlığı uğrunda döyüşənlərdən biridir. 
Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona 
tapşırırlar. 
Seyid, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yeni-
dən alovlanmağa başlayır. 
Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin 
qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe ol-
mur, rejimin tələblərinə əməl etmir.  
O, ürəyinin hökmünə qulaq asır. 
Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan 
insanların yanında olmağı qərar verir. 

 
4
 
 
Аз 2 
 
Бакы, “Ганун Nəşriyyatı”, 2012 
104 сящifə 
 
 
 
 
 
 
 
Redaktor:  M.Məmmədov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ISBN – 978-9952-26- 
 
 
© “Ганун Nəşriyyatı”, 2012 
 
Бакы, АЗ 1102, Тбилиси прос., ЫЫ Алатава 9 
Тел: (+994 12) 431-16-62; 431-38-18 
Mobil: (+994 55) 212 42 37 
e-маил: инфо@ганун.аз 
www.qanun.az 

 
5
 
 
 
 
 
 
 
 
 
 
 
 
şaqlığımızı bir küçədə keçirtdik. Bizim evimiz 
onların evləriylə divar-bir idi. Yaşıl, rəngi tökül-
müş qapılarındakı qu quşlarının şəkli hələ də gözümün 
qabağındadı. Küçəmizi futbol meydançasına çevirəndə, 
həmin qapını dərvaza kimi istifadə edərdik. O qu quş-
larının başına çox toplar çırpmışdım. Futbol oyunları-
mız həmişə davayla sona çatardı. Məndən iki yaş bö-
yük idi, amma heç vaxt bunu hiss eləmədim. Anası Mə-
sumə xanım olduqca vasvası bir qadın idi. Bəlkə  hər 
gün o uşağın pal-paltarını yuyub, özünü isə döyə-döyə 
hamama salardı. Məhəllə  uşaqları  hətta onların ayaq 
yoluna getmələrini də maraqlı bir serial kimi izləyər-
dilər! O, Raziyənin  şalvarını dizinə  qədər aşağı  çəkər, 
qucağına alar və söyə-söyə  həyətin o başındaki ayaq 
yoluna aparardı.  
– “Pislik tutmuuuuş... nəsli kəsilmiiiiş..., səni gö-
rüm Kürd başıyı yesin, balaaa”... 
Məhlənin uşaqları da bu olanları bizim divarımızın 
üstündən gizlicə izləyərdilər. Yazıq Raziyə döyülə-dö-


 
6
yülə, söyülə-söyülə böyüyürdü! Bizsə onun izləyicisiy-
dik. Bəlkə anasının elənçik olması Raziyəni bu qədər 
sakit bir qıza çevirmişdi. Çox sakit idi. Çətin danışdıra 
bilirdik onu. Nahardan sonra yığışıb “arada qaldı” oy-
nayanda, sakitcə gəlib qu quşlarının altında çömbəltmə 
oturub, qapılarına söykənib bizə baxardı. Uşaqlıqdan 
ona qarşı  nəsə bir məhəbbət hissim var idi. Özüm də 
hardasa ona tay bir zad idim. Bütün əclaflıq və dəcəlli-
yimə rəğmən sakit və dərs oxuyan uşaq idim. Bəlkə elə 
buna görə özümlə onun arasında yaxınlıq hiss edirdim. 
Tək tapanda əlindən yapışıb, guya “qonaq bacı” oy-
namaq üçün həyətimizə gətirərdim.  
– Raziyə!? 
Sıxıla-sıxıla cavab verərdi: 
– Hə!  
– “Qonaq bacı” oynuyaq? 
Etiraz eləmədən gələrdi. Xanım olmaqdan çox xo-
şu gəlirdi. Ancaq oyuncaqları qucağına alıb, ana rolunu 
oynayanda ürəyinə qorxu dolardı.  
– Mamam öldürəcək! 
Getməyini istəmirdim deyə, onu aldatmağa çalışır-
dım. 
– Qorxma Raziyə. Mamama deyərəm mamanla da-
nışar. Sən gözlə üstün batmasın da... Evə  nə lazımdı 
gedim alım, xanım!? 
Ağzı-burnunu büzüb ikrahla deyərdi: 
– Nə bilim, ay kişi!  Ət, yeralma, soğan, çörək... 
Uşağımıza da quru süd alarsan! 
Kişicəsinə deyərdim: 
– Bəs öz südünü niyə vermirsən, ay arvad? 
Əllərinin qucaqlayıb xanımyana-xanımyana deyərdi: 

 
7
– İndinin uşaxları belədi da, ay kişi! Mən neynim axı? 
Raziyə çox məsum idi. Anası Məsumə xanıma heç 
oxşamamışdı. O qadın heç qoymadı  mən Raziyəylə 
ürəyimin istədiyi qədər oynayam. Məhəllə  uşaqlarının 
Məsumə xanımdan zəhlələri gedərdi. Nahar çağları kü-
çədə futbol oynamaq istəyəndə qapıya çıxıb bağırardı: 
– Avara köpəyoğlanları! İndi top oynamaq vaxtıdı? 
Qoymursuz bir saat gözümü yumum. Gedin... gedin o 
tərəfdə oynayın! Bir tərəfdən şəhərimizin durumu ağır 
idi, bir tərəfdən də bu Məsumə xanım qoymurdu. Biz, 
Sulduz  şəhərində yaşayırdıq. Kürdlərin dəfələrlə  təca-
vüzünə  məruz qalan şəhərimiz olduqca gərgin bir du-
rumdaydı. Bizim uşaqlığımızın dövründə İran-İraq mü-
haribəsi gedirdi. Sulduzsa tam sərhəddəydi. Gecələr şə-
hərin kürdlər tərəfdəki küçələrindən güllə səsi gələrdi. 
Biz güllə  səsinə ana laylayı kimi adət eləmişdik. Mən 
dəfələrlə kürd döyüşçülərinə  şəhərdə rast gəlmişdim. 
Necə deyərlər, başdan ayağa qədər silahlanmış halda 
şəhərin mərkəzi küçələrində qorxmadan oyana-buyana 
gedərdilər. Ancaq bunlara baxmayaraq, Sulduz heç 
vaxt öz doğmalığını itirmirdi. Halal toprağımız haram 
istəklərə uymurdu. Dayım həmişə deyərdi: “Sulduz 
Azərbaycanın qapısıdı, kim qoyar qapısından çaqqal 
içəriyə girsin”.  
– Dayı! Onlar niyə bizi öldürürlər? Bizdən nə is-
tiyirlər? 
Bığlarını bura-bura danışardı. Aşıqların xasiyyəti-
dir, deyərlər. Sazına yaxın olmuş olan zaman əsəbləş-
səydi, onu möhkəm-möhkəm sıxıb danışardı: 
– Nə bilim, ay dayı! Heç özləri də bilmirlər. Bilən-
lərisə nə biz tanıyırıq, nə onlar!  

 
8
– Bəs kim tanıyır onları, dayı?  
– Allah, dayı, Allah!  
Sonra bığından bir tük qoparıb, baxıb, puuuu – 
deyə püfləyərdi göyə. Söhbətin axırındasa bu sözü tək-
rarlayardı: 
– “Öz günahımızdı, dayı, öz günahımızdı, özü yı-
xılan ağlamaz axı... hmmm..“  
Kürdlər iki dəfə soyqırım törətdikdən sonra şəhəri-
mizin beş faizə yaxın topraqlarını işğal eləmişdilər. İlk 
dəfə “Noyabr hadisələri” adlanan 1951-ci ildə kürd-
assuri-erməni birləşməsi Sulduz və  ətraf  şəhərlərə hü-
cum edib yetmiş mindən çox azərbaycanlını öldürmüş-
dülər. Həmin dövrdə bir çox Azərbaycan  şəhərlərini 
alıb, kürdləşdirib, adlarını belə dəyişdirmişdilər. İkinci 
dəfəsə 1980-ci ildə iyirmi min silahlıyla şəhərə basqın 
edib  əhalini kütləvi  şəkildə  qırmışdılar. O günü xatır-
layanlar deyirlər ki, iyirmi minə yaxın silahlı kürd şə-
hərin “Top Meydanı” adlı futbol meydançasına yığışıb 
Sulduzu Kürdistan ərazisi kimi adlandırmış, sonrasa şə-
hərə saldırmışdılar. Milləti qorxudub öz ata-baba yur-
dundan qovmaq üçün ananın qarnından uşağı  çıxarıb 
kabab  şişiylə sinəsinə tikmişdilər. Görənlər deyir şə-
hərin  ətrafında olan su quyularının hamısı azərbay-
canlıların cəsədləriylə dolmuşdu. Böyüklü-kiçikli, in-
sanları öldürüb quyulara atırmışlar. O dövrdə  şəhəri-
mizdə olan beş-altı yüz silahlı onların qarşısında da-
yanıb  şəhəri təslim etmirlər. Bir neçə günlük müha-
ribədən sonra kürdlərin orduları dağılaraq məcburən 
İraqa qaçıb gedir və Sulduz ikinci dəfə nicat tapır. Bi-
zim uşaqlıq şeirlərimizin biri də bu idi:  

 
9
Gün çıxdı,  
kürdlər qəbirdən çıxdı. 
Gün batdı,  
kürdlər qəbirdə yatdı!  
 
Mən hələ də bu şeirin mənasını bilmirəm. Hər bir 
sözə  və ya şeirə  bəlkə min məna tapıb qoşmaq olar, 
amma sözün əsl mənasını o günlərdə yaşayan və o fa-
ciələri hiss eliyən insanlardan başqa kimsə bilə bilməz. 
Yaralı  şəhərimizi çox gözəl tanıyırdım. Raziyəni də 
uşaqlıq aləmində sevirdim. 
– Raziyə! Dalı yanmış hardasaaan? Raziyəəə? 
– Bəli, maman! Burdayam. Gəlirəm. 
Yazıq qorxusundan tələsik durub qaçardı. Mənim-
sə  mətbəxdən oğurladığım yeralma, soğan  əlimdə qa-
lardı!  
– İt yetimçəsi! Sənə demədim evdən eşiyə çıxma? 
Hən? Vaveyla! Üstünə-başına bax? Çıxart, çıxart şalva-
rıyın görüm... 
Mən divarımızın üstünə dırmaşardım. Özümə bir ba-
laca pusqu yeri tapıb anasına əsir düşmüş xanımımı izlə-
yərdim. Raziyənin gözüsə  məni axtarardı. Gözlərindəki 
parıltınının nə olduğunu bilmirdim. İçində hər şey tapmaq 
olardı. Heç vaxt onu iynə-iynə oynamağa razı sala bilmə-
dim. Bütün uşaqlar o oyunu oynayırdılar. Gizlin bir yer 
tapıb biri xəstə, birisə həkim rolunu oynayardılar. O bəha-
nəylə də bir-birinin filan yerlərini görərdilər. Bizsə ancaq 
yeralma-soğan oyunuyla keçinirdik! Belənçik vaxtları da 
mən  əldən vermirdim. İynə vura bilmirdim, heç olmasa 
iynənin vurulan yerini ki görürdüm! 

 
10
Otağımda oturmuşdum, çay içirdim. Mənim otur-
duğum otaqdan “Yeddi göz” dağı aydın görünürdü. 
Boş vaxtlarımı onun gözəlliyinə baxıb, çay içməklə 
keçirirdim. Üzü yeddi gözə dayananda, sağ tərəfində də 
“Sultan Yaqub” dağı dayanırdı. Ormanlı, ağac və 
xəzinə dolu bir dağ. Deyilənlərə görə, o dağın başında 
Sultan Yaqub adında bir Türk şahının qəbri var. Sultan 
Yaqub dağının yanındakı dərədən soyuq bir çay axardı. 
Sərçeşməsi də elə o dağın lap zirvəsindəydi. Mən özüm 
dəfələrlə oraya gəzməyə gedib həmin sudan içmişdim. 
Dağın sol tərəfində, İran-İraq müharibəsi şəhidlərindən 
beş-altısının qəbri var idi. O qəbirlərin içindəki şəhidlər 
müharibədə tanınmaz hala düşdükləri üçün “adsız qə-
birlər” adlanırdılar. Heç kim onların kim olduğunu bil-
mirdi, amma bura az qala bir ziyarətgaha çevrilmişdi. 
İran-İraq müharibəsindən kimliyi bəlli olmayan bir çox 
ölülər qalmışdı. Partlayış  nəticəsində insanlardan de-
mək olar heç nə qalmırdı. Müharibə bitdikdən sonrasa 
bir çoxunun cəbhə bölgəsindən olub-qalan sümüklərini 
tapıb gətirib, dəfn eliyərdilər. Həmin sümüklər müha-
ribədən sonra ağır günlədə hakimiyyətin dadına çatırdı. 
Ölkədə bir az narahatçılıq və etiraz şəraiti yaranan 
kimi, bir neçə tabutun içinə bir-iki dənə sümük qoyub, 
cəbhədən yeni şəhid tapmışıq deyə, küçələrdə özləri 
məcburi  şəkildə  çıxartığı adamlarla “təşii cənazə” elə-
yərək millətin fikrini yayındırardılar. Ailələr tanıyırdım 
ki, uşaqlarının cəsədləri əllərinə çatmırdı deyə, onların 
taleyindən xəbərsiz qalırdılar. Yazıqlar elə bilirdilər bir 
gün uşaqları sağ-salamat qayıdacaq!  
Otağım çox sadə  və soyuq idi. Bir kiçik miz, bir 
telefon, bir üzümü bağlamaq üçün qara parça, iki 

 
11
oturacaq, bir kiçik şkaf, bir köhnə pənkə
1
, bir də divar-
dan asılan Xomeyni və Xaməneinin şəkli, mizimin üs-
tündə də bir telfon aparatı, bir az kağız və qələm. Siyir-
məmdəsə həmişə bir tapançam olardı. 
– Alo! 
– Qonağımız var, Seyid.  
– Kimdi, xanım Feyzi? 
– Bir dənə arvad gətiriblər. Tapşırıblar işinə ciddi 
baxaq. Hacı dedi pərvəndəni
2
  sənə verək. Özün gör 
nədi da. 
– Yaxçı. De gətirsinlər! 
Dəstəyi yerə qoydum. Gündəlik işim idi. Qız, oğ-
lan, yaşlı, cavan. Mənim bütün sinifdən, səviyyələrdən 
müştərilərim var idi. Oğrusu, adam öldürəni, siyasisi. 
Mənim üçün onların kim olduğunun heç fərqi yox idi. 
Bura gələn adamlar yalnız bir şeyə görə gəlirdilər: eti-
raf eləməyə! İşimdən razı deyildim. Gecə-gündüz gərək 
avaralarla deyişib, edib-etmədiyi günahları etiraf etdi-
rərdim. “Axı mənim nəyimə lazımdı bu gədəlik”? Hey 
deyirəm “bu işi atacam”, amma alınmır. Boğaza qədər 
batmışam. Bir nəfər lazımdı  mənim özümü dindirib-
danışdırsın.  
– Gəl içəriyə! 
Məlum idi ki, qapını ayağıyla taqqıldadır. İnək oğ-
luna deməkdən dilimə tük çıxıb. Nədənsə, buraya təzə 
əsgərliyə  gələn cavanları göndərirdilər. Onları da tez-
tez dəyişirdilər. Neçə ay bir adamın üstündə  işləyib 
                                                            
1
 pənkə - vintilyator 
2
 pərvəndə- qovluq 

 
12
adam eləyən kimi aparıb başqasını göndərirdilər. Bu 
inəyin də on beş gün olmazdı gəlməyi. Yanında bir bi-
zim qadın işçimiz xanım Feyzi, bir də bir məhbus qadın 
var idi. Məhbusun üzünü qara bir parçayla bağlamış-
dılar. Əlinin birisə işçimizin əlinə bağlanmışdı.  
– Sənə deməmişəm adam kimi qapını döy? 
Çıyınlərini oynadıb dedi: 
– Bağışla, Seyid, day eləmərəm. 
– Hə...atovun canı, day eləməzsən. Siz heç vaxt 
adam olmazsız. Aç əllərini görüm! 
Məhbusun qandalını açdı.  
– Oturt səndələ. Əlini də bağla dəstəsinə. 
– Baş üstə! 
Feyzi məhbusun  əllərini açıb, bağladı oturacağın 
dəstəsinə.  
– Nədi məsələ, xanım Feyzi? 
– Pantürkdü elə bil, Seyid.  
– Yaxçı, bildim, sağ olun. Pərvəndəsini qoyun 
mizimin üstünə. 
Başımla əsgərə işarə elədim getsin.  
– Qapını arxanca bağla. 
Məhbusların oturacağının üzü, bizləri görməsinlər 
deyə, divara tərəf olardı. Arıq görünürdü. Oturduğu 
səndəl uca olduğundan ayaqları yerə  dəymirdi. Duru-
şundan hiss elədim, o qədər də yaşlı deyil. Saçlarını 
“məqnəə” deyilən baş örtüyüylə örtmüşdü. Bədəninəsə 
uzun bir qara “manto” geyinmişdi.  
– Gözüyün açım? 
– Yox! 
– Niyə? 
– Onsuz da divardan başqa heç nə yoxdu! 

 
13
– Hmmm. Elə bil təcrübəlisən haaa. Neçənci də-
fəndi? 
– İkinci. 
– Nə üçün, harda və nə zaman? 
– Nə üçünü pərvəndədən oxusaz daha yaxçı olar. 
Urmiyədə tutulmuşam, Təbriz zindanında üç ay qalmı-
şam. Sonra da ev sənədi qoyub çıxmışam. 
Sakit və aram cavab verirdi. Ürəyimdə dedim: 
“Mən belənçik qəhrəmanları çox görmüşəm. Aslan gə-
liblər, pişik yola salmışam! Görək iki gün sonra da belə 
olacaq?” 
– Mən səndən soruşuram. Adam kimi cavab ver. 
Udqunub dedi: 
– Deyirlər ölkənin  ərazi bütövlüyünə qarşı  çıxmı-
şam. Deyirlər casusam. Deyirlər.... 
– Yaxçı, yaxçı. Diluzunluq eləmə görüm! Deyir-
lərsə, deməli elədir. Pərvəndəsinin qalınlığına bax. Yə-
qin yekə qələtlər eliyibsən haa...hmm ... adın nədi? 
– Raziyə! 
– Nədi? 
– Raziyə! 
– Kimin qızısan? 
– Qəhrəmanın. 
– Hansı Qəhrəmanın? 
– Taksi şoferidi. Vəlipur. 
– Eviyiz harda? 
– “Top Meydanı” tərəfdədi. 
Sulduz kiçik bir şəhərdi. Hamı demək olar ki, bir-
birini tanıyır. Elə bil başıma daş düşdü. Bu qız Qəhrə-
man Vəlipurun qızıydı. Raziyə! Mənim uşaqlıq sevgi-
lim. Bir böyüdüyüm, bir söyülüb, döyüldüyüm qız. Də-

 
14
fələrlə mənim üstümdə kötək yemişdi. Mənim əclaflıq-
larımın cavabını vermişdi. Uşaqlıqdan qorxaq idim. 
Həmişə nəsə bir qələt eləyəndə tez Raziyənin boynuna 
atıb, aradan çıxardım. O yazıq da sakit dayanardı. Heç 
vaxt özünü müdafiə eləmədi. Heç vaxt elədiyimi üzü-
mə gətirmədi. Məsumə xanımın acığına dəfələrlə onların 
qapılarına işəmişəm. Raziyəsə anasına demədən,  şlanq 
çəkib, yumuşdu. Məsumə xanımgilin həyətlərinə topu-
muz düşəndə  cırıb tulluyardı küçəyə. Ona görə  də  həm 
qapılarına işəməyi, həm də şüşələrini sındırmağı özümüzə 
borc bilərdik. Bütün uşaqlığım gözlərimin qabağında di-
rildi. Ona olan o uşaqlıq sevgisi ürəyimdə canlandı.  
Deyirlər, insan günah elədikcə  məhəbbət deyilən 
bir həqiqətdən uzaqlaşır, artıq sevə bilmir. Mən günah-
kar adam idim. Çoxdan idi ki, kimsəni sevə bilməmiş-
dim. Uşaqlıqda keçirtdiyin hisslər sənin kökünü ya-
radır. Sənə yön verir. Bütün insanlarsa bir gün öz kök-
lərinə qayıdırlar.  
Uşaqlıq aləmində Raziyəni özümə arvad eləmək 
istəyirdim. Ona qarşı  uşaqfason bir ehtirasım varıydı. 
Bir dəfə Raziyəylə “qonaq bacı” oynayanda dedim: 
– Raziyə! Mənim arvad almağıma neçə yaş qalır? 
Gəlin oyuncağını əlində yırğalayıb dedi: 
– Mənim atam iyirmi yaşında mamamı alıb. Sənin 
8 yaşın var. On iki yaş gözdəməlisən hələ. 
– Raziyə? 
– Hən? 
– Mamayın neçə yaşı var idi? 
– On yeddi yaşı . 
Bu hesab-kitab məni qorxudardı. Axı Raziyə iki 
yaş məndən böyük idi. O hesabnan mənim arvad almaq 

 
15
vaxtım çatanda, Raziyə artıq  ərə getmiş ola bilərdi. 
Xüsusilə də Sulduz kimi kiçik bir şəhərdə qızların iyir-
mi yaşından sonra evdə qalması faciə hesab olunurdu. 
Mənim öz mamamın anası on üç yaşında babama gəl-
mişdi. Mamam deyir, anasının heç sinələri belə  çıx-
mamışdı ərə gələndə. Raziyəni itirmək qorxusu mənim 
uşaqlığımın qorxusuydu. İndisə o burdadı. Gözübağlı 
oturub qarşımda. Pərvəndəni açıb şəkilinə baxdım. Ra-
ziyə, Raziyə! Niyə belə qocalmısan? Gözləri yaman 
çuxura düşmüşdü, çox sınıxmışdı... 
Dəstəyi götürdüm:  
– Haci yerindədi? 
– Həyə, Seyid. 
Dəstəyi yerə qoyub durdum ayağa. Titrəyirdim.  
– Raziyə xanım, siz burda oturun mən indi gələ-
rəm. 
Çalışırdım səsimin titrəməsini hiss eləməsin. Bir-
nəfəsə qapını açıb çıxdım dəhlizə. Dar və uzun dəhlizə. 
Sulduz zindanının ən dəhşətli dəhlizi. Buranı məhbus-
lar “ölüm dəhlizi” adlandırmışdılar. Burada sorğu-sual 
olunanların ən az cəzası ömürlük həbs idi. Ağır cinayət 
törədənlərin saxlanıldığı birnəfərlik kameralar və dəhli-
zin sonundasa mənim otağım. Demək olar ki, cəhənnə-
min tən ortası. Bilmədim necə özümü Hacının otağına 
çatdırdım. Hacının otağı  dəhlizdən aralıydı. Dəhlizin 
sonunda bir dəmir qapıdan keçib, sola dönüb, ikinci 
dəhlizi də keçməliydin. Dəhliz boyu bir pəncərə belə 
yox idi. Ancaq və ancaq nəmişli, soyuq və uca be-
tonlar. Hacının qapısında belə bir yazı yazılmışdı: “İs-
tintaq rəisi” . Qapını tıqqıldadıb içəri keçdim.  

 
16
– Salam, Hacı, sənə qurban, bu arvadın məsələsi 
nədi? 
Hacı yerində qurcalanıb dedi: 
– Nə məsələsi? Niyə belə əsəbisən, Seyid? 
– Əsəbi olaram da, Hacı. Arvadı arvad yanına gön-
dərərlər. Mən onu neynəməliyəm axı? Sual soruşsam 
cavab verməsə, neyniyim... döyüm? Arvadı?.. Hmmm. 
Mən əlimi arvada nə cur qaldırım axı?.. Söz yox e, bu 
mənim işimdi, amma mən and içmişəm arvada əl qal-
dırmıyaciyam. Hacı, sən Allah, mən bundan artıq bat-
maq istəmirəm! Ver xanım Feyziyə... 
Hacının təəccüblü gözlərindən, onda yaranan bir 
çox sualları oxudum. Dəfələrlə qadın məhbusları dö-
yüb, işgəncə vermişdim. Hər nə olmasa, ikimiz də bir 
bezin qırağıydıq. Deyirdilər, inqilabın  əvvəllərində 
edam olunanların başına son gülləni sıxanların biri elə 
bizim Hacımız olub. Əsl kopəyoğluydu. Saçını bir 
nömrə maşınkayla qırxdırırdı. Saqqalını  bəlkə beş ay-
dan bir təmizləyərdi. Əlində gəzən yekə dənəli təsbehi 
yerə qoymazdı.  Əynindəki ağ köynəyinin ağ  rəngi
demək olar, küsüb qaçmışdı. İkimizin də bir-birimizdən 
zəhləmiz gedirdi. Amma heç vaxt onu bilindirməzdik. 
Hacının arxivi doluydu dırnaq çəkmək, əl-ayaq sındır-
maq, məhbuslara təcavuz etmək, adam satmaq və inək 
kimi salavat çevirib təkbir deməklə. Özü də bilirdi özü-
nün tülkü olmağını. O qədər xayamallıqdan sonra 
gətirib atmışdılar bu zibilliyə.  
– Ağıllı ol, Seyid! Sənə nə olub? Niyə belə özün-
dən çıxmısan? Bu qəhbə də hamı kimi. Birinci dəfəndi 
bəyəm? Yuxarıdan  əmr gəlib, mənlik deyil. Neçənci 

 
17
dəfəsidi tutulur. “Pantürk”dü. Ziddi islamdılar bu şə-
rəfsizlər... Buların hamısın öldürmək lazımdı... 
Hacı yaman qızışmışdı. Var-yoxu xarab, qızışanda 
molla olub çıxırdı minbərə. Təsbehini firrıyıb tulladı 
mizinin üstünə : 
– Seyid! Biz bu inqılaba and içmişik. Kişi, ya 
qadın, nə fərq eləyir... düşmən-düşməndi da. İnqilabın 
düşməni bizim düşmənimizdi.  İmanın azalmasın... 
Bulara aman versən, bizi əlli-ayaqlı aparıb atarlar 
qəbirə. “Rəhm eliyən rəhmə qalar”, Seyid!  
İstədim deyəm – “Axı qurumsaq, sən özün heç 
anana da rəhm eləməzsən və eləməyibsən də, buna bax-
mayaraq axırın bu xarabanın ortası olub”. – Bir az qa-
bağa gedib mizinin yanına çatıb asta və  qəhərli səslə 
dedim: 
– Bura qədər ki, rəhm eləməmişik rəhmə qalaq, 
Hacı... bundan sorasına da Allah kərimdi! 
Hacı ayağa durub gəldi mənim tərəfimə. Bir əlini 
çiynimə qoyub güya mehribanlıqla dedi: 
– Bu bizim şəri təklifimizdi, Seyid. Get o qəh-
bədən nə lazimdı qopart. Kimdi, nəçidi, dostları kimdi, 
kimə  işləyir? Başa düşürsən ki? Tapşırıblar eliyib-
eləmədiyi günahları etiraf elətdirib eliyə bilsək, filmin 
çəkək. Dərs olmalıdı dostlarına. O ölüb, Seyid! Ölüyə 
can yandırma... inqilab xətərdədi, özünə yazığın gəlsin! 
Əlini çiynimdən çəkib oturacağına tərəf getdi. Ye-
yib yatmaqdan eşşək boydaydı. Boynu dönmürdü ha-
ramzadənin.  
– Heç olmasa bir nəfər xanım göndərin, mənə kö-
mək eləsin, Hacı. Allaha xoş getməz... 
İkrahla, xırıldıya-xırıldıya dedi: 

 
18
– Yaxşı, get, xanım Feyziyə deyərəm gələr. 
Özümnən acığım gəlirdi. Çarəsiz qalmışdım. Ra-
ziyə, Raziyə, Raziyə! İndi mən başıküllü neynəyim? O 
soyuq dəhliz heç vaxt gözümə bu qədər uzun gəlmə-
mişdi. Titrəyə-titrəyə gedirdim otağıma tərəf. Hansı 
günahımın cavabıydı bu, Allaaah! Ömür boyu gədəlik 
eləmişəm, bilirəm. Ömür boyu vicdansızlıq eləmişəm, 
bilirəm. Amma məni Raziyə imtahanına çəkmə!  
Otuz beş yaşım var. 27 il bundan qabaq bir qızı 
sevmişəm. Adı Raziyəydi. “Qonaq bacı” oynayardıq. 
Oyuncaqdan da olsa, uşaqlarımız var idi. Kiçik də olsa, 
təmiz bir dünyamız var idi. Xoşbəxt idik. Küçənin  ən 
əclaf uşağıydım, amma heç vaxt onunla “İynə-iynə” 
oynaya bilmədim. Heç vaxt işimiz saçyolduya çıxmadı. 
O, gözəl idi, amma özü bunu əhəmiyyətsiz sayırdı.                     
Oturdum mizimin arxasında. Raziyənin ayaqları 
yerə çatmırdı deyə, uşaq kimi ayaqlarını oynadırdı. 
Pərvəndəsini açdım: 
Raziyə  Vəlipur. Doğum ili: 1975. Atasının adı: 
Qəhrəman. Cürmü (günahı – ümumi təhlükəsizliyə qar-
şı  çıxmaq,  ərazi bütövlüyünə qarşı  çıxmaq, nizamın 
əleyhinə olan qruplarla əlaqədə olmaq, Pantürkizmi 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin